Məhkəmə qərarları › İş №2-2(102)-345/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-345/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-345/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X6 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 fevral tarixli 2-2(103)-164/2025 nömrəli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 2013-cü il 13 noyabr tarixli arayışa əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli olması müəyyən edilmiş və X2 mülkiyyətində olan X1 idarə etdiyi **-CT-*** dövlət qeydiyyat nömrəli, "xxxx" markalı avtomobilə (arxa və ön hissəsinə) və X8 mülkiyyətində olan X4 idarə etdiyi **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilə (arxa hissəsinə) zərər dəymişdir.

2. Fiziki şəxslərin sahibl iyində olan minik avtomobillərinin tam sığortası üzrə MİBNAS0044/12 saylı sığorta şəhadətnaməsindən görünür ki, X2 (sığortalı) mülkiyyətində olan "xxxx" markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobili "xxxx" ASC-də (sığortaçı) 2012-ci il 5 dekabr tarixdən 2013-cü il 5 dekabr tarixədək sığorta məbləği 16.900 manat (azadolma məbləği 500 manat), 2013-cü il 5 dekabr tarixdən 2014-cü il 5 dekabr tarixədək sığorta məbləği 13.520 manat (azadolma məbləği 500 manat) müəyyən edilməklə minik avtomobillərin avtokasko sığortası növü üzrə sığortalanmışdır. 3. 2014-cü il 23 sentyabr tarixli 557/14-CM579/13 nömrəli sığorta aktına əsasən X2 mülkiyyətində olan "xxxx" markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobil 2013-cü il 25 oktyabr tarixdə aeroport şossesində yol-nəqliyyat hadisəsinə uğramı ş və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş "xxxx" markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobillə bağlı zərər 12.000 manat müəyyən edilmiş, sığorta ödənişi 500 manat azadolma məbləği çıxılmaqla 11.500 manat təşkil edir. 4. 2014-cü il 26 sentyabr tarixli 001088 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən MİB-NAS-0044/12 sənəd üzrə 11.500 manat sığorta ödənişi X3 verilmişdir.

5. AB seriyalı 260926 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən, 2013-cü il 2 may tarixdə “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" ASCdə (sığortaçı) sığorta məbləği 5.000 manat müəyyən edilməklə avtonəqliyyat vasitəsi sahiblərin in mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır (sığortalı Cavabdeh1dur).

6. Bakı şəhəri Baş Polis İdarəsi DYPİ tərəfindən tərtib edilmiş 2013-cü il 25 oktyabr tarixli BYP 442702 saylı inzibati xəta haqqında protokola əsasən “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini etibarnaməyə əsasən idarə edən Cavabdeh1 2013-cü il 25 oktyabr tarixdə aeroport şossesi ilə hərəkət zamanı normal araməsafəni seçməmiş, qarşısında sürətini azaldan "xxxx" markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobillə arxadan toqquşmuş, o da zərbədən önündə başqa bir avtomobillə toqquşub, dayanmış **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilin arxasına dəyməklə yol nəqliyyat hadisəsi nəticəsində inzibati xəta törətmişdir. 7. 2 021-ci il 15 mart tarixli etibarnamədən müəyyən edilir ki, Cavabdeh3 Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsin üzərində sərəncam verilmək hüququnu Cavabdeh1 etibar etmişdir. Etibarnamənin müddəti 2042-ci il 15 mart tarixədək müəyyən edilmişdir. 8. 2013-cü il 27 noyabr tarixli MİP-1 1821/2013 nömrəli sığorta aktına əsasən X8 mülkiyyətində olan **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobil 2013-cü il 25 oktyabr tarixdə aeroport şossesində “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və "xxxx" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobil zərbədən sığortalanmış avtomobillə toqquşmuşdur. “İnter Kontinental” firmasının təqdim etdiyi akta uyğun olaraq, **-NC-*** dövl ət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilə dəymiş zərər 6.440 manat müəyyən edilmiş, sığorta ödənişi 250 manat azadolma məbləği çıxılmaqla 6.190 manat təşkil edir. 9. 2013-cü il 6 dekabr tarixli 4001 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən MİP-1 1821/2013 saylı sığorta aktına əsasən 6.190 manat sığorta ödənişi X9 verilmişdir. 10. "xxxx" ASC 2023-cü il 6 aprel tarixli BS-S-23/0839 saylı məktubla "xxxx" ASC-yə müraciət edərək göstərmişdir ki, qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı tərərflərindən 11.500 manat məbləğində sığorta ödənişi edilmiş və həmin məbləğin subroqasiya qaydasında geri ödənilməsi tələbinə dair BS-13/1309 saylı xx.xx.2013-cü il tarixində rəsmi mü raciət olunsa da, qeyd edilən məbləğ geri ödənilməmiş və ödənilməməsinin səbəbləri barədə onlara heç bir məlumat verilməmişdir. Bu səbəbdən AR Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsaslanaraq 5.000 manat sığorta ödənişi məbləğinin hesablarına köçürülməsini təkrar xahiş edirlər. 11. "xxxx" ASC cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X5 pretenziya məktubu ilə müraciət edərək, sığorta hadisəsi üzrə tələb olunan pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər "xxxx" ASC, Cavabdeh1 və X5 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “cavabdeh”, “Cavabdeh1”, “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat sığorta ödənişinin tutularaq iddiaçının hesabına ödənilməsi, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6.500 manat sığorta ödənişinin tutularaq iddiaçının hesabına ödənilməsi, cavabdehlərdən 200 manat mediasiya xərci, 10 manat poçt xərci və 0,4 manat xidmət haqqı olmaqla, cəmi 210,4 manat pulun müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.500 manat sığorta ödənişinin 5.000 manat olan hissəsinin Cavabdeh1 mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC-dən, qalıq 6.500 manatını isə Cavabdeh3 və “Mercedes Benz E 200” markalı, 90NX041 nişanlı avtomobili hadisə zamanı idarə etmiş Cavabdeh1 tələb etmək hüquqları v ardır. 2013-cü il 25 oktyabr tarixli BYP 442207 nömrəli inzibati xəta haqqında protokol və “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış”dan müəyyən olunur ki, 2013-cü il 25 oktyabr tarixində Mercedes Benz E 200” markalı 90NX041 nişanlı və "xxxx" markalı ** nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisəsinin törədilməsində “Mercedes Benz E 200” markalı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. 2014-cü il 23 sentyabr tarixli sığorta aktından və 2014-cü il 23 sentyabr tarixli zərərin hesablanması aktından müəyyən edilir ki, hadisə nəticəsində "xxxx" markalı avtomobilə 16.900 manat məbləğində zərər vurulmuşdur. Həmin məbləğdən 500 manat şərtsiz azadolma məbləği çıxılmaqla 11.500 manat sığorta ödənişinin ödənilməli olduğu müəyyən edilmişdir. 2014-cü il 26 sentyabr tarixli kassa məxaric orderininin surətindən müəyyən olunur ki, "xxxx" markalı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 11.500 manat sığorta ödənişi həyata keçirilmişdir. “İSB.az” elektron portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Mercedes Benz E 200” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır.

14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələblərinin “xahiş etdi” hissəsinin birinci bəndinin “cavabdeh "xxxx" ASC-dən 5.000 manat sığorta ödənişi və 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişini məbləğinin 0,1% həcmində dəbbə pulu tutularaq iddiaçının hesabına ödənilməsi” kimi oxunmasını xahiş etmişdir.

15. Cavabdeh "xxxx" ASC iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, ** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4.702 manat və ****dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3.220 manat zərər məbləği, cəmi 7.922 manat məbləğ “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsində müəyyən edilmiş sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi olan 5.000 manat məbləğindən çox olduğu üçün cəmiyyətləri hər bir zərərçəkənə ona vurulan zərər məbləğin ə mütənasib məbləğdə sığorta ödənişi hesablamışdır. Yəni ** nişanlı avtomobilə 2.652,10 manat və ****nişanlı avtomobilə 1.874,53 manat sığorta ödənişi hesablanmışdır. Çünki iddiaçı ** nişanlı avtomobilə görə 500 manat azadolma (franşiza) məbləği tətbiq etməklə faydalanan şəxsə sığorta ödənişi verdiyi üçün faydalanan şəxsə (İlhamə Məmmədova) kasko sığorta ödənişi üzrə ödənilməyən həmin 500 manat cəmiyyətləri tərəfindən icbari mülki məsuliyyət sığortası üzrə ödənilməli idi. Ümumi zərər məbləği sığorta ödənişi məbləğini aşdığı üçün 500 manata da mütənasib hesablanma 315,50 manat tətbiq edildiyindən, iddiaçıya hesablanan sığorta ödənişi 2.652.10 manat təşkil etmişdir.

16. Həmçinin etirazda bildirilmişdir ki, “Atəşgah Sığorta" ASC ****nişanlı avtomobilə görə 250 manat azadolma məbləği tətbiq et məklə faydalanan şəxsə sığorta ödənişi verdiyi üçün faydalanan şəxsə (x) kasko sığorta ödənişi üzrə ödənilməyən həmin 250 manat cəmiyyətləri tərəfindən icbari mülki məsuliyyət sığortası üzrə ödənilməli idi. Ümumi zərər məbləği sığorta ödənişi məbləğini aşdığı üçün 250 manata da mütənasib hesablanma 157,87 manat tətbiq edildiyindən, "xxxx" ASC-yə hesablanan sığorta ödənişi 1.874,53 manat təşkil etmişdir. "xxxx" ASC-nin ****nişanlı avtomobil üzrə təqdim etdiyi servis aktına münasibətdə "xxxx" MMC-nin qüsur aktı daha mötəbər olduğundan və “Atəşgah Sığorta" ASC ödəniş məqamında təsdiq etdikləri zərər məbləği ilə razılaşdığından, həmçinin iddiaçının təqdim etdiyi qüsur aktı həmin sığorta şirkətinin özü tərəfindən hazırlandığından həmin qüsur aktına münasibətdə "xxxx" MMC-nin qüsur aktı daha ağl abatan olduğundan və iddiaçı həmin vaxt təsdiq etdikləri zərər məbləği ilə razılaşdığından, həmin sığorta şirkətlərinə müvafiq olaraq 1.874,53 manat və 2.652,10 manat olmaqla, cəmi 4.526,53 manat, faydalanan şəxs X3 hesablanmış 315,50 manat və faydalanan şəxs X9 hesablanmış 157,87 manat olmaqla, ümumilikdə 5.000 manat sığorta ödənişi cəmiyyətləri tərəfindən ödənilmişdir.

17. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 29 mart tarixli 9/269 saylı nömrəli ekspert rəyində göstərilmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 2014-cü il 23 sentyabr tarixli 579/13 saylı zərər aktındakı məlumatlara əsasən "xxxx" markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 11.951 manat (o cüml ədən dəyişilməli hissələrin qiyməti 9.831 manat, təmir-bərpa işlərinin qiyməti 2.120 manat) müəyyən edilir.

18. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 11 iyun tarixli e-2-2(113)-382/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, "xxxx" ASC-dən 3.775 manat sığorta ödənişi, Cavabdeh1 isə 6.500 manat pulun tutularaq iddiaçıya ödənilməsi, məhkəmə xərclərinin əvəzi olaraq "xxxx" ASC-dən 70 manat, Cavabdeh1 isə 120 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 15 manat hissəsinin "xxxx" ASC-dən, 30 manat hissəsinin isə Cavabdeh1, 5 manat hissəsinin isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmiş, qalan hissədə və Cavabdeh3 qarşı olan hissədə iddia rədd olunmuşdur (hakim L.Əliy eva).

19. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 oktyabr tarixli e-2-2(113)382/2024 nömrəli əlavə qətnaməsi ilə "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1% həcmində dəbbə pulunun tutularaq iddiaçının hesabına ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir (hakim G.Namazova).

20. Məhkəmə iş üzrə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanunvericiliyə görə, hazırkı mübahisə üzrə tərəflər arasında müqavilə olmalı və həmin müqavilə üzrə cavabdehdən dəbbə pulunun tələb edilməsi ilə bağlı yazılı formada şərt nəzərdə tutulmalıdır. Qanunvericilik dəbbə pulu məbləğini tərəflər arasında bağlanmış yazılı şərtə, sığorta mübahisələri üzrə deliktlə bağlı sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə ödənilməs ini tənzimlənmişdir.

21. Hazırkı iddiaçının "xxxx" ASC-yə qarşı olan mübahisənin predmetini ödənilmiş sığorta məbləğinin reqres qaydasında tutulması olduğundan və MM-in 943.2, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2-ci maddələrinin hazırkı tələbə tətbiq edilməsi nəzərdə tutulmadığından, məhkəmə iddia tələbinin bu hissədə təmin edilməsinin yolverilməz olması qənaətinə gəlmişdir.

22. Məhkəmə gəldiyi nəticəni MM-in 462.1, 463.1, 934.2 və 1114.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1 və 18.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı tərəfindən 2024-cü il 11 iyun tarixli qətnamədən verilmiş apellyasiya şikayətində iddianın təmin olunmamış hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin ol unması xahiş edilmişdir.

24. İddiaçı tərəfindən 2024-cü il 29 oktyabr tarixli əlavə qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 fevral tarixli 2-2(103)-164/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə və əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir (sədrlik edən – məruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və E.Həsənov).

26. Apellyasiya instansiyası məhkəməsi əlavə qətnamədən verilmiş apellyasiya şikayəti nin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, iddiaçının dəbbə pulu tələbi qeyri-müəyyəndir. Çünki iddiaçı dəbbə pulunu 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününə qədər tələb etmişdir. Halbuki qətnaməni qəbul edən məhkəmə qətnamədən sonrakı tarixi müəyyən edə bilməz. Ona görə, dəbbə pulunun cəmi, yəni bu iddianın qiyməti tələbə dəqiqləşmə barədə ərizə verilən günə qədər hesablanaraq müəyyən edilməlidir. 2015-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin dekabr ayının 1-nə qədər hər gün 5 manatdan hesablayarkən (1 il=1.825 manat) cəmi 16.425 manat dəbbə pulu məbləği etmişdir.

27. Göründüyü kimi, dəbbə pulu əsas məbləğdən bir neçə dəfə böyükdür. Həmçinin yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən 5.000 manat sığorta ödənişi qismən təmin edildiyindən (3.775), 16.425 manat dəbbə pulunun tutulması ağlabatan olmamışdır.

28. Digər tərəfdən işin hallarından 3.775 manat sığorta ödənişinin cavabdeh tərəfindən gecikdirilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən dəbbə pulu barədə iddia tələbi əsassız olmuşdur.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21, 462.1, 883.1, 898.2, 926.1, 936.1, 936.2, 936.5, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4, 20.6, 56.1.2 və 58.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Maliyyə Nazirliyini n Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 40.4-cü bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

30. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, iddianın dəbbə pulu hissəsində tam təmin olunmasını, "xxxx" ASCdən 2015-ci ilin 1 yanvar tarixindən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişini məbləğinin 0,1% həcmində (2015-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin dekabr ayının 1-nə qədər hər gün 5 manatdan hesablanmaqla (1 il=1.825 manat) cəmi 16.425 manat) dəbbə pulu, həmçini n kassasiya şikayəti verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və kassasiya şikayətini tərtibi üçün ödənilmiş 320 manat vəkil xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 462, 463, 464, 467 və 934.2-cü maddələri, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1 və 18.2-ci maddələri üzrə-dəbbə pulunun ödənilməsi öhdəliyi və ya tələb edilməsi hüququ müqavilədə tərəflərin müqavilədə müəyyən etdiyi təqdirdə və ya müqavilədə müəyyən etməyiblərsə, qanunda nəzərdə tutulduğu halda yaranır. Məhkəmənin də qeyd etdiyi kimi, həqiqətən də hazırkı mübahisə üzrə tərəflər arasında dəbbə pulu ilə bağlı nə şifahi, nə də yazılı müqavilə olmam ışdır. Bu hissədə iddiaçının hər hansı etirazı yoxdur. Dəbbə pulunu tələb etmək üçün belə müqavilənin olması və müqavilədə dəbbə pulunun müəyyən edilməsinə ehtiyac yox idi. Çünki, iddiaçının hazırki dəbbə pulu tələbi müqavilə əsaslı deyil, MM-də qeyd edildiyi kimi qanuni əsaslı tələbdir, yəni belə dəbbə pulunu tələb etmək qanunda birbaşa göstərilmişdir. Belə ki, MM-in 464.1-ci maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Qanunda müəyyənləşdirilmişdir ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi h əcmində dəbbə pulu ödəyir (MM-in 934.2-ci maddəsi).

32. Qanunda müəyyən edilən dəbbə pulunu ödəyən tərəfin yalnız sığortaçı olduğu qeyd edilir, dolayısı ilə sığorta hadisəsi üzrə sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəməyən sığortaçı, ondan tələb edildiyi təqdirdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı sığorta münasibətlərinin subyekti kimi icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda, könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda bir qayda olaraq sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin sığortaçı statuslu tərəfidir.

33. Buna baxmayaraq, nəzərə alınmalıdır ki, iddiaçı sığortaçı olsa da, hazırki işdə icbari sı ğorta üzrə "xxxx" ASC də digər sığortaçı olmuşdur. Sadəcə olaraq iddiaçı MM-in 931-ci maddəsinin tələblərini rəhbər tutaraq, icbari sığorta ödənişinin üstünlüyündən istifadə etməklə sözügedən sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandığından, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməli olduğundan, könüllü sığorta müqaviləsi bağlamış sığortaçı, yəni iddiaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirmişdir. Çünki, iddiaçı baş vermiş məlum sığorta hadisəsinin tənzimlənməsi ilə əlaqədar, sığorta hadisəsi nəticəsində id diaçı şirkətdə sığortalanmış avtomobilə dəymiş zərərin qiymətləndirmə prosesində digər sığortaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakının təmin edilməsi və təkliflərin verilməsi üçün 3 gün müddət müəyyən etsə də, iddiaçının məktubuna cavab (münasibət) bildirilməmişdir.

34. Belə olan halda, sığortalının sığortaçı "xxxx" ASC-dən sığorta hadisəsi üzrə sığorta ödənişini və həmin sığorta ödənişinin vaxtında verilməməsinə görə gecikdirilmiş günlər üçün dəbbə pulunu tələb etmək hüququ olduğu kimi, eyni ilə iddiaçı da iş üzrə sığorta münasibətinin subyekti kimi subroqasiya hüquqlu, yəni geriyə tələb hüquqlu şəxs kimi eyni hüquqlara malik olmuşdur.

35. Həmçinin, MM-in 931-ci maddəsinin tələblərini rəhbər tutmaqla, sığorta ödənişini ödəyən iddiaçı subroqasiya (geriyə tələb) hüquqlu şəxs kimi həmi n sığorta ödənişini digər sığortaçıdan tələb edə bilirsə və məhkəmə tələbi (qismən də olsa 3.775 manat hissədə) təmin edirsə, yəni belə tələbin qanuni olduğu qənaətinə gəlirsə, deməli iddiaçı MM-in 934.2-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tələb etməkdə də haqlı olmuşdur. 36. “Dəbbə pulunun (16.425 manat) əsas məbləğdən (3.775 manat) bir neçə dəfə böyük və bu məbləğdə dəbbə pulunun tutulmasının ağlabatan olmaması” barədə məhkəmənin mövqeyinə münasibətdə isə qeyd edilməlidir ki, əvvəla icbari sığorta ödənişi üzrə tələb 3.775 manat deyil, 5.000 manat olmuşdur. Məhkəmə sığorta ödənişi tələbini qismən əsaslı hesab edərək, 3.775 manat olması qənaətinə gəlmişdir.

37. Digər tərəfdən dəbbə pulunun hesablanması tərəflərin müqavilə üzrə şərtləndirdiyi haldan deyil, birbaşa qanunvericiliyin tələblərindən irəli gəlmişdir. Yəni qanun özü imperativ qaydada sığortaçının sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyi təqdirdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməsini birmənalı olaraq vəzifəsi olduğunu vurğulayır.

38. Bu səbəbdən məhkəmənin dəbbə pulu məbləğinin ağlabatan olmaması barədə mövqeyinin hüquqi əsası yoxdur. Hətta MM-in 464.2-ci maddəsinə görə, əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. Belə olan halda iddiaçı qeyd edilən məbləğdə dəbbə pulunu ağlabatan qaydada hesablayaraq tələb etmişdir. Buna baxmayaraq, məhkəmə işin hallarını nəzərə alaraq, dəbbə p ulunu əsassız hesab etmək əvəzinə, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda da bilərdi. 39. “Sığorta ödənişinin (3.775 manat) cavabdeh tərəfindən gecikdirilməsinin müəyyən edilməməsi” barədə məhkəmənin mövqeyinə münasibətdə isə qeyd olunmalıdır ki, MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun bu müddəasından da görünür ki, istər qanunla istərsə də müqavilə ilə müəyyən edilən dəbbə pulu tələbi o vaxtı yaranır ki, borclu (hazırki işdə sığortaçı - ("xxxx" ASC) öhdəliyini, yəni sığorta ödənişinin verilməsini icra etməmiş və yaxud lazımınca icra etməmiş o cümlədən icranı gecikdirmişdir. Digər tərəfdən MM-in 934.2-ci maddəsinə əsasən, s ığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

40. İşin hallarındən görünür ki, sığortaçı - "xxxx" ASC sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəməmiş və buna görə də gecikdirilmiş günlər yaranmışdır. Beləliklə, "xxxx" ASC tərəfindən sığorta ödənişi lazımi müddətdə ödənilməmiş və sığorta ödənişinin verilməsinin gecikdirilməsinə səbəb olmuşdur. Belə olan halda məhkəmənin mövqeyi əsassız olmuş və məhkəmə MM-in 462.1 və 934.2-ci maddələrinin tələblərini pozmuşdur. 41. "xxxx" ASC tərəfindən apellyasiya şikayətinə qarşı verilən etirazda dəbbə puluna münasibətdə qeyd olunanlarla bağlı iddiaçı bildirir ki, sonuncunun "xxxx" ASC-yə q arşı dəbbə pulu tələbi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliyə görə yaranan geriyə tələb (reqres) hüququ deyil. Həmin tələb müqavilələrdən (sığorta münasibətlərindən) əmələ gələn öhdəliyə görə yaranan subroqasiya hüququdur.

42. İddiaçının Cavabdeh3 və Cavabdeh1 yönəlmiş iddia tələbi isə mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliyə görə yaranan geriyə tələb (reqres) hüququ olmuşdur. Məlumdur ki, dəbbə pulu həmin cavabdehlərə münasibətdə tələb edilmir, bu da işin halları və məhkəmə qərarlarından görünür. Hazırki dəbbə pulu tələbi məhz icbari sığorta üzrə digər sığortaçı olan "xxxx" ASC-yə qarşı və müqavilələrdən (sığorta münasibətlərindən) əmələ gələn öhdəliyə görə yaranan subroqasiya hüququ üzrə tələbdir.

43. İddiaçının "xxxx" ASC-yə qarşı yönələ n dəbbə pulu tələbinin hüquqi əsasını cavabdeh ASC-nin də istinad etdiyi MM-in 1114.1-ci maddəsi deyil, MM-in 936-cı maddəsi təşkil edir. Dəbbə pulu hissəsində "xxxx" ASC-yə münasibətdə iddiaçı geriyə tələb hüququndan istifadə edərkən, MM-in 1114.1-ci maddəsinə istinad edə bilməzdi, çünki iddiaçı dəbbə pulu ilə bağlı həmin maddənin təsir dairəsinə aid subyekt deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 18 aprel tarixli qərarındakı hüquqi mövqeyinə görə, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən MM -in 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda MM-in 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini MM-in 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

44. MPM-in 9.3 və 386-cı maddələri üzrə - iddia əsaslı olduğu halda apellyasiya məhkəməsi müəyyən edilmiş hallar və sübutlar əsasında, həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan öz mülahizələrinə əsaslanan, maddi hüquq normalarının pozulması ilə müşayiət olunan m övqe sərgiləmişdir. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır, bu da MPM-in 9.3-cü maddəsinə görə yol verilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

46. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən – sığorta ödənişi məbləğinin 0,1% həcmində dəbbə pulu ilə bağlı iddianın təmin olunmadığı hissədə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq zəmin hissədə yoxlanılacaqdır.

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməs ini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

48. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çək diyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkə tdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir)....” “Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə

898. Azadolma mə bləği və gözləmə müddəti... 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır....” “Maddə

926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır....” “Maddə

934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən ge c olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” “Maddə

936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.... 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizl ikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyəti n həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur....” 49. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstər ilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.”

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həm in Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir....”

51. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü 23 sentyabr il tarixli Q-20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” nın müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “40. Sığorta ödənişinin verilməsi... 40.4. Eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümümi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır....”

52. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 54. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumun un “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğvi üçün əsas hesab etmir. Belə ki, iddiaçı dəbbə pulunun tutulması tələbinin qanuni əsası kimi MM-in 934.2-ci və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinin tələblərinə istinad edir.

56. Lakin istinad olunan normalar sığorta ödənişinin vaxtında ödənilməməsinə görə dəbbə pulunun tutulmasını tənzimləyir. Məhkəmə kollegiyası hazırki iddianın predmetini sığorta ödənişinin tutulması deyil, subroqasiya qaydasında pul tələbi təşkil etməsini nəzərə alaraq, baxılan işdə, iddiaçının istinad etdiyi maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcud olmamasına dair məhkəmələrin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

58. MPM- in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətli təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 13 fevral tarixli 2-2(103)-164/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar