Məhkəmə qərarları › İş №2-2(102)-349/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-349/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-349/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli 2-2(103)-248/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2020-ci il 2 mart tarixli 06 saylı müqaviləyə 2020-ci il 24 noyabr tarixli X2 Protokoluna əsasən, tərəflər ƏDV daxil 10.450,72 manat dəyərində olan malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Qeyd edilən qiymət razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan sonra qeyd edilən protokolda göstərilmiş malların cavabdehə təhvil verilməsinə dair tərəflər arasında 2020-ci il 24 noyabr tarixdə təhvil-təslim aktı tərtib edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2020-ci il 25 noyabr tarixində 10.450,72 manat məbləğində EBAT seriyalı 026380 nömrəli elektron qaimə göndərilmişdir. 2. 2020-ci il 2 mart tarixli 06 saylı müqaviləyə 2021-ci il 17 fevral tarix li X2 Protokoluna əsasən, tərəflər ƏDV daxil 12.470,15 manat dəyərində olan malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Qeyd edilən qiymət razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan sonra qeyd edilən protokolda göstərilmiş malların cavabdehə təhvil verilməsinə dair tərəflər arasında 2021-ci il 7 fevral tarixdə təhvil-təslim aktı tərtib edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2021-ci il 17 fevral tarixində 12.470,15 manat məbləğində EBAX seriyalı 609719 nömrəli elektron qaimə göndərilmişdir. 3. 2022-ci il 12 avqust tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışa əsasən, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 11 oktyabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2020-ci il 2 mart tarixli 06 nömrəli müqaviləyə 2020-ci il 24 noyabr tarixdə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən satılmış mallara görə 10.450,72 manatın və 2021-ci il 17 fevral tarixində edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən satılmış mallara görə 12.470,15 manatın, cəmi 22.920,87 manatın, alınmış malın dəyərinin ödənilməsinin gecikdirilməsinə görə cəmi 1.944,93 manatın, mediasiya xidməti xərci olaraq 210 manatın tutul araq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 5 il müddətinə 2020-ci il 2 mart tarixində bağlanmış 06 nömrəli müqaviləyə görə, iddiaçı cavabdehin sifarişinə əsasən karxana avadanlıqları (hər hansı qazıntı işlərinin aparılması üçün) və ya onun ehtiyat hissələri, o cümlədən inşaat işlərində istifadə olunan ələk, rolik ilə vaxtlı-vaxtında təmin etməli, cavabdeh isə aldığı materiallarının dəyərini ancaq köçürmə yolu ilə ödəməlidir. Müqavilənin 1.2-ci bəndinə əsasən, cavabdeh müqavilə əsasında qarşılıqlı razılaşma və təqdim edilmiş E-qaiməyə əsasən alacağı malın pulunu göstərilən banka ödədikdən sonra malın buraxılışına icazə verir. 2020-ci il 24 noyabr tarixində cavabdehə 2020-ci il 2 mart tarixli 06 nö mrəli müqaviləyə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi dəyəri ƏDV daxil 10,450.72 manat olan ələk (ələk göz 07, ələk göz 05, ələk göz 13, ələk göz 19, ələk göz 19, ələk göz 26) satılmış və pulun köçürülməsi ilə bağlı 2020-ci il 25 noyabr tarixli 026380 nömrəli elektron qaimə göndərilmişdir. 2021-ci il 17 fevral tarixində cavabdehə 2020-ci il 2 mart tarixli 06 nömrəli müqaviləyə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi dəyəri ƏDV daxil 12,470.15 manat olan ələk və rolik (ələk göz 28, ələk göz 06 2 ədəd, ələk göz 29, ələk göz 28, rolik 59, rolik 74, rolik 94, 29, rolik 25, rolik 25) satılmış və pulun köçürülməsi ilə bağlı 2021-ci il 17 fevral tarixli 609719 nömrəli elektron qaimə göndərilmişdir. Satılmış və təhvil alınmış mallara görə cəmi dəyəri 22,9 20.87 manat təşkil edən pulun 5 iş günü ərzində iddiaçının bank hesabına köçürülməsi ilə bağlı müxtəlif tarixlərdə cavabdehə pretenziya məktubları göndərilmiş, lakin vəsaitin köçürülməsini qarşı tərəf təmin etməmişdir. Bununla yanaşı cavabdeh həmçinin 2020-ci il 24 noyabr tarixli “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi məbləği ƏDV daxil 10,450.72 manat olan vəsaitin köçürülməsini 1 il 10 ay (1 ay üçün alınan məbləğ 10,450.72 x 5%:12 = 43.54 manat, 22 ay üçün 22 x 43.54 = 957.88 manat), 2021-ci il 17 fevral tarixli “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi məbləği ƏDV daxil 12,470.15 manat olan vəsaitin köçürülməsini 1 il 7 ay (1 ay üçün alınan məbləğ 12,470.15 x 5%:12 = 51.95 manat, 19 ay üçün 19 x 51.95 = 987.05 manat) ödənilməsini gecikdirdiyi üçün ödənilməsi gecikdi rilən məbləğə illik 5% əlavə vəsaiti ödəməlidir.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 425.2, 449.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 dekabr tarixli e-2-2(113)-6132/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci il 2 mart tarixli 06 saylı müqavilə üzrə 22.920,87 manat, əsas borca illik 5 faiz hesablanmaqla 339,10 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – K.Hüseynov).

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsindən irəli gəlmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəf ümumilikdə 22.920,87 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, cavabdeh tərəfindən isə təhvil verilmiş mallara görə hər hansı bir ödəniş aparılmamışdır. Belə olan halda iddia 22.920,87 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.

10. İddianın MM-in 445.7-ci maddəsinə istinad etmə klə 1.944,93 manat pulun tələb edilməsi hissəsi qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən 2022-ci il 23 iyun tarixdə alındığını, iddianın isə məhkəməyə 2022-ci il 11 oktyabr tarixində daxil olduğunu nəzərə alaraq 108 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 339,1 (22.920,87x5/100=1.146 (1 il üçün), 1.146 /365=3,139 (1 gün üçün), 3,139x108 =339,1 (108 gün üçün) ) manat təşkil edir. Ona görə də, əsas borca illik 5 faiz hesablanma 339,1 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 445.7, 567, 600.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dai r” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

12. Birinci instansiya məhkəməsinin qətnaməsi 2022-ci il 9 dekabr tarixində tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli 2-2(103)-248/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanı lmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ X2 Protokolları, təhvil-təslim aktları və cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunmuşdur. Bu baxımdan, iddiaçı satılmış əşyalara görə ödənilməyən ümumilikdə 22.920,87 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

16. Həmçinin illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır. Belə ki, həmin tələblərin qanuni əsasını MM-in 445.7-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərini və pretenziya məktubunun cavabdeh tərəfindən alındığı 2022ci il 23 iyun tarixindən, iddia ərizəsinin məhkəməyə daxil olduğu 2022-ci il 11 oktyabr tarixinədək olan müddət (108 gün) nəzərə alınaraq, iddiaçı pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 339,1 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (22.920,87 x 5%=1,146 (1 il üçün), 1,146/365=3,139 (1 gün üçün), 3,139x108 = 339,1 (108 gün üçün)).

17. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, 2020-ci il 2 mart tarixli 06 saylı müqaviləyə 2020-ci il 24 noyabr tarixli “X2” protokoluna əsasən tərəflər ƏDV daxil 10.450,72 manat dəyərində olan malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Bundan əlavə, təhvil-təslim aktlarının birində "xxxx" MMC-nin anbar ştampının vurulması isə mübahisənin həllinə təsir etməmişdi r. Belə ki, iddiaçının nümayəndəsinin izahatına görə, cavabdehə məxsus mallar "xxxx" MMC-nin anbarında saxlanılmış və ona görə mallar təhvil verilərkən anbarın ştampı ilə təsdiq olunmuşdur. 2021-ci il 17 fevral tarixli akta əsasən, həmin akt "xxxx" MMC-nin 19 saylı anbarının ştampı ilə təsdiq edilmişdir. Bundan əlavə, malların təhvil verilməsi tək təhvil-təslim aktları ilə deyil, cavabdehə məxsus möhürlə təsdiqlənmiş “X2” protokolları, o cümlədən cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə tam təsdiq olunmuşdur.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 567, 598.3, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

19. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 9 mart tarixində tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.

20. Cavabdeh 2023-cü il 8 may tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 385.1, 441.3-cü maddələri üzrə - Qarşı tərəf məhkəməyə iddiasının əsası kimi, 2020-ci il 2 mart tarixli alğı-satqı müqaviləsini təqdim etmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokolu ilə müəyyən edilir. Lakin iş materiallarında yalnız 12.470 manatlıq qiymətlərin razılaşdırma protokolu əlavə edilmişdir. Həmçinin malların təhvil təslim aktından məlum olur ki, malları təhvil alan şəxs kimi Vəliyev Elşən kimi qeyd edilmiş və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Halbuki "xxxx" MMC ayrıca hüquqi şəxsdir. Məhkəmə isə bu hallara hüquqi qiymət verməmişdir.

22. Müqaviləyə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktlarını imzalayırlar. Lakin iş materiallarında təhvil aktı da aşkar edilməmişdir. Belə olan halda məhkəmə müqavilə şərtlərinə hüquqi qiymət vermədən iddianı təmin etmişdir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərba ycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 31 may tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, ka ssatorun fikrincə, tələb olunan malın dəyərindən 10.450,72 manat hissəsinə qiymət razılaşması yoxdur, malların təhvil-təslim aktı aşkar edilməmişsə, deməli, cavabdeh aldığı malın dəyərini ödəməməlidir. Birincisi, kassatorun istinad etdiyi dəlillər tələb edilən məbləğlərə nisbətdə ziddiyyətlidir. Mallar iki dəfə qaimələrlə qəbul edilmiş və indiyə kimi qəbul barəsində irad edilmədiyi baxımından, təhvil-təslim aktının olmaması səbəbindən cavabdehin aldığı mal üçün ödəniş etməməsi düşüncəsinin özü məntiqə uyğun deyildir. İkincisi, iddiaçının qeyd etdiyi dəlillər işin faktiki halları sübutu ilə bağlıdır. Bu kimi faktlar Ali Məhkəmənin baxışında araşdırılmır. Digər tərəfdən, malların verildiyi və cavabdeh tərəfindən qəbul edilməsi, hər iki partiya mal üçün tərəflər arasında ayrı-ayrılıqda qiymət razılaşması Əlavəsinin mövcudluğu müəyyən edilmiş və hər iki instansiya məhkəməsi tərəfindən buna hüquqi qiymət verilərək, qətnamələrdə əks olunmuşdur.

25. Kassator kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər bölümündə, 3-cü yarım bəndində sübutların qiymətləndirilməsi, sübutların qətnamədə şərh edilməsi və s. yenə də sübutlarla bağlı prosessual tələbləri qeyd etmiş və buna dair normativ akta istinad etmişdir. Halbuki şikayətin həmin hissəsi maddi hüquq normalarla bağlı nəzərdə tutulmuşdur.

26. Bundan başqa, kassasiya şikayətində 5-ci bölmə kimi qeyd etdiyi hissəsində "İşin halları" başlığı altında iş üzrə halları qeyd edilmişdir. Halbuki kassasiya şikayətin formasında işin halları bölməsi nəzərdə tutulmamışdır.

27. Göründüyü kim i, kassator kassasiya şikayətini onun üçün müəyyən edilmiş formada tərtib etməmişdir. Bundan başqa, kassasiya şikayətində qətnamə qəbul edilərkən, məhkəmə tərəfindən məhz hansı maddi hüquq normanın tələblərinin hansı hallarda pozulduğu və ya riayət edilmədiyinə dair dəlil göstərilməmişdir. Çünki apellyasiya məhkəməsi tərəfindən belə bir pozuntuya yol verilməmişdir və apellyasiya instansiyasının qətnaməsi, onda istinad edilən maddi hüquq normaların tələblərinə tam uyğundur. Kassasiya şikayətinin məzmununda yalnız işin faktiki hallarına, sübutların düzgün müəyyən edilməməsinə istinad etmişdir. Kassasiya şikayətin formasının nəzərdə tutulmuş "Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər"lə bağlı 6-cı bölümünə kassator ümumiyyətlə toxunmamışdır. Bununl a da cavabdeh tərəf özü də qətnamənin qəbul edilməsində məhkəmə tərəfindən hər hansı prosessual pozuntuya yol verilmədiyi ilə razılaşmışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apel lyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydal arın 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. İddiaçı cavabdehdən 2020-ci 2 mart il tarixli 06 nömrəli müqaviləyə 2020-ci il 24 noyabr və 2021-ci il 17 fevral tarixlərində edilmiş “qiymət razılaşması haqqında” əlavələrə əsasən, satılmış mallara görə, müv afiq olaraq 10.450,72 manatın və 12.470,15 manatın, cəmi 22.920,87 manatın, alınmış malın dəyərinin ödənilməsinin gecikdirilməsinə görə cəmi 1.944,93 manatın ödənilməsini tələb etmişdir.

35. Birinci instansiya məhkəməsi iddianı qismən – müqavilə üzrə 22.920,87 manat və əsas borca illik 5 faiz hesablanmaqla 339,10 manat məbləğində pulun tutulması hissəsində təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.

36. İş üzrə müəyyən edilmiş hallara istinad edən apellyasiya instansiyası məhkəməsinin mövqeyi mahiyyət etibarilə ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ X2 Protokolları, təhvil-təslim aktları və cavabdehin heç bir etiraz etmədiyi ele ktron qaimələrlə təsdiq olunur.

37. Həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2020-ci il 2 fevral tarixli 06 saylı müqaviləyə 2020-ci il 24 noyabr tarixli X2 Protokoluna əsasən tərəflər 10.450,72 manat dəyərində olan malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Təhvil-təslim aktlarından birində "xxxx" MMC-nin anbar ştampının vurulması isə mübahisənin həllinə təsir etmir. Belə ki, iddiaçının nümayəndəsinin izahatına görə, cavabdehə məxsus mallar "xxxx" MMC-nin anbarında saxlanılmış, ona görə mallar təhvil verilərkən anbarın ştampı ilə təsdiq olunmuşdur. 2021-ci il 17 fevral tarixli aktdan da görünür ki, həmin akt "xxxx" MMC-nin 19 saylı anbarının ştampı ilə təsdiq edilmişdir. Bundan əlavə, malla rın təhvil verilməsi tək təhvil-təslim aktları ilə deyil, cavabdehə məxsus möhürlə təsdiqlənmiş X2 Protokolları, o cümlədən cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə tam təsdiq olunur.

38. Cavabdehin kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi əsaslandırmışdır.

39. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

40. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 33) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli 2-2(103)-248/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli 2-2(103)-248/2023 sa ylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar