Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-349/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçınin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliklərin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, İddiaçınin Cavabdeh MMC-yə qarşı “malların təchizatı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-224/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin ha lları
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 4 avqust tarixli NVC-** nömrəli malların təchizatı üzrə müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satmaq üçün və alıcı malları (bundan sonra Mallar) almaq ücün razılığa gəlirlər. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən alıcı “Əlavə-də göstərilən şərtlərlə satıcıdan malları qəbul edir. Müqavilənin ümumi dəyəri bu Müqaviləyə edilən Əlavənin ümumi dəyərinin (c/v miqdarı, dəqiqləşdirmə və vahid qiymət göstəricisi) cəmi olaraq qiymətləndirilir; - 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 463.002,55 ABŞ dolları (malın dəyəri) və 16.997,45 ABŞ dolları (xidmət haqqı-4 x Türk mühəndis heyyətinin bütün xərcləri: montaj/yol/uçuş +yemək və s.) təşkil edir (Əlavə № 1) Əlavə № 1 bu Müqavilənin hir hissəsi kimi qəbul edilir; - 4.1-ci bəndinin 2-ci abzasına əsasən mallın dəyəri 20% əvvəlcədən qarşı tərəfə ödəniləcək, qalan məbləğ malların hazır olduqca avans şəklində həyata keçiriləcək; - 4.3-cü bəndinin 2-ci abzasına əsasən, satıcının (i) ödəmənin hər gecikdirilmiş gününə görə alıcıya borc məbləğindən 0,1% dərəcə ilə penya tətbiq etmək, lakin borc məbləğinin 5%-dən çox olmamaq şərti ilə; və/yaxud (ii) alıcı müqavilənin qiymətinin müvafiq hissəsini müqavilə ilə müəyyən edilmiş vaxt ərzində ödəmədiyi halda, müqavilənin hər hansı əlavəsinə görə müqavilənin icrasını (o cümlədən malların ötürülməsini (boşaldılmasını) dayandırmaq), həmçinin tərəflər arasında hər hansı digər müqavilənin icrasını dayandırmaq hüququ vardır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra-“iddiaçı”) C avabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış 2022-ci il 4 avqust tarixli malların təchizatı üzrə müqaviləyə əsasən 86.800 ABŞ dolları əsas borc, 4.340 ABŞ dolları dəbbə pulunun və ödənilmiş 444,94 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il 4 avqust tarixli NVC-** nömrəli mebel mallarının təchizatı üzrə müqavilə bağlanılıb. Müqavilənin 3.1ci bəndinə əsasən təchiz olunan mebel avadanlığının dəyəri 463.002,55 ABŞ dolları (malın dəyəri) və 16.997,45 ABŞ dolları, yəni cəmi 480.000 ABŞ dolları təşkil edir. İddiaçı müqavilə üzrə təchiz olunmalı olan mebel avadanlığını cavabdehə çatdırmışdır və beləliklə, öhdəliklərini layiqincə icra etmişdir. Lakin həmin avadanlığın çatdırılmasından sonra iddiaçı tərəfindən elektron qaimələrin cavabdehə göndərilməsinə baxmayaraq, cavabdeh müqaviləyə əsasən ödənilməli olan 86.800 ABŞ dolları məbləğində borcunu indiyədək ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olması bildirilərək pretenziya məktubu da göndərilmiş, lakin cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki, hazırda cavabdehdən 86.800 ABŞ dolları məbləğində borcun alınaraq iddiaçıya ödənilməsi zərurəti vardır. Həmçinin 2022-ci il 4 avqust tarixli NVC ** nömrəli malların təchiz atı üzrə müqavilənin 4.3-cü bəndinin 2-ci abzasına əsasən, satıcının ödəmənin hər gecikdirilmiş gününə görə alıcıya borc məbləğindən 0,1% dərəcə ilə penya tətbiq etmək, lakin borc məbləğinin 5%-dən çox olmamaq şərti ilə; və/yaxud alıcı müqavilənin qiymətinin müvafiq hissəsini müqavilə ilə müəyyən edilmiş vaxt ərzində ödəmədiyi halda, müqavilənin hər hansı əlavəsinə görə müqavilənin icrasını (o cümlədən malların ötürülməsini (boşaldılmasını) dayandırmaq), həmçinin tərəflər arasında hər hansı digər müqavilənin icrasını dayandırmaq hüququ vardır. Qeyd olunan bəndə əsasən, hazırda cavabdeh tərəfindən borcun ödənilməsi gecikdirildiyinə görə borc məbləğinin 5% məbləğində pulun da tutulması zərurəti vardır.
4. Cavabdeh iddia tələbinə qarşı etiraz göndərərək bildirmişdir ki, tərəflər arasında ba ğlanmış 2022-ci il 4 avqust tarixli müqavilə üzrə iddiaçı müqavilə öhdəliklərini pozmuşdur. Müqaviləyə əsasən cavabdeh malın dəyərinin 20%-ni əvvəlcədən, qalanını isə mallar hazır olduqca ödəməli, iddiaçı isə avans alındıqdan 2 gün sonra istehsala başlayıb 60 gün ərzində sifarişi tam təhvil verməli idi. Cavabdeh ümumilikdə 420.000 ABŞ dolları bank yolu ilə, 15.000 ABŞ dolları isə nağd şəkildə olmaqla ödəniş həyata keçirmişdir. Lakin iddiaçı öhdəliyini vaxtında icra etməmiş, malların ilk partiyasını müqavilə müddəti bitdikdən 14 gün sonra-2022-ci il 25 oktyabr tarixində və hissəvi şəkildə göndərmişdir. Sonuncu partiya isə yalnız 2023-cü il 2 mart tarixində, yəni ciddi gecikmə ilə təqdim olunmuşdur. Göndərilən malların keyfiyyətində qüsurlar olmuş, razılaşdırılan 12 tır əvəzinə 13 tır istifa də edildiyindən cavabdeh əlavə gömrük və nəqliyyat xərcləri çəkmişdir. Montaj və quraşdırma üçün 4 nəfər mühəndisin bütün xərcləri üçün 16.997,45 ABŞ dolları nəzərdə tutulsa da, faktiki olaraq yalnız 2 nəfər işçi gəlmiş, onların yaşayış və digər xərcləri də cavabdeh tərəfindən qarşılanmışdır. Bu səbəbdən cavabdeh montaj xərclərinin yarıbayarı-8.498,72 ABŞ dolları həcmində azaldılmasını əsaslı hesab edir. Bddiaçının göstərişi ilə Hakan adlı şəxsə 15.000 ABŞ dolları nağd ödəniş edilmiş, lakin bu məbləğin iddia tələbindən çıxılmamışdır. İddiaçının tələb etdiyi 86.800 ABŞ dolları borcun hesablanma mənbəyi göstərilmədiyindən bu məbləğ əsaslandırılmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 noyabr tarixli e-2-2(113)-4075/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tə rəflər arasında 2022-ci il 4 avqust tarixində bağlanmış malların təchizatı müqaviləsi üzrə 42.529,41 ABŞ dolları əsas borc, 1.300 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 43.829,41 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 214 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim N.Əhmədova).
6. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 2022-ci il 4 avqust tarix li NVC-** nömrəli malların təchizatı üzrə müqavilədə “satıcı”, “alıcı” ifadələrindən istifadə olunaraq tərəflərin satmaq və almaq üçün razılığa gəlməsindən bəhs edilsə də, müqavilə və əlavəsininin əşyanın ölçüləri, xüsusiyyətləri göstərilməklə sifariş verilməsi, əşyanın hazırlanaraq quraşdırılması, fərdi-müəyyən əşyaların müqavilənin obyektini təşkil etməsi elementlərinə əsasən müəyyən olunur ki, bağlanmış müqavilə podrat müqaviləsidir və hazırkı mübahisə podrat müqaviləsini tənzimləyən normalara istinad edilməklə həll edilməlidir.
7. Podrat müqaviləsinin tərəfi kimi podratçı müqavilədə nəzərdə tutulan işi icra etməli, sifarişçi isə yerinə yetirilmiş işi qəbul etməli və podratçıya razılaşdırılmış muzdu ödəməlidir. Hazırkı iş üzrə cavabdeh işin görüldüyünü, təhvil alındığını mübahisələndirm ir. Lakin muzdun ödənilməməsini etirazının əsası kimi istinad etdiyi hallarla əlaqələndirir.
8. Cavabdehin etirazının bir qrup dəlili malların gecikmə ilə təhvil verildiyi və beləliklə, 51.032,04 manat dəbbə pulunu tələb etmək hüququnun olduğu və iddia tələbində həmin məbləğin nəzərə alınmalı olması ilə bağlıdır.
9. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, hazırda cavabdehin qarşılıqlı iddiası mövcud olmadığından dəbbə pulu üzrə tələbinin qiymətləndirilməsi və həmin məbləğin iddia tələbi ilə əvəzləşdirilməsi mümkün deyildir. Başqa sözlə, cavabdehin qeyd olunan etirazı iddiaçıya olan maddi-hüquqi tələbinin əsasını təşkil edə bilər və hazırkı halda belə bir maddi-hüquqi tələb-qarşılıqlı iddia olmadığından malların verilməsinin gecikdirilməsi, dəbbə pulunun yaranması və s. heç bir hüquqi əh əmiyyət kəsb etmir.
10. Həmçinin cavabdehin təqdim etdiyi tərəflərin səlahiyyətli şəxsləri arasında aparılan yazışmalardan görünür ki, tərəflər malların hazırlanma müddətini (“üretim”) 60 gün razılaşdırsa da, tərəflər arasında işgüzar münasibət fərqli şəkildə formalaşmış, qarşılıqlı razılıq əsasında mallar hissə-hissə hazırlanaraq göndərilmişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 759.1-ci maddəsinin tələbinə əsasən podrat müqaviləsi üzrə sifarişçi istənilən vaxt müqavilədən imtina edə bilər. Hazırkı iş üzrə cavabdeh etirazının əsası qismində işin gecikdirilməsi və s. hallara istinad etsə də, işin hallarından görünür ki, müqavilə münasibətlərini davam etdirmiş, görülmüş işləri qəbul etmiş, bu müddətdə ödənişin azaldılması, cərimənin tələb olunması tələbini irəli sürməmişdir.
12. Cavabdehin 2022-ci il 25 oktyabr tarixli mallarda qüsurlar olduğu, malların 12 tırla daşınması nəzərdə tutulduğu halda, 13 tırla daşındığı və əlavə tırın da daşıma xərcinin çəkilməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məmulatın qüsuru olduqda sifarişçinin qanunda təsbit olunan əlavə icra tələbi hüququ mövcuddur. Bu hüququn həyata keçirilməsi qaydası isə qanunda birbaşa təsbit olunmuşdur.
13. Hazırkı iş üzrə araşdırma zamanı ilk partiyada göndərilən əşyaların daşınması zamanı müəyyən hissədə zədələndiyi, həmin zədələrin sonradan aradan qaldırıldığı müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya müraciətləri əsasında hazırlanan əşyaların bir hissəsində bəzi qüsurlar aradan qaldırılmış, iddiaçının direktoru bununla bağlı Azərbaycan Respublikasına gəlmiş, iddiaçının işçiləri əşyaların quraşdırılması ilə bağlı fəaliyyətlərini davam etdirmişlər. Bu isə onu deməyə əsas verir ki, iddiaçı əlavə icra tələbindən imtina etməmiş, cavabdehin bildirdiyi qüsurları aradan qaldırmışdır.
14. Cavabdeh isə təqdim olunan sübutlar əsasında məhkəmənin müəyyən etdiyi bu hallardan başqa qüsurların olması, bu qüsurlarla bağlı iddiaçıya müraciət etməsi, əlavə icra tələb etməsi, lakin iddiaçının qüsuru aradan qaldırmaqdan imtina etməsi və ya əlavə icradan imtina etməsə də, əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtardığından cavabdehin qüsuru özünün aradan qaldırmasına, xərc çəkməsinə dair hər hansı sübut təqdim etməmişdir.
15. Həmçinin əlavə daşıma xərcləri çəkdiyinə istinad edən cavabdeh bu daşımanın razılaşmadan kə nar olduğuna, bu xərcin iddiaçı tərəfindən ödənilməli olduğuna və daşıma xərclərinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, tərəflər arasında olan yazışmadan belə bir etirazın edilməsi, daşımanın razılaşmadan kənar edilməsi, daşıma xərcinin bu hissədə iddiaçıya aid olmalı olması görünmür. Cavabdeh isə bu halları təsdiq edən başqa sübut təqdim etməmişdir.
16. Məhkəmə, mebellərin quraşdırılması və s. ilə bağlı 4 işçinin gəlməsinin nəzərdə tutulduğu halda, 2 işçinin gəldiyi və əlavə işçiləri öz hesabına tapdığına dair cavabdehin arqumentlərini əsassız hesab edərək göstərmişdir ki, 2022-ci il 4 avqust tarixli NVC-** nömrəli malların təchizatı üzrə müqavilədə 16.997,45 ABŞ dolları məhz 4 mühəndisin xərcləri üçün, yəni mebellərin montajı, yol, uçuş və yemək xərcləri üçün nəzərdə tutu lmuşdur.
17. İşin materiallarına əsasən iddiaçının mühəndisləri Ramazan Türk və Murat Gökdaş 2022-ci il 18 dekabr tarixində Bakıya gəlmiş, Ramazan Türk 2023-cü il 12 yanvar tarixində yenidən Bakıya gəlmişdir. Cavabdeh iddiaçının 2 işçi göndərməsi səbəbindən əlavə işçiləri cəlb etməsi barədə hər hansı sübut təqdim etməmiş, bütün mebellərin iddiaçının işçiləri tərəfindən quraşdırılmasını mübahisələndirməmiş, mebellərin quraşdırılması üzrə işlərin tam görülməməsini də bildirməmişdir. Belə olan halda, mebellərin quraşdırılması tam həyata keçirildiyindən 2 işçinin və ya 4 işçinin bu prosesdə iştirakının razılaşdırılmış haqqın ödənilməsinə təsiri yoxdur. Nəzərə alınmalıdır ki, cavabdehin də etirazda göstərdiyi kimi, həmin məbləğ müqavilə üzrə quraşdırma və montaj işləri ilə əlaqədar şərtləşdiril miş, həmin işlər də görülmüşdür.
18. Məhkəmə cavabdehin 15000 ABŞ dolları və 300 manat da ödəniş etməsi ilə bağlı arqumentlərinə münasibətdə isə qeyd etmişdir ki, 15000 ABŞ dolları məbləğində pul 2022-ci il 4 avqust tarixli NVC-** nömrəli malların təchizatı müqaviləsi üzrə ödənilmiş hesab edilməli, 300 manat məbləğində pulun isə ödənildiyi sübut edilmədiyindən nəzərə alınmamalıdır.
19. Belə ki, iddiaçının direktoruna məxsusluğu təsdiq edilən “+**********84” nömrəsi ilə cavabdehin əməkdaşı arasında aparılan vatsap danışıqlarından görünür ki, 2023-cü il 9 fevral tarixdə iddiaçının direktoru 4200 manat aldıqlarını qəbul edir, cavabdeh 15000 ABŞ dollarının Hakan adlı şəxsə ödənildiyini bildirir, iddiaçının direktoru 15000 ABŞ dolları aldıqlarını təsdiq edir.
20. Göründüyü kimi, iddiaçı eyni danışıqlarla təsdiq edilən 4200 manatı məhkəmə iclasında qəbul etsə də, 15000 ABŞ dollarını qəbul etməmiş, pulun Hakan adlı şəxsə verildiyini bildirmişdir. Lakin iddiaçının qanuni təmsilçisi həmin məbləği də qəbul etdiyini göstərmişdir.
21. Adıçəkilən vatsap danışıqlarından həmçinin görünür ki, 2023-cü il 4 mart tarixdə iddiaçının qanuni təmsilçisi Ramazan adlı şəxsə 300 manat verə bilib-bilməyəcəyini cavabdehdən soruşur, cavabdeh isə verəcəyini bildirir. Lakin yuxarıda göstərilən məbləğlərdən fərqli olaraq, növbəti danışıqlarda iddiaçı həmin məbləğin verildiyini təsdiq etmir, cavabdeh də 300 manat məbləğində pulun verilidiyini sübut edən hər hansı sənəd təqdim edə bilməmişdir.
22. Dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olun mamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da müqavilə üzrə sonuncu ödəniş 2023-cü il 9 fevral tarixdə edildiyi halda, uzun müddət sonra, yəni 2024-cü il 4 iyun tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
23. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1300 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
24. Məhkəmə gəldiyi nəticəni MM-nin 385, 386, 442, 443, 445, 448, 462, 467, 752, 753, 759, 763, 764, 765, 770, 773-cü maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-224/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişd ir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi naminə tərəflər arasında işgüzar münasibətlər çərçivəsində imzalanmış müqavilələr vaxtında və qüsursuz şəkildə icra edilməlidir. Əks halda bu müqavilənin hüquqi təbiətinə zidd ola bilər. Müqavilə 2 və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsidir, müəyyən hüquq və öhdəliklərin məcmusu barədə yazılı sənəddir.
28. İddiaçı tərəfindən müqavilə üzrə müəyyənləşdirilmiş mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malları təhvil almışdır. Belə olan halda malların dəyərinin ödənilməməsi müqavilələrin icra edilməsini əngəlləyər, kreditorun haqlı mənafeyini təhlükə altında qoyar.
29. Cavabdehin müqavilənin razılaşdırılmış şəkildə icra edilməməsi ilə bağlı gətirdiyi dəlillər kifayət qədər əsaslandırılmamış, həmçinin həmin dəlillərə b irinci instansiya məhkəməsi tərəfindən qiymət verilmiş, məhkəmə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 425.2, 442, 448.1, 462,1, 467, 752.1, 752.2, 753.1, 770, 759.1, 763.1, 764.1, 765, 773-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 106.1, 106.3cü maddələrinə istinadla əsaslandırmışdır.
31. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 442, 448, 462 və 763-cü maddələri üzrə-birinci və apellyasiya instansiyaları məhkəmələri iddiaçının müqavilə öhdəlik lərini pozmasını lazımi qaydada qiymətləndirməmiş, təqdim olunmuş sübutlara hüquqi əhəmiyyət verməmişdir. 2022-ci il 4 avqust tarixli müqaviləyə əsasən iddiaçı sifarişə uyğun malları 60 gün ərzində təhvil verməli, cavabdeh isə ödənişləri mərhələli şəkildə həyata keçirməli idi. Müqaviləyə uyğun olaraq cavabdeh ilkin olaraq 100.000 ABŞ dolları avans ödəmiş, daha sonra ümumilikdə 420.000 ABŞ dolları köçürmüşdür. Lakin iddiaçı malların tam təhvilini 60 gün müddətində deyil, yalnız 2022-ci il 25 oktyabr tarixdən başlayaraq hissə-hissə, sonuncu partiyanı isə yalnız 2023-cü il 2 mart tarixdə təqdim etmişdir. Bu gecikməyə baxmayaraq, məhkəmələr müqavilə şərtlərinin pozulmasını və tərəflər arasında razılaşdırılmış dəbbə pulunun hesablanmasını nəzərə almamışdır. Bundan əlavə, malların keyfiyyətsiz o lması səbəbindən razılaşdırılmış 12 tır əvəzinə 13 tır mal göndərilmiş, nəticədə cavabdeh əlavə gömrük və nəqliyyat xərcləri çəkmiş, lakin bu ziyan da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh gömrük sənədlərini təqdim etsə də, bu sübutlar əsassız olaraq rədd edilmişdir. Həmçinin, quraşdırma üçün müqavilə ilə razılaşdırılmış 4 nəfər mühəndisin gəlməsi əvəzinə yalnız 2 nəfər işçi gəlmiş, bu isə nəzərdə tutulmuş 16.997,45 ABŞ dolları xərclərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Məhkəmə bu fərqi tanımadan tam məbləğin ödənilməsinə qərar vermişdir. Bu yanaşma cavabdehin hesabına iddiaçıya əsassız əlavə fayda qazandırmışdır. Cavabdeh əlavə olaraq 4200 manatdan başqa, vatsap yazışmaları ilə sübut olunan 300 manat da ödəmiş, lakin bu məbləğ də məhkəmələr tərəfindən nəzərə alın mamışdır.
33. MPM-in 14.2, 80, 81, 88, 106-cı maddələri üzrə - apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində tərəflərindən təqdim edilən sübutlara düzgün qiymət verilməmiş, iş üçün birbaşa əhəmiyyət kəsb edən hallara diqqət yetirilməmiş, xüsusən də malların gec təhvil verilməsi ilə bağlı gömrük sənədlərinə diqqət edilməmiş və gecikmə olmasına baxmayaraq buna görə hesablanmalı olan cərimə faizləri nəzərə alınmamışdır. Bunun əksinə olaraq qarşı tərəf olan iddiaçının məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməməsinə baxmayaraq onun iddiasını qismən təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri
35. Hazı rkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
37. Azərbaycan nəzərdə tutulmuşdur: Respublikasının Mlüki Məcəlləsinin müvafiq müd dəalarında “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun po zulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkəti n edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanm ış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” “Maddə
759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir....” “Maddə
763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər....” “Maddə
764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddə t nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər....” “Maddə
765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.” “Maddə
773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.”
38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İ ş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
41. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər, apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir.
42. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
43. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi)
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(103)-224/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.