Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-35/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Tibb Universiteti “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-35/2019) Bakı şəhəri 06 fevral 2019-cu il 06.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Tibb Universitetinin nümayəndəsi X1 və onun vəkili X2, cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil iştirakı ilə, Azərbaycan Tibb Universitetinin cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiası, “xxxx” MMC-nin cavabdeh Azərbaycan Tibb Universitetinə qarşı “əcnəbi ölkə vətəndaşları olan abituriyentlərin təhsil almalarına şəraitin yaradılması və ya ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-485/2018 saylı iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iqtisadi işə Ali Məhkəmənin binasında 06 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Tibb Universiteti ilə “xxxx” MMC arasında əcnəbi abituriyentlərin Azərbaycan Tibb Universitetində təhsil alması barədə 18.08.2016-cı il tarixli agentlik müqaviləsi bağlanmış, müqavilənin 2-ci bəndinə əsasən, universitet və agent arasında qarşılıqlı razılaşma əsasında universitetin özünün təklif etdiyi proqramların reallaşması üçün yalnız təhsil məqsədləri ilə bağlı Səudiyyə Ərəbistanı, Mərakeş, Fələstin, X3, Bəhreyn, Oman, Küveyt, Tunis, Misir, Qatar, Liviya və Əlcəzairdən tələbələrin toplanması və Azərbaycan Tibb Universitetinə göndərilməsi üçün “xxxx” MMC agent təyin edilmişdir. Azərbaycan Tibb Universiteti cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Tibb Universiteti ilə “xxxx” MMC arasında Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıx arılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Azərbaycan Tibb Universiteti ilə “xxxx» MMC arasında əcnəbi abituriyentlərin Azərbaycan Tibb Universitetində təhsil alması ilə bağlı 18.08.2016cı il tarixdə bağlanılmış Agentlik müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, qüvvədə olan mülkü qanunvericiliyə və Azərbaycan Tibb Universitetinin Nizamnaməsinin 3.5-ci bəndinə əsasən, Azərbaycan Tibb Universitetinin adından müqaviləni onun rəhbəri olan rektor bağlayır. Digər şəxslər ancaq rektor tərəfindən verilmiş vəkalətnamə əsasında Azərbaycan Tibb Universiteti adından çıxış edə bilərlər. Lakin Azərbaycan Tibb Universiteti ilə “xxxx” MMC arasında Agentlik müqaviləsi rektor tərəfindən vəkil edilməyən, səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Həmin müqavilənin mövcud olması haqqı nda Azərbaycan Tibb Universitetinin rəhbərliyi “xxxx” MMC-nin ona ünvanladığı 10 yanvar 2018-ci il tarixli Cavabdeh-070-2018 nömrəli pretenziya məktubundan məlum olub. Eyni zamanda həmin müqavilənin əsli Azərbaycan Tibb Universitetində də yoxdur. “xxxx” MMC də öz növbəsində Azərbaycan Tibb Universitetinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.08.2016-cı il tarixli Agentlik müqaviləsinin şərtlərinə riayət edərək 12 nəfər əcnəbi ölkə vətəndaşı olan abituriyentin Azərbaycan Tibb Universitetində təhsil almasına şərait yaradılması, lakin bu tələb icra edilmədikdə 105485 manat məbləğində vəsaitin Azərbaycan Tibb Universitetinin hesabından tutularaq "xxxx" (Cavabdeh) MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi o nunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Tibb Universiteti ilə “xxxx” MMC arasında əcnəbi abituriyentlərin Tibb universitetində ali tibbi təhsil alması ilə bağlı 18 avqust 2016-cı il tarixli Agentlik müqaviləsi bağlanıb. Bu müqavilə çərçivəsində 70 nəfər əcnəbi abituriyentin Azərbaycan Tibb Universitetində ali tibbi təhsil almasının təmin edilməsi ilə bağlı “xxxx” MMC-nin müraciəti onlara məlum olmayan səbəblərdən Universitet tərəfindən təmin edilməyib. Bu anlaşılmazlığın aradan qaldırılması məqsədilə “xxxx” MMC tərəfindən edilən şifahi və yazılı müraciətlər və cəhdlər nəticəsiz qalıb. Tərəflər arasında bağlanmış Agentlik müqaviləsinin 5-ci maddəsinə əsasən, Agent Universitet üçün agentlik xidmətləri göstərir. Agent tələbələr və Universitet arasında müqavilənin imzalanması üçün imkan yaradır və müqavilənin icrasında vasitəçilik edir. Lakin, Universitet öz müqavilə öhdəliyini yerinə yetirmədiyindən “xxxx” MMC öz növbəsində əcnəbi ölkə vətəndaşı olan abituriyentlər qarşısında öz müqavilə öhdəliklərini yerinə yetirə bilməyib. Qeyd olunan 70 nəfərdən 12 nəfər xarici abituriyentlə bağlanan müqavilələr üzrə real zərərin ümumi məbləği 105 485 manat təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-2(81)-457/2018 saylı qətnaməsi ilə (hakim M.H.Əkbərov) Azərbaycan Tibb Universitetinin iddiası təmin edilmiş, Azərbaycan Tibb Universiteti ilə “xxx x” MMC arasında əcnəbi abituryentlərin Azərbaycan Tibb Universitetində təhsil alması barədə bağlanmış 18.08.2016-cı il tarixli agentlik müqaviləsi etibarsız hesab edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında Agent müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət edilməklə bağlanmadığından həmin müqavilə etibarsızdır. Qarşılıqlı iddiaya gəlincə isə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə ilkin iddia təmin edilərək mübahisəli agentlik müqaviləsi etibarsız hesab edildiyindən, cavabdehin həmin müqavilə üzrə öhdəliyin icrasını və ya ziyanın ödənilməsini tələb etməsi barədə iddiası əsaslı hesab edilə bilməz. Qətnamədən narazı qalan “xxxx” MMC apellyasiya şikayəti vermiş, Bakı Apelly asiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-485/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-2(81)-457/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. “xxxx” MMC kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın Azərbaycan Tibb Universitetindən 105.485 manat pul vəsaitinin tutulub “xxxx” MMC-yə ödənilməsi hissəsində təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiy a şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, mübahisələndirilən müqavilə ilkin iddia üzrə iddiaçı Azərbaycan Tibb Universitetinin rəsmi səlahiyyətli şəxsi olan beynəlxalq əlaqələr üzrə prorektoru tərəfindən bağlanıb. Əcnəbi tələbələrin Universitetə qəbulu ilə bağlı müqavilənin Universitetin təsərrüfat məsələləri üzrə prorektoru tərəfindən deyil, məhz beynəlxalq əlaqələr üzrə prorektoru tərəfindən bağlanması, Universitetin ştampı ilə təsdiq edilməsi və ən əsası həmin müqavilə üzrə öhdəliklərin qismən icra edilməsi - əcnəbi tələbələrin Universitetə tibb təhsili almaq üçün qəbul edilməsi həmin müqavilənin səlahiyyətli şəxs tərəfindən bağlandığını və qanunvericiliy in tələblərinə tam cavab verdiyini təsdiq edir. Daha sonra qeyd edilir ki, Agent müqaviləsinin Azərbaycan Tibb Universitetinin möhürü ilə deyil, ştampı ilə təsdiq olunmasının həmin müqavilənin etibarsızlığına dəlalət etməsi ilə bağlı apellyasiya instansiyasının mövqeyi əsassızdır. Belə ki, mübahisələndirilən müqavilənin mətnindən aydın görünür ki, onun bağlanma formasına və mütləq möhürlə təsdiqlənməli olmasına dair hər hansı şərt nəzərdə tutmayıb. Mülki qanunvericilik yazılı formada müqavilənin yalnız mütləq imzalanmalı olması tələbini müəyyən edir. Müqavilənin həm də möhürlə təsdiq edilməli olmasına dair qanunvericilikdə hər hansı tələb yoxdur və qanunverici möhürlə təsdiq olunma məsələsini tərəflərin öhdəsinə buraxıb. Həmçinin, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırm aq üçün Mülki Məcəllənin 353.1-ci maddəsində nəzərdə tutulmuş 1 ( bir) illik müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddia tələbi üzrə iddia tələbinin Azərbaycan Tibb Universitetindən 105485 manat pul vəsaitinin tutulub “xxxx” MMC-yə ödənilməsi hissəsində təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respubli kası Tibb Universitetinin nümayəndəsi xxx və onun vəkili xxx kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti aşağıdakı səbəblərdən təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Tibb Universiteti ilə “xxxx” MMC arasında əcnəbi abituriyentlərin Azərbaycan Tibb Universitetində təhsil alması barədə 18.08.2016-cı il tarixli Agentlik müqavi ləsi bağlansa da, qeyd edilən müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.( 324.1-ci maddə). Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.( 329-cu maddə) Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmas ında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.( 331.1-ci maddə). Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.( 406-cı maddə). Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.( 407.2-ci maddə). Eləcə də həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən, ATU təşkilati hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyətdir. 3.5-ci bəndinə əsasən, ATU-ya rəhbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən rektor tərəfindən həyata keçirilir. Rektor hazırkı Nizamnamə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq öz səlahiyyətləri daxilində ATU adından müqavilələr bağlayır. 3.6-cı bəndə əsasən, rektor ATU-nun adından vəkalətnaməsiz hərəkət edir, onu dövlət orqanlarında və ictimai birliklərdə təmsil edir. 3.8-ci bəndə əsasən, ATU-nun prorektorları öz vəzifələrini rektorun əmr və göstərişlərinə, rektor tərəfindən təsdiq edilmiş vəzifə borclarına əsasən icra edirlər. İstər ATU-nin nizamnaməsinin, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən, hüquqi şəxsin adından müqavilə, ya hüquqi şəxsin nizamnaməyə uyğun fəaliyyət göstərən orqanı(hazırkı halda ATU-nun rektoru), ya da onun (hüquqi şəxsin orqanı, hazırkı halda rektor) tərəfindən verilmiş vəkalətnaməyə əsasən təmsilçisi vasitəsilə bağlana bilər. Hazırkı iş üzrə isə məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən müqavilə Azərbaycan Tibb Universitetinin adından rektor tərəfindən deyil, beynəlxalq əlaqələr üzrə prorektor tərəfindən imzalanmış və sonuncuya müqaviləni rektorun adından imzalamaq səlahiyyəti verilməmişdir. Səlahiyyətsiz şəxsin hüquqa dair sərəncam verməsi ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 358.1-ci maddəsində qeyd olunur ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Hazırkı halda isə işin hallarından görünür ki, müqavilənin bağlanması rektorun icazəsi olmadan həyata keçirilmişdir və rektor qeyd edilən əqdin mövcudluğundan xəbər tutan kimi həmin əqdi məhkəmədə mübahisələndirmişdir. Bu halda isə mülki qanunvericiliyə əsasən, səlahiyyətsiz şəxsin bağladığı əqd etibarsız sayılır. Bundan əlavə müəyyən edilmişdir ki, müqavilə Universitetin möhürü ilə deyil, ştampı ilə təsdiq edilmişdir. İşin sadalanan xüsusatlarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə sö zügedən Agent müqaviləsi bağlanan zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş forma (səlahiyyətli şəxs tərəfindən imzalanma və təsdiq edilmə) tələblərinə əməl edilmədiyindən apellyasiya instansiya məhkəməsi əsaslı olaraq müqaviləni etibarsız hesab etmişdir. Həmçinin, məhkəmələr tərəfindən ilkin iddianın təmin edilərək mübahisəli agentlik müqaviləsinin etibarsızlığı ilə bağlı nəticəyə gəldiyindən, cavabdehin etibarsız hesab edilmiş müqavilə üzrə öhdəliyin icrasını və ya həmin müqavilə üzrə ziyanın ödənilməsini tələb etməsi barədə iddiası əsaslı hesab edilə bilməz. İddia müddətinin ötürülməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və y a bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı 10.01.2018-ci il tarixli pretenziya məktubunu aldıqdan sonra mübahisələndirilən əqdin mövcudluğu haqqında məlumatlı olmuş, başqa sözlə hüququnun pozulduğunu bilmiş və bildikdən dərhal sonra (19.02.2018ci ildə) qanunvericiliklə müəyyən edilmiş 01 (bir) illik iddia müddətini ötürmədən məhkəmədə iddia qaldırılmışdır. Odur ki, iddia müddətinin ötürülməsi ilə bağlı kassasiya şikayətinin dəlillini də məhkəmə kollegiyası əsassız hesab edir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-485/2018 saylı iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-35/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-35/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver