Məhkəmə qərarları › İş №2-2(102)-350/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-350/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-350/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alınmış əşyanın ödənilməsi, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixl i 2-2(103)-259/2024 nömrəli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. X1 ilə alıcı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı X3 (bundan sonra-“iddiaçı”) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.467 manat əsas borcun, 3.520 manat gecikdirmə məbləğinin, 6.336 manat məbləğin qanunsuz saxlama və faydalanmaya görə, 200 manat mediasiya xərcinin və 500 manat vəkil xərcinin, ümumilikdə cəmi 34.023 manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddi a tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tikinti materiallarının istehsalı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və cavabdehlə bu sahədə əməkdaşlıq etmişdir. İddiaçı müxtəlif vaxtlarda cavabdehə beton vermiş və onun dəyərini almış, lakin son dövrlərdə verilən malın dəyərinin ödənilməməsi ilə bağlı aralarında problemlər yaranmış, cavabdeh aralarında olan razılaşmanın şərtlərinə əməl etməyərək elektron qaimə üzrə ona təhvil verilən malların dəyərini ödəməmişdir. Qaiməyə əsasən hazırda cavabdehin ona cəmi 23.467 manat ödənilməmiş borcu yaranmışdır. Bundan əlavə, cavabdeh borcu 3 ilə yaxın gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh müqavilənin ümumi dəyərinin illik 5%-ni, yəni 3.520 manat (23.467 x 5%=1173x3(il)=3520) manatı ona ödə məlidir. Həmçinin, cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olduğuna görə onun həmin fəaliyyətdən gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Buna görə də, cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 449-cu maddəsi üzrə məsuliyyəti istisna oluna bilməz. Mərkəzi Bank tərəfindən 2023-cü il 4 may tarixə bank uçot dərəcəsi 9 faiz müəyyən olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olur ki, cavabdeh ona ödəməli olduğu 23.467 manat ödənişi 2 il 11 ay 8 gün gün ərzində (2019-cu il 5 noyabr tarixdən 2023-cü il 13 oktyabr tarixinədək) qanunsuz saxlamış, ondan faydalanmış və buna görə də MM-nin 449-cu maddəsinə əsasən hesablanmış 6.336 manat (23.467 x 9% AR MB uçot dərəcəsi = 2112 (azn) x 3 (il) = 6336 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsindəki izahatında tərəflər arasında beton alqı-satqısı ilə bağlı münasibətlərin mövcud olduğunu, iddiaçıya olan 33.000 manat borcdan təxmini 10.000 manatını ödədiklərini, 23.467 manat əsas borcun qaldığını, şirkətin maddi vəziyyətindəki çətinliklər aradan qalxdıqdan sonra qalıq borcu ödəyəcəklərini, iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini bildirmiş və iddianın qalan hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 dekabr tarixli e-2-2(113)-5538/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borc üzrə 23.467 manat, əsas borca illik 5 faiz hesablanmaqla 41,79 manat, mediasiya xərcinin əvə zi olaraq 200 manat, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim K.Hüseynov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin olmadığını, tərəflər arasında münasibətlərin mövcudluğunun elektron qaimələrlə təsdiq olunduğunu qeyd edərək, cavabdehin ödənilməmiş 23,467 manat əsas borcunun qaldığını bildirmiş, iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə izahatında tərəflər arasında alqı-satqı münasibətləri mövcud oldu ğunu, iddiaçıya olan 33.000 manat borcdan təxmini 10.000 manatını ödədiklərini, 23.467 manat əsas borcun qaldığını, iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini, şirkətin maddi vəziyyətindəki çətinliklər aradan qalxdıqdan sonra qalıq borcu ödəyəcəklərini bildirmişdir.

7. İşin materiallarına əlavə olunmuş, 01 iyul 2017-11 iyul 2023-cü il dövrünü əhatə edən elektron qaimələrin siyahısına və cavabdehin nümayəndəsinin elektron qaimə üzrə ödənişlər etdikləri barədə izahatına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında uzunmüddətli davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia əsas borc üzrə 23.467 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

8. Məhkəmə iddianın Mərkəzi Bankının uçot dərəcəsinə görə 23.467 manat məbləğindən 9 % faiz məbləği, yəni 6.336 manat faiz məbləğinin tələb edilməsi ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3 -cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

9. MM-nin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

10. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir. Belə olan halda, iddia 6336 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.

11. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 3.520 manat pulun tələb edilməsi ilə ba ğlı göstərmişdir ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə 05 oktyabr 2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 13 gün sonra yəni, 18 oktyabr 2023-cü il tarixində verilmişdir Belə olan halda, məhkəmə hesab etmişdir ki, əsas borca illik 5 faiz hesablanmaqla 41,79 (23,467x5/100=1.173,35(1 il üçün), 1.173,35/365=3,214(1 gün üçün), 3,214x5= 41,79 (13 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni MM-nin 567, 600.4 və 445.7-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 121.1 -ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh tərfəindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələb inin təmin olunmaması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-259/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlanılması, müqavilə üzrə betonun cavabdehə təhvil verilməsi və onun ödənilməmiş dəyərinin 23.467 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. Çünki cavabdehin nümayəndəsi b irinci instansiya məhkəməsindəki izahatında tərəflər arasında betonun alqı-satqı ilə bağlı münasibətlərin mövcud olduğunu, iddiaçıya olan 33.000 manat borcdan təxmini 10.000 manatını ödədiklərini, 23.467 manat əsas borcun qaldığını bildirmişdir.

16. MPM-nin 106.3-cü maddəsinin tələblərinə görə iddiaçı həmin faktları sübut etmə vəzifəsindən azaddır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı MM-nin 598.3-cü maddəsinə əsasən satılmış betona görə ödənilməyən ümumilikdə 23.467 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

17. Həmçinin, MM-nin 445.7-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı borcun ödənilməsinin 13 gün (pretenziyanın aldığı tarixdən hesablandıqda) gecikdirilməsinə görə hesablanmış 41,79 manat məbləğində faizlərin ödənilm əsini tələb etməkdə haqlıdır (23.467x5/100 = 1.173,35 (1 il üçün), 1.173,35/365 = 3,214 (1 gün üçün), 3,214x5=41,79 (13 gün üçün).

18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin hazırlıq və baxış iclaslarında iştirak edən cavabdeh iddiaya yazılı etiraz təqdim etməmiş, iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmiş, əksinə əsas borcun mövcud olduğunu etiraf etmişdir. Hazırda isə cavabdeh borc məbləğinin düzgün müəyyən edilmədiyini bildirir. Halbuki, MPM-nin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apell yasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, gəlinən nəticə yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır.

19. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bil məz.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 445.7, 567 və 598.3cü maddələrinə, MPM-in 77.1, 106.3, 209.3 və 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı hesab etmişd ir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həllini istisna edir.

23. MM-in 442-ci maddəsi üzrə - məhkəmə qətnaməsində qeyd olunan müqavilələr üzrə onun tərəfindən mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. Belə ki, iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Həmçinin müqavilə üzrə dəbbə pulu və faiz məbləğinin necə hesablandığı da məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Bununla belə, məhkəmə məbləğin çox rahat, anlaşılan qaydada hər kəs tərəfindən hesablana biləcəyini n əzərə alaraq ekspertizanın keçirilməsinə zərurət görməmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli və 2008 ci il 8 may tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqlər üzrə-məhkəmə tərəfindən işə baxılarkən cavabdehin şikayətində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmiş, hüquqi faktlar qiymətləndirilməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar təkrarlanaraq eyni məzmunlu qətnamə qəbul edilmişdir. İşin hall arına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zərur idir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi h alları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası)....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə sa tıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalar ına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 31.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarın ın mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

32. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsin in bağlanılması, müqavilə üzrə betonun cavabdehə təhvil verilməsi və onun ödənilməmiş dəyərinin 23.467 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. Belə ki, işə mahiyyəti üzrə baxılarkən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsindəki izahatında tərəflər arasında betonun alqı-satqı ilə bağlı münasibətlərin mövcud olduğunu, iddiaçıya olan 33.000 manat borcdan təxmini 10.000 manatını ödədiklərini, 23.467 manat əsas borcun qaldığını bildirmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilən həmin hallara MM-nin MPM-nin 106.3-cü maddəsinin və MM-nin 598.3-cü maddəsinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçı satılmış betona görə ödənilməyən ümumilikdə 23.467 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdı r.

34. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, borc məbləğinin düzgün müəyyən edilməməsindən ibarətdir.

35. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

36. Məhkə mə kollegiyası işə mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin birinci instansiya məhkəməsinin hazırlıq və baxış iclaslarında iştirak edən cavabdeh iddiaya yazılı etiraz təqdim etməməsini, iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməməsini, əksinə nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında əsas borcun mövcud olduğunu etiraf etməsini nəzərə alaraq, cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 15-18-ci bəndləri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 fevral tarixli 2-2(103)-259/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar