Məhkəmə qərarları › İş №2-2(102)-351/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-351/2019

21.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-351/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı“xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-351/19 Bakı şəhəri 21 avqust 2019-cu il 21.08.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-2(103)-202/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasın da baxılmışdır. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 752.768 manat, 69.829 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-dən onun xeyrinə 578.212,86 manat məbləğində dəymiş zərərə görə vəsaitin, 449.260,3 manat borcun, 52.413,71 mant faizlərin, 30 manat dövlət rüsumunun və 1 manat bank xərcinin, ümumilikdə 1.079.917,87 manat məbləğin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati İq tisadi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2-2(81)23/2018 saylı qərardadı ilə (hakim İlham Əhmədov) qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsi və qarşılıqlı iddianın icraata qəbul olunaraq sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 may 2018-ci il tarixli, 2-2(103)-313/2018 saylı qərardadı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.(iş.v214 cild2) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2-2(102)-448/2018 saylı qərarı ilə (sədrlik edən Zakir Quliyev, hakimlər Nigar Rəsulbəyova və İlqar Hüseynov) cavabdehin kasasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Daha sonra, cavabdeh məhkəməyə ərazi aidiyyətinin dəyişdirilməsi barədə ərizə təqdim edərək işin baxılması üçün 2 saylı Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2-2(81)12/2019 saylı qərardadı ilə (hakim Fərid Mədətli) cavabdehin işin aidiyyəti üzrə göndərilməsinə dair ərizəsi rədd edilmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2-2(81)12/2019 saylı qərardadı ilə (hakim Fərid Mədətli) cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlər birlikdə apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-2(103)-202/2019 saylı qərardadı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qərardadı Apellyasiya instansiya məhkəməsinin qəra rdadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdehə məxsus, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından müəyyən olunur ki, cavabdehin hüquqi ünvanı AZ1010, ünvan 1 olunmuşdur. Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 19 aprel 2017-ci il tarixli qərarının 15-ci bəndinə əsasən, Nəsimi rayonu, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə iddia ərizəsi cavabde hin – hüquqi şəxsin ünvanına görə verilir ki, hazırkı iş üzrə cavabdehin ünvanının olduğu ərazi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aiddir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-cimaddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, işin aidiyyət qaydalarının tələblərinə uyğun olaraq baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, müəssisənin iş materialların göstərilmiş hüquqi ünvanı sökülmüş və yerində yaşayış binası tikilmiş, cavabdeh isə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq hər hansı ünvanda fəaliyyət göstərə bi lməmişdir. Buna baxmayaraq, apellyasiya şikayəti cavabdehin qeydiyyatda olduğu ünvanın hazırda mövcud olub-olmaması, yaxud cavabdehin hər-hansı digər bir ünvanda qeydiyyatda olmasına dair araşdırma aparmadan birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasına dair əsassız nəticəyə gəlmişdir. Bundan başqa bildirilmişdir ki, apellyasiya məhkəməsi qərardadın çıxarıldığı andan qüvvəyə mindiyini və ondan kassasiya şikayətinin verilə bilməməsini göstərməklə cavabdehin qərardaddan şikayət vermək hüququnu məhdudlaşdırmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatl andırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya predmetinin baxışı ərazi aidiyyatı ilə bağlı məsələ təşkil edir. Məhkəmə kollegiyası aş ağıdakılara məhkəməsinin nəticəsi düzgün olmuşdur. əsasən hesab edir ki, apellyasiya Ərazi aiddiyatı ilə bağlı məhkəmələr Azərbaycan Respublikası MPM-nin 35.1 və 35.2-ci maddələrinə əsaslanmaqla hesab etmişdirlər ki, ərazi aidiyyatı düzgün seçilmişdir. Həmin maddəyə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bu baxımdan iddiaçı əsaslı olaraq cavabdehin hüquqi şəxs kimi qeydə alındığı ünvan üzrə ərazi məhkəmə aidiyyatını müəyyən etmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsində müəyyən olunmuşdur ki, qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanı nın, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində əks etdirilməli olan məlumatlara aid edilmişdir. Bu məlumata kommersiya qurumlarının dövlət reyestrindən məlumatlar aiddir ki, məhkəmələr tərəfinən ona əsasən müəyyən olunmuşdur ki, cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhərinin Nəsimi rayon ərazisinə aiddir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli qərarına görə isə, həmin rayon 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin ərazi yurisdiksiyasına daxildir. Cavabdeh müəyyən olunmuş bu ərazi aidiyyatını mübahisələndirərək müb ahisənin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə aid olduğunu onunla əsalandırmışdır ki, müəssisənin iş materialların göstərilmiş hüquqi ünvanı sökülmüş və yerində yaşayış binası tikilmiş, cavabdeh isə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq hər hansı ünvanda fəaliyyət göstərə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bildirdiyi əsas qanunveriliyin yuxarıda əks olunmuş müddəalarına görə ərazi aiddiyyatının bilavasitə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə aid olduğu anlamını yaratmır. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin dəlilini qanunsuz hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin eyni mətnli şikayətlərin verilməsi, məhkəmələrin onlara münasibətdə bildirilmiş əsaslara qarşı isə hər hansı bir dəlilinin bildirilməməsi o nəticəyə gəlmək üçün əsas yaradır ki, cavabdeh tərəfindən şikayətlər hazırki icraatın yubandırılması məqsədilə verilmiş və məhkəmələrin lüzumsuz olaraq iş yükünün artırılmasına və bununla bağlı vaxtın itirilməsinə gətirib çıxarmışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsa sən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: cavabdeh “xxxx” MMC-nin nümayəndəsi XXXtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2-2(103)-202/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar