Məhkəmə qərarları › İş №2-2(102)-352/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-352/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-352/2022 21.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh3 və X2 qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Hüseynov İlqar Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət qarışıq tərkibdə İddiaçı ASC-nin (bundan sonraASC) cavabdehlər Cavabdeh1 MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh3 və X2 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi

1. İddiaçı "xxxx" X3 2015-ci il 23 yanvar tarixdə cavabdehlər Cavabdeh1 MMC-yə, Naqin-K "xxxx" MMC-yə, Cavabdeh3 və X2 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə 2015-ci il 23 yanvar tarixdə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İKB ilə Cavabdeh1 MMC arasında bağlanmış 2013-cü il 5 dekabr tarixli, 6-BİZ-1-0-101-13 (Ə1) nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 483.000 manat əsas borcun, 2014-cü il 5 dekabr tarixədək hesablanmış 44163 manat 77 qəpik faiz borcunun Cavabdeh1 MMC-dən və X1, 2014-cü il 23 yanvar tarixli, 6-BİZ-1-0-101-13 (Ə2) nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 240230 manat 59 qəpik əsas borcun, 2014-cü il 5 dekabr tarixədək hesablanmış 19380 manat 55 qəpik faiz borcunun Cavabdeh1 MMC-dən, X1 və Cavabdeh3, 2014-cü il 19 iyun tarixli, 6-BİZ-1-0-101-13 /3 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 121303 manat 49 qəpik əsas borcun, 2014-cü il 5 dekabr tarixədək hesablanmış 6091 manat 61 qəpik faiz borcunun gecikdirməyə görə hesablanmış 5997 manat 72 qəpik dəbbə pulunun Cavabdeh1 MMC-dən, X1, Cavabdeh3 və Naiqin-K "xxxx" MMC-dən iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, X1, Cavabdeh3 və Naiqin-K "xxxx" MMC-dən tutulması, Tutmanın öhdəliyin təminatı kimi "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış 2014-cü il 2 iyun tarixli, 6-BİZ-1-0101-13 (İ) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933,8 kv.m olan qe yri-yaşayış binası (alkaqollu içkilərin süzülməsi və doldurulması sexi), 2014-cü il 2 iyun tarixli, 6-BİZ-1-0-101-13 (İ2) saylı İpoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 1746,4 kv.m olan qeyri-yaşayış binası (un kombinatı), 2014-cü il 2 iyun tarixli, 6BİZ-1-0101-13 (İ3) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527,2 kv.m olan qeyri-yaşayış binası (ilkin emal sexi) və 2014-cü il 2 iyun tarixli, 6-BİZ-1 -0-101-13 (İ4) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63,8 kv.m olan qeyri-yaşayış binasına (spirt çəkmə sexinə), həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx" MMC İlə "xxxx" İKB arasın da bağlanmış 2014cü il 2 iyun tarixli, 6-BİZ-1-0-101-13 (G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə nömrə 1-də qeyd olunan 104 adda əsas vəsaitlərə və 2014-cü il 2 iyun tarixli 6-BİZ1-0-101-13 (G5) saylı girov müqaviləsinə əsasən, adları müqaviləyə əlavə 1-də qeyd olunanan 68 adda maşın və avadanlıqlara yönəldilməsi, həmin daşınar və daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsatitinin borc məbləğlərinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ilə bağlanmış 2013-cü il 14 noyabr tarixli 6-BİZ-1 -0-101-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə ******* (üç milyon) manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə, yəni 2023-cü i l 14 noyabr tarixədək kredit limiti müəyyən edilmiş, 2013cü il 5 dekabr tarixdə bağlanmış 6-BİZ-1 -0-101-13 (Ə1) saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 18 % olmaqla 24 ay müddətinə 483000 manat, 2014-cü il 23 yanvar tarixdə bağlanmış 6-BİZ-1 -0-101-13 (Ə2) saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 18 % olmaqla 34 ay müddətinə 250000 manat və 2014-cü il 19 iyun tarixdə bağlanmış 6-BİZ-1 -0-101-13 (Ə3) saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə illik 14 % olmaqla 3 ay müddətinə 130000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Naiqin-K "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış 2014-cü il 2 iyun tarixli, 6- BİZ-1 -0-101-13 (İ) saylı ipoteka müqaviləsinə əsasən Tovu z rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933,8 kv.m olan qeyri-yaşayış binası (alkaqollu içkilərin süzülməsi və doldurulması sexi), 2014-cü il 2 iyun tarixli, 6-BİZ-10-101-13 (İ2) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 1746,4 kv.m olan qeyri-yaşayış binası (un kombinatı), 2014-cü il 2 iyun tarixli, 6BİZ-1-0-101-13 (İ3) saylı “İpoteka müqaviləsi”nə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527,2 kv.m olan qeyri-yaşayış binası (ilkin emal sexi) və 2014-cü il 2 iyun tarixli, 6-BİZ-1 -0-101-13 (İ4) saylı ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63,8 kv.m olan qeyri-yaşayış binası (spirt çəkmə sexi) "xxxx" İKB qarşısında ipoteka ilə edilmişdir. Həmçinin k redit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi NaiqinK "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış 2014-cü il 2 iyun tarixli, 6-BİZ1 -0-101-13 (G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə № 1-də qeyd olunan əsas vəsaitlər və 2014cü il 2 iyun tarixli, 6-BİZ-1 -0-101-13 (G5) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə əlavə № 1-də qeyd olunan maşın və avadanlıqlar banka girov qoyulmuşdur. Eyni zamanda 2013-cü il 5 dekabr tarixdə bağlanmış 6-BİZ-1 -0101-13 (Ə1) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq X4 ilə 2013-cü il 28 noyabr tarixli 6-BİZ-1-0101-13 (Z1) saylı, 2014-cü il 23 yanvar tarixdə bağlanmış 6-BİZ-1 -0-101-13 (Ə2) saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq X4 ilə 2014-cü il 24 yanv ar tarixli 6-BİZ-1-0-101-13 (Z2) saylı və Cavabdeh3 ilə 2014-cü il 24 yanvar tarixli 6BİZ-l-0-101 -13 (Z3) saylı, 2014-cü il 19 iyun tarixdə bağlanmış 6- BİZ-1-0-101-13 (Ə3) saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh3 19 iyun 2014-cü il tarixli 6-BİZ-1 -0-101-13 (Z4) saylı, X4 ilə 19 iyun 2014-cü il tarixli 6-BİZ-1-0-101-13 (Z5) saylı və Naiqin-K "xxxx" MMC ilə 19 iyun 2014-cü il tarixli 6-BİZ-1-0-101-13 (Z6) saylı zaminlik müqavilələri bağlanmış və onlar öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqavilələrinin və tərəflər arasında tərtib edilmiş Ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra et məmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.

3. İddiaçı daha sonra məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə müraciət edərək, sonuncu ərizəsi ilə “Nikoyl" İKB ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 2013-cü il 5 dekabr tarixli, 6-BİZ-1 -0-10113 (Ə1) saylı kredit müqaviləsinə əsasən 483.000 manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 175.539 manat 29 qəpik məbləğində faiz borcunun, 121.957,01 manat məbləğində cərimə borcunun və 2015-ci il 18 dekabr tarixdən 2019-cu il 4 sentyabr tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 83.864,30 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 864.360,60 manat məbləğində borcun Cavabdeh1 MMC-dən və X1, 2014-cü il 23 yanvar tarixli 6 -BİZ-1-0-101-13 (Ə2) saylı kredit müqaviləsinə əsasən 240.230,59 manat məbləğində əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 104.424,19 manat məbləğində faiz borcunun 80.359,05 manat məbləğində cərimə borcunun və 2016-cı il 23 noyabr tarixdən 2019-cu il 4 sentyabr tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 33.491,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 458.505,78 manat məbləğində borcun Cavabdeh1 MMC-dən, X1 və Cavabdeh3, 2014-cü il 19 iyun tarixli 6-BİZ-1-0-10113(Ə3) saylı kredit müqaviləsinə əsasən 121.303,49 manat əsas borcun, kreditin bitmə tarixinə hesablanmış ödənilməmiş 4.089,95 manat məbləğində faiz borcunun, 110.585,26 manat məbləğində cərimə borcunun və 2014-cü il 20 sentyabr tarixdən 2019-cu il 4 sentyabr tarixədək geci kdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 21.062,50 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 257.041,20 manat məbləğində borcun Cavabdeh1 MMC-dən, X1, Cavabdeh3 və Naqin-K "xxxx"MMC-dən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutmanın öhdəliyin təminatı kimi Naqin-K "xxxx"MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 2014-ci il 2 iyun tarixli, 6-BİZ-l-0-101- 13 (İ) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 933.8 kv.m qeyriyaşayış binasına (alkaqol içkilərin süzülməsi və doldurulması sexi), 2014-cü il 2 iyun tarixli, 6-BİZ-l-0- 101-13(İ2) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümıımi sahəsi 1746.4 kv.m qeyri-yaşayış binasına (un kombinatı), 2014-cü il 2 iyun tarixli. 6- BİZ-l-0-10113 (İ3) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 527.2 kv.m qeyri-yaşayış binasına (ilkin emal sexi) və 2014-ci il 2 iyun tarixli, 6-BİZ-1 -0-101-13 (İ4) saylı ipoteka müqaviləsinə əsasən Tovuz Rayonu, İbrahim Hacılı kəndində yerləşən ümumi sahəsi 63.8 kv.m qeyri-yaşayış binasına (spirt çəkmə sexinə), həmçinin kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Naqin-K "xxxx"MMC ilə"xxxx" İKB ASC arasında bağlanmış 2014-cü il 2 iyun tarixli, 6-BİZ-1 -0-101-13 (G) saylı girov müqaviləsinə əsasən adları müqaviləyə Əlavə 1də qeyd olunan 104 adda əsas vəsaitlərə və 2014-cü il 2 iyun tarixli, 6-BİZ-l-0-101 -13 (G5) sayl ı girov müqaviləsinə əsasən adları müqaviləyə Əlavə 1-də qeyd olunan 68 adda maşın və avadanlıqlara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin borc məbləğlərinə ödənilməsi, həmçinin ipotek və girov predmetləri açıq hərracda satıldıqda sonra həmin əmlaklardan cavabdehlərin çıxarılması və hərracdan əldə olunan pul vəsaiti kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərin digər əmlakları və mal varlıqlarına yönəldilməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tovuz Rayon Məhkəməsinin 2(62)-398/2015 saylı 11 fevral 2015-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və digərlərinə qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməs i tələbinə dair ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2(81)502/2015 saylı mülki işə birləşdirilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-502/2015 saylı 16 mart 2015-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və digərlərinə qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-251/2015 saylı 16 aprel 2015-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və digərlərinə qarşı kredit borcunun qaytarı lması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə əlaqədar mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir.

7. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisəsinin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Deməli, tələblərin birləşdirilməsi predmetin subyektiv tərkibinə görə müvafiq məhkəmə yurisdiksiyası ilə məhdudlaşmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında meydana gəlmiş mübahisə mülki xarakterlidir və hazırkı iş üzrə cavabdehlərdən ikisi fərdi sahibkar statusu olmayan fiziki şəxslər olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 25.1-ci maddəsinin tələblərinə əsasən işin baxılması ümumi məhkəmənin səlahiyyətinə aiddir. 8. "xxxx" İKB ASC-nin adı 2019-cu il 22 noyabr tarixdə İddiaçı ASC-yə dəyişdirilmişdir

9. Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2(062)-8/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Naqin-K "xxxx" MMC-yə, Cavabdeh3 və X2 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

10. Həmin məhkəmə bildirmişdir ki, mülki iş üzrə tərəflər hüquqi şəxsdir və kredit məbləği sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürülmüşdür. Ona görə də mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

11. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 30 mart tarixli, 2-2(115)-457/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığına münasibət bildirilməsi üçün mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı cavabdehlər qismində hüquqi şəxslərlə yanaşı fiziki şəxslərə də qarşı 2015-ci il 23 yanvar tarixdə iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir. Sonradan aidiyyət haqqında məsələ qalxdıqda, həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilmişdir. Məhkəmə mövqeyini MPM-in 25.1-ci (2020-ci il 1 yanvar tarixədək qüvvədə olan redaksiyada) 24.2, 25.1, 26.1, 31.2, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarının 5-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

13. İş materiallarını araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən mülki iş mahiyyəti üzrə baxılması üçün Tovuz rayon Məhkəməsinə göndərilməlidir.

14. Belə ki, MPM-in 32.7-ci maddəsinin 2020-ci il 1 yanvar tarixədək qüvvədə olmuş redaksiyasına görə məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

15. Hazırki halda, işlə bağlı əvvəllər yaranmış aidiyyət mübahisəsi həll olunmaqla işlərin bir icraatda birləşdirilməsi məqsədilə iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 16 mart tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, prosessual q anunvericiliyin həmin dövrdə qüvvədə olmuş tələblərinə uyğun olaraq səlahiyyətli məhkəmə olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 16 aprel tarixli qərardadı ilə aidiyyət və işlərin bir icraatda birləşdirilməsi məsələsinə qiymət verilərək mülki işin baxılması üçün Tovuz rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

16. Göründüyü kimi mülki prosessual qanunvericiliyin həmin dövrdə qüvvədə olmuş müddəalarının tələblərinə uyğun olaraq aidiyyət mübahisə səlahiyyətləri çərçivəsində apellyasiya məhkəməsi tərəfindən həll olunmuşdur. İşin Tovuz rayon Məhkəməsinə qaytarılaraq artıq 7 ilə yaxın müddət ərzində baxılmasına davam etməsi isə apellyasiya məhkəməsinin həmin qərardadının qanuni qüvvəsini aldığını göstərir. Belə olan halda isə hazırda aidiyyət müba hisəsinin fərqli qaydada həll olunması məhkəmə qərardadına münasibətdə hüquqi qeyri-müəyyənlik yaratmaqla nəticələnmiş olardı. Bu səbəbdən, iş mahiyyəti üzrə baxılması üçün Tovuz rayon Məhkəməsinə göndərilməlidir.

17. MPM-in 32.7-ci maddəsinə əsasən, məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

18. MPM-in 403-1.9.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən işi məhkəmə aidiyyəti üzrə göndərə bilər.

19. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və 32.7, 403-1.9.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Naiqin-K "xxxx" MMC-yə, Cavabdeh3 və X2 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Tovuz rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar