Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-353/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh QSC-yə qarşı iş üzrə Açar sözlər: pul tələbi 07.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin cavabdeh QSC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli 2-2(107)-5/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. “İcraçı” MMC (bundan sonra – “iddiaçı”) ilə “sifarişçi” QSC (bundan sonra – “cavabdeh”) arasında bağlanmı ş 2017-ci il 19 sentyabr tarixli CC17090137 nömrəli xidmət müqaviləsinə əsasən, iddiaçı dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə cavabdehin sənədlərinin və bağlamalarının avia qaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin, xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılmasını, cavabdeh isə xidmətlərin haqqını DHL Express tariflərinə əsasən ödənilməsini öz üzərilərinə götürmüşlər.
2. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “sifarişçi” “icraçı”-ya sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması xidməti haqqını, hər təqvim ayının sonunda “icraçı” tərəfindən təqdim olunan müvafiq sənədə əsasən (invoys təqdim olunandan 30 gün ərzində) bank köçürülməsi yolu ilə həyata keçirilməlidir, əks təqdirdə, 0,3% həcmində cərimə sanksiyaları tətbiq olunacaqdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, “sifarişçi” “icraçı” qarşısında “icraçı”nın təqdim etdiyi müvafiq sənədlər əsasında xidmət haqqının vaxtında ödənilməsi məsuliyyətini daşımağı öz üzərinə götürmüşdür.
3. Cavabdehin direktoru T.Əh-nin iddiaçıya ünvanladığı 2018-ci il 15 oktyabr tarixli qarantiya məktubunda cavabdeh zəmanət vermişdir ki, DHL Express tərəfindən xarici ölkələrdən daşınan yüklərin nəqliyyat xərclərini ödəyəcək və DHL Express avia qaiməsinin arxa səhifəsində qeyd edilmiş şərtlərlə razılaşmış, ödənişlərin Azərbaycan manatı ilə icra ediləcəyi öhdəliyi götürmüşdür.
4. Cavabdeh istifadə edilmiş xidmətlərə görə ödənişi bank köçürməsi ilə müvafiq hesab-fakturanı aldıqdan sonra ödəyəcək. Cavabdeh zəmanət verir ki, 9 rəqəmli (963****241 (İ cild, i/v 209-210) kod məxfi saxlanılacaq və başqaları tərəfindən istifadəsinə görə məsuliyyət daşıyır.
5. Qeyd edilən 9 rəqəmli kod cavabdeh tərəfindən sifariş olunan DHL Express tərəfindən həyata keçirilən bütün daşımalar üzrə təqdim edilmiş Nəqliyyat Qaimələrində “Yük göndərən” yerində qeyd edilmişdir. 6. 2018-ci il 15 oktyabr tarixli qarantiya məktubunda cavabdeh zəmanət vermişdir ki, DHL Express tərəfindən xarici ölkələrdən daşınan yüklərin nəqliyyat xərclərini ödəyəcək və DHL Express aviaqaiməsinin arxa səhifəsində qeyd edilmiş şərtlərlə razılaşmış, ödənişlərin Azərbaycan manatı ilə icra ediləcəyi öhdəliyi götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 2021-ci il 26 aprel tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək və sonradan iddia tələbini dəqiqləşdirərək, 38.326,27 manat məbləğində xidmət haqqının və 65.655,75 manat məbləğində cərimənin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 2017-ci il 19 sentyabr tarixli, CC17090137 nömrəli xidmət müqaviləsi bağlanmışdır, invoys məbləğinin 0,3 % həcmində cərimə sanksiyası tətbiq edilmişdir. 2018-ci il 4 oktyabr tarixli TC 600/18 saylı hesab-faktura ilə sentyabr ayı üçün verilmiş invoys üzrə 1.025,03 manat, 2018-ci il 6 dekabr tarixli 770/18 saylı hesab-faktura ilə 2018-ci ilin noyabr ayı üçün verilmiş invoys üzrə 2.156,39 manat, 2019-cu il 9 yanvar tarixli 009/19 saylı hesab-faktura ilə 2018-ci ilin dekabr ayı üçün v erilmiş invoys üzrə 1.1975,97 manat, 2019-cu il 7 fevral tarixli 098/19 saylı hesabfaktura ilə 2019-cu ilin yanvar ayı üçün verilmiş invoys üzrə 2.241,37 manat, 2019-cu il 6 mart tarixli 158/19 saylı hesab-faktura ilə 2019-cu ilin fevral ayı üçün verilmiş invoys üzrə 3.364,10 manat, 2019-cu il 4 aprel tarixli 229/19 saylı hesab-faktura ilə 2019-cu ilin mart ayı üçün verilmiş invoys üzrə 3.770,16 manat, 2019-cu il 6 may tarixli 313/19 saylı hesab-faktura ilə 2019-cu ilin aprel ayı üçün verilmiş invoys üzrə 4.617,66 manat, 2019-cu il 3 iyul tarixli 451/19 saylı hesab-faktura ilə 2019-cu ilin iyun ayı üçün verilmiş invoys üzrə 844,12 manat, 2019-cu il 6 avqust tarixli 524/19 saylı hesab-faktura ilə 2019-cu ilin iyul ayı üçün verilmiş invoys üzrə 3.942,30 manat və 2020-ci il 6 mart tarixli 294 /20 saylı hesab-faktura ilə 2020-ci ilin fevral ayı üçün verilmiş invoys üzrə 129,46 manat məbləğində xidmət haqqı göstərilmişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 445.1, 448.1, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 26.1, 149-150-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
11. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli e-2-2(117)-573/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 34.066,56 manat borc və 6.565,57 manat məbləğində cərimə olmaqla, ümumilikdə 40.632,13 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edlmiş, iddia qalan hissədə rədd edilmiş dir (hakim – M.Hüseynov).
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 34.066,56 manat məbləğində rabitə xidmətinin göstərilməsi iş materiallarına əlavə edilmiş elektron-qaimələrlə və hesab-fakturalarla təsdiqlənir.
13. İddiaçı göstərilən xidmətin 38.326,27 manat məbləğində edildiyini iddia etsə də, iş materiallarına 2018-ci il 4 oktyabr tarixli TC 600/18 saylı, 2018-ci il 6 dekabr tarixli 770/18 saylı, 2019-cu il 9 yanvar tarixli 009/19 saylı, 2019-cu il 7 fevral tarixli 098/19 saylı, 2019-cu il 6 mart tarixli 158/19 saylı, 2019-cu il 4 aprel tarixli 229/19 saylı, 2019-cu il 6 may tarixli 313/19 saylı, 2019-cu il 3 iyul tarixli 451/19 saylı, 2019-cu il 6 avqust tarixli 524/19 saylı, 2020-ci il 6 mart tarixli 294/20 saylı hesab-fakturalar əlavə edilmişdi r ki, həmin hesab-faktura üzrə göstərilmiş xidmət 34.066,56 manat təşkil edir. Həmin hesab-fakturalar elektron qaimələr əsasında verilmişdir. 2019-cu il 5 sentyabr tarixli 580/19 nömrəli hesab-faktura isə iş materiallarına əlavə edilmədiyindən, həmin invoys üzrə iddia edilən 4.659,69 manat xidmətin göstərilməsi sübut olunmur. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.
14. Qeyd edilən hesab-fakturalarda cavabdehin əməkdaşlarının adları, soyadı və imzaları qeyd edilsə də, həmin sənədlər elektron qaydada cavabdehə təqdim edilmiş, cavabdeh qeyd edilən qaimələrin onlara təqdim edildiyini, onlar razılaşmasalar da sistem tərəfindən təsdiqləndiyini bildirmişdir.
15. Məhkəmə icraatı zamanı tədqiq edilmiş müvafiq xidmətlərə dair nəqliyyat qaiməsində “Yük Göndərən” hissədə cavabdeh tərəfindən məx filiyinə zəmanət verilmiş 9 rəqəmli kod-963****241 qeyd edilmiş, nümayəndə olaraq əsasən N.P, T.L, N.A.A və digər şəxslər tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə elektron qaydada təqdim edilmədən əlavə, real olaraq təqdim edilən hesab-fakturalarda onu qəbul edən cavabdehin nümayəndələrinin imzası (Məsələn: D.Z. adlı şəxs 2019-cu il 6 mart tarixli hesab fakturada, Ə.A 2019-cu il 3 iyul tarixli hesab-fakturada, 2020-ci il 6 mart tarixli hesab-fakturada R.A və digər şəxslər) vardır.
16. Cavabdehin nümayəndəsi nəqliyyat qaiməsində olan imzaların, onların nümayəndələri tərəfindən imzalamadığı faktına əsaslansa da, məhkəmənin imza nümunələrinin yoxlanması üçün qaimədə adı keçən şəxslərin məhkəməyə təqdim edilməsi ilə bağlı təklifindən buna ehtiyac olmadığını bildirərək yayınmışdır.
17. Cavabdeh məhkəmə iclasında həmin xidmətlərin göstərilməsinə etiraz etsə də, bunun əksini sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddia tələbinə münasibətdə tələbi istisna edən hər hansı bir yazılı sübut və ya digər tutarlı dəlil təqdim edə bilməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilən sübutlara əks mövqe nümayiş etdirmişdir.
18. İddia tələbinin “65.655,75 manat məbləğində cərimənin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı ödənişi gecikdirilmiş xidmət haqqına görə cərimə hesablamaqda və həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır (tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən). Cərimə məbləği həddindən artıq yüksək məbləğdə olduğundan tərəf lərin əmlak mənafelərinin təmini baxımından, həmçinin real zərəri faktiki uyğunluğu, tərəflərin uzunmüddətli kommersiya münasibətində olmaqla hazırkı vaxta kimi müvafiq ödənişlər edilməsini nəzərə alınaraq həmin məbləğ azaldılmalı, cavabdehdən 65.655,7 manat deyil, 6.565,57 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
19. Məhkəmə mövqeyini MM-in 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 449.1-ci, MPM-in 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh 2021-ci il 14 oktyabr tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli 2-2(107) - 5/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Rəfiyev, hakimlər – A.Mahmudov və V.Məlikov).
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2018-ci il 4 oktyabr tarixli TC 600/18 saylı hesab-faktura ilə sentyabr ayı üçün verilmiş invoys üzrə 1.025,03 manat, 2018ci il 6 dekabr tarixli 770/18 saylı hesab-faktura ilə 2018-ci ilin noyabr ayı üçün verilmiş invoys üzrə 2.156,39 manat, 2019-cu il 9 yanvar tarixli 009/19 saylı hesab-faktura ilə 2018-ci ilin dekabr ayı üçün verilmiş invoys üzrə 11.975,97 manat, 2019-cu il 7 fevral tarixli 098/19 saylı hesab-faktura ilə 2019-cu ilin yanvar ayı üçün verilmiş invoys üzrə 2. 241,37 manat, 2019-cu il 6 mart tarixli 158/19 saylı hesab-faktura ilə 2019-cu ilin fevral ayı üçün verilmiş invoys üzrə 3.364,10 manat, 2019-cu il 4 aprel tarixli 229/19 saylı hesab-faktura ilə 2019-cu ilin mart ayı üçün verilmiş invoys üzrə 3.770,16 manat, 2019-cu il 6 may tarixli 313/19 saylı hesab-faktura ilə 2019-cu ilin aprel ayı üçün verilmiş invoys üzrə 4.617,66 manat, 2019-cu il 3 iyul tarixli 451/19 saylı hesab-faktura ilə 2019-cu ilin iyun ayı üçün verilmiş invoys üzrə 844,12 manat, 2019-cu il 6 avqust tarixli 524/19 saylı hesab-faktura ilə 2019-cu ilin iyul ayı üçün verilmiş invoys üzrə 3.942,30 manat və 2020-ci il 6 mart tarixli 294/20 saylı hesab-faktura ilə 2020-ci ilin fevral ayı üçün verilmiş invoys üzrə 129,46 manat məbləğində xidmət haqqı göstərilmişdir.
23. Deməli, iddi açı tərəfindən cavabdehə 34.066,56 manat məbləğində rabitə xidməti göstərilmişdir. Bu, yuxarıda sadalanan elektron-qaimələrlə və hesab-fakturalarla təsdiqlənir.
24. Bundan başqa, müvafiq xidmətlərə dair nəqliyyat qaiməsində “Yük Göndərən” hissədə cavabdeh tərəfindən məxfiliyinə zəmanət verilmiş 9 rəqəmli kod- 963****241 qeyd edilmiş, nümayəndə olaraq əsasən N.P, T.L, N.A.A və digər şəxslər tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə elektron qaydada təqdim edilmədən əlavə, real olaraq təqdim edilən hesab-fakturalarda onu qəbul edən cavabdehin nümayəndələrinin imzası (Məsələn: D.Z adlı şəxs 2019-cu il 6 mart tarixli hesab fakturada, Ə.A 2019-cu il 3 iyul tarixli hesabfakturada, 2020-ci il 6 mart tarixli hesab-fakturada R.A və digər şəxslər) vardır. Cavabdeh tərəf iddia ilə razıla şmasa da, bunun əksini sübut edən hər hansı bir mötəbər dəlili istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini cavabdehdən 6.565,57 manat məbləğində cərimə tutmaqda da haqlı hesab etmişdir.
26. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 462.1, 462.3, 467, 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 449.1, 850, 854.1, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 71-1-ci maddələrinə istinad edilmişdir.
28. Cavabdehə qətnamə 2022-ci il 9 fevral tarixində təqdim edilmişdir.
29. Cavabdeh 2022-ci il 28 mart tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi və iddiaçının iddia tələbini rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. MM-nin 854-cü maddəsi üzrə - İddiaçı tərəfindən məhkəməyə xidmətin gösətrilməsini əks etdirən qaimələr təqdim edilmişdir. Həmin qaimələr MM-in 854-cü maddəsində göstərilən tələblərə uyğun tərtib edilməmişdir. Həmin qaimələrdə daşımanın qiyməti, yük barədə məlumatlar və digər vacib məlumatlar mövcud deyildir.
31. Azərbaycan Respublikas ı Maliyyə Nazirliyi tərəfindən 2000-ci il 14 iyul tarixdə təsdiq edilmiş “Qaimə-Faktura”nın (Forma № QF-1) forma və rekvizitləri və onlardan isrtifadə qaydaları” üzrə - Qaimə fakturanın "Kimə" rekvizitindən vəkalətnamə və ya müvafiq sərəncamla qiymətliləri alan maddi – məsul şəxsin vəzifəsi, soyadı, adı, mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı, nömrəsi, tarixi və digər lazımi göstəriciləri əks etdirilir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturalar tərtib edilərkən bu qaydaların tələblərinə riayət olunmamış, xidmətin təhvil verildiyi maddi məsul şəxsin vəzifəsi, soyadı, adı qeyd edilməmişdir. Həmçinin həmin qaimələri müxtəlif şəxslər qəbul etmişlər. İddiaçı isə bu qaimədəki imzanın cavabdehin maddi məsul şəxsinə aid olduğuna dair nə birinci instansiya məhkəməsinə, nə d ə işə apelyasiya qaydasında baxılarkən hər hansı sübut təqdim edə bilmişdir. Halbuki əgər xidmətin göstərilməsi sifarişçi tərəfindən qəbul edilmirsə, bu halı sübut etmək vəzifəsi icraçının üzərinə düşür.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarının” 1.3-cü bəndi üzrə - Həmin Qaydaların tələblərinə uyğun tərtib edilən elektron qaimə-faktura ilə təsdiq edilir. Bu Qaydaların 2.6-cı bəndinə görə elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaim ə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr müvafiq qaydalara uyğun tərtib edilməmişdir. Buna görə də iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron vergi hesab-fakturası xidmətin cavabdehə göstərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz.
33. MPM-in 77-ci maddəsi üzrə - Hazırkı iş üzrə iddiaçı tərəfindən qeyd etdiyi xidmətlərin göstərilməsinin sübut olunması vəzifəsi məhz iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir, onun istinad etdiyi hallar işin materialları ilə müəyyən olunmur. İddia tələbi tutarlı dəlillərlə, mötəbər sübutlarla əsaslandırılmadığından bu tələbin təmin edilməsi mümkün deyil.
34. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi qərarını onunla əsaslandırılmı şdır ki, iddiaçı 34.066,56 manat məbləğində rabitə xidmətinin cavabdehə göstərilməsinin sübutu kimi iddiaçı tərəfindən təqdim edilmiş hesab-fakturalar və elektron qaimələr olmuşdur. Bu sübut iş üzrə rabitə xidmətinin göstərilməsinin təsdiq edən birbaşa sübut kimi çıxış edir. Elektron vergi hesab-fakturası dolayı sübut dəyərinə malikdir. Dolayı sübutun mövcudluğu özü-özlüyündə iddianı təmin etmək üçün yetərli əsas deyildir. Məhkəmə bu zaman nəyə görə birbaşa sübutu qəbul etmədiyini ağlabatan və inandırıcı formada əsaslandırmalıdır. Hazırkı halda apellyasiya məhkəməsi bu qaydada davranmamışdır. Ona görə də, birbaşa sübutun mövcudluğunda dolayı sübuta üstünlük verilməsinə dair məhkəmənin yanaşması düzgün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə q arşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hü quqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcl udan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ m üqavilə üçün müəyyən forma təyin edilməsin....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsi ni digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi a ndan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların sə lahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə
854. Qaimə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinc i nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir....”
40. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergilər Məcəlləsinin müvafiq müddəalarında “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 711.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil veri lməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanı n vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.3-1. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malların qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən verilən; 71-1.5.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına (subagentə) təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala, yaxud saxlamaya verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən; 71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə;1 71-1.5.11. ixrac qeydi ilə satış barədə. 71-1.6. Bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elek tron qaimə-faktura aksizli malların istehsalçıları və ya idxalçıları tərəfindən tərtib edilir. 71-1.7. Agent (komisyonçu) tərəfindən malların,nirəlşi) xidmətlərin) subagentə verilməsi, habelə subagent tərəfindən malların,nirəlşi) xidmətlərin) alıcıya təqdim edilməsi zamanı bu Məcəllənin 71-1.5.5-ci maddəsinə uyğun olaraq elektron qaiməfaktura tərtib edilir və müvafiq olaraq əməliyyatın subagentə ötürülməsi və subagent tərəfindən aparılması ilə bağlı qeyd aparılır. 71-1.8. Aksizli malların istehsalçısı tərəfindən aksizli malların istehsal binasının hüdudlarından ona məxsus digər təsərrüfat subyektlərinə (obyektlərinə), yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə buraxılışı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulmuş növdə elektron qaimə-faktura ilə rəsmiləşdirilir.”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştira k edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 30-34) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli 2-2(107)-5/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyasının mövqeyinə görə, MMC tərəfindən təqdim edilmiş hesab fakturalar və elektron qaimələr hazırkı mübahisənin həllində mühüm əhəmiyyət kəsb etsə də, iddianın müvafiq hissədə təmin edi lməsi üçün yeganə mötəbər sübut olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan bütün sübutları qarşılıqlı şəkildə təhlil edərək iş üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq dəyişdirmədən saxlamışdır.
44. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, müvafiq xidmətlərə dair nəqliyyat qaiməsində “Yük Göndərən” hissədə cavabdeh tərəfindən məxfiliyinə zəmanət verilmiş 9 rəqəmli kod - 963****241 qeyd edilmiş, nümayəndə olaraq əsasən N.P, T.L, N.A.A və digər şəxslər tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə elektron qaydada təqdim edilmədən əlavə, real olaraq təqdim edilən hesab-fakturalarda onu qəbul edən cavabdehin nümayəndələrinin imzası (Məsələn: D.Z adlı şəxs 2019 -cu il 6 mart tarixli hesab-fakturada, Ə.A 2019-cu il 3 iyul tarixli hesab-fakturada, 2020-ci il 6 mart tarixli hesab-fakturada R.A və digər şəxslər) vardır.
45. İş materiallarında olan birinci instansiya məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli iclasının protokolundan (İİ cild, i/v 211-213) görünür ki, sədrlik edənin: “Qaimələrdə imzası olan D.Z sizin şirkətin işçisidir?” sualına cavab olaraq həmin iclasda iştirak edən cavabdeh tərəfin nümayəndəsi və vəkili bildirmişdir ki: “Bəli bizim işçimizdir. Lakin imzaların hamısı ona məxsus deyildir.”
46. Göründüyü kimi, mübahisə predmeti olan bir sıra qaimələrin məhz cavabdehin öz işçisi tərəfindən imzalanması faktını cavabdeh tərəf etiraf etmişdir.
47. Daha sonra sədrlik edənin: “İmzaların D.Z-ya aid olub-olmadığına dair sübut təqdim edə bi lərsinizmi? Buna dair ekspertiza keçirilməsini tələb edirsinizmi?” suallarına cavab olaraq cavabdeh tərəfin nümayəndəsi bildirmişdir ki: “D.Z-ya aid olduğu göstərilən qaimələrdən də görünür ki, imzalar arasında fərq var. Ekspertiza keçirilməsinə ehtiyac yoxdur.”
48. Beləliklə, cavabdeh tərəfin nümayəndəsi qaimələrdəki imzalar arasında fərqlərin olduğunu bildirsə də, həmin imzalarla bağlı ekspertizanın keçirilməsini MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq nəinki öz təşəbbüsü ilə təklif etməmiş, hətta sədrlik edənin bununla bağlı təklifini də müsbət qarşılamamış, faktiki olaraq ziddiyyətli mövqe tutmuşdur.
49. Halbuki əgər cavabdeh iddia edilən imzaların onun işçisinə məxsus olmadığına həqiqətən də əmin idisə, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsində ilk növbədə məhz cavabdeh maraqlı olmalı idi.
50. Qeyd etmək lazımdır ki, göstərilən xüsusatların öz əksini birinci instansiya məhkəməsinin qətnaməsində tapmasına baxmayaraq həmin qətnamədən cavabdeh tərəfin verdiyi apellyasiya şikayətində (İİ cild, i/v 224-225), habelə apellyasiya icraatı zamanı, eləcə də kassasiya şikayətində sözügedən xüsusatları təkzib edən, cavabdeh tərəfin ziddiyyətli mövqeyini əsaslandıran tutarlı dəlillər gətirilməmişdir.
51. Bundan başa, birinci instansiya məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli iclasının protokolundan o da görünür ki, sədrlik edənin: “Qaimələrdə imzası olan Natalya Pakelina sizin şirkətin işçisidir?” sualına cavabdeh tərəfin nümayəndəsi inkarla cavab vermişdir.
52. Buna baxmayaraq sədrlik edənin “Bununla bağlı sübut təqdim edə bilərsinizmi? İşçilərinin s iyahısını bizə təqdim edə bilərsinizmi?” suallarına cavabdeh tərəfin nümayəndəsi yenə də inkarla cavab vermiş, sözügedən siyahını təqdim etməkdən yayınmışdır.
53. Halbuki bununla bağlı sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq məhz cavabdeh tərəfin üzərinə düşürdü.
54. Cavabdehin iddia etdiyi kimi, iddiaçı tərəfindən tərtib edilmiş sənədlərdə müəyyən nöqsanlara, pozuntulara yol verilməsi (belə nöqsanlar, pozuntular həqiqətən də olmuşsa belə) yuxarıda göstərilənlərlə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə etibarilə qanunsuzluğuna və əsassızlığına dəlalət etmir.
55. Beləliklə, qeyd edilənləri ümumiləşdirərərk məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları MPM-in 88-ci madd əsinin (bax yuxarıda § 41) tələblərinə əsasən əlaqəli şəkildə qiymətləndirməklə iş üzrə düzgün nəticəyə gəlmiş və MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmiş, kassasiya şikayətinin dəlillərində göstərilmiş və həmin qətnamənin ləğvi üçün əsas ola bilən hüquq pozuntularına yol verməmişdir.
56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh QSC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli 2-2(107)-5/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.