Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-354/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “X2 Kozmetik San. TİC.LTD.ŞTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, pul öhdəliklərinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “X2 Kozmetik San. TİC.LTD.ŞTİ” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 aprel tarixli 2-2(103)-223/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. xx.xx.2018-ci il tarixli 446092 saylı faturanın surətində 29937.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018ci il tarixli 446099 saylı faturanın surətində 16478.50 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446104 saylı faturanın surətində 16.80 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2018-ci il tarixli 446106 saylı faturanın surətində 14060 ABŞ dolları malın satıldığı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446134 saylı faturanın surətində 17000 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446150 saylı faturanın surətində 18160 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2019-cu il tarixli 446215 saylı faturanın surətində 12350 ABŞ dolları malın satıldığı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi, xx.xx.2020-ci il tarixli GİB**********011 saylı faturanın surətində 10100 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi və xx.xx.2020-ci il tarixli GİB**********059 saylı faturanın surətind ə 17430 ABŞ dolları malın satıldığı, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin surətində göndərildiyi qeyd edilmişdir.
2. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş gömrük bəyanamələrindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi müxtəlif tarixlərdə mallar göndərilmişdir.
3. Cavabdeh 2018-ci il 2 noyabr tarixində 30000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 16350 ABŞ dolları, xx.xx.2019-ci il tarixdə 6989 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 18160 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 14060 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 12350 ABŞ dolları, cəmi 107909 ABŞ dolları iddiaçıya ödəniş etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 4. “X2 Kozmeti k San. TİC.LTD.ŞTİ” MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən (bundan sonra – “cavabdeh”) satılmış mallara görə yaranmış 27.624,10 ABŞ dolları (46.690 manat) (dolların ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borcun və 400 manat mediasiya xərcinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018–ci il 2 noyabr – 2020-ci il 10 aprel tarixləri arasında cavabdeh "xxxx" MMC ilə bağlanmış müqavilələr əsasında ümumilikdə 135.533,10 ABŞ dolları dəyərində dərman və kosmetik məhsullar Türkiyədən Azərbaycana ixrac etmişdir. Gömrük bəyannamələri ilə təsdiq olunan bu malların müqabilində cavabdeh yalnız 107.909 ABŞ dolları ödəmi ş, qalan 27.624,10 ABŞ dolları (hazırkı məzənnə ilə 46.690 manat) məbləğində borcunu ödəməmişdir. Cavabdeh şirkət rəhbərliyi uzun müddət ödənişdən yayınmış, sonradan isə vəsaitin üçüncü şəxsə nağd verildiyini əsas gətirərək öhdəliyi inkar etmişdir. İddiaçı şirkət bildirmişdir ki, bu cür ödəniş üçün heç bir şəxsə etibarnamə verilməmiş, vəsaitin yalnız birbaşa ödənilməsi nəzərdə tutulmuşdur. Müraciət edilmiş Bakı şəhər prokurorluğu cavab məktubunda mübahisənin mülki-hüquqi xarakter daşıdığını və işin yalnız məhkəmə tərəfindən həll edilə biləcəyini bildirmişdir.
6. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə malların ixracı və ödənişlər 1 saylı, 2018-ci il 10 aprel tarixli müqavilə əsasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında 2018–2020-ci illər ərzində alqı-satqı münasibətləri mövcud olmuş, bu da gömrük bəyannamələri və ödəniş sənədləri ilə təsdiqlənmişdir. Məhkəmə tərəfindən Dövlət Gömrük Komitəsinə sorğu verilmiş, Komitə isə tərəflər arasında həmin dövrə aid bütün gömrük və ticarət sənədlərini təqdim etmişdir. Bu sənədlər əsasında təsdiq olunur ki, tərəflər arasında hüquqi münasibətlər 01 saylı müqavilə ilə tənzimlənmişdir. Cavabdeh əsaslı şəkildə qeyd etmişdir ki, həmin müqavilənin 10.2-ci bəndinə əsasən, tərəflər arasında yaranan mübahisələr X1 Məhkəməsində həll edilməlidir və bu məhkəmənin qərarları tərəflər üçün məcburidir. Buna görə də cavabdeh hesab etmişdir ki, mübahisənin aidiyyəti məhkəmədə – yəni X1 Məhkəməsində həll olunması zəruridir.
7. Daha sonra cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 2024-cü il 8 fevral tarixində “borc” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin bu zaman iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında ilk alqı-satqı münasibəti 2018-ci il 2 noyabr, sonuncu isə 2020-ci il 10 aprel tarixində yaranmışdır. Malların təqdim olunduğu tarixlərə dair gömrük bəyannamələri və fakturalar iş materiallarında əks olunmuş, ödənişlər isə 2018–2020-ci illər ərzində həyata keçirilmişdir. Bu hallardan açıq görünür ki, iddiaçının tələbinə səbəb olan hüquqi münasibətlərdən sonuncusunun yaranmasından indiki iddianın verilməsinədək ən azı 3 il 10 ay keçmişdir. Həmçinin, iddiaçı 2023-cü il 15 sentyabr tarixində mediasiya təşkilatına müraciət etsə də, ilkin sessiya 2023-cü il 10 oktyabr tarixində baş tutmuş, cava bdeh iştirak etməmiş və müvafiq arayış tərtib olunmuşdur. Bu fakt iddia müddətinin dayandığını sübut etmir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər (faktura və gömrük bəyannamələri) xarici dildə və notarial təsdiqsiz surətlərdir, bu da iddia hüququnun sübut yükünü zəiflədir.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 16 sentyabr tarixli e-2-2(113)1501/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – G.Namazova).
9. İş üzrə mübahisənin xarici elementli olması səbəbindən məhkəmə ilkin olaraq Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətə malik olub-olmamasını araşdırmışdır. İddiaçı xarici ölkədə qeydiyyata alınmış hüquqi şəxs, cavabdeh isə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduğundan, habelə öhdəlik Azərbaycan ərazisində icra olunduğuna görə məhkəmə mübahisəyə baxmağa səlahiyyətli hesab edilmişdir. Tərəflər müqavilədə hansı hüququn tətbiq olunacağını müəyyən etmədiklərinə görə, "Beynəlxalq xüsusi hüquq haqqında" qanuna əsasən, tətbiq ediləcək hüquq satıcının – yəni iddiaçının təsis olunduğu ölkənin, Türkiyə Respublikasının hüququ kimi müəyyən edilmişdir. Lakin Türkiyə qanunvericiliyinin məzmunu barədə sənədlər təqdim olunmadığından və məhkəmənin sorğusuna da cavab verilmədiyindən, mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tətbiqi zəruri hesab olunmuşdur. Mübahisə tərəflər arasında faktiki olaraq bağlanmış və yazılı formada təsdiq olunmamış alqı-satqı münasibətlərindən irəli gəlir. Mövcud gömrük bəyannamələri bu münasibətlərin faktiki həyata keçirildiyini təsdiq edir. Cavabdeh malları qəbul etmiş, qarşılığında müəyyən ödənişlər etmişdir. Bu da alqı-satqı münasibətlərinin real surətdə formalaşdığını göstərir.
10. Cavabdeh tərəfindən iddia müddətinin ötürüldüyü barədə vəsatət verilmişdir. Məhkəmə bu vəsatəti qiymətləndirərkən qeyd etmişdir ki, mübahisəyə səbəb olmuş borc öhdəliyi 2020-ci ilin aprel ayında sonuncu dəfə icra olunmuş, yəni malların təqdim edildiyi tarix həmin vaxt olmuşdur. Həmin vaxtdan üç ildən çox keçdikdən sonra – 2024-cü ilin fevral ayında – iddia qaldırılmışdır. İddia müddəti ərizənin təqdim edilməsi vaxtına qədər tamamlanmışdır və mediasiya prosesinin tətbiqi bu müddətin əvvəlki ötürülməsini hüquqi cəhətdən dəyişdirmir. Məhkəmə vurğulamışdır ki, iddia müddəti hüquqi müəyyənlik prinsipinə xidmət edir və həm mülki dövriyyənin sabitliyini təmin edir, həm də tərəflərin intizamlı davranışını təşviq edir. Bu prinsip həm daxili hüquq, həm də Avropa Məhkəməsinin presedent hüququ ilə tanınmışdır. Bu baxımdan məhkəmə iddia müddətinin keçdiyini və bu səbəbdən iddiaçının tələbinin rədd edilməli olduğunu qeyd etmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, subyektiv tələb hüququnun mövcudluğu mübahisələndirilmir, lakin bu hüquq qanuni iddia müddətində reallaşdırılmadığına görə hüquqi müdafiədən kənarda qalır. Sübut yükünün bölüşdürülməsi və sübutların təqdim olunması ilə bağlı prosessual normalara riayət edilmişdir. Qərar yalnız məhkəmədə araşdırılmış sübutlara əsaslanmışdır və məhkəmə qərarının əsaslandırılması hüququna əməl olunmuşdur. Nəticə etibarilə, iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində yaranmış tələb hüquqi cəhətdən ə saslı olsa da, iddia müddətinin ötürülməsi səbəbindən rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 329.2, 329.3, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 378, 379.1.6, 379.4-1, 380.1, 385.1 və 567-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 2.1, 2.2, 25.1 və 25.1.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu MM-in 373-cü maddəsinin şərh edilməsinə dair» 2001ci il 27 dekabr tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 5 iyun tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 28, 77.1, 440.1, 443.0, 443.0.1, 443.0.7, 450.1 və 450.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 aprel tarixli 2-2(103)-223/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia tələbi qismən təmin edilərək, cavabdehdən ona satılmış mallara görə yaranmış 25.224.1 ABŞ dolları (dolların ekvivalenti öd əniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borc, 400 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə xarici elementli kommersiya münasibətindən irəli gəlmişdir. Tərəflərdən biri Azərbaycanda, digəri isə Türkiyədə qeydiyyatda olan hüquqi şəxslərdir və onlar arasında yazılı alqı-satqı müqaviləsi mövcuddur. Müqavilədə mübahisələrin həllində hansı ölkə qanunvericiliyinin tətbiq olunacağı və mübahisəyə hansı orqanın baxacağı barədə şərt nəzərdə tutulmamışdır.
15. Birinci instansiya məhkəməsi milli qanunvericiliyi tətbiq etmiş və bu yanaşmanı xarici qanunvericiliyin tərcüməsinin əlavə xərclər tələb etməsi ilə əsaslandırmış dır. Lakin iş üzrə xarici hüququn – konkret olaraq Türkiyə qanunvericiliyinin – əlçatan olduğu və tərcümə zərurətinin olmadığı müəyyən edilmişdir. Belə olan halda, mübahisəyə tətbiq olunmalı hüquq satıcının əsas fəaliyyət göstərdiyi ölkənin – bu halda Türkiyənin – qanunvericiliyi hesab edilməli idi. Türkiyə qanunvericiliyində, xüsusən də alqı-satqı münasibətləri üzrə müddəalarda tərəflərin qarşılıqlı hüquq və vəzifələri klassik formada müəyyən olunmuş, bu münasibətlər üzrə iddia müddəti isə istisnalar xaricində 10 il kimi nəzərdə tutulmuşdur. Hazırkı mübahisədə son mal təhvili 2020-ci ilin aprel ayında baş verdiyindən, iddia müddətinin keçmədiyi qənaətinə gəlinmişdir. İddianın məzmununa gəldikdə, məhkəmə hesab etmişdir ki, cavabdehin alıcı kimi borcu iddiaçının göstərdiyi məbləğdən bir q ədər az – 25.224.1 ABŞ dolları – təşkil edir. Belə ki, idxal sənədlərində malın dəyəri daha yüksək göstərilsə də, elektron sənədlərə əsasən alıcı tərəfindən qəbul edilən malın dəyəri 133.133.1 ABŞ dolları olmuş, onun isə yalnız 107.909 ABŞ dolları ödənilmişdir. Qalan məbləğ – yəni 25.224.1 ABŞ dolları – cavabdehin ödənilməmiş borcu kimi müəyyən edilmişdir.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 3.1, 3.2, 372.2, 373.2, 375.2, 379.1.6 və 379.4-1-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 2.1, 2.2 və 25.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011- ci il 20 may tarixli qərarına, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli, 16/2023 saylı Qərarına, Türkiyə Respublikasının 6098 saylı “Türk borclar qanununun İİ bölməsinin 207 və 232-ci maddələrinə, Azərbaycan Respublikası Mediasiya haqqında qanununun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 119.1 və 440.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikası Beynəlxalq Xüsusi Hüquq haqqında Qanun 2.1 və 2.2ci maddələri üzrə - Kassasiya şikayəti ilə müraciət edən tərəf hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və nəticədə əsassız qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə tətbiq olunacaq hüququ müəyyən etmək üçün xarici ölkə qanunvericiliyinin məzmununun aydınlaşdırılması məqsədilə səfirlik vasitəsilə müvafiq hüquqi çıxarışların rəsmi qaydada təqdim olunmasını xahiş etmiş, həmçinin iddiaçı tərəfə bu barədə sənədləri təqdim etməyi təklif etmişdir. Hər iki müraciət nəticəsiz qaldığından, məhkəmə bütün zəruri tədbirləri həyata keçirdikdən sonra milli qanunvericiliyin tətbiqinə keçmişdir. Buna baxmayaraq, apellyasiya insta nsiyası bu prosesi düzgün qiymətləndirməmiş, hüquqi nəticələr çıxarmamış və sübut olunmamış xarici hüquq normalarını tətbiq etmişdir.
19. MM-in 1091.1 və 1091.2-ci maddələri üzrə - Apellyasiya instansiyası özü tərəfindən təqdim edilmiş xarici qanunvericilik mətnlərini heç bir rəsmi təfsirə əsaslanmadan tərcümə etmiş, nəticədə həm maddi hüququn müəyyən olunmasında, həm də prosessual yanaşmada ciddi səhvlərə yol vermişdir. Halbuki, hüquqi qaydalara görə, belə hüquq normalarının tətbiqi yalnız onların aidiyyəti ölkə tərəfindən təfsir olunmuş və sübut olunmuş məzmunu əsasında mümkündür. Məhkəmənin öz təşəbbüsü ilə bu təfsiri həyata keçirməsi, tərcümə və hüquqi qiymət verməsi yolverilməzdir. Digər tərəfdən, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi borc məbləği təkzib olunmuşdur. Belə ki, tə qdim olunmuş gömrük və faktura sənədləri əsasında real olaraq cavabdehə 133.133,10 ABŞ dolları məbləğində mal təhvil verildiyi, bunun isə 126.069 ABŞ dollarının bank köçürməsi yolu ilə ödənildiyi, qalan məbləğin isə nağd şəkildə ödənildiyi bildirilmiş və bu barədə yazışmalarla sübutlar təqdim olunmuşdur. İddiaçının bəyan etdiyi borcun real əsasları olmadan iddia edilməsi, nəticə etibarilə cavabdehin hesabına əsassız varlanma ilə nəticələnmişdir.
20. MPM-in 65.3, 76.1, 88, 174.2 və 217-ci maddələri üzrə - Müqavilə üzrə tərəflər arasında mübahisələrin hansı ölkə qanunvericiliyinə əsasən tənzimlənəcəyinə dair hər hansı razılıq olmamış, müqavilə Azərbaycan dilində bağlanmış və icra da Azərbaycan ərazisində həyata keçirilmişdir. İddiaçı özü belə iddianı milli qanunvericiliyə istinad etməklə i rəli sürmüşdür. Bu halda, məhkəmənin xarici hüququ tətbiq etməsi üçün hüquqi zəmin mövcud deyildi. Nəticə etibarilə, apellyasiya instansiyası həm hüququn tətbiqində, həm sübutların qiymətləndirilməsində, həm də prosessual normaların tələblərinə əməl olunmasında ciddi pozuntulara yol vermişdir. Mövcud hallarda yalnız təqdim olunmuş və rəsmi təfsirə malik sübutlara əsasən qərar qəbul edilməli idi. Apellyasiya məhkəməsinin bu prinsiplərə əməl etmədən iddianı təmin etməsi hüquqi əsasdan məhrum olmuşdur. 21. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli qərarı üzrə - Bakı Apellyasiya Məhkəməsi Qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, güya Bakı Kommersiya Məhkəmə si xarici ölkə qanunvericiliyinin tərcümə edilməsi çox xərc tələb etdiyindən yerli qanunvericiliyi tətbiq etmişdir. Halbuki birinci instansiya məhkəməsi tərəfindən yerli qanunvericiliyin tətbiqinə əsas qismində görülmüş tədbirin nəticə verməməsi göstərilmişdir. Hansı ki, rəsmi təfsir məqəsədilə məhkəmə tərəfindən tədbir görülmüş, bu tədbir nəticəsiz qalmışdır. Habelə Ali Məhkəmənin mövqeyinə əsasən xarici elementli mübahisə zamanı xarici ölkə maddi hüquq norması yalnız o zaman tətbiq edilir ki, bu barədə müvafiq ölkə tərəfindən maddi hüquq normasının rəsmi təfsir olunmasına dair məhkəmə icraatında sübut olsun. Lakin Bakı Apellyasiya Məhkəməsi iş materiallarında belə bir təfsir olmadan iddianı təmin etmiş, Ali Məhkəmə Plenum qərarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etirazda kassasiya şikayətində irəli sürülən dəlillərin əsassız olduğunu bildirərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd olunur ki, iş xarici elementli kommersiya mübahisəsidir və iddiaçı tərəfindən alqı-satqı münasibətlərinə Türkiyə hüququnun tətbiqi barədə ərizə və müvafiq qanunvericilik təqdim edilsə də, birinci instansiya məhkəməsi bunu nəzərə almadan Azərbaycan hüququnu tətbiq etmişdir. Bakı Kommersiya Məhkəməsi xarici hüququn tətbiqində “Beynəlxalq Xüsusi Hüquq haqqında” Qanunun 2.1-ci maddəsinə uyğun olaraq zəruri tədbirləri tam görməmiş, vəzifəsini iddiaçının üzərinə atmışdır. İddiaçının təqdim etdiyi gömrük və ödəniş sənədləri üzrə borcun yalnız bir hissəsinin ödən ildiyi sübuta yetirilmiş, qalan məbləğ üzrə öhdəlik cavabdehin üzərində qalmışdır. Etirazda qeyd edilir ki, əsassız varlanma iddiası yersizdir, çünki tərəflər arasında şifahi müqavilə münasibətləri əsasında konkret alqı-satqı əməliyyatları baş tutmuşdur. Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunm ası zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin “Maddə
3. Mülki qanunvericilik və beynəlxalq hüquq aktları müvafiq müddəalarında 3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. 3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. “Maddə
372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi … 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə
379. İddia müddəti axımının dayandırılması … 379.1.6. tərəflər arasında yaranmış müb ahisə üzrə mediasiya prosesi tətbiq edildikdə... 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. 26. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir....” “Maddə
2. Xarici hüququn məzmununun müəyyən olunması 2.
1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. “Maddə
25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin t əsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının; 25.1.2. bağışlama müqaviləsində - hədiyyə edənin; 25.1.3. əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin; 25.1.4. əvəzsiz istifadə müqaviləsində - əvəzsiz istifadəyə verən şəxsin; 25.1.5. borc müqaviləsində - borc verənin; 25.1.6. podrat müqaviləsində - podratçının; 25.1.7. tapşırıq müqaviləsində - vəkaləti alanın; 25.1.8. komissiya müqaviləsində - komisyonçunun; 25.1.9. saxlama müqaviləsində - saxlayıcının; 25.1.10. daşıma müqaviləsində - daşıyıcının; 25.1.11. sığorta müqaviləsində - sığortaçının; 25.1.12. girov müqaviləsində - girov qoyanın; 25.1.13. zaminlik müqaviləsində - zaminin; 25.1.14. qarantiya müqaviləsində - qarantın....”
27. T ürkiyə Respublikasının 6098 saylı “Türk borçlar Kanunu”nun (11 yanvar 2011-ci ildə qəbul edilib, 4 fevral 2011-ci ildə qüvvəyə minib): İİ Bölməsi, Müddətlər adlı A fəsli: İ maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti 10 ildir. İİ maddədə beş illik müddətləri nəzərdə tutur. 147-ci maddəyə əsasən, aşağıdakı tələblər üzrə beş illik iddia müddəti tətbiq olunur:
1. Kirayə haqqı, əsas borca hesablanan faizlər və vaxtaşırı ödənməli olan haqqlar,
2. Otel, motel, pansionat və tətil düşərgəsi kimi yerlərdəki qonaqlama haqqları və kafe ve buna bənzər yerlərdəki yeme-içmə xərcləri.
3. Kiçik sənət əsərlərinin və kiçik həcmdə pərakəndə alqı-satqı irəli gələn tələblər.
4. Bir ortaqlıqda, ortaqlıq müqaviləsindən irəli gələn ve ortaqların birinin digərinə qar şı və ya onlarla ortaqlıq arasındakı; bir ortaqlığın rəhbərləri, təmsilçiləri, yoxlayıcıları ilə ortaqlıq və ya ortaqlar arasındakı tələblər üzrə;
5. Agentlik, komisyon və agentlik müqavilələri və broker müqavilələrindən yaranan debitor borcları, kommersiya vasitəçiliyi haqqı üzrə debitor borcları istisna olmaqla.
6. Podratçının öz öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə bağlı kobud səhlənkarlığı istisna olmaqla, işlərin görülməsi ilə bağlı müqavilələrdən irəli gələn iddialar. Maddə 207- Alqı-satqı müqaviləsi, satıcının satılan əşyaya sahiblik və mülkiyyət hüququnu alıcıya verdiyi və alıcının bunun müqabilində qiymət ödəməyi öhdəsinə götürdüyü müqavilədir. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa və ya bunun əksi işgüzar adətlərlə tənzimlənmirsə, satıc ı və alıcı eyni vaxtda öz öhdəliklərini yerinə yetirməyə borcludurlar. Vəziyyətə və şərtlərə uyğun təyin oluna bilən qiymət razılaşdırılmış qiymət hesab olunur. Maddə 232 - Alıcı, alqı-satqı müqaviləsində razılaşdırıldığı kimi, ona təklif olunan satış qiymətini ödəməyə və satılan şeyi təhvil almağa borcludur.
28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, iddiaçı xarici hüquqi şəxs olaraq cavabdehlə alqı-satqı münasibətlərinə əsasən müxtəlif vaxtlarda Azərbaycana mallar göndərmiş və bunun müqabilində cavabdeh tərəfindən hissəvi ödənişlər edilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, malların təqdim edilməsini və qəbulunu təsdiqləyən gömrük bəyannamələri, fakturalar və ödəniş sə nədləri iddianın əsaslılığını sübut edir. Bu sənədlər əsasında iddiaçının tələb etdiyi məbləğ dəqiqliklə müəyyən edilmiş və cavabdehin ödənişlərinin çıxılması ilə qalan borc məbləği 25.224,1 ABŞ dolları kimi təsdiqlənmişdir.
31. Bundan başqa, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin halları nı müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
33. Həmçinin, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
34. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, işin hallarına uyğun hüquqi qiymətləndirmə verilməsi və dəlillərin düzgün təhlili baxımından qanuna və hüquqi əsaslara tam uyğundur. Kassasiya şikayətində irəli sürülən dəlillər qətnamənin ləğvi üçün əsas vermir.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 aprel tarixli 2-2(103 )-223/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.