Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-355/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 fevral tarixli 2-2(103)81/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh arasında 2016-cı il 28 iyul tarixində bağlanmış XG– 0986 nömrəli müqavilənin (bundan sonra - “Müqavilə”): - 2.2-ci bəndinə əsasən, gəmidə tərsanə təmiri işləri müqaviləyə Əlavə 1-də göstərilmiş texniki tələblərə əsasən həyata keçiriləcəkdir. - 4.2-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində, yəni 2017-ci il 28 iyul tarixinədək qüvvədədir. Tərəflərdən hər biri bu müddətin başa çatmasınadək bu müqavilə üzrə yaranmış olan və icra edilməmiş öhdəliklərini, bu müddətin başa çatmasından sonra icra etməyə borcludurlar və müqavilə müddətinin başa çatması icra edilməmiş belə öhdəliklərə təsir etmir. - 4.3-cü bəndinə əsasən, gəmidə işlərin yekunlaşdırılması tarixi tərəflərin hər ikisinin səlahiyyətli nümayəndələri tərəfindən işlərin təmi rdən qəbul olunması haqqında müvafiq təhvil qəbul aktının imzalanmasının tarixi hesab edilməlidir. - 7.2-ci bəndinə əsasən, əgər sifarişçi öz ödəniş öhdəliklərini bu müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ödəməzsə, bu halda icraçının hüququ vardır ki, sifarişçidən ödənişin hər gecikdirilmiş gününə görə ümumi müqavilə qiymətinin 0,1%-i miqdarında peniya (cərimə) tələb etsin. 2. “Amur 2528” gəmisinin dok təmiri spesifikasiyası üzrə təmir qiyməti 67.175,5 manat müəyyən edilmişdir (müqaviləyə Əlavə 1).
3. İddiaçı QSC-nin XYZ Gəmi Təmiri Zavodu ilə Cavabdeh arasında 2016-cı il 31 avqust tarixində tərtib olunmus 139 saylı akta əsasən “Amur-2528” gəmisinə tərsanə təmiri üzrə 67.175,50 manat dəyərində təmir işlərinin yerinə yetirilməsi qəbul edilmişdir. 4. "xxxx" ASC-nin hesabdan çıxarışına əsasən 2020-ci il 25 fevral tarixində Cavabdeh tərəfindən müqavilə üzrə 15.646,61 manat əsas borcdan və həmin tarixli Vergilər Nazirliyinin hesabdan çıxarışına əsasən isə 2.816,39 manat ƏDV ödənişi edilmişdir.
5. İddiaçı QSC tərəfindən Cavabdehnə ünvanlanmış 2023-cü il 23 fevral tarixli 133/2-884/2023 nömrəli pretenziya məktubunda iddiaçı tərəfindən müqavilə üzrə qalıq borc ƏDV daxil 60.804,09 manat olduğu və 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.
6. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən 2023-cü il 5 may tarixli MŞB/16-00739 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.
7. Elektron poçt ünvanı çıxarışına görə, Oğul Kərimov 16 saylı Elektron ünvan 1 ünvanından Elektron ünvan 2 ünvanına 2023-cü il 8 may tarixində bir ədəd pdf sən ədi göndərilmişdir. 8. ünvan ünvanlanmış məktubda İddiaçı QSC-nin sədr müavininin imzası ilə 2023cü il 9 mart tarixli mediasiya sessiyasının keçirilməsi üçün mediasiya müraciəti 2023-cü il 12 aprel tarixində Bakı 16 saylı Mediasiya təşkilatında qeydiyyata alındığı, mediator tərəfindən hər iki tərəfə ilkin mediasiya sessiyası barədə 2023-cü il 12 aprel tarixində yəni, həmin gün bildirişlər həm poçt, həm sms, həm də elektron kargüzarlıq vasitəsi ilə tərəflərə çatdırıldığı, Cavabdehndə "xxxx" sürətli poçt vasitəsi ilə göndərilən ilkin mediasiya sessiyasının keçirilmə günü saatı barədə bildirişi 2023-cü il 13 aprel tarixində “Göyüşov” soyadı olan şəxs aldığı və poçt qəbzinə imza atdığı, mediator tərəfindən 2023-cü il 4 may tarixində ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh sessiyad a iştirak etmədiyi, buna görə də mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edildiyi qeyd olunmuşdur. 9. ünvan ünvanlanmış 2023-cü il 12 iyul tarixli məktubunda İddiaçı QSC Bakı 16 saylı Mediasiya Təşkilatına 2023-cü il 9 mart tarixli tərəflərindən 2023-cü il 12 aprel tarixində qeydiyyata alınmış müraciətə əlavə olaraq qarşı tərəfə, yəni Cavabdehnə göndərdiyi 2023-cü il 24 fevral tarixli mediasiya prosesinin tətbiqi barədə təklifin surəti və poçt qəbzinin əlavə edildiyi bildirilmişdir. 10. "xxxx" MMC-nin "xxxx" X2 tərəfindən cavabdehin vəkilinə ünvanlanmış 2023-cü il 1 avqust tarixli məktubunda qeyd olunmuşdur ki, müəssisədə TA005916375AZ, TA005916376AZ, TA005916378AZ və TA005916379AZ nömrəli yol qaimələrinin müşayiət etdiyi poçt göndərişləri ümumiyyətlə olmamışdır, ç ünki qeyd edilən bu nömrələr poçt göndərişlərini nömrələnmə standartına ziddir və belə nömrəli yol qaimələrinin olması mümkün deyildir. Amma TA005916377AZ nömrəli yol qaiməsi və onunla müşayiət olunan poçt göndərişi olmuşdur və məktuba qoşma kimi həmin qaimənin (İddiaçı QSC tərəfindən Cavabdehnə 2023-cü il 24 fevral tarixində göndərilən məktubun qaiməsi) kserosurəti göndərilmişdir). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2023-cü il 10 may tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən (bundan sonra – “cavabdeh”) 60.804,09 məbləğində borcun və 46.800 manat məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin 400 manat məbləğində mediasiya prosesinə ödənilmiş rüsumun, cəmi 108.004,09 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda göstərilən halına (bax § 1) istinad etməklə iddia tələbini belə əsaslandırılmışdır ki, onun tərəfindən Müqavilənin şərtlərinə tam əməl olunmasına baxmayaraq, cavabdehin ona 60.804,09 manat məbləğində borcu yaranmışdır. Cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı maliyyə çətinlikləri ilə üzləşmiş və digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Müqavilənin tələblərinə əsasən, 2016-cı il 31 avqust tarixində cavabdehə məxsus olan “Amur-2528” gəmisinin tərsanə təmiri işlərinin görülməsi barədə tərəflər arasında 139 saylı akt imzalanmış (bundan sonra – “139 saylı akt akt”) və görülmüş işlər təsdiq olunmuşdur. Həmçinin nəzərdə tutulmuş ümumi müqavilə qiyməti ƏDV daxil olmadan 67.175,50 manat müəyyən edilmişdir. Müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə yəni 2017-ci il 28 iyul tarixinədək qüvvədədir. Tərəflərdən hər biri bu müddətin başa çatmasınadək bu müqavilə üzrə yaranmış olan və icra edilməmiş öhdəliklərini, bu müddətin başa çatmasından sonra icra etməyə borcludurlar və müqavilə müddətinin başa çatması icra edilməmiş belə öhdəliklərə təsir etmir. Ümumi müqavilə qiyməti aşağıda qeyd olunan vaxtlarda və həcmdə həyata keçirilməlidir: a) ödəniş ümumi müqavilə qiymətinin 50% həcmində (33.587,75 manat) bu müqavilənin tərəflərin hər ikisinin imzalamasından sonra 10 təqvim günü ərzində; b) ümumi müqavilə qiymətinin yekun 50% həcmində 33.587,75 manat işlər icraçı tərəfindən tamamlandıqdan sonra tərəflər arasında i şlərin tamamlanmış hissəsinə dair müvafiq təhvil-təslim aktının imzalanmasından 7 təqvim günü ərzində. Tərəflər müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etməməyə habelə, tam və ya lazımınca icra etməməyə görə qanunvericiliyə görə məsuliyyət daşıyırlar və hər bir tərəf digərinə vurduqları ziyanın dəyərini qarşı tərəfə ödəməyə borcludur. Əgər sifarişçi öz ödəniş öhdəliklərini bu müqavilənin digər bəndlərində nəzərdə tutulmuş müddətlərdə ödəməzsə, bu halda icraçının sifarişçidən ödənişin hər gecikdirilmiş gününə görə ümumi müqavilə qiymətinin 0,1% miqdarında penya (cərimə) tələb etmək hüququ vardır. Tərəflər arasında olan mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur. İddiaçı tərəfindən müqavilənin şərtlərinə əsasən görülmüş işlər təhvil-təslim aktı əsasında cavabdehə təhvi l verilmiş və müqavilənin şərtləri pozulmamışdır. Cavabdeh tərəfindən isə müqaviləyə əsasən götürdüyü öhdəliklər yerinə yetirilməmiş və öhdəliyin icrası gecikdirilmişdir. 139 saylı akta görə icraçı tərəfindən müqavilə üzrə yerinə yetirilmiş işlər 100% həcmində qəbul edilmişdir. 2018-ci il 1 fevral tarixində cavabdeh tərəfindən iddiaçıya 07/2018 nömrəli məktub göndərilmiş məktuba 2018-ci il 15 yanvar tarixinə qarşılıqlı borcların üzləşdirilməsi aktı əlavə edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi aktı hər iki tərəfdən imzalanmış və qəbul edilmişdir. 2020-ci il 25 fevral tarixində cavabdeh tərəfindən iddiaçıya ümumi borcdan 18.463 manat məbləğində vəsait ödənmişdir. 2018-ci il 1 fevral tarixli cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 07/2018 nömrəli məktuba və 2020-ci il 25 fevral t arixində edilmiş ödəniş qəbzinə görə iddia müddətinin axımı 2 dəfə cavabdehin borcu etiraf etməsi hərəkətləri ilə kəsilmişdir. Belə ki, 2020-ci il 25 fevral tarixində borcun etirafı hərəkəti ilə iddia müddətinin axımı kəsilmişdir. 2023-ci il 24 fevral tarixində mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə cavabdehə müraciət olunmuş, müraciət nəticəsində mediasiya prosesi başlamış və 16 saylı Mediasiya Təşkilatı tərəfindən 2023-cü il 5 may tarixli MŞB/16-00739 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir, 16 saylı Mediasiya Təşkilatı tərəfindən həmin arayış rəsmi şəkildə iddiaçıya 2023-cü il 8 may tarixində təqdim edilmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən cavabdeh tərəfindən ödəniş tarixindən (2020-ci il 25 fevral) bu günə kimi ümumi müqavilə qiymətinin 0,1% məbləğində dəbbə pulu da cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfindən ümumi borc məbləğindən 16.646,61 manat ödənilmiş və dəbbə pulunun ödənilməsi həmin tarixdən götürülmüşdür.
13. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə göndərərək iddiaçıya odənilmiş sonuncu məbləğin tarixinin 2020-ci il 25 fevral olduğunu qeyd etmişdir. Həmin tarixdən sonra hər hansı ödəniş həyata keçirilməmişdir ki, iddiaçı tərəfindən iddianın irəli sürülməsi 3 il müddətində olmaqla, 2023-cü il 25 fevral tarixinə kimi verilməli idi. Lakin iddia ərizəsinə görə iddiaçı məhkəməyə 2023-cü il 8 may tarixində müraciət etmişdir. Digər tərəfdən, iddiaçı özünün iddia müddətini ötürməməsi barədə hüquqi əsaslandırmasını ilk öncə 2023cü il 24 fevral tarixində mediasiyaya müraciəti ilə əsaslandırmışdır. Bununla belə, m ediasiyaya müraciət şəklini iddia tələbində göstərməmiş, sadəcə olaraq mediasiya təklifini iddia ərizəsinə qoşma kimi əlavə etmiş və həmin təklif məktubunda da mediasiyaya müaraciətinin məhz 2023-cü il 24 fevral tarixində olduğu görünmüşdür.
14. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəsinə dair mülahizəsində bildirmişdir ki, 2023-cü il 24 fevral tarixli mediasiya prosesinin tətbiqi ilə bağlı təklif cavabdehə göndərilmiş və 2023-cü il 27 fevral tarixində qəbul edilmişdir. Bundan sonra 2023-cü il 9 mart tarixində mediasiya üçün müraciət olunmuş, 16 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış 2023-cü il 8 may tarixində rəsmi şəkildə iddiaçıya təqdim edilmiş və 2023-cü il 23 fevral tarixində iddiaçı tərəfi ndən cavabdehin Vergilər Nazirliyində olan elektron vergi kabinetinə pretenziya göndərilərək iddia ərizəsinə əlavə edilmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 sentyabr tarixli e-2-2(113)2821/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən Müqaviləyə əsasən 60.804,09 manat məbləğində əsas borc, 3.040 manat məbləğində dəbbə pulu olmaqla cəmi 63.844,09 manat və mediasiya xərcinin əvəzi olaraq 282 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G. Namazova).
16. Məhkəmə bildirmişdir ki, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmiş, buna dair tərəflər arasında təhvil-təslim aktı, o cümlədən görülmüş işlərə üzrə yaranmış borc məbləğinə dair qarşılıqlı borcların üzləşdirmə aktı tərtib edilmiş, aktlar hər iki tərəfin imza və möhürləri ilə təsdiq olunmuşdur.
17. Məhkəmə cavabdehin iddiaçının təmir xidməti göstərdiyi Amur-2528 gəmisinin qeydiyyatda olmadığına, ümumiyyətlə belə gəminin mövcud olmaması və mövcud olmayan gəmiyə dair hər hansı təmir işlərinin aparıla bilinmədiyinə, müqavilənin isə formal bağlanmasına dair dəlillərini əsassız hesab edərək bildirmişdir ki, gəminin təmirə verilməsinə dair 2016-cı il 3 avqust tarixli akt, gəminin təmirinin başa çatmasına dair hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış 2016-cı il 24 avqust tarixli akt, təmir işlərin görülməsinə dair 139 saylı akt, qarşılıqlı borcların üzləşdirilməsi aktı müqavilənin bağlandığını və işlər görüldüyü zaman həmin gəminin mövcudluğunu təsdiq etmişdir. Digər tərəfdən, gəminin mövcud olmadığı və müqavilənin sadə cə formal olaraq bağlandığı halda, cavabdeh tərəfindən 2020-ci il 25 fevral tarixində müqavilədə nəzərdə tutulmuş təmir-xidməti haqqının bir hissəsinin hansı səbəbdən ödənilməsi əsaslandırılmamışdır. Cavabdeh tərəfindən elə həmin ödəniş nəzərə alınmaqla, ödəniş tarixindən iddia müddətinin hesablanmasına dair ərizə belə verilmişdir.
18. Məhkəmə cavabdehin müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsinin işin halları ilə müəyyən edildiyini, müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsinin əks olunduğunu və müvafiq qanunvericilik normalarını nəzərə alaraq iddiaçının həmin müqavilə üzrə dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olması nəticəsinə gəlmişdir. Eyni zamanda, iddiaçının dəbbə pulu olaraq ödənilməsini tələb etdiyi 46.800 manat məbləğ cavabdehin ödənilməsini gecikdirdiyi əsas borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olduğundan məhkəmə tərəfindən 3.040 manat həddində müəyyən edilmişdir.
19. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsində (bax § 13) göstərilən dəlillərin əsassızlığı ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında 2016-cı il 28 iyul tarixli müqavilə bağlanmış və müqavilə üzrə sonuncu ödəniş 2020-cı il 25 fevral tarixində həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçıya sonuncu ödəniş 2020-cı il 25 fevral tarixində olmuş, həmin tarixdən iddia müddətinin axımı kəsilmiş, bu hal işin mübahisəsiz halını təşkil etməklə hər iki tərəf bunu qəbul etmişdir. İddiaçı tərəfindən ilkin olaraq cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 2023-cü i l 24 fevral tarixində göndərilmiş, həmin göndərilməyə dair sübutlar da işə əlavə edilmişdir. Hətta cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin "xxxx" X1 2023-cü il 1 avqust tarixli və Bakı 16 saylı Mediasiya təşkilatının 2023-cü il 13 iyul tarixli məktublarında da bu hal öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən mediasiya tətbiqinə dair təklifin göndərilməsi isə qanunvericilikdə mediasiya prosesinin tətbiqi hesab olunmuşdur ki, iddia müddətinin axımı da həmin tarixdə kəsilmiş olur. İddiaçı tərəfə 2023cü il 5 may tarixli MŞB/16-00739 saylı arayış 2023-cü il 8 may tarixində təqdim edilmiş və buna dair elektron poçt ünvanından çıxarış təqdim edilmiş, iddiaçı həmin - 2023-cü il 8 may tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, beləliklə iddia müddəti öt ürülməmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 373.2, 374.1, 374.2, 375.2, 379, 385.1, 399.1, 442, 448.1, 462.1, 467-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.5, 32.4.2, 35.1 və 35.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh həmin qətnamədən apell yasiya şikayəti verərək onun iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, digər hissələrdə isə qüvvədə saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 fevral tarixli 2-2(103)-81/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və işin yuxarıda göstərilən hallarına (bax §§ 4-10) istinad etməklə iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti daxilində məhkəməyə iddia ərizəsi ilə müraciət olunması nəticəsinə gəlmişdir.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 374.1, 375.2, 379.4-1, 385.1, 386.1, 404.1, 404.2, 425.1, 442, 462.1, 467-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.4.2, 35.1, 35.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 379.1.6-cı maddəsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21, 22, 28 və 29-cu maddələri üzrə - Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin axımının dayandırılması halını iddiaçı tərəfindən 2023-cü il 24 fevral tarixində təklif məktubunun göndərilməsini rəhbər tutmaqla və mediasiya prosesində təklifin göndərilməsi anından “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlandığını qeyd etmişdir. Halbuki mediasiya prosesinin tətbiqi barədə müqavilə və ya belə bir müqavilənin bağlanması anı iddia müddətinin dayandırılması əsası deyil. Mediasiyanın tətbiqi isə belə bir təklifin göndərilməsi əsası olaraq irəli sürülmür. Mediasiya ilə əlaqədar hər hansı təklifin göndərilməsi tərəflər arasında medasiyanın tətbiqini yaratmır. Məhz bu səbəbdən mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanması hətta məhkəmədə olan mübahisə üzrə prosesin dayandırılması üçün hüquqi əsasdır.
27. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri üzrə Məhkəmə iddia tələbi üzrə mülkiyyət hüququnu kənara qoymaqla, ancaq işə aid olmayan məsələlərə toxunmuş, mülkiyyət hüququnun toxunulmazlığı məhkəmə tərəfindən nəzərə alınmamışdır.
28. MM-nin 375.2-ci maddəsi üzrə - İddia müddətinin ötürülməsinin hüquqi əsasları ondan ibarətdir ki, cavabdehin iddiaçıya ödəmiş olduğu sonuncu məbləğ 2020-ci il 25 fevral tarixinə aiddir. Həmin tarixdən sonra hər hansı ödəniş həyata keçirilməmişdir. Belə olduqda iddiaçı tərəfindən iddia ərizəsi 3 il müddətində olmaqla 2023-cü il 25 fevral tarixinə kimi verilməli idi. Lakin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət 2023-cü il 8 may tarixində olmuşdur. İddiaçı isə iddia müddətini ötürməməsi barədə hüquqi əsaslandırmasını ilk öncə, 2023-cü il 24 fevral tarixində mediasiyaya müraciəti ilə əsaslandırmış, lakin mediasiyaya necə müraciət etməsi göstərilməmiş, sadəcə ola raq mediasiya təklifi iddia ərizəsinə qoşma kimi əlavə edilmiş və həmin təklif məktubunda da mediasiyaya müraciətin məhz 2023-cü il 24 fevral tarixində olduğu görünmüşdür. Bundan başqa, iddia ərizəsinə 2023-cü il 23 fevral tarixli pretenziya məktubu da əlavə olunmuş, lakin həmin pretenziya məktubunun cavabdehə təqdim olunmasını təsdiq edəcək heç bir rəsmi sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Təklifin göndərilməsini özündə əks etdirən poçt qəbzində həmin təklif məktubunun 2023-cü il 24 fevral tarixindən sonra alındığı göstərilmişdir. Belə olduqda, cavabdeh iddia tələbləri ilə bağlı hər bir halda 2023cü il 25 fevral tarixindən sonra məlumatlı olduğundan bu 3 illik iddia müddəti daxilində baş verməmişdir. Həm pretenziya, həm də mediasiya barədə təklif ona 3 illik iddia müddəti çərçivəsin də çatdırılmamışdır.
29. Məhkəmə iddia müddətinin tətbiqinin mediasiyaya müraciət olunması tarixdən saymışdır. Məhkəmə proseslərində bildirilmişdir ki, burada iddia müddətinin ötürülməsinin əsası kimi, ümumiyyətlə 2023-cü il 24 fevral tarixində mediasiya ilə bağlı müraciət olunmamışdır. Hətta məhkəmələr zamanı o da müəyyən olunmuşdur ki, iddiaçı 2023-cü il 23 fevral tarixli pretenziya məktubunu da guya cavabdehə rəsmi qaydada göndərilmişdir. Bu halı isə təsdiq edəcək sənəd iş materiallarında mövcud deyildir və elektron qaydada göndərilməsi barədə sübut iş materiallarına əlavə olunmamışdır. Bu mövqedən çıxış etmiş iddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmişdir.
30. MPM-in 14.1 və 14.2 və 217-ci maddələri üzrə - İddiaçı tərəfindən təklifin göndərilməsini təsdiq edən poçt qəbzi ilə eyn ilik daşıyan qəbzlərin düzgün olmaması, onların qanunvericiliyə zidd olmasını həmin qəbzi göndərən poçt daşıma şirkəti bildirmişdir və bu hal iş materiallarında olan rəsmi cavab məktubu ilə təsdiq olunmuşdur. Məhkəmə bu hallara qiymət verməmiş və araşdırmamışdır ki, maddi və prosessual hüquq normalarını əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə sonuncu ödəniş 2020-cı il 25 fevral tarixində həyata keçirilmişdir. İddiaçı tərəfindən ilkin olaraq cavabdeh tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 2023-cü il 24 fevral tarixində göndərilmiş, həmin göndərilməyə dair sübutlar da işə əlavə edilmişdir. Mediasiya sessiyasında iştirak ed ilməməsi barədə arayış iddiaçıya 2023-cü il 8 may tarixdə çatmış, iddiaçı da həmin tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kassasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi f aktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir...” “Maddə
374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir...” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır...” “Maddə
379. İddia müddəti axımının dayandırılması.... 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş d igər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri v icdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 35. “Mediasiya haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
21. Mediasiya prosesinin tətbiqi üçün əsaslar” … 21.5. Mediasiya prosesi bu Qan unun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır....” “Maddə
32. Mediasiya prosesinə xitam verilməsi... 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən....” “Maddə
35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Media siya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
36. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası aşağı dakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
38. Məhkəmənin verilmiş iddia tələbi üzrə mülkiyyət hüququnu kənara qoymaqla, ancaq işə aid olmayan məsələlərə toxunmasına, mülkiyyət hüququnun toxunulmazlığının məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlilə münasibətdə qeyd olunmalıdır ki, həmin dəlilin hazırkı işə aidiyyəti ümumiyyətlə müəyyən olunmur. Belə ki, hazırkı işdə məhkəmələr cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra olunmaması nəticəsində iddiaçının hüququnun pozulduğunu müəyyən etmiş və iddia müddətini ötürülməmiş hesab edərək iddianı təmin etmişlər.
39. Kassasiya şikayətində göstərilən digər dəlillərlə eyniməzmunlu olan dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhk əməsi bununla bağlı öz mövqeyini qətnamədə əks etdirmiş, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
40. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
41. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 36) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 36) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
42. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 fevral tarixli 2-2(103)-81/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 fevral tarixli 22(103)-81/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.