Məhkəmə qərarları › İş №2-2(102)-359/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-359/2019

18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-359/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-359/2019) Bakı şəhəri xxx 2019-cu il (açar sözlər: Qaradağ rayonu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aiddir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2 iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı müqavilə üzrə ödənilməli olan pulların ödənilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarix li, 2-2(103)-304/2019 saylı qərardadından Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Şirkətdən 15.285,35 borc, 1.528,53 manat penya borcunun, 650 manat hüquqi xidmət haqqının, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 17.493,88 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə məhkəmə aidiyyatının dəyişdirilməsinə dair yazılı vəsatət verərək, məhkəmə aidiyyəti qaydalarının pozulduğunu, Cavabdeh direktoru X.Ə.Zöhrabovun rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nərimanov rayonunun ərazisi olduğundan, h azırki iddiaya bu məhkəmədə baxılmalı olmadığını göstərərək, mülki işin baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli, 2-2(81)-429/2019 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı müqavilə üzrə ödənilməli olan pulların ödənilməsi barədə işin aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilməsi barədə cavabdehin vəsatəti təmin edilməmişdir (hakim – A.P.Oruczadə). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-304/2019 saylı qərardadı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) Cavabdeh şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli qərardadı dəyişdirilm ədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qərardadından Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, vəsatətin təmin olunması, işin məhkəmə aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Cavabdeh» Şirkətinin direktoru X.Ə.Zöhrabovun rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nərimanov rayonunun ərazisidir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mül ki mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır, Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, bu səbəbdən Cavabdeh» Şirkətinin direktoru X.Ə.Zöhrabovun rəsmi qeydə alındığı yer Nərimanov rayonunun ərazisində olduğu üçün hazırki mülki işə Nərimanov rayon məhkəməsində baxılmalıdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-304/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə tərəflərin hər ikisi hüquqi şəxsdir, İddiaçı MMC ilə ba ğlanmış xxx 2016-cı il tarixli, ****** saylı alqı-satqı müqaviləsini Cavabdeh İdarə Heyətinin sədri X.Zöhrabov imzalasa da, o, müqaviləni öz adından deyil, təmsil etdiyi Cavabdeh adından bağlamış, müqavilədə Şirkətin hüquqi ünvanı (Bakı şəhəri, Qaradağ-Salyan şossesi, 25) və müqavilə həmin Şirkətin (hüquqi şəxsin) möhürü ilə təsdiq edilmiş, hüquqi şəxsin ünvanının olduğu yer dedikdə, həmin hüquqi şəxsin rəsmi dövlət qeydiyyatına alındığı hüquqi ünvan başa düşülür, hüquqi ünvan hüquqi şəxslərin dövlət reyestrində qeydə alınır və həmin hüquqi şəxsin rəsmi sənədlərində əks olunur, internet vergi xidmətinin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumata əsasən Cavabdeh Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 4üquq Şurasının «Azərbaycan Respublik ası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə 2 nömrəli, xxx 2017-ci tarixli qərarının 15.2-ci bəndinə əsasən Qaradağ rayonu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir, beləliklə, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə təqdim edilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüq uq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə veril ir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə görə isə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmələr iş materiallarına istinad etməklə İddiaçı MMC-nin Cavabdehnə qarşı müqavilə üzrə ödənilməli olan pulların ödənilməsinə dair işin aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilməsi barədə cavabdehin vəsatətinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xxx 2016-cı il tarixli alqı-satqı müqaviləsini Cavabdeh İdarə Heyətinin Sədri X1 öz adından deyil, təmsil etdiyi Şirkətin adından bağladığını, internet vergi xidmətinin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmi ş məlumata əsasən Cavabdeh Şirkətinin hüquqi ünvanının Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, ünvan 5quq Şurasının «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibatiiqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə 2 nömrəli, xxx 2017-ci tarixli qərarının 15.2-ci bəndinə əsasən Qaradağ rayonunun 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğuna görə iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə təqdim edildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına u yğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-304/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-304/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar