Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-359/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı «X6 Təsərrüfatı» MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «X6 Təsərrüfatı» MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “lizinqə verilmiş 1 ə dəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı «X6 Təsərrüfatı» MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-224/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışa görə, İddiaçı 29.07.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli müqaviləyə görə, cavabdeh dəyəri 635.250 manat olan beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verməyi, iddiaçı isə avadanlığın dəyərindən 61.500 manat məbləği əvvəlcədən cavabdehə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdələrinə götürmüşlər. 3. 18 yanvar 2012-ci il tarixli, D-02-LA/12 nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsinə dair 26 dekabr 2016-cı il tarixli, D-02LA/12 nömrəli razılaşmaya görə, cavabdeh qalıq dəyəri 182.950 manat olan peyin təmizləyən və yempaylayan avadanlıqların dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə 6 il müddətədək li zinqə verməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30 yanvar 2018-ci il tarixli, ASC/2-369 saylı məktuba görə, 18 yanvar 2012ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsi üzrə lizinqə götürülən avadanlıqlar heyvandarlıq kompleksində istifadə etmək üçün ümumi dəst halında verilmişdir və həmin müqaviləyə daxil olan hər hansı bir avadanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nda nəzərdə tutulmamışdır. 5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 03 noyabr 2020-ci il tarixli ASC/2-1646 saylı məktubuna gö rə, 18 yanvar 2020-ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 635.250 manat təşkil edən 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yem paylayan avadanlıqları sonuncuya lizinqə verilmişdir. 1 ədəd yempaylayan avadanlıq həmin avadanlıqların tərkib hissəsinə aid olduğundan və tərəflər arasında bağlanmış lizinq müqaviləsində 1 ədəd yempaylayan avadanlığın dəyəri ayrıca göstərilmədiyindən onun dəyərinin hesablanması mümkün olmamışdır. 6. “X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı olan iddia tələbi üzrə peyin qarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxarılmasını nəzərdə tutan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2-2(82)283/2018 nömrəli 17 may 2018-ci il tarixli qətnamədə də 1 ədəd yempaylayan avadanlığın dəyəri qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı «X6 Təsərrüfatı» MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən heyvandarlıq kompleksində istifadə edilən müxtəlif avadanlıqlar, o cümlədən, 1 ədə d yempaylayan avadanlıq iddiaçıya lizinqə verilmişdir. 26 dekabr 2016-cı il tarixdə iddiaçı və cavabdeh arasında imzalanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə D-02-LA/12 nömrəli razılaşmaya əsasən tərəflər 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsində dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən 1 ədəd yempaylayan avadanlıq üçün müqavilənin 20%-i məbləğində cavabdehə ilkin ödəniş edilmişdir. Lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlıq qoşulan kənd təsərrüfatı təyinatlı texnikadır və kardan vasitəsilə traktora qoşularaq işə salınır və yalnız yemi doğrayıb paylamaq üçün istifadə olunur. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli AQROLİZİNQ” A çıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 273 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən cavabdehdən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir güzəşt tətbiq edilməmişdir.
9. İddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməsi barədə iddiaçı tərəfindən cavabdehə 20 dekabr 2017-ci il tarixli, 14/17/Qİ nömrəli məktub ünvanlanmışdır. Cavabdehin 05.01.2018-ci il tarixli cavab məktubu ilə iddiaçıya mövcud qaydalarda hər hansı bir avandanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Daha sonra iddiaçı 22.01.2018-ci il tarixdə 01/18/Qİ nömrəli məktubla yenidən cavabdehə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməsi barədə məktub göndərmişdir. Lakin cavabdeh yenə də 30.01.2018ci il tarixli cavab məktubu ilə eyni məzmunda cavab verərək, Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 nömrəli qərarı ilə təsdiq edilmiş cavabdeh tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nda hər hansı bir avandanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Lakin 1 ədəd yempaylayan avadanlıq qoşulan kənd təsərrüfatı təyinatlı texnikadır, kardan vasitəsilə traktora qoşularaq işə salınır. Bu texnikanın birbaşa və yeganə təyinatı heyvan yemlərinin doğranması, qarışdırılması və paylanmasından ibarətdir. Buna görə də bu texnika Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına aid olduğundan, iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməli və cavabdehin üzərinə həmin güzəştin tətbiq edilməsi barədə öhdəlik qoyulmalıdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 03 noyabr t arixli, e-2-2(113)-1928/2020 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış və hazırki tələbin həmin müqavilədən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
12. İddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır.
13. İddiaçı tərəfindən müqavilə ilə ona verilmiş avadanlığa 40 faiz güzəştin tətbiq edilməsinə əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 273 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları” 13 avqust 2014-cü il tarixdə təsdiq edilmişdir ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır.
14. İddiaçı iddia tələbi ilə məhkəməyə 20 iyul 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə iddia müddəti keçmişdir.
15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 367.1, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.1, 375.2, 747.1, 748-10.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373- cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-224/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 03 noyabr tarixli, e-2-2(113)-1928/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
18. Apelyasiya instan siyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi barədə qərar qəbul etmək səlahiyyəti hazırki iş üzrə "xxxx" ASC-yə deyil, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiyasına aiddir.
19. Hazırkı iddia əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən, sübutlar araşdırılmadan rədd olunmalıdır. Birinci instansiya məhkəməsi də iddianın təmin edilməməsi nəticəsinə gəlmiş, lakin maddi hüquq normalarını pozaraq gəldiyi nəticəni düzgün əsaslandırmamış və işin hallarına düzgün qiymət verməmişdir.
20. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.7-1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işi yeni apelyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Hazırki iş 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsi üzrə yaranmış kommersiya mübahisəsidir. İddianın predmetini təşkil edən 1 ədəd yempaylayan avadanlıq həmin müqaviləyə əsasən Cavabdeh ASC (hazırki "xxxx" ASC) tərəfindən iddiaçıya lizinqə verilmişdir. Buna görə də həmin avadanlığa güzəşt tətbiq edilməsi barədə qərar qəbul etmək səlahiyyəti cavabdehə aiddir.
23. Məhkəmə bu halları nəzərə almamış, işə birtərəfli yanaşmış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.
24. Həmçinin apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində tam hüquqlu məhkəmə kimi işə apelyasiya qaydasında baxması nəticəsində işin hallarını araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmiş, bununla da Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7ci maddələrinin tələblərinə də əməl etməmişdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məh kəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
27. Cavabdehin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi.
28. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştira k edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
30. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icra at çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instans iyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1 İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. İddiaçı özünün başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, həmin şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə daxil ola bilər. 54.3. İddiaçı cavabdehin başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, məhkəmə bu şəxsi ikinci cavabdeh kimi işə cəlb edə bilər. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş “"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
2. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığınagüzəştlərin tətbiq edilməsi və istifadəçinin mülkiyyətinə verilməsi qaydaları 2.1. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığınatətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. 2.2. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığınagüzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya (bundan sonra - Xüsusi Komissiya) yaradılır. 2.3. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir. 2.4. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. 2.5. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası m əhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 13 aprel tarixli, 2-2(103)-224/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir.
36. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, hazırki iş 18 yanvar 2012-ci il tarixli, D-02-LA/12 nömrəli lizinq müqaviləsi üzrə yaranmış kommersiya mübahisəsidir. İddianın predmetini təşkil edən 1 ədəd yempaylayan avadanlıq həmin müqaviləyə əsasən Cavabdeh ASC (hazırki "xxxx" ASC) tərəfindən iddiaçıya liz inqə verilmişdir. Buna görə də həmin avadanlığa güzəşt tətbiq edilməsi barədə qərar qəbul etmək səlahiyyəti cavabdehə aiddir. Həmçinin apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində tam hüquqlu məhkəmə kimi işə apelyasiya qaydasında baxması nəticəsində işin hallarını araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmişdir.
37. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi barədə qərar qəbul etmək səlahiyyəti hazırki iş üzrə "xxxx" ASC-yə deyil, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahə də təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiyasına aiddir. Hazırkı iddia əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən, sübutlar araşdırılmadan rədd olunmalıdır.
38. İş materiallarından da göründüyü kimi apelyasiya məhkəməsində işə baxılması ilkin olaraq 02 mart 2021-ci il tarixə, sonradan tərəflərin iştiraklarının təmin edilməsi məqsədi ilə 30 mart 2021-ci tarixə təxirə salınmış, 30 mart 2021-ci ildə isə Komissiyanın yaradılması ilə bağlı sənədlərin təqdim edilməsi üçün 13 aprel 2021-ci il tarixə təxirə salınmış və həmin tarixdə işə baxılması yekunlaşmışdır. 13 aprel 2021-ci il tarixli məhkəmə iclas protokolundan isə işə baxan iddianın əsl cavabdehə verilmədiyi nəticəsinə gələn məhkəmənin MPM-nin yuxarıda istinad edilən 54-cü maddəsinin normalarına riayət etdiyi təsdiq edilmir.
39. Digər tərəfdən iş materiallarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində daimi fəaliyyət göstərən xüsusi komissiyanın hüquqi şəxs olması və məhkəmədə cavabdeh ola bilməsini təsdiq edən heç bir sənəd yoxdur. Hazırkı iddia isə məhz cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" ASC-nə qarşı qaldırılmış, iddiaçı ilə kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müvafiq müqavilə də məhz "xxxx" ASC-lə bağlandığı nəzərə alınarsa məhkəmələr hazırkı iddia tələbinə mahiyyəti üzrə baxaraq müvafiq qərar qəbul etməkdə haqlıdırlar.
40. Apelyasiya instansiyası məhkəməsi isə faktiki olaraq işə mahiyyəti üzrə baxmamış, iş materiallarındakı sübutları araşdırıb hüquqi qiymət verməmiş, 2012-ci ildə bağlanmış lizinq müqavilə si üzrə iki il sonra qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş “"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”n müddəalarının iddiaçıya şamil edilməsi üçün ümumiyyətlə əsasların olub– olmadığını, iddiaçı «X6 Təsərrüfatı» MMC tərəfindən, dəyəri 635.250 manat olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan lizinq avadanlıqların 20 faizinin (127.050 manat) ödənilib-ödənilmədiyini araşdırmamış, bu xüsusatlar üzrə müvafiq dəyərləndirmə aparmamışdır. 41. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 42. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərə findən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
43. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tar ixli, 2-2(103)224/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
45. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-224/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.