Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-36/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı ASC cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi xxxun və vəkili Xanlar Bayramzadənin iştirakı ilə, İddiaçı ASC cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 16 avqust 2018-ci il tarixli 2-2(103)-354/2018 qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019-cü il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aş ağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı idxal etdiyi cins damazlıqheyvanların sığortalanmasının satınalması barədə “xxxx” ASC iləbağladığı 29.10.2014-cü il tarixli, 31/14 nömrəli, 25.02.2015-ci il tarixli, 06/15 nömrəli və09.03.2016cı il tarixli, 05/16 nömrəli sığorta müqavilələri üzrə sığorta dəyəri 50923054,33manat olan 16 106 baş iri buynuzlu cins damazlıq heyvanların sığortalanmasını həyatakeçirmiş və müqavilə üzrə Sığortaçıya (“xxxx” ASC) 3055383,26 manatvəsaitin (sığorta haqqı) ödənilməsini təmin etmişdir. “xxxx” ASC ilə“xxxx” ASC arasında bağlanmış 30.03.2017-ci il tarixli “Sığorta müqavilələrininötürülməsi üzrə əsas müqavilə”nin şərtlərinə əsasən, 31.03.2017-ci il tarixdən başlayaraqzərərlərin tənzimlənməsi öhdəliyi “xxxx” ASC-nin üzərinə düşdüyündən, həmintarixdən sonra tələf olmuş cins damazlıq heyvanların sığorta hadisəsi barədə “xxxx”ASC-yə məlumat verilmiş və tələf olma sənədləri sığorta ödənişinin təmin edilməsi məqsədi iləSığorta Şirkətinə təqdim olunmuşdur. Lakin, cavabdeh sığorta ödənişinin təmin edilməsi barədəüzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir, imtinasını onunlaəsaslandırmışdır ki, heyvanlara baytar nəzarəti, yem bazası olmamış, peyvəndlər vaxtındaaparılmamışdır. İddiaçı ASC ilə bağlanmış 30.11.2016-cı il tarixli 313-LD/16 saylı lizinqmüqaviləsinə əsasən Cəmiyyətdən 10 baş damazlıq heyvan lizinqə götürmüş Biləsuvar rayonsakini xxx oğlunun 2 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçıASC 05.04.2017-ci il tarixli ASC/2-1147 nömrəli və 07.04.2017-ci il tarixli, ASC/2- 1213 nömrəli məktublarla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Cavabdeh baytar nəzarətinin olmaması, qeyri-qənaətbəxş yemləmə, peyvəndlərin vaxtında aparılmaması əsası ilə xxx oğluna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC ilə bağlanmış 11.01.2016-cı il tarixli, 01-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 96 baş damazlıq heyvan lizinqə götürmüş Abşeron rayon sakini Bxx oğlunun 2 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 12.04.2017ci il tarixli ASC/2-1277 və ASC/2-1280 nömrəli məktublarla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. "xxxx” ASC sahibkar nəzarətininin olmaması və baxımsızlıq bəhanəsi ilə Bxx oğluna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC ilə bağlanmış 28.10.2015-ci il tarixli 113-LD/15 nömrəli lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 20 baş damazlıq heyvan lizinqə götürmüş Bakı şəhər sakini xxxoğlunun 3 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 17.04.2017-ci il tarixli ASC/2-1420 nömrəli, 15.05.2017-ci il tarixli ASC/2-1871 nömrəli və 14.06.2017-ci il tarixli ASC/2-2299 nömrəli məktublarla yarma protokolunu və digər sənədləri cavabdehə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Cavabdeh təsərrüfatsızlıq əsası ilə xxxoğluna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. ”İddiaçı” ASC ilə bağlanmış 11.05.2016-ci il tarixli 139-LD/16 saylı lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 11 başdamazlıq heyvan lizinqə götürmüş Bakı şəhər sakini X3 1 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 27.04.2017-ci il tarixli ASC/2-1572 nömrəli məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Cavabdeh düzgün diaqnoz qoyulmaması və yanlış məlumat verilməsi bəhanəsi ilə sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC ilə bağlanmış 18.02.2016-cı il tarixli 79-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 7 baş damazlıq heyvan lizinqə götürmüş İmişli rayon sakini xxx oğlunun 1 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 01,05.2017-ci il tarixli, ASC/2-1603 nömrəli məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC mütəmadi baytar nəzarətinin olmaması əsası ilə xxx oğ luna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. ”İddiaçı” ASC ilə bağlanmış 13.04.2016-cı il tarixli 112-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 5 baş damazlıq heyvan lizinqə götürmüş Gəncə şəhər sakini xx oğlunun 1 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 11.05.2017-ci il tarixli ASC/2-1851/1 nömrəli məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASCyə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx" ASC baxımsızlıq bəhanəsi ilə xx oğluna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC ilə bağlanmış 12.05.2016-cı il tarixli, 142-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 4 baş damazlıq heyvan lizinqə götürmüş Füzuli rayon sakini xxx oğlunun 1 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 25.05.2017-ci il t arixli ASC/2-2013 saylı məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC düzgün müalicə aparılmaması bəhanəsi gətirərək xxx oğluna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC ilə bağlanmış 22.12.2015-ci il tarixli 167-LD/15 saylı lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 17 baş damazlıq heyvan lizinqə götürmüş Biləsuvar rayon sakini X4 1 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 22.05.2017-ci il tarixli ASC/2-1958 saylı məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC mal-qaranın saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə riayət olmaması əsası ilə X11 oğluna sığorta ödənişindən əsassız olaraq i mtina etmişdir. İddiaçı ASC ilə "bağlanmış 16.03.2015-ci il tarixli 31-LD/15 saylı lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 10 başdamazlıq heyvan lizinqə götürmüş Bakı şəhər sakini X7 1 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 22 may 2017-ci il tarixli ASC/2-1953 saylı məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığortaödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC yemləmənin zəif olması əsası iləX12 oğluna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC ilə bağlanmış 25.05.2016-cı il tarixli 180-LD/16 saylı lizinq müqaviləsinə əsasənCəmiyyətdən 10 baş damazlıq heyvan lizinqə götürmüş Ağdaş rayon sakini MustafayevSiyavuş Fərhad oğlunun 1 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC30.05.2017-ci il tarixli ASC/2-2044 saylı məktubla ya rma protokolunu və digər sənədləri“xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC xxx oğluna sığorta ödənişindən təsərrüfatsızlıqbəhanəsi gətirərək əsassız olaraq imtina etmişdir. İddiaçı ASC ilə bağlanmış17.06.2015-ci il tarixli 64-LD/15 saylı lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 10 başdamazlıq heyvan lizinqə götürmüş Füzuli rayon sakini xxx oğlunun 1 başdamazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 25.05.2017-ci il tarixli ASC/2-2012 saylıməktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığortaödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC laborator müayinə aparılmamasıbəhanəsi gətirərək xxx oğluna sığorta ödənişindən əsassız olaraq imtinaetmişdir. İddiaçı ASC ilə bağlanmış 18.02.2016-cı il tarixli 84-LD/16 saylı lizinqmüqavi ləsinə əsasən Cəmiyyətdən 10 baş damazlıq heyvan lizinqə götürmüş İmişli rayonsakini X1 1 baş damazlıq heyvanı tələf olmuşdur.İddiaçı ASC 05.06.2017-ci il tarixli ASC/2-2110 saylı məktubla yarma protokolunu vədigər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahişetmişdir. “xxxx” ASC düzgün müalicə aparılmaması bəhanəsi ilə Mehdiyev MirzəliMehdiqulu oğluna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC iləbağlanmış 19.06.2015-ci il tarixli 69-LD/15 saylı lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 33 baş damazlıq heyvan lizinqə götürmüş Göyçay rayon sakini xxx oğlunun 1baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 30.06.2017-ci il tarixli ASC/2-2600saylı məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərəksığorta ödənişinin ödənilməsi ni xahiş etmişdir. “xxxx” ASC təsərrüfatsızlıq bəhanəsigətirərək xxx oğluna sığorta ödənişindən əsassız olaraq imtinaetmişdir. İddiaçı ASC ilə bağlanmış 18.07.2016-cı il tarixli 233-LD/16 saylı lizinqmüqaviləsinə əsasən Cəmiyyətdən 286 baş damazlıq heyvan lizinqə götürmüş SANİ KFT-nin2 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 14.06.2017-ci il tarixli ASC/22301və 07.07.2017-ci il tarixli ASC/2-2745 saylı məktublarla yarma protokolunu və digər sənədləri“xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC müvafiq müalicə tədbirləri aparılmaması bəhanəsi gətirərək SANİ KFT-yə sığortaödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC ilə bağlanmış 8.07.2015-ci il tarixli 92-LD/15 saylı lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 10 başdamazlıq heyvan lizin qə götürmüş Xaçmaz rayon sakini xxx oğlunun 1 başdamazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 19.06.2017-ci il tarixli ASC/2-2448 saylıməktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığortaödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC sənədlərin tam olmamasıbəhanəsi gətirərək xxx oğluna sığorta ödənişindən əsassız olaraq imtinaetmişdir. İddiaçı ASC ilə bağlanmış 21.11.2016-cı il tarixli, 306-D/16saylı lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 14 baş damazlıq heyvan lizinqə götürmüşAbşeron rayon sakini xx oğlunun 1 baş damazlıq heyvanı tələf olmuşdur.İddiaçı ASC 23.06.2017-ci il tarixli ASC/2-2560 saylı məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahişetmişdir. “xxxx” ASC saxlanılıb-bəslənməsi qaydalarına əməl olunmaması əsası ilə xx oğluna sığorta ödənişindən əsassız olaraq imtinaetmişdir. İddiaçı ASC ilə bağlanmış 19 iyun 2015-ci il tarixli, 70-LD/2015 nömrəli lizinq müqaviləsinə əsasən, Cəmiyyətdən 50 baş damazlıq heyvan lizinqə götürmüş Bərdə rayon sakinixxx oğlunun 1 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 30.06.2017-ci il tarixli ASC/2-2584/1 nömrəli məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC baytar nəzarətindən kənar qalması əsası iləxxx oğluna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC ilə bağlanmış 17.11.2016-cı il tarixli, 289-LD/16 nömrəli lizinq müqaviləsinə əsasən Cəmiyyətdən 2 baş damazlıq heyvan lizinqə götürmüş Cəlilabad rayon sakini Ağabalayev Namiq Şakir oğ lunun 1 baş damazlıq heyvanı tələf olmuşdur. İddiaçı ASC 11.07.2017-ci il tarixli, ASC/2-2841 nömrəli məktubla yarma protokolunu və digər sənədləri “xxxx” ASC-yə göndərərək sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. “xxxx” ASC düzgün diaqnozun vaxtında müəyyənləşdirilməməsi və müalicənin aparılmaması əsası ilə Ağabalayev Namiq Şakir oğluna sığorta ödənişindən əsassız olaraq imtina etmişdir. İddiaçı ASC cavabdeh “xxxx” ASC-yə qarşıtələf olmuş 23 baş heyvanın 75517,72 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun, cəmi 75547,72 manatın “xxxx” ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 16 fevral 2018- ci il tarixli iş № 2-2(81)-192/2018, (sədrlik edən hakim M.Hacıbəyova) qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsinin təsviri hissəsində düzəlişlərin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 16 avqust 2018-ci il tarixli iş № 2-2(103)354/2018 (hakimlər H.Hə midov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və M.Məmmədov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətlərinin təmin edilməməsiqət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk olaraq qeyd edir ki, işə baxan nə birinci instansiya məhkəməsi, nə də apelyasiya məhkəməsi çıxardığı qətnamədə iddianın hansı əsasdan təmin edilməməsini əks etdirən sübutlara əsaslanmamışdır. Belə ki, işə baxan məhkəmə iddia tələbinin rədd edilməsinə əsas kimi, damazlıq heyvanların tələf olması barədə həmin tarixdə və ya ondan sonra ən qısa müddətdə cavabdehə məlumat verilməsinə dair məhkəməyə sübutlar təqdim edilməməsini, sığorta hadisələrinin birlikdə araşdırılma masını, bunun nəticəsində dəymiş zərərin bazar qiymətinin “xxxx” ASCnin əməkdaşları tərəfindən müəyyən edilməsinin mümkün olmaması göstərilmişdir. Lakin İddiaçı ASC, Cəmiyyətdən 10 baş damazlıq heyvan lizinqə götürmüş Biləsuvar rayon sakini xxx oğlunun 2 baş damazlıq heyvanının tələf olması, sığorta ödənişlərinin ödənilməsi barədə müraciətlər edilməsini təsdiq edən 05 aprel 2017-ci il tarixli, ASC/21147 və 07 aprel 2017-ci il tarixli, ASC/2-1213 96 baş damazlıq heyvan lizinqə götürmüş Abşeron rayon sakini Bxx oğlunun 2 baş damazlıq heyvanı tələf olması sığorta ödənişlərinin ödənilməsi barədə 12 aprel 2017-ci il tarixli ASC/2-1277 və ASC/2-1280, 20 baş damazlıq heyvan lizinqə götürmüş Bakı şəhər sakini xxxoğlunun 3 baş damazlıq heyvanı tələf olması, sığorta haqqının ödənilməsi barədə 17 a prel 2017-ci il tarixli ASC/21420, 15 may 2017-ci il tarixli ASC/2-1871 və 14 iyun 2017-ci il tarixli ASC/02-2299, 11 baş damazlıq heyvan lizinqə götürmüş Bakı şəhər sakini X3 1 baş damazlıq heyvanının tələf olması barədə 27 aprel 2017-ci il tarixli ASC/2-1572, 14 iyun 2017-ci il tarixli ASC/022299, 7 baş damazlıq heyvan lizinqə götürmüş İmişli rayon sakini xxx oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 01 may 2017-ci il tarixli ASC/2-1603, 5 baş damazlıq heyvan lizinqə götürmüş Gəncə şəhər sakini xx oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 11 may 2017-ci il tarixli ASC/2-1851, 4 baş damazlıq heyvan lizinqə götürmüş Füzuli rayon sakini xxx oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 25 may 2017-ci il tarixli ASC/2-2013, 17 baş damazlıq heyvan lizinqə götür müş Biləsuvar rayon sakini X4 1 baş damazlıq heyvanının tələf olması barədə 11 may 2017-ci il tarixli ASC/2-1851, 17 baş damazlıq heyvan lizinqə götürmüş Biləsuvar rayon sakini X4 1 baş damazlıq heyvanının tələf olması barədə 22 may 2017-ci il tarixli ASC/2-1958, 10 baş damazlıq heyvan lizinqə götürmüş Bakı şəhər sakini X7 1 baş damazlıq heyvanının tələf olması barədə 22 may 2017-ci il tarixli ASC/2-1953, 10 baş damazlıq heyvan lizinqə götürmüş Ağdaş rayon sakini xxx oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 30 may 2017-ci il tarixli ASC/2-2044, 10 baş damazlıq heyvan lizinqə götürmüş Füzuli rayon sakini xxx oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 25 may 2017-ci il tarixli ASC/2-2012, 10 baş damazlıq heyvan lizinqə götürmüş İmişli rayon sakini X1 1 baş damazlıq he yvanının tələf olması barədə 05 iyun 2017-ci il tarixli ASC/2-2110, 33 baş damazlıq heyvan lizinqə götürmüş Göyçay rayon sakini xxx oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 30 iyun 2017-ci il tarixli ASC/2-2600, Cəmiyyətdən 286 baş damazlıq heyvan lizinqə götürmüş SANİ KFT-nin 2 baş damazlıq heyvanının tələf olması barədə 14 iyun 2017-ci il tarixli ASC/2-2301 07 iyul 2017-ci il tarixli ASC/2-2745, 10 baş damazlıq heyvan lizinqə götürmüş Xaçmaz rayon sakini xxx oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 19 iyun 2017-ci il tarixli ASC/2-2448, 14 baş damazlıq heyvan lizinqə götürmüş Abşeron rayon sakini xx oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 23 iyun 2017-ci il tarixli ASC/2-2560, 50 baş damazlıq heyvan lizinqə götürmüş Bərdə rayon sakinixxx oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 30 iyun 2017-ci il tarixli ASC/2-2584/1, 2 baş damazlıq heyvan lizinqə götürmüş Cəlilabad rayon sakini Ağabalayev Namiq Şakir oğlunun 1 baş damazlıq heyvanının tələf olması barədə 11 iyul 2017-ci il tarixli ASC/2-2541 saylı məktubları və digər zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə müvafiq olaraq hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmi n müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı ASC kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2-2(103)-354/2018 saylı qətnaməsini ləğv edərək, kasasiya şikayətinin təmin olunması və hazırkı mülki iş üzrə iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X.Bayramzadə kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi isə dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Süleymanov da vəkili X.Bayramzadənin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi isə dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasınagəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəs i və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zərur i hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 16 avqust 2018-ci il tarixli, 2-2(103)-354/2018 saylı qətnamə ilə, apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2018-ci il tarixli, 2-2(81)-192/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 883.1, 884.1, 922.1, 923.1, 925.1, 925.5, 926.1, 926.3, 935.1-ci maddələrinə, «İcbari sığortalar haqqında» Qanunun 16.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 372.7-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, bilindiyi kimi Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı kasasiya şikayətində onun qənaətinə əsasən bir sıra hüquq normalarının (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, Mülki Prosessual Məcəllənin 9.3, 77.1-ci maddələri) apelyasiya instansiyası məhkəməsi tərəfində n pozulmasını göstərsə də, həmin pozuntuların konkret şəkildə nədən ibarət olmasını qeyd etməmiş, yəni, iddiaçının sözügedən dəlili sırf deklarativ və formal xarakter daşımaqdadır. Eyni zamanda iddiaçı kasasiya şikayətində yazır ki, işə baxan nə birinci instansiya məhkəməsi, nə də apelyasiya məhkəməsi çıxardığı qətnamədə iddianın hansı əsasdan təmin edilməməsini əks etdirən sübutlara əsaslanmamışdır, belə ki, işə baxan məhkəmə iddia tələbinin rədd edilməsinə əsas kimi, damazlıq heyvanların tələf olması barədə həmin tarixdə və ya ondan sonra ən qısa müddətdə cavabdehə məlumat verilməsinə dair məhkəməyə sübutlar təqdim edilməməsini, sığorta hadisələrinin birlikdə araşdırılmamasını, bunun nəticəsində dəymiş zərərin bazar qiymətinin “xxxx” ASC-nin əməkdaşları tərəfindən müəyyən edilməsinin müm kün olmaması göstərilmişdir. Lakin iddiaçı sözügedən məktubları və digər zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən düzgün olaraq Mülki Məcəllənin 883.1, 884.1, 922.1, 923.1, 925.1, 925.5, 926.1, 926.3, 935.1-ci maddələrini və “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsini tətbiq edərək, iddiaçının iddiasının hansı əsasdan təmin edilməməsini əks etdirən konkret sübutlarla, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X8 Xidməti Lənkəran zona baytarlıq laboratoriyasının 27 iyul 2017-ci il tarixli, Lənkəran rayon Göyşaban kəndi sakini fermer Hüseynağa Məhərrəmova məxsus tələf olmuş heyvanın təsərrüfat şəraitində ya rması aparılan zaman heyvanın həddən artıq köpməsi müşahidə edilməsinə dair ekspert rəyi, Ağdaş rayonu “X6”nın sahibkarı X2 məxsus heyvanın tələf olması barədə 24 may 2017-ci il tarixli aktla (halbuki heyvanın yarılmasına dair protokol ondan 3 gün əvvəl, yəni, 21 may 2017-ci il tarixdə rəsmiləşdirilmişdir) tam olaraq əsaslandırılmışdır. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 23 baş damazlıq heyvanın hər biri üçün yarma protokolları, müayinə aktları və ekspert rəyləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apelyasiya i nstansiyası məhkəməsi yuxarıda göstərilmiş maddi hüquq normalarına və işin hallarına əsaslanmaqla haqlı olaraq göstərmişdir ki, İddiaçı ASC tərəfindən sığorta müqaviləsinin 17-ci bəndinin tələbləri pozulmuşdur. Həmin bənddə qeyd olunmuşdur ki, lizinq alan (təsərrüfat sahibi) sığorta predmeti “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb bəslənməsini təmin etməlidir. Lizinq verən lizinq alan (təsərrüfat sahibi) tərəfindən sığorta predmetinin Kənd Təsərrüfatı Nazirliyinin və İddiaçı ASC-nin mütəxəssisləri tərəfindən hazırlanmış “lizinq qaydasında güzəştlə satılan damazlıq heyvanlarının saxlanılması və yemləşdirilməsinə dair” qaydalarına riayət etməsinə nəzarət etməlidir. Belə ki, damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə hey vandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması qaydaları “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli, 3000 nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur. Həmin Qaydaların 7 və 8-ci bəndlərindən görünür ki, istehsalçı güzəştli şərtlərlə lizinq yolu ilə satın aldığı damazlıq heyvanı: dəyəri tam ödənilənədək sata, bağışlaya və kəsə bilməz; saxlanılması üçün istifadə etdiyi yer (tövlə) zoobaytar tələblərə tam cavab verməlidir və yem bazası ilə təmin etməlidir. İstehsalçının səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, onda damazlıq heyvanın ödənilməyən qalıq dəyəri istehsalçı tərəfindən Cəmiyyətə ödənilməlidir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, yarma protokolları, ekspert rəyləri ilə lizinq alanlar tərəfindən damazlıq heyvanlarının baytarlıq qaydalarına uyğun saxlanılmadığı müəyyən edilmiş və lizinq verən tərəf kimi iddiaçı buna müqavilə ilə üzərinə öhdəlik kimi götürdüyü nəzarəti həyata keçirməmişdir. Bununla da müqavilə öhdəliyi iddiaçı tərəfindən pozulmuşdur. Digər tərəfdən, heyvanların baxımsızlıqdan baytar nəzarəti olmadan, müvafiq müalicə-profilaktik tədbirlər görülmədən tələf olması bu tələf olmanın sığorta hadisəsi kimi təsadüfilik əlamətini ortadan qaldırmış olur. Eyni zamanda iddiaçı tələf olmuş heyvanlarla bağlı sənədləri və məlumatları sığortaedənə tam şəkildə və sığorta hadisəsin dən dərhal sonra, yaxud da qısa müddətdə təqdim etməmiş və bununla da Mülki Məcəllənin sığorta barədə münasibətləri tənzimləyən 923.1-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçının kasasiya şikayətində göstərdiyi digər dəlillər isə ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri formal xarakter daşıdığından əsassızdır, belə ki, məlum olduğu kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etməklə v ə onun iddia ərizəsi əsasında başlanmış işə baxılmaqla artıq iddiaçının hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi gerçəkləşdirmiş olmuşdur, yəni, burada iddiaçının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüququ tam olaraq təmin edilmişdir. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə gəldikdə isə, iddiaçı rəsmi qaydada apelyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclasları barədə məlumatlandırılsa da, iclaslarda iştirak etməmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə istinadən haqlı olaraq mübahisəyə iddiaçının iştirakı olmadan baxmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 avqust 2018-c i il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 avqust 2018-ci il tarixli, 2-2(103)-354/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-36/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-36/2019
16.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver