Məhkəmə qərarları › İş №2-2(102)-36/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-36/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-36/2024 18.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-36/2024 Açar sözlər: subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(103)-731/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2009-cu il 14 may tarixli ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.1583 ha torpaq sahəsində yerləşən 12 nömrəli 958.6 m2 ümumi, 531.7 m2 əsas, 426.9 m2 köməkçi sahədən ibarət qeyri-yaşayış binası (təsərrüfat hesablı Respublika Uroloji xəstəxanası) paylı mülkiyyət hüququ üzrə hər birinə 1/3 hissə məxsus olmaqla X5, X4 və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 2020-ci il 8 fevral tarixli BB seriyalı 418732 nömrəli daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən X1 məxsus daşınmaz əmlak sığorta məbləği 93.144 manat, azadolma məbləği 490 manat olmaqla, 2021-ci il 8 fevral tarixinədək "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır.

3. Azə rbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən iddiaçıya 2020-ci il 11 dekabr tarixli məktubu ilə göndərilmiş “ünvan 1 ünvanında yerləşən urologiya mərkəzinin inzibati binasının texniki vəziyyəti haqqında” 2020-ci il 2 oktyabr tarixli aktda qeyd olunmuşdur ki, baxış zamanı urologiya mərkəzinin bünövrə çalasına yaxın olan otaqlarının əsas yükdaşıyan divarlarında, hörgü birləşmələrində, qapı və pəncərə boşluqları ətrafında və döşəmədə eni 5-30 olan keçici çatlar müşahidə olunur. Urologiya mərkəzində yaranmış çat və zədələnmələrin yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinin nəticəsində, svaylar vurulduqdan sonra bünövrə çalasının qazıntısı zamanı svay və rostvelkin horizontal təzyiqinin təsirindən öz şaquli vəziyyətindən əyilməsi nəticəsində yaranmış dır. 4. 2021-ci il 31 mart tarixli sığorta aktına əsasən, Bakı şəhəri, M.Rəfili küçəsi 12-də yerləşən daşınmaz əmlaka dəymiş zərərin məbləği 74.780 manat müəyyən olunmuşdur. 5. 2021-ci il 12 aprel tarixli 001AZ**********9 nömrəli ödəniş sənədinə əsasən, iddiaçı tərəfindən S.Abdullayevanın etibarnamə üzrə nümayəndəsi X2 hesabına 490 manat azadolma məbləği çıxıldıqdan sonra 74.290 manat sığorta ödənişi həyata keçirilmişdir.

6. Mütəxəssis rəyinin təqdim edilməsi barədə ekspertin vəsatətinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə göndərilmiş 2022-ci il 2 noyabr tarixli məktubuna cavab olaraq sonuncunun “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən göndərilmiş 2023cü il 8 iyun tarixli rəyin nəti cə hissəsində qeyd olunmuşdur ki, S.Abdullayevaya məxsus ünvan 1 ünvanında yerləşən əmlaka dəymiş zərər cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə bünövrə çalasında qazıntı işlərinin aparılması nəticəsində yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 74.290 manat sığorta ödənişi və 400 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsasla ndırılmışdır ki, X1 (bundan sonra – S.Abdullayeva”) məxsus ünvan 1 ünvanında yerləşən əmlak 2020-ci il 8 fevral tarixində iddiaçı tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. 2020-ci il 2 oktyabr tarixində cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə bünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində həmin əmlaka zərər dəymişdir. Qiymətləndirmə mərkəzi tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən, dəymiş zərər məbləği 74.780 manat müəyyən edilmişdir. İddiaçının 2021-ci il 31 mart tarixli sığorta aktına əsasən, 490 manat azadolma məbləği çıxılmaqla 74.290 manat sığorta ödənişinin həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsin şəxsi hesabına köçürülmə həyata keçirilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 2020-ci il 2 oktyabr tarixli aktdan görünür ki, cavabdeh tərəfindən məhəllədə bünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində ünvan 2 ünvanında yerləşən urologiya mərkəzinin inzibati binası texniki vəziyyətdən qəzalı vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı iddiaçı tərəfindən zərərçəkən şəxsə sığorta ödənişinin olunması, həmçinin ödənilmiş sığorta məbləğinin geri ödənilməsi barədə cavabdehə bildiriş ünvanlanmışdır. Cavabdeh tərəfindən ödənilmiş sığorta məbləğinin sonradan cavabdehdən geri tələb olunmasının hüquqi əsası olmadığı bildirilmişdir. Əlavə olaraq iddiaçıya ünvanlanmış 2021-ci il 5 aprel tarixli məktubda qeyd olunmuşdur ki, dəymiş zərərin cavabdehə aidiyyəti yoxdur, qəzalı əmlak alqı-satqı müqav iləsi əsasında alınmışdır. Cavabdehin şirkətə ünvanladığı məktubdan da dəymiş zərərin zərərvuran tərəfindən ödənilmədiyi görünür. Tərəflər arasında yalnız alqı-satqı müqaviləsi bağlanmışdır, bu isə sığortalının sığorta ödənişinin alınmasını məhdudlaşdırmır.

9. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçının qeyd etdiyi əmlakda yaranmış çatlar və vurulmuş ziyan cavabdehin apardığı tikinti işləri nəticəsində yaranmamışdır. Cavabdehin söküntü işlərini apardığı binanın divarı xəstəxananın çatlar yaranmış divarından bir metr aralı olmuşdur. Sadəcə, əlavə sahə əldə etmək üçün xəstəxana binasının yükdaşıyan divarı sökülmüş, bununla da onun konstruksiyasına müdaxilə edilmişdir. Söküntü işləri apararkən cavabdeh tərəfindən yalnız özünə aid olan bina sökülmüşdür.

10. Ca vabdehin məhkəməyə təqdim etdiyi “X7” tərəfindən verilmiş 2021-ci il 18 yanvar tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəm və S.Əsgərova küçələrinin kəsişməsində cavabdeh tərəfindən inşası nəzərdə tutulmuş binanın A blokunun yerləşdiyi sahədə sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm 22 və 24 nömrəli binalarda yerləşən 10 ədəd mənzillərin divarları Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsində yerləşən 12 nömrəli qeyri-yaşayış binasının (“Uroloji Mərkəz” yerləşən bina) divarları ilə bitişik, hər biri müstəqil olaraq, birinin digərinə konstruktiv bağlılığı olmadan paralel olaraq inşa edilmişdir. - “Uroloji Mərkəz”in yerləşdiyi bina istiqamətindən həmin mərkəzə məxsus bir mərtəbədən ibarət qe yri-yaşayış binasının (əməliyyat otağı) yükdaşıyan fasad divarının müəyyən hissəsi sökülərək cavabdehə məxsus 22 və 24 saylı binaların sökülməmiş mövcud (mübahisələndirilən) divarlarına müdaxilə edilmişdir. Müdaxilə olunan divarın sözü gedən hissəsində "Uroloji Mərkəz” istiqamətindən kafellə üzləmə işləri aparılmışdır. - Cavabdeh tərəfindən inşası nəzərdə tutulmuş binanın A blokunun yerləşdiyi sahədə sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm 22 və 24 ünvanda yerləşən mənzillərin mövcud sökülməmiş divarları üzərində Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsində yerləşən 12 nömrəli qeyri-yaşayış binası istiqamətindən yükdaşıyan fasad divarının sökülərək S.Rüstəm 22 və 24 nömrəli ünvanda yerləşən qonşu divara müdaxilə edilməklə aparılmış tikinti işləri Azərbaycan Respublikasının Şəhərsal ma və Tikinti Məcəlləsinin 71 və 72-ci maddələrinin tələblərinə uyğun deyildir. - Mübahisələndirilən divar cavabdehə məxsus inşası nəzərdə tutulmuş binanın A blokunun yerləşdiyi sahədə sökülmüş Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binası ilə heç bir konstruktiv bağlılığı olmayan mənzillərin sökülməmiş mövcud divarlarıdır.

11. Məhkəmənin tərəfindən təyin edilmiş mühəndis-tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 25 aprel tarixli 10/697 nömrəli ekpert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, S.Abdullayevaya məxsus ünvan 4 ünvanın yerləşən əmlak söküldüyündən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə b ünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən, S.Abdullayevaya məxsus əmlaka dəymiş ziyanın müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 9 iyun tarixli e-2-2(113)-100/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, 74.290 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

13. Məhkəmə qeyd etmişdir ki, sığortalı olmuş əmlaka dəymiş ziyanın cavabdeh tərəfindən aparılan qazıntı işlərinin nəticəsində olub-olmaması və dəymiş ziyanın məbləğin nə qədər təşkil etməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Ekspertiza təyin edildiyi zaman əmlak mövcud olsa da, sonradan yəni işin ekspertizada olduğu müddətdə sığortalı əmlakın sökülməsi səbəbindən rəyin verilməsi mümkün olmamışdır. Həmçinin, sığortalı əmlak cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmış və yerində çoxmərtəbəli binanın tikilməsi məqsədi ilə sökülmüşdür. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqdan sonra sığortalı əmlakın cavabdeh tərəfindən sökülməsi rəyin verilməsini mümkünsüz etmişdir.

14. Cavabdeh etirazının dəlillərini təsdiq edən sübut kimi “X7” tərəfindən verilmiş 2021-ci il 18 yanvar tarixli ekspert rəyinə istinad etsə də, həmin rəydə sığortalı əmlaka dəymiş ziyanın məhz cavabdeh tərəfindən aparılmış qazıntı və söküntü işləri ilə əlaqədar olmamasına dair hər hansı bir nəticə mövcud olmamışdır.

15. Məhkəmə işin hallarını nəzərə alaraq (bax bu qərarın 1-5-ci bəndləri) hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınm az əmlaka yaxınlıqda aparılan tikintiquraşdırma işlərinin nəticəsində zərər dəymiş və iddiaçının vermiş olduğu sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyətli olan cavabdehdən tələb etməyə əsası yaranmışdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 936.1, 936.2, 1096.1 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr t arixli 2-2(103)-731/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər - R.Qurbanov və V.Baxışova).

19. Apellyasiya məhkəməsi işin hallarını (bax bu qərarın 1-5-ci bəndləri) nəzərə alaraq birinci instansiya məhkəməsinin mövqeyi (bax bu qərarın 12-14-cü bəndləri) və gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh etirazının dəlillərini təsdiq edən sübut kimi “X7” tərəfindən verilmiş 2021-ci il 18 yanvar tarixli ekspert rəyinə istinad etsə də, həmin rəydə sığortalı əmlaka dəymiş ziyanın məhz cavabdeh tərəfindən aparılmış qazıntı və söküntü işləri ilə əlaqədar olmamasına dair hər hansı bir nəticə mövcud olmamışdır. Həmin rəyd ə cavabdeh tərəfindən aparılan söküntü və tikinti işləri sadalanmış, həmin fəaliyyətin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi, bunun əksinə olaraq sığortalı tərəfindən tikinti işlərinin qanunvericiliyə uyğun olmadan aparıldığı göstərilmişdir. Lakin, araşdırılmalı əsas məsələ olan sığortalıya dəymiş ziyanın cavabdeh tərəfindən yaxınlıqda aparılan tikinti nəticəsində ziyan dəyməsi məsələsinə münasibət bildirilməmişdir.

20. Bundan başqa, 2023-cü il 8 iyun tarixli mütəxəssis rəyi (bax bu qərarın 6-cı bəndi) isə 2023-cü il 3 iyul tarixində, qətnamə qəbul edildikdən təxminən bir ay sonra məhkəməyə daxil olmuşdur. Həmin mütəxəssis rəyi, həmçinin apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi tərəfindən 2023-cü il 21 sentyabr tarixində keçirilən məhkəmə iclasında təqdim olunmuşdur. Apellyasiya baxışı zamanı təqdim olunmuş mütəxəssis rəyi MPM-in 10-1.3, 78.1 və 372.2-ci maddələrinə uyğun təqdim edilmədiyindən sübut kimi qəbul olunmamışdır.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalara və MPM-in 372.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 936, 1096 və 1097-ci maddələrinin tələbləri pozulmuşdur. Mübahisələndirilən divar cavabdehə məxsus inşası nəzərdə tutulmuş binanın A blokunun yerləşdiyi sahədə sökülmüş ünvan 6 ünvanındakı qeyri-yaşayış bin ası ilə heç bir konstruktiv bağlılığı olmayan mənzillərin sökülməmiş mövcud divarları olmuşdur. Qeyriyaşayış binası istiqamətindən inşası nəzərdə tutulmuş binanın A blokunun yerləşdiyi sahədə sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm 22 və 24 ünvanındakı mənzillərin mövcud sökülməmiş yükdaşıyan fasad divarı sökülərək divara müdaxilə edilmiş, həmin istiqamətdə kafellə üzləmə işləri aparılmışdır. Lakin məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bu hallar üzrə araşdırma aparmamış, yalnız Tikintidə X3 Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 2020-ci il 11 dekabr tarixli məktubu ilə göndərilmiş akta istinad edərək, iddianın əsaslı olması qənaətinə gəlmişdir.

24. Delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti daşıması üçün şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çı xaran təqsirli, hüquqa zidd əməl, həmin əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka cavabdeh tərəfindən aparılan tikinti-quraşdırma işləri nəticəsində zərər dəyməsi sübuta yetirilməmişdir və vurulmuş ziyanla cavabdehin hərəkət (hərəkətsizliyi) arasında səbəbli əlaqə mövcud deyildir. Sığortalı əmlaka vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tələb edilməsi qanunsuz olmuşdur. Lakin apellyasiya məhkəməsi apellyasiya şikayətində göstərilən xüsusatları araşdırmamışdır.

25. MPM-in 77.1, 88, 217.1, 217.3 və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə sübutlara qeyri-obyektiv və natamam baxmış, sübutlara qiymət verərkən qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə cavabdeh tərəfindən təqdi m olunmuş ekspert rəyini tədqiq etməmiş, rəydə sığortalı əmlaka dəymiş ziyanın cavabdehə aidiyyətinin olmamasına dair kifayət qədər tədqiqat aparılmasına baxmayaraq, həmin rəydə sığortalı əmlaka dəymiş ziyanın məhz cavabdeh tərəfindən aparılmış qazıntı və söküntü işləri ilə əlaqədar olmamasına dair hər hansı nəticənin mövcud olmadığı qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya insta nsiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının isti fadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).

32. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, sığortalı əmlaka vurulmuş ziyanla cavabdehin hərəkət (hərəkətsizliyi) arasında səbəbli əlaqə mövcud olmadığından həmin əmlaka vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tələb edilməsi qanunsuz olmuşdur.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşmayaraq bildirir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə ünvan 7 ünvanında yerləşən daşınmaz əmlaka yaxınlıqda aparılan tikitni-quraşdırma işlərinin nəticəsində zərər dəydiyi müəyyən edilmişdir (bax §3).

34. MM-in 936.2-ci maddəsinə əsasən isə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

35. Kassasiya şikayətinin işin faktiki hallarının əks olunduğu dəlilinə münasibətdə qeyd olunmalıdır ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir. Məhkəmə aktı o zaman qanuni hesab ol unur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

36. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya ba xışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. Şərh edilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-n in kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 sentyabr tarixli 2-2(103)-731/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar