Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-360/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: vurulmuş zərərin ödənilməsi, cərimənin və əldən çıxmış faydanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbi, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “cərimənin və əldən çıxmış faydanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbi nə dair kommersiya işi üzrə İddiaçı MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli, 2-2(103)-385/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 27.12.2018-ci il tarixli Distributorluq müqaviləsinə görə, təchizatçı distributorun bu Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş malların paylanması üçün Azərbaycan Respublikası ərazisi üzrə eksklüziv Distributor təyin edir, Distributor isə həmin təyinatı qəbul edir. 2. 28.04.2020-ci il tarixdə təchizatçı tərəfindən distributora ünvanlanmış Distributorluq müqaviləsinə xitam verilməsi haqqında bildirişə görə, tərəflər arasında bağlanmış Distributorluq müqaviləsinin 2.4-cü bəndinə əsasən d istributor təchizatçıya ödənilməli olan 163.521,51 manat pulu vaxtında ödəmədiyindən, Müqavilənin 10.1-ci maddəsinə əsasən gecikdirilmiş həmin məbləğə (əsas borca) günlük 0,5% dərəcə ilə hesablanmış cərimə məbləğinin bu bildirişin tarixinə 817,60 AZN təşkil etdiyi və bu bildirişin alındığı tarixdən 2 (iki) təqvim həftəsi ("X2") ərzində yuxarıda qeyd edilən pozuntular tam olaraq aradan qaldırılmasa və yeni pozuntulara yol verilsə, Təchizatçı tərəfindən Müqavilənin 13.2-ci maddəsinə əsasən həmin X1 Müddəti bitdiyi tarixdə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunan bildiriş 29.04.2020-ci il tarixdə distributor tərəfindən qəbul edilmişdir. 3. 12.05.2020-ci il tarixli cavab məktubuna görə, distributor tərəfindən bildirişdə qeyd olunan ödənişlərin gecikməsi halının olması qeyd edilsə də, ödəni şlərin icra edilməsi tarixinin hansı sənədlə razılaşdırılması barədə hər hansı məlumat verilmir. Bundan başqa, tərəflərin işgüzar münasibətlərinin pozulmaması, habelə bildirişdə göstərilən gecikdirilmiş məbləğə görə müqavilə şərtlərinə əsasən hesablanmış məbləğin az olması səbəbindən qeyd olunan cərimə məbləğinin distributor tərəfindən təchizatçıya ödənildiyi qeyd olunmuşdur.
4. Ödəniş qəbzlərinə görə, 12.05.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına 817,60 AZN məbləğ köçürülmüşdür. 5. 10.06.2020-ci il tarixdə təchizatçı tərəfindən distributora Distributorluq müqaviləsinə xitam verilməsi haqqında bildiriş ünvanlanaraq müqavilənin 13.1.1-ci maddəsinə əsasən hər bir tərəf müəyyən səbəbdən və ya heç bir səbəb olmadan, Müqavilənin ləğvi planlaşdırılan tarixdən 60 (altmış) təqvim günü öncə digər tərəfə bildiriş göndərməklə Müqaviləyə vaxtından əvvəl xitam verə bildiyi qeyd edilərək təchizatçı tərəfindən həmin Müqaviləyə 9 avqust 2020-ci il tarixdən xitam veriləcəyi bildirilmişdir. 6. 17.08.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış vurulmuş zərərin ödənilməsi barədə bildirişə görə, “tərəflər arasında imzalanmış 27.12.2018-ci il tarixli distributorluq müqaviləsinə uyğun olaraq tərəfimizdən təmsil etdiyiniz şirkətə 01.05.2020-ci il tarixli sifariş sənədi təqdim edilmiş və malların aylar üzrə təchizi sifariş edilməmişdir. Lakin hər hansı səbəb olmadan təmsil etdiyiniz şirkət müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Yaranmış halla bağlı danışıqların aparılması və mövcud anlaşılmazlıqların araşdırılması məqsədilə tərəfimizdə n sizə 30.06.2020-ci il, 10.07.2020-ci və 04.08.2020-ci il tarixli müraciətlər göndərilmiş və müvafiq açıqlamanın verilməsi, o cümlədən sifarişlərin təmin edilməsi xahiş edilmişdir, lakin heç bir müraciətimiz cavablandırılmamış və sifarişlərin təchizatı təmin edilməmişdir. Müqavilə öhdəlikləri Sizin tərəfinizdən kobud surətdə pozulmuş, nəticədə şirkətimizə 399.220,26 manat maddi ziyan dəymişdir. Dəymiş zərər məbləğinin 3 gün ərzində şirkətin bank hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə pozulmuş hüquqların müdafiəsi məqsədilə aidiyyəti orqanlara müraciət ediləcəyi” bildirilmişdir. 7. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ünvanlanaraq, "xxxx" MMC-nin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyi, Cavabdeh MMC tərəfindən çatdırılan malların dəyərini razıla şdırılmış müddətdə ödəmədiyi, Distribyutorluq müqaviləsinə xitam verilməsi haqqında 10.06.2020-ci il tarixli Bildirişə əsasən 09.08.2020ci il tarixdə 27.12.2018-ci il tarixli Müqaviləyə xitam verildiyi, distributor tərəfindən təchizatçıya 43.777 manat məbləğində cərimə borcu və 235.279,92 manat məbləğində əldən çıxmış fayda şəklində maddi ziyanın 2 gün ərzində təchizatçının bank hesabına ödənilməsi, əks təqdirdə pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında imzalanmış 27.12.2018-ci il tarixli müqa vilənin ləğv edilməsi və cavabdehdən 817,60 manat əsassız varlanma məbləği, o cümlədən 399.220,26 manat maddi ziyan, habelə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 400.067,86 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 27.12.2018-ci il tarixli distributorluq müqaviləsinin 1.2-ci bəndinə əsasən cavabdeh təchizatçı müvafiq malları müəyyən edilmiş müddət ərzində çatdırmağı, iddiaçı distributor isə həmin malları təhvil alaraq müvafiq ödənişi yerinə yetirməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə imzalandığı gündən öhdəliklər vicdanla icra edilmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən hər hansı pozuntuya yol verilmədiyi və tərəflər arasında hər hansı mübahis ə mövcud olmadığı halda, cavabdeh tərəfindən 28.04.2020-ci il tarixli bildiriş göndərilmiş və distributorluq müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən bildirişdə xitama səbəb olan hal olaraq tərəflər arasında imzalanmış müqavilənin 2.4, 10.2 və 13.2-ci bəndlərinə istinad edilmiş və bildiriş tarixinə ümumilikdə 163.521,51 manat ödənişin gecikdirildiyi qeyd edilmişdir. Gecikdirilmiş məbləğə 817,60 manat cərimə məbləği hesablanmış və bu məbləğin 2 təqvim həftəsi ərzində ödənilmədiyi təqdirdə müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Nəticədə cavabdehin tələblərinin əsassız, qərəzli olduğunu və süni mübahisə yaratmaq kimi əsl niyyətini gizlətdiyini nəzərə alaraq bildiriş cavabdehə göndərilmiş, 12.05.2020-ci il tarixli müraciətlə cavablandırılmış və tələblərinin əsassı z olduğu bildirilmişdir. Tələb olunan cərimə məbləğinin mövcudluğuna hər hansı əsas olmamışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.4cü bəndinə əsasən distributor ticarət obyektlərinə çatdırıldığı vaxtdan 15 gün keçən malların ümumi dəyərini həftəlik olaraq tərəflər arasında razılaşdırılmış tarixdə ödəməlidir. Yəni, mallar Distributor tərəfindən tərəfdaşlıq etdiyi alıcılara çatdırıldığı tarixdən 15 gün keçdikdən sonra həftəlik olmaqla, tərəflərin razılaşdırdığı tarixdə ödənilməli idi. İddiaçı tərəfindən bu öhdəlik tam icra edilmişdir. Müqavilə imzalanan tarixdən 28.04.2020-ci il tarixinədək bu öhdəliyin iddiaçı tərəfindən pozulmasına dair cavabdeh tərəfindən hər hansı pretenziya və cərimə tələbi irəli sürülməmişdir. Cərimə məbləğinin əsassızlığına digər sübut isə onun yaranma mənb əyinin mövcud olmamasıdır. Belə ki, cavabdeh bəhs edilən bildirişdə ödəniş tarixlərini və məbləğlərini qeyd etsə də, bu "gecikdirilmiş" ödənişlərin hansı tarixdə icra edilməli olduğu barədə hər hansı əsaslandırma və sübut mövcud deyildir. Belə əsaslandırmanın mövcud olmaması öz özlüyündə cavabdehin iddia etdiyi gecikmə halının mövcud olmadığını və bu pozuntunun süni formada qəsdən yaradılmağa cəhd edildiyini təsdiq etmiş olur. Digər tərəfdən, cavabdeh müqaviləyə xitam verilməsi barədə bildirişdə tərəflər arasında imzalanmış müqavilənin 13.2-ci bəndinə istinad edərək əsassız olaraq tələb etdiyi gecikmə məbləğinin 817,60 manat və gecikdirilmiş ödənişin isə ümumilikdə 163521,51 manat olduğunu qeyd etmişdir. Halbuki, müqavilənin 10.1-ci bəndinə əsasən hər gün üçün ödənilməmiş məbləğin 0.5 faiz i məbləğində cərimə ödənilir. Müqavilənin 13.2-ci bəndinə əsasən hər hansı tərəf öhdəliyini əhəmiyyətli dərəcədə yerinə yetirmədikdə və bərpa edilə biləcək qayda pozulması barədə yazılı bildirişin alındığı tarixdən etibarən 2 həftə ərzində bərpa edilməyən pozulmaya yol verdiyi halda digər tərəf bu müqaviləyə xitam verə bilər.
10. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən 27.12.2018-ci il tarixli distributorluq müqaviləsi üzrə gecikdirilmiş məbləğdən 43.777,00 manat cərimə və 235.279,92 manat məbləğində əldən çıxmış fayda şəklində maddi zərərin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27.12.2018-ci il tarixli müqavilə imzalanan tarixdən iddiaçı Müqavilə üzrə öz öhdəliklərini vaxtında yerinə yetirərək cavabdehi müvafiq mallarla təmin etmişdir. Lakin cavabdeh Müqavilənin şərtlərini dəfələrlə pozaraq, ödənişlərini vaxtlı-vaxtında həyata keçirməmişdir. Bu səbəbdən də iddiaçı Müqavilənin 2.4 və 13.2-ci bəndlərinin tələblərini rəhbər tutaraq, cavabdehə Distributorluq müqaviləsinə xitam verilməsi haqqında 28.04.2020-ci il tarixli bildiriş göndərmişdir. Cavabdeh 12.05.2020-ci il tarixdə Bildirişdə qeyd edilən məbləği iddiaçıya ödəmişdir. Daha sonra iddiaçı Müqavilənin 13.1.1-ci bəndinə (13.1. Bu müqaviləni bağlayan hər bir tərəf bu müqaviləyə aşağıdakı hallarda istənilən vaxt xitam verə bilər: 13.1.1. müəyyən səbəbdən və ya heç bir səbəb olmadan, müqavilənin ləğvi planlaşdırılan tarixdən 60 təqvim günü öncə digər tərəfə bildiriş göndərməklə) əsaslanaraq, cavabdehə Distributorluq müqaviləsinə xitam verilməsi haqqında 10.06.2020-ci il tarixdə bildiriş göndərərək Müqaviləyə 09.08.2020-ci il tarixdən xitam veriləcəyini bildirmişdir. Cavabdeh Müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə iddiaçıya xeyli məbləğdə maddi zərər dəymişdir. Müqavilənin 2.4-cü maddəsinə əsasən distribyütor ticarət obyektinə çatdırıldığı tarixdən 15 (on beş) gün keçən malların ümumi dəyərini həftəlik olaraq, tərəflər arasında razılaşdırılmış tarixdə ödəməlidir. Lakin cavabdeh ödəniş müddətlərini dəfələrlə pozaraq, öz öhdəliklərini gecikmələr ilə həyata keçirmişdir (müvafiq sənədlər əlavə edilmişdir). Müqavilənin 10.1-ci maddəsinə əsasən təchizatçı tərəfindən distributora ilkin ödəniş edilmədən göndərilən m alların (məhsulların) razılaşdırılan dəyəri distributor tərəfindən spesifikasiyada nəzərdə tutulan müddət ərzində ödənilməsə, o, təchizatçıya hər gecikmiş günə görə 0,5% nisbətində cərimə ödəməlidir. Bundan başqa, Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri 3000000,00 manat təşkil edir. Lakin, cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə müqavilənin ümumi dəyəri həcmində mallar sifariş verilməmiş, nəticədə iddiaçıya əldə çıxmış fayda şəklində xeyli miqdarda maddi zərər dəymişdir. Distributorluq müqaviləsinə xitam verilməsi haqqında 10.06.2020-ci il tarixli bildirişə əsasən 09.08.2020-ci il tarixdə 27.12.2018-ci il tarixli müqaviləyə xitam verilmişdir. Müqaviləyə xitam verilən günədək cavabdeh Müqavilə üzrə nəzərdə tutulan müddətlərdə ödənişlərini həyata keçirmədiyinə görə cavabdehin gecikdirilmiş məbləğdən 43.777,00 manat cərimə borcu yaranmışdır. Müqavilənin 2.1-ci bəndində göstərilən ümumi dəyəri cavabdehin hərəkətləri nəticəsində icra olunmadığından, iddiaçıya 235.279,92 manat məbləğində əldən çıxmış fayda şəklində maddi zərər dəymişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, e-2-2(113)-2671/2020 saylı qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia rədd edilmişdir (hakim – Z.Axundova).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 27.12.2018-ci il tarixli Distributorluq müqaviləsinin 1.2-ci bəndinə əsasən təchizatçı müvafiq malları müəyyən edilmiş müddət ərzində çatdırmağı, distributor isə həmin malları təhvil alaraq müvafiq ödənişi yerinə yetirməyi öz öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən malların təsvir i və onların hər vahidinə görə müəyyən edilən qiymət bu Müqavilənin 1 saylı əlavəsinin ayrılmaz hissəsi olan Spesifikasiyada göstərilir. Spesifikasiyaya əsasən Distributor Təchizatçıya malların adı və kəmiyyəti, seriya nömrəsi, istehsal tarixi, çatdırılma ünvanı, o cümlədən çatdırılma tarixi və vaxtının qeyd olduğu Sifariş sənədini təqdim etməlidir. 1.4-cü bəndinə əsasən bu Spesifikasiya 01.01.2019-cı il tarixində qüvvəyə minəcək və ona bu Müqavilədə müəyyən edilmiş qaydada dəyişikliklər edilmədiyi halda, hazırki müqavilə qüvvədən düşənədək qüvvədə qalmalıdır. Tərəflər Müqavilənin qüvvədə qalma müddətinin başa çatmasına 30 gün qalmış Müqavilənin ləğvi barədə bir-birlərinə bildiriş verməzlərsə, Müqavilə eyni müddətə imzalanmış hesab ediləcəkdir. 1.5-ci bəndinə əsasən paylanılan mallar üçün Distributor xərcləri və qiymət əlavəsi (marja) hazırki müqavilənin bir hissəsi olan 2 saylı əlavədə müəyyən edilir. 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ******* manat təşkil edir. Malların dəyəri AZN ilə göstərilir. Malların dəyərinə aşağıdakılar daxildir: qablaşdırma, gömrük rəsmiləşdirilməsi və malların Distributorun Bakıdakı anbarına daşınma xərcləri. 2.4-cü bəndinə əsasən Distributor gələcək günlərin tələbatını qarşılamaq üçün bütün ticarət əlaqələri boyunca davamlı olaraq 60 günlük orta satış həcminə ekvivalent olan miqdarda ehtiyat malları saxlamalıdır. Distributor ticarət obyektinə çatdırıldığı tarixdən 15 (on beş) gün keçən malların ümumi dəyərini həftəlik olaraq, tərəflər arasında razılaşdırılmış tarixdə ödəməlidir. Ehtiyatda saxlanılan və ya ticarət obyektinə çatdırıldı ğı tarixdən 15 (on beş) gün keçməyən haqqı ödənilməmiş mallar üçün X3 təqdim etməlidir. Bank Təminatının məbləği göstərilən bu limit çərçivəsində haqqı ödənilməyən malların (ehtiyat mallar + çatdırıldığı tarixdən 15 gün keçməyən mallar) dəyərindən az olmamalıdır. Göstərilən limit çərçivəsində malların dəyəri Bank Təminatının məbləğindən artıq olarsa, Distributor ya dərhal Təchizatçıya məbləğ fərqini ödəməli, ya da Bank Təminatının məbləğini artırmalıdır. 13.1.1-ci bəndinə əsasən Bu müqaviləni bağlayan hər bir tərəf müəyyən səbəbdən və ya heç bir səbəb olmadan, Müqavilənin ləğvi planlaşdırılan tarixdən 60 təqvim gün öncə digər tərəfə bildiriş göndərməklə bu Müqaviləyə istənilən vaxt xitam verə bilər. 13.2-ci bəndinə əsasən hər hansı tərəf öhdəliyin əhəmiyyətli dərəcədə yerinə yetirmədikdə v ə bərpa edilə biləcək qayda pozulması barədə yazılı bildirişin alındığı tarixdən etibarən 2 (iki) həftə ərzində bərpa edilməyən pozulmaya yol verdiyi halda, digər tərəf bu Müqaviləyə xitam verə bilər.
14. İlk iddia tələbinin bir hissəsini 27.12.2018-ci il tarixli müqavilənin ləğv edilməsi təşkil edir. İlk iddia üzrə iddiaçı müqavilənin 13.1.1-ci bəndinə əsasən müqaviləyə xitam vermək hüququndan istifadə etmiş və müqaviləyə artıq 2020-ci ilin avqust ayında xitam verilmişdir. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır.
15. İlk iddia tələbinin bir hissəsini də 817,60 manat əsassız varlanma məbləğinin cavabdehdən tutulması təşkil edir. İlk iddia üzrə iddiaçı tələb olunan ödənilmiş 817,60 manat cərimə məbləğinin mövcudluğuna hər hansı əsasın olmamasını, öhdəliklərini vaxtında tam icr a etməsi, gecikmələrə yol verilməməsini göstərsə də, əsassız ödəmə ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Gecikmələrə görə 817,60 manat cərimənin ödənilməli olması ilə bağlı bildirişə cavab olaraq iddiaçı cərimə kimi həmin məbləği qəbul edərək ödəmişdir. 817,60 manat əsassız varlanma məbləğinin (əsassız varlanma halının nədən ibarət olmasını əsaslandırmamışdır) cavabdehdən tutulması tələbini məhkəmə əsassız sayaraq hesab etmişdir ki, iddia həmin hissədə də əsassız olduğundan təmin olunmamalıdır.
16. Həm ilkin, həm qarşılıqlı iddia tələblərində tərəflər qeyd olunan müqavilə üzrə öhdəliklərə qarşı tərəfin lazımınca əməl etməmələrini bildirsələr də, istər ilk, istər qarşılıqlı iddia üzrə iddiaçı qarşı tərəfin yol verdiyi pozuntulara dair sübut təqdim edə bilməmişlər. Belə ki, ilk iddia üzrə iddiaçı cavabdehdən 399.220,26 manat maddi ziyanın tutulmasını tələb etsə də, qeyd olunan halı əsaslandırmamışdır. İddiaçı qeyd olunan zərərin vurulması, vurulmuş zərərin təchizatçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, habelə vurulmuş zərərin həcminin hansı qaydada müəyyən edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir.
17. Bundan başqa, qarşılıqlı iddia tələbində iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə gecikdirilmiş ödənişlərə görə hesablanmış cərimə, habelə əldən çıxmış fayda üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmiş, lakin cərimə məbləğinin hesablanması, istinad edilən ödənişlərin əvəzində malların təqdim edilməsi öhdəliyinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı əldən çıxmış faydanın dəyərinin müəyyən edilməsini təmin edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Qüvvədə olan qanunvericiliyin imperativ tələbi olaraq tərəf ona vurulmuş ziyanın təsdiq edilməsi, habelə ziyanın dəyməsində qarşı tərəfin təqsirinin olması və ziyanın həcminin müəyyən edilməsi barədə sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə araşdırması zamanı hər iki iddia tələbi üzrə tərəflərin yerinə yetirmədikləri öhdəliklər, habelə natamam yerinə yetirdikləri öhdəliklər barədə sübutlar məhkəmə təqdim edilməmişdir.
18. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 21, 385.1, 386.1, 442, 443.1 və 448.1, 462.1-ci maddələrinə istinad etməklə ə saslandırmışdır.
19. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, qarşılıqlı iddiaya münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmasını və ilkin iddiaya münasibətdə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli, 2-2(103)-385/2021 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, e-2-2(113)-2671/2020 saylı qətnaməsi ilkin iddia tələbinə münasibətdə dəyişdirilmədən saxlanılmış, İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə göstərilmiş hüquqi yardıma görə 4. 130 manat məbləğində xidmət haqqı xərci tutulmuşdur.
21. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 27.12.2018-ci il tarixli distributorluq müqaviləsinə əsasən, təchizatçı distributorun bu müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş malların paylanması üçün Azərbaycan Respublikası ərazisi üzrə eksklüziv distributor təyin edir, distributor isə həmin təyinatı qəbul edir. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış spesifikasiya malların distribyutora çatdırılması üçün əsasnaməni təşkil edir. Distribyutor hər ayın 10-dan gec olmayaraq növbəti (ardınca gələn) 12 ay üçün Sifariş sənədi göndərməlidir. Sifariş sənədində hər ay üçün lazım olan malların çeşidi və miqdarı göstərilməlidir. Malların miqdarı, adı, qiyməti, ödəniş və çatdırılma şərtləri sifariş sənədində göstərilməlidir. Sifariş sənədi təchizatçıya faks və ya email vasitəsilə göndərilə bilər. Təchizatçı Sifariş sənədi əsasında Spesifikasıyanı tərtib etməli və onu imzalayaraq faks və ya email vasitəsilə distribyutora göndərməlidir. Distribyutor spesifikasiyanı aldıqdan sonra 1 iş günü ərzində onu imzalamalı və təchizatçıya geri göndərməlidir. Təchizatçı tərəfindən qəbul edilmiş, distribyutorun möhürü vurulmuş və səlahiyyətli şəxs tərəfindən imzalanmış spesifikasiya tərəflərin təchizat şərtləri üzrə razılaşmasının sübutu olacaqdır.
22. Müqavilənin 7-ci bəndinin qeyd olunan şərtlərindən göründüyü kimi, ən azından, distribyutor sifariş sənədini hazırlayıb təchizatçıya çatdırmalı, təchizatçı isə həmin sifariş sənədi əsasında spesifikasiya hazırlayıb distribyutora qaytarmalı, sonuncu d a həmin spesifikasiyanı imzalayıb möhürlədikdən sonra yenidən onu təchizatçıya göndərməli və yalnız bundan sonra, yəni, təchizatçı tərəfindən həmin spesifikasiya qəbul edilib təsdiqləndikdən sonra yalnız tərəflərin hər biri üçün öhdəlik yarada bilən sənədə statusunu alır.
23. Distribyutor (iddiaçı) tərəfindən müqavilənin qeyd olunan bəndinin ilkin şərtinə əmələ olunaraq istinad etdiyi 01.05.2020-ci il tarixli sifariş sənədi təchizatçıya (cavabdehə) çatdırılsa da, müqavilənin həmin bəndinin yerdə qalan digər şərtlərinə onun tərəfindən əməl olunmamışdır.
24. Müqavilənin qeyd olunan 7-ci bəndinin şərtləri baxımından, 01.05.2020-ci il tarixli sifariş sənədinə cavabdeh təchizatçı münasibət bildirilməməsi onu göstərir ki, sonuncu yəni, təchizatçı (cavabdeh) həmin sifariş sənədini qəbul etməmiş, onu təsdiqləməmişdir.
25. İddiaçının cavabdehə göndərdiyi mübahisələndirilən sifariş sənədi sonuncu tərəfindən aksept olunmamış, iddiaçıya geri qaytarılmamış və o, cavabdehin aksept olunmuş sifariş sənədini almamışdır.
26. Belə olan halda, həmin sifariş sənədinin qüvvəyə minməsi və tərəf üçün öhdəlik yaratması istisna olunur. Ona görə də məhkəmə iddiaçının həmin sifariş sənədinə istinadən cavabdehə qarşı hazırkı ziyan tələbi əsaslı sayıla bilməz.
27. İddiaçının istinad etdiyi 01.05.2020-ci il tarixli sifariş sənədinə əsasən malların bir qisminin cavabdeh tərəfindən ona göndərildiyini və bununla bağlı ona müvafiq 19.05.2020ci il tarixində elektron qaimə də verildiyini bildirən dəlillərinə gəldikdə isə, bu hal, adı çəkilən bir qisim malların heç də 01.05.2020-ci il tarixdə göndərilmiş sifari ş sənədinin icrasından irəli gəldiyini deməyə əsas vermir.
28. Belə ki, 01.05.2020-ci il tarixli sifariş sənədinin cavabdehə çatdırıldığı 12.05.2020ci il tarixindən sonra, sifariş olunan malların dərhal hazırlanıb bir həftə ərzində göndərilməsi və həmin malların ona çatdırılması və ödəniş üçün 19.05.2020-ci il tarixində elektron qaimə göndərilməsi zaman baxımından heç də ağlabatan deyildir. İddiaçı tərəfindən həmin sifariş sənədinin göndərilməsi cavabdeh tərəfindən distribyutorluq müqaviələsinə onun 13-cü bəndinə müvafiq olaraq xitam verməsi barədə bildirişini aldıqdan sonrakı dövrə təsadüf edir.
29. Digər tərəfdən işə əlavə olunmuş adıçəkilən elektron qaimənin üzərində 01.05.2020-ci il tarixli sifariş sənədindən irəli gəldiyini təsdiq edə bilən göstəricilər (rekvizitlər) də mövcud deyil dir.
30. Üçüncü bir tərəfdən, cavabdehin iddiaçının apelyasiya şikayətinə etirazından görünür ki, istinad olunan 19.05.2020-ci il tarixli elektron qaimədə təsbit olunan mallar 01.05.2020-ci il tarixli sifarişin verilməsindən əvvəl, 2020-ci ilin mart ayında Almaniyadan sifariş verilən və aprel ayının sonunda Gürcüstan sərhəddindən keçərək iddiaçıya göndərilən mallardır.
31. Ən azından cavabdehin etirazının bu dəlilləri iddiaçı tərəfindən təkzib olunmamış, bununla bağlı əks arqumentlərini məhkəməyə bildirməmiş, müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir.
32. İlkin iddiaçının cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulduğu mübahisələndirilən dəlillərinin həqiqiliyi sübuta yetirilədiyindən, iddiaçının vurulmuş ziyana görə cavabdehdən 399.2020,26 manat məbləğində pulun tutulmasını tə ləb etməkdə haqlı hesab oluna bilməz.
33. İddiaçı tərəfindən həm də iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə ödənilməsini tələb etdiyi həmin məbləğin nədən alındığını, haradan əmələ gəldiyini əsaslandırıcı sübutlarla təhlil etməmişdir.
34. Cavabdehin distribyutorluq müqaviləsi üzrə öhdəliklərini pozmasının sübuta yetirilmədiyi və istinad edilən ziyan məbləğinin nədən toplanması əsaslandırılmadığı halda, iddiaçının məhkəmə ekspertizası təyin olunması zəruriliyini vurğulayan dəlilləri də əsassız hesab edilməlidir.
35. İddiaçının, əsassız varlanma kimi cavabdehdən, 817,60 manat məbləğində pulun tutulması tələbinə gəldikdə isə işə əlavə olunmuş təchizatçı tərəfindən 28.04.2020-ci il tarixdə ona ünvanlanmış, distribyutorluq müqaviləsinə xitam verilməsi haqqında bildirişə görə, həmin ( 8 17,60 manat) pul məbləği göndərilmiş mallara görə 163.521,51 manat əsas borcun vaxtında ödəmədiyindən həmin müqavilənin 10.1-ci maddəsinə əsasən gecikdirməyə görə əsas borcdan hər gün üçün 0,5% dərəcə ilə hesablanmış cərimə məbləğidir. Yəni, iddiaçının cavabdehə olan həmin börcun ödənilməsini gecikdərməsi və sonuncu qarşısında öhdəliyini pozmasını qəbul edərək, könüllü şəkildə ödədiyi həmin cərimə məbləği - əsassız varlanmanın obyekti kimi qiymətləndliriə bilməz. Mübahisələndirilən 817,60 manat məbləğində cərimənin ödənilməsinin təchizatçıdan (cavabdeh) tələb olunması müqavilə şərtlərindən irəli gələn bir öhdəlikdir.
36. Mülki Məcəllənin 465.1-ci maddəsindən də görünür ki, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pu lu ödənilməsini tələb edə bilər. Göründüyü kimi, iddiaçının əsassız varlanma ilə bağlı pul tələbinin əsassız olduğu da sübuta yetirilir.
37. MPM-in 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
38. Məhkəmə kollegiyası cavabdeh tərəfin hazırkı apelyasiya mərhələsində ona göstərilmiş hüquqi yardıma görə çəkilmiş 4.130,00 manat məbləğində xərcin əsassız olaraq ona qarşı iddia qaldırmış və birinci instansiya məhkəməsinin mahiyyəti üzrə düzgün olan qətnaməsindən apelyasiya şikayəti vermiş, ilkin iddiaçıdan tutulmasını ağlabatan hesab edir.
39. Cavabdeh MMC ilə Capital Legal Servic es” MMC arasında 11 oktyabr 2017-ci il tarixdə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilədən, həmin müqaviləyə əlavə razılaşmaya (09.03.20210-ci il tarixli), 17.03.2021-ci il tarixli ödəniş tapşırığına, 01.04.2021-ci il tarixli köçürmə sənədinə, habelə, ƏDV sub-uçot hesabına köçürmənin aparılması haqqında 31.03.2021-ci il tarixli bildirişdən görünür ki, hazırkı mərhələdə Bakı Apelyasiya məhkəməsində baxılan 2-2(103)-385/2021 saylı iş üzrə cavabdehə göstərilən hüquqi xidmət haqqı xərci - ƏDV daxil, 4130 (3500+630) təşkil edir.
40. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 409.1, 409.3, 443.1, 1091.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və kassasiya şikayəti ilə bağlı çəkilmiş 325 manat məhkəmə xərcinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
42. Tərəflər arasında imzalanmış müqavilənin 7.1-ci bəndinə və mövcud işgüzar adətlərə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 01.05.2020-ci il tarixli sifariş sənədi təqdim edilmiş və 2020-ci ilin may ayından etibarən aylıq sifariş həcmləri göstərilməklə 1 il ərzində malların çatdrılmasını özündə əks etdirən sifariş tələbi cavabdehin diqqətinə çatdırılmışdır. Sifariş sənədinin qəbul edilməsi barədə poçt qəbzi də iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən bu sifariş planına (sənədinə) qarşı hər hansı şifahi və ya yazılı (o cümlədən, email vasitəsilə elektron) qaydada etiraz bildirilməmiş, hətta malların bir qisminin çatdırılması təmin edilmişdir. Malların bir qisminin 19.05.2020-ci il tarixində çatdırılması barədə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimə fakturalar da iş materiallarına əlavə edilmişdir. Bu elektron qaimə fakturalarda iddiaçıya münasibətdə mallara aid alış qiymətləri öz əksini tapmışdır. Bununla yanaşı, iddiaçı cavabdehdən topdan satın aldığı malları müxtəlif şəxslərə satmışdır ki, bu ticarət əməliyyatları barədə elektron qaimə fakturalar da məhkəməyə təqdim edilmişdir. Nəticədə iddiaçı tərəfindən verilmiş ümumi sifariş məbləğini əks etdirən sənəd, malların alış və satış qiymətlərini əks etdirən elektron qaimə fakturalar, o cümlədən sifarişin icra edilmiş və icra edilməmiş hissələri barədə bütün lazımı məlumat və sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddia məbləği məhz bu sənədlər əsasında hesablanmışdır.
43. Obyektiv və ədalətli məhkəmə araşdırılmasının aparılması məqsədilə iddiaçı tərəfindən məhkəməyə 24.11.2020-ci il tarixli ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edilmiş və vurulmuş zərərin həcminin dəqiqləşdirilməsi məqsədilə ekspert qarşısında sual qoyulması xahiş edilmişdir. Lakin, məhkəmələr AR MPM-nin 97.1-ci maddəsini pozaraq vəsatəti təmin etməmişlər. Nəticədə iddia məbləği ekspertiza qaydasında müəyyən edilməmişdir.
44. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan sənədlərə hüquqi qiymət verilməmiş, həmçinin Mülki Prosessual Məcəllənin 121-ci maddəsi düzgün tətbiq edilməmiş, vəkil qurumu olmayan və məhkəmədə təmsilçilik səlahiyyətinə malik olmayan "xxxx" MMC-yə öd ənilən haqq vəkilə ödənilən haqq (məhkəmə xərci) kimi qiymətləndirilə bilməz.
45. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 386, 418.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Cavabdehin etirazında qeyd edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün Müqavilənin 10.1-ci maddəsinə əsasən gecikdirməyə görə əsas borcdan hər gün üçün 0.5% dərəcə ilə hesablanmış həmin cərimə məbləği yaranmışdır. İddiaçı isə həmin məbləği ödəməklə öz öhdəliklərini pozduğunu qəbul etmişdir. İddiaçı qeyd edir ki, 01.05.2020-ci il tarixdə Müqavilənin 7.1-ci bəndinə uyğun olaraq 2020-ci ilin may ayından başlayaraq aylıq sifariş həcmlərini (1 illik) özündə əks e tdirən sifariş sənədi təqdim etmişdir.
47. Bununla bağlı etirazda bildirilmişdir ki, müqavilənin 7.1-ci bəndi: “Tərəflər arasında imzalanmış Spesifikasiya malların Distribyutora çatdırılması üçün əsası təşkil edir. Distribyutor hər ayın 10-dan gec olmayaraq növbəti (ardınca gələn) 12 ay üçün Sifariş sənədi göndərməlidir. Sifariş sənədində hər ay üçün lazım olan malların çeşidi və miqdarı göstərilməlidir... Malların miqdarı, adı, qiyməti, ödəniş və çatdırılma şərtləri sifariş sənədində göstərilməlidir. Sifariş sənədi Təchizatçıya faks və ya email vasitəsilə göndərilə bilər. Təchizatçı Sifariş sənədi əsasında Spesifikasıyanı tərtib etməli və onu imzalayaraq faks və ya email vasitəsilə Distribyutora göndərməlidir. Distribyutor Spesifikasiyanı aldıqdan sonra 1 iş günü ərzində onu imzalamalı və Təchizatçıya geri göndərməlidir. Təchizatçı tərəfindən qəbul edilmiş, Distribyutorun möhürü vurulmuş və səlahiyyətli şəxs tərəfindən imzalanmış Spesifikasiya tərəflərin təchizat şərtləri üzrə razılaşmasının sübutu olacaqdır.” Spesifikasiya və Sifariş sənədi barədə məlumat həmçinin Müqavilənin 1.3-cü bəndində göstərilmişdir. İlk olaraq, Müqavilə qüvvəyə minən tarixdən (01.01.2019-cu il) Müqavilə üzrə tərəflər arasında münasibətlər (Cavabdeh tərəfindən İddiaçıya malların çatdırılması) bu qaydada həyata keçirildi: Cavabdeh öz mülahizəsinə uyğun olaraq müvafiq sayda malları İddiaçıya razılaşdırılmış müddətlərdə çatdırır, İddiaçı isə həmin malları qəbul edərək ödənişlərini (gecikmələr ilə) həyata keçirirdi. Bunu iddiaçının özü də təsdiq edə bilər. İkinci olaraq, Müqavilənin 7.1-ci bəndində açı q və aydın şəkildə göstərilmişdir ki, Sifariş sənədi hansı halda tərəflər üçün məcburi xarakter daşıya bilər. Bunun üçün aşağıdakı 4 şərtə mütləq qaydada riayət edilməlidir:
1. İddiaçı Sifariş sənədini hazırlamalı və Cavabdehə çatdırmalıdır;
2. Cavabdeh Sifariş sənədi əsasında Spesifikasiya hazırlamalı və İddiaçıya çatdırmalıdır;
3. İddiaçı həmin Spesifikasiyanı imzalamalı və möhürləməli və yenidən Cavabdehə çatdırmalıdır;
4. Cavabdeh həmin Spesifikasiyanı qəbul etdikdən sonra Spesifikasiya tərəflər üçün hər hansı öhdəlik yarada bilər. Lakin, göründüyü kimi hazırki mübahisədə yalnız 1-ci bənddə qeyd olunan şərtə əməl edilmişdir və beləliklə Mülki Məcəllənin 324.4-cü maddəsində qeyd edilən müqavilənin (yəni Spesifikasiyanın) bağlanması üçün hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi olma sı tələbinə riayət olunmamışdır. Müqavilə Mülki Məcəllədə nəzərdə tutulan birtipli müqavilə prinsipinə əsasən tərtib edilmişdir. Belə ki, Müqavilənin imzalanması təchiz edilməli olan malları müəyyən etmir və cavabdeh üçün malları təchiz edilməsi ilə bağlı heç bir öhdəlik yaratmır. c) Məhkəmə icraatı iştirakçısının izahatı
48. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
49. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
50. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbə rdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
51. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
52. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
53. İş üzrə iddiaçı qətnaməni, ilkin iddia tələbinin rədd edilməsi hissəsində mübahi sələndirildiyindən, apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
54. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
55. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”.
56. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. 409.3. Əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır”. "Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilmə si 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər.... “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur...”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
57. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli, 2-2(103)-385/2021 saylı qətnaməsi hüquqi xidmətə görə haqqın ödənilməsi hissəsində dəyişdirilməli, İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə 1.000 manat məbləğində hüquqi xidmət haqqı tutulmalı, apelyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
58. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddiaçı tərəfindən verilmiş ümumi sifariş məbləğini əks etdirən sənəd, malların alış və satış qiymətlərini əks etdirən elektron qaimə fakturalar, o cümlədən sifarişin icra edilmiş və icra edilməmiş hissələri barədə bütün lazımı məlumat və sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddia məbləği məhz bu sənədlər əsasında hesablanmışdır.
59. Obyektiv və ədalətli məhkəmə araşdırılmasının aparılması məqsədilə iddiaçı tərəfindən məhkəməyə 24.11.2020-ci il tarixli ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edilmiş v ə vurulmuş zərərin həcminin dəqiqləşdirilməsi məqsədilə ekspert qarşısında sual qoyulması xahiş edilsə də, məhkəmələr AR MPM-nin 97.1-ci maddəsini pozaraq vəsatəti təmin etməmişlər və nəticədə iddia məbləği ekspertiza qaydasında müəyyən edilməmişdir.
60. Kassasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından da göründüyü kimi, müqavilənin 7-ci bəndinə əsasən, ən azından, distribyutor sifariş sənədini hazırlayıb təchizatçıya çatdırmalı, təchizatçı isə həmin sifariş sənədi əsasında spesifikasiya hazırlayıb distribyutora qaytarmalı, sonuncu da həmin spesifikasiyanı imzalayıb möhürlədikdən sonra yenidən onu təchizatçıya göndərməli və yalnız bundan sonra, yəni, təchizatçı tərəfindən həmin spesifikasiya qəbul edilib təsdiqləndikdən sonra yalnız tərəflərin hər biri üçün öhdəlik yarada bilən sənədə statusunu alır. Distribyutor (iddiaçı) tərəfindən müqavilənin qeyd olunan bəndinin ilkin şərtinə əməl olunaraq istinad etdiyi 01.05.2020-ci il tarixli sifariş sənədi təchizatçıya (cavabdehə) çatdırılsa da, müqavilənin həmin bəndinin yerdə qalan digər şərtlərinə onun tərəfindən əməl olunmamışdır.
61. Apelyasiya Məhkəməsi iddiaçının şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, müqavilənin 7-ci bəndinin şərtləri baxımından, 01.05.2020-ci il tarixli sifariş sənədinə cavabdeh təchizatçı münasibət bildirilməməsi onu göstərir ki, sonuncu yəni, təchizatçı (cavabdeh) həmin sifariş sənədini qəbul etməmiş, onu təsdiqləməmişdir. İddiaçının cavabdehə göndərdiyi mübahisələndirilən sifariş sənədi sonuncu tərəfindən aksept olunmamış, iddiaçıya geri qaytarılmamı ş və o, cavabdehin aksept olunmuş sifariş sənədini almamış,
62. Apelyasiya Məhkəməsi həmçinin iddiaçının istinad etdiyi 01.05.2020-ci il tarixli sifariş sənədinə əsasən malların bir qisminin cavabdeh tərəfindən ona göndərildiyini və bununla bağlı ona müvafiq 19.05.2020-ci il tarixində elektron qaimə də verildiyini bildirən dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, 01.05.2020-ci il tarixli sifariş sənədinin cavabdehə çatdırıldığı 12.05.2020-ci il tarixindən sonra, sifariş olunan malların dərhal hazırlanıb bir həftə ərzində göndərilməsi və həmin malların ona çatdırılması və ödəniş üçün 19.05.2020-ci il tarixində elektron qaimə göndərilməsi zaman baxımından heç də ağlabatan deyil, iddiaçı tərəfindən həmin sifariş sənədinin göndərilməsi cavabdeh tərəfindən distribyutorluq müqaviləsinə o nun 13-cü bəndinə müvafiq olaraq xitam verməsi barədə bildirişini aldıqdan sonrakı dövrə təsadüf edir. Eyni zamanda, elektron qaimənin üzərində 01.05.2020-ci il tarixli sifariş sənədindən irəli gəldiyini təsdiq edə bilən göstəricilər (rekvizitlər) də mövcud deyildir.
63. İş materiallarına əsasən ilkin iddiaçının cavabdeh tərəfindən müqavilə öhdəliklərini pozduğunu mübahisələndirilən dəlillərinin həqiqiliyi sübuta yetirilməmiş, iddiaçı tərəfindən həm də iddia ərizəsində və ona əlavə olunmuş sənədlərdə ödənilməsini tələb etdiyi həmin məbləğin nədən alındığı, necə hesablandığı zəruri sübutlarla əsaslandırılmamışdır. Cavabdehin distribyutorluq müqaviləsi üzrə öhdəliklərini pozmasının sübuta yetirilmədiyi və istinad edilən ziyan məbləğinin nədən toplanması əsaslandırılmadığı halda, iddiaçının m əhkəmə ekspertizası təyin olunması zəruriliyini vurğulayan dəlilləri də əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, hər bir halda vurulduğu bildirilən ziyan məbləğinin ilkin əsaslandırılması (müəssisənin maliyyə vəziyyətinin kəskin pisləşməsi, qarşı tərəfin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində real zərərə məruz qalma, bunu təsdiq edən maliyyə sənədləri əlavə olunmaqla və s. bu kimi hallar), nədən qaynaqlandığı, hansı meyarlara istinadla hesablandığını göstərmək, ziyanın ödənilməsini tələb edən şəxsin üzərinə düşür və belə bir əsaslandırma olmadığı halda tələb olunan ziyan məbləğinin müəyyən edilməsi üçün hər hansı ekspertiza təyin edilməsinə də zərurət yoxdur.
64. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə həmçinin ilkin iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası İddiaçı MMC, ödənilmiş 817,60 manat cərimə məbləğinin əsassızlığı, öhdəliklərini vaxtında tam icra etməsi, gecikmələrə yol verilmədiyini göstərsə də, buna dair sübutlarını məhkəməyə təqdim etmədiyini, əksinə gecikmələrə görə 817,60 manatın ödənilməsi ilə bağlı bildirişə cavab olaraq iddiaçının cərimə kimi həmin məbləği qəbul edərək ödədiyini, iddiaçı, cavabdehdən 399.220,26 manat maddi ziyanın tutulmasını tələb etsə də, bu halı əsaslandırmadığını, onun qeyd olunan zərərin vurulması, vurulmuş zərərin təchizatçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, habelə vurulmuş zərərin həcminin hansı qaydada müəyyən edilməsi barədə sübutları məhkəməyə təqdim etmədiyini nəzərə al araq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
65. Bununla belə, məhkəmə kollegiyası MPM-nin 121.1-ci maddəsinin tələbləri baxımından vəkillərin göstərdiyi yardıma görə xərclər, konkret hallar və çıxış üçün hesab təqdim olunmadığını nəzərə alaraq, kassasiya şikayətinin bu barədə dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi hüquqi xidmət haqqı hissəsində dəyişdirilərək, 1.000 manat məbləğində müəyyən edilməlidir.
66. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, iddiaçının apelyasiya şikayətinə baxılması ilkin olaraq 01.04.2021-ci ilə təyin edilmiş, iddiaçının nümayəndəsinin iştirakının təmin edilməsi məqsədilə 29 aprel 2021-ci ilə təxirə salınmış və təmin tarixdə də baxılaraq müvafiq qətnamə qəbul edilmişdir. İş üzrə hər hansı konkret hesab at (göstərilmiş hüquqi xidmətə görə) təqdim edilmədiyindən, həmçinin apelyasiya məhkəməsində məhkəmə baxışının uzun sürmədiyini və işin hallarını nəzərə alaraq məhkəmə tərkibi hüquqi xidmətə görə 1.000 manat ödənilməsini ağlabatan məbləğ hesab edir.
67. Beləliklə, işə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli, 2-2(103)385/2021 saylı qətnaməsi hüquqi xidmətə görə haqqın ödənilməsi hissəsində dəyişdirilməli, İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə 1.000 manat məbləğində xidmət haqqı tutulmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
69. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli, 2-2(103)-385/2021 saylı qətnaməsi hüquqi xidmətə görə haqqın ödənilməsi hissəsində dəyişdirilsin. İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə 1.000 manat məbləğində xidmət haqqı tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.