Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-360/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlundan və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh X2 qarşı “pul tələbi”nə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli 2-2(104)-76/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2017-ci il 30 mart tarix li 41 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə istehsalçı X3 arasında bağlanmış avans məbləğinin ödənilməsinə dair müqavilədən görünür ki, istehsalçı mülkiyyətində olan Tovuz rayonu, Hunanlar kəndində yerləşən 25 ha torpaq sahəsində əkdiyi kartofu və götürəcəyi 500 ton məhsulu Cəmiyyətə Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədarük edilən dövr üçün müəyyən edilmiş qiymətlə tədarük edəcəyini öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilməsi nəzərdə tutulan cəmiyyət tərəfindən təsdiq olunmuş aqrotexniki plan üzrə istehsalçıya hissə-hissə ayrılacaq təsərrüfat xərclərinin məbləğini müəyyən edir və Azərbaycan Respublikasının valyutası olan manatla ödənilir. - Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, avans məbləği 63.750 manat olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli cədvələ əsasən, hissəhissə istehlakçının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. - Həmin müqavilənin 10.2-ci maddəsinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 2017-ci il 31 dekabr tarixədək qüvvədədir. 2. 2017-ci il 18 may tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 63.750 manat məbləğində vəsait ödənilmişdir.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmış, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olmaqla, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. 4. 2021-ci il 9 dekabr tarixli, MŞİH-08809 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X1 tarixi, saatı və yeri barədə 10 gün öncə poçt vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. "xxxx" ASC tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir. 5. "xxxx" ASC tərəfindən X2 ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasın da bağlanmış müqaviləyə əsasən 63.750 manat məbləğində pul vəsaiti avans olaraq X2 verilmişdir. Yaranmış borcun 3 gün müddətində X3 tərəfindən ödənilməsini xahiş etmiş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" ASC (bundan sonra-“iddiaçı”) X2 (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 21 iyul tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2017-ci il 30 mart tarixli, 41 saylı avans müqaviləsi üzrə yaranmış 63.750 manat məbləğində pulun, həmin müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçıya dəymiş 3.187,50 manat məbləğində zərərin, cəmi 66.937,50 manat məbləğində pul vəsaitinin, həm çinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 290.81 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya ərizə ilə müraciət edərək bir adda məhsulun əkinini aparacağını və nəticədə götürəcəyi 500 ton kartof məhsulunun 2017-ci il 31 dekabr tarixədək iddiaçıya satılmasını öz öhdəsinə götürmüşdür. Bunun üçün iddiaçıdan alınacaq məhsulun dəyərinin 25 faizədək avans məbləğinin, yəni 63.750 manat məbləğində avansın cavabdehə ödənilməsi xahiş olunmuşdur. Müraciət əsasında iddiaçı ilə cavabdeh arasında bir adda kənd təsərrüfatı məhsulunun istehsalına dair 2017-ci il 30 mart tarixli, 41 saylı avans müqaviləsi bağlanaraq imzalanmışdır. Cavabdeh avans mü qaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, avans məbləğini vaxtında geri qaytarmamışdır. Cavabdeh müqavilə bağlanılan vaxtdan iddiaçıya mal təqdim edilməmişdir.
8. Cavabdehin iddiaçıya ödənilməmiş pul öhdəliyi 63.750 manat məbləğində təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli, 400 saylı Fərmanına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olmuşdur. Müqavilənin 2.4-cü maddəsinə əsasən "avans vəsaitindən istifadə müddətinin son tarixi bu müqavilənin müddətini aşmamalıdır”. Müqavilənin 10.2-ci maddəsinə əsasən, “bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31 dekabr 2017-ci il tarixədək qüvvədədir”. Eyni zamanda cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirmədiyi üçün iddiaçıya zərər vurmuşdur.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - “MM”) 385.1, 386.1, 425, 442, 443, 445.1, 448.1, 739.1, 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
11. Cavabdeh 2022-ci il 16 noyabr tarixdə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının iddia tələbi üzrə iddia müddətinin ötməsi əsası ilə iddia tələbinin tam təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 17 noyabr tar ixli, e-2-2(115)1611/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 63.750 manat və ödənilmiş 290,81 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim K.Vəliyev).
13. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh iddiaçıdan avans məbləğinin ödənilməsinə dair müqavilə üzrə 63.750 manat məbləğində avans alaraq, 1 adda məhsulun əkinini aparacağını və nəticədə götürəcəyi 500 ton kartof məhsulunun 2017ci il 31 dekabr tarixədək iddiaçı təşkilata satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin müqavilənin tələblərini yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Maddi hüquq normanın tələbindən göründüyü ki mi müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir və iddia müəyyənləşdirilmiş qaydada verilmiş olsun. İddia müddəti o halda ötürülmüş sayılmalıdır ki, iddiaçı ixtiyarında olan müddət ərzində müəyyənləşdirilmiş qaydada məhkəməyə müraciət etməli olduğu halda bunu etməmiş olsun. İddiaçı hazırkı tələblə bağlı ilk dəfə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi 2019-cu il 15 mart tarixdə həmin məhkəmənin icraatına daxil olmuşdur. 14. 2020-ci il 22 aprel tarixdə qətnamə çıxarılmış və Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 7 sentyabr tarixli qərardadı ilə Tovuz rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, işə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 fevral tarixli qətnamə si ilə iddia qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2021-ci il 16 may tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 fevral tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Hazırkı iş üzrə iddia ərizəsi geri qaytarılmamış və 2015-ci il 15 mart tarixdə icraata qəbul edilməklə mahiyyəti üzrə baxılmışdır. İşin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən iş digər məhkəmənin icraatına verilmişdir. İşin məhkəmədə baxıldığı müddətlə eyni vaxtda iddia müddətinin axımı davam edə bilməzdi. Belə ki, pretenziya qaydasına əməl olunmaması məsələsi isə, iş üzrə son məhkəmə aktı olan Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 16 may tarixli qərardadında göstərilmişdir. Həmin qərardad çıxarılana qədər iddia müəyyənləşdirilmiş qaydada verilmiş hesab edilmişdir. Belə olan vəziyyətdə 2015-ci il 15 mart tarixdən 2021-ci il 16 may tarixə qədər olan müddət iddia müddətinin axımının davam etmədiyi dövr kimi qəbul olunmuşdur. İddiaçı 2022-ci il 21 fevral tarixdə yenidən məhkəmədə iddia qaldırdığından üç illik iddia müddəti ötürülməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 373.2, 380.1, 380.2, 385.1, 386.1, 425.1, 425.2, 442, 443.1, 445.1, 448.1, 460.1, 462.1, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli Qərarına, “Elsholz Almaniyaya qarşı” iş üzrə 2000-ci il 13 iyul tarixli, “B lucher Çex Respublikasına qarşı” iş üzrə 2005-ci il 11 yanvar tarixli, “Van de Hurk Hollandiyaya qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarına, MPM-in 10-1.3, 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
16. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(104)-76/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov).
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 2019-cu il 15 mart tarixdə həmin iddia tələbi üzrə yekun məhkəmə aktı Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 15 may tarixli qərardadı olmuşdur ki, həmin qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iddia, iddia müddətinin axımın başlanmasından 1 il, 2 ay 15 gün sonra, yəni 2019-cu il 15 mart tarixində qaldırılmış və iddia 2019-cu il 15 mart tarixindən 2021-ci il 16 may tarixə qədər məhkəmələrin icraatında olmaqla, həmin müddət ümumilikdə 2 il, 2 ay 1 gün təşkil etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 16 may tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanıldıqdan 1 il, 2 ay, 5 gün sonra yəni, 2022-ci il 21 iyul tarixində iddiaçı hazırkı iddia təl əbi ilə məhkəməyə müraciət etmişdir. İddia müddətinin axımın başladığı 2018-ci il 1 yanvar tarixindən hazırkı iddianın qaldırıldığı tarixədək 4 il, 6 ay, 21 gün müddət keçmiş və həmin müddətin 2 il, 2 ay 1 günü əvvəlki iddianın məhkəmələrin icraatında olma müddəti olmuşdur ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin müddəti iddia müddətinə daxil etməmişdir.
19. Hazırkı iş üzrə isə iddia müddətinin axımı 2019-cu il 15 mart tarixində kəsilmiş, həmin müddətədək keçmiş 1 il, 2 ay, 15 günlük iddia müddətinin axımı iddia ərizəsinin baxılmamış saxlanması müddətindən, yəni 2021-ci il 16 may tarixindən etibarən axmağa başlamış, 1 il, 2 ay, 5 gün sonra, yəni 2022-ci il 21 iyul tarixində yenidən iddia qaldırılmışdır ki, bununla da iddiaçı iddia müddətinin axımın başlandığı gündən 2 il, 4 ay, 20 gün sonra iddia qaldırmaqla, 3 illik iddia müddətini ötürməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 373.2, 377.1, 380.1, 380.2, 381.1, 385.1, 386.1, 390.1, 390.4, 442, 443.1, 448.2, 491.3, 567, MPM-in 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
21. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 28 fevral tarixində iş üzrə tərəflərə göndərilmiş və poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, qətnamə 2023-cü il 14 mart tarixdə cavabdehə təqdim olunmuşdur.
22. Cavabdeh həmin qətnamədən 2023-cü il 28 aprel tarixində kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini n və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 373.2, 375.2, 381.1-ci maddələrinin tələbləri pozulmuşdur-birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia müddəti tətbiq olunmamışdır. Belə ki, tərəflər arasında bağlanmış 2017-ci il 30 mart tarixli, 41 saylı müqavilə 2017-ci il 31 dekabr tarixinə kimi qüvvədə olmuşdur. İddiaçı məhkəməyə müqavilə müddətinin bitdiyi 4 il 7 aydan sonra müraciət etmişdir. Belə olduğu təqdirdə isə iddiaçı qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən iddia müddətini ötürmüşdür. Həmçinin hazırkı iş üzrə apellyasiya məhkəməsinin mövqeyi, yəni iddianın 2015-ci il 15 mart tarixdən verilməsi və həmin iddianı baxılmamış saxlanılması barədə qərardad qəbul olunan 2021-ci il 16 may tarixə qədər olan müddətin iddia müdd ətinin axımının davam etmədiyi dövr kimi qəbul olunması qanunsuz və əsassız olmuşdur. Məhkəmənin iddianın baxılmamış saxlanıldığı zaman, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının dayandırılması yalnız cinayət işləri üzrə irəli sürülmüş iddia ərizəsi ilə əlaqədar olmaqla, bu hal ayrıca qaydada qanunla tənzimlənmişdir. İddia müddətinin fərqli tənzimlənməsi ilə bağlı formalaşmış vahid məhkəmə təcrübəsi də mövcud olmuşdur. Həmin məhkəmə təcrübələri Azərbaycan Respublikası Ali Məhkəməsinin bir çox qərarlarında öz əksini tapmışdır. Lakin qeyd olunan dəlillərə baxmayaraq apellyasiya məhkəməsi düzgün nəticəyə gəlməmiş və yanlış qətnamə qəbul etmişdir.
24. MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur- apellyasiya məhkəməsi qeyd olunan maddi prosessual hüquq normanın tələbini pozmuş və hazırkı iş üzrə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun olmayan, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə dair etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış 30 mart 2017-ci il tarixli, 41 saylı avans müqaviləsinin 2.2-ci bəndinə əsasən 63.750 manat məbləğində pul vəsaiti avans olaraq cavabdehin hesabına köçürülmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən isə cavabdeh 500 ton kartof məhsulunu iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmiş və ödənilmiş avans vəsaiti qarşılığında məhsullar təhvil verilməmişdir. Qeyd olunan müqavilənin müddəti 2017-ci il 31 dekabr tarixədək müəyyən edilmişdir. Cavabdehin öhdəliyin icra etməsi üçün müəyyənləşdirilmiş müddət 2017-ci il 31 dekabr tarixində bitdiyindən həmin müqavilə üzrə iddia müddətinin axımı 2018-ci il 1 yanvar tarixdən başlamışdır. İşin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən iş digər məhkəmənin icraatına verilmişdir. İşin məhkəmədə baxıldığı müddətlə eyni vaxtda iddia müddətinin axımı davam edə bilməzdi. Nəticə etibarı ilə 2019-cu il 15 mart tarixindən 2021-ci il 15 may tarixinədək olan müddət iddia müddətinin axımının davam etmədiyi dövr kimi qəbul edilməlidir (2 il, 2 ay 1 gün). Lakin iddiaçı 2022-ci il 21 iyul tarixdə yenidən məhkəmədə iddia qaldırmış və iddia müddətinin axımı dayanmışdır. 2018-ci il 1 yanvar tarixindən 2022-ci il 21 iyul tarixinədək ümumi müddət 4 il,6 ay, 21 gün olmuşdur. Həmin müddətin 2 il, 2 ay, 1 günü iş məhkəmə icraatında olmuş və iddia müddətinin axımı dayanmışdır. 2022-ci il 21 iyul tarixində yenidən məhkəmədə iddia qaldırılmış və iddia müddəti ötürülməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə
381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəli yi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
460. Öhdə liklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” 30. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 ap rel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2018-ci il 28 noyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur....”
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətlə ndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci m addəsi) 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edil məsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
34. Cavabdehin kassasiya şikayətinin dəlilləri baxılan iş üzrə iddia müddətinin ötürülməsi ilə bağlıdır. Həmin dəlillər eyni zamanda, apellyasiya şikayətinin də dəlili olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 18-20-ci bəndləri) və eyni hüquqi qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 35.Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MM-nin 380.1-ci maddəsinin və MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə (mətni üçün bax yuxarıda bu qərarın 29,31- ci bəndləri) uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 36.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 37.MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli 2-2(104)-76/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov E.R.Vəliyeva