Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-360/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Birinci iş üzrə İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Sığorta müqaviləsi, icbari sığortadan irəli gələn mübahisə, Sığorta ödənişi tələbi və Sığorta fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, birinci iş üzrə İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta öd ənişlərinin edilməsinin cavabdehə həvalə edilməsi”, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(103)-228/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı2 2021-ci il 8 may tarixində İddiaçı1nə yük avtomobili sürücüsü peşəsinə işə qəbul edilmişdir.
2. İddiaçı1 MMC ilə "xxxx" ASC arasında bağlanmış 2020-ci il 8 fevral tarixli **********12 nömrəli sığorta müqaviləsinə 2021-ci il 9 may tarixli **********2/80 nömrəli Əlavə ilə İddiaçı2 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peş ə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə təminata daxil edilməklə 93.754,11 manat sığorta məbləğində sığortalanmışdır.
3. İddiaçı1 MMC-nin 6-cı dərəcəli yük avtomobili sürücüsü İddiaçı2 2021-ci il 29 noyabr tarixində saat 08:00 radələrində Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində “Horadiz-Ağbənd dəmir yolunun tikintisi” layihəsi üzrə aparılan torpaq işlərini görmək üçün Horadiz stansiyasına iş yerinə gəlmiş və iş geyimlərini geyindikdən sonra digər işçilərlə birlikdə sahə rəisi X5 tərəfindən təhlükəsizlik texnikası qaydalarına dair iş öncəsi təlimat və görəcəyi işlər barədə şifahi tapşırıq almışdır. Verilmiş iş tapşırığına uyğun olaraq İddiaçı2 idarə etdiyi “Mercedes” markalı 90-JM280 dövlət qeydiyyat nişanlı özü boşaldan yük avtomobili ilə bədbəxt had isə baş verənə qədər Horadiz-Ağbənd dəmir yolunun tikintisi üçün xırda çınqıl daşların Horadiz stansiyasından təxminən 3-4 km məsafəyə, Mehdili kəndi ərazisində yerləşən dəmir yolu tikinti sahəsinə daşınması ilə məşğul olmuşdur. İddiaçı2 izahatında 2021-ci il 29 noyabr tarixində təxminən saat 15:00 radələrində növbəti reyslə gətirdiyi yükü tikinti gedən sahəyə boşaltdıqdan sonra avtomobilə baxış keçirərkən bir anlıq başının qarışdığını, diqqətsizlikdən bilməyərəkdən minalanmış sahəyə daxil olduğunu və piyada əleyhinə olan minanı tapdaladığı üçün partlayış baş verdiyini bildirmişdir. Partlayışdan sonra İddiaçı2 təxminən 5-6 metr sürünüb avtomobilə tərəf təhlükəsiz əraziyə çıxdıqdan sonra iş yoldaşları tərəfindən yaxınlıqda olan servis avtobusu vasitəsilə Füzuli şəhər hərbi hospitalına aparı lmış, orada cərrahiyyə əməliyyatı olunduqdan sonra həmin gecə Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülmüş, təxminən 2 həftə stasionar şəraitdə müalicə aldıqdan sonra evə buraxılmışdır. Hazırda İddiaçı2 müalicəsi ambulator şəraitdə davam edir (“İstehsalatda bədbəxt hadisə haqqında 2022-ci il 6 yanvar tarixli İZ formalı 01/2022 saylı” akt). 4. "xxxx" ASC tərəfindən İddiaçı1 MMC-yə və İddiaçı2 ünvanlanmış 2022-ci il 15 iyul tarixli O-H-2022-0341 nömrəli məktubda "xxxx" ASC “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.3-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1. 3-cü maddələrinə (müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi) istinad edilməklə sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı1 MMC (bundan sonra – “iddiaçı”) "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 (bundan sonra – “İddiaçı2”) iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 8 fevral tarixli **********12/80 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta Müqaviləsi”nin (bundan sonra – “sığorta müqav iləsi”) 2021-ci il 9 may tarixli **********2/80 nömrəli Əlavəsinə uğun olaraq 44.000 manat məbləğində sığorta ödənişlərinin edilməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə İddiaçı2 arasında 2021-ci il 8 may tarixindən 2021-ci il 8 avqust tarixinə əmək müqaviləsi bağlanmış, iddiaçının 2021-ci il 8 may tarixli 101 nömrəli Əmri ilə İddiaçı2 müvəqqəti bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq Xudafərin Qubadlı-Laçın avtomobil yolunun tikinti sahəsinə 6-cı dərəcəli yük avtomobili sürücüsü peşəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsi 2HF7CHU000400 nömrə ilə 2021-ci il 8 may tarixində Əmək və Əhalini Sosial müdafiəsi Nazirliyinin (bundan sonra – “ƏƏSMN”) sistemi nə daxil edilərək İddiaçı2 əmək kitabçasında lazımi qeydlər olunmuşdur. Sonradan tərəflər arasında müqavilənin müddəti 2022-ci il 8 fevral tarixinədək uzadılaraq həmin müqavilə 2HF7CHU000405 nömrə ilə 2021-ci il 4 noyabr tarixində ƏƏSMN-nın Sisteminə daxil edilmişdir. İddiaçı ilə İddiaçı2 arasında işə qəbul barədə əmək müqaviləsi bağlandıqdan sonra o, “X3 Təhlükəsizlik üzrə Təlimat”ı ilə tanış edilərək bu barədə “X7 X2 Jurnalı”nda 2021-ci il 7 may tarixində imza atmışdır. İddiaçı ilə cavabdeh arasında **********12 nömrəli 2020-ci il 8 fevral tarixində sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə 2021-ci il 9 may tarixli **********2/80 nömrəli Əlavə imzalanmışdır. Həmin müqaviləyə görə, İddiaçı2 93.754.11 manat məbləğində, sığorta tarifi 0.5% olmaqla, geri qaytarılacaq ödəniş sığorta ha qqı 27.222 manat olmaqla müəyyən edilmişdir. Sonradan iddiaçı ilə cavabdeh arasında **********12/83 nömrəli 2021-ci il 8 fevral tarixli sığorta müqaviləsinə 2021-ci il 22 may tarixli **********2/80 nömrəli Əlavə imzalanmışdır. Baş vermiş bədbəxt hadisə (bax § 3) zamanı İddiaçı2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (bundan sonra – “ETTOİ”) tərəfindən aldığı “mina partlayışı travması, sağ baldır sümüklərinin orta üçdə birinin travmatik amputasiyası” diaqnozu ilə əlaqədar tərtib edilən “İstehsalatda bədbəxt hadisə haqqında 2022-ci il 6 yanvar tarixli İZ formalı 01/2022 saylı” akta (bundan sonra – “İZ formalı akt”) görə, xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetin in 2020-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və iddiaçı tərəfindən uçota alınmalıdır”. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunda araşdırma aparılmış və iş üzrə prokurorluq tərəfindən təyin edilmiş ekspertizanın rəyinə əsasən, “2021-ci il 25 noyabr tarixində baş vermiş mina partlayışı nəticəsində ətrafa səpələnmiş metal qırıntıları zərbəsi nəticəsində İddiaçı2 aldığı xəsarət əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin dayanaqlığının itirilməsi ilə nəticələnmişdir ki, bu əlamətə görə sağlamlığa ağır zərər vurmaya aiddir”. ƏƏSMN yanında Dövlət Sosial Ekspertiza və X4 Sosia l Ekspert Komissiyasının qərarı ilə İddiaçı2 əmək qabiliyyətinin 50%-nı itirməklə müddətsiz üçüncü dərəcəli əlil hesab edilmişdir. İddiaçının cavabdehə ünvanlanmış sığorta ödənişlərinin edilməsi ilə bağlı müraciətinə 2022-ci il 15 iyul tarixli O-H-2022-0341 saylı cavab məktubunda olan “müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi sığorta ödənişlərin verilməsindən imtinaya əsasdır” ifadələri ilə razı olmayan iddiaçı qeyd etmişdir ki, iş üzrə baş vermiş hadisənin yerini hərbi xarakterli tədbirlər hesab edilən ərazi kimi hesab etmək qanunsuzdur. Lakin sonradan Sığorta Şirkəti sığorta ödənişlərinin edəcəyini bildirsə də, bir müddət vaxt keçsə də, cavabdeh sığorta ödənişlərini etməmişdir.
7. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2023-cü il 28 sentyabr tarixli 2(006)3993/2023 nömrəli qərardadı ilə İddiaçı2 cavabdehə qarşı “sığorta ödənişi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2(006)-3993/2023 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçının cavabdehə qarşı “baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətinin itirməklə əlil olmuş İddiaçı2 iddiaçı ilə cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişlərinin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair e2-2(113)-4480/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
8. Birləşdirilmiş iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının öhdəsində azyaşlı övladı var, iş yeri yoxdur, çətinliklə dolanır, əmək qabiliyyətini itirmiş, ayağı amputasiya olunub, 3-cü qrup müddətsiz əlildir. İddiaçı ilə əmək müqaviləsinə uyğun olaraq 2021-ci il 29 noyabr tarixində Cəbrayıl rayon Mehdili kənd ərazisində torpaq daşıyarkən saat 15:00 radələrində beşinci reysi yerinə yetirərkən gətirdiyi yükü tikinti gedən sahəyə boşaltdıqdan sonra avtomobilə baxış keçirən zaman ani anda ayağının altında piyada əleyhinə mina partlaması nəticəsində sağ ayağının topuqdan yuxarı hissəsi amputasiya olunmuşdur. 2021-ci il 22 may tarixli **********12 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində, peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsi olsa da, cavabdehdən sığorta ödənişini ala bilmədiyinə görə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh iddiaya e tirazında bildirmişdir ki, sığorta müqaviləsi üzrə cavabdehdə sığorta olunan İddiaçı2 2021-ci il 29 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarət almışdır. İddiaçı2 sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbini nəzərə alaraq iş üzrə araşdırmalar başlanmışdır. Belə ki, iş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 2022-ci il 24 mart tarixli Qərarına və alınmış izahatlara görə, İddiaçı2 mina təhlükəsi barədə qadağanedici lövhəyə məhəl qoymayaraq öz təbii ehtiyaclarını ödəmək məqsədilə minalanmış zonaya daxil olmuş və minanın partlaması nəticəsində xəsarət almışdır. ETTOİ tərəfindən mina partlayışı travması, sağ baldır sümüklərinin orta üçdə birinin travmatik amputasiyası diaqnozunun, həmçinin Tərtər Rayon Mərkəzi Xəstəxanasının Tibbi Sosial Ekspert Komissiyasına 0319003AAJU6 nömrəli göndəriş məktubunda göndəriş üçün əsas kimi “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” göstərilməsi hadisənin bas verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olduğunu deməyə əsas vermişdir. ETTOİ-nin diaqnozuna və 0319003AAJU6 nömrəli göndərişində qeyd olunanlara aid olmayan X1 müvafiq koduna uyğun - baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı göstərilmişdir. Hadisənin tənzimlənməsi üçün 0319003AAJU6 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndərişdə Y35.1 kodunun, ETTOİ-nın üzərinə isə 2021-ci il 13 dekabr tarixli 2808 nömrəli “Xəst əlik tarixindən Çıxarış”da S82.7 kodunun dəyişdirilərək Y38.8 kodu ilə əvəz edilməsinə dair məhkəmə tərəfindən öhdəliyin qoyulması üçün cavabdeh tərəfindən Nəsimi rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 2023-cü il 14 fevral tarixli e-2(006)-510/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş və qətnamə icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Məhkəmə qərarı ilə Y35.1 və S82.7 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edilməsinə dair iddianın təmin edilməsi bir daha onu göstərir ki, İddiaçı2 xəsarəti hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələrdir. Bununla da sözügedən hadisənin bas verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması bir daha təsdiq olunmuşdur. Cinayət törədilərkən cinayət faktları hüquq mühafizə orqanları tərəfindən təsdiq edildikdə, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Hazırkı halda, hadisə ilə bağlı cinayət faktları Azərbaycan Respublikası Baş Prokurorluğunun “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 2022-ci il 24 mart tarixli Qərarı ilə təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X8 verdiyi 2021-ci il 13 dekabr tarixli 2808 nömrəli “Xəstəlik tarixindən Çıxarış”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” qeydinin öz əksini tapdığı Tərtər Rayon Mərkəzi Xəstəxanası Eks pert Komissiyasına 0319003AAJU6 nömrəli göndəriş iş materialları ilə birgə onu deməyə əsas verir ki, İddiaçı2 xəsarəti istehsalatla (yəni əmək alət və avadanlıqları ilə düzgün davranılmaması və ya əmək təhlükəsizliyi qaydalarının başqa formada pozulması ilə) bağlı olmamış, erməni silahlı birləşmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minanın partlaması nəticəsində baş vermişdir. Deməli, hadisə istehsalatda bas vermiş bədbəxt hadisə kimi qiymətləndirilə, rəsmiləşdirilə və uçota alına bilməz.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 noyabr tarixli e-2-2(113)-4480/2023 nömrəli qətnaməsi ilə birinci iş üzrə iddia təmin edilərək 44.000 manat məbləğində sığorta ödənişlərinin cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi, birləşdirilmiş iş üzrə isə iddianın rədd olunması qət ed ilmişdir (hakim – Z.Pirverdiyev).
11. Məhkəmə İddiaçı2 aldığı zədənin istehsalatda bədbəxt hadisənin, yoxsa hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsində almasının təhlilinin aparılmasını zəruri hesab edərək qeyd etmişdir ki, İddiaçı2 sağlamlığının pozulması ilə bağlı hadisə iddiaçının işçisi kimi əmək funksiyalarını yerinə yetirərkən, hətta hərbi əməliyyatların dayandırıldığı vaxtdan 1 il sonra baş vermişdir. Bu halda hadisə istehsalatda bədbəxt hadisə hesab edilməklə iddiaçının 2020-ci il 8 fevral tarixli **********12 saylı icbari sığorta müqaviləsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən İddiaçı2 sığorta ödənişinin ödənilməsini tələbetmə hüququ mövcud olmuşdur.
12. Birləşdirilmiş iş üzrə iddia tələbini əsaslı hesab etməyən məhkəmə qeyd etm işdir ki, İddiaçı2 iddia tələbini irəli sürməyə imkan verən iddiaçı kimi qəbul etmək mümkün deyildir. Çünki hazırkı işdə onun iddia tələbinin əsası kimi istinad etdiyi icbari sığorta müqaviləsi hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Müqavilənin nəticəsi olaraq sığortaçı ilə sığortalı arasında öhdəlik hüquq münasibəti əmələ gəlmiş və əmələ gələn münasibətinin strukturuna daxil olan elementdən heç birinin İddiaçı2 aidiyyəti olmamış, İddiaçı2 öhdəlik münasibətinin subyekti (sığortaçı və ya sığortalı) olmamaqla öhdəlik münasibətinin məzmunu (subyektiv hüquqlar və hüquqi vəzifələr) da ona aid olmamışdır. Belə ki, subyektiv hüquq (sığorta ödənişini tələb etmək hüququ) və hüquqi vəzifə (sığorta haqqını ödəmək vəzifəsi) müqavilənin tərəflərinə aiddir.
13. Birinci instansiya məhkəməsi gəl diyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 935.1, 935.1.1, 935.1.2, 935.1.3, 935.1.4, 935.1.5, 935.1.6, 935.1.7, 935.1.8, 935.1.9, 935.1.10-cu; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 21.1.1, 21.1.2, 21.1.3, 21.1.4, 21.1.5-ci; “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0, 2.0.1, 2.0.2, 2.0.3, 2.0.10-cu maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına da ir” 2008-ci il 30 iyul tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(103)-228/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qa nunvericiliyə əsasən istehsalatda bədbəxt hadisə dedikdə əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı kimi başa düşülür ki, hazırkı halda İddiaçı2 bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının pozulması ilə bağlı hadisə də iddiaçının işçisi kimi əmək funksiyalarını yerinə yetirərkən baş vermişdir.
17. Göründüyü kimi İddiaçı2 sağlamlığını itirməsi onun iddiaçının işçisi kimi əmək funksiyalarını yerinə yetirərkən, hətta hərbi əməliyyatların dayandırıldığı vaxtdan 1 il sonra baş vermiş hadisə nəticəsində olmuşdur ki, bu halda MM-in 935.1.3-cü maddəsində göstərilən hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən h alların təsir dairəsinə düşmür.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 935.1, 935.1.1, 935.1.2, 935.1.3, 935.1.4, 935.1.5, 935.1.6, 935.1.7, 935.1.8, 935.1.9, 935.1.10-cu; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1, 21.1.1, 21.1.2, 21.1.3, 21.1.4, 21.1.5-ci; “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun, 2.0, 2.0.1, 2.0.2, 2.0.3, 2.0.10-cu; MPM-in 107, 119.1, 119.5, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 20. “İstehsalatd a bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9, 2.0.10 və 20.0.3-cü maddələri üzrə - İş materiallarından, izahatlardan da göründüyü kimi, İddiaçı2 təlimatdan kənar əraziyə daxil olaraq, minaya düşərək xəsarət almışdır. Belə ki, Təhqiqat Aktının bədbəxt hadisənin səbəbləri hissəsində də “Yük avtomobili sürücüsünün vəzifə təlimatı”nın “Ümumi müddəaları” bölməsinə riayət edilmədiyi qeyd olunmuşdur. Yəni, İddiaçı2 işləri, xidmətləri haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri tikinti gedən sahə olmuş, o həmin sahəyə yükü boşaltmaqla məşğul olmuş, hadisə isə təlimatdan kənar ərazidə baş vermişdir. Baş vermiş hadisə istehsalatda, yəni iş yeri sayılan ərizədə baş vermədiyindən ist inad olunan qanunun tələbləri baxımından sığorta ödənişi verilməsi üçün əsas yaranmamış, lakin işə baxan məhkəmə bunu nəzərə almamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
21. MM-in 935.1.3-cü maddəsi üzrə - Hadisənin məhz hərbi əməliyyatlar aparılan zaman baş verməsi şərtləndirilmir, əsas diqqət yetirilməli olan məqam hadisənin hərbi əməliyyatın nəticəsində baş verməsidir. İş materiallarına görə, İddiaçı2 əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarət almışdır. Mina isə partlayıcı qurğu olaraq hərbi əməliyyatlar zamanı istifadə edilir. Hərbi əməliyyatlar dayandırılsa da, minanın partlaması nəticəsində həlak olanların və yaralananların sayı hələ də artmaqdadır. Nəsimi rayon Məhkəməsinin qərarı ilə Y35.1 və S82.7 kodunun dəyişdirilərək Y36.8 kodu ilə əvəz edi lməsinə dair iddianın təmin edilməsi bir daha onu göstərmişdir ki, İddiaçı2 xəsarəti “Hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr, döyüş əməliyyatlarının gedişində qoyulmuş, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bomba və ya minanın partlaması zamanı alınmış zədələnmə” ilə bağlı olmuşdur. Tərəflər arasında bağlanmış sığorta müqaviləsi ilə hərbi risklərə təminat verilməməsinə baxmayaraq məhkəmə İddiaçı2 xəsarətinə hərbi əməliyyatların nəticəsi kimi hüquqi qiymət verməmiş və MM-in sığortaçıya vermiş olduğu imtina hüququnun, yəni 935.1.3-cü maddəsinin tətbiqində və təfsirində səhvə yol vermişdir.
22. MM-in 883.1, 922.1, 922.2-ci maddələri üzrə - İddiaçı2 “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qa biliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə cavabdehdə sığorta olunmuşdur. Sözügedən sığorta növü icbari sığorta qanunları ilə tənzimlənir. İcbari sığorta qanunvericiliyi isə hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olmasını birbaşa olaraq aydın şəkildə sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biri kimi müəyyən etmişdir. Bir sözlə, hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi icbari sığorta qanunvericiliyi ilə imtina əsası kimi müəyyən olunmuşdur. Buna baxmayaraq məhkəmə İddiaçı2 aldığı xəsarətə hərbi əməliyyatların nəticəsi kimi hüquqi qiymət verməmiş, MM-in 922-ci maddəsinin tətbiqində və təfsirində səhvə yol vermişdir.
23. İSHQ-nun 21.1.1-ci v ə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.18-ci maddələri üzrə - Hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, İddiaçı2 hərbi əməliyyatlar zamanı basdırılmış minanın partlaması nəticəsində xəsarət almış, yəni onun aldığı xəsarət birbaşa hərbi əməliyyatlar ilə bağlı olmuşdur. Məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. 24. "xxxx" MMC-nin hazırki iş üzrə cavabdehə qarşı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 18 may tarixli 2-2(102)-196/2021 nömrəli qərarındakı mövqeyinə görə, sığorta hadisəsi o hadisə hesab edilir ki, onun gələcəkdə baş vermə imkanını ehtimallar əsasında proqnozlaşdırmaq mümkün olsun, belə hadisənin baş verə biləcəyi istisna edilməsin. Bu o anlama gəlir ki, artıq baş vermiş, yaxud baş verməsi zəruri, labüd olan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Cavabdeh həmin qərara istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiyasının qətnaməsi məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına gətirib çıxarmışdır. Belə ki, İddiaçı2 xəsarət aldığı Cəbrayıl rayonunun Mehdili kəndi minalanmış ərazidir və həmin ərazidə mina partlaması baş verməsi ehtimal olunan deyil, labüd olan hadisələrdəndir.
25. MPM-in 89.1-ci maddəsi üzrə - Yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Hazırkı halda icbarı sığorta müqaviləsi araşdırılmamış və ona düzgün qiymət verilməmişdir.
26. MPM-in 217.1 və 217.3-cü maddələri üzrə - Məhkəmə işə baxarkən MPM-in tələblərini p ozaraq sübutlara hərtərəfli hüquqi qiymət verməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
27. MPM-in 218.1-ci maddəsi üzrə - İş materiallarında olan və İddiaçı2 əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində xəsarət almasını, yəni hərbi əməliyyatların nəticəsi olmasını göstərən sənədlər, Nəsimi rayon Məhkəməsinin 2023-cü il 14 fevral tarixli e-2(006)-510/2023 nömrəli qərarı nəzərə alınmamış, iş üzrə hansı qanunun tətbiq edilməli olduğu müəyyən edilməmişdir. Belə ki, bu zaman MM-in, “Sığorta Fəaliyyəti haqqında” Qanunun, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun tələbləri nəzərə alınmamışdır. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı və İddiaçı2 kassasiya şikayətinə qarşı ayrı-ayrılıqda etirazlar təqdim edərək iddia tələbinin əsaslarına, icraat zamanı məhkəmələrə verdikləri izahatlarda göstərilənlərə və aşağı instansiya məhkəmələrinin iş üzrə apardıqları hüquqi qiymətləndirməyə istinadla kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxla yarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi o lub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qis mən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunların da nəzərdə tutulmuş digər hallarda....” 32. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Sığorta ödənişindən imtinanın əsasları 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: 21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 21.1.2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 21.1.3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 21.1.4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, penya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda....” 33. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.1. istehsalatda bədbəxt hadisə lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir; 2.0.2. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra – icbari sığorta müqaviləsi) – icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirm ək öhdəliyini nəzərdə tutan yazılı razılaşma; 2.0.3. sığorta olunan – xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi verilməli olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslər... 2.0.10. istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı....” “Maddə
10. Sığorta hadisəsinin müəyyən olunması 10.1. Bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı iste hsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı;...” “Maddə
20. Sığorta ödənişindən imtinanın əsasları 20.0. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edir: 20.0.1. sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda; 20.0.2. sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə; 20.0.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.”
34. Azərbaycan Respublikas ının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyası nda işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
36. Kassator hesab edir ki, məlum hadisə istehsalatda, yəni iş yeri sayılan ərizədə baş vermədiyindən sığorta ödənişi verilməsi üçün əsas yaranma mışdır.
37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə isə, bədbəxt hadisənin təhqiqat aktından görünür ki, İddiaçı2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və iddiaçı MMC tərəfindən uçota alınmalıdır. 38. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 və 10.1.1-ci maddələrində (bax § 33) istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt bu Qanuna əsasən sığorta hadisəsinin müəyyən edilməsinin əsası kimi müəyyən edilmişdir.
39. Göründüyü kimi, İddiaçı2 barəsində tərtib olunmuş sözügedən təhqiqat aktı ilə onun xəsarət alması ilə nəticələnmiş hadisənin istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilməsi işin mübahisəsiz halıdır.
40. Sığortaçının sığorta ödənişinin verilməsindən imtinanın əsasları isə istinad olunan Qanunun 20-ci maddəsində (bax § 33) konkret müəyyən edilmişdir. Lakin həmin əsaslardan hər hansı birinin (sığorta hadisəsinin, sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olması; sığorta hadisəsinin, sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitə lər və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verməsi; MM-in 935-ci və “İcbari sığortalar haqqında” Qanunun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsaslar) baxılan işdə mövcudluğu məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
41. Eyni zamanda, cavabdehin sözügedən dəlillə bağlı istinad etdiyi (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununun 20.0.3-cü maddəsi) MM-in 935-ci və “İcbari sığortalar haqqında” Qanunun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsaslarından hazırkı halda konkret olaraq hansının mövcud olduğu kassasiya şikayətində dəqiqləşdirilməmişdir.
42. Bununla yan aşı, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi MM-in 935.1.3cü maddəsində nəzərdə tutulmuş sığorta ödənişindən imtina üçün əsasın (müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması) baxılan işdə tətbiqinin qeyri-mümkün olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından hesab edir ki, kassasiya şikayətinin müvafiq dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum yoxdur.
43. Həmçinin İddiaçı2 xəsarət aldığı Cəbrayıl rayonunun Mehdili kəndi minalanmış ərazi olduğundan həmin ərazidə mina partlamasının baş verməsinin ehtimal olunan deyil, labüd olan hadi sələrdən olmasına dair dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir.
44. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, bədbəxt hadisə “Horadiz-Ağbənd dəmir yolunun tikintisi” layihəsi üzrə aparılan torpaq işlərini görmək üçün İddiaçı2 xırda çınqıl daşlarını yük maşını ilə tikinti sahəsinə daşıyarkən baş vermişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, “Horadiz-Ağbənd dəmir yolunun tikintisi” layihəsi işğaldan azad olunmuş ərazilərdə hökumət tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına görülən işlər çərçivəsində həyata keçirilən geniş miqyaslı tikinti-yenidənqurmabərpa layihələrindən biri olduğundan və bu işlərdə xeyli həcmdə insanlar çalışdığından həmin ərazidə mina partlamasının labüd olan hadisə kimi dəyərləndirilməsi qeyrimümkündür və apellyasiya instansiyası məhkəmə si də bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.
46. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 34) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
47. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(103)-228/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhb ər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(103)-228/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.