Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-361/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, Əsgərov Anar Əlifağa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili X3 iştirakları ilə, İddiaçı “X7 Azərbaycan” QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və zərərin ödənilməsi” tələblərinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 mart tarixli 2-2(103)-80/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək ona dəymiş zərərin ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında bağlanmış 2013-cü il 23 aprel tarixli hüquqi xidmət haqqında müqavilənin ləğv edilməsi və cavabdehdən 80.488,54 manat məbləğində dəymiş zərərin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2013-cü il 23 aprel tarixli hüquqi xidmət haqqında müqavilənin ləğv edilməsi və cavabdehdən 42.266,57 manat məbləğində dəymiş zərərin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü il 23 aprel tarixdə tərəflər arasında hüquqi xidmət haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bank qarşısında istehlak kreditləri, kredit kartları və (və ya) kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən yaranan borcların alınması (qaytarılması) üçün cavabdeh tərəfindən göstərilən hüquqi xidmətlərə görə Bank tərəfindən xərc ödənilir. Müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ləğv edilməsi zamanı Büro Bankın həyata keçirdiyi nəzarət, məhkəmə və digər aidiyyəti işlərlə əlaqədar hər cür sənəd və məlumatın müqavilənin ləğvindən ən geci üç iş günü ərzində müvafiq protokolla (aktla) birlikdə Banka təqdim etməyi qəbul edir. Bu müddəaya zidd hərəkətdən yarana biləcək zərərlərin kompensasiya edilməsi məsələsində Bankın hüquqları qorunur. Müqavilənin 4-cü bəndinə əsasən cavabdehin Bank qarşısında aşağıdakı öhdəlikləri icra etməyi öhdəsinə götürmüşdür: Bankın məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və icra işlərini son dərəcə diqqətlə və səylə aparmaq və surətlə yekunlaşdırmaqla həyata keçirmək, nəzarət etdiyi işlərlə əlaqədar Bankın hər cür yazılı və şifahi sorğularını cavablandırmaq, lazım olan sənədləri hazırlamaq, məhkəmə və icra işlərində durum və əldə edilən nəticələrlə əlaqədar hər ay Banka yazılı məlumat vermək, ona verilən məhkəmə işləri dosyesində (iş qovluğunda), təqdim edilən sənəd üzərində hüquqa xitam verəcək müddətlər baxımından araşdırma aparmaq, vaxt itirmədən müvafiq nəzarət və məhkəmə işləri nə başlamaq, ona verilən dosyelərdə (iş qovluğunda) Büro əməkdaşlarının səhvləri və (və ya) laqeydlikləri səbəbindən yarana biləcək Bank zərərindən məsuliyyət daşımaq. Müqavilənin 5.2.3-cü bəndinə əsasən Bank istədiyi anda Büronun nəzarətindəki dosyeləri (iş qovluqlarını) geri ala bilər. Bankın bu yöndə bir tələbinin olması halında tələb predmeti olan dosyeləri (iş qovluqlarını) Banka dərhal geri verəcəyini, Banka geri verdiyi (verəcəyi) dosyelərlə (iş qovluqları ilə) bağlı Bankdan bu müqavilədən yaranan hüquqi xidmət (vəkalət) haqları ilə bağlı (həmin günə geri ödənilən vəsaitlər (qaytarılan borc) üzrə müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqı istisna olmaqla) heç bir haqq alacaq tələbində olmayacağını əvvəlcədən qəbul edir. Müqavilənin 6.7-ci bəndinə əsasən Büro icraatında saxladığı dos yeləri və məhkəmə işləri haqqında hər ay Banka, Bankın uyğun gördüyü formada hesabat verməkdə məsuliyyətlidir. Büro ayrıca məhkəmə və icraatındakı işlərindəki irəliləyişlər barədə Bankı yazılı olaraq xəbərdar etməlidir. Bankın istənilən vaxt məlumat almaq hüququ var. Büronun Banka əskik və (və ya) yanlış məlumat verməsi və ya zamanında məlumat verməməsi nəticəsində yaranacaq zərərə görə Büro məsuliyyət daşıyır. Müqavilənin 6.12-ci bəndinə əsasən tərəflər yaranan mübahisələri öz aralarında həll etməyə çalışacaqlar, əks təqdirdə mübahisəyə aidiyyəti məhkəmələr tərəfindən baxılacaqdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh hüquq şirkəti hüquqi xidmət haqqında müqavilənin şərtlərini pozmuş, Büronun icraatında olan nəticəsi bəlli olmayan işlər barəsində ya təmin olunmuş işlərin məhkəmə qərarlarını və yaxud təhvil-təslim aktı əsasında Büroya təhvil verilmiş sənədlərin əsillərinin Banka təhvil verilməsi barədə məlumatların əldə edilməsi üçün rəsmi və qeyri-rəsmi qaydada Bankın müraciətlərinə baxmayaraq, Büro tərəfindən bu günə kimi Banka məlumat verilməmiş və verilməsi üçün hər hansı bir əməli addım atılmamışdır. 2017-ci il 10 noyabr tarixə cavabdeh hüquq şirkətindən 69 ayda 80.488,54 manat məbləğində sənəd barəsində məlumat əldə etmək mümkün olmamışdır ki, 80.488,54 manat məbləğində Banka maddi zərər vurulmuşdur. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 21, 324.1, 442, 777.1, 778.1, 779.1, 1096.1, 1097.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (b undan sonra mətndə - MPM) 26.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 avqust tarixli 2-2(82)-101/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2013cü il 23 aprel tarixli “Hüquqi xidmətlərin göstərilməsi haqqında” müqavilənin ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan 15 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülki qanunvericiliyə görə tərəflər arasında bağlanmış 2013-cü il 23 aprel tarixli “Hüquqi xidmətlərin göstərilməsi haqqında” müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin rədd olunan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı müqavilənin icrası ilə bağlı, eləcə də müqavilənin ləğv edilməsi nəticəsində vurulan ziyanın nədə ifadə olunduğunu konkret göstərməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə, yəni iddiaçıya 42.266,57 manat məbləğində dəymiş zərərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbini və şikayəti müdafiə etmişdir. Cavabdeh iddia tələbinə və şikayətə qarşı etiraz edərək bildirmişdir ki, MMC ban kla xidmət müqaviləsi bağlamış və məhkəmə qərarları çıxarıldıqdan sonra icra mərhələsində olanda geri qayıdan ödənişlərdən 15 % xidmət haqqı alırdı. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Bank tərəfindən istifadə edilən kreditlərdən yaranan borcların alınması məqsədilə Cavabdeh MMC-yə təxminən 1700-dək dosyelər verilmiş və MMC tərəfindən də həmin iş qovluqları üzrə müvafiq sənədlər tərtib olunaraq, borcların alınması məqsədi ilə məhkəmələrə müraciətlər olunmuş, müraciətlərlə əlaqədar müvafiq rüsumlar ödənilmiş və müqavilənin şərtlərinə əsasən rüsumların ödənilməsi barədə sənədlər Banka təqdim olunduqdan sonra həmin məbləğlər Bank tərəfindən MMC-yə ödənilmişdir. Həmin işlərin əksər hissəsi üzrə məhkəmə aktları (əmrlər, qətnamələr və s.) qəbul olunmuş və bu məhkəmə aktları qarşılıqlı razılaşmaya əsasən Bankın ünvanına göndərilirdi. Lakin son zaman Bank tərəfindən MMC-yə verilmiş etibarnamələr ləğv olunduğundan həmin işlərə nəzarət edilməsi MMC-nin imkanlarından kənarda olub. Buna baxmayaraq, iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçının pretenziya məktubuna və iddia ərizəsinə əlavə etdiyi cədvəllərdə göstərilən şəxslərin bir çoxunun adı artıq sonradan verilən cədvəllərdə öz əksini tapmamışdır. Bu isə onu göstərir ki, adları siyahılardan çıxarılan şəxslərlə Bank arasında mübahisə qalmamışdır, yəni həmin şəxslər Bank qarşısındakı öhdəliklərini yerinə yetirmişlər. Eyni zamanda, qeyd olunur ki, müqavilənin əslinin itməsi öhdəliyin xitamına səbəb olmur. Həmin işlər üzrə onların yenidən iddia qaldırmaq imkanları hələ də var. Buna görə də, banka cavabdeh tərə findən hər hansısa zərər vurulması ağlabatan deyil. Cavabdeh qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 mart tarixli 2-2(103)-80/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstəri lənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə cavabdehin bankla bağladığı müqavilədən irəli gələn öhdəliyinə hüquqi qiymət verməmiş, Bank tərəfindən məhkəməyə təqdim edilən sübutları prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Məhkəmə qətnamədə “...hüquqi yardım göstərməklə təmsil etmək üzrə fəaliyyətdən yaranmış ziyanın əsl kriteriyalarına dair isə, heç bir sübut təqdim olunmur” qeyd etməklə kifayətlənərək, “əsl kriteriyanın” nədən ibarət olması barədə heç bir hüquqi əsaslandırma verməmişdir. Baxmayaraq ki, iş qovluqlarının cavabdehə təhvil verilməsi barədə təhviltəslim aktları iş materiallarına əlavə edilmişdir, eyni zamanda, hər bir işə aid hesablanmış borcla bağlı maliyyə arayışı təqdim edilmişdir ki, bu arayışlar üzrə banka dəym iş zərər müəyyən olunur. Məhkəmə isə, bank tərəfindən məhkəməyə təqdim edilən sübutlara münasibətdə cavabdehin tərəfindən izahat tələb etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi MM-in 21.1, 385.1, 425.5, 427.3, 442, 448.1-ci maddəsinə, MPM-in 14, 88, 217, 218.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırıcı hissə: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və i ş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddiaçı öz tələbinin hüquqi əsası kimi MM-in 21, 324.1, 442, 777.1, 778.1, 779.1, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. MM-in 21-ci maddəsinin müddəalarına əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini n daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı həmin normalara istinadla onun zərərə məruz qaldığını və bu zərərin əvəzinin ödənilməsini iddia edir. MM-in 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq mün asibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Hazırkı işdə tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuşdur. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etmədiyindən iddia müqavilənin ləğv edilməsinə aid hissədə təmin olunmuş, müqavilənin ləğv edilməsi qət edilmişdir. MM-in 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Normanın məzmunundan göründüyü kimi, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürərkən konkret nəticə əldə olunmasına təminat vermir. Tərəflər arasındakı müqavilədə də belə məzmunda öhdəlik nəzərdə tutulmamışdır. Lakin Müqavilənin şərtlərinə görə, cavabdehin (vəkalət alanın) iddiaçı (vəkalət verən) qarşısında Bankın məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və icra işlərini son dərəcə diqqətlə və səylə aparmaq və surətlə yekunlaşdırmaqla həyata keçirmək, nəzarət etdiy i işlərlə əlaqədar Bankın hər cür yazılı və şifahi sorğularını cavablandırmaq, lazım olan sənədləri hazırlamaq, məhkəmə və icra işlərində durum və əldə edilən nəticələrlə əlaqədar hər ay Banka yazılı məlumat vermək, ona verilən məhkəmə işləri dosyesində (iş qovluğunda), təqdim edilən sənəd üzərində hüquqa xitam verəcək müddətlər baxımından araşdırma aparmaq, vaxt itirmədən müvafiq nəzarət və məhkəmə işlərinə başlamaq, ona verilən dosyelərdə (iş qovluğunda) Büro əməkdaşlarının səhvləri və (və ya) laqeydlikləri səbəbindən yarana biləcək Bank zərərindən məsuliyyət daşımaq öhdəliyi olmuşdur. MM-in 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. MM-in 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən v ə ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Beləliklə, iddiaçının mənafelərinin təmin olunması imkanlarının məhkəmə icraatının gedişatından, onun nəticələrindən, o cümlədən, məhkəmə qərarlarının icra vəziyyətindən asılı olduğu da nəzərə alınmaqla, onun irəli sürdüyü tələbin əsası kimi vəkalət alan tərəfindən tapşırığı vicdanla icra etmədiyini (o cümlədən, vəkalət verənin haqlı mənafelərini müdafiə etmədiyini), bunun nəticəsində onun zərər çəkdiyini, zərərin bilavasitə vəkalət alan tərəfindən tapşırığın qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində baş verdiyini (cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə zərər arasındakı səbəbli əlaqənin olduğunu) sübut etmək öhdəliyi daşıyır. İddiaçı öz tələbində zərərə məruz qalmasının faktiki əsası kimi qeyd edir ki, cavabdeh hüquqi xidmət haqında müqavilənin şərtlərini pozmuş, Büronun icraatında olan nəticəsi bəlli olmayan işlər barəsində ya təmin olunmuş işlərin məhkəmə qərarlarının və yaxud təhvil-təslim aktı əsasında Büroya təhvil verilmiş sənədlərin əsillərinin Banka təhvil verilməsi barədə məlumatların əldə edilməsi üçün rəsmi və qeyri-rəsmi qaydada Bankın müraciətlərinə baxmayaraq, Büro tərəfindən bu günə kimi Banka məlumat verilməmiş və verilməsi üçün hər hansı bir əməli addım atılmamışdır. Lakin iddiaçı onun pozul muş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakından məhrum olmasının (real zərərin), habelə hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin (əldən çıxmış faydanın) nədə ifadə olunduğunu, o cümlədən, onun bilavasitə istinad etdiyi (cavabdehə təhvil verdiyi) siyahıda göstərilən sənədlərin təqdim edilməməsi ilə orada göstərilən məbləğlərdən məhrum olduğunu əsaslandırmamışdır. Beləliklə, müqavilə öhdəliyinin cavabdeh tərəfindən layiqincə icra olunmamasının müəyyən edildiyi halda belə (məhz bu səbəbdən məhkəmələr tərəflər arasındakı müqavilənin ləğvinə dair iddiaçının dəlillərini əsaslı hesab edərək iddianı həmin hissədə təmin etmişlər), iddiaçı bunun nəticəsində zərərə məruz qaldığını, öhdəliyin layiqincə icra olunmaması ilə zərərli nəticə arasında səbəbli əlaqə olduğunu əsaslandırmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını həmin normaların tələbləri nəzərə alınmaqla araşdırmışdır. İddiaçı şikayətində qeyd edir ki, məhkəmə bank tərəfindən məhkəməyə təqdim edilən sübutlara münasibətdə cavabdehin tərəfindən izahat tələb etməmişdir. İşdən göründüyü kimi cavabdehin nümayəndəsi apellyasiya instansiyası məhkəməsində icraat zamanı izahat vermiş, iddianın və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı öz tələbinin hüquqi əsası kimi, həmçinin MM-in 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Normaların məzmunundan göründüyü kimi, həmin normalar deliktdən – mülki hüquq pozuntusundan irəli gələn öhdəliklərə münasibətdə tətbiq olunur. Mülki hüquq yaranma əsasının meyarına görə məsuliyyətin iki növünü fərqləndirir: öhdəliyin pozulmasına görə məsuliyyət (müqavilədən irəli gələn məsuliyyət) və zərər vurmaqdan irəli gələn məsuliyyət (müqavilədən kənar məsuliyyət). İddiaçının istinad etdiyi 1096.1 və 1097.1-ci maddələr o halda tətbiq oluna bilər ki, öhdəlik müqavilədən deyil, deliktdən əmələ gəlmiş olsun. Bu, o halda baş verir ki, zərər vuranla zərər çəkən arasında hər hansı müqavilə münasibətləri ümumiyyətlə yoxdur yaxud müqavilə olsa belə, onun zərərlə hər hansı bağlılığı (əlaqəsi) yoxdur. Hazırkı işdə tərəflər etibarlı müqavilə münasibətlərində olmuş, iddia tələbi də həmin müqaviləyə əsaslanmışdır. Buradan, iddiaçının istinad etdiyi 1096.1 və 1097.1-c i maddələrin hazırkı mübahisəyə tətbiqi üçün əsaslar olmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni fərqli əsaslandırsa da, mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 mart tarixli 2-2(103)-80/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov Əsli ilə düzdür: Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-2(102)-361/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-361/2019
04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver