Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-361/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, müqavilə öhdəliyinin icrası, maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, ilkin iddia üzrə cavabdehin vəkili X1, nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli 2-2(103)-260/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaç ı Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Satıcı Cavabdeh MMC ilə alıcı “Bayram-M” şirkəti arasında bağlanmış 2014-cü il 4 avqust tarixli 116/14-GM-S nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcı tərəfindən seçilmiş bir ədəd “New Holland D255” modelli buldozer satmağı, alıcı həmin əmlakın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Sifarişçi İddiaçı1 MMC ilə icraçı Cavabdeh MMC arasında bağlanmış 2016-cı il 10 oktyabr tarixli TXM-00034/16 nömrəli “Texniki Xidmət Müqaviləsi”nə əsasən, sifarişçinin və yaxud sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən icraçı sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürür. Müqavilənin 2.6-cı bəndinə əsasən “Sifarişçi” texnikaların istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar edilməsində nəzarət etməlidir. Təyinatı və istismar qaydaları üzrə istismara nəzarət məsuliyyəti “Sifarişçi”nin üzərinə düşür. Müqavilənin 2.7-ci bəndinə əsasən, “Sifarişçi” texnikaların istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar etmədikdə, “İcraçı” tərəfindən görülmüş işlərə, ehtiyyat hissələrinə və texnikaya zəmanət verilmir.
3. Sifarişçi İddiaçı1 MMC ilə icraçı "xxxx" MMC arasında bağlanmış 2019-cu il 10 sentyabr tarixli XM-T/01-19 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, sifarişçi “daş qırılması” xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə g ötürür, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müqavilədə göstərilən xidməti 10-R-400 dövlət qeydiyyat nişanlı “Doosan Solar 225LC-V” markalı ekskavator texnika ilə həyata keçirir. 4. 2019-cu il 25 aprel tarixli təmir aktına əsasən İddiaçı1 MMC-yə məxsus “New Holland D255” modelli buldozerin təmiri üçün görülmüş işlərin dəyəri 3.845,28 manat təşkil edir. 5. 2020-ci il 20 may tarixli təmir aktına əsasən İddiaçı1 MMC-yə məxsus “New Holland D255” modelli buldozerin təmiri üçün görülmüş işlərin dəyəri 7.364,72 manat təşkil edir.
6. Cavabdeh MMC-yə ünvanlanmış telegrama əsasən, İddiaçı1 MMC bildirmişdir ki, Cavabdeh MMC-dən satın alınmış buldozerə servis xidmətinin göstərilməsi həmin MMCyə aiddir, ancaq 2019-cu ilin aprel ayından texnika işləmir və bunun nəticəsində İddiaçı1 MMC xeyli z ərərə məruz qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İlk iddia üzrə İddiaçı1 MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı 2020-ci il 28 iyul tarixində Bakı Kommersiya Məhkəməsinə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliyinin icra edilməsi və iddiaçıya məxsus “New Holland D255” model buldozerin təmir edilərək təhvil verilməsinin cavabdehə həvalə edilməsi, 2019-cu ilin aprel ayından hazırki müddətədək cavabdeh tərəfindən aparılmış təmir işləri üzrə hesablanmış usta pulu və ehtiyyat hissələrinə çəkilmiş xərclərin cavabdehə aid edilməsi, 2019-cu ilin aprel ayından bu günədək ödənilmiş icarə haqqının əvəzi olan 90.000 (doxsan min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, məh kəmə xərci (dövlət rüsumu və vəkilə ödənilmiş xərclər) və digər cari xərclər görə 1000 (min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə öhdəliyinin lazımi qaydada icra etmədiyindən, iddiaçıya külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, iddiaçı hazırki iş üzrə cavabdehlə uzun illərdir ki, əməkdaşlıq edir və bu əməkdaşlıq əsasən iki istiqamətdə formalaşmışdır: birincisi, cavabdehin satdığı texnika və ehtiyyat hissələrinin alışı, ikincisi, cavabdeh tərəfindən texnikalara göstərilən texniki xidmət. Texnika və ehtiyyat hissələrinin alqı-satqısı qanunvericiliyə müvafiq olaraq müqavilə ilə rəsmiləşdirilir və ödəmə əməliyyatı aparılır. MMC-yə məxsus maşın mexanizmlər ə texniki xidmət göstərilməsinin təmin edilməsi məqsədilə isə tərəflər arasında TXM00034/16 saylı, 2016cı il 10 oktyabr tarixli “Texniki Xidmət Müqaviləsi” bağlanmışdır. Müqavilənin predmetinə əsasən sifarişçinin yaxud sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən, icraçı (cavabdeh) sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikalar üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürür.
9. Sonuncu dəfə müqaviləyə əsasən, iddiaçıya məxsus “New Holland D255” model buldozer təmir edilməsi üçün Cavabdeh MMC-yə təhvil verilmiş, 25/04/19-də GM 11624 saylı təmir aktı ilə texnikanın təmirinə başlanmışdır. Aktda qeyd edilmişdir ki, texnikanın ön sağ silindrinin demontajı, yağlanması və montajı, SİQ yığılması, elekt rik sisteminin təmiri həyata keçirilmişdir. Görülmüş işlərə görə VHF və elektron-qaimə göndərilmiş, təmir xərci 4.081.28 manat təşkil etmişdir. Həmin xərcin 2.070 manat hissəsi təmirə cəlb edilmiş mütəxəsislərin haqqı, digər isə guya dəyişdirilmiş ehtiyat hissələrinin xərcidir.
10. Təmir üçün verilmiş texnika alqı-satqı müqaviləsi ilə cavabdehdən alınmışdır. Hazırki halda texnikanın təmirə verilməsində məqsəd surətlər qutusunda artıq yağ sərfiyyatının aşkar edilməsi olmuşdur. Ancaq tərtib edilmiş təmir aktında bununla bağlı hər hansı qeyd yoxdur, hətta aktdan belə müəyyən olunur ki, icraçı sifarişdən kənara çıxmışdır. Texnika icraçıya məxsus servis mərkəzində təmirdən sonra sınaq baxışından keçirilərkən surətlər qutusunda yağ nasosundan yağın yenidən geri qayıtdığı müəyyən edilmiş, icraçın ın əməkdaşları nasosda yağın miqdarını azaltmaqla guya problemi aradan qaldırmışlar.
11. Bundan başqa, aktdan müəyyən olunur ki, 2019-ci il 25 aprel tarixdə tərtib edilmiş və həmin gün işə başlanmışdır. Ancaq aktın bağlanma tarixi kimi 2018-ci il 16 aprel qeyd edilmişdir. Təmirdən sonra texnika xüsusi nəqliyyat vasitəsi ilə Masallı rayonuna aparılmış, 2019-cu il 18 mayda istehsal prosesinə buraxılmış, lakin təmir öncəsi problemlər yenə də aşkar edilmiş, texnika bir neçə gün fasilələrlə işləsə də, faydalı iş əmsalı çox aşağı olmuş, 2019-cu il 22 may tarixdən isə ümumiyyətlə işləmədiyi üçün, sahədən çıxarılmışdır. Sifarişçinin dəvətilə icraçı təşkilatın əməkdaşları texnikaya baxış keçirib nasazlığı aradan qaldırmaq məqsədilə Masallı rayonuna gəlmişlər. Ancaq onların müdaxiləsi də heç bir nət icə verməmiş, 2019-cu ilin yay aylarında bu proses davam etmişdir.
12. Texnika 2019-cu il 2 sentyabr tarixdə təmir edilərək təhvil verilsə də, 2019-cu il 13 sentyabr tarixdə nasazlıq yaranmış, 2019-cu il 19 sentyabr tarixdə isə sürətlər qutusunda nasazlıq yaranmış, texnika tam gücü ilə işləməmişdir. 2019-cu il 20 sentyabr tarixdə texnika təmir edilməsi üçün yenidən Bakı şəhərinə göndərilmişdir. Texnikanın təmir edildiyi barədə məlumat aldıqdan sonra 2020-ci il 17 fevralda Masallı rayonundan daşıyıcı vasitə göndərilmiş, lakin texnika işə salınarkən yenidən əvvəlki problem, yəni yağın axıdılması aşkar edilmiş, ona görə də texnikanın qəbul edilməsindən imtina edilmişdir.
13. Həmçinin, 2019-cu ilin aprel ayından bu günədək texnika təmir edilmədiyindən, MMC başqa şəxslərə məxsus texnikaların xi dmətindən yararlanmaqla hər ayı 7.500 manat olmaqla verdiyi icarə haqqının əvəzi (may 2019 – aprel 2020 / 12 ay x 7.500 = 90.000) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə xərci və digər cari xərclər kimi 5.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. İddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 425.1, 430.1, 1128.1, 1129.2-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh tərəfindən verilmiş ilk iddia ərizəsinə etirazda bildirilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsinə əsasən “New Holland D255” model buldozer onlar tərəfindən iddiaçıya satılmışdır. Alqı-satqı zamanı texnika artıq işlənmiş idi və iddiaçı bu barədə məlumatlı olmuşdur. Bu səbəbdən, texnika daha ucuz qiymətə satılmışdı. Lakin alqı-satqı zamanı texnikanın sınağı keçirilmiş və texnika saz vəziyyətdə iddiaçıya təhvil verilmişdi. Təhvil verildikdən sonra texnika uzun müddət, yəni 4000 moto/saatdan artıq öz funksiyalarını qüsursuz şəkildə icra etmişdir. Bu texnikaların maksimal ömrü 10.000 (on min) moto/saat təşkil edir ki, əksər hallarda bu model buldozerlər bu qədər işləmədən sıradan çıxırlar. 16. 2016-cı il 10 oktyabr tarixdə iddiaçıya məxsus texnikaların təmiri üçün TXM00034/16 saylı Texniki Xidmət Müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən digər texnikalara qüsursuz şəkildə xidmət göstərilmiş və iddiaçı da həmin xidmətlərə görə vaxtlıvaxtında ödəniş etmişdir. 2019-cu il 25 aprel tarixdə iddiaçı “New Holland D255” model buldozerin təmiri üçün müraciət etmiş, lakin mütəxəssislər texnikaya bax ış keçirərkən, nasazlığın səbəbinin iddiaçının bildirdiyi səbəbdən fərqləndiyini aşkar etmiş və texnikanı təmir etmişlər. 25 aprel 2019-cu il tarixli GM11624 saylı təmir aktı üzrə görülmüş işlərdən sonra “New Holland D255” model buldozerin sınağı həyata keçirilmiş, problemin aradan qaldırıldığı və texnikanın işləkliyi iddiaçı tərəfindən təsdiq edildikdən sonra texnika iddiaçının nümayəndələrinə təhvil verilmişdir. 17. 2019-cu il 20 may tarixində iddiaçı “New Holland D255” model buldozerdə yenidən nasazlığın baş verdiyini bildirmiş və mütəxəssislər sahəyə gedib texnikaya yenidən baxış keçirdikdən sonra nasazlığın bu dəfə fərqli səbəblərdən yarandığını aşkar etmişlər. Texnika yalnız Bakıya gətirildikdən sonra onun tam təmiri həyata keçirilmişdir. Texnikanın təmiri üçün İtaliyadan sifariş edi lmiş ehtiyyat hissələrinin ölkəyə gətirilməsi müəyyən vaxt apardığından, texnikanın təhvil verilməsi iddiaçının gözlədiyindən daha gec həyata keçirilmişdir.
18. Mütəxəssislər buldozerin belə tez-tez xarab olmasının səbəbini istehsalçıdan da email üzərindən soruşmuş və istehsalçı birmənalı olaraq texnikanın istismar qaydalarının pozulmasını qeyd etmişdir. Bu hal mütəxəssislər tərəfindən də təsdiq edilir. Belə ki, cavabdeh “New Holland D255” model buldozerin istehsalçısı olan CNHİ İnternational SA şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsidir və ölkə ərazisində yeganə satıcısıdır. Cavabdehdən “New Holland D255” model buldozerini alan bütün digər şirkətlər öz operatorunu (texnikanı idarə edəcək şəxs) təlim üçün göndərmiş və mütəxəssislər bu buldozerin istifadə və istismar qaydaları ilə bağlı bütün qaydaları həmin operatorlara başa salmışlar. Lakin iddiaçı heç bir zaman heç bir əməkdaşını təlimlərə yollamamış, həmçinin buldozerdən istifadəyə ixtisas dərəcəsi yetərli olmayan və məhz bu buldozerdən istifadə qaydalarını bilməyən operatorların xidmətindən istifadə etmişdir. Nəticədə, buldozer ümumən çox korlanmış, bu səbəbdən da, mütəxəssislər texnikanın nasaz olan bir hissəsini təmir etdikdən sonra digər tərəfində olan nasazlıq özünü göstərirdi. Şirkətin təmir etdiyi heç bir hissədə təkrarən nasazlıq yaranmamışdır. İddiaçının istismar qaydalarına riayət etmədiyi təqdirdə texnikanın yararsız hala düşməyinə görə öhdəlik iddiaçının öz üzərindədir.
19. Tərəflər arasında bağlanmış 2016-cu il 10 oktyabr tarixli TXM-00034/16 saylı “Texniki Xidmət Müqaviləsi”nin 2.6-cı bəndinə əsasən, “S ifarişçi” texnikaların istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar edilməsinə nəzarə etməlidir. Texnikaların təyinatı və istismar qaydaları üzrə istifadəsinə nəzarət məsuliyyəti “Sifarişçi”nin üzərinə düşür. Eyni müqavilənin 2.7-ci bəndinə əsasən isə “Sifarişçi” texnikaları istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar etmədikdə, “İcraçı” tərəfindən görülmüş işlərə, ehtiyyat hissələrinə və texnikaya zəmanət verilmir.
20. İddiaçıya məxsus “New Holland D255” model buldozer tam təmirli və istifadəyə yararlı halda təmir mərkəzindədir və iddiaçı istənilən vaxt həmin texnikanı götürüb apara bilər. Texnikanın götürülməsi üçün dəfələrlə iddiaçıya müraciət edilsə də, iddiaçı texnikanı aparmaqdan imtina edir.
21. Cavabdeh həmçinin 2020-ci il 2 sentyabr tarixdə Bakı Ko mmersiya Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 2016-cı il 10 oktyabr tarixli, TXM-00034/16 saylı “Texniki Xidmət Müqaviləsi”nə əsasən 11.210 (on bir min iki yüz on) manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 1.876,50 (bir min səkkiz yüz yetmiş altı, 50) manat cərimə məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ilk iddianın təmin edilməməsi barədə qəbul edilməsini xahiş etmişdir.
22. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2016-cı il 10 oktyabr tarixli, TXM-00034/16 nömrəli “Texniki Xidmət Müqaviləsi”nə əsasən, cavabdehə məxsus olan texnikalara ona məxsus servis mərkəzində xidmət göstərilmiş və bu xidmətlərə görə cavabdeh ayrı-ayrı vaxtlarda ödəni şlər etmişdir. Lakin 2019-cu il 25 aprel tarixli GM11624 nömrəli Təmir aktına əsasən isə 3.845,28 (üç min səkkiz yüz qırx beş, 28) manat dəyərində, 2019-cu il 20 may tarixli, GM11804 nömrəli Təmir aktına əsasən cavabdehə 7.364,72 (yeddi min üç yüz altmış dörd, 72) manat dəyərində (edilmiş 50% endirim də nəzərə alınmaqla) xidmətlər göstərilsə də, adıçəkilən Təmir aktları üzrə cavabdeh təşkilat heç bir ödəniş həyata keçirməmişdir.
23. Qeyd olunan müqavilənin 4.7-ci bəndində ödənişlərin gecikdirildiyi hər günə görə 0,1% cərimə nəzərdə tutulmuşdur. Bununla da, ödənişlərin gecikdirilməsinə görə, cavabdeh 1.876,50 (bir min səkkiz yüz yetmiş altı, 50) manat məbləğində cərimə ödəməlidir. Təhvil verilmiş ehtiyyat hissələrinə və göstərilmiş təmir xidmətlərinə görə 2020ci il 25 avqust tarixədək cavab dehin iddiaçıya əsas borcu 11.210 (on bir min iki yüz on) manat, ödənişin gecikdirilməsinə görə isə cərimə borcu isə 1.876,50 (bir min səkkiz yüz yetmiş altı, 50) manat təşkil edir. Cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə 2020-ci il 25 avqust tarixli, 1426 saylı pretenziya məktubu göndərilsə də, həmin tarixdən bu günə qədər onun tərəfindən heç bir ödəniş olunmamışdır
24. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-in 152.1, 425.1, 427.4, 441.4, 442.1, 445.1, 448.1-ci maddələrinə istinad etmişdir.
25. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 19 oktyabr tarixli, e-2-2(113)1973/2020 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək iddiaçıdan texniki xidmət müqaviləsinə əsasən 3.845,28 man at əsas borc və 384 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmuş, iddia qalan hissədə rədd edilmişdir (hakim Aytən Əliyeva).
26. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca icra etməməsi barədə iddiaçı tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi müqabilində haqqın ödənilməsi nəzərdə tutulduğundan ilkin iddia 2019-cu ilin aprel ayından hazırki müddətədək cavabdeh tərəfindən aparılmış təmir işləri üzrə hesablanmış usta pulu və ehtiyyat hissələrinə çəkilmiş xərclər bu hissədə də təmin edilməməlidir. Cavabdehin mübahisəli buldozeri təmir etmədiyi üçün, iddiaçıya digər müqavilələr üzrə müvafiq texnikadan istifadə etməklə əlavə zərər vurulması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İlk iddia tələbi məhkəmə xərci (dövlət rüsumu və vəkilə ödənilmiş xərclər) və digər cari xərclərə görə 1000 (min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsassız hesab edilmişdir.
27. Tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, nəticədə sonuncuya borcu yaranmışdır. Buna görə də cavabdeh müqavilə üzrə yaranmış, təhvil verilmiş xidmət üzrə ödənilməmiş borcun tutulmasını tələb etməkdə haqlıdır. 2020-ci il 20 may təmir aktı üzrə isə təhvil verilmə həyata keçirilmədiyindən, həmin hissədə cavabdehin tələbi təmin edilməməlidir. Bundan baş qa, iddiaçı müqavilə üzrə edəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi hər günə görə 0,1% cərimə pulu miqdarında ödəməyi üzərinə öhdəlik götürdüyünə görə, cavabdeh müqavilə üzrə ödənilməmiş borca görə, ona cərimə pulu hesablamaqla tutulmasını tələb etməkdə haqlıdır.
28. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-in 385.1, 427.3, 427.4, 430.1, 442, 443.1, 467, Azərbaycan Respublikası MPM-in 77.1, 119.1, 124.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Həmin qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişdirlər.
30. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissədə ləğv edilməsi, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın tam rə dd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
31. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli, 2-2(103)-260/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova).
33. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və göstərmişdir ki, iddiaçı təmir edilməsi üçün icraçıya verdiyi buldozeri ondan təhvil alaraq istehsala buraxdığını və bir neçə gün ərzində istismar etdiyini təsdiq edir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən texnikanı aldığı məqamda texnikada olan nasazlıqlar aradan qaldırılmış vəziyyətdə və istismar üçün yararlı olmuşdur.
34. İcraçı tərəfin mütəxəssis rəyinə görə, buldozerə baxış keçirilərkən dəfələrlə sifarişçi tərəfindən onun istismar qaydalarının pozulduğu müəyyən edilmişdir. Halbuki, buldozerin istismar qaydalarına görə həmin texnika çox güclü və həssas texnikadır və ixtisaslı operator tərəfindən idarə olunmasını tələb olunur. Lakin konkret halda, müqavilənin qeyd olunan şərtlərinə müvafiq qaydada sifarişçi tərəfindən mübahisəli texnikanın istismarına nəzarət həyata keçirildiyi müəyyən olunmur. Ən azından, bununla bağlı onun tərəfindən sübutetmə vasitələri təqdim olunmamışdır.
35. Beləliklə, 2019-cu il 25 aprel tarixli təmir aktı üzrə buldozerin təmiri üçün icraçı tərəfində 3.845,28 manat dəyərində işlərin görüldüyü öz təsdiqini tapır. Belə olan halda isə sifarişçi görülən işlərin haqqını icraçıya ödəməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci və 4.7-ci bəndləri nəzərdə tutur ki, icraçı tərəfindən görülmüş xidmətdən sonra, sifarişçi tərəfindən 5 bank günü müddətində 100% ödəniş təmin edilməlidir. Əks halda hər gecikdirilmiş gün üçün 0.1 faiz dəbbə pulu ödəməlidir. Bu baxımdan, qeyd olunan akt üzrə 3.845,28 manat məbləğində pulun və MM-in 467-ci maddəsi tətbiq olunmaqla, qeyd olunan təmir aktı üzrə ödənilməsi nəzərdə tutulan borcun 10 faizi miqdarında (3.845 manat) dəbbə pulunun sifarişçidən icraçının xeyrinə tutulmalıdır. Ona görə də həmin akt üzrə aparılmış təmir işləri üzrə hesablanmış usta pulu və ehtiyat hissələrinə çəkilmiş xərclərin icraçıya aid edilməsi barədə ilk iddiaçının tələbi əsassız hesab edilmişdir.
36. Qarşılıqlı iddiaçının digər 2020-ci il 20 may tarixli təmir aktına əsasən mübahisəli buldozerin təmirinə çəkdiyi 7.364,72 manat məbləğində xərcin ödənilməsi, ilkin iddiaçının isə həmin xərcin icraçının özünə aid edilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh sözügedən təmir aktı üzrə təmir işlərini gördüyünü iddia etsə də, texnikanı hələ sifarişçiyə təhvil verməmişdir. Bununla bağlı, onun istimara yararlığının bərpa olunmasına dair əsaslandırıcı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh müqavilənin icraçı tərəfidir. Belə olan halda, MM-in 758-ci maddəsinə müvafiq olaraq təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya təmir məqsədilə onun sahibliyində olduğu halda, öz xidmət haqqı tələblərinin təminatı üçün həmin əşyaya (buldozerə) girov hüququndan istifadə etmək hüququna malikdir. İlkin iddiaçı (sifarişçi) həmin texnikanı təhvil aldığı onun qüsurlarını aşkar etdiyi məqamda və yalnız həmin qüsurları mübahisələndirməkdə haqlı ola bilər.
37. Bundan əlavə, MM-in 763.1, 764.1 və 765-ci maddələrinin tələblərinə görə sifarişçi, əgər məmulatın qüsuru vardırsa, əlavə icra tələb edə bilər və icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəm əyi icraçıdan tələb edə bilər və əgər icra üçün əlavə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, müqavilədən imtina edə bilər.
38. Beləliklə də, mübahisəli texnika təhvil alınmadığı və mülki qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələn şərtlər yerinə yetirilmədiyi bir halda, sifarişçi ikinci təmir aktı üzrə çəkilmiş xərclərin cavabdehin üzərinə qoyulmasını, belə olan təqdirdə icarəyə götürdüyü obyektə görə ziyana düşdüyünü mübahisələndirərək qarşı tərəfdən həmin ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz. Ümumiyyətlə, ikinci təmir aktının icrası hər iki tərəfin mülki qanunvericilikdən irəli gələn öhdəliklərini vicdanla yerinə yetirilməsini tələb edir.
39. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 425.2, 753.1, 758, 763.1, 764.1, 765, 770-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 40. 2021-ci il 28 aprel tarixdə apellyasiya məhkəmənin qətnaməsi cavabdehə təqdim olunmuşdur. 41. 2021-ci il 10 iyun tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, 2020ci il 20 may təmir aktı üzrə təhvil verilmə həyata keçirilmədiyindən, həmi n hissədə cavabdehin tələbi təmin edilməməlidir. Halbuki, texnikanın təhvil alınması üçün iddiaçıya dəfələrlə yazılı müraciətlər edilmiş və bunu sübut edən məktublar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə sübutlara qiymət verərkən bu məktublara münasibət bildirməmiş, MM-in 756.1 və 770-ci maddələrinin tələblərini nəzərə almamışdır.
43. Həmçinin, texnikanın işlək vəziyyətdə olmasına dair sübutlar - sınaq aktları, fotoşəkillər texnikanın işlək və saz vəziyyətdə olmasını göstərsə də, bu sübutlara da məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur.
44. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 756.1, 770, Azərbaycan Respublikası MPM-in 88, 218.1, 220.4, 338, 392.1.4, 417.1.4, 418.3-cü maddələrinə i stinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
46. Cavabdehin vəkili S.Süleymanlı və nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər.
47. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilkin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İlkin iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə kollegiyası işə ilkin iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
48. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. İş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən – qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və pros essual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
51. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Ma ddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hiss ə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
752. Podr at müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdi rilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə
756. Sifarişçinin zərərin əvəzini ödəmək vəzifəsi 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir.” “Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Ə gər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.” “Maddə
770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” “Maddə
773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.”
52. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prin sipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən - qarşılıqlı iddianın təmin edilməyən hissəsində gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada hüquqi qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
54. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən cavabdeh tərəfindən mübahisəli texnikanın təmiri üçün 3.845,28 manat dəyərində işlərin görülməsinə dair 2019-cu il 25 aprel tarixli və 7.364,72 manat dəyərində işlərin görülməsinə dair 2020-ci il 20 may tarixli təmir aktları tərtib edilmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının 7.364,72 manat dəyərində işlərin görülməsinə dair 2020-ci il 20 may tarixli təmir aktı üzrə borcun tutulması barədə tələbini əsassız hesab edərək ona əsaslanmışdır ki, qarşılıqlı iddiaçı sözügedən təmir aktı üzrə təmir işlərini gördüyünü iddia etsə də, texnikanı hələ sifarişçiyə təhvil verməmişdir.
56. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, mübahisəli texnikanın təhvil alınması üçün ilkin iddiaçıya dəfələrlə yazılı müraciətlər edilmiş və bunu sübut edən məktublar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə sübutlara qiymət verərkən bu məktublara münasibət bild irməmiş, MM-in 756.1 və 770-ci maddələrinin tələblərini nəzərə almamışdır.
57. Cavabdehin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Lakin həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir.
58. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur (MPM-in 392-ci maddəsi).
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbu l edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (“İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarı)
60. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə d air” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, «….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.”
61. Elektron işin materiallarından aydın olur ki, cavabdeh, mübahisəli texnikanın təhvil verilməyə hazı r olması ilə bağlı ilkin iddiaçıya müraciətlərini apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş, həmin sənədlər 2021-ci il 04 mart tarixində məhkəmə tərəfindən elektron qaydada təhvil alınmasına baxmayaraq, onların sübut kimi qəbul edilib-edilməməsi məsələsi məhkəmə iclasında müzakirə edilməmiş, bununla da MPM-in 10-1.8, 88 və 372-ci maddələrinin tələblərinə əməl edilməmişdir. 62.Bundan əlavə, nəzərə alınmalıdır ki, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etm əyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (MM-in 756, 770-ci maddələri).
63. Məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı qarşılıqlı iddianın təmin olunmayan hissəsinə MM-in 756, 770-ci maddəsinin dispozisiya şərtlərinin olub-olmaması müəyyən edilməklə qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi qismən - qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
64. Şərh edilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli, 2-2(103)-260/2021 saylı qətnaməsi qismən - qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər B.F.Qəribov B.M.Məmmədli