Məhkəmə qərarları › İş №2-2(102)-362/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-362/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-362/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X5 və Dış Ticarət Limited" Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə fəaliyyət dövründə əldə edilmiş qazancdan payın, satılması üçün göndərilmiş malın pulunun və çəkilmiş xərclərin alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı “X5 və Dış Ticarət Limited Şirkəti”nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə fəaliyyət dövründə əldə edilmiş qazancdan pay, satılması üçün göndərilmiş malın pulu və çəkilmiş xərclərin alınması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 mart tarixli 2-2(108)2/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti Babək rayon Vergilər İdarəsi tərəfindən iş üzrə vəkil-nümayəndə Vəkil1 ünvanlanmış: - 2020-ci il 5 noyabr tarixli **********950400 nömrəli məktubdan görünür ki, Sirab kənd sakinləri Cavabdeh2 2006-cı il 8 may tarixində və Cavabdeh1 2006-cı il 14 aprel tarixində ərizələri əsasında Babək rayon Vergilər İdarəsinə müraciət etmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınmış, Cavabdeh2 “Yük avtomobil nəqliyyatlarının fəaliyyəti” ilə məşğul olması üçün ********** saylı və Cavabdeh1 “Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı” üçün ********** saylı fiziki şəxsin şəhadətnaməsi (VÖEN) verilmişdir. - 2020-ci il 12 noyabr tarixli **********996400 nömrəli məktubdan görünür ki, Nümayəndə rəhbərlik etdiyi "xxxx" MMC 2019-cu il 18 noyabr tarixində Babək rayon Vergilər İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmiş, ona “Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı” fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN verilmişdir.

2. Naxçıvan şəhər Avtomobil və ehtiyat hissələrinin satışı mərkəzinin iş üzrə vəkilnümayəndə Vəkil1 göndərdiyi 2021-ci il 2 avqust tarixli 01 nömrəli məktubundan görünür ki, 48 nömrəli mağaza vətəndaş Cavabdeh1 icarəyə verilmiş və hazırda həmin şəxsin icarəsindədir. Cavabdeh1 ilə bağlanmış 2017-ci il 1 noyabr tarixli 59 nömrəli müqavilə əsasında 48 nömrəli mağaza icarəyə verilmişdir. Mağaza icarəyə götürülərkən icarə müqaviləsi üzrə 12.600 AZN məbləğində depozit məbləğ icarəçi tərəfindən ödənmişdir. Anbar üçün icarə müqaviləsi üzrə 8.000 AZN məbləğində depozit məbləğ icarəçi tərəfindən ödənmişdir.

3. İddiaçı tərəfindən təqdim edilmiş, notarial təsdiqli qəbzlərin tərcümə edilmiş surətindən görünür ki, 162 səhifəlik bəyannamə, faktura və e-fakturaların tərcüməsi Serkan Arslan tərəfindən aparılmış və ümumilikdə 4.868 manat Nümayəndə tərəfindən ödənilmişdir.

4. Tərəflər arasında əl yazısı ilə tərtib edilmiş Protokolun tərcüməsinin surətində qeyd olunur ki, 2017-c i il 5 oktyabr tarixində hesablaşma aparıldı, Oba Otomotiv (Nümayəndə) tərəfindən Naxçıvana Şahid1 göndərmiş olduğu akkumulyator və avtomobil şinlərinin dəyərindən bu günə 128.000 dollar alacağı var. Bu alacaqdan 18.000 dollar Şahid1 verib, geriyə qalan 110.000 dollar dəyərində anbarda qalan akkumulyator nisyədəki pullar satıldıqda Etibar və Cavabdeh2 tərəfindən Nümayəndə ödənəcək. Hər ay nə qədər satıldıqca o miqdarda ödəmə aparılacaq. Yeni gələn mallara 7% gəlir qoyulacaq və hesabı 30 gün içində Nümayəndə ödənəcək. Yeni gələn və anbardakı mala və nisyələrə Nümayəndə məsuliyyət daşımayacaq.

5. Cavabdeh1 tərəfindən tərtib edilmiş və imzalanmış 2019-cu il 22 noyabr tarixli əl yazısında qeyd olunur ki: “Mən Cavabdeh1 Elxan oğlu arxadakı listədəki malları Nümayəndə satdım, pulunu aldım, aramı zda heç alacaq verəcək yoxdur”. 6. “X4. Pazarlama və Ticaret LTD.ŞTİ”nin aidiyyəti orqanlara göndərdiyi məktubda distributoru olduqları MUTLU AKU-nun Naxçıvanda satılması üçün 2017-ci il 1 yanvar - 2019-cu il 31 dekabr tarixləri arasında Nümayəndə ilə razılaşdıqları, Nümayəndə onlara sifariş verdiyi, onların isə MUTLU AKU fabrikində Naxçıvan sifarişlərini hazırlatdıqları, malların dəyəri olan pulları Nümayəndə banka köçürdüyü, iki dəfə də 10.000 $ x 2= 20.000 $ (ABŞ dolları) Naxçıvana göndərdikləri MUTLU AKU-nun pulundan onların istəyinə görə Bakıdakı ortaqları Rövşən Tanrıverdiyevə 20.000 $ (ABŞ dolları) MUTLU AKU-nun pulunu Nümayəndə Bakıda əldən verdiyi, bu tarixlər arasında Naxçıvana MUTLU AKU-nun istər Türkiyə üzərindən, istərsə də Bakı üzərindən başqa heç kimlə razılaşmadıqları və he ç kimə satmadıqları, ancaq MUTLU AKU-nu Nümayəndə satdıqları və Nümayəndə adını verdiyi şəxslərin: 1 dəfə Şahid1, 3-4 dəfə isə Cavabdeh1 ixracatını etdikləri, 2017-ci il 1 yanvar və 2019-cu il 1 oktyabr tarixləri arasında Nümayəndə sadəcə MUTLU AKU-nu verdikləri, başqa bir mal vermədikləri, bu zaman arasında Naxçıvana göndərdikləri MUTLU AKU-nun hamısının dəyərini Nümayəndə onlara ödədiyi, onunla aralarında hər hansı bir borcun olmadığı qeyd edilmişdir.

7. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2021ci il 1 aprel tarixli 81-82 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, təqdim olunmuş iş materiallarına əlavə edilmiş alıcı kimi Cavabdeh1 qeyd edilən gömrük bəyənnamələri üzrə 2017ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadə k ümumilikdə 1.741 ədəd avtomobil şininin alınması müəyyən edilmişdir. Həmin avtomobil şinlərinin 1.680 ədədi minik maşını, 61 ədədi yük maşını üçündür. Qeyd edilən gömrük bəyannamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək ümumilikdə 3.878 ədəd akkumulyator alınması müəyyən edilmişdir. Təqdim edilmiş iş materiallarına əlavə edilmiş alıcı kimi Cavabdeh1 qeyd edilən gömrük bəyannamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019cu ilin oktyabr ayının sonunadək minik avtomobilləri üçün şinlərin sənədlər üzrə ümumi dəyəri 169.355,61 manat (447.690 TL) və yük avtomobilləri üçün şinlərin ümumi dəyəri isə 15.082,74 manat (44.910 TL) təşkil edir. Qeyd edilən gömrük bəyannamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək al ınmış akkumulyatorların həmin sənədlər üzrə ümumi dəyəri 296.343,06 manat (174.308,7 ABŞ dolları) təşkil edir. Təqdim edilmiş iş materiallarına əlavə edilmiş alıcı kimi Cavabdeh1 qeyd edilən gömrük bəyənnamələri üzrə 2017ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək alınmış şinlərin hər bəyannamədə qeyd edilən tarixə ümumi orta bazar qiyməti 201.438 manat təşkil edir. Ayrıayrılıqda şinlərin dəyərləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Qeyd edilən gömrük bəyannamələri üzrə 2017-ci ilin oktyabr ayının 5-dən 2019-cu ilin oktyabr ayının sonunadək alınmış akkumulyatorların hər bəyannamədə qeyd edilən tarixə ümumi orta bazar qiyməti 431.840 manat təşkil edir. Ayrı-ayrılıqda akkumulyatorların dəyərləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir.

8. İş materiallarında olan gömrük bəyannamələrinin tərcümə edilmiş surətlərində qeyd olunan akkumulyator və təkərlərin (şinlərin) sayı aşağıdakı kimidir: - 2017-ci il 17 oktyabr HD ******* - alıcı Şahid1 20 qutu, 1.344 ədəd (akkumulyator). - 2017-ci il 26 dekabr GE ******* - alıcı Cavabdeh1 20 qutu 1.338 ədəd (akkumulyator). - 2019-cu il 1 mart HK ******* - alıcı Cavabdeh1 8 qutu 483 ədəd (akkumulyator). - 2019-cu il 6 sentyabr - alıcı Cavabdeh1 714 ədəd (akkumulyator). - 2018-ci il 17 avqust HC ******* - alıcı Şahid2 41 ədəd (müxtəlif ölçülərdə təkər). - 2018-ci il 4 sentyabr HC ******* - alıcı Şahid2 50 ədəd (müxtəlif ölçülərdə təkər). - 2018-ci il 18 sentyabr HC ******* - alıcı Şahid2 24 ədəd (müxtəlif ölçülərdə təkər). - 2018-ci il 30 noyabr HC ******* - alıcı Şahid2 28 ədəd (təkər). - 2018-ci il 3 dekabr HC ******* - alıcı Şahid2 29 ədəd (təkər). - 2018-ci il 4 dekabr HC ******* - alıcı Şahid2 22 ədəd (təkər). - 2018-ci il 6 dekabr GU ******* - alıcı Şahid2 25 ədəd (təkər). - 2018-ci il 12 dekabr GU ******* - alıcı Şahid2 2 ədəd (təkər). - 2018-ci il 21 dekabr HC ******* - alıcı Şahid2 30 ədəd (təkər). - 2019-cu il 19 iyun HL ******* - alıcı Şahid2 24 ədəd (təkər). - 2019-cu il 20 iyun HL ******* - alıcı Şahid2 32 ədəd (təkər). - 2019-cu il 3 iyul HL ******* - alıcı Şahid2 28 ədəd (təkər). - 2019-cu il 8 iyul HL ******* - alıcı Şahid2 28 ədəd (təkər). - 2017-ci il 14 noyabr GB ******* - alıcı Cavabdeh1 365 ədəd (təkər). - 2018-ci il 17 avqust HC ******* - alıcı Cavabdeh1 51 ədəd (müxtəlif ölçülərdə təkər). - 2018-ci il 4 sentyabr GS ******* - alıcı Cavabdeh1 44 ədəd ( müxtəlif ölçülərdə təkər). - 2018-ci il 18 sentyabr HC ******* - alıcı Cavabdeh1 26 ədəd (müxtəlif ölçülərdə təkər). - 2018-ci il 18 oktyabr HC ******* - alıcı Cavabdeh1 38 ədəd (təkər). - 2018-ci il 30 noyabr HC ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). - 2018-ci il 4 dekabr HC ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). - 2018-ci il 5 dekabr HC ******* - alıcı Cavabdeh1 30 ədəd (təkər). - 2018-ci il 6 dekabr GU ******* - alıcı Cavabdeh1 25 ədəd (təkər). - 2018-ci il 10 dekabr GB ******* - alıcı Cavabdeh1 29 ədəd (təkər). - 2018-ci il 11 dekabr GU ******* - alıcı Cavabdeh1 24 ədəd (təkər). - 2018-ci il 12 dekabr GU ******* - alıcı Cavabdeh1 32 ədəd (təkər). - 2018-ci il 20 dekabr GU ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). - 2018-ci il 24 dekabr HC ******* - alıcı Cavabdeh1 44 ədəd (t əkər). - 2019-cu il 30 may HC ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). - 2019-cu il 10 iyun HC ******* - alıcı Cavabdeh1 16 ədəd (təkər). - 2019-cu il 10 iyun HC ******* - alıcı Cavabdeh1 24 ədəd (təkər). - 2019-cu il 12 iyun HL ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). - 2019-cu il 13 iyun HL ******* - alıcı Cavabdeh1 26 ədəd (təkər). - 2019-cu il 20 iyun HL ******* - alıcı Cavabdeh1 17 ədəd (təkər). - 2019-cu il 21 iyun HL ******* - alıcı Cavabdeh1 26 ədəd (təkər). - 2019-cu il 24 iyun HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). - 2019-cu il 25 iyun HL ******* - alıcı Cavabdeh1 32 ədəd (təkər). - 2019-cu il 27 iyun HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). - 2019-cu il 28 iyun HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). - 2019-cu il 1 iyul HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). - 2019-cu il 3 iyul HL ******* - alıcı Cavabdeh1 26 ədəd (təkər). - 2019-cu il 3 iyul HL ******* - alıcı Cavabdeh1 28 ədəd (təkər). - 2019-cu il 4 iyul HL ******* - alıcı Cavabdeh1 33 ədəd (təkər). - 2019-cu il 5 iyul HC ******* - alıcı Cavabdeh1 24 ədəd (təkər). - 2019-cu il 8 iyul HL ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). - 2019-cu il 9 iyul HL ******* - alıcı Cavabdeh1 24 ədəd (təkər). - 2019-cu il 11 iyul HL ******* - alıcı Cavabdeh1 22 ədəd (təkər). - 2019-cu il 17 iyul HL ******* - alıcı Cavabdeh1 18 ədəd (təkər). - 2019-cu il 18 iyul HL ******* - alıcı Cavabdeh1 22 ədəd (təkər). - 2019-cu il 19 iyul HL ******* - alıcı Cavabdeh1 22 ədəd (təkər). - 2019-cu il 22 iyul HL ******* - alıcı Cavabdeh1 22 ədəd (təkər). - 2019-cu il 23 iyul HL ******* - alıcı Cavabdeh1 20 ədəd (t əkər). - 2019-cu il 24 iyul HL ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). - 2019-cu il 6 avqust HL ******* - alıcı Cavabdeh1 20 ədəd (təkər). - 2019-cu il 7 avqust HL ******* - alıcı Cavabdeh1 18 ədəd (təkər). - 2019-cu il 10 sentyabr HL ******* - alıcı Cavabdeh1 2 ədəd (təkər). - 2019-cu il 16 sentyabr................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). - 2019-cu il 18 sentyabr................... - alıcı Cavabdeh1 20 ədəd (təkər). - 2019-cu il 19 sentyabr................... - alıcı Cavabdeh1 25 ədəd (təkər). - 2019-cu il 20 sentyabr................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). - 2019-cu il 23 sentyabr................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). - 2019-cu il 26 sentyabr................... - alıcı Cavabdeh1 23 ədəd (təkər). - 2019-cu il 27 sentyabr................... - alıcı Cavabdeh1 24 ədəd (təkər) - 2019-cu il 30 sentyabr................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). - 2019-cu il 1 oktyabr................... - alıcı Cavabdeh1 24 ədəd (təkər). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 9. “X5 və Dış Ticarət Limitid Şirkəti” (bundan sonra – “iddiaçı”) 2022-ci il 3 mart tarixində elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya məhkəməsinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “Cavabdeh2” və “Cavabdeh1”) birgə fəaliyyətləri zamanı yaranmış və ödənilməmiş 173.667 manat borcun, məhkəməyə təqdim etmək üçün hazırladıqları sənədlərin tərcüməsi və təsdiqi üçün xərclədikləri 4.800 manatın, dövlət rüsumu olaraq ödə dikləri 470,47 manatın və vəkil xidmətləri üçün ödədikləri 1.500 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nümayəndə (bundan sonra - “O.Murat”) iddia ərizəsi ilə 2020-ci il 5 noyabr tarixində Babək Rayon Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsinin toplanmış sənədlərlə birlikdə mülki iş şəklində aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilərək baxıldığını, məhkəmə baxışı zamanı iddiaçı O.Muratın tələbi üzrə subyektiv hüququnun olmadığı müəyyən edildiyindən 2021-ci il 17 dekabr tarixində iddianın rədd edilməsi barədə qətnamə qəbul edildiyini, məhkəmə baxışı zamanı O.Muratın Naxçıvana satılması üçün göndərdiyi malların iddiaçı adından olduğu müəyyən edi ldiyindən iddia ərizəsinin məzmununun və iddia tələbinin eynilə qalması şərtilə subyektiv hüququ olan hüquqi şəxs iddiaçının adından iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, iddiaçının 2010-cu il 27 avqust tarixində O.Murat tərəfindən tək və şəriksiz qurularaq hazırda da aktiv fəaliyyət göstərdiyini, O.Muratın qurduğu şirkətin bütün işlərini istər Türkiyə Respublikasında, istərsə də Azərbaycan Respublikasında təkbaşına həyata keçirdiyini, fəaliyyət sahələrindən birinin İğdır şəhərində nümayəndələri olduğu avtomobil şinlərinin və akkumulyatorlarının alqı-satqısı xidmətinin olduğunu, O.Muratın təxminən 15 il əvvəl Naxçıvan şəhərinə gələrək burada eyni növ fəaliyyətlə məşğul olan Etibarla tanış olduğunu və onunla işləməyə başladığını, tez bir zamanda Naxçıvan şəhərində müasir tipli a vtomobil ehtiyat hissələri bazarı istifadəyə verildiyindən həmin bazarda mağaza alaraq işlərini davam etdirdiklərini, 2017-ci ildə Etibarla yolları ayrıldığından mağazalarında olan mallarını və gəlirlərini böldüklərini, həmin vaxt onun eyni işi tanış olduğu, həm də Etibarla eyni mağazada işləyən Cavabdeh1la və onun atası Cavabdeh2la davam etdirəcəyinə qərar verdiyini, Etibarla ayrılarkən mağazalarında olan malları sayaraq qalıq 187.000 manat (110.000 ABŞ dolları) dəyərində avtomobil şinini və akkumulyatoru, Etibarın alacağı nisyə pulları Cavabdeh1 və onun atası Cavabdeh2 təhvil verdiyini, bunu təsdiq edən protokol tərtib etdiklərini və hər üçünün də imzaladığını, həmin vaxt Etibar mağazadan ayrıldığı üçün onun mağazadakı 11.000 manat dəyərində payını da satın alaraq mağazanı işlətməyə dava m etdiklərini, onun vəzifəsinin Türkiyə Respublikasından avtomobil şinlərini və akkumulyatorlarını topdan alaraq Naxçıvan şəhərinə Coşquna göndərmək və göndərdiyi malları tək sahibi olduğu iddiaçı Şirkət adından gömrük bəyannamələrində sənədləşdirmək olduğunu, Cavabdeh1la atası Cavabdeh2 vəzifəsinin isə həmin malları gətirən maşını Naxçıvan ərazisində qarşılayaraq müvafiq sənədləşmələr apararaq, dövlət rüsumunu ödəyərək qəbul etmək, eyni zamanda, onların həmin malları mağazada topdan və pərakəndə qaydada sataraq əldə edilən pulu geriyə ona göndərmək, onun isə həmin pulları aldıqdan sonra malları aldığı fabriklərə ödəyərək yenidən mal alıb göndərmək olduğunu, bununla yanaşı onun hər həftə gəldiyini, digər işlərini gördüyünü, eyni zamanda, Cavabdeh1la görüşdüyünü, Cavabdeh1la satılan mallarl a əlaqədar hesablaşdıqlarını, satılan malların pullarını Cavabdeh1 və atası Cavabdeh2 ona müxtəlif yollarla, bəzən özü burada olanda ona, bəzən isə İğdıra göndərdiklərini, Naxçıvanda fəaliyyət göstərdikləri üçün vergi və digər orqanlarda qeydiyyatda Cavabdeh1 durduğunu, onlar işləməyə yeni başlayanda hər ayın sonunda cavabdehlərlə hesablaşmaya oturarkən əvvəl anbarda qalan mallarını saydıqlarını, ondan sonra gəlirlərini, çıxarlarını aydınlaşdırdıqlarını, gələn malların, akkumulyatorların və şinlərin mağazada və mağazanın anbarında, çox hissəsinin isə Babək rayon Sirab kəndində Cavabdeh2 evində saxlanıldığını, bir neçə aydan sonra Cavabdeh2 ona “bir-birimizə etibarımız yoxdur ki hər ay əziyyətlə malları sayırıq” dediyini, ona inanaraq daha ayın axırında qalıq malları saymadıqlarını, birgə i şlədikləri müddətdə Naxçıvanda gətirilib satılması üçün PETLAS avtomobil şinləri fabrikindən 8 dəfə cəmi dəyəri 143.665 manat (84.328 ABŞ dolları) dəyərində aşağıdakı qaydada müxtəlif ölçülərdə avtomobil şinləri alaraq Naxçıvana Cavabdeh2 və Cavabdeh1 göndərdiyini, Şinlərin alınma tarixi xx.xx.2017 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2019 xx.xx.2019 Sayı ədəd Dəyəri Dollar AZN 373 236 37 408 20 450 340 17516 11456 1830 16658 806 16889 10086 29777 19785 3111 28318 1370 28711 17146 O.Murat yol xərci 721 510 497 386 Çəkiləcək xərclər tərəfindən Coşqun rüsum 1225 3574 2143 324 867 3697 176 849 4057 656 2851 tərəfindən Cəmi dəyəri Dollar AZN 6075 3643 555 6284 299 6896 4846 21811 13599 2154 20865 982 21443 13323 37077 23428 3666 35469 1669 36456 22648 xx.xx.2019 Cəm i: 249 2113 9087 84328 15447 143665 1249 3363 2123 5720 2427 19249 4125 32723 12763 106940 21695 182108 yuxarıda göstərdiyi avtomobil şinlərinin göstərilən zamanlarda və miqdarda onun İğdırdakı anbarına daxil olduğunu, müxtəlif zamanlarda həmin şinlərin hamısını daxil olan kimi bəzən bütöv, bəzən də hissə-hissə Naxçıvana Cavabdeh1 və Cavabdeh2 ünvanına göndərdiyini, onların isə Sədərək Gömrük İdarəsində qarşıladıqlarını, cədvəldən göründüyü kimi, X2 gəliş nəqliyyat xərcini onun, Sədərək Gömrük İdarəsində qəbul edərkən isə gömrük rüsumlarını cavabdehlərin ödədiklərini, avtomobil şinlərinin Türkiyədə fabrikdən gəlməsi və onun həmin şinlərin dəyərini ödəməsi, aldığı şinlərin gömrükdən yola salınması və Cavabdeh1 şinləri qəbul etməsi barədə sənədləri, yəni bunları təsdiq edəcək sübut ları məhkəməyə təqdim etdiyini, eyni zamanda, birgə işlədikləri müddətdə Naxçıvanda gətirilib satılması üçün AKU avtomobil akkumulyatoru fabrikindən 4 dəfə cəmi dəyəri 358.564 manat (210.911 ABŞ dolları) dəyərində (bura akkumulyatorların dəyəri, yol xərci və gömrük rüsumları daxildir) aşağıdakı qaydada müxtəlif ölçülərdə avtomobil akkumulyatoru aldığını, AKU-nun alınma tarixi Sayı ədəd Dəyəri Dollar AZN xx.xx.2017 xx.xx.2017 xx.xx.2019 xx.xx.2018 Cəmi: 1344 1338 714 485 3881 65000 65000 18823 25000 173823 110500 110500 32000 42500 295500 Çəkiləcək xərclər Nümayəndə Coşqun tərəfindən yol xərci rüsum 1700 2890 11157 2000 3400 11164 900 1530 5410 570 969 4197 5170 8789 31918 tərəfindən 18966 18978 9197 7134 54275 Cəmi dəyəri Dollar AZN 77857 78164 25133 29767 210911 132356 132878 4 2727 50603 358564 yuxarıda göstərilən avtomobil akkumulyatorlarının fabrikdən alınandan sonra birbaşa Naxçıvana Cavabdeh1 ünvanına və adına göndərildiyini, Cavabdeh1 və atası Cavabdeh2 isə Sədərək Gömrük İdarəsində qarşılayaraq gömrük sənədləşməsini aparıb rüsumu ödəyərək mağazaya gətirdiklərini, müxtəlif zamanlarda, yəni işlədikləri müddət ərzində birgə qazanc əldə etmək üçün cavabdehlərə satılması üçün cəmi 540.672 manat (317.851 ABŞ dolları) dəyərində avtomobil şinləri və akkumulyatorları göndərdiyini (bu məbləğə şin və akkumulyatorların gətirilməsi üçün yol və gömrük rüsumu xərcləri də daxildir), onların isə qəbul etdiklərini, razılaşmalarına əsasən göndərilən mallar satılarkən qazanc olaraq dəyərinin üzərinə 25 faiz qoyulmalı olduğunu, baxmayaraq ki, mallarını pərakəndə satarkən üzər inə daha çox faiz qoyaraq satdıqlarını, bu minvalla mağazanı Etibardan təhvil alarkən və onun göndərdiyi malların cəmi olaraq 727.672 manat (427.851 ABŞ dolları) dəyərində satılıb qazanc götürülməsi üçün mal verdiyini, həmin malların onlar ayrıldıqları zaman 119.000 manat (70.000 ABŞ dolları) dəyərində olanının satılmamış qalıq kimi qaldığını, buradan onlar ayrıldıqları günə kimi cavabdehlərin 608.000 manatlıq (357.851 ABŞ dolları) dəyərində mal sataraq 152.000 manat (89.411 ABŞ dolları) qazanc əldə etdiklərinin göründüyünü, həmin qazancdan işlədikləri müddət ərzində aybaay toplamaqla cəmi 25.211 manat (14.830 ABŞ dolları) mağazanın sair xərclərinə getdiyini, 87.000 manat (51.167 ABŞ dolları) isə Cavabdeh1 ayrı-ayrı vaxtlarda gömrük rüsumu ödədiyini, onların 39.789 manat (23.405 ABŞ dollar ı) xalis gəlirləri olduğunu, Cavabdeh1 və Cavabdeh2la ayrıldıqdan sonra mağazada qalmış 119.000 manat (70.000 ABŞ dolları) dəyərindəki maldan 59.500 manat (35.000 ABŞ dolları) dəyərində malı Cavabdeh1 naturada ona qaytardığını, işlədikləri təxminən 2 il müddətində cavabdehlərin ona 608.000 manat (357.851 ABŞ dolları) (qalıq 119.000 manat, 70.000 ABŞ dolları çıxılır) göndərdiyi malın pulunu, əldə etdikləri qazancın yarısı olaraq 19.894 manatı (11.702 ABŞ dolları) və mağazada qalmış malın yarısı olaraq 59.500 manatı (35.000 ABŞ dolları) cəmi 643.894 manat (378.761 ABŞ dolları) verməli olduğu halda göstərilən müddət ərzində ona 481.227 manat (283.075 ABŞ dolları) verdiyini, göründüyü kimi, cavabdehlərin birgə fəaliyyətlərindən ona 162.667 manat (95.686 ABŞ dolları), Etibardan mağazanı alaraq ödədiyi 11.000 manat (6.470 ABŞ dolları), toplamında 173.667 manat (102.157 ABŞ dolları) borcunun qaldığını, cavabdehlərlə aralarında yaranan borc mübahisəsinin məhkəmədənkənar mediasiya qaydasında həll edilməsi üçün müvafiq qaydada mediatora da müraciət etdiklərini, cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etmədiklərini, ona görə də, məhkəməyə müraciət etdiklərini, cavabdehlərdən birgə fəaliyyətləri zamanı yaranmış 173.667 manat, məhkəməyə təqdim etmək üçün hazırladıqları sənədlərin tərcüməsi və təsdiqi üçün xərclədikləri 4.800 manat, dövlət rüsumu olaraq ödədikləri 500 manat, vəkil üçün ödəniş etdikləri 1.500 manat pulun alınıb onlara verilməsini xahiş etdiklərini bildirmişdir.

11. Sonradan iddiaçının vəkili və nümayəndəsi 2022-ci il 5 mart tarixində iddia tələbinin dəqiqləşd irilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər birgə fəaliyyətləri zamanı yaranmış və ödənilməmiş 173.667 manat borcun müştərək qaydada onlardan alınaraq iddiaçıya qaytarılmasını, eyni zamanda, məhkəməyə təqdim etmək üçün hazırladıqları sənədlərin tərcüməsi və təsdiqi üçün xərclədikləri 4.800 manatın, dövlət rüsumu olaraq ödədikləri 470,47 manatın, vəkil üçün ödəniş etdikləri 1.500 manat pulun müştərək qaydada cavabdehlərdən alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şahid1 məhkəmə baxışı iclasında verdiyi ifadəsində 2017-ci ildə Muratla cavabdehlərin haqq-hesablarının başladığını, onun çıxıb getdiyini, 2017-ci ilin oktyabr ayının 6-da iki min neçə yüz manatla kassanı Cavabdeh2 təhvil verdiyini, sonra O.Muratın onu işçi kimi mağazada saxladığını, o müddətdə də, malların onun adına göndərildiyini, onun da o malları çıxarıb gömrükdə Cavabdeh2 təhvil verdiyini, malların hamısının akkumulyator olduğunu, sayını dəqiq bilmədiyini, 60.000-62.000 dollar dəyərində akkumulyator olduğunu, akkumulyatorun onun adına Naxçıvan Şəhər Gömrük İdarəsinə gəldiyini, oradan ona malların gəldiyini, rüsumun on səkkiz min neçə yüz manat olduğunu dediklərini, onun da Cavabdeh2 dediyini, Cavabdeh2 maşından pulu götürdüyünü və gömrüyə verdiyini, sonra malın sayıldığını, onun da çıxıb getdiyini, Cavabdeh2 malı evinə apardığını, mağazanın onun adına olduğunu, Nümayəndə tanıdığını, birlikdə alver etdiklərini, Cavabdeh1 da tanıdığını, amma onunla alver etmədiyini, Cavabdeh2 ilə alver etdiklərini, Cavabdeh1 onun yanında işçi işlədiyini, ona əmək haqqı vermədiyini, Cavabdeh1 öz mallarını satdığını, anbarın onun adına olduğunu, 128.000 min anbarda olan malın dəyəri olduğunu, onun 110.000-in yerində olduğunu, amma 18.000 olmadığını, son haqqhesablarından sonra onun 1 ay mağazada qaldığını, aylıq dövriyyələrinin çox olduğunu, günə neçə ədəd təkər satıldığını dəqiq deyə bilməyəcəyini, Nümayəndə onunla hesab-kitab etdiyini, Cavabdeh2la etmədiyini, onun Cavabdeh2la hesab-kitab etdiyini, ildə bir dəfə qalıq mallarının nə qədər qaldığını bilmək üçün hesab-kitabı bağladıqlarını, pərakəndə mal satdıqlarını, amma topdançı müştərilərinin də olduğunu, Cavabdeh1 O.Muratdan nə aldığını bilmədiyini, anbarı saydıqlarını, kəsir olduğunu, onu da onun üstünə atdıqlarını, 2017-ci ilin oktyabr ayının 6-dan, noyabr ayının 6-na kimi alver olduğunu, onun heç nə yə qarışmadığını, O.Muratla cavabdehlərin necə hesablaşdığını bilmədiyini, Cavabdeh2 20%-lə işləməyi qəbul etdiyini, birgə işlədikləri dövrdəki olan faizin nə qədər olduğunu bilmədiyini, başqa vaxt O.Muratla cavabdehlərin hansı faizlə razılığa gəldiklərini bilmədiyini, Cavabdeh2la ayrılanda aralarında 140.000 min pul olduğunu, həmin pulun 70.000 mini Cavabdeh2, 70.000 də onun olduğunu, 70.000 mini onun mağazanın malını ona təhvil verdiyini, 40.000 də borc yarandığını, guya onun Cavabdeh2 borcunun olduğunu, borca “hə” dediyini, onu da O.Muratın üstünə götürdüyünü, O.Muratın 2014cü ilin axırı, 2015-ci ilin əvvəli ona Şirkətin sənədlərini göstərdiyini, bu şirkətlə işləyəcəklərini dediyini, O.Muratın malı göndərdiyini, sənədlərin də surətinin gəldiyini, ona çek verdiklərini, pulunu ödəyib malı götürdüyünü, o sənədin surətinin gömrükdə, əslinin də O.Muratda qaldığını, malın heç kimə aktla verilmədiyini, 61.000-lik malın Cavabdeh2 verildiyini, malın gömrüyə gəldiyini, gömrükdə sayıb, təhvil alıb getdiyini, orada heç bir sənədə qol çəkilmədiyini, mal gələndə on səkkiz min neçə yüz manat rüsum ödənəndə qəbzə qol çəkdiyini, qaiməyə qol çəkilmədiyini bildirdi.

13. Şahid2 məhkəmə baxışı iclasında verdiyi izahatda O.Muratın tanınmış adam olduğunu, “təkərləri sənin adına vuracağam, rüsumları da özüm ödəyəcəyəm” dediyini, özünün də razı olduğunu, Muratın təkərləri onların anbarına göndərdiyini, O.Muratın ona “Cavabdeh1 gəlib təkərləri götürəcək” dediyini, Cavabdeh1 gəlib təkərləri götürdüyünü, Cavabdeh1 üzdən tanımadığını, onun adına gələn təkərləri götürmədiyini, malların yanacaqdoldurm a məntəqəsinin qarşısında qazelə yığıldığını, “bu mallar şəhərə gedəcək” deyildiyini, O.Muratın malı göndərdikdən bir, iki gün sonra maşın göndərib malı apardığını, gələn malların sayını bilmədiyini, O.Muratdan öz maşını üçün, bir dəfə də xalasıoğlunun traktoru üçün təkər istədiyini, O.Muratdan yük maşını üçün təqribi 20 ədəd təkər aldığını, bir dəfə də traktor üçün 4 ədəd təkər istədiyini, anbara giriş-çıxış qeydiyyatının aparılmadığını, O.Muratın “səninlə birlikdə dükan açaq” təklifini qəbul etmədiyini, O.Muratın ona zəng edib “Cavabdeh1 qazel göndərib malı götürəcək” dediyini, lakin Cavabdeh1 görmədiyini, malın Naxçıvan tərəfə keçə bilməsi üçün malın onun adına vurulduğunu, ən çox nə qədər mal gəldiyini bilmədiyini, bir qazel mal gəldiyi olduğunu, elə vaxt olub ki, kamyonun O.Murata p ul ödədiyini, yanacaq Türkiyədə yaxşı pula gedəndə, kamyonlar yük tapa bilməyəndə, O.Muratın kamyonlardan pul alıb mal verdiyini, O.Muratın bunların anbarına 10 min dəyərində mal boşaltmış ola biləcəyini, yerlərinə akkumulyator da gətirildiyini, akkumulyatorun paletdə, yaxud açıq gətirilməsini xatırlamadığını bildirdi.

14. Şahid Cabbarov X1 Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-49/2021 saylı işi üzrə 2021-ci il 16 noyabr tarixli məhkəmə baxışı iclasındakı ifadəsində əvvəlcə Şahid1ı tanıdığını, sonra Cavabdeh2la tanış olduqlarını, malı Etibardan götürərək aparıb satdıqlarını, ikinci dəfə mal götürəndə köhnə hesabı verib təzə mal götürdüklərini, əmioğlusunun nənəsinin yasına görə Bakıdan gəlmiş olduğunu, onunla 2017-ci ilin oktyabr ayının ortalarında axşamçağı saat 5 və ya 6-d a Etibarın yanına Naxçıvana akkumulyatoru götürməyə getdiklərini, köhnə hesabı verdiyini, Etibarın təzə malın fakturasını yazdığını və “Burada mal yoxdur. Cavabdeh2 Sirab kəndindədir. Gedirsən Siraba, malımız gəlib oradadır, malı boşaldırlar” dediyini, malı Etibarın istəmiş olduğunu, faktura veriləndə fakturada dəqiq tarixin yazıldığını, Etibarın ona mal yox, faktura verdiyini, Etibarın ona “Fakturanı Cavabdeh2 verərsən malı götürərsən” dediyini, Etibarın yazdığı fakturanı cavabdehlərə verdiyini, 2017-ci ilin oktyabr ayının 12-də nənəsinin rəhmətə getdiyini, 12 oktyabrdan təxminən 10-15 gün sonra malı götürdüyünü, təxminən 3.150 manatlıq mal götürdüyünü, malı götürəndə kamazın dayanmış olduğunu, Cavabdeh2 ilə sürücünün orada olduğunu, Cavabdeh1 da malı boşaltmaq üçün avtokar gətirməyə getd iyini, malın Cavabdeh2 həyətinə boşaldıldığını, oradan malı Nivaya yığdıqlarını, akkumulyator və 8 dənə təkər götürdüyünü, Cavabdeh2 da “Malın siftəsini sən aparırsan” dediyini, 150 manat malın siftəsinə verdiyini, saat 9 və ya 10-un yarısı malı alıb oradan Ordubada getdiyini, oradan çıxanda Etibara zəng vurub “Malı götürdüm, siftəsinə də 150 manat pul verdim, bizim hesabdan 150 manat silərsən” dediyini, 150 manatı sonra ondan heç kimin istəmədiyini, malı Cavabdeh1gildən götürüb getdikdən 20-25 gün sonra təxminən noyabrın 15-20-si arası olardı ki, Etibarın zəng vurub “Gəlib hesabı sıfırlayarsınız, bundan sonra Cavabdeh2 ilə işləyəcəksiniz, mən işləməyəcəyəm” dediyini, pulu aparıb Etibara verdiklərini, noyabr ayında Etibarın dükanda işləməkdə olduğunu, 2017-ci ilin 11-ci ayına qədər Etibarl a işlədiyini, mal lazım olanda Etibara akkumulyator və yaxud təkər lazımdır dediyini, mal az olanda dükandan, çox olanda həyətdən götürdüyünü, hamısının da hesabını Etibarla gördüyünü, sonra Cavabdeh2la təxminən bir il işlədiklərini, O.Muraddan mal aldıqlarını, malı yenə həmin qaydada götürdüyünü, malı aparıb satıb, gətirib pulunu verib, təkrar mal götürdüyünü, bütün nə qədər mal gəlirdisə, hamısının dəftərə yazıldığını, bu son aldığı malın nənəsinin yasına görə yadında qalmış olduğunu, yoxsa cavabdehlərdən akkumulyator da almış olduğunu, elə olub 150-200 təkər də aldığını, özünün sadəcə işçi olduğunu, Cavabdeh2la digərlərinin aralarında nə problem olduğunu bilmədiyini, işlərinə qarışmadığını, həmişə köhnə borcu verib, təzə malı götürüb getdiyini bildirmişdir.

15. Cavabdeh2 vəkili və nümay əndəsi 2022-ci il 30 sentyabr tarixində məhkəməyə elektron qaydada idddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xarici hüquqi şəxsin iddiasını “guya tərəflər arasında mal alış-satışı ilə bağlı razılaşmadan sonra borclu cavabdeh tərəfin öz öhdəliyini yerinə yetirmədiyini və hüquqi şəxsə 173.667 manat borcu yarandığını, bundan əlavə, məhkəməyə təqdim etmək üçün hazırladıqları sənədlərin tərcüməsi və təsdiqi üçün xərclədikləri 4.800 manat, dövlət rüsumu olaraq ödədikləri 470,47 manat, vəkil üçün ödənilmiş 1.500 manat pulun iddiaçıya qaytarılmalı olduğunu” əsaslandırdığını işdə O.Murat tərəfindən türk dilində tərtib edilmiş və öz imzası ilə imzalanan 2017-ci il 5 oktyabr tarixli “TUTANAK” adlandırlılan sənəd olduğunu, bu sənəd yeganə yazılı razılaşmadır ki, həmin razılaşma əsasında da işin görüldüyünü, hazırlanması və tərtib olunması zamanı həmin sənədin Cavabdeh2 və Şahid1 tərəfindən imzalandığını, Cavabdeh1 sadəcə şahid qismində imza atdığını, qeyd olunan həmin sənədə əsasən “O.X3 Şahid1 göndərdiyi akumulyator və təkərlərin dəyəri olan 128.000 ABŞ dolları alacağının olduğunu, bu məbləğdən 18.000 ABŞ dollarının Şahid1 nəğd aldığını, qalan 110.000 ABŞ dolları dəyərində ehtiyat hissələrinin isə anbarda qalıq olaraq qaldığını və bundan əlavə nisyə satılmış malların dəyərinin də bu məbləğə daxil olduğunu, həmin məbləğin Etibarla Cavabdeh2 tərəfindən mallar satıldıqca, nisyələr yığıldıqca O.Murata qaytarılacağını, ödəmənin hər ay mallar satıldıqca və pullar yığıldıqca ödənməli olduğunu, hər ay göndərilmiş malların pulun un ödənəcəyini və yeni mallara 7 faizlik gəlir ödənişinin müəyyən olunacağını”, bu tutanakdan (razılaşmadan) və təqdim olunmuş digər sənədlərdən iddiaçı hüquqi şəxsin cavabdehlərlə 2017-ci ilin oktyabr ayında əlaqədə olmağa başladıqlarının müəyyən olduğunu və 128.000 ABŞ dolları alacağının olduğunu, bu məbləğdən 18.000 ABŞ dollarının Şahid1 nəğd aldığını, qalan 110.000 ABŞ dolları dəyərində ehtiyat hissələrinin isə anbarda qalıq olaraq qaldığını, bundan əlavə, nisyə satılmış malların dəyərinin də bu məbləğə daxil olduğunu bəyan etdiyini, həmin məbləğin Etibarla Cavabdeh2 tərəfindən mallar satıldıqca, nisyələr yığıldıqca O.Murata qaytarılacağını, ödəmənin hər ay mallar satıldıqca və pullar yığıldıqca ödəniləcəyinin qətiləşdirildiyini, bu gün iddiaçı tərəfin həmin razılaşma üzrə öhdəliyin ye rinə yetirilmədiyini iddia etdiyini, mövcud mübahisəli işdə iddiaçının qeyd olunan əsaslar üzrə iddia müddətini əldən verdiyini, belə ki, 2017-ci ilin oktyabrından başlanan razılaşmanın yerinə yetirilməsi, yəni anbarda qalan malın və nisyələrin yığılaraq ödənməsi prosesi uğurla davam etməmişdisə, cavabdehlər verdikləri sözü vaxtında və dəqiq tutmayaraq öhdəliyə əməl etməmişdilərsə, borc yaranmışdısa, tələb etmək hüququnun da o vaxtdan yarandığını, iddiaçının nümayəndəsi O.Murat iddiasında və məhkəmədəki izahatlarında həmin “tutanak” üzrə pulun ödənmədiyini, sonradan göndərilməsi iddia olunan malların təhvil verilməsinə dair sübut təqdim edə bilmədiyini aşkar ortaya qoyduğunu, tərəflərindən təqdim olunmuş iki vərəqlik sənəddəki qeydlərin onun tərəfindən icra olunduğunu nəzərə alsaq orada da son tarixin dekabr 2017-ci il olması qeyd olunduğundan tələb üzrə iddia müddətinin keçdiyini, ona görə də hazırki iş üzrə iddia müddətinin tətbiq olunmasının və iddiadan imtina olunmasının məhkəmənin vəzifəsi olaraq ortada olduğunu bildirib, iddiaçı cavabdehlərə qarşı “birgə fəaliyyət dövründə əldə edilmiş qazancdan pay, satılması üçün göndərilmiş malın pulu və çəkilmiş xərclərin alınması” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina olunması və tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh1 vəkili və nümayəndəsi 2022-ci il 29 sentyabr tarixində məhkəməyə elektron qaydada yazılı məhkəmə çıxışı ünvanlamış, çıxışını məhkəmə iclaslarında verdiyi izaahatların məzmununa uyğun əsaslandıraraq, iddianın rədd olunması haq qında qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2022-ci il 11 oktyabr tarixli e-2-2(123)-36/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 63.425 ABŞ dolları məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən sənədlərin tərcüməsi və təsdiqi üçün ödənilmiş məhkəmə xərclərinin cəminə uyğun olaraq, ümumilikdə 3.267,60 manatın cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi və məhkəmə xərclərinin qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – E.Hüseynov).

18. Birinci instansiya məhk əməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 vəkili və nümayəndəsinin müddətin tətbiqi ilə bağlı ərizəsində istinad etdiyi müddətin bitdiyi tarix göstərilməyən Protokol (tutanak) üzrə iddia müddətinin axımı həmin protokolun imzalandığı andan deyil, tərəfin iddia etdiyi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2017-2019cu illər ərzində öz aralarında malların alğı-satqısını həyata keçirmiş, 2019-cu ilin oktyabr ayında fəaliyyətlərini dayandırmış və öz aralarında hesablamalar aparmışlar. Bundan sonra iddiaçı tərəf həmin hesablamaların yanlış olduğu qənaətinə gələrək, məhkəməyə müraciət etmişdir. Bunula da iddia tələbində qeyd edilən məbləğdə pulun qaytarılmasını tələb etmək lə, həmin vaxtdan hüququnun pozulduğunu bilmiş, əvvəlcə 2020-ci il 6 noyabr tarixli iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə, sonradan 2022-ci ilin mart ayında Naxçıvan MR Kommersiya Məhkəməsinə təkrar iddia verərək nəticədə iddia müddətini ötürməmişdir. Ona görə də cavabdeh tərəfin tətbiq edilməsi üçün verdiyi iddia müddətinin keçməsi barədə ərizəsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas ola bilməz.

19. İddia tələblərinin qanuni əsası kimi MM-in 21.1, 1091.1, 1091.2-ci maddələri əsas götürülməlidir. Hazırkı işdə bu əsaslar müəyyən edilməklə, cavabdeh tərəfdən qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcuddur.

20. MM-in 1091.1-ci maddəsi ilə 1092.1 və 1092.2-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, 1091.1-ci maddədə göstərilən “ba şqa şəxsin hesabına əmlak əldə etsin” ifadəsi hərfi məna daşımır və varlanmış şəxsin əldə etdiyi əmlak bilavasitə mərhum olana məxsus olmuş əmlak olmalıdır. Hazırkı işin halları isə ondan ibarətdir ki, həmin malların əldə edilməsi üçün sərf olunan pul vəsaiti bilavasitə iddiaçıya məxsus olmuşdur. Buna görə də iddiaçı hazırkı işdə həmin pul vəsaiti və onun hesabına əldə olunan qazancdan pay alınması tələbini irəli sürməkdə haqlı olmuşdur.

21. Lazımi qaydada tərtib olunaraq göndərilmiş faktura mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşılmalı, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar adət, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə məcmu halında qiymətləndirilməlidir.

22. Məhkəmə iddiaçı tərəfin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin sübutlar mötəbər sübut kimi qəbul edilməlidir.

23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında qeyri-rəsmi, hesablaşma qaydası və forması müəyyənləşdirilmədən iddiaçı tərəfindən satılması üçün cavabdeh tərəfə avtomobil şinləri, akkumulyatorları və s. avtomobil ehtiyat hissələrinin göndərilməsi və cavabdeh tərəfin də həmin alınan mallar üçün müəyyən edilmiş pul m əbləğinin iddiaçı tərəfə ödənilməsinə dair qarşılıqlı öhdəlik münasibətləri mövcud olmuşdur.

24. İddiaçı tərəf cavabdeh tərəfə satılması üçün mal verməsini və həmin mallar üçün müəyyən edilmiş pul məbləğinin almamasını qismən sübuta yetirmişdir. Ona görə iddiaçı tərəf sübutetmə vəzifəsindən azad olunmuş və növbəti sübutetmə mərhələsi cavabdeh tərəfə keçmişdir. Verilən malın pulunun hamısının iddiaçıya qaytarılması halını cavabdeh tərəfin sübut etməli olduğu halda cavabdeh tərəf qalan məbləğin qaytarılmasını sübuta yetirə bilməmişdir.

25. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından Şahid1 və Şahid3 məhkəməyə verdiyi ifadələrindən müəyyən olunur ki, 60.903 ABŞ dolları məbləğdə mallar Cavabdeh2 tərəfindən qəbul edilmiş, həmin mallar Sirab kəndində yerləşən Cavabdeh2 məxsus anbara boşaldılmışdır. Bununla da Şahid1 adına tərtib edilmiş 2017-ci il 17 oktyabr tarixli faktura üzrə cavabdehin iddiaçıdan 60.903 ABŞ dolları məbləğdə mal alması işin faktiki halları və şahid ifadələrilə təsdiqini tapmışdır. Lakin cavbdeh tərəf həmin malların pulunun iddiaçı tərəfə ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

26. İşin faktiki halları ilə əlaqədar olaraq da iddia tələbi yalnız həmin hissədə öhdəliyin mövcudluğu baxımından öz təsdiqini tapmışdır.

27. Məhkəmə icraatı zamanı - tərəflər arasında barışıq sazişinin bağlanılacağı təqdirdə ilkin olaraq 10.000 manat və sonrakı üç il ərzində əlavə 50.000 manat pulun iddiaçı tərəfindən yeni göndəriləcək malların satılmasından götürüləcək mənfəətin hesabına cavabdehlər tərəfindən iddiaçı tərəfə ödənilməsi barədə barışığa dair müzakirələr aparılmış, lakin iddiaçı tərəfin razılığa gəlməməsi səbəbindən barışıq mümkün olmamışdır.

28. Bu halın isə alınmış mallar üzrə cavabdehlər tərəfindən müəyyən məbləğin hələ də ödənilməmiş qalması ehtimalını daha da gücləndirməsi gözardı edilə bilməz.

29. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız Şahid1 adına tərtib edilmiş 2017-ci il 17 oktyabr tarixli faktura üzrə 60.903 ABŞ dolları həcmində alınmış akkumulyatorlara dair hissədə sübuta yetirə bilmişdir.

30. Bunula belə həmin mallara görə Cavabdeh2 tərəfindən ödənilmiş rüsum məbləği həmin məbləğdən çıxılmalıdır. Belə ki, iddiaçı həmin halı iddia ərizəsində qeyd etməklə, məhkəməyə verdiyi izahatında bildirmiş və Şahid1 məhkəm əyə verdiyi ifadəsində həmin məbləğin Cavabdeh2 tərəfindən odənilməsini təsdiq etmişdir.

31. İddiaçı tərəf həmin malların daşınması ilə bağlı nəqliyyat xərclərinin ödənilməsi barədə hər-hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

32. Hazırkı iddianın obyekti iddiaçının əldə etməyə çalışdığı müəyyən pul məbləğidir. İddianın predmetini isə iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququnun (tələb etmək hüququnun) olması təşkil edir. Ona görə də məhkəmə iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim etdiyi Babək Rayon Məhkəməsi tərəfindən təyin edilən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilən “Məhkəmə əmtəəşünaslıq ekspertizası” rəyinin tədqiq edilərək qiymətləndirilməsinə lüzum görmür.

33. Ş ərh olunanlara və işin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispoztiv tələbləri iddianın qismən təmin edilməsini şərtləndirir.

34. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının cavabdehlərə qarşı birgə fəaliyyət dövründə əldə edilmiş qazancdan pay, satılması üçün göndərilmiş malın pulu və çəkilmiş xərclərin alınması tələbi barədə iddiası qismən təmin edilməli, iddiaçı tərəfin həmin mallara görə ödədiyi 60.903 ABŞ dolları (Azərbaycan manatının ABŞ dollarına qarşı 1 ABŞ dolları = 1,70 AZN nisbətində hesablanmaqla) faktura dəyəri və tərəflər arasında imzalanmış birgə fəaliyyəti tənzimləyən protokolda malların üzərinə qoyulub satılması üçün razılaşdırılmış 7% ümumi mənfəətin iddiaçı tərəfə məxsus olan 50% hissəsi də həmin məbləğin üzərinə gəlinməklə və cavabdeh tərəfin ödədiyi 18.966 manat rüsum məbləği çıxılaraq, cavabdehlərdən müştərək qaydada 63.425 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməlidir. - Malların faktura dəyəri 60.903 ABŞ dolları (103.535,10 manat). - Mallara görə cavabdeh tərəfindən ödənilmiş gömrük rüsumu 18.966 manat. - Malların ümumi maliyyəti (60.903×1,7)+18.966=122.501,10 manat. - Razılaşmaya əsasən malların maliyyətinin üzərinə 7% mənfəət əlavə edilir 122.501,10×7%=8.575 manat - Əldə olunmuş mənfəət tərəflər arasında 50% miqdarında (8.575:2=4.287,50) bölünməlidir. - Malların satışından daxil olmuş ümumi vəsaitin cəmi 131.076,10 (1 22.501,10+8.575) manat. - Cavabdeh tərəfdən ödənilmiş 18.966 manat gömrük rüsumu ümumi satış məbləğindən çıxılır. - Cavabdehə düşən mənfəətin 50%-i olan 4.287,50 manat ümumi satış məbləğindən çıxılır. - İddiaçı tərəfə ödənilməli məbləğ 107.822,60 manat (63.425 ABŞ dolları) müəyyənləşdirilir.

35. Bundan başqa iddiaçının nümayəndəsi O.Murat iddia ərizəsinə uyğun olaraq məhkəməyə verdiyi izahatında gömrük bəyənamələri və fakturalara apostil aldıqlarını bildirmiş, həmin sənədlərin tərcüməsi və təsdiqi üçün 4.800 manat xərclədiyini bildirərək həmin məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.

36. İddia tələbinin vəkil üçün ödənilən 1.500 manat məbləğdə pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, iddiaçı tərəfin bu halı təsdiq edən, yəni “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə” üzrə verilməli olan məbləğin nağd qaydada ödənilməsini təsdiq edən qəbz və ya həmin məbləğin nağdsız hesablaşma yolu ilə bank hesabına ödənilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

37. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməli, iddiaçı tərəfindən sənədlərin tərcüməsi və təsdiqi üçün ödənilmiş 4.800 manat, dövlət rüsumu və mediasiya sessiyası üçün ödənilmiş 470.47 manat məbləğində məhkəmə xərclərinin cəminə uyğun olaraq ümumilikdə 3.267,60 manat tələblərin məbləğinə mütənasib olaraq cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır.

38. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 125-c i maddəsinin Vİİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə, MM-in 5.3, 14.1, 21.1, 367.1, 372.2, 377.1, 380.1, 385.1, 442, 551.2.3, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2.1, 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 103.1, 104.1, 107, 119.1, 217.1, 217.3, 217.5, 218.3-cü, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla rına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli, “H.Həşimov və qeyrilərinin şikayəti üzrə 2005-ci il 30 iyun, R.Salamovun şikayəti üzrə 2007-ci il 30 oktyabr, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnamələri haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 10-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

39. Cavabdehlər ayrı-ayrılıqda 2022-ci il 11 noyabr tarixində apellyasiya şikayətləri verərək qətnamənin iddianın qismən təmin edilməsi hiss əsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 mart tarixli 2-2(108)-2/2023 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən cavabdehlərdən müştərək qaydada 63.425 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi və iddiaçı tərəfindən sənədlərin tərcüməsi və təsdiqi üçün ödənilmiş məhkəmə xərclərinin cəminə uyğun olaraq ümumilikdə 3.267,60 manat cavabdehlərdə n tutularaq iddiaçıya qaytarılması hissəsində ləğv edilməklə iddia həmin hissələrdə rədd edilməsi qət edilmişdir (sədrlik edən – F.Abbasov, hakimlər – S.Qarayev və M.Allahverdiyev).

41. Apellyasiya instansiyası məhkəməsininin mövqeyinə görə, kollegiya Cavabdeh1 apellyasiya şikayətində “....Avtomobil akkumulyatorları ilə bağlı sənədlərdən müəyyən olunur ki, iddiaçının qeyd etdiyi “dörd dəfəlik” mal göndərişindən ibarət sənəd toplusu ““Dörtel Otomotiv” San.Pazarlama və TİC.LTD.ŞTİ” şirkətinin adından göndərilməsi kimi təqdim edilir və iddiaçının mülkiyyət hüququnun olması, cavabdehin isə bu mallara qarşı cavabdehlik daşıması barədə heç bir sübut yoxdur. İddiaçının təqdim etdiyi və “Dörtel Otomotiv” San.Pazarlama və TİC.LTD.ŞTİ şirkətinin adından göndərilməsi qeyd olunan qaimə fakturalardan b iri 60.903 ABŞ dolları dəyərində olan “mutlu” akkumulyatorları 2017-ci il 17 oktyabr tarixində Şahid1 adına rəsmiləşdirilməklə göndərilmişdir...” və “...Tərəf əvvəlki şəriyi olmuş Şahid1 ünvanına təqdim olunmuş malların və onunla aralarında yaranmış öhdəlik münasibətlərinin uğursuz nəticəsini bizimlə öz arasında yaranan münasibətlərə calamaqla borcun qaldığını iddia edir və subyektiv əsasları olmayan tərəf qismində əlavə olaraq “dörtel otomativ” şirkətinin qaimələrini də iş materiallarına əlavə etməkdən çəkinmir...” dəlillərini, həmçinin Cavabdeh2 apellyasiya şikayətində “...Gömrük qaiməsi və digər sənədlərdə “Dörtel Otomotiv” San.Pazarlama və TİC.LTD.ŞTİ” şirkətinin adından Şahid1 adına göndərilməsi müəyyən olunan, O.Murada və onun rəhbəri olduğu iddiaçı Şirkətə heç bir aidiyyatlılığı olm ayan mala görə müştərək qaydada 63.425 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə bizdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmək ən azından ədalətsizlikdir. Adı keçən şəxslər arasında heç bir hüquqi və səbəbli əlaqə yoxdur. “Dörtel Otomotiv” San.Pazarlama və TİC.LTD.ŞTİ” şirkətinin iddiaçı Şirkət ilə müqaviləsi yoxdur, sonuncunun onun adından danışmaq, tələb etmək hüququ müəyyən olunmamışdır, işə əlavə edilmiş məktubla isə guya Murad Obanın öz adından “Dörtel Otomotiv” San.Pazarlama və TİC.LTD.ŞTİ”şirkətinin adına pul ödənilməsi göstərilir. İddiaçı Şirkət ilə bank hesablı ödəniş sənədləri müəyən olunmur. Cavabdeh fiziki şəxslərin isə ümumiyyətlə bu ma llara aidiyyatlılığı yoxdur...” dəlilini müzakirə edib belə qərara gəlmişdir ki, müvafiq dəlil əsaslıdır və təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində iddia ərizəsinə əlavə olunmuş 2017-ci il 17 oktyabr tarixli faktura üzrə cavabdehlərin iddiaçıdan 60.903 ABŞ dolları məbləğində malın almasının işin faktiki halları və şahid ifadələrilə təsdiqini tapmasına əsaslanaraq iddianı qismən təmin etmişdir. Kollegiya isə birinci instansiya məhkəməsinin gəldiyi müvafiq nəticəyə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, müvafiq tarixli fakturaya əsasən 60.903 ABŞ dolları dəyərində mal “X4. Pazarlama və Ticaret LTD.ŞTİ” tərəfindən Şahid1 adına göndərilmişdir. MM-in Öhdəliyin tərəfləri adlanan 387-ci maddəsinin tələbinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kre ditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Mülki Məcəllənin tələbinə əsasən alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 2017-ci il 17 oktyabr tarixli fakturadan da aydın olduğu kimi, iddiaçı müvafiq müqavilənin tərəfi deyil, buna görə də onun həmin müqavilədən irəli gələn öhdəliklə bağlı mübahisəyə dair məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

42. Apellyasiya inst ansiyası məhkəməsi subyektiv hüququn olmaması qənaətinə gəldiyindən apellyasiya şikayətlərinin digər dəlillərinə hüquqi qiymət verməyi zəruri hesab etməmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən də apellyasiya instansiyası məhkəməsini belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən müştərək qaydada 63.425 ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməklə iddia həmin hissədə rədd edilməlidir.

44. Bu səbəbdən iddiaçı tərəfindən sənədlərin tərcüməsi və təsdiqi üçün ödənilmiş məhkəmə xərclərinin cəminə uyğun olaraq, ümumilikdə 3.267,60 manatı n cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması hissəsində də qətnamə ləğv edilməklə iddia həmin hissədə də rədd edilməlidir.

45. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MPM-in 385.1, 385.1.4 və 387-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 14 oktyabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 3 iyul tarixli, “M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyun tarixli və İ.Şabanovanın şikayəti üzrə 2012-ci il 27 avqust tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 2.2, 2.4-cü bəndlə rinə istinad etməklə əsaslandırmışdır.

46. Qətnamə 2023-cü il 10 mart tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

47. İddiaçının vəkili və nümayəndəsi 2023-cü il 10 may tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

48. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsi üzrə - Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edəbilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

49. Yeni qətnamə çıxararkən ümumiyyətlə maddi hüquq normasına istinad edilməyib. Maddi hüquq normasına istinad edilmədən çıxarılan qətnamə qanunsuzdur.

50. İşin hallarından görünür ki, iddiaçı birgə fəaliyyət nəticəsində cavabdehə göndərilən malların dəyərini ala bilməmişdir. Belə vəziyyətdə iddiaçının subyektiv hüququnun pozulmaması qənaətinə gəlməsi işin hallarına uyğun deyil. Malların təqdim edilməsi və əvəzində ödəniş edilməməsi işin mübahisəsiz halıdır. Cavabdehin aldığı malların dəyərini ödəməməsini subyektiv hüquqla əsaslandırması əsassızdır və dolayısı ilə iddianın etiraf olunmasıdır.

51. İşin hallarından görünür ki, tərəflər arasında birgə fəaliyyət mövcud olmuşdur. Bu işin mübahisəsiz halıdır. Lakin cavabdeh iddia edir ki, iddiaçının tələb etmə hüququ yaranmayıb. Tələb etmə hüququnun olmasına dair sübutu məhkəməyə təqd im edilməsi üzürlü səbəbdən baş vermişdir. İddiaçının nümayəndəsi vəkili 2023-cü il 6 mart tarixində xəstələndiyinə görə məhkəmə iclasında iştirak edə bilməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olması barədə gəlinən nəticə onu gostərir ki, iddia dolayısı ilə etiraf olunmuşdur. Kassasiya şikayətinə əlavə etdiyimiz etibarnamədən də görünür ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazının onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət edə bilmək hüququndan sui istifadə edərək əsassız tələb irəli sürmüşdür. Kassasiya şikayətinin məzmunu da prosessual tələblərə uyğun deyildir və əsas sız dəlillərlə “bəzədilmişdir”.

53. İddiaçı tərəf çəkilmiş xərclərə dair heç bir sübut təqdim etməmişdir. Yazılanlar hamısı sözdür və mötəbər təsdiqi yoxdur. İddiaçı borcun hansı hesabdan yarandığını göstərə bilmir və necə yarandığına dair sübut təqdim edə bilmir. Tərəf əvvəlki şəriyi olmuş Şahid1 ünvanına təqdim olunmuş malların və onunla aralarında yaranmış öhdəlik münasibətlərinin uğursuz nəticəsini bizimlə öz arasında yaranan münasibətlərə calamaqla borcun qaldığını iddia edir və subyektiv əsasları olmayan tərəf qismində əlavə olaraq “dörtel otomativ” şirkətinin qaimələrini də iş materiallarına əlavə eyməkdən çəkinmir. Halbuki, Cavabdeh1 heç bir mal, əmlak qəbul etməyərək həmin hüquqi şəxslə münasibətə girməmişdır. İddiaçının riayət etməli olduğu mülki hüquq münasibətlərinin əsas prins ipləri gözlənilməmiş və təhrif olunmuş dəlliləri irəli sürməklə məhkəməyə yanlış sübutlar təqdim edilməsinə cəhd olunmuşdur. İddiaçı cavabdehlərin ona birgə fəaliyyətdən borclu qaldıqlarını iddia edir, lakin bu borcun hardan yaranmasına dair heç bir sübut təqdim edə bilmir.

54. Birgə faəliyyətin əsasını sadə yazılışlı əqd təşkil edir və bu sənəd əsasında hesablamalar aparılmışdır. İşdə O.Murat tərəfindən Türk dilində tərib edilmiş və öz imzası ilə imzalanan 2017-ci il 5 oktyabr tarixli “TUTANAK” adlandırlılan sənəd vardır. Həmin sənəd Cavabdeh2 və Şahid1 tərəfindən imzalanmışdır. Cavabdeh1 isə şahid qismində imza atmışdır. Konkret olaraq Cavabdeh1la iddiaçı arasında rəsmi olaraq heç bir müqavilə razılaşması yoxdur.

55. İddiaçının iddia etdiyi 65.000 ABŞ dollarlıq malın ünvançının Şahid1 ol duğunu və malla ona göndərildiyini buna dair sənədlərin olmasını bildiyi halda, bu məbləği əsassız olaraq cavabdehlərdən istəyir.

56. Malların Naxçıvan ərazisində təhvil verilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Digər hüquqi şəxs adından göndərilməsi qeyd olunan müxtəlif çeşiddə malların cavadeh tərəfindən qəbul olunması təsdiqlənməməklə yanaşı, iddiaçının başqa şəxsin adından pul tələb etmək subyektiv hüququnun olmaması da diqqət çəkən haldır.

57. Tərəflər arasında iş birliyinin mövcud olması hələ bizim iddiaçıya borclu olmağımız demək deyildir. Fəaliyyət olmuş pul vəsaitləri ödənmiş və ümumi anlaşma ilə son haqq-hesab aparılaraq borcun olmaması müəyyən edilərək ayrılma baş vermişdir.

58. Borcluluq halının iddia üzrə qəbul olmuş qətnamənin qismən rədd olunan hissəsində müəyyən ed ilməməsi təsdiqlənmişdir və bu hissə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin bu yanaşması qüvvədədir və tərəflər üçün məcburi qüvvəyə malikdir.

59. Tələb üzrə “Dörtel Otomotiv” San.Pazarlama və TİC.LTD.ŞTİ şirkətinin adından verilmış və kasssiya şikayəti üzrə icraat zamanı materiallara əlavə edilən etibarnamənin isə heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarına sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli idi, ən pis halda apellyasiyada verilməsi gərəkirdi. Kassasiya instansiyasında sübutlar toplanmadığından və tədqiq olunmadığından bu yolverilməzdir. Digər tərəfədən, iddiaçı etibarnamə təqdim etsə də, iddia ərizəsini öz adından imzalamış,ərizənin məzmununda da bu tələbin ona aid olduğunu göstərmişdir.

60. İddiaçı iddianı öz adından vermiş və öz mənaf ei naminə cavabdehlərdən pul tələb etmişdir. İş materiallarında isə tələbkarın mülkiyyətində olan, onun mübahisə predmeti üzrə sübyektiv hüquqlarının müəyyən olunmasına dair heç bir mötəbər sübutlar yoxdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

61. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

62. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

64. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 125.Məhkəmə hakimiyyətinin həyata keçirilməsi... Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” “Maddə 129.Məhkəmə qərarları və onların icrası... İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.”

65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tut ulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə

367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır....” “Maddə

372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsi nin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

551. Öhdəliklərin xitamı üçün müddətlər... 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri;...” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan ba şqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əl də edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir....” 66. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 100.Hakimlərin müstəqilliyi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydad a həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.” 67. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 19.Vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi I. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qay dada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir....”

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarında gösətilmişdir ki: “...məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.”

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2018-ci il 28 noyabr tarixli Qərarında göstərilmişdir ki: “...mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan h ər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.”

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 14 oktyabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 3 iyul tarixli Qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə ba xan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.”

71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnamələri haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının müvafiq bəndində aşağıdakılar qeyd edilmişdir: “Qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır.... Məhkəmə qə rarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.... Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.”

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında müəyyən edilmişdir ki: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

73. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tə rəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi müddəalarında 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. “Maddə

78. Sübut ların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün ə həmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar ü zrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

104. Şahid ifadələri 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir....” “Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi... 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişin i təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır..... 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında t ədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

74. İddiaçı cavabdehlərdən birgə fəaliyyətləri zamanı yaranmış 173.667 manat borcun ödənilməsini tələb etmiş etmiş, birinci instansiya məhkəməsi qətnaməsində iddia ərizəsinə əlavə olunmuş 2017-ci il 17 oktyabr tarixli faktura üzrə cavabdehlərin iddiaçıdan 60.903 ABŞ dolları məbləğində malın almasının işin faktiki halları və şahid ifadələrilə təsdiqini tapmasına əsaslanaraq iddianı qismən təmin etmişdir.

75. Apellyasiya instansiya məhkəməsinin isə iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, həmin fakturaya əsasən 60.903 ABŞ dolları dəyərində mal “X4. Pazarlama və Ticaret LTD.ŞTİ” tərəfindən Şahid1 adına göndərilmişdir. MM-in 387-ci maddəsinin tələbinə əsasən, öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. MM-in tələbinə əsasən alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 2017-ci il 17 oktyabr tarixli fakturadan da aydın olduğu kimi, iddiaçı müvafiq müqavilənin tərəfi deyil, buna görə də onun həmin müqavilədən irəli gələn öhdəliklə bağlı mübahisəyə dair məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

76. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı birgə fəaliyyət nəticəsində cavabdehə göndərilən malların dəyərini ala bilməmişdir, malların təqdim edilməsi və əvəzində ödəniş edilməməsi işin mübahisəsiz halıdır, tərəflər a rasında birgə fəaliyyət mövcud olmuşdur.

77. Lakin həmin dəlillər bilavasitə işin faktiki halları ilə bağlı olduğundan məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin (bax yuxarıda § 73) tələblərinə əsasən, kassasiya icraatında sözügedən dəlillərə istinad olunmasını və bununla əlaqədar ayrıca hüquqi qiymətləndirmə aparılmasını ümumiyyətlə yolverilməz hesab edir.

78. Daha sonra kassator hesab edir ki, qətnamə çıxarılarkən ümumiyyətlə maddi hüquq normasına istinad edilməyib.

79. Halbuki yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 387-ci maddəsinə və mahiyyət etibarilə 567-ci maddəsinə (həmin maddənin məzmunu qətnamədə verildiyindən, onun nömrəsinin göstərilməməsi sadəcə texniki səhv kimi qiymətləndirilməlidir) istinad etməklə əsaslandırmışdır.

80. Kass atorun mövqeyinə görə, cavabdehin aldığı malların dəyərini ödəməməsinin subyektiv hüquqla əsaslandırması dolayısı ilə iddianın etiraf olunmasıdır.

81. Məhkəmə kollegiyanı həmin dəlili də əsassız hesab edir.

82. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 2008-ci il 30 iyul tarixli Qərarında formalaşdırdığı hüququ mövqelərdən (bax yuxarıda § 72) aydın olur ki, subyektiv hüququn hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti mühüm əhəmiyyət kəsb edir. Xarici cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; ba şqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

83. Həmin hüquqi mövqelərdən anlaşıldığı kimi, şəxsin digər şəxsə qarşı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması onun ümumiyyətlə bu iddia üzrə maddi tələb hüququnun yaranmadığı anlamına gəlir. Belə olan halda isə, cavabdehin, iddiaçının subyektiv hüququnun olmadığına istinad etməsinin onun iddianı etiraf etməsi kimi qiymətlə ndirilməsindən söhbət belə gedə bilməz. Belə ki, mövcud olmayan tələbin etirafı da mümkün deyildir.

84. Ümumiyyətlə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüqununun olmaması barədə tamamilə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassator isə məhkəmənin həmin nəticəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

85. Həmçinin kassatorun birinci instansiya məhkəməsində işə baxılarkən mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olması barədə gəlinən nəticənin iddianın dolayısı ilə etiraf olunmasını gostərməsinə dair dəlili də əsassızdır.

86. Əvvəla, ona görə ki, həm tərəflərin barışıq sazişi bağlamaları, həm də cavabdehin iddianı etiraf etməsi işdə iştirak edən şəxslərin məhkəmə prosesini öz mülahizələrinə uyğun şəkildə başa çatdırmal arı üçün prosessual qanunun işdə iştirak edən şəxslərə verdiyi müstəqil (bir-birindən asılı olmayan) ayrı-ayrı dispozitiv hüquqlardır. Həmin dispozitiv hüquqlar mahiyyət etibarilə və törətdiyi hüquqi nəticələr baxımından tamamilə fəqlidir. Belə ki, MPM-in 191.2-1 və 191.3-cü maddələrinin (bax yuxarıda § 73) məzmunundan aydın olur ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə müvafiq qərardala iş üzrə icraata xitam verir, cavabdehin iddianı etirafını təsdiq etdikdə isə, iddianın təmin olunması barədə qətnamə çıxarır.

87. İkincisi və ən əsası isə, hər iki tərəf barışıq sazişini imzalamadıca həmin sənəd hüquqi qüvvəsini almır (baxılan işdə olduğu kimi). Bu səbəbdən də heç bir hüquqi mötəbərliyi olmayan belə sənədə istinad olunması ümumiyyətlə yolverilməzdir.

88. Nəhayət kassator bi dirir ki, iddiaçının tələb etmə hüququnun olmasına dair sübutun məhkəməyə təqdim edilməməsi üzrlü səbəbdən baş vermişdir. İddiaçının nümayəndəsi 2023-cü il 6 mart tarixində xəstələndiyinə görə məhkəmə iclasında iştirak edə bilməmişdir. Kassasiya şikayətinə əlavə edilən etibarnamədən də görünür ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

89. Əvvəla, kassatorun kassasiya şikayətindən savayı, kassasiya məhkəməsinə hər hansı sənəd-sübut təqdim etməsi MPM-in 407.2-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. İkincisi isə, iş materiallartından görünür ki, hazırkı kommersiya mübahisəsi bir neçə ildir ki, davam edir və iddiaçı öz mövqeyini əsaslandırmaq üçün zəruri hesab etdiyi bütün sübutları, o cümlədən tələb etmə hüququnun olmasına dair sübutu prosessual qanunla müəyyən edilmiş qaydada və vaxta məhkəməyə təqdim etmək imkanına malik idi. Lakin iddiaçı bu imkandan yararlanmamışdır.

90. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassator apellyasiya instansiyası məhkəməsinin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmiş, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88ci maddəsinin (bax yuxarıda § 73) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 73) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

91. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 m art tarixli 2-2(108)-2/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

92. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı X5 və Dış Ticarət Limited Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 mart tarixli 2-2(108)-2/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar