Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-363/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qarantiya üzrə pulun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı qarantiya üzrə pulun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2021-ci il 21 aprel tarixli, 2-2(103)-288/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 07 aprel 2017-ci il tarixli, 41 №-li avans məbləğinin ödənilməsi barədə müqaviləyə görə, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 167.475 manat avans məbləğini “X4 Təsərrüfatı” MMC-nin hesabına köçürməyi öhdəsinə götürmüşdür.
2. M/17-6246 saylı, 13 aprel 2017-ci il tarixli, 3638 №-li avans zəmanətinə əsasən, Cavabdeh ASC üzərinə öhdəlik götürmüşdür ki, 07 aprel 2017-ci il tarixli, 41 saylı avans müqaviləsində nəzərdə tutulmuş avans ödənişi barədə müddəalar pozulduqda 167.475 manat məbləğindən artıq olmayan pul cəmiyyətin ilk yazılı tələbinə əsasən “Prinsipial”ın razılığı tələb olunmadan ödəniləcəkdir. 3. "xxxx" ASC tərəfində n Cavabdeh ASC-yə ünvanlanmış 27 iyul 2017-ci il tarixli və 12 iyun 2018-ci il tarixli məktublara görə, müqavilənin müddətinin başa çatmasına az vaxt qalmasına baxmayaraq “X4 Təsərrüfatı” MMC tərəfindən istehsal edəcəyi 4 adda məhsulların tədarük edilməsi ilə bağlı cəmiyyətə heç bir təklif vermədiyindən öhdəliklər yerinə yetirilməyərək müqavilənin şərtləri pozulduğuna görə 167.475 manat məbləğində pul vəsaitinin “Prinsipial”ın razılığı tələb olunmadan cəmiyyətin hesabına köçürülməsi xahiş edilmişdir.
4. BakıApelyasiyaMəhkəməsinin15may2018-ciiltarixli,2(103)-5857/2018 saylı qərardadına əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş M/17-6246 saylı, 13 aprel 2017-ci il tarixli, 3638 №-li avans zəmanətində göstərilən 167.475 manat avans məb ləğinin "xxxx" ASC tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tələb edilməsinə və tutulmasına, həmçinin hesabına köçürülməsinə(ödənilməsinə) qadağaqoyulması barədə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin iddianı təmin etmə tədbiri barədə 13 sentyabr 2017-ci il tarixli,2(001)-14032/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC ("xxxx" ASC-nin hüquqi varisi) (bundan sonra – “iddiaçı”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarantiya üzrə 167.475 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4 Təsərrüf atı” MMC-nin direktoru X2 17 mart 2017-ci il tarixdə iddiaçıya ərizə ilə müraciət edərək, 4 adda məhsulların əkinini aparacağını və nəticədə alınan 700 ton kartof, 1050 ton mətbəx çuğunduru, 600 ton yerkökü və 1200 ton kələm məhsulunun 31 iyul 2017-ci il tarixədək cəmiyyətə satılmasını öhdəsinə götürmüşdür. Bunun üçün məhsulun dəyərinin 25%-dək avans məbləğinin “X4 Təsərrüfatı” MMC-yə ödənilməsi xahiş olunmuşdur. Müraciət əsasında tərəflər arasında 4 adda kənd təsərrüfatı məhsullarının istehsalına dair 07 aprel 2017-ci il tarixli, 41 saylı avans müqaviləsi imzalanmışdır. “X4 Təsərrüfatı” MMC cavabdehin 13 aprel 2017-ci il tarixli, M/17-6246 №-li avans ödənişinin zəmanət forması olan 3638 №-li 167.475 manat məbləğində avans zəmanət məktubunu təqdim etmişdir. Həmin avans zəmanətinin 2-ci b əndində cavabdeh bildirmişdir ki, “Prinsipial” tərəfindən 07 aprel 2017-ci il tarixli, 41 saylı avans müqaviləsində nəzərdə tutulmuş avans ödənişi barədə müddəalar pozulduqda 167.475 manat məbləğindən artıq olmayan pul cəmiyyətin ilk yazılı tələbinə əsasən ödəniləcəkdir. “X4 Təsərrüfatı” MMC üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin müvafiq şərtlərini pozmuşdur. Bundan sonra iddiaçı 27 iyul 2017-ci il tarixli və 12 iyun 2018-ci il tarixli məktublarla cavabdehə müraciət edərək, sonuncu tərəfindən verilmiş M/17-6246 saylı, 13 aprel 2017-ci il tarixli, 3638 №-li avans zəmanətilə müqavilənin şərtləri “Prinsipial” tərəfindən pozulduğuna görə 167.475 manat avans məbləğini cəmiyyətin ilk yazılı tələbi ilə bankın müxbir hesabından qeyd şərtsiz və müba hisəsiz olaraq “Prinsipial”ın razılı tələb olunmadan ödənilməsini xahiş etmiş, lakin hal-hazıra kimi pul vəsaiti ödənilməmişdir. İddiaçı ASC Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2018-ci il tarixli, 400 saylı Fərmanına əsasən "xxxx" ASC-nin hüquqi varisidir.
7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 01 sentyabr tarixli, 2-2(113)-351/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, 167.475 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – F.Qasımov).
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış avans müqaviləsinin 3.1-ci bəndinin “c” yarımbəndində qeyd olunmuşdur ki, həmin müqavilənin müddəaları istehsalçı, yəni “X4 T əsərrüfatı” MMC tərəfindən pozulduqda avans məbləği "xxxx" ASC tərəfindən vaxtından əvvəl tələb edilə bilər.
9. Cavabdeh iddiaçının tələbini ödəməkdən imtina etdiyi halda bu barədə sonuncuya məlumat verməli idi. Lakin qarant tərəfindən bu məlumat verilməmişdir. Həmçinin, iddiaçının hüquqi varisi tərəfindən cavabdehə ünvanlanmış 27 iyul 2017-ci il tarixli məktuba görə, tələb qarantiyada nəzərdə tutulmuş müddətdə verilmişdir.
10. Tələbin ödənilməməsi üçün yeganə maneə iddianı təmin etmə təbirinə dair qərardada əsasən cavabdeh tərəfindən iddiaçının hüquqi varisinə verilmiş M/17-6246 saylı, 13 aprel 2017-ci il tarixli, 3638 №-li avans zəmanətində göstərilən 167.475 manat avans məbləğinin "xxxx" ASC tərəfindən cavabdehdən tələb edilməsinə və tutulmasına, həmçinin hesabına köçürülməsinə (ödənilm əsinə) qadağa qoyulması olmuşdur.
11. Digər tərəfdən, öhdəliklərin "xxxx" MMC tərəfindən pozulması 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2-2(81)-539/2019saylı qətnaməsi ilə də təsdiqini tapır. Qətnaməyə əsasən X2 və "xxxx" MMC-nin 07 aprel 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində "xxxx" MMC-yə dəymiş 420.000 manat məbləğində maddi ziyanın, X1 qanunazidd hərəkətləri nəticəsində X2 tərəfindən əlavə xərclənmiş 5.000 manat məbləğində pulun və 20ş000 manat məbləğində mənəvi zərərin və hüquqi yardıma görə xərclənmiş 500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddiası rədd edilmişdir.
12. Həmin qətnamədə qeyd olunmuşdur ki, “... iddiaçı cavabdeh cəmiyyət tərəfindən 41 nömrəli, 07 aprel 2017 -ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini iddia etsə də, iddiaçının özü tərəfindən mövcud müqavilə şərtləri icra edilməmişdir.... iddiaçı cavabdeh cəmiyyətə yığılmış məhsulların alınması barədə rəsmi müraciət edilməsini sübuta yetirə bilmir.... Beləliklə iddiaçı tərəf 07 aprel 2017-ci il tarixli, 41 saylı müqavilə üzrə üzərinə götürdüyü mətbəx çuğunduru ilə bağlı öhdəlikləri 31 iyul 2019-cu il tarixədək və ya daha sonra icra edildiyini sübuta yetirə bilməmişdir.”
13. Beləliklə, qarantın benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə aşağıdakı hallarda xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, tələb vaxtında irəli sürüldüyündən və müqavilənin şərtləri iddiaçı tərəfindən pozulmadığından, iddia təmin edilməlidir.
14. Məhkəm ə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 478, 479.1, 484.1, 484.2, 485.1, 485.2, 486.1,486.2, 488.1, 488.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə”) 82.3-cümaddəsinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21aprel tarixli, 2-2(103)-288/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 01 sentyabr tarixl i, 2-2(113)-351/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya “X4 Təsərrüfatı” MMC tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyi təqdirdə 167.475 manat məbləğində vəsaitin iddiaçıya ödəniləciyinə dair 13 aprel 2017-ci il tarixli, 3638 №-li bank qarantiyası (yazılı öhdəlik) vermişdir. Cavabdeh qarantiya verdiyi öhdəliyini icra etməmişdir.
18. Hazırkı halda cavabdeh iddiaçıya tələbin ödənilməsindən hansı səbəblə imtina edildiyi barədə yazılı məlumat verməmişdir.
19. Cavabdeh apelyasiya şikayətində qarantiya üzrə pul məbləğinin ödənilməsinə dair tələbin qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra verildiyini qeyd etsə də, Bank tərəfindən verilmiş 13 aprel 2017-ci il tarixli qarant iyada onun qüvvədə olma müddəti 31.07.2017-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı qarantiya üzrə pul məbləğinin ödənilməsinə dair 27.07.2017-ci il tarixli məktubla banka müraciət etmiş, qeyd edilən məktub banka 28.07.2017-ci il tarixdə-qarantiya ilə nəzərdə tutulmuş müddətdə təqdim edilmiş, məktub banka ünvanlanmış digər məktublarda da imzası olan “Bağırova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
20. Cavabdeh iddiaçının qarantiya ilə bağlı 27.07.2017-ci il tarixli tələbinin banka 31.07.2017-ci il tarixdən gec daxil olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
21. Qarantiya verilməsinə əsas olmuş müqavilə öhdəliyinin "xxxx" MMC tərəfindən pozulması 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2-2(81)539/2019 saylı qanuni qüvvəyə minmiş qət naməsi ilə təsdiq olunur (bax yuxarıda §§ 1112).
22. Cavabdeh eyni zamanda apelyasiya şikayətində qarantiyanın ödənilməsindən imtinanın əsası kimi qarantiya ilə bağlı tələb məktubuna lazımi sənədlərin qoşulmadığına istinad etsə də, qarantiya üzrə ödənişin həyata keçirilməsi üçün konkret hansı sənədin tələbə əlavə edilməli olduğunu göstərməmişdir.
23. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 478, 480, 484.1, 484.2, 486.1 və 486.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı " Benefisiar" cavabdeh "Qaranta" 27.07.2017-ci il tarixli məktubda “müqavilə müddətinin başa çatmasına az vaxt qalmasına baxmayaraq, "Prinsipialın" 4 adda kənd təsərrüfatı məhsullarının tədarük edilməsi ilə bağlı Cəmiyyətə heç bir təklif vermədiyini və verilən avansı təyinatı üzrə istifadə edilmədiyini” qeyd etmişdir.
26. İddiaçı "Benefisiar" həmin məktubda göstərilənlərlə əlaqədar heç bir sənəd təqdim etmədən yalnız mülahizələrə əsaslanmış və "Prinsipial" tərəfindən öhdəliyin pozmasının nədən ibarət olmasını göstərsə də, həmin pozuntuya dair tutarlı sübutları əlavə etməmişdir. Eyni zamanda göndərdiyi məktuba qarantiyada nəzərdə tutulmuş heç bir lazımi sənədləri qoşmamışdır.
27. Halbuki, məktubda göstərilənlər yalnız mülahizələrlə deyil, müəyyən edilən sübutlar və tutarlı faktlar üzrə sənədl ər əlavə edilməklə əsaslanmalıdır ki, qarant Bank ona ünvanlanan məktubda göstərilən halları qanunda nəzərdə tutulmuş qaydada araşdıraraq, gələcəkdə reqres qaydasında əsaslı tələb irəli sürə bilsin.
28. İddiaçı "Benefisiar" cavabdeh "Qaranta" digər 18.06.2018-ci il tarixli məktubla müraciət edərkən qarantiyada müəyyənləşdirilmiş müddəti ötürməklə göndərmişdir.
29. Apelyasiya instansiyası məhkəməsi, iddiaçı "Benefisiarın" cavabdeh "Qaranta" göndərdiyi məktubda "Prinsipialın" müqavilə öhdəliyinin nədən ibarət olmasının təsdiq edilməsinə dair sənədlərin məktuba əlavə edilməsinin səbəblərini araşdırmamış və qətnamədə buna münasibət bildirməmişdir.
30. Kassasiya şikayəti Mülki Məcəllənin 484.1, 484.2, 560.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
32. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
33. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
34. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. K ASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin dü zgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
478. Qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyini n şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir”. “Maddə
480. Qarantiyanın əsas öhdəlikdən asılı olmaması Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir”. addə
484. Qarantiya üzrə tələbin təqdim edilməsi M 484.1. Benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir. 484.2. Benefisia rın tələbi qaranta qarantiyada müəyyənləşdirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir”. “Maddə
486. Benefisiarın tələbini ödəməkdən qarantın imtina etməsi 486.1. Əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Ap elyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli, 2-2(103)-288/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
41. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya “X4 Təsərrüfatı” MMC tərəfindən müqavilə öhdəliyi yerinə yetirilmədiyi təqdirdə 167.475 manat məbləğində vəsaitin iddiaçıya ödəniləciyinə dair 13 aprel 2017-ci il tarixli, 3638 №-li bank qarantiyası (yazılı öhdəlik) vermişdir. Cavabdeh qarantiya verdiyi öhdəliyini icra etməmiş, həmçinin iddiaçıya tələbin ödənilməsindən hansı səbəblə imtina edildiyi barədə yazılı məlumat verməmişdir.
42. Cavabdeh şikayətində qarantiya üzrə pul məbləğinin ödənilməsinə dair tələbin qarant iyada təyin edilmiş müddət qurtardıqdan sonra verildiyini qeyd etsə də, Bank tərəfindən verilmiş 13 aprel 2017-ci il tarixli qarantiyada onun qüvvədə olma müddəti 31.07.2017-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı qarantiya üzrə pul məbləğinin ödənilməsinə dair 27.07.2017-ci il tarixli məktubla banka müraciət etmiş, qeyd edilən məktub banka 28.07.2017-ci il tarixdə-qarantiya ilə nəzərdə tutulmuş müddətdə təqdim edilmiş, məktub banka ünvanlanmış digər məktublarda da imzası olan “Bağırova” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Cavabdeh iddiaçının qarantiya ilə bağlı 27.07.2017-ci il tarixli tələbinin banka 31.07.2017-ci il tarixdən gec daxil olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
43. Həmçinin iş materiallarındakı 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 23 ap rel 2019-cu il tarixli, 2-2(81)-539/2019 saylı qətnaməsinə əsasən qarantiya verilməsinə əsas olmuş müqavilə öhdəliyinin "xxxx" MMC tərəfindən pozulduğu təsdiq edilir.
44. Cavabdeh eyni zamanda şikayətində qarantiyanın ödənilməsindən imtinanın əsası kimi qarantiya ilə bağlı tələb məktubuna lazımi sənədlərin qoşulmadığına istinad etsə də, qarantiya üzrə ödənişin həyata keçirilməsi üçün konkret hansı sənədin tələbə əlavə edilməli olduğunu göstərməmişdir. Qeyd edilən hallar isə bir daha cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillərin əsassız olduğunu təsdiq edir.
45. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qarantın benefisiar qarşısında qarantiya üzrə öh dəliyinə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığını, tələbin vaxtında irəli sürüldüyünü və müqavilənin şərtlərinin iddiaçı tərəfindən pozulmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
46. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli, 2-2(103)-288/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
48. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli, 2-2(103)-288/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.