Məhkəmə qərarları › İş №2-2(102)-363/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-363/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-363/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 12.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla) “pul tələbi”nə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli 2-2(107)-8/2023 saylı qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı "xxxx" MMC ilə alıcı "xxxx" MMC arasında 2018-ci il 1 sentyabr tarixində 2018/09-018 nömrəli “Malların göndərilməsi haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə görə, satıcı müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli Əlavədə göstərilən 111.812,38 manat dəyərində 243.600 litr şərab materiallarını alıcıya satmağı, alıcı isə həmin malları almağı öhdəsinə götürmüşdür. 2. "xxxx" MMC ilə "xxxx" MMC arasında 2018-ci il 3 dekabr tarixində bağlanmış sazişə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına görə, 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli “Malların göndərilməsi haqqında” müqavilə ləğv edilmişdir. 3. "xxxx" MMC-nin təqdim etdiyi sənədə (Arayış-2) əsasən, müəssisənin 532.103 manat kreditor borcları vardır. "xxxx" MMC-dən müəssisəyə keçən şərab materialının qiymətləndirilmiş qalığında "xxxx" MMC ilə bağlanmış 2018-ci il 12 dekabr tarixli müqaviləyə əsasən 16,7 min dkl şərab materialları vardır. Bu öhdəlik mühasibatlıqda yalnız müqavilə ilə tanınır, lakin qarşı tərəfdən e-qaimə göndərilmədiyi üçün qarşılıqlı üzləşmə aktı tərtib edilmədi və kreditor kimi tanınmadı.

4. Tapşıran "xxxx" MMC ilə ticarət agenti "xxxx" MMC arasında 2018-ci il 3 dekabr tarixində 2018/12-018 nömrəli “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlanmış və həmin müqaviləyə görə, “ticarət agenti” həmin müqavilənin tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilən, “tapşıran”a məxsus 243.600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alğı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağl amağı və müqavilələrdən əldə olunan 111.812,38 manat məbləğində pulu “tapşıran”ın bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. 5. 2021-ci il 30 avqust tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə görə, "xxxx" MMC "xxxx" MMC-yə qarşı 2018/09-018 saylı müqaviləyə əsasən özünün 76.812,38 manat məbləğində tələb hüququnu X1 ötürmüşdür. 6. 2021-ci il 15 sentyabr tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə görə, X3 "xxxx" MMC-yə qarşı 2018/09-018 saylı müqaviləyə əsasən özünün 76.812,38 manat məbləğində tələb hüququnu İddiaçı ötürmüşdür. 7. 2021-ci il 6 dekabr tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq həmin se ssiyada iştirak etməmişdir.

8. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2022-ci il 31 yanvar tarixli pretenziya məktubundan görünür ki, 76.812,38 borcun 5 iş günü müddətində - 2022-ci il 6 fevral tarixinədək ödənilməsi tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 76.812,38 manat borcun, əldən çıxmış fayda kimi 20.000 manat pulun və 400 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx") ilə "xxxx" Məhdud Məsuli yyətli Cəmiyyəti (cavabdehin əvvəlki adı) arasında “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlanmış və müqaviləyə əsasən, tərəflər müqavilənin predmeti olan məhsulların alışı və satışı ilə məşğul olmuşlar. Cavabdehin Mərəndi-yə satdığı mallar müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qaimə faktura ilə müəyyən edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq Mərəndiyə borclu olduğu 76.811,86 manat məbləği ödəməmişdir. Bundan sonra Mərəndi-nin direktoru X2 ilə X3 (bundan sonra- “A.Mehdiyeva”) arasında 2021-ci il 30 avqust tarixində “tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağlanmış və cavabdehin 76.812,38 manat borcu A.Mehdiyevaya ötürülmüşdür. Bundan sonra A.Mehdiyeva ilə iddiaçı arasında 2021-ci il 15 sentyabr tarixində “tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağla nmış və cavabdehin Mərəndi-yə olan 76.812,38 manat borcu iddiaçıya ötürülmüşdür. Eyni zamanda, A.Mehdiyevanın 2021-ci il 17 sentyabr tarixində cavabdehin rəhbərliyinə bildiriş göndərməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması ilə bağlı tədbir görülməmişdir. Həmin “Tələb hüquqlarının güzəşti haqqında” müqavilə əsasən, 76.812,38 manat borc pul məbləği cavabdehdən tutulmalıdır. 2019-cu il 6 dekabr tarixli üzləşmə aktı və 2019-cu il 31 dekabr tarixli audit yoxlamasından görünür ki, cavabdehin Mərəndi-yə 76.812,38 manat borcunun olduğu etiraf edilmişdir.

11. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 21.3, 194.1, 194.2, 385.1, 425.1, 442, 443.1, 445.2, 448.1 və 1096.1-ci maddələrinə istinad olunmuşdur. 12. 2021-c i il 8 aprel tarixində cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin iddiaçının əsl iddiaçı olan Mərəndi ilə əvəz olunmasını, Mərəndi ilə ticarət agenti cavabdeh arasında 2018-ci il 3 dekabr tarixində 2018/12-018 nömrəli “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə edilən bank əməliyyatları ilə bağlı cavabdeh və Mərəndi-yə xidmət göstərən müvafiq banklara sorğu göndərilməsini, həmin müqavilə üzrə Mərəndi-nin təqdim etmiş olduğu elektron qaimələrlə bağlı Dövlət Vergi Xidmətinə sorğu göndərilməsini və məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İddia ərizəsində iddiaçı ilə A.M ehdiyeva arasında bağlanmış 2021-ci il 15 sentyabr tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə istinad edilsə də, müqavilə notarial qaydada təsdiq olunmadığından tərəflərin şəxsiyyətini müəyyən etmək mümkün deyildir. Qeyd olunan müqavilənin 1.3-cü bəndinə əsasən, güzəşt edilən tələbin hüquqi əsası kimi 2018/09-018 saylı və 2021-ci il 30 sentyabr tarixli müqaviləyə istinad edilmişdir. Buna baxmayaraq, iddiaçıya tələbi güzəşt edən A.Mehdiyeva qeyd edilən tələbi 2021-ci il 30 avqust tarixli “Tələb hüququnun güzəşti haqqında” müqaviləyə əsasən əldə etmişdir. Bununla, iddia edilən tələbin əsası olaraq 2018/09-018 saylı və 2021-ci il 30 sentyabr tarixli müqavilənin sübut olaraq mötəbərliyi şübhə altına alınmışdır. Cavabdehin Mərəndi qarşısında hər hansı borc öhdəliyi mövcud olmadığı üçün öhdəliyin güzəşt edilməsi müzakirə predmeti deyil. İş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə borc öhdəliyi ilə bağlı tələb hüququnun iddiaçıya aidiyyətinin olması və iddiaçının həmin borc öhdəliyi ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüquqa malik olması sübut edilməmişdir. Bu səbəbdən, iddiaçının əsl iddiaçı olan Mərəndi ilə əvəz olunmasına zərurət vardır. İddiaçı Mərəndi-yə məxsus 243.600 litr hazır şərabın cavabdeh tərəfindən təhvil alınmasını, satışını, hansı məbləğdə satışdan gəlir əldə etdiyini və ya Mərəndi-yə hansı məbləğdə ödəniş edib-etmədiyini tam olaraq əsaslandıra bilməmişdir. İddiaçı cavabdehin nə təqsirini, nə də ki hüquqa zidd hərəkətlərini sübuta yetirə bilmişdir. İddiaçı cavabdehdən kompensasiya tələb etməsi üçün qeyd edilən borc tələbinin iddiaçıy a aidiyyəti və iddiaçının borc öhdəliyi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmasını sübut etməlidir. İddiaçının mübahisə predmeti olan müqaviləyə münasibətdə hüququ mövcud olmamışdır. İddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması iddianın tamamilə rədd olunmasına kifayət edir. Bununla yanaşı, iddiaçı zərərə məruz qalmasını sübut etməlidir. İddiaçı məhkəməyə zərərə məruz qalmasını və zərərin məbləğini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əldən çıxmış fayda kimi tələb olunan 20.000 manat məbləğlə əlaqədar iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. İddia ərizəsində cavabdeh tərəfindən ödənilməli olan borc məbləğinin maliyyə əsası olaraq audit rəyinə və üzləşmə aktına istinad olunsa da, qeyd edilən sənədlərin əsli təqdim edilməmişdir, bu onların həqiqiliyini şübhə altına almışdır. Bununla da, tərəflərin maliyyə əməliyyatlarının obyektiv araşdırılması üçün məhkəmə ekspertizasının təyin olunmasına zərurət vardır.

14. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 11 aprel tarixli e-2-2(117)-183/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 76.811,86 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, cavabdehdən 320,44 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim M.Hüseynov).

15. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkilinin 2022-ci il 8 aprel tarixində məhkəməyə ünvanladığı vəsatətində iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini və ticarət agenti müqaviləsi bağlanan zaman notarial qaydaya riayət edilməməsinə görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

16. Qeyd edilən məsələlərə dair vəsatətlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) tələblərinə əsasən, məhkəmə hazırlıq iclasında verilməli idi. Qeyd olunan hallara dair vəsatətlər yalnız o halda məhkəmə baxışında verilə bilər ki, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 184-cü maddəsinin adı “İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli” adlandırıldığından və qanunvericilikdə qeyd edilən məsələlərlə bağlı vəsatətlərin həllinə dair ayrıca norma müəyyən edilmədiyindən, MPM-in 184.3-cü maddəsinin tələbl əri bütün növ vəsatətlərin verilməsinə aid edilir. 17. 2021-ci il 30 avqust tarixində Mərəndi-nin hüquqlarının (76.812,38 AZN məbləğində) A.Mehdiyevaya ötürülməsi barədə, 2021-ci il 15 sentyabr tarixində isə A.Mehdiyevanın hüquqlarının iddiaçıya ötürülməsi barədə “Tələb hüququnun güzəşt edilməsi haqqında” müqavilə bağlanmışdır. Yəni, hazırkı iddiaçı subyektiv hüquqa malikdir. Həmin müqavilənin tərtib edilmə qaydasına riayət edilməməsinə münasibətdə isə bildirilmişdir ki, sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Həmin müqavilənin əsaslandığı ilkin alqı-satqı müqaviləsi sadə yazılı formada tərtib edilmişdir. İşin materialları ilə iddia tələbi sübut olunduğundan, ekspertiza təyin edilməsi işin baxılmasının yubanm asına gətirib çıxara bilərdi.

18. Cavabdehin direktoru Nümayəndə2 məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, həmin dövrdə vergi orqanlarının tövsiyəsi ilə ödənişi rəsmiləşdirmək üçün 2018-ci il 3 dekabr tarixində 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli müqaviləni ləğv etdirdilər. Lakin həmin müqaviləni ləğv etdirsələr də, elə həmin gün-2018-ci il 3 dekabr tarixində cavabdeh ilə Mərəndi arasında ticarət nümayəndəsi (agent) müqaviləsini bağlamışlar. Ona görə də, sonradan bağlanmış tələbin güzəşti haqqında müqavilədə münasibətin yaranması əsası kimi tərəflər arasında bağlanmış 2018-ci il 1 sentyabr tarixli müqavilənin nömrəsi qeyd edilmişdir. Bu müqavilə ləğv edilən müqavilənin davamı olmuşdur. Borcla bağlı məsələ isə dəyişməmişdir. Bu isə onu sübut etmişdir ki, müqavilə üzrə öh dəliklər yerinə yetirilmədən tərəflər arasında mövcud olan alqı-satqı müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilmiş, sadəcə formal baxımından müqavilənin adı dəyişdirilərək “malların göndərilməsi haqqında” müqavilə deyil, “Ticarət nümayəndəsi (agenti) haqqında” müqavilə olaraq dəyişdirilmişdir.

19. Tərəflərin razılığı ilə vaxtından əvvəl müqaviləyə xitam verilmişdir. Əslində isə ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməmişdir. Odur ki, cavabdehin Mərəndi-yə və dolayısı ilə tələb hüququnun güzəşt edilməsi nəticəsində həmin hüququn sonuncu mülkiyyətçisi olan iddiaçıya 76.812,38 manat borcunun olduğu istər iş materialları ilə (2019-cu il 6 dekabr tarixində imzalanmış üzləşmə aktı və 2019-cu il 31 dekabr tarixinə olan auditin nəticələrinə dair akt-məlum at, Arayış-2 haqqında sənəd), istərsə də tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq olunmuşdur. Qeyd edilən aktların cavabdeh hüquqi şəxsin rəhbəri özü tərəfindən imzalanıb möhürləndiyini təsdiq etmişdir. Tələb hüququ mövcud olmuş və mövcud olduğu vəziyyətdə müvafiq olaraq güzəşt edilmiş və hazırkı iddiaçıya belə bir tələblə məhkəmədə çıxış etməyə hüquqi imkan tanımışdır.

20. Cavabdeh ilə Mərəndi arasında 2018-ci il 3 dekabr tarixində bağlanmış ticarət nümayəndəsi (agent) müqaviləsinin bağlanmasından 1 il sonra həmin müqavilə tərəflərinin müvafiq qaydada imzalanaraq təsdiq etdiyi 2019-cu il 6 dekabr tarixli üzləşmə aktı və 2019-cu il 31 dekabr tarixinə olan auditin nəticələrinə dair akt-məlumatda cavabdehin Mərəndi-yə 76.811,86 manat məbləğində borcunun olmasını tərəflər təsdiq etmi şdir. Qeyd edilən sübutlar onu təsdiq edir ki, tərəflər arasında şərab məhsulunun satıldıqca pulunun ödəniləcəyi barədə razılığa gəlsələr belə, 2019-cu ilin dekabr tarixinədək həmin şərab materialı satılmış, həmin müddətdə 111.812,38 manat məbləğdən 35.000,52 manat ödənilmiş qalan borc məbləği isə 76.811,86 manat olmuşdur. Bu faktlar cavabdeh tərəfin həmin şərab materialının hazırda mövcud olduğu və satılmadığı arqumentini inkar etmişdir.

21. İşdə olan 2019-cu il 6 dekabr tarixli üzləşmə aktının surəti təqdim edilsə də, həmin aktı imzalamış və möhürləmiş cavabdehin rəhbəri qeyd edilən imza və möhürün onun özü tərəfindən edildiyi və həmin aktın həqiqiliyini təsdiq etmişdir.

22. İddiaçı 20.000 manat məbləğində əldən çıxmış fayda tələb etmiş, bununla bağlı hər hansı bir sübut təqdim etməmiş v ə iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin hissədə tələbə hüquqi qiymət verilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Ona görə də məhkəmə iddia tələbinin 76.811,86 manat hissədə əsaslığını qəbul etmişdir. Mülki prosessual qanunvericiliyin prinsiplərinə görə, ilkin olaraq iddiaçı tələbinin əsasını sübut etməli və bununla bağlı sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının nümayəndəsi isə bu tələblə bağlı ümumiyyətlə hər hansı bir əsaslandırma ilə məhkəmə qarşısında çıxış etməmiş və sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin qeyd edilən hissədə əsaslılığını qəbul etməmiş, iddianın həmin hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir.

23. Məhkəmə gəldiyi nəticəni MM-in 21.2, 193.1, 193.2, 193.3, 194.1, 194.2, 194.4, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567 -ci, MPM-in 54.1, 119.1, 184.3, 184.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh 2022-ci il 27 aprel tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin tam ləğv, iddia tələbinin isə tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

25. Cavabdeh 2022-ci il 10 iyun tarixində vəsatətlə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – “üçüncü şəxs”) hazırkı işdə üçüncü şəxs qismində iştirak etməyə cəlb olunmasına dair qərardad qəbul olunmasını xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 14 iyun tarixli 2-2(107)-49/2022 saylı proto kol-qərardadı ilə vəsatət təmin olunmuş, ƏMDX iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

26. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli 2-2(107)-49/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir (sədrlik edən-məruzəçi hakim G.Cavadova, hakimlər E.Hüseynov və R.Rəfiyev).

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mərəndi və cavabdeh arasında 2018-ci il 1 sentyabr və 2018-ci il 3 dekabr tarixli müqavilələrin bağlanması, 2018-ci il 1 sentyabr tarixli müqavilə üzrə şərab materi allarının cavabdehə təhvil verilməsi və həmin müqavilə üzrə cavabdehin 76.811,86 manat məbləğində borcun yaranması faktını iddiaçının səlahiyyətli nümayəndəsi ilə yanaşı, həm də cavabdehin direktoru Nümayəndə2 və nümayəndəsi (vəkili) məhkəmələrə verdikləri izahatlarda təsdiq etmişlər.

28. Cavabdeh tərəf Mərəndi qarşısında 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli “Malların göndərilməsi haqqında müqavilə” üzrə icra olunmamış öhdəliklərinin olduğunu inkar etməsə də, bildirmişdir ki, həmin müqavilə artıq ləğv olunduğuna görə, bu öhdəliklərin icrası cavabdehdən tələb oluna bilməz. Ləğv olunmuş müqavilə üzrə tələb etmə hüququ da üçüncü şəxsə verilə bilməz. Bu baxımdan hesab olunmalıdır ki, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud olma mışdır.

29. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müqavilənin dəyişdir ilməsinin və ləğv edilməsinin əsaslarını və bunun hüquqi nəticələrini və s. halları tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsinin hüquqi nəticələrini tənzimləyən MM-in 424.3-cü müddəasının mənasına görə, müqavilə ləğv edilərkən, əgər tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, tərəflərin öhdəliklərinə xitam verilir. Sözügedən norma müqavilə ləğv olunduğu halda tərəflərin müqavilə üzrə öhdəliklərinin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin vicdanla yerinə yetirilməsi hüquqi prinsipinə əsaslanır.

30. Mərəndi və cavabdeh arasında bağlanmış 2018-ci il 1 sentyabr tarixli “Malların göndərilməsi haqqında” müqavilənin 12.1.2-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verilə bilər. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən, tərəflər arasında başqa anlaşma olmadıqda müqavilənin 12.1-ci bəndində əks olunmuş əsaslarla və ya müqavilənin müddətinin bitməsi nəticəsində xətm edilməsi tərəfləri müqavilənin xətm tarixindən öncə yaranmış öhdəliklərdən azad etmir. Göründüyü kimi, Mərəndi və cavabdeh arasında bağlanmış 2018-ci il 1 sentyabr tarixli müqavilədə, onun vaxtından əvvəl ləğv edilməsi halında, tərəflərin öhdəliklərinin qüvvədə olma müddəti barədə şərt nəzərdə tutulmuşdur. Bu şərt, müqavilənin vaxtından əvvəl ləğv olunduğu təqdirdə, tərəflərin icra olunmamış öhdəliklərinin xitamını istisna edir. Göstərilənlərə əsasən, Mərəndi və cavabdeh arasında bağlanmış “Malların göndərilməsi haqqında” müqavilə tərəflərin qarşılıqlı razılığına əsasən ləğv olunsa da, həmin müqavilə üz rə cavabdehin 76.811,86 manat borcunun qaytarılmasından ibarət icra olunmamış öhdəliyinə xitam verilməmiş, həmin öhdəlik olduğu kimi qalmışdır. 31. 2018-ci il 1 sentyabr tarixli müqavilənin tərəfləri qarşılıqlı razılığa əsasən, 2018-ci il 3 dekabr tarixində müqaviləni ləğv etmiş və elə həmin gün də “Ticarət nümayəndəsi (Agent) müqaviləsi” bağlamışlar. Cavabdehin direktorunun məhkəmələrə bildirdiklərinə görə, müqavilənin ləğvi və yeni müqavilənin bağlanmasında məqsəd vergi orqanlarının məsləhəti ilə ödənişlərin qanuniliyini təmin etmək və rəsmiləşdirmək olmuşdur. 2019-cu il 6 dekabr tarixində tərəflər arasında üzləşmə aparılaraq üzləşdirmə aktı tərtib edilmiş, daha sonra isə audit keçirilərək 2019-ci il 31 dekabr tarixində akt-məlumat tərtib olunmuş, həmin sənədlər Mərəndi-nin nümayəndəsi v ə cavabdehin direktoru tərəfindən imzalanmış, imzalar hüquqi şəxslərə aid möhürlə təsdiq olunmuşdur. Qeyd olunan sənədlərlə müəyyən edilmişdir ki, cavabdehin Mərəndi qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və bu öhdəlik 76.811,86 manat ödənilməmiş borcdan ibarətdir.

32. Bütün bunlar ona dəlalət etmişdir ki, müqavilə tərəfləri 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqaviləni 2018-ci il 3 dekabr tarixində ləğv etsələr də, onların müqavilə üzrə öhdəliklərinə xitam verilməmiş, müqavilənin icrası ilə bağlı cavabdehin Mərəndi qarşısında 76.811,86 manat məbləğində borcdan ibarət icra olunmamış öhdəliyi qalmışdır.

33. Cavabdehin qanuni təmsilçisi (direktoru) Nümayəndə2 birinci instansiyası məhkəməsində təmsil etdiyi hüquq şəxs tərəfindən müqavilə ö hdəliyinin icra olunmamasının səbəbini onunla izah etmişdir ki, cavabdehin Mərəndi-dən aldığı şərab materiallarının bir hissəsi realizə olunmadığından, yəni satılmadığından, həmin materiallar xarab olmuşdur, çünki təbii şərab materialının yararlılıq müddəti ən yaxşı halda 3 ildir.

34. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan hal, cavabdehin öhdəliyinin icra olunmamasının üzrlü səbəbdən baş verməsi kimi qəbul olunmamalıdır. Çünki cavabdeh şərabın və şərab materiallarının alqı-satqısı ilə bağlı professional fəaliyyət göstərən hüquqi şəxsdir və onun bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən Mərəndidən əldə etdiyi şərab materiallarının saxlama müddətləri və sair hallarla bağlı maliyyə riskləri barədə məlumatsız olması mümkün deyil. Şərab materiallarının alqı-satqısı ilə bağlı Mə rəndi ilə cavabdeh arasında bağlanmış müqavilənin 9-cu bəndində fors-major halları konkret olaraq sadalanmışdır. Şərab materiallarının satışının mümkünsüzlüyü və bununla əlaqədar malların yararlıq müddətinin keçməsi həmin fors-major hallarına daxil edilməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab etmişdir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır.

35. Göstərilənlərə əsasən, işin halları kimi müəyyən edilmişdir ki, Mərəndi və cavabdeh arasında bağlanmış müqavilə münasibətlərindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən lazımınca icra olunmamış, nəticədə onun Mərəndi-yə 76.811,86 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Sonradan Mərəndi mülki qanunv ericiliyin ona verdiyi imkandan istifadə edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə qarşı olan tələb hüququnu A.Mehdiyevaya vermiş, sonuncu isə həmin hüququ iddiaçıya ötürmüşdür.

36. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, cavabdeh tərəf birinci instansiyası məhkəməsinə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət versə də, vəsatət təmin edilməmişdir. Cavabdeh hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalıdır.

37. Cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsasız olmuşdur. Belə ki, hazırkı işə istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəf 2018-ci il 1 sentyabr tarixli müqavilə üzrə öhdəliklərin lazımınca icra edilm əməsi nəticəsində yaranmış borcun məbləğini mübahisələndirməmişdir. Digər tərəfdən, cavabdeh həmin məbləği şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı) məhkəmələrə təqdim etməmişdir. Odur ki, məhkəmə, apellyasiya şikayətinin sübutla təsdiq olunmayan bu dəlilini əsaslı saymamışdır. Dəlil formal mülahizə xarakteri daşımışdır.

38. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı, MMC və cavabdeh arasında bağlanmış “Malların göndərilməsi haqqında” 2018-ci il 1 sentyabr tarixli müqaviləyə və “Tələb hüquqlarının güzəşti haqqında” 2021-ci il 15 sentyabr tarixli müqaviləyə əsaslanaraq 76.811,86 manat məbləğində borcu tələb etməkdə, birinci instansiyası məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşdur. İddiaçının hazırkı iddianı irəli sürm ək üçün subyektiv hüququnun olmaması, cavabdehin Mərəndi qarşısında, dolayısı yolla isə iddiaçı qarşısında öhdəliyinin olmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 193.1, 194.1, 194.2, 194.3, 194.4, 385.1, 390.1, 424.3, 442, 448.1, 567-ci, MPM-in 14.2, 77.1, 217, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

40. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində həmin qətnamənin tam ləğv olunması, iddianın təmin edilmiş hissədə (cavabdehdən 76.811,86 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi) tam rədd olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

41. Üçüncü şəxs tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində həmin qətnamən in ləğv edilməsi və iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli, 2-2(102)-676/2022 saylı qərarı ilə cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin olunmuş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov).

43. Kassasiya instansiyası məhkəməsi aşağıdakı məsələlərlə bağlı cavabdeh kassatorun gətirdiyi dəlillərlə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni hüquqi baxımdan əsassız hesab etmişdir. 4

4. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdehə qarşı olan 76.812,38 manat məbləğində tələb hüququ iddiaçıya Mərəndi ilə cavabdeh arasında bağlanılmış 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilə əsasında güzəşt edilmişdir.

45. Halbuki həmin müqavilə Mərəndi ilə cavabdeh arasında bağlanılmış 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi ilə 2018-ci il 3 dekabr tarixindən etibarən ləğv edilmişdir.

46. Apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə belə hesab etmişdir ki, 2018ci il 1 sentyabr tarixli 2018/09-018 saylı müqavilə üzrə cavabdehin Mərəndi qarşısında olan pul öhdəliyi icra olunmadığından həmin öhdəliyə xitam verilməmişdir. Belə ki, müq avilənin ləğv edilməsinin hüquqi nəticələrini tənzimləyən MM-in 424.3-cü müddəasının mənasına görə, müqavilə ləğv edilərkən, əgər tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, tərəflərin öhdəliklərinə xitam verilir. 2018-ci il 1 sentyabr tarixli müqavilədə, onun vaxtından əvvəl ləğv edilməsi halında, tərəflərin öhdəliklərinin qüvvədə olma müddəti barədə şərt nəzərdə tutulmuşdur (müqavilənin 12.4-cü bəndi). Bu şərt, müqavilənin vaxtından əvvəl ləğv olunduğu təqdirdə, tərəflərin icra olunmamış öhdəliklərinin xitamını istisna edir.

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmamış və göstərmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarı formalaşdırdığı hüquqi mövqeyə əsasən Mərəndi ilə cavabdehin bir-biri qarşısında daşıdıqları öhdəliklərin mahiyyəti, icra vəziyyəti, o cümlədən hazırda həmin müqavilə üzrə hazırda tələb olunan 76.812,38 manat məbləğində borcun həqiqətən mövcud olubolmaması 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilənin və 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə bu müqavilənin müddəaları bir-biri ilə əlaqəli şəkildə təhlil olunmaqla hüquqi baxımdan dəyərləndirilməlidir. Çünki həmin mə sələlərə düzgün hüquqi qiymət verilmədən apellyasiya instansiyası məhkəməsinin kassatorun dəlillərinə qeyd olunan hüquq pozuntularına yol verib-verməməsinin obyektiv şəkildə aydınlaşdırılması qeyrimümkündür.

48. Məhkəmənin özünün istinad etdiyi MM-in 424.3-cü müddəasının mənasına görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə o zaman xitam verilir ki, tərəflərin razılaşmasından ayrı qayda irəli gəlməsin. Yenə də məhkəmənin istinad etdiyi malların göndərilməsinə dair 2018-ci il 1 sentyabr tarixli müqavilənin 12.4-cü bəndində qeyd olunmuşdur ki: “Tərəflər arasında başqa anlaşma olmadıqda Müqavilənin 12.1 bəndində əks olunmuş əsaslarla və ya Müqavilənin müddətinin bitməsi nəticəsində xətm edilməsi Tərəfləri Müqavilənin xətm tarixindən öncə yaranmış öhdəliklərdən azad etmir.” 49. 201 8-ci il 1 sentyabr tarixli müqaviləyə əsasən cavabdeh MMC-dən aldığı 243.600 litr şərab materiallarının dəyəri olan 111.812,38 manat məbləğində pulu sonuncuya ödəməyi öhdəsinə götürmüşdür. Bundan cəmi 3 ay sonra bağlanmış 2018-ci il 3 dekabr tarixli 2018/12-018 nömrəli “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtlərinə görə də, cavabdeh 243.600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alğı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı, müqavilələrdən əldə olunan 111.812,38 manat məbləğində pulu Mərəndi-nin bank hesabına köçürməyi öhdəsinə götürmüş, ilk müqaviləyə isə xitam verilmişdir.

50. Sonuncu müqavilənin digər şərtlərinə görə də: - Tapşıranın (Mərəndi) öhdəlikləri xidmətlərin göstərilməsi üçün tələb olunan mal və sənədləri, hazır materialları müqavilə ilə şərtləşd irilmiş qaydada və müddətdə Ticarət Agentinə (cavabdeh) təqdim etməkdir (2.1.1 və 2.1.2-ci bəndlər). - Ticarət agentinin öhdəlikləri isə xidmətləri yüksək peşəkarlıq səviyyəsində həyata keçirmək, malın satışından sonra bu müqavilənin şərtlərinə uyğun olaraq Tapşıranın bank hesabına müvafiq vəsaitin köçürülməsidir (2.2.2 və 2.2.3-cü bəndlər). - Ticarət agenti tərəfindən bağlanılan malların alqı-satqı müqaviləsi üzrə hesablaşmalar Ticarət agentinə ödənilir. Ticarət agenti müvafiq alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğləri ödəniş edilən tarixdən 5 iş günü ərzində tapşıranın bank hesabına köçürür (3.1-ci bənd). - Ticarət agenti tapşırana satılmış mala görə müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə pulu ödəyir (3.2-ci bənd).

51. Göründüyü kimi, hər iki müqavilənin obyektini Mərə ndi-nin cavabdehə təqdim etdiyi eyni həcmdə şərab (243.600 litr) və cavabdehin müvafiq şərtlər (hər müqavilə üzrə fərqli şərtlər) çərçivəsində Mərəndi-yə ödəməli olduğu eyni həcmdə pul məbləği (111.812,38 manat) təşkil edir. Mərəndi tərəfindən cavabdehə ayrı-ayrılıqda iki dəfə, hər birində 243.600 litr şərab olmaqla mal verilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

52. Beləliklə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünən odur ki, Mərəndi və cavabdeh ilk dəfə malların öz aralarında alqısatqısı barədə razılaşsalar da, ikinci dəfə müqavilə bağlayarkən eyni malların cavabdeh tərəfindən üçüncü şəxslərə satılaraq əldə olunan vəsaitdən 111.812,38 manat məbləğində pulun Mərəndi-yə ödənilməsi istiqamətində öz iradələrini ifadə etmiş, nə ticə etibarilə öz aralarında olan işgüzar münasibətlərin, o cümlədən öhdəliklərin xarakterini, mahiyyətini dəyişmişlər. Ticarət agenti kimi cavabdehin 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə Mərəndi qarşısında pul öhdəliyi müqavilə müddəalarının əsas dispozisiya şərtinin baş verməsindən, yəni üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranır. Odur ki, üçüncü şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdırsa, cavabdehin Mərəndi qarşısında hər hansı pul öhdəliyi də yaranmamışdır. 53. 2018-ci il 3 dekabr tarixli müqavilənin müddəalarının əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, həmin müqavilə mahiyyət etibarilə özündə MM-in 328.1 və 328.4-cü maddəl ərinə uyğun olaraq, pozitiv şərtlərlə bağlanmış əqdin əlamətlərini əks etdirir. Gələcəkdə baş verib-verməməsi məlum olmayan həmin pozitiv şərtlər aşağıdakılardan ibarətdir: 1) cavabdeh ilə üçüncü şəxslər arasında şərab materiallarının alqı-satqısına dair müqavilə bağlanılmasının mümkün olması; 2) həmin müqavilələr üzrə satılan malların dəyərinin alıcılar tərəfindən cavabdehə ödənilməsinin mümkün olması. Odur ki, həmin pozitiv şərtlərin hazırda baş verməsi iş materiallarından görünmədiyindən cavabdehin 2018-ci il 3 dekabr tarixli müqavilə üzrə Mərəndi qarşısında pul öhdəliyi də yaranmamışdır.

54. Bunun əksini qəbul etmək isə onunla nəticələnə bilər ki, 2018-ci il 1 sentyabr tarixli müqavilə ləğv edildiyinə baxmayaraq hazırda tələb olunan borc həmin müqavilə üzrə ödənildiyi halda, cavabdeh e yni həcmdə vəsaiti həm də ləğv edilməmiş 2018-ci il 3 dekabr tarixli müqavilə üzrə ödəməli olacaqdır (yuxarıda qeyd olunduğu kimi, həmin müqavilədə qeyd olunan şərtlər baş verdiyi halda). Başqa sözlə, bu halda cavabdeh eyni həcmdə vəsaiti həm 1-ci, həm də 2-ci müqavilə üzrə, yəni 2 dəfə ödəməli olacaqdır. Bu isə nə ədalətə, nə MM-in normalarına, nə də ki, tərəflərin (Mərəndi ilə cavabdehin) iradə ifadəsinə uyğundur.

55. Lakin apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirmədiyindən MM-in 404.1 və 404.2-ci maddələrinin tələblərini nəzərə almamış, müqavilələrin şərtlərini əlaqəli şəkildə təfsir etməklə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, eləcə də MMC və cavabdehin qarşılıqlı münasibətlərinin xarakterini, onların əvvəlki və sonrakı hərəkətlərinin səbəb və nəticələ rini düzgün müəyyən etməmiş, beləliklə də maddi hüququn tətbiqində səhvə yol verərək iş üzrə əsassız nəticəyə gəlmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən üzləşmə aktına istinad etsə də, nəzərə almamışdır ki, cavabdehin ödəniş öhdəliyinin yaranmasının materialların satışı ilə bağlı olduğu nəinki tərəflərin son iradə ifadəsi olan 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsindən, eləcə də Mərəndi-nin cavabdehə göndərdiyi məktublardan da aydın şəkildə görünməkdədir.

99. Belə ki, Mərəndi 2020-ci il 24 avqust tarixli məktubunda (İ cild, i/v 209) cavabdehə müraciət edərək 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsinə istinadən bildirmişdir ki, 2018 və 2019-cu ilin yanvar ayı ərzində cə mi 76.252 litr şərabın müqavilə üzrə satışı reallaşdırılmış və 167.346 litr şərab cavabdehdə qalmışdır. 2019-cu il ərzində heç bir digər satış reallaşdırılmamış və mövcud şərab qalığı 2020-ci ilə keçmişdir. Həmçinin Mərəndi 2020-ci il 25 avqust tarixli məktubunda (İ cild, i/v 208) cavabdehə müraciət edərək onun anbarında realizə edilmədən qalmış 167.346 litr həcmində malın mövcud olduğunu, pandemiya səbəbindən satışda azalmaların olduğunu və bununla bağlı həll yolu tapılmasını təklif etmişdir. Xüsusilə vurğulanmışdır ki, həmin məktublar apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəyə gələrkən istinad etdiyi 2019-cu il 6 dekabr tarixli audit rəyi və 2019-cu il 31 dekabr tarixli üzləşmə aktından sonrakı tarixlərdə cavabdehə ünvanlanmışdır.

57. Göründüyü kimi, sözügedən məktublarda Mər əndi nəinki cavabdehin pul öhdəliyinin yalnız Mərəndi-nin malları üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranmasını təsdiq etmiş, həmçinin cavabdehə üçüncü şəxslərə satılmaq üçün təqdim etdiyi şərab məhsullarından faktiki olaraq 167.346 litr həcmində malın realizə olunmadan cavabdehin anbarında qaldığını vurğulamış, beləliklə cavabdehin pul öhdəliyinin, ən azından, 2020-ci il 25 avqust tarixinədək yaranmadığını məlum üzləşmə aktı bağlandıqdan təqribən 8 ay keçdikdən sonra bir daha qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Mərəndi-nin həmin məktublarına nəinki hüquqi qiymət verməmiş, ümumiyyətlə onlara istinad belə etməmiş, beləliklə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xü susatlar məhkəmənin diqqətindən kənarda qalmışdır.

58. Ticarət agenti kimi cavabdehin üçüncü şəxslərlə 2020-ci il 25 avqust tarixindən sonra da sözügedən alqı-satqı müqavilələrinin bağlanması və həmin şəxslərdən cavabdehin hesabına satış nəticəsində pul vəsaitinin daxil olması isə iş materiallarından görünmür. Qeyd edilənlər o anlama gəlir ki, cavabdehin 2018-ci il 3 dekabr tarixli 2018/12018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə Mərəndi qarşısında hər hansı pul öhdəliyinin yaranması iş materialları ilə öz təsdiqini tapmır. Bu səbəbdən də Mərəndi-nin həmin müqavilə üzrə cavabdehə qarşı yaranmayan tələb hüququnu başqa şəxsə güzəşt etməsi MM-in 193.1, 194.1 və 198-ci maddələrinin tələbləri baxımından qeyri-mümkün görünür.

59. Belə olan halda, məhkəmə hesab etmişdir ki, apellyas iya instansiyası məhkəməsi yuxarıda qeyd olunduğu kimi, 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi şərtlərinin mahiyyətinə və icrası vəziyyətinə düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq pozuntusuna yol verərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Bu mənada, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində cavabdehin Mərəndi-dən aldığı şərab materiallarının bir hissəsinin digər şəxslərə satılmadığından xarab olmasının maliyyə risklərinin cavabdehin üzərinə düşdüyü nəticəsinə gəlsə də, bu zaman Mərəndi-nin hansı maliyyə risklərini daşıdığını və bunun müqavilənin icrası vəziyyətinə necə təsir etdiyini qiymətləndirməmişdir. Halbuki yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər ikinci müqaviləni bağlayarkən Mərəndi cavabdehin onun m allarını üçüncü şəxslərə satdıqdan sonra Mərəndi-yə ödəniş edəcəyi barədə razılığa gəlmiş, bununla da mallar satıla bilməyəcəyi halda yarana biləcək maliyyə risklərini öz üzərinə götürmüşdür.

60. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi Mərəndi ilə cavabdeh arasında bağlanmış üzləşmə aktı məhz tərəflərin son iradə ifadəsi olan “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtləri çərçivəsində dəyərləndirilməlidir. Əvvəla, ona görə ki, həmin akt tarix etibarilə sözügedən müqavilə imzalandıqdan sonra bağlanmışdır. İkincisi, aktda əks olunmuş borcun məhz 2018-ci il 1 sentyabr tarixli müqavilədən irəli gəldiyi göstərilməmişdir. Üçüncüsü, üzləşdirmə aktında cavabdehin müvafiq həcmdə borcunun olduğunun göstərilməsi həmin borcun yaranma əsasını və tərəflər arasındakı öhdəliklərin xarakterini dəyişə bilməz. Belə ki, tərəflərin son iradə ifadəsi olan “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtlərinə görə, cavabdehin Mərəndi qarşısında pul öhdəliyi, yuxarıda qeyd olunduğu kimi, üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə Mərəndi-nin satılmış şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranır. Odur ki, üçüncü şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdırsa, cavabdehin Mərəndi qarşısında hər hansı pul öhdəliyi yaranmamışdır. Dördüncüsü, Mərəndi-nin üzləşdirmə aktı imzalandıqdan 8 ay sonra cavabdehə göndərdiyi 2020-ci il 24 və 25 avqust tarixli məktublardan aydın olur ki, tərəflərin əsl niyyəti, işgüzar münasibətləri məhz Mərəndi-nin mallarının cavabdeh tərəf indən üçüncü şəxslərə reallaşdırılması və bu əməliyyatlardan cavabdehə daxil olan vəsaitdən müvafiq məbləğin Mərəndi-yə köçürülməsi üzərində qurulmasına yönəlmişdir.

61. Apellyasiya instansiyası məhkəməsi isə üzləşdirmə aktına hüquqi qiymət verərkən yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış, beləliklə də MPM-in 88 və 217.3-cü maddələrinin tələblərini pozaraq iş üzrə əsassız nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə Mərəndi-nin üçüncü şəxs qismində cəlb olunması ilə bağlı vəsatətin məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmsinə dair cavabdeh kassatorun dəlilləri ilə də razılaşaraq göstərmişdir ki, MPM-in 57.1-ci maddəsinin tələblərindən aydın olur ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs o zaman prosesə cəlb oluna bilər ki, məhkəmə qətnaməsi tə rəflərdən birinə münasibətdə üçüncü şəxsin hüquq və vəzifələrinə təsir edə bilsin. Aydındır ki, hazırkı iddia təmin edilməyəcəyi təqdirdə mübahisə predmeti olan borca dair tələbin güzəştinə dair müqavilələrin əsaslılığı da şübhə altına düşmüş olur. Bununla əlaqədar tələb hüququnu əldə etmiş iddiaçının sonradan A.Mehdiyevaya, sonuncunun isə Mərəndi-yə qarşı müvafiq tələblər irəli sürməsi istisna olunmur. Bu mənada, məhkəmə hesab etmişdir ki, məhkəmə nəinki yalnız Mərəndinin, hətta öz təşəbbüsü ilə A.Mehdiyevanın da üçüncü şəxs qismində hazırkı prosesə cəlb olunması məsələsini həll etməli idi.

62. İşin materiallarında olan apellyasiya instansiya məhkəməsinin 2022-ci il 28 iyun tarixli iclas protokolundan (İ cild, i/v 224) isə görünür ki, məhkəmə məhz hazırkı mübahisənin Mərəndi-nin hüquq və mənafelərinə toxunmamasını əsas gətirərək və bununla bağlı heç bir əsaslandırma aparmadan onun üçüncü şəxs qismində cəlb olunmasına dair vəsatəti təmin etməmiş, yuxarıda göstərilən halları nəzərə almamış, nəticədə MPM-in 57.1-ci maddəsinin tələblərini pozmuşdur.

63. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri əsas etibarilə onunla bağlı olmuşdur ki, 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent) müqaviləsi” mülki hüquq normalarına zidd olmaqla etibarsız əqd olmuşdur, ona görə də hüquqi nəticələrə səbəb ola bilməzdi. Apellyasiya instansiya məhkəməsi isə bunu nəzərə almamışdır.

64. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq göstərmişdir ki, mülki hüquqi əqdlərin etibarsız hesab olunmasının əsasları MM-in 338-349-cu maddələrində konkret müəyyən olunmuşdu r. MM ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin etibarsızlığı əvvəllər MM-in 338-ci maddəsində nəzərdə tutulmuşdusa da, həmin normalar Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 949-İİQD saylı Qanunu ilə MM-dən çıxarılmışdır. Odur ki, MM-in müvafiq müqavilə növünə dair normalarının tələblərinə uyğun gəlməyən müqavilələrin bağlanması həmin əqdlərin etibarsız hesab edilməsi üçün hüquqi əsas ola bilməz. Müvafiq olaraq hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin həmin dəlil əsasında ləğv edilməsini məhkəmə kollegiyası qeyd olunan səbəbdən qeyri-mümkün hesab etmişdir.

65. Üçüncü şəxsin digər dəlili isə “Malların göndərilməsi haqqında” 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli müqavilə ləğv edildiyindən tərəflərin həmin müqavilə üzrə öh dəliklərinə xitam verilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyasının mövqeyi yuxarıda geniş şəkildə əks etdirildiyindən məhkəmə kollegiyası təkrar əsaslandırmaya lüzum görülməmişdir.

66. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1 və 217.3-cü maddələrinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

67. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli, 2-2(107)-8/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsin in qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmuş, iddia tələbi cavabdehdən 76.811,86 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim M.Əsədli, hakimlər Ə.Məcidov və E.Mehdiyev).

68. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Mərəndi ilə cavabdehin bir-biri qarşısında daşıdıqları öhdəliklərin mahiyyəti, icra vəziyyəti, o cümlədən hazırda həmin müqavilə üzrə tələb olunan 76.812,38 manat məbləğində borcun həqiqətən mövcud olubolmaması 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilənin və 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə bu müqavilənin müddəaları bir-biri ilə əl aqəli şəkildə təhlil olunmaqla hüquqi baxımdan dəyərləndirilməlidir. Belə ki, həmin məsələlərə düzgün hüquqi qiymət verilmədən şikayətin dəlillərinə qeyd olunan hüquq pozuntularına yol verib-verməməsinin obyektiv şəkildə aydınlaşdırılması qeyri-mümkün olmuşdur.

69. Məhkəmənin qənaətinə görə Mərəndi və cavabdeh ilk dəfə malların öz aralarında alğı-satqısı barədə razılaşsalar da, ikinci dəfə müqavilə bağlayarkən eyni malların cavabdeh tərəfindən üçüncü şəxslərə satılaraq əldə olunan vəsaitdən 111.812,38 manat məbləğində pulun Mərəndiyə ödənilməsi istiqamətində öz iradələrini ifadə etmiş, nəticə etibarilə öz aralarında olan işgüzar münasibətlərin, o cümlədən öhdəliklərin xarakterini, mahiyyətini dəyişmişlər. Ticarət agenti kimi cavabdehin 2018-ci il 3 dekabr tarixli 2018/12018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə iddiaçı qarşısında pul öhdəliyi müqavilə müddəalarının əsas dispozisiya şərtinin baş verməsindən, yəni üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranmışdır. Üçüncü şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdırsa, cavabdehin Mərəndi qarşısında hər hansı pul öhdəliyi də yaranmamışdır.

70. Məhkəmə kollegiyasının qənaətinə görə, 2018-ci il 3 dekabr tarixli müqavilənin müddəalarının əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, həmin müqavilə mahiyyət etibarilə özündə MM-in 328.1 və 328.4-cü maddələrinə uyğun olaraq, pozitiv şərtlərlə bağlanmış əqdin əlamətlərini əks etdirir. Gələcəkdə baş verib-verməməsi məlum olmayan həmin pozitiv şərtlər aşağıdakılardan ibarətdir: 1) cavabdeh ilə üçüncü şəxslər arasında şərab materiallarının alqı-satqısına dair müqavilə bağlanılmasının mümkün olması; 2) həmin müqavilələr üzrə satılan malların dəyərinin alıcılar tərəfindən cavabdehə ödənilməsinin mümkün olması. Odur ki, həmin pozitiv şərtlərin hazırda baş verməsi işin materiallarından görünmədiyindən cavabdehin 2018-ci il 3 dekabr tarixli müqavilə üzrə Mərəndi qarşısında pul öhdəliyi də yaranmamışdır. Bunun əksini qəbul etmək isə onunla nəticələnə bilər ki, 2018-ci il 1 sentyabr tarixli müqavilə ləğv edildiyinə baxmayaraq hazırda tələb olunan borc həmin müqavilə üzrə ödənildiyi halda, cavabdeh eyni həcmdə vəsaiti həm də ləğv edilməmiş 2018-ci il 3 dekabr tarixli müqavilə üzrə ödəməli olacaqdır (yuxarıda qeyd olunduğu kimi, həmin müqavilədə qeyd olunan şərtlər baş verdiyi halda). Başqa sözlə, bu halda cavabdeh eyni həcmdə vəsaiti həm 1-ci, həm də 2-ci müqavilə üzrə, yəni 2 dəfə ödəməli olacaqdır. Bu isə nə ədalətə, nə MM-in normalarına, nə də ki, tərəflərin (Mərəndi ilə cavabdehin) iradə ifadəsinə uyğundur.

71. Lakin birinci instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirmədiyindən MM-in 404.1 və 404.2-ci maddələrinin tələblərini nəzərə almamış, müqavilələrin şərtlərini əlaqəli şəkildə təfsir etməklə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, eləcə də MMC və cavabdehin qarşılıqlı münasibətlərinin xarakterini, onların əvvəlki və sonrakı hərəkətlərinin səbəb və nəticələrini düzgün müəyyən etməmiş, beləliklə də maddi hüququn tətbiqində səhvə yol verərək iş üzrə əsassız nəticəyə gəlmişdir.

72. Birinci instansiyası məhkəməsi iş üzrə nəticəyə gələr kən üzləşmə aktına istinad etsə də, nəzərə almamışdır ki, cavabdehin ödəniş öhdəliyinin yaranmasının materialların satışı ilə bağlı olduğu nəinki tərəflərin son iradə ifadəsi olan 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsindən, eləcə də Mərəndinin cavabdehə göndərdiyi məktublardan da aydın şəkildə görünməkdədir. Belə ki, Mərəndi 2020-ci il 24 avqust tarixli məktubunda cavabdehə müraciət edərək 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsinə istinadən bildirmişdir ki, 2018 və 2019-cu ilin yanvar ayı ərzində cəmi 76.252 litr şərabın müqavilə üzrə satışı reallaşdırılmış və 167.346 litr şərab cavabdehdə qalmışdır. 2019-cu il ərzində heç bir digər satış reallaşdırılmamış və mövcud şərab qalığı 2020-ci ilə keçmişdir.

73. Həmçinin Mərəndi 2020-ci il 25 avqust tarixli məktubunda cavabdehə müraciət edərək onun anbarında realizə edilmədən qalmış 167.346 litr həcmində malın mövcud olduğunu, pandemiya səbəbindən satışda azalmaların olduğunu və bununla bağlı həll yolu tapılmasını təklif etmişdir. Xüsusilə vurğulanmışdır ki, həmin məktublar birinci instansiyası məhkəməsinin iş üzrə nəticəyə gələrkən istinad etdiyi 2019-cu il 6 dekabr tarixli audit rəyi və 2019-cu il 31 dekabr tarixli üzləşmə aktından sonrakı tarixlərdə cavabdehə ünvanlanmışdır. Göründüyü kimi, sözügedən məktublarda Mərəndi nəinki cavabdehin pul öhdəliyinin yalnız Mərəndi-nin malları üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranmasını təsdiq etmiş, həmçinin cavabdehə üçün cü şəxslərə satılmaq üçün təqdim etdiyi şərab məhsullarından faktiki olaraq 167.346 litr həcmində malın realizə olunmadan cavabdehin anbarında qaldığını vurğulamış, beləliklə cavabdehin pul öhdəliyinin, ən azından, 2020-ci il 25 avqust tarixinədək yaranmadığını məlum üzləşmə aktı bağlandıqdan təqribən 8 ay keçdikdən sonra bir daha qəbul etmişdir.

74. Lakin birinci instansiyası məhkəməsi öz qətnaməsində Mərəndi-nin həmin məktublarına hüquqi qiymət verməmiş, ümumiyyətlə onlara istinad belə etməmiş, beləliklə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatlar məhkəmənin diqqətindən kənarda qalmışdır.

75. Ticarət agenti kimi cavabdehin üçüncü şəxslərlə 2020-ci il 25 avqust tarixindən sonra da sözügedən alqı-satqı müqavilələrinin bağlanması və həmin şəxslərdən cavabdehin hesabına sa tış nəticəsində pul vəsaitinin daxil olması isə işin materiallarından görünməmişdir. Qeyd edilənlər o anlama gəlir ki, cavabdehin 2018-ci il 3 dekabr tarixli 2018/12018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə Mərəndi qarşısında hər hansı pul öhdəliyinin yaranması iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən də Mərəndi-nin həmin müqavilə üzrə cavabdehə qarşı yaranmayan tələb hüququnu başqa şəxsə güzəşt etməsi MM-in 193.1, 194.1 maddələrinin tələbləri baxımından qeyri-mümkün görünür.

76. Məhkəmə kollegiyası belə olan halda hesab etmişdir ki, 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi şərtlərinin mahiyyətinə və icrası vəziyyətinə düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq pozuntusuna yol verərək iş üzrə yanlış nətic əyə gəlmişdir. Bu mənada, birinci instansiyası məhkəməsi öz qətnaməsində Mərəndinin hansı maliyyə risklərini daşıdığını və bunun müqavilənin icrası vəziyyətinə necə təsir etdiyini qiymətləndirməmişdir. Halbuki qeyd olunanlardan göründüyü kimi, tərəflər ikinci müqaviləni bağlayarkən Mərəndi cavabdehin onun mallarını üçüncü şəxslərə satdıqdan sonra Mərəndi-yə ödəniş edəcəyi barədə razılığa gəlmiş, bununla da mallar satıla bilməyəcəyi halda yarana biləcək maliyyə risklərini öz üzərinə götürmüşdür.

77. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi Mərəndi ilə cavabdeh arasında bağlanmış üzləşmə aktı məhz tərəflərin son iradə ifadəsi olan “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtlər i çərçivəsində dəyərləndirilməlidir. Əvvəla, ona görə ki, həmin akt tarix etibarilə sözügedən müqavilə imzalandıqdan sonra bağlanmışdır. İkincisi, aktda əks olunmuş borcun məhz 2018-ci il 1 sentyabr tarixli müqavilədən irəli gəldiyi göstərilməmişdir. Üçüncüsü, üzləşdirmə aktında cavabdehin müvafiq həcmdə borcunun olduğunun göstərilməsi həmin borcun yaranma əsasını və tərəflər arasındakı öhdəliklərin xarakterini dəyişə bilməz.

78. Tərəflərin son iradə ifadəsi olan “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtlərinə görə, cavabdehin Mərəndi qarşısında pul öhdəliyi, üçüncü şəxslərə bağlanılan alğı-satqı müqaviləsi üzrə Mərəndi-nin satılmış şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranmışdır. Belə ki, üçüncü şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdırsa, cavabdehin Mərəndi qarşısında hər hansı pul öhdəliyi yaranmamışdır. Dördüncüsü, Mərəndi-nin üzləşdirmə aktı imzalandıqdan 8 ay sonra cavabdehə göndərdiyi 2020-ci il 24 və 25 avqust tarixli məktublardan aydın olur ki, tərəflərin əsl niyyəti, işgüzar münasibətləri məhz Mərəndi-nin mallarının cavabdeh tərəfindən üçüncü şəxslərə reallaşdırılması və bu əməliyyatlardan cavabdehə daxil olan vəsaitdən müvafiq məbləğin Mərəndi-yə köçürülməsi üzərində qurulmasına yönəlmişdir. Birinci instansiyası məhkəməsi isə üzləşdirmə aktına hüquqi qiymət verərkən yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış, beləliklə də MPM-in 88 və 217.3-cü maddələrinin tələblərini pozaraq iş üzrə əsassız nəticəyə gəlmişdir.

79. Odur ki, məhkəmə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etm işdir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

80. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 193.1, 194.1, 194.4, 198.1, 198.2, 328.1, 328.4, 404.1, 404.2, 424.3, "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli Qərarına, MPM-in 14.2, 57.1, 77.1, 372.1, 372.6, 372.7, 384, 420ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

81. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

82. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbləri pozulmuşdur- məhkəmə tərəfindən göstərilən maddənin tələblərinə riayət olunmamışdır. Belə ki, cavabdeh tərəf iddiaçıya alınmış malların əvəzini ödəməli olduğu halda, öhdəliyini həyata keçirməmiş, bu səbəbdən də iddiaçı özünə məxsus hüququn müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsinin çıxarmış oldu ğu əsassız qətnamə ilə iddiaçı tərəfin hüququnu bərpa olunması istiqamətinin əksinə tədbir görmüş və nəticə etibarı ilə iddiaçı hüquqi müdafiə vasitəsindən, məhkəmə müdafiəsi imkanlarından məhrum olunmuşdur. 83. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1997-ci il 11 iyul tarixli Qərarının göstərilən tələblər pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarında qeyd olunan tələblərə riayət olunmamışdır.

84. MM-in 385.1, 425, 442, 448.1, 448.2 və 567-ci maddələrinin tələbləri pozulmuşdur- mübahisə predmeti olan öhdəliyin icra edilməməsinə görə cavabdehin məsuliyyətli şəxs olduğu məlum olmuşdur. İddiaçı cavabdehə mallar satmış və həmin malların dəyəri isə cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, cavabdeh iddiaçıdan mal aldığını və əvəzini ödəmədiyini qeyd etmişdir. Belə olduğu halda cavabdehin üzərinə qoyulan öhdəliklər yerinə yetirilməmişdir. Həmçinin tərəflər arasında alqı-satqı münasibətləri olmuş və bu xüsusat tərəflərin izahatında öz əksini tapmışdır. Cavabdeh tərəf iddiaçı qarşısında öhdəliyini lazımınca yerinə yetirməsinə baxmayaraq məhkəmə əsassız və qanunsuz olaraq qətnamə qəbul etmişdir.

85. MPM-in 4.1, 88, 384.0.1-ci maddələrinin tələbləri pozulmuşdur- göstərilən prosessual maddələrə əsasən iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququ pozulmuş və hüquqlarını qorumaq imkanından məhrum olunmuş, nəticə etibarı ilə iddiaçı cavabdehdən əldə etməli olduğu məbləğə sahib ola bilməmişdir. Həmçinin məhkəmə tərəfindən işin materialları ətraflı araşdırılmamış, göstərilən dəlillər nəzərə alınmamış və həmin hallara d üzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri 86. "xxxx" Şirkəti və cavabdeh ilk dəfə malların öz aralarında alğı-satqısı barədə razılaşsalar da, sonra birinci müqaviləyə xitam verərək ikinci dəfə müqavilə bağlayarkən eyni malların cavabdeh tərəfindən üçüncü şəxslərə satılaraq əldə olunan vəsaitdən 111.812,38 manat məbləğində pulun "xxxx" Şirkətinə ödənilməsi istiqamətində öz iradələrini ifadə etmiş, nəticə etibarilə öz aralarında olan işgüzar münasibətlərin, o cümlədən öhdəliklərin xarakterini, mahiyyətini dəyişmişlər.

87. Belə olduğu təqdirdə üçüncü şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması, üçüncü şəxslərin cavabdehə ödəniş etməsi mümkün olmamışdırsa, cavabdehin "xxxx" Şirkəti qarşısında hər hansı pul öhdəliyi də yaranmamışdır. "xxx x" Şirkəti cavabdehin pul öhdəliyinin yalnız "xxxx" Şirkətinin malları üçüncü şəxslərə bağlanılan alğı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranmasını təsdiq etmiş, həmçinin cavabdehə üçüncü şəxslərə satılmaq üçün təqdim etdiyi şərab məhsullarından faktiki olaraq 167.346 litr həcmində malın realizə olunmadan cavabdehin anbarında qaldığını vurğulamış, beləliklə cavabdehin pul öhdəliyinin, ən azından, 2020-ci il 25 avqust tarixinədək yaranmadığını məlum üzləşmə aktı bağlandıqdan təqribən 8 ay keçdikdən sonra bir daha qəbul etmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

88. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-c i maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

89. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

90. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi fakti ki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

91. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir....” “Maddə

194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnı z borclunun üzrlü mənafeyi olduqda mümkündür.... 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir....” “Maddə

198. Yeni kreditorun tələblərinin sübutu 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.” “Maddə

328. Şərtlə bağlanmış əqdlər 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.... 328.4. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəy yən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzər ə alınır....” “Maddə

424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır....”

92. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən ed ilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....”

93. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilm əməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

94. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 95. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundam ental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

96. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsin in əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

97. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

98. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli 22(107)-8/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: Ə.G.Nurməmmədov M.T.Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar