Məhkəmə qərarları › İş №2-2(102)-363/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-363/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-363/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh X5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X5 qarşı "alqı-satqı müqaviləsi üzrə borc" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2-2(103)- 102/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İ stehsalçı "xxxx" MMC ilə distributor İddiaçı arasında bağlanmış 2023-cü il 6 yanvar tarixli xx.xx.2023/GP SF-19 saylı distributorluq müqaviləsinə əsasən, istehsalçı yem məhsullarını istehsal edir və satış üçün distributora təqdim edir, distributor istehsalçının təqdim etdiyi yem məhsulunu qəbul edir və satışını təşkil edir.

2. Əmək müqaviləsinə əsasən, X6 fərdi sahibkar İddiaçı işçisidir.

3. İddiaçı 2022-ci ilin noyabr ayında öz işçisi X6 vasitəsilə cavabdeh fərdi sahibkar olan X5 cücə yemi satmış, yemin dəyəri olan 12.500 manat pul cavabdeh tərəfindən ödənilməmişdir.

4. X2 yemin keyfiyyətsiz olması, cücələrin bu səbəbdən xəstələnməsi və ölməsi ilə bağlı satıcının nümayəndəsi YY şifahi olaraq (telefonla) pretenziya bildirmiş və yemin yoxlanılmasını tələb etmişdir.

5. Azərbaycan Qida X3 Təd qiqatlar Laboratoriyasının 2022-ci il 26 dekabr tarixli sınaq protokolunda sınaq nəticələrinə əsasən 0001 nömrəli quş yemində (götürülmüş nümunədə) faktiki olaraq “Clostridium perfringens” aşkar olunduğu, “Salmonella” və “E.Coli” aşkar edilmədiyi əks olunmuşdur.

6. İddiaçı Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində izahat verərək bildirmişdir ki, təxminən bir ilə yaxındır ki, "xxxx" MMC şirkəti ilə müqavilə bağlayıb, cücə yemlərinin satışı ilə məşğul olur və bu işdə ona rəsmi işçisi, X1 edir. YY ilə X5 öz aralarında təxminən 23.000 manatlıq cücə yemini alaraq pulun hissə-hissə ödənilməsinə razılaşmışdırlar. 2022-ci ilin noyabr ayı olardı ki, X5 onun işçisindən 12.500 manatlıq cücə yemi istəmişdir və yemin pulunu cücələri böyüdüb satışından sonra verəcəyi vədi vermişdir və buna görə də i şçisi YY X5-ə ümumi dəyəri 12.500 manatlıq cücə yemini şirkətdən hissə-hissə çıxararaq Xəzər rayonu Binə qəsəbəsində yaşayan X5 cücə fermasına gətirib təhvil vermişdir, lakin 2022-ci il noyabr ayının sonları X5 cücə yemindən şikayət etməyə başlamış və bu səbəbdən də o, X5-ə işçisi YY verdiyi yemi yenisi ilə əvəz etdirdi. Lakin bundan sonra dekabr ayı olardı ki, X5 yenidən başladı yemdən şikayət etməyə və bildirdi ki, guya onların verdikləri cücə yemindən onun təxminən 400-500-ə yaxın cücələri yemdən zəhərlənib və ölüb və bundan sonra o, şirkətin rəsmi baytar həkimi olan Nuran adlı həkimini və şirkətin rəsmi işçisi satış müdiri Rasim müəllimi X5-in cücə sexinə dəvət etdi ki, X5 qeyd etdiyi yemə və ölən cücələrə baxış keçirib və müayinə etsinlər, lakin sexdə olan zaman X5 onlara heç bir ölü cücə təqdim etmədi, bundan sonra 2022-ci ilin dekabr ayının 2-si X5, o və işçisi YY ilə birlikdə cücə yemini ekspertizadan keçirmək üçün yemi həkimə təqdim etdilər və həkim bir neçə həftədən sonra bildirdi ki, bu yemdən heç bir cücə ölə bilməz. Bundan sonra o, və işçisi YY X5dən 12.500 manat pullarını verməsini tələb etdilər, lakin X5 sözdə bildirir ki, borcunu qaytaracaq, lakin əməlində isə pulunu qaytarmır və bildirir ki, şirkəti məhkəməyə verəcək və onun pulunu verməkdən boyun qaçırır. X7 ona ümumi 12.500 manat pul borcludur.

7. X7 Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində izahat verərək bildirmişdir ki, o, ailəvi olaraq Xəzər rayonu Binə qəsəbəsi X9 cücə ferması ilə məşğul olur. Mahiyyəti üzrə bildirmək istəyir ki, təxminən bir ilə yaxın olar ki, cücə yemi satışı ilə məşğul olan YY adlı şəxslə tanış olmuş və o bildirdi ki, SR-Sook şirkətinin müdiri olan Fəxrəddin adlı şəxsin işçisidir. O, onunla öz aralarında razılaşma yolu ilə ilkin olaraq hissə-hissə 23.000 manatlıq cücə yemi aldı və pullarını hissə-hissə YY ödəniş etdi. Təxminən 2022-ci ilin noyabr ayı olardı ki, YY əlaqə saxladı, ona bildirdi ki, ona 12.500 manatlıq cücə yemi lazımdır və o da sözünü yerə salmayıb 12.500 manatlıq cücə yemini hissə-hissə gətirərək, onun cücə fermasına çatdırdı. Lakin bir müddət keçdikdən sonra YY-in gətirdiyi yemdə problem olduğu üçün cücələrinin qarnı açıldığı üçünYY-dən xahiş etdi ki, yemi dəyişsin və YY bir tona yaxın yemi yenisi ilə əvəz etdi, lakin bundan sonra onun 400-500-ə yaxın cücələri öldü. Bu barədə o YY-ə bildirdi və onları fermaya dəvət etdi, onlar yemə baxış keçirdi lər və onlar ilə birlikdə yemi ekspertizadan keçirdilər və ekspertizanın rəyində bakteriya, yəni cücələrə ziyan vura biləcək bakteriya aşkar olundu və ona 40.000 manatlıq maddi ziyan dəydiyinə görə o, 12.500 manat pulu YY-ə ödəməyəcək, lakin bir şərtlə ödəyər ki, ona dəymiş tam ziyanı YY ödəsə, o da onun 12.500 manatını ödəyəcəyinə söz verir.

8. X6 Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində izahat verərək bildirmişdir ki, o SR-Sook şirkətinin Bakı nümayəndəliyində satıcı işləyir. 2022-ci ilin noyabr ayında 12.500 manatlıq cücə yemi vermişdir. Həmin vaxt ona yemin pulunu vermədi lakin verəcəyini bildirdi. 2022-ci il 2 dekabr tarixində o, yemin pulunu almaq üçün Fəxrəddin müəllimlə birlikdə X5-in yanına getdilər. X5 bildirdi ki, yemdə problem var, cücə böyümür. Həmin gün o, Fəxrəddin mü əllim və X5 yemdən analiz vermək üçün AQTA laboratoriyasına getdilər, orada yemdən analiz verdilər. Təxminən ay yarımdan sonra X5 Fəxrəddin müəllimə analizin cavabını göndərmişdir. X5ə etibar edərək malı ona qaiməsiz nisyə vermişdir. O, 12.500 manat məbləğində cücə yemini X5 yemi hissə-hissə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda X5in qardaşının iştirakı ilə onlara təhvil vermişdir. X5 ona cücə yemi üçün 12.500 manat pul borcludur. 9. "xxxx" MMC-nin 2023-cü il 18 may tarixli UNİ/M 11-202/23 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozu ərazisində yerləşən, X5 məxsus bioloji aktivlərə - broyler toyuqlarına dəymiş maddi ziyanın ədalətli dəyəri 2023-ci il 18 may tarixinə 45.000 manat (o cümlədən çəki azlığı səbəbindən satılmayan quşların d əyəri 41.250 manat, xəstəlik səbəbindən tələf olmuş quşların ümumi dəyəri (1 ədəd quşun (toyuğun) qiyməti 7,50 manat olmaqla cəmi 500 ədəd quşa görə) 3.750 manat) təşkil edir. Mütəxəssis rəyində əks olunmuş qiymətləndirmə obyektlərinin fotoşəkillərinə əsasən, Ross cinsli broyler toyuqlarının tələf olduğu görünür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı (bundan sonra – “iddiaçı”) X5 (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 19 iyun tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə cücə yeminin dəyərinin əvəzi olaraq 12.500 manat, 100 manat vəkil xidməti, 200 manat mediasiya xərci, 130 manat dövlət rüsumu, ümumilikdə 12.930 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İdd ia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz işçisi YY vasitəsilə cavabdehə 12.500 manat dəyərində cücə yemi tədarük edilmişdir. Bu fakt Bakı şəhəri, Xəzər rayonu 3-cü Polis Şöbəsinə verdiyi şikayət ərizəsi, izahat, cavabdehin izahatı və s. sənədlərlə təsdiq edilir. Qeyd edilənlərə baxmayaraq, cavabdeh müxtəlif əsassız bəhanələrlə həmin 12.500 manat borcunu bu günədək ödəməkdən yayınmaqdadır. Buna görə də iddiaçı Xəzər RPİ-nın 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, həmin idarə məsələnin mülki xarakterli olduğu barədə məlumat verdiyinə görə, daha sonra mediasiya təşkilatına müraciət edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 sentyabr tarixli e-2-2(113)3638/2023 nömrəli qərardadı ilə X6 (bundan sonra – “üçüncü şəxs”) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qism ində işə cəlb edilmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ilə alqı-satqı münasibətləri olmayıb. Cücə yemlərini üçüncü şəxsdən alıb. Ona keyfiyyətsiz (saxta) cücə yemi təqdim edilib. Bu məsələ ilə bağlı hətta DİN-ə müraciət etmişdir. O, iddiaçını tanımır. Yemdən cücələri zəhərlənmişdir və üçüncü şəxs dərhal gəlib yemi dəyişdirmişdir. Üçüncü şəxsin ona borcu var. Üçüncü şəxs ona təzminatın ödənilməsi ilə bağlı DİN-ə müraciət etməsini bildirmiş və dəstək verəcəyinə söz vermiş, lakin sonradan DİN-ə fərqli izahat vermişdir. Telefon ilə olan danışıqlarında üçüncü şəxs ona bildirirdi ki, onun borcu yoxdur. Cavabdeh üçüncü şəxsin və şahidlərin izahatlarına münasibətdə qeyd etmişdir ki, həmin müddət mal satdıqları bütün şəxslər problem yaşamışdır və iddiaçı hamıya kompensasiya ödəmişdir. Cavabdeh həmçinin məhkəmə iclasında tədqiq edilmiş CD-yə (diskə) yüklənmiş səs yazılarına və video görüntülərə münasibətdə isə qeyd etmişdir ki, video görüntüdə olan cücələr tələf olub. Səs yazısında isə o üçüncü şəxslə danışır. Cavabdeh məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, üçüncü şəxsin ona verdiyi yemin çox hissəsi yeyilib. Yemin bir hissəsini torpaq qarışıq (həmin yem yerə dağılıb) sübut kimi saxlamışdır. O, iddiaçıya qarşı Sabunçu rayon Məhkəməsində iddia tələbi ilə müraciət etmişdir. Həmin tələb cücələrin tələf olması ilə bağlı ona dəymiş zərər ilə bağlıdır.

14. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs izahatında bildirmişdir ki, cavabdehə malları nisyə satmışlar. İddiaçı ilə cavabdehi o tanış etmişdir. Cavabdeh əvvəllər də ondan nisyə mal alıb və onun işçi olduğunu bilib. Sonradan cavabdeh yenidən mal almamış və onunla əlaqə saxlanıldıqda, malda problem olduğunu bildirmişdir. O, həkim və müdirlə birlikdə mala baxmağa getdilər. Onlara məlum oldu ki, cavabdeh başqa əldə düzəltmə yem alıb və həmin yemdən istifadə edir. Həkim cücəni yardı və məlum oldu ki, yemdə problem yoxdur. Cavabdehin təsərrüfatlarına gedəndə baytar həkim cavabdehə cücələri səhv saxladığını bildirmiş, cücələrin saxlanıldığı şərait nəm olmuşdur. Eyni zamanda, üçüncü şəxs izahatında vurğuladı ki, 12.500 manat məbləğində cücə yemi 12 ton edir. 12 ton yemin yerə dağılması mümkün deyil. Cavabdeh laboratoriyaya göndərilməsi üçün yemdən nümunə götürsə də, sonradan fərqli tarixli laboratoriya rəy ini onlara göndərmişdir. Cavabdehin qardaşı bildirmişdir ki, hissə-hissə ödəniş edəcəklər. Üçüncü şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, yemi cavabdehə təxmini bir il əvvəl vermişlər. Cavabdehlə uzun müddət çalışmışlar və o, həmişə vaxtlı-vaxtında ödəniş edirdi. Müqavilə iddiaçı ilə bağlanıb. İddiaçı ona tapşırmışdır ki, cavabdehə mal verilməlidir. Qalıq yemi cavabdeh qaytarmamışdır. Yemin yararlılıq müddəti 60 gündür. Cavabdehin malı bir dəfə onun tələbi ilə dəyişdirilib.

15. Telefon danışıqlarının və səsli video görüntünün qeyd edildiyi CD-diskə baxış keçirilərkən, səsli video görüntülərdən müəyyən edilmişdir ki, YY adlı şəxsə müraciət edilməklə (video-səs sahibinin deməsinə görə) 40-a yaxın iri çəkili cücələrin, 30-a yaxın isə nisbətən kiçik çəkili cüc ələrin tələf olduğu (öldüyü) müşahidə olunur. Həmçinin səsli video görüntülərdən müəyyən edilir ki, cücələrin saxlanıldığı (yemləndiyi) yerdə video-səs sahibi eksperiment apararaq, cücələrin qarşısına 2 cür (video-səs sahibinin deməsinə görə) birinə Gürcüstan, digər qaba isə iddiaçıdan aldığı yemlərin qoyulduğu, Gürcüstan yeminin olduğu qabdan cücələrin yem yediyini, iddiaçıdan alınan yemin olduğu qabdan isə cücələrin demək olar ki, yemdən istifadə etmədiyi, yemi qabın ətrafına dağıtdıqları müşahidə edilir.

16. Həmçinin CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, X5adlı şəxslə YY adlı şəxs arasında telefon danışıqları olmuş və telefon danışıqlarından müəyyən olunur ki, X5 adlı şəxs YY adlı şəxsə müraciət edərək, cücələrin böyümədiyini, ishal olduğunu və yalnız dərma n verdikdən sonra bir müddət qaydaya düşdüyünü, lakin daha sonra yenidən həmin problemlərin meydana gəldiyini, cücələrə hər gün (anti-biotik) dərmanları verməklə onların bu problemlərini aradan qaldırmağın (onların vəziyyətinin stabil saxlanılmasının) mümkün olmadığını, düzgün olmadığını bildirməklə ondan aldığı yemlərdən şikayət edir, YY isə X5-ə cavabında yemlərdə heç bir problemin olmadığını, cücələrdəki yaranmış problemlərin cücələrin özündən və yaxud saxlanılma şəraitindən irəli gəlmə ehtimallarının olduğunu, bunun satdıqları yemlə əlaqəsinin olmadığını, digər alıcılara da həmin yemdən satıldığını və heç bir şikayətin olmadığını, əgər yemdə problem varsa, yemdən nümunə götürülməklə laboratoriya analizindən keçirilməsi tövsiyə olunmuş, əgər cücələrdəki problemin satdıqları yemdən qayna qlandığı təsdiq olunarsa, şirkətə bu barədə məlumat verməklə məsələləri həll edə biləcəyini bildirmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(113)-3638/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehdən 12.500 manat pul vəsaiti, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 100 manat və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

18. Məhkəmə ilk növbədə alqı-satqı müqaviləsi üzrə satıcı qismində iddiaçının və ya üçüncü şəxsin çıxış etməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin polis şöbəsində verdiyi izahatdan da müəyyən olunduğu kimi, üçüncü şəxs ilə tanış olduğu zaman sonuncu ona iddiaçının işçisi olmasını bildirmiş, yəni mübahisəli alqı- satqı müqaviləsi bağlanmamışdan əvvəl cavabdeh üçüncü şəxsin həmin müqaviləni iddiaçının adından bağlaması barədə məlumatlı olmuşdur. Odur ki, şifahi alqı-satqı müqaviləsinin məhz iddiaçı ilə cavabdeh arasında bağlanması öz təsdiqini tapmışdır.

19. İddia ərizəsində ödənilməsi tələb olunan malın təqdim edilib-edilməməsi məsələsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəməyə verdiyi izahatında üçüncü şəxs tərəfindən ona 12.500 manat dəyərində malların verilməsi faktını təsdiq etmişdir.

20. Məhkəmə cavabdehin cücələrin iddiaçı tərəfindən təqdim edilmiş yemdən zəhərlənməsi barədə təqdim edilmiş malın lazımi keyfiyyətdə olmamasına dair dəlilinə münasibətdə bu halın iş materiallarına əsasən müəyyən olunmadığını bildirmişdir.

21. Məhkəmə Azərbaycan Qida X3 Tədqiqatlar Laboratoriyasın ın 2022-ci il 26 dekabr tarixli sınaq nəticələrinə münasibətdə qeyd etmişdir ki, laboratoriyaya təqdim edilmiş quş yeminin məhz iddiaçı tərəfindən cavabdehə təqdim edilən cücə (quş) yemi olubolmamasını müəyyən etmək mümkün olmadığından, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş yem olması ehtimal edilsə belə, sözügedən bakteriyanın cavabdehin sahibliyində olduğu müddətdə yemə düşməsi (o cümlədən yemin lazımi şəraitdə saxlanılmaması nəticəsində) ehtimalı olduğundan həmin nəticələr mübahisəli quş yeminin iddiaçı tərəfindən cavabdehə təqdim edilərkən lazımi keyfiyyət tələblərinə cavab verməməsini müəyyən etmək üçün kifayət etməmişdir.

22. Məhkəmə vurğulamışdır ki, satıcı tərəfindən lazımi keyfiyyətdə olmayan mal təqdim edildiyi halda alıcı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bunda n sonra – “MM”) 587-ci maddəsində nəzərdə tutulan müdafiə vasitələrinin heç birindən istifadə etməmişdir. Təqdim edilmiş mallara gəldikdə, həmin malların əksər hissəsi təyinatı üzrə istehlak olmuş, qalan hissəsi isə yerə dağılmaqla istifadəyə yararsız vəziyyətə düşmüşdür. Odur ki, cavabdeh hazıradək malların keyfiyyətsiz olması ilə bağlı müqavilədən imtina etməklə malların geri götürülməsini tələb etmədiyindən, eləcə də malların əksər hissəsi cavabdeh tərəfindən istehlak edilməklə artıq mövcud olmadığından, yəni onların iddiaçıya qaytarılması mümkün olmadığından hazırkı halda cavabdehin malın lazımi keyfiyyətdə olmamasına istinad etməklə malın ödənilməsindən imtina etməsi əsassızdır.

23. Məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyəri 12.500 manat məbləğində pul vəsaitini ödə məməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı cavabdehdən 12.500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır.

24. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 385.1, 442, 443.1, 448.1, 567, 587-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 106.3, 107, 115.0.9, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli 2-2(103)-102/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə ilə iddia tələbi rədd olunmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, MM-nin 587.2-ci maddəsi ilə alıcıya hüquq verilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alğısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Hazırk ı halda alıcı müqavilənin icrasından, yəni satılan malın dəyərinin ödənilməsindən imtina etmişdir. Eyni zamanda, 588.1-ci maddədə nəzərdə tutulur ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

28. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı halların mövcudluğu araşdırılmaqla mübahisəyə hüquqi qiymət verilməli idi: - satılmış malın keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulmuşdurmu; -alıcı malın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmişdirmi.

29. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş Azərbaycan Qida X3 Tədqiqatlar Laboratoriyasının ap armış, 2022-ci il 26 dekabr tarixli sınaq protokoluna əsasən məhkəmə müəyyən edir ki, cavabdehə satılmış quş yemində (götürülmüş nümunədə) “Clostridium perfringens” bakteriyası mövcud olmuş, yəni yem tələb edilən keyfiyyət şərtinə cavab verməmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin § 21-də göstərilən mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı və onun işçisi olan üçüncü şəxs Bakı şəhər Xəzər RPİ-nın 3-cü Polis Şöbəsində verdikləri izahatlarda cavabdehlə bir yerdə yemdən nümunə götürərək analiz üçün laboratoriyaya getdiklərini və analizin nəticəsində yemdə bakteriya aşkar edildiyini göstərmişlər.

31. Məhkəmə kollegiyası sözügedən bakteriyanın cavabdehin sahibliyində olduğu müddətdə yemə düşməsi (o cümlədən yemin lazımi şəraitdə saxlanılmaması nəticəsində) ehti malı olduğundan həmin nəticələrin mübahisəli quş yeminin iddiaçı tərəfindən cavabdehə təqdim edilərkən lazımi keyfiyyət tələblərinə cavab verməməsini müəyyənləşdirmək üçün kifayət etməməsini qeyd edərək bildirmişdir ki, bu xüsusi bilik tələb edən məsələ olduğundan birinci instansiya məhkəməsi mübahisənin obyektiv həlli üçün ekspertiza təyin etməklə və ya mütəxəssis dəvət etməklə bu ehtimalın əsaslı olubolmadığını yoxlamalı idi.

32. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssis dəvət edilmiş, mütəxəssis X8 (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Aparatının Epizootiya və zoonoz xəstəliklərin ekspedisiyası şöbəsinin aparıcı baytar həkimi) apellyasiya instansiyası məhkəməsinin 2024-cü il 14 fevral tarixli məhkəmə iclasında sualları cavablandıraraq bildirmişdir ki, yemdə “Clostridium perfringens” bakteriyasının olması həmin yemin istifadəyə yararsız və keyfiyyətsiz olması barədə nəticəyə gəlməyə əsas verir və belə yem satıla bilməz. Bu bakteriya hətta iri malı da öldürə bilər. Bu yemlə qidalanan cücələr xəstələnə və ölə bilər. Lakin cücələrin müalicə olunması da mümkün olduğundan cücələrin hansı səbəbdən öldüyünün müəyyən edilməsi üçün yaxşı olardı ki, ölmüş quşlar da analizə verilərdi. Mütəxəssis eyni zamanda suala cavab olaraq bildirmişdir ki, qeyd edilən bakteriya yemin nəm şəraitdə saxlanması ilə bağlı deyil, yalnız torpaqla təmas etdikdə yarana bilərdi. Çünki qeyd edilən bakteriyanın törədicisi tor paqda olur.

33. Məhkəmə kollegiyası mütəxəssisin verdiyi şifahi rəyə əsasən hesab etmişdir ki, cavabdehə satılmış yemdə öldürücü bakteriyanın olması malın keyfiyyətinə dair tələblərin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Mütəxəssis rəyinə əsasən eyni zamanda müəyyən edilmişdir ki, bu bakteriyanın yemin saxlanma şəraiti ilə əlaqədar sonradan əmələ gəlməsi mümkün olmadığından mülki qanunvericiliyə əsasən yemdəki qüsur alıcıya təhvil verilənədək mövcud olduğuna görə satıcı məsuliyyət daşıyır.

34. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hazırkı halda alqı-satqı predmeti olan mal cücə yemi, yəni istehlak edilən mal olduğundan satıcıya qaytarılmasının mümkün olmaması alıcının malın keyfiyyətsizliyi ilə pretenziya bildirmək, öhdəliyin icrasından imtina etmək hüquq unu məhdudlaşdıra bilməz. Məhz bu səbəbdən MM-nin 587.3-cü maddəsində nəzərdə tutulur ki, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Qeyd edilən norma onu müəyyən edir ki, alqı-satqı müqavilələrindən irəli gələn mübahisələr üzrə alıcının hüquq və vəzifələrinin dairəsi müəyyənləşdirilərkən satılmış əşyanın xarakteri (istehlak olunan-olunmayan, əvəz edilə bilən-əvəz edilə bilməyən fərdi müəyyən əşya və s) mütləq nəzərə alınmalıdır. Mübahisəsizdir ki, istehlak olunmuş malın qaytarılması fiziki cəhətdən mümkün olmadığından alıcının üzərinə bu vəzifə qoyula bilməz.

35. Məhkəmə kollegiyası satıcı tərəfində n alıcıya satılmış yemin istifadəyə yararsız olduğu mötəbər sübutlarla təsdiq edildiyindən malın dəyəri olaraq 12.500 manat pulun cavabdehdən tutulmasına dair iddianı əsassız hesab edərək təmin olunmaması qənaətinə gəlmişdir.

36. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 567, 581.1, 581.2, 587.2, 587.3, 587.5, 588.1, 589.6, 595.1, 595.2-ci, MPM-in 64.1, 64.2, 76.1, 76.2, 77.1, 85.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi, kassasiya şikayətinin verilməsi üçün vəkilə ödənilmiş 120 manat vəkil xərci və 65 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. MM-in 589.6-cı maddəsi üzrə - Cavabdeh ona satılmış quş yeminin qüsurlu (yararsız) olduğunu iddia etsə də, həmin qüsurun, yəni “Clostridium perfringens" bakteriyasının yemin yararlılıq müddəti ərzində aşkara çıxarıldığını göstərən sübut təqdim etməmişdir. 2024-cu il 15 fevral tarixində apellyasiya məhkəməsinə elektron kabinet vasitəsi ilə iddiaçı tərəfindən təqdim edilmiş nümunəvi fotoşəkillərdən görünür ki, quş yemlərinin yararlıq müddəti 60 gündür (fotoşəkil 2024-cü il 15 fevral tarixində çəkilmişdir). Yəni təqdim edilən malların istifadə müddəti üzərilərində yazılmışdır. Bu səbəbdən də apellyasiya məhkəməsi MM-in 589.6-cı maddəsini tətbiq etməli olduğu halda, naməlum səbəblərdən həmin maddəni tətbiq etməmişdir.

39. MPM-in 88, 217.1-ci maddələri üzrə - Apellyasiya məhkəməsi mütəxəss isin verdiyi şifahi rəyi hərtərəfli, obyektiv və qərəzsiz dəyərləndirməmişdir. Belə ki, 2024-cu il 14 fevral tarixli məhkəmə iclasının audio-video yazısından müəyyən olunur ki, məhkəmə iclasının 16-18-ci dəqiqələri arasında və 22-25-ci dəqiqələri arasında mütəxəssis yemin saxlama şəraitinin vacib olduğunu, bakteriyaların yayılmasına təsir etdiyini, həmçinin bakteriyaların hava yolu ilə 10-20 km məsafədə də yayıla bildiyini bildirmişdir. Mütəxəssis rəyinin bu hissədə dəyərləndirməməklə, apellyasiya məhkəməsi prosessual pozuntuya yol vermişdir.

40. Apellyasiya məhkəməsi cavabdehin quşçuluq biznesində səriştəsinin olduğunu təsdiq edən sübut təqdim edə bilmədiyini, quşçuluq təsərrüfatının baytarının olmamasını, quşçuluq təsərrüfatının işinin kustar üsulla təşkil edildiyini, cavabdehin baytar h əkimin tövsiyələrinə də məhəl qoymadığını və bu səbəbdən də quşçuluq təsərrüfatının bərbad vəziyyətdə, baxımsız olmasını nəzərə almamış, qərəzli qətnamə qəbul etmişdir.

41. Cavabdehə təqdim edilmiş quş yemi bir neçə günlük həcmi üçün nəzərdə tutulmuş və günlərcə istehlak edilmişdir. Cavabdeh ona təqdim edilmiş yemin qüsurlu olmasını iddia etsə də, həmin yemi tam istifadə etmişdir. Cavabdehin bu hərəkəti, yəni qüsurlu olduğunu iddia etdiyi quş yemini istifadə etməsi, ona təqdim edilmiş malın (quş yeminin) keyfiyyətinə dair iradının əsasız olmasını və cavabdehin həmin iradından imtina etməsini və ona təqdim edilmiş yemin keyfiyyətinin qənaətbəxş olmasını etiraf etməsi kimi qiymətləndirilməlidir. Bundan başqa, təqdim edilmiş malların (quş yeminin) keyfiyyətsiz olması barədə AQTİ adlı qurumun kompleks tədqiqatlar laboratoriyasının sınaq protokoluna apellyasiya məhkəməsinin quş yeminin həmin laboratoriyaya 2022-ci il 2 dekabr tarixində cavabdeh, üçüncü şəxs və iddiaçı tərəfindən verilməsinə dair yanaşmasına münasibətdə qeyd edir ki, iş materiallarında olan sınaq protokoluna görə, əvvəla həmin nümunələri XYZ AQTİ-yə təqdim etmiş, nümunələr 2022-ci il 7 dekabr tarixində təqdim edilmiş - sınaq 2022-ci il 20 dekabr tarixində başlanmış və 2022-ci il 26 dekabr tarixində yekunlaşmışdır. Beləliklə, həmin sınaq protokoluna əsasən, yoxlama üçün AQTİ-yə təqdim edilmiş nümunələr 13 gün qeyri-müəyyən şəraitdə AQTİ-də saxlanılmışdır. Həmçinin nümunələrin protokolda qeyd edilən verilmə tarixi, faktiki verilmə tarixi ilə üst üstə düşməməkdədir. Bundan başqa, 2024-cü il 14 fevral tarixində ape llyasiya məhkəməsində keçirilmiş məhkəmə iclasında, sınaq protokolunda nümunəni təqdim edən şəxs kimi XYZ-in adının qeyd edilməsini cavabdeh öz şəxsiyyət vəsiqəsinin üzərində olmamasını, telefonunda qardaşı XYZ-in şəxsiyyət vəsiqəsinin şəklinin olmasını və buna görə də qardaşı İlqarın şəxsiyyət vəsiqəsi ilə quş yemi nümunələrini sınaq yoxlaması üçün AQTİ-yə təqdim etdiyini bildirməklə izah etmişdir. Lakin onun nümayəndəsi ondan fərqli olaraq XYZ-in da AQTİ-də olduğunu bildirmiş, bununla belə, nə cavabdeh, nə də onun nümayəndəsi öz iddialarını təsdiq edən sübut təqdim etmişlər. Bütün bu uyğunsuzluqlara və ziddiyyətlərə baxmayaraq, apellyasiya məhkəməsi təqdim edilmiş sınaq protokolunun saxta və qanunsuz olmasına göz yummuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya ş ikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

45. Azərb aycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur....” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri... 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.... 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir....” “Maddə

589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri... 589.6. Yararlıq müd dəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər....” “Maddə

595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğısatqı müqav iləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin....”

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Ma ddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

64. Mütəxəssis 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qan unlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə işti rak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın...” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

209. İşə mahiyyəti üzrə baxmağın qurtarması... 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

48. Kassator hesab edir ki, cavabdeh ona satılmış quş yemindəki qüsurun (aşkar olunmuş bakteriyanın) yemin yararlılıq müddəti ərzində aşkara çıxarıldığını göstərən sübut təqdim etməmişdir. 2024-cu il 15 fevral tarixində apellyasiya məhkəməsinə elektron kabinet vasitəsi ilə iddiaçı tərəfindən təqdim edilmiş nümunəvi fotoşəkillərdən görünür ki, quş yemlərinin yararlıq müddəti 60 gündür.

49. Əvvəla, quş yem indəki qüsurun yemin yararlılıq müddəti ərzində aşkara çıxarılmaması ilə bağlı iddiaçı tərəfin aşağı məhkəmə instansiyalarında hər hansı tutarlı dəlil gətirməsi, o cümlədən iddia ərizəsində, verdiyi izahatlarda və ya digər sənədlərdə öz mövqeyini həmin dəlillərlə əsaslandırması iş materiallarından görünmür.

50. Əksinə, apellyasiya instansiyası məhkəməsinin 2024-cü il 14 fevral tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili sədrlik edənin müvafiq sualına cavab olaraq bildirmişdir ki, “yem satılarkən yararlılıq müddəti barədə zəmanətin olub-olmaması barədə məlumatımız yoxdur” (cild İİ, i/v 48).

51. MPM-in: - 78.1-ci maddəsinin (bax § 49) tələblərinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunl aşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. - 209.3-cü maddəsinin (bax § 46) tələblərinə görə, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. - 372.2-ci maddəsinin (bax § 46) tələblərinə görə, yeni sübutlar və yeni tələblər ap ellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin özü hazırda istinad etdiyi sübutu prosessual qanunun tələblərini pozaraq işə baxan məhkəməyə vaxtında təqdim etmədiyindən, apellyasiya instansiyası məhkəməsi həmin sənədə istinad etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

53. İddiaçı öz dəlillərində göstərir ki, mütəxəssis yemin saxlama şəraitinin vacib olduğunu, bakteriyaların yayılmasına təsir etdiyini, həmçinin bakteriyaların hava yolu ilə 10-20 km məsafədə də yayıla bildiyini bildirmişdir.

54. Halbuki iş materiall arında əks olunmuş mütəxəssis rəyindən (müvafiq iclas protokolundan - cild İİ, i/v 48, habelə həmin iclasın video görüntülərindən) görünür ki, mübahisəli yemdə aşkar olunmuş bakteriya yalnız torpaqla təmas etdikdə yarana bilərdi. Çünki qeyd edilən bakteriyanın törədicisi torpaqda olur. Apellyasiya instansiyası məhkəməsi də iş üzrə nəticəyə gələrkən bu amilə əsaslanmış, məhkəmə kollegiyasının qənaətinə görə, mütəxəssis rəyinin qiymətləndirilməsi ilə əlaqədar hər hansı pozuntuya yol verməmişdir.

55. Kassasiya şikayətinin digər dəlillərinə görə, apellyasiya məhkəməsi cavabdehin quşçuluq biznesində səriştəsinin olduğunu təsdiq edən sübut təqdim edə bilmədiyini, quşçuluq təsərrüfatının baytarının olmamasını, quşçuluq təsərrüfatının işinin kustar üsulla təşkil edildiyini, cavabdehin baytar hək imin tövsiyələrinə də məhəl qoymadığını və bu səbəbdən də quşçuluq təsərrüfatının bərbad vəziyyətdə, baxımsız olmasını nəzərə almamışdır.

56. Halbuki sözügedən dəlillərdə göstərilən halların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə ki, hətta iddianı təmin birinci instansiya məhkəməsi belə öz qətnaməsinin əsaslandırıcı hissəsində iş üzrə gəldiyi nəticəni qeyd edilın xüsusatları təsdiq edən sübutlarla əsaslandırmamışdır.

57. Həmçinin iddiaçı hesab edir ki, cavabdeh ona təqdim edilmiş yemin qüsurlu olmasını iddia etsə də, həmin yemi tam istifadə etmişdir. Cavabdehin bu hərəkəti, yəni qüsurlu olduğunu iddia etdiyi quş yemini istifadə etməsi malın keyfiyyətinə dair iradının əsassız olmasını, cavabdehin həmin iradından imtina etməsini və ona təqdim edilmiş yemin keyf iyyətinin qənaətbəxş olmasını etiraf etməsi kimi qiymətləndirilməlidir.

58. İşin mübahisəsiz hallarından məlum olur ki, cavabdeh ona satılan yemdə qüsur olduğu üçün həmin yemlə qidalanan cücələrin xəstələndiyi və öldüyünü əsas gətirərək iddiaçıya yemin dəyərini ödəməkdən imtina etmişdir. Alıcı satıcıya yemdə qüsur olması ilə bağlı şikayət etmiş, hətta yem bir dəfə satıcı tərəfindən dəyişdirilmişdir. Təqdim edilmiş mallara gəldikdə həmin malların əksər hissəsi təyinatı üzrə istehlak olmuş, qalan hissəsi isə yerə dağılmaqla istifadəyə yararsız vəziyyətə düşmüşdür.

59. Göründüyü kimi, cavabdehə satılmış malda qüsurun (müvafiq bakteriyanın) mövcudluğu məhz onun istehlakı nəticəsində aşkar olmuş, bu səbəbdən də cavabdehin şikayətinə əsasən iddiaçı satdığı malı bir dəfə dəyişdirmişdir.

60. Apell yasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı mahiyyət etibarilə belə nəticəyə gəlmişdir ki, mübahisəli mal istehlak edilən mal olduğundan satıcıya qaytarılmasının mümkün olmaması alıcının malın keyfiyyətsizliyi ilə pretenziya bildirmək, öhdəliyin icrasından imtina etmək hüququnu məhdudlaşdıra bilməz. MM-in 587.3-cü maddəsi onu müəyyən edir ki, alqı-satqı müqavilələrindən irəli gələn mübahisələr üzrə alıcının hüquq və vəzifələrinin dairəsi müəyyənləşdirilərkən satılmış əşyanın xarakteri (istehlak olunan-olunmayan, əvəz edilə bilən-əvəz edilə bilməyən fərdi müəyyən əşya və s.) mütləq nəzərə alınmalıdır. Mübahisəsizdir ki, istehlak olunmuş malın qaytarılması fiziki cəhətdən mümkün olmadığından alıcının üzərinə bu vəzifə qoyula bilməz.

61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin həmin nəticəsi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

62. Kassatorun AQTİ-nin sınaq protokolunun saxta və qanunsuz olmasına dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi vacib bilir ki, iddianı təmin edən birinci instansiyası məhkəməsi belə bunu tutarlı sübutlarla əsaslandıra bilməmiş, sadəcə olaraq öz qətnaməsində hesab etmişdir ki, laboratoriyaya təqdim edilmiş quş yeminin məhz iddiaçı tərəfindən cavabdehə təqdim edilən cücə (quş) yemi olub-olmamasını müəyyən etmək mümkün deyil.

63. Apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı belə qənaətə gəlmişdir ki, birinci instansiyası məhkəməsi sübuta düzgün qiymət verməmiş, nəzərə almamışdır ki, iddiaçı və onun işçisi üçüncü şəxs Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində verdikləri izahatlarda cava bdehlə bir yerdə yemdən nümunə götürərək analiz üçün laboratoriyaya getdiklərini və analizin nəticəsində yemdə bakteriya aşkar edildiyini göstərmişlər.

64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə də razılaşmamaq üçün hər hansı hüquq əsas tapmır.

65. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 46) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 46) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Odur ki, kassasiya şikayəti təmin edilməmə li, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2-2(103)-102/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 22(103)-102/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar