Məhkəmə qərarları › İş №2-2(102)-364/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-364/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-364/2022 14.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMCyə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətini imzalamış şəxsin səlahiyyətlərinin müəyyən olmaması Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh MMC- yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli, 22(103)-176/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdim:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bak Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 50.311,97 manat və 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 sentyabr tarixli, e-2-2(113)3485/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – cavabdehdən ƏDV daxil 50.311,97 manat vəsaitin və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir (hakim – E.Əliyev).

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli, 2-2( 103)-176/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

5. Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikay əti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

8. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

9. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kassasiya şikayəti yalnız vəkil tərəfindən deyil, eyni zamanda onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən də imzalanmalıdır. Habelə, hüquqi şəxsi onun səlahiyyətli şəxsi və ya müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin müəssisə olan işçis i təmsil edə bilər.

10. Hazırki halda isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, cavabdehin müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçisi kimi onun nümayəndəsi və ya qanuni təmsilçisi tərəfindən imzalanmamış, və ya kassasiya şikayətini imzalayan vəkilə müvafiq səlahiyyətlərin verildiyini əks etdirən etibarnamə kassasiya şikayətinə əlavə olunmamışdır.

11. Bundan əlavə, MPM-in 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının m əcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir

12. Lakin, iş materiallarında Vəkil belə səlahiyyətlərinin mövcudluğunu özündə əks etdirən etibarnamə də iş materiallarında və elektron məhkəmə informasiya sistemində mövcud olmamışdır.

13. MPM-in 408.1.-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

14. Sadalanmış qanunvericiliyin mənasına görə, kassasiya şikayəti prosessual müddəalarda nəzərdə tutulmuş qaydada tərtib edilib verilməmişsə, şikayət geri qaytarılmalıdır.

15. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti həmin tərəfə qaytarılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

16. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 yanvar tarixli, 2-2(103)-176/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ona qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar