Məhkəmə qərarları › İş №2-2(102)-365/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-365/2019

11.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-365/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili X3, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin cavabdeh “X1” ASC-yə qarşı “vergi borcunun tutulması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 may tarixli 2-2(103)-360/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkə mə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə xəbərdarlıq bildirişi göndərərək dövlət büdcəsinə olan 12.443,64 manat məbləğində borcun ödənilməsini tələb etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən dövlət büdcəsinə olan 12.443,64 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, lakin vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi (bundan sonra mətndə - VM) ilə müəyyən olunmuş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 2014-cü il 15 sentyabr tarixə əsas vergi üzrə 9.114 manat, faiz b orcu üzrə 3.329,64 manat olmaqla cəmi 12.443,64 manat məbləğində borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün müddətində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə VM-in 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin cavabdeh borc məbləğini ödəməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 27 noyabr tarixli 2(82)4530/2014 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 12.443,64 manat məbləğində vergi borcunun dövlət büdcəsinə tutulması qət edilmişdir. Cavabdeh ərizə ilə həmin məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 mart tarixli 2(82)-4530/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 14-cü il 27 noyabr tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli 2-2(82)-514/2019 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 26 aprel tarixli 2-2(82)514/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 may tarixli 2-2(103)-360/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması ilə bağlı vergi orqanlarına məhkəmədə iddia qaldırmaq hüququ verilməmişdir. Çünki, vergi orqanları özləri də bununla bağlı müəyyən məcbur etmə səlahiyyətlərinə malikdirlər. Vergi orqanları yalnız hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldıra bilərlər. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, VM-in 89.1-ci maddəsinin tələbinə diqqət yetirildikdə, onun mahiyyətində vergi orqanının vəzifəsi kimi deyil, bir hüququ olaraq göstərilir ki, vergi ödəyicisində yaranmış vergi borclarının ödənilməsini təmin etməkdən ötrü onun əmlakını siyahıya ala bilər. Departament cavabdehin dövlət büdcəsinə yaranmış borcun alınmasının təmin edilməsi məqsədilə vergi ödəyicisinin daşınmaz əmlakının olubolmamasını müəyyənləşdirməkdən ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu edilmiş, lakin cavabdehə məxsus daşınmaz əmlakın olması müəyyən edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər N azirliyinin Baş X7 İdarəsindən daxil olmuş məlumata əsasən cavabdehin mülkiyyətində daşınar (nəqliyyat vasitəsi) əmlakın olması da müəyyən edilməmişdir. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq bütün lazımi tədbirləri həyata keçirmişdir. VM-in 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək və 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə san ksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Bu hüquqları həyata keçirərkən borclu (dövlət büdcəsi qarşısında öhdəliyi yaranan) vergi ödəyicisi ilə bağlı ortaya çıxan hüquq münasibətlərində vergi orqanı əlbəttə ki, dövlət büdcəsinə vergi daxil olmalarını təmin etməyə məsul olan subyekt olaraq kreditor kimi çıxış edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərard adının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda, tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 13 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, “İnzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 6.1.8-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılırlar. Göründüyü kimi, inzibati orqan olan iddiaçının cavabdehdən pul tutulması ilə bağlı qəbul etdiyi qərarı məhkəməyə müraciət etmədən (məhkəmədənkənar) özü icraya yönəltməyə borclu olmuş, bununla belə, həmin tələbə əməl etməyərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 may tarixli 2-2(103)-360/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar