Məhkəmə qərarları › İş №2-2(102)-365/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-365/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-365/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə Açar sözlər: müqavilənin ləğv edilməsi və ödənilmiş pulun qaytarılması 07.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş pulun qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli 2-2(103)-200/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış 2019-cu il 2 may tarixli, MQ-014/19 saylı alqı-satqı müqaviləsi və müqaviləyə 1 saylı Əlavədən görünür ki, Satıcı - Cavabdeh MMC müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli qoşmada göstərilmiş ümumi dəyəri 22.700 manat dəyərində malları (1 ədəd SoyGen 175 kv - Generator, 1 ədəd Şəbəkə tənzimləyici 200 kv - Stabilizator) 14 gün müddətində müqavilədə müəyyənləşdirilmiş qaydada hesabfaktura əsasında, müqavilədə göstərilmiş öhdəliklərini yerinə yetirmədiyi halda hər gecikdirilmiş gün üçün malın ümumi qiymətinin 0,01% miqdarında cərimə ödəməklə alıcıya - ASC-yə təhvil verməyi (satmağı), Alıcı - ASC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödənilməsi şərti ilə təhvil almağı öz öhdələrinə götürmüşlər. 2. 2019-cu il 1 3 may tarixli 78685 nömrəli və 2020-ci il 8 iyul tarixli 92035 nömrəli ödəniş tapşırıqlarından görünür ki, müvafiq olaraq 2019-cu il 13 may tarixli ödənişin təyinatı və əsası olan 2019-cu il 2 may tarixli müqaviləyə əsasən Generatorun alınması üçün 22.700 manat və 2020-ci il 8 iyul tarixli ödənişin təyinatı və əsası olan 2019-cu il 2 may tarixli MQ-014/19 saylı müqaviləyə əsasən Generatorun kabel çəkilişi üçün 640 manat vəsait ASC tərəfindən “İnduksiya" MMC-nin hesabına köçürülmüşdür.

3. EAAT seriyalı, 974047 nömrəli, 2019-cu il 3 may tarixli və EAAW seriyalı, 486833 nömrəli, 2019-cu il 30 iyun tarixli elektron qaimələrdən görünür ki, müvafiq olaraq qiyməti 5.200 manat olan 1 ədəd Requlyator Servomatik 200 kv, qiyməti 17.500 manat olan 1 ədəd Generator Soygen 175 kv, 1 ədədinin qiyməti 15 manat olmaqla, cəmi 16 ədəd ümumi dəyəri 240 manat olan Signal Kabeli, 1 ədədinin qiyməti 25 manat olmaqla, cəmi 16 ədəd ümumi dəyəri 400 manat olan Kabelin ümumilikdə dəyəri 23.340 manat təşkil edir. 4. 2020-ci il 29 sentyabr tarixli 1006-3/20 nömrəli aktdan görünür ki, tərəflər arasında bağlanmış 2019-cu il 2 may tarixli MQ-014/19 saylı alqı-satqı müqaviləsinə əsasən, Soygen 175 kv modelli generator bugünədək təhvil verilməmiş, sadəcə şəbəkə tənzimləyici 200 kv modelli stabilizator təqdim edilmişdir ki, müayinə zamanı həmin stabilizatorun da müqavilədə nəzərdə tutulan müvafiq texniki göstəricilərə uyğun olmadığı, daha əvvəl istifadə edildiyi aydın olmuş, əlavə olaraq, Soygen 175 kv modelli generatorun yerləşdirilməsi üçün müvafiq yerin hazırlanması ilə əlaqədar betonlama işləri də bugünə dək yerinə yetirilməmişdir. 5. 2019-cu il 16 dekabr tarixində cavabdehə ünvanlanmış pretenziya məktubu ilə MQ014/19 saylı alğı-satqı müqaviləsi üzrə ödənilmiş 22.700 manat və podrat müqaviləsi üzrə ödənilmiş 640 manat olmaqla, cəmi 23.340 manat məbləğin müqaviləyə xitam verilərək ASC-yə geri qaytarılması tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2020-ci il 18 fevral tarixində iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanılmış MQ-014/19 saylı alğı-satqı və podrat müqaviləsinin ləğv edilərək, cavabdehə ödənilmiş 23.340 manat məbləğin, MQ-014/19 saylı alğı-satqı müqaviləsi üzrə hər gecikdirilmiş gün üçün 1.173,59 manat miqdarında dəbbə pulunun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini yuxarıda §§ 1-5-də olan işin halları ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, müqavilələr üzrə ödənişlərin həyata keçirilməsinə və müqavilənin müvafiq tələblərinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər bugünə qədər tam icra edilməmişdir. Bugünə qədər yalnız şəbəkə tənzimləyici 200 kv modelli stabilizator təhvil verilmişdir ki, o da təhvil verilməli digər əmlak olmadan istifadəsiz qalmışdır.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 385, 443.2, 462.1, 568.2, 759.2-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, 2019-cu il 2 may tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya tərəflərindən 1 ədəd SoyGen markalı generator və 1 ədəd stabilizator təhvil verilməli idi. Bundan əlavə, aralarında şifahi bağlanmış podrat müqaviləsinə əsasən tərəflərindən 640 manat dəyərində betonlama işləri görülməli idi. Müqavilələr bağlandıqdan sonra 5.200 manat dəyərində olan “şəbəkə tənzimləyici-stabilizator” iddiaçıya təhvil verilmişdir. Bu fakt iddia ərizəsində də iddiaçı tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, podrat müqaviləsi ilə nəzərdə tutulan 640 manat dəyərindəki betonlama işləri görülmüşdür. 10. “SoyGen” markalı generatora gəldikdə isə həmin m əsələ ilə bağlı öhdəlik tərəflərindən tam icra olunmuşdur. Belə ki, generatorun gətirilməsinə dair işlər görülən zaman 175 kv deyil, 200 kv generatorun gətirilməsinin daha məqsədəuyğun olacağı, həmçinin 175 kv generatorun mühərrik hissəsinin tapılmasının kifayət qədər çətinlik yaradacağı iddiaçıya bildirilmişdir. İddiaçı danışıqlardan sonra 200 kv generatorun gətirilməsi ilə razılaşmışdır. Lakin generatoru Türkiyə Respublikasının “Soygen” firmasından Bakıya gətirdirdikdən sonra iddiaçı heç bir əsas olmadan birbaşa olaraq qərəzli formada generatoru təhvil almaqdan imtina etmişdir. Həmin generatorun Bakı şəhərinə gətirilməsi, yol-nəqliyyat xərcləri və gömrük məntəqəsindən keçirilməsi üçün yaranmış bütün ödənişlər onlar tərəfindən təmin edilmişdir. İddiaçı tərəfindən maldan imtina edildikdə i sə ödənilmiş yol, nəqliyyat və gömrük xərclərini yenidən ödəməli olub malı geriyə - Türkiyə Respublikasına göndərməli olmuşlar.

11. Göründüyü kimi, iddiaçı heç bir səbəb olmadan Türkiyə Respublikasından sifariş edib gətirdikləri tam işlək formada olan generatordan imtina edərək, qərəzli formada müəssisələrinə külli miqdarda zərər vurmuşdur. İddiaçı tərəfin məhkəməyə müraciət etməkdə yeganə məqsədi onların müəssisələrinə vurulan ziyanı ört-basdır etməkdən ibarətdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli e-2-2(113)-843/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2019-cu il 2 may tarixli MQ-014/19 saylı alqı-satqı və podrat müqavilələrinin ləğv edilməsi, cavabdehdən ödənilmiş 23.340 manat borc və gecikdirilmiş günlərə görə 60 manat məbləğində dəbbə (cərimə) olmaqla, cəmi 23.400 manat və dövlət rüsumu kimi ödənilmiş 28,63 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).

13. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq həm yazılı alğı-satqı, həm də şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı cavabdehə sözügedən malların alınması üçün 23.340 manat məbləğində vəsait köçürsə də, sonuncu bunun müqabilində əvvəllər istifadədə olmuş şəbəkə tənzimləyici 200 kv modelli stabilizatoru montaj etmədən və quraşdırmadan iddiaçının ofisinə goymuş, SoyGen 175 kv generator isə ümumiyyətlə təhvil verilməmiş, generator və kabellərin betonlanma işləri də görülməmişdir.

14. Cavabdehin şifahi podrat müaviləsinə əsasən 640 manat dəyərində betonlama işlərinin görülməsi və 5.200 manat dəyərində olan şəbəkə tənzimləyici-stabilizatorun iddiaçıya təhvil verilməsi ilə bağlı qeyd edilmişdir ki, generator təhvil verilmədiyi təqdirdə, onun yerləşdirilməsi, kabellərin çəkilməsi və beton işlərinin tam həcmdə görülməsi mümkün deyil, şəbəkə tənzimləyici-stabilizator isə generatorla bir yerdə istifadə olunduğuna görə onun iddiaçıya təhvil verilməsi müqavilə öhdəliklərinin tam həçmdə yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz (müqavilədə montaj və quraşdırma nəzərdə tutulur).

15. Göründüyü kimi, bağlanmış yazılı və şifahi müqavilələrə əsasən cavabdeh tərəfindən müqavilədə göstərilən müddətlərdə öhdəliklərin tam həçmdə yerinə yetirilməməsi nəticəsində iddiaçıya xeyli dər əcədə ziyan dəymişdir.

16. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılmış MQ-014/19 saylı alqısatqı və podrat müqavilələri ləğv edilməli və ödənilmiş 23.340 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Bununla yanaşı, iddiaçı MQ-014/19 saylı alğı-satqı müqaviləsi üzrə hər gecikdirilmiş gün üçün 1.173,59 manat miqdarında dəbbə pulu (cərimə) hesablasa da, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir.

17. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 421.2, 421.3, 442, 443.1, 449.1, 462.1, 467, 567, 581.1, 598.1-598.3, 752.1 və 759.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh tərəfindən 2020-ci il 23 dekabr tarixində apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli 2-2(103)-200/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Vəkil1, hakimlər – R.Qurbanov və V.Baxışova).

20. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, alıcı, yəni, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirərək, müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulan 1 ədəd generatorun 17.500 manat məbləğində dəyərini və onun üçün nəzərdə tutulan ləvazimatın – 1 ədəd stabilizatorun 5.200 m anat məbləğində dəyərini, cəmi 22.700 manat məbləğində pulu cavabdehə ödəsə də, sonuncu tərəfindən ona yalnız stabilizator təhvil verilmiş, həmin stabilizatorun xidmət edəcəyi 175 kv generator isə təqdim olunmamışdır.

21. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin generatorun əvəzinə 200 kv-luq generator gətirilməsinə iddiaçının razı olduğunu bildirsə də, iddiaçı ilə belə razılaşmanın mövcudluğu müəyyən olunmur. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 2020-ci il 29 sentyabr tarixli 1006-S/20 saylı aktında təsbit olunur ki, müqavilədə nəzərdə tutulan “Soygen 175 kv” modelli generator ona təhvil verilməmiş, sadəcə “200 kv” modelli stabilizator təqdim edilmişdir ki, onun da müayinə zamanı müqavilədə nəzərdə tutulan müvafiq göstəricilərə uyğun olmadığı və əvvəllər istifadə edildiyi, t am işlək vəziyyətdə olmadığı aşkar olunmuşdur. Digər tərəfdən, stabilizator generatorsuz işə də yaramır. Göründüyü kimi, iddiaçı cavabdehlə aralarında belə razılaşmanın mövcudluğunu və faktiki olaraq 175 kv generator əvəzinə 200 kv-luq generatorun gətirilərək ona təklif olunduğunu qəbul etmir və ümumiyyətlə onun belə generator istəyi mövcud deyil. Ən azından, cavabdeh generatorun təqdim olunması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

22. Tədqiq olunan aktdan həmçinin görünür ki, cavabdeh təqdim olunacaq generatorun yerləşdirilməsi üçün 640 manat dəyərində betonlama işləri görməli olduğu halda, həmin işlər də onun tərəfindən icra olunmamışdır.

23. Apellyasiya şikayətində cavabdeh yuxarıda qeyd edilən işlərin görülməsini mübahisələndirsə də, bunu sübutlarla əsaslandırıl mamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 568.1, 568.2, 579.1, 580.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 22 aprel tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmiş, həmçinin 2021-ci il 26 avqust tarixində cavabdehin nümayəndəsinin müraciəti əsasında ona təqdim edilmişdir.

26. Cavabdeh tərəfindən 2021-ci il 29 oktyabr tarixində kassasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

27. Həmin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 deka br tarixli 2-2(102)-683/2021 saylı qərardadı ilə qeyrimümkün hesab edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-2(103)-200/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

28. Cavabdeh tərəfindən 2022-ci il 2 fevral tarixində kassasiya şikayəti və ötürülmüş müddətin bərpasına dair ərizə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 mart tarixli 2-2(103)-200/2021 saylı qərardadı ilə kassasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən buraxılmış prosessual müddət bərpa edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 567, 568.1, 568.2 və 5 79.1-ci maddələri üzrə - İddiaçının tələb etdiyi məbləğdən 5.200 manatlıq şəbəkə tənzimləyici-stabilizator və 640 manatlıq betonlama işlərinin dəyəri xaric edilməlidir. Çünki həmin məbləğdə işlərin görülməsini qarşı tərəf özü də iddia ərizəsində etiraf etmişdir. Yerdə qalan digər vəsait isə imtina faktı ilə əlaqədar yaranmış yol-nəqliyyat, daşıma və gömrük ödənişlərinə ayrılmışdır. Göründüyü kimi, 23.340 manat məbləğin 5.840 manatlıq hissəsi cavabdeh tərəfindən artıqlaması ilə icra edilmişdir. Yerdə qalan 17.500 manatlıq hissədə isə öhdəlik cavabdeh tərəfindən tam icra edilmiş, lakin qarşı tərəf həmin maldan imtina etdiyi üçün cavabdeh generatoru geri qaytarmalı olmuşdur. Həmin generatorun gətirilib sonra geri qaytarılması xərcləri də cavabdeh tərəfindən qarşılanmışdır. Əslində iddiaçının qanunsuz imtinası nəticəsində ziyan vurulmuş şəxs cavabdehin özüdür. Məhkəmə araşdırmanı təktərəfli aparmış və ən sonda əsassız qətnamə qəbul etmişdir.

30. MPM-in 14.2, 77.1, 88 və 220.4-cü maddələri üzrə - Apellyasiya məhkəməsi mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz vermiş, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASS ASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəz ərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya vermək lə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.” “Maddə

579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur....” “Maddə

580. Əşyaların çeşidi haqqında şərtin pozulmasının nəticələri 580.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər....”

36. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu poz maqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 29-30) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli 2-2(103)-200/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Kassatorun hazırda istinad etdiyi dəlillər eynilə apellyasiya instansiyası məhkəməsinə də təqdim olunmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində sözügedən dəlillər barədə mövqeyini lazımi qaydada əsaslandırmışdır.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması və iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qəbul edilmiş qətnaməni MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 36) uyğun olaraq qanuni və əsaslı hesab edir, odur ki, kassatorun eyniməzmunlu dəlilləri üzrə prosessual qənaət baxımından təkrar hüquqi dəyərləndirmə aparmağa lüzum görmür.

41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli 2-2(103)-200/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar