Məhkəmə qərarları › İş №2-2(102)-366/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-366/2019

14.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-366/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 14.08.2019 Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı borcun silinməsi, ödənilmiş vəsaitin iddiaçının hesabına (kartına) yüklənməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-441/2 019 saylı, 29 may 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 14 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: X2 (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı «aktın ləğv edilməsi, borcun silinməsi və cavabdehin hesabına yeni sayğacın quraşdırılması» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-130/2019, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.L.Kərimli) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisad i kollegiyasının 2-2(103)-441/2019 saylı, 29 may 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-130/2019, 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmiş, apelyasiya şikayətinin və əlavə edilmiş sənədlərin qaytarılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən 08.05.2018-ci il tarixədək apelyasiya şikayəti vermək hüququ olduğu halda 15.05.2019-cu il tarixdə apelyasiya şikayəti verməklə qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürdüyündən, müddətin bərpası barədə məhkəməyə vəsatət verilmədiyindən apelyasiya şikayəti qeyri-mümkündür. Apelyasiya in stansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsini, işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiya məhkəməsinin 29.05.2019-cu il tarixli, 2-2(103)-441/2019 saylı qərardadında qeyd edildiyi, habelə iqtisadi işin materiallarından da göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsini iddiaçı rəsmi şəkildə 08.04.2019-cu il tarixdə qəbzə imza etməklə əldə etmişdir. Lakin məhkəmə həmin qətnamədən verilmiş apelyasiya şikayətinin məhkəməyə 15.06.2019-cu il tarixdə daxil olmasına və bununla da apelyasiya şika yəti verilməsi üçün 1 aylıq müddətin ötürilməsinə, müddətin bərpasına dair vəsatət verilməməsinə istinad edərək, apelyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Daha sonra qeyd edilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.01.2019-cu il tarixli, 2-2(82)-130/2019 saylı qətnaməsindən apelyasiya şikayəti poçt orqanına 08.05.2019-cu il tarixdə təqdim edilmişdir. Bunun təsdiqi olaraq, kassasiya şikayətinə qəbzin əsli əlavə olunmuşdur. Lakin məhkəmə sənədlərin çatıdırılması barədə qəbzin tarixinə qiymət verməmiş, yalnız sənədlərin məhkəməyə daxil olması tarixinə istinad etmişdir. Etiraz: Cavabdeh kassasiya şikayəti etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilir ki, məhkə mə qətnaməsindən 5 aya yaxın bir müddətdə apelyasiya şikayətinin verilməməsi və bunun qətnamənin rəsmi qaydada verilməməsi ilə əsaslandırılması müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas olmamalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəb ərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayə tin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apelyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin müddət ötürülməklə verilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan pr osessual müddətlərin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Apelyasiya məhkəməsi apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı 08.04.2019-cu il tarixdə rəsmi qaydada almış, apelyasiya şikayəti isə 15.05.2019cu il tarixdə, yəni apelyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş 1 ay müddət ötürüldükdən sonra verilmişdir. Qeyd olunmalıdır ki, məhkəmə qətnaməsinin 08.04.2019-cu il tarixdə iddiaçıya rəsmi qaydada verilməsi işin mübahisəsiz halıdır. Mübahisəli məqam apelyasiya şikayətinin verilməsi vaxtıdır. MPM-in 129-cu maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. (129.1) Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.(129.2) Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.( 129.3) İddiaçının kassasiya şikayətinə əlavə etdiyi 001096 N-li qaimədən görünür ki, o, apelyasiya şikayətini 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmək üçün 08.05.2019- cu il tarixdə rabitə orqanına təhvil vermişdir. Belə olan halda, yuxarıda sadalanan normaların tələbi baxımından iddiaçının apelyasiya şikayəti vermək müddəti 09.05.2019-cu il tarixində bitmişdir. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417, 418 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-441/2019 saylı iş üzrə 29 may 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar