Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-367/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh MMM-ə qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli, 2-2(103)-67/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətinə əsasən İddiaçı QSC 2002-ci il 27 iyun tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. X3 Dövlət Reyestrindən çıxarışın surətinə əsasən Cavabdeh MMM 1998-ci il 19 noyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. 3. "xxxx" QSC (lizinqverən) ilə “LƏL” firması (lizinqalan) arasında bağlanmış 279 saylı 2007-ci il 25 may tarixli daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, lizinqverən lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə “əlavə 2” qismində qoşulmuş "xxxx" QSC və “X5 Parts” şirkəti arasında imzalanmış 2007-cı il 5 mart tarixli 05/a saylı alqı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təs viri verilmiş poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı üzrə xətti lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində lizinqə verməyi, lizinqalan isə lizinq haqqını lizinqverənə ödəmə cədvəlinə uyğun olaraq ödəməyi öhdələrinə götürmüşlər. 4. 2008-ci il 5 avqust tarixli təhvil-təslim protokolundan görünür ki, “X4” QSC 2007-ci il 25 may tarixli 279 saylı daxili maliyyə lizinqi müqaviləsinin predmeti olan 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xəttini “LƏL” firmasına təhvil vermişdir. 5. “LƏL” firması ilə "xxxx" ASC arasında bağlanmış 2009-cu il 30 iyun tarixli “öhdəliklərin verilməsi haqqında” müqavilədən görünür ki, “LƏL” firması, “X4” QSC ilə bağladığı 2007-ci il 25 may tarixli 279 saylı daxili maliyyə lizinqi müqavil əsi üzrə bütün öhdəliklərini "xxxx" ASC-yə verir, "xxxx" ASC isə bu öhdəlikləri tam həcmdə qəbul edir. 6. 2009-cu il 30 iyun tarixli təhvil-təslim aktından görünür ki, “X4” QSC və “LƏL” firması 2007-ci il 25 may tarixli 279 saylı daxili maliyyə lizinqi müqaviləsinin predmeti olan 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xəttini "xxxx" ASC-yə təhvil vermişdir. 7. "xxxx" MMM ilə "xxxx" ASC arasında bağlanmış 2014-cü il 24 yanvar tarixli “öhdəliklərin verilməsi haqqında” müqavilədən görünür ki, "xxxx" ASC, “X4” QSC ilə bağladığı 2007-ci il 25 may tarixli 279 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəliklərini və hüquqlarını "xxxx" MMM-ə verir, "xxxx" MMM isə bu öhdəlikləri və hüquqları tam həcmdə qəbul edir. 8. 2014-cü il 24 yanvar tarixli təhvil-təsli m aktından görünür ki, "xxxx" ASC və “X4” QSC arasında bağlanmış 2007-ci il 25 may tarixli 279 saylı daxili maliyyə lizinqi müqaviləsinin predmeti olan 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xəttini tam, işlək vəziyyətdə "xxxx" MMM-ə təhvil vermişdir.
9. Maliyyə arayışından görünür ki, Cavabdeh MMM-in İddiaçı QSC-yə olan borcu – 1.800.000 manat əsas, 1.490.781,27 manat faiz borcu olmaqla, cəmi 3.290.781,27 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMM-ə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2007-ci il 25 may tarixli 279 saylı daxili maliyyə lizinqi müqaviləsi və öhdəliklərin verilməsi haqqında 2 014-cü il 24 yanvar tarixli müqavilə üzrə əsas borc 1.800.000 manat, faiz borcu 1.490.781,27 manat olmaqla, cəmi 3.290.781,27 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, cavabdehdən 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçının xeyrinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, 2007-ci il 25 may tarixli, 279 saylı daxili maliyyə lizinqi müqaviləsi və öhdəliklərin verilməsi haqqında 2014-cü il 24 yanvar tarixli müqavilə üzrə 1.800.000 manat əsas borcun, 1.490.781,27 manat faiz borcunun, Azərbayca n Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinin tələblərinə əsasən borclunun pul məbləğinin ödənilməsini gecikdirməsinə görə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş 2 il 8 ay 27 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə 2021-ci il 4 may tarixədək hesablanmış 246.750 manat faiz borcunun, MM-in 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz 2 il 8 ay 27 gün üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25 % dərəcəsi ilə borc məbləğinə hesablanmış 308.437,50 manat faizin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 4.077.195,89 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış iddia çının mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd poliuretan aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 2007-ci il 25 may tarixli 279 saylı daxili maliyyə lizinqi müqaviləsinə və öhdəliklərin verilməsi haqqında 2014cü il 24 yanvar tarixli müqaviləyə uyğun olaraq 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərinin istehsal xətti cavabdehə lizinqə istifadəyə verilmişdir və cavabdeh lizinq haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh lizinq haqqını ödəmir. Lizinq haqqının ödənilməsi ilə bağlı cavabdehə müvafiq pretenziya göndərilmiş, lakin cavabdeh bu pretenziyaya cavab verməmiş və borcu ödəməmişdi r.
13. Pretenziya göndərilən tarixə 2007-ci il 25 may tarixli 279 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə əsas borc 1.800.000 manat, faiz borcu 1.490.781,27 manat olmaqla, cəmi borc 3.290.781,27 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh ilə aparılan danışıqlar heç bir fayda verməmişdir.
14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi MM-in 747.1, 748-1.12.4-cü maddələrinə istinad etmişdir.
15. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 avqust tarixli, e-2-2(113)-589/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, 2007-ci il 25 may tarixli, 279 saylı daxili maliyyə lizinqi müqaviləsi və öhdəliklərin verilməsi haqqında 2014-cü il 24 yanvar tarixli müqavilə üzrə 1.800.000 manat əsas borc, 1.490.781,27 manat faiz borcu, MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən borclunun pul məbləğinin ödənilməsini gecikdirməsinə görə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş 2 il 8 ay 27 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə 2021-ci il 4 may tarixədək hesablanmış 246.750 manat faiz borcu, MM-in 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz 2 il 8 ay 27 gün üçün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış 308.437,50 manat faiz, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd poliureta n aşgar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması qət edilmişdir (hakim – Z.Pirverdiyev).
17. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına (bax yuxarıda §§1-9) istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəmə iclasında tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin 2007-ci il 25 may tarixli, 279 saylı daxili maliyyə lizinqi müqaviləsi və öhdəliklərin verilməsi haqqında 2014-cü il 24 yanvar tarixli müqavilə üzrə iddiaçıya olan əsas və faiz borcları təsdiq olunduğundan, 1.800.000 manat əsas borc və 1.490.781,27 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. İddia tələbinin lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabd eh lizinq müqaviləsi və öhdəliklərin verilməsi haqqında müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, eyni zamanda müqavilələrin müddətlərinin qurtarmasını nəzərə aldıqda, cavabdeh iddiaçıdan aldığı 1 ədəd poliuretan aşqar qatılmış rənqli metal örtüklərinin istehsalı xəttini tam, işlək vəziyyətdə iddiaçıya geri qaytarılmalıdır.
19. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad edərək belə qənaətə gəlmişdir ki, MM-in 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, hesablanmış 246.750 manat faiz c avabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad edərək məhkəmə iddia tələbinin gecikdirilmiş əsas məbləğə hesablanmış faizə münasibətdə qeyd etmişdir ki, lizinq müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir.
21. Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən MM-in 449-cu maddəsinə əsasən müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlər, hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot d ərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 6.25 faiz təşkil edir. Tələbdən də göründüyü kimi iddiaçı pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizi, məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi, yəni 6.25 faiz ilə tələb edir ki, belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixlərdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 308.437,50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, 2007 -ci il 25 may tarixli, 279 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklər öhdəliklərin verilməsi haqqında müqavilələr ilə "xxxx" ASC-yə, sonra isə cavabdehə verilmişdir ki, hər müqavilə üzrə lizinq haqqının ödənilməsinin yeni müddətləri müəyyən edilməklə qrafiklər tərtib edilmişdir. Cavabdeh üzrə tərtib olunmuş ödəniş qrafikindən görünür ki, ödəniş müddəti 2014-cü il 7 sentyabr tarixdən 2018-ci il 7 avqust tarixədək müəyyən olunmuş, iddiaçı isə iddia ilə məhkəməyə 2020-ci il 30 noyabr tarixdə müraciət etmişdir. Buna görə də, iddia müddəti keçmədiyindən hazırki işə münasibətdə iddia müddəti tətbiq oluna bilməz.
24. Məhkəmə bu qənaətini MM-in 448.1, 449.1, 449.2, 747.1, 748-10.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
25. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli, 2-2(103)-67/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edil ərək, iddia cavabdehdən iddiaçının xeyrinə lizinq müqaviləsi üzrə tələb edilən 852.205,27 manat faizin, MM-nin 449.1-ci maddəsinə əsasən tələb edilən 308.437,50 manat faizin tutulması, lizinq obyekti olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması hissəsində rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – E.Nağıyeva və V.Məmmədov).
27. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, iddiaçının tələbi lizinq müqaviləsi üzrə əsas borcun, lizinq mükafatının və pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MMin 445-ci maddəsinə əsasən il lik 5 faizlə faiz borcunun tutulması hissəsində əsaslıdır. İşdəki sübutlarla təsdiq olunur ki, cavabdehə 2014-cü il 24 yanvar tarixli öhdəliklərin verilməsi haqqında müqavilə əsasında “LƏL” firmasının 279 saylı 2007-ci il 25 may tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliyi ötürülmüş, öhdəliyin icra müddəti və məbləği müqaviləyə əlavə edilmiş və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş ödəniş qrafiki ilə müəyyən edilmişdir. Cavabdehin lizinq obyektini təhvil aldığı və cəmi 10.000 manat ödəniş həyata keçirdiyi isə işin mübahisəsiz halıdır.
28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirmişdir ki, 2014-cü il 24 yanvar tarixli öhdəliklərin verilməsi haqqında müqavilənin bağlanmasına kreditor-lizinqverən öhdəliyi qəbul etmiş üçüncü şəxslə yeni ödəniş qra fiki tərtib etməklə razılığını ifadə etdiyindən, həmin müqaviləyə məhkəmə tərəfindən MM-in 337-ci maddəsinə əsasən etibarsız əqd kimi hüquqi qiymət verilməsi üçün qanuni əsaslar mövcud deyil.
29. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən iddia tələbi üzrə üç illik iddia müddətini buraxıldığına istinad edərək bu əsasla iddianın rədd edilməsini xahiş etmiş, eyni əsas apellyasiya şikayətində də qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 2007-ci il 25 may tarixli lizinq müqaviləsi üzrə öhdəliyin icra müddəti (36 ay) yeni borclularla tərtib edilmiş ödəniş cədvəlləri əsasında tərəflərin qarşılıqlı razılığı ilə uzadılmışdır. Cavabdehlə iddiaçı arasında imzalanmış ödəniş cədvəli üzr ə öhdəliyin icra müddəti 2018-ci ilin avqust ayında bitdiyindən, iddiaçı 2020-ci ilin noyabr ayında iddia qaldırmaqla üç illik iddia müddətini, o cümlədən MM-in 551-ci maddəsində nəzərdə tutulmuş tələbetmə müddətini ötürməmişdir.
30. İddia cavabdehdən 1.800.000 manat lizinq ödənişi üzrə əsas borcun tutulması hissəsində əsaslı olsa da, lizinq mükafatı borcu ilə bağlı hissədə iddia qismən – yalnız 638.576 manat borcun (648.576-10.000 manat ödəniş) tutulmasına dair hissədə təmin olunmalı, 852.205,27 manat faizin tutulması hissəsində isə əsassız hesab edilərək rədd olunmalıdır.
31. Hazırkı halda lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən lizinqə verilmiş əmlakın qalıq dəyəri 1.800.000 manat, lizinq şirkətinin gəliri 648.576 manat, lizinq ödənişlərinin ümumi məbləği 2.448.624 man at müəyyən edildiyindən, iddiaçı lizinq mükafatının üzərinə müqavilənin qüvvədə olduğu müddət üçün əlavə faizlər hesablaya bilməz. Müqavilənin 3.5-ci bəndində ödənişlərin gecikməsinə görə hər gecikdirilmiş gün üçün 0,05% cərimə faizi ödənişi nəzərdə tutulsa da, iddiaçı tərəfindən tələb edilən faizlərin cərimə olduğu iddia ərizəsinin məzmununda və maliyyə arayışında qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin edərkən qeyd edilə halları, maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.
32. Məhkəmə araşdırması zamanı cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyi öz təsdiqini tapdığından, məhkəmə 246.750 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə məhkəmənin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı he sab etsə də, MM-in 449-cu maddəsinə əsasən illik 6,25 faizlə 308.437,50 manat faiz borcunun tutulması hissəsində qətnaməni əsassız hesab edir. İddiaçı tərəfindən məhkəməyə cavabdehin ödənişini gecikdirdiyi pul vəsaitindən faydalandığını (gəlir götürdüyünü) təsdiq edən sübutlar təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməkdə haqlı olmamışdır.
33. Eyni zamanda, iddia tələbi lizinq obyektinin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmasına dair hissədə də əsassızdır. Həm müqavilə şərtindən, həm də MM-in 7481.12.4-cü maddəsinin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda, lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinqverən müqavilənin ləğv edild iyi vaxtadək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.6-cı bəndində qeyd edilir ki, lizinqalan bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra lizinq obyektinə olan mülkiyyət və sərəncam hüququnu əldə edir. Yəni lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinqverən lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinqalana ötürməyə borcludur. İddiaçı hazırkı halda lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişi (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə kollegiyası hesab edir ki, lizinqalanın lizinq obyektinin ona qaytarılmasını tələb etmək hüququ yoxdur. Birinci instansiya məhkəməsi idd iaçının bu tələbini təmin edərkən hər hansı qanun normasına və ya müqavilənin konkret bəndinə istinad etməmiş, müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməməsinin iddianın bu hissədə də təmin edilməsi üçün əsas olduğunu göstərmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 377.2, 445.7, 449, 522.2, 552.1, 747.1, 748-10.1, 748-1.12.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
35. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 fevral tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
36. Həmin qətnamədən iddiaçı tərəfindən 2022-ci il 12 mart tarixdə kassasiy a şikayəti verilərək, qətnamənin qismən – iddianın 852.205,27 manat faiz borcunun, MM-in 449.1-ci maddəsinə əsasən tələb edilən 308.437,50 manat faizin tutulması, dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyekti olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması hissəsində rədd edilməsi hissəsinin ləğv edilərək, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
37. Cavabdeh 2022-ci il 9 aprel tarixdə qətnamədən kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilərək, iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ E TİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
38. MM-in 449.1, 462.1, 467, 747.1 və 748-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası cavabdehin yazılı etiraf məzmunu daşıyan ərizəsini belə nəzərə almayaraq, Qanunla ödənilməsi tələb edilən faiz borcunu da tamamilə ləğv etmiş, amma bu qənaət üçün qanunvericiliyin məhz hansı tələblərinə istinad etməsinə dair əsası qətnamədə əks etdirməmişdir.
39. Apellyasiya məhkəməsi əsassız qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin 852.205,27 manat faiz borcunun, MM-in 449.1-ci maddəsinə əsasən tələb edilən 308.437,50 manat faizin tutulması, dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyekti olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərin istehsal xəttinin işlək vəziyyətdə geri alı naraq iddiaçıya qaytarılması hissəsini ləğv edərkən maddi hüquq normalarına əməl etməmiş və MM-in 747.1-ci maddəsinin tələblərinə zidd qərara gəlmişdir. MM-in 747.1-ci maddəsinin konkret və birmənalı tələblərinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
40. Bakı Apellyasiya Məhkəməsi dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyekti olan 1 ədəd poliuretan aşqar qatılmış rəngli metal örtüklərinin istehsal xəttinin işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması hissəsində birinci instansiya məhkəməsini n qətnaməsini ləğv etməklə səhv nəticəyə gəlmişdir. Lizinq verəndən şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə müəyyənləşdirilmiş dövriliklə muzd ödəmək qarşılığında dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyektini muzdunu ödəmədən qanunsuz istifadə edən cavabdehin gəlir əldə etməsini təsdiqedici sənəd və etirafedici ifadə əsasında aşkar bilən apellyasiya instansiya məhkəməsinin məhz bu cür mövqeyi apellyasiya instansiyasının işə baxılmasındakı qərəzliliyinə əyani sübutdur.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14, 88, 217.1, 217.2 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallara və toplanmış sübutlara düzgün hüquqi qiymət verməyərək, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, verilmiş apellyasiya şikayətini qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
42. MM-in 337-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1, və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarının tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanmış əqdin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Halbuki, məhkəmə ilkin olaraq işə mahiyyəti üzrə baxmadan əvvəl əqdin etibarlılığını müəyyən etməli idi.
43. MM-in 405.1, 417.1, 551.1-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 44 9-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarının tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra müddəti göstərilməmişdir. Müqavilənin müddəti müqavilənin mühüm şərtidir. Mühüm şərtlər, eləcə də tərəflərin istəyi ilə mühüm şərt kimi razılşadırılmalı olan şərtlər barəsində tərəflərin qarşılıqlı iradə ifadələri yoxdursa, müqavilənin etibarlılığından söhbət gedə bilməz. Eləcə də, mülki qanunvericiliyə əsasən bütün tələblər 10 il keçdikdən sonra qüvvəsini itirir. Bu baxımdan 2007-ci il 25 may tarixli müqavilə üzrə tələb 2020-ci il 25 may tarixində qüvvəsini itirir. Vaxtı bitmiş müqavilə üzrə öhdəliklər ötürülə bilməz. Əgər həmin müqavilə üzrə öhdəliklər ötürülürdüsə, tərəflər arasında imzalanmış öhdəliklərin ötürülmə si haqqında müqavilədə öhdəliyin icra müddəti müəyyənləşdirilməli idi. Öhdəliyin icra müddəti isə müqavilənin mühüm şərtidir. Bundan başqa, apellyasiya məhkəməsinin mövqeyinə əsasən öhdəlik ödəniş qrafikinə əsasən müəyyən olunur. Halbuki, öhdəlik ödəniş qrafikinə əsasən müəyyən olunsa idi, tərəflər arasındakı müqavilədə ödəniş qrafiki müqavilənin mühüm tərkib hissəsi kimi müəyyən olunmalı idi. Ödəniş qrafiki müqavilənin mühüm tərkib hissəsi kimi nəzərdə tutulmamışdır.
44. MM-in 748.2.2-ci maddəsinin tələbi pozulmuşdur. Qanunun tələbinə görə lizinq müqaviləsində lizinq obyektinin dəqiq təsviri göstərilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə lizinq obyektinin təsviri göstərilməmişdir. Eyni zamanda 2014-cü il 24 yanvar tarixli Təhvil-təslim aktında da lizinq obyektinin hər hansı təs viri verilməmiş, lizinq obyekti komplekt şəkildə təhvil verilməmişdir. Məhkəmə tərəfindən bu hallara heç bir qiymət verilmişdir.
45. MM-in 373.2-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarlarının tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən sonuncu ödəniş 2015-ci ildə həyata keçirildiyindən və həmin tarixdən etibarən heç bir ödəniş edilmədiyindən iddiaçı artıq hüququnun pozulduğunu bildirdi. Bu baxımdan iddia müddəti 2018-ci ildən deyil, 2015-ci ildən hesablanmalı idi.
46. MPM-in 77.1, 88.1, 106.1, 97.1, 217.1, 217.3 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə öz nəticəsinin əsası kimi istinad etdiyi sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və qiymətləndirməmişdir. Məhkəməyə təqdim olunmuş 2014-cü il 24 yanvar tarixli ödəniş cədvəlindəki imza və möhürə cavabdeh şirkətin direktoru tərəfindən baxış keçirilərkən, həmin imzanın ona məxsus olmadığı bildirilmişdir. Apellyasiya məhkəməsində bununla bağlı məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi haqqında vəsatət qaldırılsa da, vəsatət rədd olunmuşdur. Qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması nəticəsində apellyasiya məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətlərinə qarşı etiraz daxil o lmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
48. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qismən, cavabdeh tərəfindən isə tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düz gün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
51. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditor a ödənildiyi günə qədər tutulur.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda n əzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....”
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edildiyindən, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli, 2-2(103)-67/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
54. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə nəz ərə alınmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehə lizinqə verilmiş əmlakın qalıq dəyəri 1.800.000 manat, lizinq şirkətinin gəliri 648.576 manat, lizinq ödənişlərinin ümumi məbləği 2.448.624 manat müəyyən edilmiş, iddiaçı isə iddia ərizəsində 1.490.781,27 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Bununla əlaqədar olaraq, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcu hissəsində ləğv edərək, faiz borcunu 638.576 manat (cavabdeh tərəfindən ödənilmiş 10.000 manat nəzərə alınmaqla) təmin etmiş, gəldiyi nəticəni əsaslandırarkən isə qeyd etmişdir ki, iddiaçı lizinq mükafatının üzərinə müqavilənin qüvvədə olduğu müddət üçün əlavə faizlər hesablaya bilməz. Müqavilənin 3.5-ci bəndində ödənişlərin gecikməsinə görə hər gecikd irilmiş gün üçün 0,05% cərimə faizi ödənişi nəzərdə tutulsa da, iddiaçı tərəfindən tələb edilən faizlərin cərimə olduğu iddia ərizəsinin məzmununda və maliyyə arayışında qeyd edilməmişdir. İddiaçı özü də kassasiya şikayətinin dəlilini əsaslandırmaq üçün MM-in 747-ci maddəsinə istinad edərək, lizinq alanın müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borclu olmasını qöstərmişdir. Llizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən lizinqə verilmiş əmlakın qalıq dəyəri 1.800.000 manat, lizinq şirkətinin gəliri 648.576 manat, lizinq ödənişlərinin ümumi məbləği 2.448.624 manat müəyyən edildiyindən, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini faiz borcunun tutulması hissəsində əsaslı hesab edərək, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə ra zılaşmır.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 2007-ci il 25 may tarixli lizinq müqaviləsinin 3.5-ci bəndində lizinq obyektinin qaytarılması müqavilə müddətinin lizinqalanın öhdəliklərini yerinə yetirmədiyinə əsasən vaxtından əvvəl bitmiş hesab olunması ilə şərtləndirildiyindən, kassasiya şikayətinin “lizinq obyektinin iddiaçıya qaytarılması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsassız olması”na dair dəlilləri də əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, həm müqavilə şərtindən, həm də MM-in 748-1.12.4-cü maddəsinin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda, lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilə rsə, lizinqverən müqavilənin ləğv edildiyi vaxtadək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. İddiaçı hazırkı halda lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişi (öhdəliyin tam icrasını) tələb etdiyindən apellyasiya məhkəməsi hesab etmişdir ki, lizinqalanın lizinq obyektinin ona qaytarılmasını tələb etmək hüququ yoxdur.
56. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüq uqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
57. Cavabdehin kassasiya şikayətinin MM-in 337 və 373.2-ci maddələrinin pozulmasına dair dəlillərinin apellyasiya şikayətinin müvafiq dəlilləri ilə eyni olduğunu nəzərə alan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin mövqeyi mübahisələndirilən hissədə də qanuni və əsaslı olmuşdur.
58. Cavabdehin kassasiya şikayətinin öhdəliyin icra müddətinin müəyyənləşdirilməməsi ilə bağlı dəlilləri üzrə məhkəmə kollegiyası nəzərə alır ki, 2007-ci il 25 may tarixli lizinq müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında 2014-cü il 24 yanvar tari xli müqavilənin 2.3cü bəndinə əsasən müqavilənin imzalandığı andan qüvvəyə minməsi, ödəniş cədvəli üzrə öhdəliyin icra müddətinin 2018-ci ilin avqust ayında bitdiyi nəzərdə tutulmuşdur. MM-in 399.3-cü maddəsinə əsasən və iş materiallarında olan 2007-ci il 25 may tarixli lizinq müqaviləsinin 5.1-ci bəndində müqavilənin qüvvədə olma müddətinin bitməsi anı “a) lizinqverənin xətmetmə hüququnun əsasən xətm edilmə” və “b) lizinqalanın bütün ödəniş və öhdəlikləri yerinə yetirməklə lizinq obyektinə mülkiyyət hüququnun əldə edilməsi zamanı” kimi müəyyənləşdirilmişdir. Qeyd edilənlərə əsasən işə baxan məhkəmə kollegiyası MM-in 399.3-cü maddəsinin tələblərini və 2007-ci il 25 may tarixli müqavilə ilə müqavilənin qüvvədə olması anının müəyyənləşdirildiyini nəzərə alaraq, kassasiya şikayətinin öhdəli yin icra müddətinin müəyyənləşdirilməməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir.
59. Məhkəmə kollegiyası həmçinin 2014-cü il 24 yanvar tarixli Təhvil-təslim aktını imzası və möhürü ilə təsdiq etməklə cavabdehin lizinq obyektini tam işlək vəziyyətdə təhvil aldığını, bununla əlaqədar əvvəllər hər hansı irad bildirmədiyini nəzərə alaraq, kassasiya şikayətinin işin faktiki halları ilə bağlı olsa da, lizinq obyektinin komplekt şəkildə təhvil verilmədiyinə dair dəlili ilə də razılaşmır.
60. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin ekspertiza təyin edilməsi haqqında vəsatətinə münasibət bildirilərək, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmaqla, hüquqi qiymət verildiyindən, cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri də işə baxan məhkəmə tərəfindən əsaslı hesab edilmir.
61. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edilmiş, sübutlar qiymətləndirilməklə qanuni nəticəyə gəlinmiş, kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli, 22(103)-67/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
63. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli, 2-2(103)-67/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.