Məhkəmə qərarları › İş №2-2(102)-367/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-367/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-367/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli, 2-2(103)-249/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 22 aprel tarixli **** nömrəli malların alqı-satqısı müqaviləsinə əsasən iddiaçı müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun sürtkü yağlarını “İnkoterms-2020” DDP-Bakı, Azərbaycan şərtilə cavabdehin ünvanına çatdırmağa, cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin - 4.1-ci bəndinə əsasən mallar cavabdehin ünvan 2 ünvanında yerləşən anbarına çatdırıldıqdan sonra dəyərinin (ƏDV daxil 47640,05 manat) 30 bank günü ərzində ödənilməsi şərtləşdirilmişdir. 2. 2024-cü il 22 aprel tarixli **** nömrəli malların alqı-satqısı müqaviləsinə 1 nömrəli qoşma ilə “X4 X5 15W40 Cİ 4 Plus” ma rkalı mühərrik yağının 1 litri 6,3 manat, 5283,2 litri isə 33.284,16 manat, “X4 Turbo Dizel S SAE 15W-40 APİ CH-4” markalı mühərrik yağının 1 litri 5,8 manat, 1222,2 litri isə 7088,76 manat, ƏDV daxil olmaqla bütün malların dəyəri isə 47640,05 manat olaraq razılaşdırılmışdır. 3. 2024-cü il 7 mart tarixli 46 nömrəli akta əsasən “X4 X5 15W40” markalı 180 kq maldan 2 ədəd, 2024-cü il 8 mart tarixli 01 nömrəli akta əsasən “X4 X5 15W40” markalı 180 kq maldan 5 ədəd, 02 nömrəli akta əsasən “X4 X5 15W40” markalı 180 kq maldan 6 ədəd, 03 nömrəli akta əsasən “X4 X5 15W40” markalı 180 kq maldan 5 ədəd, 2024-cü il 15 mart tarixli 04 nömrəli akta əsasən “X4 X5 15W40” markalı 180 kq (203,2 litr) maldan 5 ədəd, “X4 Turbo Dizel S 15W-40” markalı 180 kq (203,7 litr) maldan 6 ədəd, 05 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq (203,2 litr) maldan 3 ədəd SOCAR Cavabdehnə təqdim edilmişdir. 4. 2024-cü il 27 may tarixli MT2405 10179648 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4.7640,0456 malın təqdim edilməsi üçün cavabdehə göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2024-cü il 22 aprel tarixli alqı-satqı müqaviləsi üzrə 47.640,05 manat məbləğində pulun və ödənilmiş 233 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə əsasında və müqavilənin bir saylı qoşmasında razılaşd ırılmış malları iddiaçıdan nisyə almış və ona elektron qaimə təqdim edilmişdir. Müqavilə üzrə cavabdehə ƏDV daxil 47.640,05 manat dəyərində mal verilmişdir. Cavabdeh isə bu günə kimi borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.

7. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə tərəflər arasında iddiaya əlavə edilmiş 2024-cü il 22 aprel tarixli alqısatqı müqaviləsi üzrə iddiaçı tərəfindən mallar hələ də cavabdehə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə də, malların çatdırılmasını təsdiq edən hər hansı sübutun mövcud olmadığı aşkar olunur. Müqavilənin 4-cü madd əsinə uyğun olaraq tərəflər razılığa gəlmişlər ki, mallar və müqavilədə nəzərdə tutulmuş sənədlər cavabdehə çatdırıldıqdan sonra iddiaçı tərəfindən ödəniş olunacaqdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 dekabr tarixli e-2-2(113)-7109/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış 2024-cü il 22 aprel tarixli malların alqı-satqı müqaviləsi üzrə 47.640,05 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim N.Əhmədova).

9. Məhkəmə tərəifndən müəyyən edilmişdir ki, tərəflər arasında 22 aprel 2024-cü il tarixli **** nömrəli malların alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun sürtkü yağlarını “İnkoterms- 2020” DDP-Bakı, Azərbaycan şərtilə cavabdehin ünvanına çatdırmağa cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndi ilə mallar cavabdehin ünvan 2 ünvanında yerləşən anbarına çatdırıldıqdan sonra dəyərinin (ƏDV daxil 47640,05 manat) 30 bank günü ərzində ödənilməsi şərtləşdirilmişdir. Həmin müqaviləyə 01 nömrəli qoşma ilə “X4 X5 15W40 Cİ 4 Plus” markalı mühərrik yağının 1 litri 6,3 manat, 5283,2 litri isə 33284,16 manat, “X4 Turbo Dizel S SAE 15W-40 APİ CH-4” markalı mühərrik yağının 1 litri 5,8 manat, 1222,2 litri isə 7088,76 manat, ƏDV daxil olmaqla bütün malların dəyəri isə 47.640,05 manat olaraq razılaşdırılmışdır. 27 may 2024-cü il tarixli MT2405 10179648 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 47.640,0456 malın təqdim edi lməsi üçün cavabdehə göndərilmişdir.

10. İddiaçı 22 aprel 2024-cü il tarixli **** nömrəli malların alqı-satqısı müqaviləsi üzrə malların dəyərinin ödənilməsini tələb edir.

11. Cavabdeh iddiaya etiraz edərək, əvvəlcə malların təqdim edilmədiyi, daha sonra isə malların keyfiyyəti ilə bağlı sənədlərin təqdim edilmədiyi, 01 nömrəli qoşmada malların dəyərinin litrlə razılaşdırıldığı halda kiloqramla təhvil verildiyinə istisnad edərək iddianın rədd edilməsini xahiş edir.

12. Məhkəmə mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 567, 597.1 dz 600.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək, malların təqdim edilməməsi ilə bağlı və 01 nömrəli qoşmada malların dəyərinin litrlə razılaşdırıldığı halda kiloqramla təhvil verildiyinə dair cavabdehin etirazlarına münasibətdə qeyd etmişdir ki, 22 aprel 2024-cü il tarixli **** nömrəli malların alqı-satqısı müqaviləsində malların iddiaçı tərəfindən cavabdehin ünvan 2 ünvanında yerləşən Anbar təsərrüfat bölümünə çatdırılması razılaşdırılmışdır.

13. Məhkəməyə təqdim edilən cavabdehin anbar bölməsinin ştampı vurulmuş təhviltəslim aktlarından görünür ki, 07 mart 2024-cü il tarixli 46 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq maldan 2 ədəd, 08 mart 2024-cü il tarixli 01 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq maldan 5 ədəd, 02 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq maldan 6 ədəd, 03 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq maldan 5 ədəd, 15 mart 2024-cü il tarixli 04 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq (203,2 litr) maldan 5 ədəd, “Petrol OfisMaximus Turbo Dizel S 15W-40” marka lı 180 kq (203,7 litr) maldan 6 ədəd, 05 nömrəli aktla “X4 X5 15W40” markalı 180 kq (203,2 litr) maldan 3 ədəd cavabdehə təqdim edilmişdir.

14. Göründüyü kimi, malların təqdim edilməsi müvafiq aktlarla təsdiq edilir. Həmçinin 15 mart 2024-cü il tarixli 04 və 05 nömrəli aktlara nəzər saldıqda “X4 X5 15W40” markalı mühərrik yağının 180 kiloqramının 203,2 litr, “X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının 180 kiloqramının 203,7 litr ekvivalentində qəbul edildiyi görünür. Belə olan halda, ümumilikdə 26 ədəd 180 kiloqram “X4 X5 15W40” markalı mühərrik yağının, 6 ədəd 180 kiloqram “X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının təhvil verildiyi nəzərə alındıqda, ümumilikdə 5283,2 litr (203,2*26) “X4 X5 15W40” markalı mühərrik yağının, 1222,2 litr (203,7*6) “X4 Turbo Dizel S 15W-40” mark alı mühərrik yağının təqdim edildiyi aydın olur. Bu isə 01 nömrəli qoşmadan göründüyü kimi, ümumilikdə ƏDV daxil olmaqla 47.640,05 manat dəyərində malın verildiyini göstərir.

15. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, malların təqdim edilməməsi ilə bağlı və 01 nömrəli qoşmada malların dəyərinin litrlə razılaşdırıldığı halda kiloqramla təhvil verildiyinə dair cavabdehin etirazlarının əsası yoxdur.

16. Digər tərəfdən, cavabdeh malların keyfiyyəti ilə bağlı sənədlərin verilmədiyini bildirir. Həmin dəlillə bağlı məhkəmə MM-in 568.2 və 576-cı maddələrinə istinadla göstərmişdir ki, mallarla bağlı lazımi sənədlərin verilmədiyinə istinad edən cavabdeh məhkəməyə həmin sənədlərin verilməsi ilə bağlı iddiaçıya ağlabatan müddət təyin etdiyi və həmin müddət nəticə vermədiyi halda, ma llardan imtina etdiyi ilə bağlı hər hansı sübut təqdim etməmiş, əvvəlcə, malların verilmədiyini bildirən cavabdeh, iddiaçı tərəfindən malların təhvil-təslim aktları təqdim edildikdən sonra formal olaraq etirazının əsasını dəyişmiş, lazımi sənədlərin verilmədiyinə istinad etmişdir. Halbuki malların sonuncu partiyasının 15 mart 2024-cü il tarixdə təhvil verildiyi halda, ötən müddət ərzində cavabdeh iddiaçıya bu barədə hər hansı pretenziya təqdim etməmişdir.

17. Digər tərəfdən, məhkəmənin təklifinə əsasən iddiaçı tərəfindən “X4 X5 15W40” və “X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağları ilə bağlı keyfiyyət sənədləri də məhkəməyə təqdim edilmişdir. Ona görə də, məhkəmə cavabdehin malların keyfiyyəti ilə bağlı sənədlərin verilmədiyi ilə bağlı etirazlarını da formal mülahizələr hesab etmişdi r.

18. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 4.1-ci bəndinə əsasən, malların təhvil-təslim edilməsindən sonra 30 bank günü ərzində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını MM-in 600.4-cü maddəsi təşkil edir

19. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən h ər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Məhkəmə gəldiyi nəticəni həm də Azərbaycan Respublikası MM-in 442, 448.1 və 448.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırm ışdır.

21. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli, 2-2(103)-249/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, işin materiallarında olan hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 26 ədəd 180 kiloqram “X4 X5 15W40” markalı mü hərrik yağının, 6 ədəd 180 kiloqram “X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının təqdim edildiyi müəyyən edilir.

24. Eyni təhvil-təslim aktlarında “X4 X5 15W40” markalı mühərrik yağının 180 kiloqramının 203,2 litr, “X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının 180 kiloqramının 203,7 litr təşkil etməsi qeyd edilmişdir. Adi yazılı hesablama aparmaqla cavabdehə təqdim edilmiş “X4 X5 15W40” markalı mühərrik yağının həcminin 5283,2 litr (203,2lt*26 ədəd),X4 Turbo Dizel S 15W-40” markalı mühərrik yağının həcminin 1222,2 litr (203,7 lt*6ədəd) təşkil etməsi müəyyən edilir. Həmin həcmdə malların dəyəri isə müqaviləyə 01 nömrəli qoşmaya əsasən ƏDV daxil olmaqla 47640,05 manat təşkil edir. Odur ki, təqdim edilmiş malların dəyərinin iddia ərizədə tələb edilən məbləğdən daha aşağı olması ba rədə cavabdehin dəlilləri əsassızdır.

25. Elektron qaimənin təqdim edilməməsi barədə dəlillərə gəldikdə məhkəmə qeyd etmişdir ki, işin materiallarına iddiaçı tərəfindən ƏDV daxil olmaqla 47.640,0456 manat dəyərində malın verilməsi ilə bağlı cavabdehə göndərilmiş 2024-cü il 27 may tarixli MT2405 10179648 seriya və nömrəli elektron qaimə-faktura əlavə edilmişdir. Odur ki, həmin dəlillərin də əsassız olması açıq-aşkardır.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla 47640,05 manat dəyərində malların təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh isə həmin malların dəyərini ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddiaçı Mülki Məcəllənin 567-ci, 598.1-ci maddələrinə əs asən ƏDV daxil 47640,05 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567, 568.2, 576, 598.1-ci maddələrinə və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

28. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

29. MM-in 404.1, 404.2, 441-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə olunmuş hüquqi mövqe üzrə - apellyasiya instansiyası məhkəməsi mübahisə doğuran müqavilə münasibətləri ilə bağlı iddiaçının müqavilə üzrə öhdəliklərinin yerinə-yetirilib yetirililmədiyi araşdırmamış və iş üzrə bu halla bağlı təqdim etdikləri vəsatətləri nəzərə almamışdır.

30. Məhkəmə yalnız elektron qaimələrin mövcudluğuna istinad etmişdir. Halbuki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddi anın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Sözügedən müqavilənin 4-cü maddəsinə görə, mallar razılaşdırılmış ünvana çatdırıldıqdan və müvafiq sənədlər təqdim olunduqdan sonra alıcının satıcıya ödəniş edəcəyi razılaşdırılmışdır. İddia tələbinin faktiki əsası kimi göstərilmiş malların KQİT-ə təhvil verilməsi ilə bağlı hər hansı sübut yoxdur. Habelə müqavilələrin 4-cü maddəsində qeyd edilən sənədlər KQİT-ə təqdim edilməmiş və məhkəməyə də sübut qismində təqdim edilməmişdir.

31. MM-in 385.1, 567, 568.1, 568.2, 576-cı maddələri üzrə - tərəflər arasında bağlanmış müqavilə nin 5-ci maddəsində təsbit edilmişdir ki, satıcı malların beynəlxalq standartına, müqavilənin spesifikasıyasına və tətbiq edilən qanunvericiliyə uyğun olaraq yüksək keyfiyyətlə istehsal olunmasına zəmanət verir və istehsalçının keyfiyyət sertifikatını alıcıya təqdim edir. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü maddəsində təsbit edilmişdir ki, malların çatıdırlması zamanı təqdim edilən bütün sənədlər müqavilənin şərtlərinə uyğun gəlməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü maddəsi ilə ödəniş şərtləri razılaşdırılmışdır. Müvafiq maddədə qeyd edilmişdir ki, mallarla birlikdə aşağıdaki sənədlər çatdırılmalıdır və bundan sonra ödəniş həyata keçiriləcəkdir:

1. İstehsalçının lisenziyası və ya standart sertifikatı;

2. Keyfiyyət sertifikatı, sınaq aktı;

3. Malın göndərilməsini təsdiq edən sənəd-nəqliyyat qaiməsi;

4. Malların siyahısının çıxarışı(invoys). Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsinə nəzərdə tutulmuşdur ki, həmin müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş sənədlər təqdim edildikdən sonra ödəniş ediləcəkdir. Müvafiq sənədlər iddiaçı tərəfindən hələ də nə cavabdehə, nə də ki məhkəməyə təqdim edilməmişdir. İşə baxan məhkəmələr tərəfindən isə iddianı sübuta yetirəcək hallar olmadığı halda iddia təmin edilmişdir.

32. MPM-in 9.3, 78.2, 88, 97, 102, 217.1, 217.3, 218.1-ci maddələri üzrə - iddiaçının iddiasının əsası kimi qeyd etdiyi sənədlərin (habelə müqavilədə nəzərdə tutulan sənədlərin) tələb edilməsinə dair vəsatət təqdim etsələr də, həmin vəsatət də digər vəsatətlər kimi təmin edilməmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinə ekspertizan ın təyin edilməsi ilə bağlı vəsatət təqdim edilmiş, lakin məhkəmə zəruri olmasına baxmayaraq bundan imtina etmişdir. Belə ki, iddia tələbi üzrə iddiaçı tərəfindən aparılmış hesablamaların doğru olub-olmadığı mühasibatlıq ekspertizası keçirilməsi yolu ilə yoxlanılmamış, iddiaçının göstərdiyi rəqəmlər heç bir araşdırma aparılmadan təmin edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

35. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya inst ansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edil məsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı müh akimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.

42. Məhkəmə kollegiyası kassasiya şikayətində mə hkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

43. Cavabdehin kassasiya şikayətinin zəruri olmasına baxmayaraq iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, MPM-nin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə işin materiallarında olan süb utları kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər.

44. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

45. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət v erilmir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 fevral tarixli, 2-2(103)-249/2025 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar