Məhkəmə qərarları › İş №2-2(102)-368/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-368/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-368/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏRAR 2-2(102)-368/2024 Açar sözlər: lizinq müqaviləsi, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Şəfiyev İspəndiyar Əsəd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellya siya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 fevral tarixli, 2-2(103)-167/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2011-ci il 12 may tarixli, 12-LA/11 nömrəli lizinq müqaviləsi üzrə "xxxx" ASC dəyəri 280200 manat, ilkin ödəniş məbləği 28000 manat müəyyən edilmiş, 15 hissəli gündəlik məhsuldarlığı 20 ton olan paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və emalı avadanlıqları 2011-ci il 17 may tarixli aktla lizinq alan Cavabdeh təhvil vermiş, sonuncu isə 2012-ci ilin 2-ci rübü başlanğıc tarix olmaqla, lizinq müqaviləsi üzrə ödənişləri (ilkin ödəniş 28000 manat nəzərə alınmaqla qalan 252200 manat) 2021-ci ilin 3-cü rübünədək hər rüb üzrə ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh tərəfindən 28000 manat ilkin, 3500 manat qrafik üzrə ödəniş olmaqla, ümumilikdə 31500 manat ödəniş edilmişdir.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən, "xxxx" ASC-nin adının dəyişdirilərək "xxxx" ASC adlandırılması qərara alınmış və müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir. 4. "xxxx" ASC 2017-ci il 14 mart tarixdə Cavabdehh Şirinalı oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə mü raciət edərək, lizinq müqaviləsinin ləğv olunması, lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması, müqavilə üzrə 132500 manat əsas, 107034 manat cərimə borcunun Cavabdehh Şirinalı oğlundan "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda "xxxx" ASC iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, lizinq obyekti olan avadanlığın üzərinə həbs qoyularaq istismarının qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2017-ci il 15 mart tarixli qərardadı ilə ərizə təmin edilərək Cavabdehh Şirinalı oğlunun lizinqə götürdüyü gündəlik məhsuldarlığı 20 ton olan paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və emalı avadanlığının istismarının qa dağan edilməsi qərara alınmışdır. 5. "xxxx" ASC-nin əməkdaşı Qasımlı Orxan, Cavabdehh Şirinalı oğlu və Muğan kənd sakini Abbasov Xanların iştirakı ilə 2017-ci il 30 iyun tarixli akt tərtib olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2017-ci il 15 mart tarixli qərardadına əsasən avadanlıqların istismarına qadağa qoyulmuş və plomblanmışdır.

6. Bundan sonra, həmin iş üzrə Cavabdeh ərizə ilə müraciət edərək mülki işin Cəlilabad Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2017-ci il 12 iyun tarixli qərardadı ilə ərizə rədd olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 08 avqust tarixli qərardadı ilə cavabdehin şikayəti təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2017-ci il 12 iyun tarixli qərardadı ləğv olunmuş və iş baxılması üçün Cə lilabad Rayon Məhkəməsinə göndərilmişdir.

7. Cəlilabad Rayon Məhkəməsinin 2017-ci il 11 noyabr tarixli qərardadı ilə iddia Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, "xxxx" ASC-nin vəsatəti əsasında Məhkəmənin 2018-ci il 12 oktyabr tarixli qərardadı ilə icraat təzələnmiş, 2019-cu il 8 yanvar tarixli qərardadı ilə iddia təkrarən Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmış, cavabdehin vəsatəti əsasında 2019-cu il 7 fevral tarixli qərardadla icraat təzələnmiş, Cəlilabad Rayon Məhkəməsinin 2019-cu il 7 mart tarixli qərardadı ilə iddia Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən yenidən baxılmamış saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Azərbaycan Respubli kası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı 2022-ci il 15 dekabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq müqaviləsi üzrə maliyyə arayışının tərtib edildiyi 2022ci il 3 oktyabr tarixinə hesablanmış 248700 manat gecikdirilmiş borcun, 533051,91 manat cərimə borcunun və hüquqi yardım xərcinin əvəzi olaraq 300 manatın, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2022ci il 3 oktyabr tarixə adıçəkilən lizinq müqaviləsi üzrə 248700 manat gecikdirilmiş əsas borc və 533051,91 manat cərimə borcu yaranmışdır. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ilkin mediasiya sessiyası keçirilmiş, ilkin mediasiya haqqı kimi 400 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə məbləğ 300 manat müəyyənləşdirilmişdir.

10. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, o, lizinq verən tərəfindən Avropa istehsalı olan və hər gün 20-25 ton istehsal gücünə malik avadanlıqla təchiz edilməli olduğu halda, lizinq obyekti olan avadanlıq Çin istehsalı olmuş, o, aldadılmış, bununla bağlı dəfələrlə lizinq verənə müraciət etmişdir. Ona təhvil verilən avada nlığın dəyəri 28000 manat olmaqla, dəyəri artıqlaması ilə ödənilmişdir. İddiaçı ona avadanlığı növbəti ildə dəyişəcəklərini bildirsə də avadanlıq dəyişdirilməmiş, bundan sonra iddiaçıya müraciət etməmiş, 2017-ci il 30 iyun tarixdə avadanlığın istismarı qadağan olunduqdan sonra avadanlıqdan istifadə etməmişdir. Avadanlıq cavabdehin tanımadığı üçüncü şəxsin tikilisində qalmışdır.

11. Həmçinin, cavabdeh ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddianın iddia müddətinin keçməsi ilə əlaqədar rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 8 avqust tarixli rəyinə əsasən, cavabdehin "xxxx" ASC-yə 2017-ci il 30 iyun tarixinə gecikdirilmiş əsas borcu 146100 (177600 – 28000 – 3500) manat, həmin tarixə gecikdirilmiş əsas borca görə hesablanmış cərimə borcu 140058,0 manat təşkil etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 oktyabr tarixli, e-2-2(113)548/2023 nömrəli qətnaməsi ilə (hakim N.M.Əhmədova) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi, əvvəla cavabdehin razılaşdırılmış lizinq obyektinin təqdim edilməməsi barədə etirazına münasibətdə qeyd etmişdir ki, cavabdeh lizinq obyektini 2011-ci il 17 may tarixində akta imza edərək qəbul etmiş, istinad etdiyi hal ilə bağlı akta hər hansı qeyd verməmiş, lizinq obyektini qəbul etdikdən dərhal sonra müraciət etdiyini bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə cavabdehin etirazı nın qeyd olunan halının əsaslı olmaması qənaətinə gəlmişdir.

15. Məhkəmə iddiaçının lizinq obyektindən ödəniş qrafiki ilə razılaşdırılmış müddət üçün istifadəyə görə qalıq 248700 manat (252200 manat – 3500 manat) lizinq ödənişi kimi əsas borcun və maliyyə arayışının tərtib olunduğu 2022-ci il 3 oktyabr tarixə hesablanmış cərimənin tutulması ilə bağlı tələbinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə lizinq verən kimi çıxış edən "xxxx" ASC hüquq və öhdəlikləri ötürülməmişdən əvvəl lizinq müqaviləsinin ləğvi və lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikilininin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması tələbini irəli sürərək iradə ifadəsini lizinq alana bildirmiş, iddianın təmin etmə tədbirinin tətbiqi barədə ərizə verərək hüququnun müdafiəsini qeyd olunan prosessual icraat çərçivəsində də həyata keçirmiş və lizinq obyektinin istismarına qadağa qoyulmuşdur. Lizinq alan qeyd olunan tədbirin görülməsi barədə qərardaddan şikayət verməmiş, tədbirin ləğvi ilə bağlı müraciət etməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, lizinq verən iddia tələbini irəli sürməklə və lizinq obyektinin istismarını qadağan etdirməklə iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilə müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir. Lizinq alan isə lizinq verənin müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini mübahisələndirməmiş, lizinq obyektini geri tələb etməmişdir. Lizinq alan hazırkı iş üzrə izahatında da qeyd olunan halı mübahisələndirməmiş, 2017-ci il 30 iyun tarixli akt tərtib olunduqdan sonra lizinq obyektindən istifadə etmədiyini bildirmişdir. İddiaçı lizinq obyektinin geri götürülübgötürülmədiyi barədə məhkəməyə dəqiq məlumat verə bilməmiş, bununla bağlı sənədin onlara təqdim olunmadığını bildirmişdir.

17. Məhkəmə vurğulamışdır ki, mülki qanunvericilik və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.2-ci bəndinin şərtləri baxımından lizinq verənin 2017-ci il 14 mart tarixində iddia ərizəsi verməklə lizinq müqaviləsinin ləğvi ilə bağlı iradəsini lizinq alana çatdırması növündə iradə ifadəsi qanuni olmuşdur. Lizinq verənin lizinq müqaviləsinin ləğvi ilə bağlı iradə ifadəsinin lizinq alana çatması ilə bağlı məhkəmə qeyd etmişdir ki, 2(073)289/2019 nömrəli mülki iş materiallarından iddia ərizəsinin lizinq alana 2017-ci il 16 mart tarixli reyestrlə göndərildiyi görünsə də, onun alınması tarixini müəyyən etmək mümkün olmamışdır. Mülki iş materialları əsasında lizinq alanın ilk dəfə mülki iş barədə məlumatlı olmasını müəyyən edən rəsmi sənəd 2017-ci il 12 may tarixli məhkəmə bildirişidir (lizinq alan imzası ilə təsdiq etmişdir). Belə olan halda, lizinq verənin müqavilənin ləğvi ilə bağlı iradəsinin lizinq alana çatdığı tarix 2017-ci il 12 may hesab edilməli və lizinq müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab olunmalıdır. Həmçinin, mülkiyyətçi kimi lizinq verənin lizinq müqaviləsi ləğv olunduqdan və lizinq obyektinin istismarına qadağa qoyulduqdan sonra öz sahiblik, istifadə, sərəncam hüquqlarını realizə etməməsi lizinq müqaviləsinin ləğvi faktını istisna edən hal kimi çıxış edə bilməz.

18. Lizinq ödənişinin lizinq obyektindən istifadəyə görə lizinq alan tərəfindən həyata keçirilməli olan ödəniş olduğunu, lizinq müqavi ləsinin lizinq verən tərəfindən birtərəfli qaydada ləğv olunduğunu və lizinq obyektinin istismarına 2017-ci il 30 iyun tarixindən qadağa qoyulduğunu nəzərə alan məhkəmə, iddiaçının 2017-ci il 30 iyun tarixə olan 146.100 manat lizinq ödənişi və gecikməyə görə 140085 manat cərimə məbləğini (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 8 avqust tarixli 9/5175 nömrəli rəyinə əsasən) tələb etmə hüququnun olduğunu müəyyən etmişdir.

19. Bununla belə, birinci instansiya məhkəməsi lizinq müqaviləsinin 2017-ci il 12 may tarixindən ləğv edildiyini nəzərə alaraq qeyd etmişdir ki, lizinq müqaviləsi üzrə pulun ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti 2020-ci il 12 may tarixində başa çatmış, mediasiya prosesi 2022-ci il 29 noyabr tarixində keçirilmiş, bel əliklə iddia müddəti ötürülmüşdür.

20. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən hüquqi yardım və mediasiya xərci iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 245 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 376, 377.2, 379.1, 381.1, 421.2, 421.3, 747.1, 748-1.2, 748-1.12, 748-10.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 fevral tarixli, 2-2(103)-167/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakim lər V.Ə.Baxışovadan və A.Ə.Hüseyndən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 oktyabr tarixli, e2-2(113)-548/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və göstərmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Hazırki işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçı 12 may 2011-ci il tarixdə 12-LA/11 nömrəli lizinq müqaviləsi üzrə 248700 manat gecikdirilmiş əsas borc və hesablanmış 533051,91 manat cərimə borcunun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddiaya etirazının əsası kimi əvvəlcə lizinq obyekti kimi razılaşdırılmış obyektin deyil, başqa obyektin tə hvil verildiyini, həmin obyektin dəyərini ödədiyini, məhkəmənin qərarı ilə istifadəsinə qadağa qoyulduğu 30 iyun 2017-ci il tarixdən lizinq obyektindən istifadə etmədiyini bildirmişdir.

25. Apellyasiya kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edərək göstərmişdir ki, cavabdeh lizinq obyektini 17 may 2011-ci il tarixdə akta imza edərək qəbul etmiş, istinad etdiyi hal ilə bağlı akta hər hansı qeyd verməmişdir. Həmçinin lizinq obyektini qəbul etdikdən dərhal sonra müraciət etdiyini bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir.

26. Eyni zamanda, iddiaçı lizinq müqaviləsinin bütün müddəti üçün hesablanmış borcun və cərimənin tutulması tələbini irəli sürmüşdür. Apellyasiya kollegiyası qeyd etmişdir ki, lizinq münasibətlərini tənzimləyən Mülki Məcəllənin 38-ci fəslinin müddəaların a görə qanunverici lizinq ödənişlərinə anlayış verərkən ona məhz lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər kimi qiymət vermişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.1-ci bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Göründüyü kimi, həm lizinq münasibətlərini tənzimləyən qanunvericilik normalarında, həm də tərəflər arasında bağlanmış müqavilə şərtlərində lizinq ödənişlərinin məhz lizinq obyektindən istifadəyə görə ödənilməli olduğu qeyd edilmişdir.

27. Hazırki işin halları isə ondan ibarətdir ki, 30 iyun 2017-ci il tarixdən etibarən lizinq predmeti ol an avadanlıqlar cavabdehin istifadəsində deyil. Belə ki, texnoloji avadanlıqların lizinqi şöbəsinin aparıcı mütəxəssisi Orxan Qasımlı, lizinq alan Maşallah Əliyev və Muğan kənd sakini Xanlar Abbasov tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli aktda qeyd olunmuşdur ki, Cəlilabad rayonu ərazisində Cavabdehha lizinqə verilmiş bir dəst bitki yağı emalı avadanlıqlarına texniki baxış keçirildi. Hal-hazırda avadanlaqlar sökülmüş vəziyyətdə Cəlilabad rayonunun Muğan kənd sakini Abbasov Xanlara məxsus tam hazır olmayan tikilidə saxlanılır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-4312/2014 saylı qərardadına əsasən avadanlıqların istismarına qadağan qoyuldu və plomblandı.

28. Bu mənada apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən, yəni lizinq predmet i olan avadanlıqların cavabdehin istifadəsində olan xx.xx.2017ci il tarixə qədər hesablanmış borcun tutulması hissəsində əsaslı hesab edilə bilər.

29. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır.

31. Belə ki, Cəlilabad Rayon Məhkəməsində baxılmış 2(073)-289/2019 nömrəli mülki iş üzrə "xxxx" ASC hüquq və öhdəlikləri ötürülməmişdən əvvəl lizinq müqaviləsinin ləğvi və lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikilini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması tələbini irəli sürərək iradə ifadəsini lizinq alana bildirmiş, iddianın təmin etmə t ədbirinin tətbiqi barədə ərizə verərək hüququnun müdafiəsini qeyd olunan prosessual icraat çərçivəsində də həyata keçirmiş və lizinq obyektinin istismarına qadağa qoyulmuşdur. Lizinq alan qeyd olunan tədbirin görülməsi barədə qərardaddan şikayət verməmiş, tədbirin ləğvi ilə bağlı müraciət etməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi, bir qayda olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar baş verir. İradə isə müxtəlif formalarda – hər hansı daşıyıcıya yazılı və digər formada əks etdirilməklə, hərəkət və rəftarla və s. ifadə oluna bilər.

32. Hazırkı iş üzrə lizinq verən iddia tələbini irəli sürməklə və lizinq obyektinin istismarını qadağan etdirməklə iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilə müvafi q olaraq birtərəfli qaydada ləğv edilmişdir. Lizinq alan isə lizinq verənin müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini mübahisələndirməmiş, lizinq obyektini geri tələb etməmişdir. Lizinq alan hazırkı iş üzrə izahatında da qeyd olunan halı mübahisələndirməmiş, xx.xx.2017-ci il tarixli akt tərtib olunduqdan sonra lizinq obyektindən istifadə etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili lizinq obyektinin geri götürülüb-götürülmədiyi barədə məhkəməyə dəqiq məlumat verə bilməmiş, bununla bağlı sənədin onlara təqdim olunmadığını bildirmişdir. Mülki Məcəllənin 421.2, 748-1.12-ci maddəsinin tələbləri və tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 5.2-ci bəndinin şərtləri baxımından lizinq verənin xx.xx.2017-ci il tarixdə iddia ərizəsi verməklə lizinq müqaviləsinin ləğvi ilə bağ lı iradəsini lizinq alana çatdırması növündə iradə ifadəsi qanuni olmuşdur. 2(073)- 289/2019 nömrəli mülki iş materiallarından iddia ərizəsinin lizinq alana xx.xx.2017-ci il tarixli reyestrlə göndərildiyi görünsə də, alınması tarixini müəyyən etmək mümkün olmur. Mülki iş materialları əsasında lizinq alanın ilk dəfə mülki iş barədə məlumatlı olmasını müəyyən edən rəsmi sənəd xx.xx.2017-ci il tarixli məhkəmə bildirişinin kötüyüdür (lizinq alan imzası ilə təsdiq etmişdir). Belə olan halda lizinq verənin müqavilənin ləğvi ilə bağlı iradəsinin lizinq alana çatdığı tarix xx.xx.2017-ci il hesab olunmalı və lizinq müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab olunmalıdır. Həmçinin, mülkiyyətçi kimi lizinq verənin lizinq müqaviləsi ləğv olunduqdan və lizinq obyektinin istismarına qadağa qoyulduqdan sonra öz sahiblik, istifadə, sərəncam hüquqlarını realizə etməməsi lizinq müqaviləsinin ləğv edilməsi faktını istisna edən hal kimi çıxış edə bilməz. Göründüyü kimi, tərəflər arasındakı lizinq müqaviləsi xx.xx.2017-ci il tarixdən ləğv edilmişdir. Belə olan halda isə lizinq müqaviləsi üzrə lizinq ödənişinin ödənilməsini tələb etmək hüququ üçün 3 illik iddia müddəti də xx.xx.2017-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə bitmişdir.

33. Lakin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/8-00205 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında ilkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixdə keçirilmiş, hazırki iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfində n müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülmüşdür.

34. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən xx.xx.2017-xx.xx.2020-ci il tarixlərdə ödənişlərin aparıldığını və ya digər borcun etirafı ilə bağlı hərəkətlərin edilməsini təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə Mülki Məcəllənin 380-ci maddəsində göstərilən iddia müddətinin axımının kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

35. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən apellyasiya məhkəməs i əlavə olaraq göstərmişdir ki, qanunun rəsmi şərhini verən Konstitusiya Məhkəməsinin hüquqi mövqeyində birmənalı şəkildə müəyyən olunmuşdur ki, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Bundan əlavə, lizinq verənin əməkdaşı tərəfindən müvafiq akt tərtib edilərək cavabdehin lizinq obyektindən istifadəsinə qadağa qoyulması və üçüncü şəxsə məxsus ərazidə plobmlanması təsdiq edir ki, iddiaçı Mülki Məcəllənin 748- 1.12-ci maddəsində təsbit olunmuş hüququndan istifadə edərək lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmişdir. Eyni zamanda, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş və həmin akt tərtib edildikdən sonra lizinq obyektinin yenidən cavabdehin istifadəsinə verilməsi ilə bağlı sübutları təqdim etməmişdir. Ona görə də, tərə flər arasında baş tutan digər iş üzrə iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürdükdən sonra məhkəmə iclaslarına getməməsi və bu səbəbdən də işin baxılmamış saxlanılmasının, habelə lizinq müqaviləsi üzrə son ödəniş tarixinin 2021-ci ilin 3-cü rübünün müəyyənləşdirilmisinin mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: - Mülki Məcəllənin 421.2, 748-1.12-ci maddələri üzrə - iddiaçı 2017-ci il 14 mart tarixdə müqavilənin ləğvi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, sonradan məhkəmə proseslərinə getməməklə və Cəlilabad Rayon Məhkəməsinin 2(073)289/2019 nömrəli 2019-cu il 7 mart tarixli qərardadı ilə iddia MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanıldıqda həmin qərardaddan şikayət verməməklə müqavilənin ləğvinə maraqlı olmadığını göstərmişdir. Bu səbəbdən, birinci və apellyasiya instansiyası məhkəmələrinin tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2017-ci il 12 may tarixdən ləğv olunmuş hesab edilməsi ilə bağlı gəldiyi nəticə yanlış olmuşdur. MM-in 7481.12.4-cü maddəsi ndə göstərilən əsas isə lizinq müqaviləsinin ləğv edilməsi üçün məcburi əsas olmamaqla lizinq verənin hüququdur. Bu səbəbdən, məhkəmənin həmin qanunvericilik aktına istinad etməsi əsassız olmuşdur. - Mülki Məcəllənin 372 və 377.2-ci maddələri üzrə - cavabdeh 2012-ci ilin İİ rübü başlanğıc tarix olmaqla lizinq müqaviləsi üzrə ödənişləri (ilkin ödəniş 28000 manat nəzərə alınmaqla qalan 252200 manat) 2021-ci ilin İİİ rübünədək hər rüb üzrə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, qrafik üzrə son ödəniş tarixi 2021-ci ilin İİİ rübü müəyyənləşdirilmişdir. Göründüyü kimi lizinq müqaviləsinə münasibətdə 3 illik iddia müddəti ötürülməmişdir. - Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə - iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə maliyyə arayışının tərtib edildiyi 2022-ci il 3 oktyabr tarixə hesablanmış 248.700 manat gecikdirilmiş borcun, 533.051,91 manat cərimə borcunun və hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması tam sübuta yetirilmiş, lakin cavabdeh tərəfindən iddia müddətinin keçməsinin qanuni əsası ola biləcək hallara dair sübutlar məhkəməyə təqdim edilməmiş və bu sübuta yetirilməmişdir. Buna baxmayaraq, məhkəmə əsassız olaraq iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir. - Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi üzrə - iddiaçının nümayəndəsinin ifadəsi təhrif edilərək birinci instansiya məhkəməsinin qətnaməsinə salınmışdır. İddiaçının nümayəndəsi yan lışlığın düzəldilməsi barədə ərizə vermiş və Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 noyabr tarixli qərardadı ilə həmin ərizə təmin edilmişdir. Bundan əlavə, 2024-cü il 15 fevral tarixində iş üzrə elektron məhkəmə vasitəsi ilə məlumat göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək məhkəmə iclasının qısa müddətə təxirə salınması xahiş olunmuş, lakin məhkəmə bunu nəzərə almayaraq məhkəmə iclasını təxirə salmamış, iş üzrə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Halbuki, eyni məhkəmə tərkibində məhkəmə iclasları dəfələrlə təxirə salınmış, məhkəmə prosesləri aylarla uzanmışdır.

38. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

39. Kassasiya şikayətinə qarşı etiraz veril məmişdir. Kassasiya baxışının hədləri:

40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə m übahisənin hüquqi aktlarına təsir göstərə bilər.

41. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

42. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə al tı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmi yyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.2. Lizinq alan əmlakı qəb ul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” 43. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərmişdir ki, id dia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

45. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəm iyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddə sinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

48. Belə ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq qeyd etmişdir ki, "xxxx" ASC hazırki lizinq müqaviləsinin ləğvi və lizinq obyekti olan texnoloji avadanlıq və onun yerləşdiyi tikilini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması tələbini irəli sürməklə və iddianın təmin etmə tədbirinin tətbiqi barədə ərizəsi əsasında məhkəmə qaydasında lizinq obyektinin istismarına qadağa qoyulmaqla müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Məhkəmə, iddiaçının bununla bağlı iradəsinin cavabdehə azı 12 may 2017-ci il tarixdən bildirildiyini müəyyən etmişdir. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq lizinq ödənişinin ödənilməsini tələb etmək hüququ üçün 3 illik iddia müddətini 13 may 2017-ci il tarixdən hesablamaqla, hazırki iddia verildiyi tarixdə bu müddətin keçməsi nəticəsinə gəlmişdir.

49. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Cəlilabad Rayon Məhkəməsində baxılmış iddia son nəticədə baxılmamış saxlanılsa da, bu tərəflər arasında müqavilə münasibətlərinin bərpası kimi qiymətləndirilə bilməz. Belə ki, ləğv olunmuş müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında yenidən bağlanıla (bərpa oluna) bilər ki, belə hal iş materialları ilə müəyyən olunmamışdır.

50. Digər tərəfdən, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, lizinq predmeti olan avadanlıqlar 30 iyun 2017-ci il tarixdən etibarən cavabdehin istifadəsindən alınmışdır. İddia baxılmamış saxlanılsa da, həmin avadanlıqların cavabdehə qaytarılmamışdır.

51. İddiaçının apellyasiya məhkəm əsində iştirakının təmin edilməməsi barədə dəlili də qətnamənin ləğvi üçün əsas ola bilməz.

52. Belə ki, iddiaçının vəkili ərizə verərək, gələ bilmədiyi üçün məhkəmə baxışını təxirə salınmasını xahiş etsə də, apellyasiya məhkəməsi vəsatətə sübutların əlavə edilməməsi əsası ilə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə istinad edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayə tinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 20 fevral tarixli, 2-2(103)-167/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar