Məhkəmə qərarları › İş №2-2(102)-37/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-37/2020

28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-37/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X2 qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta agentindən sığorta haqqı üzrə borcun və faizlərin tutulması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X8, vəkili X4 iştirakı ilə, İddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin (bundan sonra iddiaçı) cavabdeh X2 (bundan sonra cavabdeh) qarşı “sığorta haqqı üzrə borcun və faizlərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-540/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: xx xxxxxx 2015-ci il tarixli “Sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi”nə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli lisenziya əsasında sığorta agenti fəaliyyəti ilə məşğul olan cavabdeh iddiaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərməyi, sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdəsinə götürmüşdür. xx xxxxx 2017-cı il tarixli “Sığorta agentinin sığorta haqlarına dair borcu üzrə üzləşmə aktı”na əsasən cavabdehin iddiaçıya x xxxxxx 2014-cü il-xx xxxx 2017-ci il tarixədək 9.087,75 manat məbləğində borcu olduğunu cavabdeh imzası və möhürü ilə təsdiq etmişdir. xx.xx.2018-ci il tarixli pretenziyaya əsasən iddiaçı cavabdehdən təhvil verilməmiş sığorta haqları üzrə 7.702,5 manat, qaytarılmamış icbari blankının cəriməsi 100 manat və gecikdirməyə görə hesablanmış 6.620,7 manat ümumilikdə 14.423,2 manatın ödənilməsini cavabdehdən tələb etmiş, əks halda məhkəməyə müraciət edəcə yi bildirilmişdir. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7.702,5 manat sığorta haqqı üzrə borcun, 6.620,7 manat dəbbə pulunun, qaytarılmamış icbari blankın cəriməsi 100 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 14.453,2 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdeh 2016-cı il ərzində bağladığı sığorta müqavilələrinin tam dəyərini sığortaçıya ödəməmişdir. xx.xx.2017-ci il tarixli “Sığorta agentinin sığorta haqlarına dair borcu üzrə üzləşmə aktı”na əsasən cavabdehin 122 ədəd sığorta müqaviləsi üzrə 9.087,75 manat borcu etiraf etmişdir. Lakin bu günə kimi cavabdeh öhdəliyini tam icra etməmiş və 107 ədəd sığorta müqaviləsi üzrə 7.702,5 manat borcu qalmışdır. Agent müqaviləsinin 5.2-ci bə ndinə əsasən sığorta agenti qəbzin surətini, qəbz üzrə pul vəsaitləri, sığorta müqaviləsi (və ya şəhadətnamə) və digər sənədləri növbəti həftənin son iş günündən gec olmayaraq sığortaçının mühasibatlığına hesabat formasında təqdim etməyə borcludur. Həmçinin, cavabdeh iddiaçıdan 1 ədəd AVSMMİS növü blankını almış və geri qaytarmamışdır. Hər bir qaytarılmamış icbari blankın cəriməsi isə 100 manat təşkil edir. Beləliklə, geri qaytarılmamış icbari blanklara görə cərimə 100 manat təşkil edir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 462.1, 941.5-ci maddələrinə istinad etmişdir. Cavabdehin nümayəndəsinin vəsatətinə əsasən məhkəmənin x xxxx 2019-cu il tarixli qərardadı ilə xx xxxxx 2017-ci il tarixli sığorta agentinin sığorta haqlarına dair borcu üzrə üzləşmə aktının 1-ci səhifəsində sığorta agenti olan X3 sözünün qarşısındakı “Sığorta agenti- Rizvan Mustafayev” möhürünün daxilindəki imza və “13.04.17” rəqəmləri, həmçinin, üzləşmə aktının növbəti səhifələrində “Sığorta agenti-Rizvan Mustafayev” möhürünün daxilindəki imza X3 tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinin tədqiqat hissəsində mülki işin 73-cü vərəqəsində X1 adından olan xx xxxxx 2017-ci il tarixli Sığorta agentinin Sığorta haqlarına dair borcu üzrə üzləşmə aktında “X3” yazılarının qarşısındakı imza və “13.04.17” rəqəmləri, 74-80-cı vərəqələrində olan xx xxxxx 2017-ci il tarixli üzləşmə aktına əlavədə, İddiaçı Sığorta Şirkətinin adından olan mö hürün üzərindəki imzalar və sonuncu vərəqəsində möhürün üzərindəki imzalar və sonuncu vərəqəsində möhürün üzərində olan “13.04.17” rəqəmləri X3 tərəfindən icra olunması rəyi verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-2(81)-380/2019 saylı iş) x xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 7.702,5 manat sığorta haqqı üzrə borc, 70 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi, cəmi 7.797,5 manat tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuşdur, həmin münasibətlər zəminində cavabdeh iddiaçının adından xidmətlər göstərmiş, lakin cavabdeh qəbu l etmiş olduğu sığorta haqlarını tam şəkildə sığortaçıya ödəməmiş, bununla da iddiaçıya 7.702,5 manat məbləğində borcu yaranmışdır, cavabdeh həmin borcun mövcud olmasını xx xxxxx 2017-ci il tarixli qarşılıqlı üzləşmə aktını imzalamaqla və möhürlə təsdiq etməklə etiraf etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X11-məruzəçi, X10 və X13, 2-2(103)-540/2019 saylı iş) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şika yətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin “mühasibatlıq ekspertizasının keçirilməsinə dair” verilmiş vəsatətlərin təmin edilməməsinə əhəmiyyət vermədiyi kimi, vəsatətləri təmin etməyərək, qanunvericiliyi pozmuşdur. Birinci instansiya məhkəməsi xx.xx.2017-ci il tarixli saxta üzləşmə aktına əsasən qətnamə qəbul etmişdir. Dəfələrlə məhkəmədən həmin üzləşmə aktına əsas olmuş maliyyə sənədlərinin yoxlanılması üçün mühasibatlıq ekspertizasının keçirilməsi tələb edilsə də, məhkəmə tərəfindən həmin vəsatətlər heç bir əsas olmadan təmin edilməmiş, tamamilə yanlış qətnamə qəbul edilmişdir. Əgər mühasibatlıq ekspertizası keçirilsəydi, xx xxxxx 2017-ci il tarixli üzləşmə aktının saxta olduğu ortaya çıxacaqdı. Bundan başqa iddiaçının hələ də cavabdehə ödəmədi yi 4.000 manat komisyon borcu olduğu da təsbit olunacaqdı. Lakin məhkəmə həmin vəsatətləri təmin etməyərək obyektiv olmadığı və işi hərtərəfli araşdırmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi hüquqi təməli olmayan, əslində cavabdehin imzası saxtalaşdırılaraq tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Sığorta agentinin sığorta haqları üzrə borcu üzrə üzləşmə aktına” əsasən qətnamə qəbul etmiş, tələb edildiyi halda apellyasiya məhkəməsi də bu faktları araşdırmadan 1-ci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır. Bununla apelyasiya məhkəməsi qanunvericiliyin tələbini pozmuşdur. Ona görə də qətnamə ləğv olunmalıdır. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 822.1, 882.2-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəmə kolleg iyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: İddianın əsaslarına görə iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. Cavabdeh 2016-cı il ərzində bağladığı sığorta müqavilələrinin tam dəyərini sığortaçıya ödəməmişdir. xx.xx.2017-ci il tarixl i “Sığorta agentinin sığorta haqlarına dair borcu üzrə üzləşmə aktı”na əsasən cavabdeh 122 ədəd sığorta müqaviləsi üzrə 9.087,75 manat borcu etiraf etmişdir. Lakin bu günə kimi cavabdeh öhdəliyini tam icra etməmiş və bu gün 107 ədəd sığorta müqaviləsi üzrə 7702,5 manat məbləğində borc qalmışdır. Cavabdeh hesab edir ki, “Sığorta agentinin sığorta haqlarına dair borcu üzrə üzləşmə aktı”ndakı imza ona məxsus deyil. Məhkəmə mühasibatlıq ekspertizası təyin edib borcu müəyyən etməmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış 93 nömrəli xx xxxxxx 2015-ci il tarixli “Sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi”nə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 080649 saylı lisenziya əsasında sığorta agenti fəaliyyəti ilə məşğul olan cava bdeh iddiaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərməyi, iddiaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 941.4-cü maddəsinə əsasən, sığorta brokeri ona sığorta (təkrarsığorta) haqqı kimi ödənilən pul vəsaitlərini “sığorta haqqı hesabı” formasında, digər hesablardan ayrı və fərqli olan bank hesabında sığortaçıya (təkrarsığortaçıya) ödənilmək məqsədilə saxlayır və bu vəsaitləri digər məqsədlər üçün i stifadə edə bilməz. Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Təkrarsığorta haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin təkrarsığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir (941.5-ci maddə). xx xxxxx 2017-cı il tarixli “Sığorta agentinin sığorta haqlarına dair borcu üzrə üzləşmə aktı”na əsasən cavabdehin iddiaçıya x xxxxxx 2014-cü il-xx x xxx 2017-ci il tarixinədək 9.087,75 manat məbləğində borcu olduğunu cavabdeh imzası və möhürə ilə təsdiq etmişdir. İddiaçı cavabdehə göndərdiyi pretenziya məktubunda cavabdehdən təhvil verilməmiş sığorta haqları üzrə 7.702,5 manat, qaytarılmamış icbari blankının cəriməsi 100 manat və gecikdirməyə görə hesablanmış 6.620,7 manat, ümumilikdə 14.423,2 manat məbləğinin ödənilməsini xahiş etmişdir. xx xxxxx 2017-cı il tarixli “Sığorta agentinin sığorta haqlarına dair borcu üzrə üzləşmə aktı”nda imzanın cavabdeh tərəfindən edilməsi barədə məhkəmə ekspertiza mərkəzi tərəfindən rəy verilmişdir. Aktdakı imzanın cavabdeh tərəfindən icra edilməsi barədə ekspert rəyi ilə yanaşı, nəzərə alınmalıdır ki, akt həm də cavabdehin möhürü ilə təsdiq edilmişdir. Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışı q razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur... Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur... (881.3-cü maddə). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1-ci maddə). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2-ci maddə). Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir (882.5-ci maddə). Cavabdeh iddiaçıya borcunu xx xxxxx 2017-ci il tarixli sığorta agentinin sığorta haqlarına dair borcu üzrə üzləşmə aktı ilə etiraf etmişdir. İddia tələbi də cav abdehin borcu etiraf etdiyi məbləğdən aşağı məbləğdə təmin edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, məhkəmə qətnamə qəbul edərkən üzləşmə aktında göstərilən məbləğin nə vaxt yaranmasını, hansı əsaslara görə yaranmasını araşdırmamış, bu barədə hər hansı müqavilə, maliyyə arayışı, qaimə və hesab fakturalar iddiaçı tərəfindən təqdim edilməmiş, mühasibatlıq ekspertizası təyin edilməmişdir. İddiaçının cavabdehdən tələb etdiyi məbləğ cavabdehin imzası və möhürü ilə təsdiq edilən xx xxxxx 2017-ci il tarixli aktla sübuta yetir. Cavabdeh mübahisə olunan məbləğin iddiaçıya ödənilməsi barədə, həmçinin şikayətində qeyd etdiyi kimi, müqavilə, maliyyə arayışı, qaimə və hesab fakturalarla təkzib edilməsi barədə məhkəmələrə sübut təqdim etməmişdir. Bu səbəbdən də cavabdehin mühasibatlıq ekspertizası təyin edilməsinə dair vəsatəti apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1-ci maddə). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (88-ci maddə). Cavabdeh etirazının əsası kimi məhkəmələrə hər hansı sübut təqdim etməmiş, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin qeyd edilən normalarına əməl edərək işdə olan sübutlara düzgün hüquqi qiymət vermişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-540/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar