Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-370/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta məbləğinin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli 2-2(103)-118/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2017-ci il 23 iyun tarixli RAZ********** saylı «Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsi»nə əsasən "xxxx" Elmi-İstehsalat şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzi 2017-ci il 23 iyun tarixdən 2018-ci il 22 iyun tarixədək "xxxx" ASC (bundan sonra mətncə cavabdeh) tərəfindən şərtsiz azadolma 2800 manat olmaqla 279675 manat məbləğində icbari sığorta növü ilə sığortalanmışdır. 2. 2017-ci il 23 iyun tarixli AZ/041537 saylı «Əmlakın yanğından və digər əlavə risklərdən sığortası Şəhadətnaməsi»nə əsasən "xxxx" Elmi-İstehsalat şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən daşınar əmlak 2017-ci il 23 iyun tarixdən 2018-ci 22 iyun il tarixədək cavabdeh tərəfindən mebel və ticarət avadanlıqları 100.000 manat, ofis texnikası 20.000 manat və digər avadanl ıqlar 5000 manat məbləğlərində sığortalanmışdır. 3. “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş 2017-ci il 18 dekabr tarixli, 1115 saylı rəydən görünür ki, Lerik rayonu, LənkəranLerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınar əmlaka dəymiş zərər 289401 manat müəyyən edilmişdir. 4. 2018-ci il 4 fevral tarixli 004 saylı ekspert rəyindən görünür ki, 2017-ci il 4 oktyabr tarixdə baş vermiş təbii fəlakət hadisəsi nəticəsində "xxxx" Elmi-İstehsalat şirkətinə məxsus Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən yaşayış və ictimai iaşə obyektlərində yerləşən daşınar əmlaklara 31.250 manat məbləğində maddi ziyan dəymişdir. 5. 2018-ci il 4 fevral tarixli 005 saylı ekspert rəyindən görünür ki, 2017-ci il 4 oktyabr tarixdə baş vermiş təbii fəlakət hadisəsi nəticəsində Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən "xxxx" Elmi-İstehsalat şirkətinə məxsus “Meşəbəyi” X1 restoran şəbəkəsinin tikililərinə 133.000 manat məbləğində maddi ziyan dəymişdir. 6. 2018-ci il 6 fevral tarixli protokoldan görünür ki, cavabdeh ilə iddiaçının təsisçisi Ağayev Əlikram Ataxan oğlu daşınar əmlak üzrə 30.000 manat, daşınmaz əmlak üzrə 130.000 manat sığorta ödənişinin ödənilməsinə razılaşmışlar. Protokol iddiaçının təsisçisi Ağayev Əlikram Ataxan oğlu tərəfindən imzalanmışdır. 7. 2018-ci il 8 fevral tarixli 5918/FL/CFİ-0270/2017-2018 saylı sığorta aktından görünür ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığo rta hadisəsi nəticəsində daşınmaz əmlaka dəymiş zərər 133000 manat müəyyən edilmiş, zərər məbləğindən 2800 manat azadolma və 295,76 manat əlavə sığorta haqqı çıxılaraq, ödəniləcək sığorta ödənişi 129904,24 manat müəyyən edilmişdir. 8. 2018-ci il 8 fevral tarixli 0051/FL/Fİ-059/2017-2018 saylı sığorta aktından görünür ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci kmdə yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınar əmlaka dəymiş zərər 31.250 manat müəyyən edilmiş, zərər məbləğindən 1250 manat azadolma məbləği çıxılaraq, ödəniləcək sığorta ödənişi 30.000 manat müəyyən edilmişdir. Bu sığorta aktının 4.2-ci bəndinə əsasən sığortalı təsdiq etmişdir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi, dəymiş zərərin əvəzinin ödənilməsi üçün qə tidir və sığortaçının qeyd olunan zərərə dair heç bir borcu və öhdəliyi qalmır. 9. 2018-ci il 17 avqust tarixli 0734 saylı məktubdan görünür ki, cavabdeh tərəfindən 2017-ci il 4 oktyabr tarixində Lənkəran-Lerik yolunun 27-ci km-də baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" Elmi-İstehsalat şirkətinin mülkiyyətində olan daşınar əmlak üzrə 129904 manat, daşınmaz əmlak üzrə 30000 manat, ümumilikdə 159904 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Şirkətin təsisçisi Ağayev Əlikram Ataxan oğlu sığorta ödənişi ilə bağlı tərtib olunmuş sığorta aktını qeyd-şərtsiz imzalamışdır. Bununla da sığortalı ödənişin dəymiş zərərin əvəzinin ödənilməsi üçün qəti olmasını, Cavabdeh ASC-nin qeyd olunan zərərə dair heç bir borc və öhdəliyinin qalmamasını təsdiq etmişdir. 10. “Grand Baku” qiymətlə ndirmə və sığorta ekspertizasının 2021-ci il 2 iyun tarixli rəyindən görünür ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-ci km-də yerləşən “Meşəbəyi” ailəvi istirahət mərkəzində baş vermiş sığorta hadisəsi nəticəsində daşınmaz əmlaka dəymiş zərər 257793 manat müəyyən edilmişdir. 11. 2021-ci il 12 yanvar tarixli «Tələb sahibinin, tələb hüququnun üçüncü şəxsə verməsi barədə müqavilə»yə əsasən "xxxx" Elmi-İstehsalat şirkəti tərəfindən 2017-ci il 4 oktyabr tarixində baş vermiş sığorta hadisəsi nəticəsində, Lerik rayonu, 40 km-də yerləşən, 2017-ci il 23 iyun tarixində bağlanmış RAZ********** saylı və 2017-ci il 23 iyun tarixində bağlanmış AZ/041537 saylı sığorta şəhadətnamələri ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığorta təminatı almış daşınar və daşınmaz əmlaklara dəymiş zərərin ödənilməmiş h issəsinə dair bütün iddia və tələb hüquqları bu müqavilə ilə üçüncü şəxsəİddiaçı (bundan sonra mətndə -iddiaçı) güzəşt edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı cavabdehə qarşı cavabdehdən 149675 manat daşınmaz əmlaka görə, 95000 manat daşınar əmlaka görə, cəmi 244675 manat sığorta ödənişinin ödənilməmiş hissəsi və qətnamə qəbul olunduğu günə qədər hər gün üçün sığorta ödənişinin ödənilməmiş hissəsinin 0.1 fazi qədərində dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Elmi-İstehsalat şirkəti ilə cavabdeh arasında bağlanmış 2017-ci il 23 iyun tarixli 041537 saylı müqavilə ilə 125000 manat həcmində daşınar, 2017-ci il 23 iyun t arixli BA seriyalı 772032 saylı müqavilə ilə 279675 manat daşınmaz əmlakına sığorta təminatı almışdır. 2017-ci il 2 oktyabr tarixindən başlayaraq Lerik rayonu ərazisində leysan yağışları yağması nəticəsində, Lənkərançay hövzəsində suyun kəskin artması ilə 2017-ci il 4 oktyabr tarixində həmin çayın sahilində yerləşən "xxxx" Elmi-İstehsalat şirkətinə məxsus “Meşəbəyi” X2 sel basmış və nəticədə sığortalı əmlaklara ciddi zərər dəymişdir. Sığortalı tərəfindən baş vermiş təbii fəlakət nəticəsində sığortalı əmlaka dəymiş zərərin ödənilməsi üçün cavabdehə dərhal məlumat verilmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi üçün cavabdehin, “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyətinə 2017-ci il 6 oktyabr tarixli yazılı sifarişi əsasında “AzValuation Service s” məhdud məsuliyyətli cəmiyyəti sığortalı əmlaka baxış keçirərək daşınar və daşınmaz əmlaka dəymiş zərəri qiymətləndirmişdir. Cavabdehin sifarişi əsasında, “AzValuation Services” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş 2017-ci il 18 oktyabr tarixli, 1115 saylı rəyə əsasən, baş vermiş sığorta hadisəsi nəticəsində 289401 manat sığortalı daşınar əmlaka, 279675 manat isə daşınmaz əmlaka ziyan dəymişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək sığorta ödənişini sığortalıya tam qaydada ödəməmişdir. Belə ki, cavabdeh sığortalıya, dəymiş zərərə görə 30000 manat daşınar əmlaka, 130000 manat isə daşınmaz əmlaka görə sığorta ödənişi etmişdir. Sığortalı “Meşəbəyi” X3 dəymiş zərərin ödənilməmiş hissəsi ilə bağlı hüquq və tələblərini iddiaçıya güzəşt etmişdir və bu barədə 2021-ci il 26 fevral tarixdə cavabdehə bildiriş göndərmişdir. Baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" Elmi-İstehsalat şirkətinə məxsus olan “Meşəbəyi” X1 daşınar əmlakına dəymiş zərərə görə sığorta təminatı aldığı 125000 manatdan sığorta şirkətinin ödədiyi 30000 manat çıxılmaqla 95000 manat, daşınmaz əmlaka dəymiş zərər görə isə sığorta təminatı aldığı 279675 manatdan sığorta şirkətinin ödədiyi 130000 manat çıxılmaqla 149675 manat, ümumilikdə 244675 manat dəymiş ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh sığorta ödənişinin ödənilməmiş hissəsini bu günə qədər ödəməmişdir. Ödənilməmiş sığorta ödənişinin yəni, 244675 manatın ödənişinin ödənilmədiyi hər günü üçün həmin məbləğin 0.1 faizi miqdarında dəbbə pulu cavabdehdən tutulmalıdır.
14. İddia tələbinin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 933, 934-cü, Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin (bundan sonra - “MPM”) 149, 236-ci maddələrinə istinad olunmuşdur.
15. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, mövcud olan sənədlərdən görünür ki, 2018-ci il 6 fevral tarixində "xxxx" Elmi-İstehsalat şirkətinin səlahətli nümayəndəsi sığorta aktını imzalamaqla zərərin əvəzinin ödənilməsi üçün hesablanılmış 30 000 manat daşınar əmlak, 130000 manat isə daşınmaz əmlak üzrə sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra "xxxx" Elmi-İstehsalat şirkəti müəyyənləşdirilmiş qaydada məhkəmədə iddia tələbi irəli sürməmişdir. Yəni qanunla müəyyən e dilmiş 3 illik iddia müddətinin axımı başlamışdır. Sığorta müqavilələri üzrə iddia müddəti qanunla üç il müəyyən edilmişdir. Səlahiyyətli şəxs- "xxxx" Elmi-İstehsalat şirkəti 2018-ci il 6 fevral tarixdə sığorta aktını (əqdi) imzalamaqla sığorta ödənişini almışdır. Düz 3 il 1 ay 4 gün keçəndən sonra, yəni 2021-ci il 10 mart tarixdə tələb güzəşt olunmuş yeni tələb sahibi İddiaçı iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bununla da Xannad” Elmi-İstehsalat şirkəti və tələb güzəşt olunmuş İddiaçı sığorta müqavilə tələbləri üzrə 3 il iddia müddətini ötürmüşlər. Sonda cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 04 oktyabr tarixli 2-2(113)3609/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim -Z.Pirverdiyev).
17. Birinci instansiya məhkəməsi işin § 1-11-də qeyd olunan hallarına istinadən müəyyən etmişdir ki, sığorta hadisəsi ilə əlaqədar dəymiş zərərə görə "xxxx" Elmiİstehsalat şirkətinə cavabdeh tərəfindən müəyyən olunmuş zərər ödənilmiş, həmin şirkət cavabdeh tərəfindən ödənilmiş sığorta ödənişi ilə razılaşaraq, cavabdehin ona heç bir borcunun və öhdəliyinin qalmadığını təsdiq etmişdir (2018-ci il 6 fevral tarixli protokol və 2018-ci il 8 fevral tarixli sığorta aktları, bax yuxarıda §6-8).
18. Bundan əlavə, məhkəmə göstərmişdir ki, "xxxx" Elmi-İstehsalat şirkəti ilə cavabdeh arasında 2017-ci il 23 iyun tarixli RAZ********** saylı və 2017-ci il 23 iyun tarixli AZ/041537 saylı müqavilələr bağlanmış və hazırki tələbin hə min müqavilələrdən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. İşin materiallarından göründüyü kimi cavabdeh tərəfindən bağlanmış müqavilələrə görə "xxxx" Elmi-İstehsalat şirkətinə sığorta ödənişi 2018-ci il 6 fevral tarixində ödənilmişdir ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. "xxxx" Elmi-İstehsalat şirkəti 2017-ci il 23 iyun tarixli RAZ********** saylı və 2017-ci il 23 iyun tarixli AZ/041537 saylı müqavilələr üzrə tələb hüququnu 2021-ci il 12 yanvar tarixli müqavilə ilə iddiaçıya güzəşt etmiş, iddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 2021-ci il 10 mart tarixində müraciət etm işdir. İddiaçı tərəfindən müddətin axımının kəsilməsinə dair cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
19. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, AR MM-nin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olması nəzərə alındıqda, sığorta müqavilələri üzrə iddia müddəti keçmişdir.
20. Məhkəmə gəldiyi nəticəni MM-in 367.1, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.1, 375.2, MPM-in 8, 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 2
2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli 2-2(103)-118/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).
23. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına istinadla, məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Həmin məhkəmə MM-nin 529-cu maddəsinin tələbləri (bax §38) baxımından hazırki halda cavabdeh tərəfindən təqdim edilmiş 2018-ci il 06 fevral tarixli protokolu və sığorta aktlarını "xxxx" Elmi-İstehsalat Şirkəti tərəfindən sığortaçının öhdəliyinin icrasının qəbulunu təsdiq edən sənəd kimi qiymətlən dirmiş və hesab etmişdir ki, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul etdikdən sonra onun natamam icra edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını cavabdehlə bağlanmış sığorta müqaviləsi və bu müqavilə əsasında yaranmış sığorta hadisəsi nəticəsində vurulmuş ziyana müvafiq sığorta ödənişi əldə etmək hüququ təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin predmetini daşınmaz əmlak üzərində hüquqların ötürülməsi deyil, daşınmaz əmlaka sığorta hadisəsi nəticəsində dəyə biləcək ziyanın kompensasiya edilməsi üçün onun sığortalanması təşkil etdiyindən iddianın daşınmaz əşya ilə bağlı müqavilə tələblərindən irəli gəldiyinə dair apellyasiya şikayətinin dəliləri əsassızdır.
25. Hazırkı halda iddiaçının irəl i sürdüyü tələb üzrə iddia müddətinin axımı iddiaçının sığorta ödənişinin verilməsi üçün müvafiq sənədləri cavabdehə təqdim etdiyi tarixdən başlamışdır. Həmin müraciət iş materiallarına əlavə edilməsə də sığorta ödənişinin 2018-ci il 9 fevral tarixdə həyata keçirildiyi ("xxxx" ASC-nin 2018-ci il 6 aprel tarixli məktubuna əsasən) nəzərə alınarsa məhkəmə belə qənaətə gəlir ki, sığortalı tərəfindən həmin tarixədək sığorta ödənişinin həyata keçirilməsi üçün qanunla tələb olunan bütün sənədlər təqdim olunmuşdur. İddiaçının hazırkı iddia ərizəsi ilə 2021-ci ilin mart ayında məhkəməyə müraciət etdiyi nəzərə alınarsa üç illik iddia müddəti ötürülmüş olur.
26. İddia müddəti ərzində cavabdeh tərəf iddiaçıya hər hansı məbləğdə borcu olduğunu etiraf edən hərəkətlərə yol verdiyinə dair birinci instansi ya məhkəməsinə sübutlar təqdim edilmədiyindən iddia müddətinin axımının kəsildiyi müəyyən olunmamışdır. Əksinə, işin materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya hüququnu ötürmüş "xxxx" Elmi-İstehsalat Şirkəti 2018-ci il 6 fevral tarixli protokolu və sığorta aktlarını imzalamaqla cavabdeh tərəfindən ödənilmiş sığorta ödənişi ilə razılaşmış, cavabdehin ona heç bir borcunun və öhdəliyinin qalmadığını təsdiq etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 377.2, 380.1, 528, 529.1, 529.2, 933.1, 933.3, 934.1, 934.2, «İcbari sığortalar haqqında» AR Qanununun 17.1, 18.1, 18.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2022-ci il 4 fevral tarixində tərəflərə məxsus şəxsi elektron kabinetlərində yerləşdiril mişdir.
29. İddiaçı 2022-ci il 1 aprel tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 377.2, 384.0.4maddələrinin tələbləri pozulmuşdur-"xxxx" Elmi-İstehsalat Şirkəti ilə cavabdeh arasında bağlanmış 2017-ci il 23 iyun tarixli 041537 saylı və BA seriyalı 772032 saylı müqavilələr bir il müddətinə bağlanmış və müqavilələrin bitmə tarixi 2018-ci il 22 iyun tarixə müəyyənləşdirilmişdir. Bununla da həmin müqavilələrin müddəti 2018-ci il 22 iyun tarixdə bitdiyindən, iddia müddətinin axımı da həmin müqavilələrdə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra m üddəti bitdiyi tarixdən, yəni 2018-ci il 22 iyun tarixdən başlanılır və iddia müddətinin bitdiyi tarix 2021-ci il 22 iyun tarixdən hesablanmalıdır. Belə olan halda isə hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi 2021-ci il 10 mart ayında, yəni qeyd olunan müqavilələrin müddətinin bitməsindən 3 ay əvvəl məhkəməyə müraciət edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, apellayasiya şikayətinin dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən: eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından- MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnmişdir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbləri pozulmuşdur- apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə apellyasiya şikayətinin dəlillərinə, təqdim edilmiş vəsatətlərə ümumiyyətlə münasibət bildirib hüququ qiymət verməmiş, bununla da MülkiProsessual Məcəllənin 372.1 -ci maddəsinin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 386, 387-ci maddələrinin tələbləri pozulmuşdur- məhkəmələrin iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməməsi və maddi hüququn tələblərinin və prosessual hüquq normalarının tələblərinin pozulması ilə iddiaçının hüquqlarının p ozulması ilə qətnamə çıxarılması nəticəsində MPM- in 386 və 387-ci maddələrinin tələbləri pozulmuşdur. Maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edilən qətnamə isə "təbii olaraq", iş üzrə iddiaçı tərəfin mənafeyinin, qanuni maraqlarının. Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. On a görə də, şikayət mümkün hesab edilmişdir.
36. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri baxımından yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 38.Azərbayc an Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi...” “Maddə
529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı ta mamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir....” Maddə
934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini ic bari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir....” 39.Azərbaycan Respublikasının “İcbari Sığortalar haqqında” Qanununda müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə
18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta öd ənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir....” 40.Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəb ul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 42. “Kassas iya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-c i il 28 fevral tarixli Qərarı).
43. İddiaçının kassasiya şikayətinin § 30-da qeyd olunan maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri iddia müddətinin ötürülməməsi ilə bağlıdır.
44. Məhkəmə kollegiyası hazırki halda müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 25-26).
45. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəb ul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88 və 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur k i, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
47. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli, 2-2(103)-118/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.M.Məmmədli