Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-371/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC “Cavabdeh” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sübutetmə vəzifəsi və sübutların qiymətləndirilməsi, birbaşa və dolayı sübutlar. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X4, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X5 və vəkili X2 iştirakı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-73/2019 saylı iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 08 oktyabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 64.527,26 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında SF-037 saylı, 04 fevral 2013-cü il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə uyğun olaraq cavabdehə mallar satılmış dır. Lakin cavabdeh müqavilə üzrə üzərinə duşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, 2013-2015-ci illər ərzində əlavə dəyər vergisi ilə birlikdə tərəflər arasında 105.949,90 manat dövriyyə olmuşdur. Cavabdeh isə 41.422,64 manat ödəniş etmiş, 64.527,26 manat borc qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-143/2017 saylı, 15 fevral 2017-ci il tarixli qiyabi qətnaməsi (hakim - H.Ç.Babayeva) ilə iddia tələbi təmin edilərək, cavabdeh “Cavabdeh” MMC-dən 64527,26 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 64557,26 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə verərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyul 2 017-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-143/2017 saylı, 15 fevral 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraat təzələnmişdir. Cavabdehin iddiaya qarşı etirazının dəlilləri ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq dəyəri 36776 manat olan 06 fevral 2013-cü il tarixli, GZZ N 705029 saylı qaimə faktura əsasında 945 m uzunluğunda D250x14,8 mm olan plastik boru və yenə dəyəri 36776 manat olan 14 fevral 2013-cü il tarixli, GZZ N 705314 saylı qaimə faktura əsasında 945 m uzunluğunda D250x14,8 mm olan plastik boru onlar tərəfindən alınmışdır. Bu barədə qaimə fakturaları müəssisənin işçisi olmuş Rəsul Hüseynov imzalamışdır. Lakin 12 fevral 2013-cü il tarixli 705230 sayl ı qaimə-faktura onların adına yazılsa da, dəyəri 32397,20 manat olan 832,50 manat uzunluğunda olan D250x14,8 mm olan plastik borular onlar tərəfindən alınmamışdır. Belə ki, həmin qaimə-fakturadakı təhvil aldım yerində olan imza “Cavabdeh” MMC-yə məxsus deyildir. Bu, iddiaçı tərəfindən onların adına səhvən yazılmış qaimə-fakturadır. Həmin qaimə-fakturada göstərilmiş 32397,90 manat dəfərində olan 832,5 m plastik borulardan “Cavabdeh” MMC-nin rəhbərlərinin və maddi-məsul şəxlərinin xəbəri yoxdur. Qaimə-fakturada təhvil verilmiş kimi “aldım” sözünün qarşısında icra edilmiş imza “Cavabdeh” MMC-nin əməkdaşlarına məxsus imza deyildir. Qeyd olunmalıdır ki, “Cavabdeh” MMC 2012-ci ildən etibarən İddiaçı MMC-dən “Azəriqaz” İB-nin göstərişi ilə Sabirabad rayonunun müxtəlif kəndlərində qaz xətlərinin ç əkilişi ilə əlaqədar müxtəlif diametrli politelin borular almışdır. Bu borular “Azəriqaz” İB-nin göstərişi ilə İddiaçı MMC-yə “Azəriqaz” İB-nin təhkim olunmuş nümayəndənin bölgüsü əsasında “Cavabdeh” MMCyə nisyə buraxılmışdır. Onlar həmin nisyə buraxılmış malları alaraq tikinti-quraşdırma işləri aparmışlar. Həmin borular üzrə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra işlərin yerinə yetirilməsini təsdiq edən 2 və 3 saylı formalar tərtib olunurdu. Sonra bu sənədlər əsasında “Azəriqaz” İB özünün maliyyə vəziyyətinin normal olduğu vaxtlarda “Cavabdeh” MMC-yə olan borcunu vaxtaşırı hesaba köçürürdü. Bu zaman İddiaçı MMC-yə olan borcu isə hissə-hissə özünün müəyyən etdiyi qaydada bölgü əsasında müəyyənləşdirirdi və həmin məbləği “Cavabdeh” MMC İddiaçı MMC-yə köçürürdü. Beləliklə, vəsaitlə rin ödənişi “Azəriqaz” İB-nin iştirakı və bölgüsü ilə həyata keçirilirdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsi (hakim – R.L.Kərimli) ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “Cavabdeh” MMC-dən 32.129,36 manat məbləğində borc və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 manatı İddiaçı MMC-yə aid edilmişdir. Qənamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsini qismən – “iddianın qalan hissədə rədd edilməsi” hissəsində ləğv etməklə iddianın tam təmi n edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-73/2019 saylı, 06 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva)iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2-2(82)-18/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, cavabdeh “Cavabdeh” MMC-dən 32.397,9 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsini ləğv edib, işin yeni apelyasiya baxışına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, cavabdeh proses zamanı bildirmişdir ki, iş materiallarında olan ÇZZ 705314 nömrəli 14 fevral 2013-cü il tarixli və ÇZZ 705029 nömrəli 06 fevral 2013-cü il tarixli qaiməfakturalar “Hüseynov” soyadlı şəxs tərəfindən imzalanmışdır və həmin vaxt bu soyadlı şəxs malları təhvil almaqda vəkalətnamə üzrə bu səlahiyyətə malik olmuşdur. Lakin iş materiallarında olan ÇZZ 705230 nömrəli 12 fevral 20 13-cü il tarixli qaimə-fakturanı imzalanmış şəxsin kimliyi cavabdehə məlum deyildir, buna görə də, həmin qaimə-fakturanı qəbul etmirlər və onun həqiqiliyinə şübhə ilə yanaşırlar. Yuxarıda qeyd olunan qaimə-fakturalardakı imzalar ilə ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-fakturadakı imzaların eyni şəxsə məxsus olmamasını adi gözlə baxılsa müəyyən etmək olardı. Lakin mülki prosessual hüquq normalarının tələblərinə əsasən bu və ya digər sənədin sübut qismində məhkəmə tərəfindən qəbul edilməsi üçün sübutun mötəbər olması zəruridir. Qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Cavabdeh tərəfin 18 may 2 018- ci il tarixli vəsatətində də ətraflı şəkildə iş materiallarında olan sənədlərə, o cümlədən ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-fakturaya münasibət bildirilmiş və həmin qaimə-fakturanın cavabdehə aidiyyəti olmadığı vurğulanmışdır. O cümlədən, həmin vəsatətdə mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsinin zəruriliyi də əsaslandırılmışdır. Lakin nədənsə işə mahiyyəti üzrə baxmalı olan nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsi barədə heç bir tədbir görməmişdir.Məhkəmə tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən sübutlara istinad edilərək cavabdehin hüquqlarının və qanunla qorunan maraqlarının əleyhinə yekun məhkəmə aktı qəbul edilmişdir. Heç bir hüquqi əsası olmadan formal mülahizə lərə əsaslanaraq Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 izahatını mötəbər sübut qismində qəbul etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, ka ssasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək “Cavabdeh” MMC-dən 32.129,36 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi 32.397,9 manat məbləğində borcun tutulması hissəsində rədd edilmişdir. Həmin qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı yalnız iddianın təmin edilməməsinə dair hissədən apellyasiya şikayəti vermişdir. Beləliklə, iddianın təmin edilmiş “Cavabdeh” MMC-dən 32.129,36 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Ona görə də, iddia tələbini n həmin hissəsi kassasiya baxışının predmetini təşkil etmir. Müvafiq olaraq hazırkı kassasiya baxışının predmetini “Cavabdeh” MMC-dən 32.397,9 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya məhkəməsi həmin məbləğdə pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli üçüncü qaimə-fakturada göstərilən 32.397,9 manat dəyərində borcun əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır. Belə ki, işə əlavə edilmiş elektron vergi hesab fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə ÇZZ 705314 nömrəli 14 fevral 2013-cü il tarixli qaimə faktura üzrə 36776 manat, ÇZZ 705029 nömrəli 06 fevral 2013-cü il tarixli qaimə faktura üzrə 36776 manat, eləcə də ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə faktura üzrə 32397,9 manat məbləğinin ödənilməsi barədə elektron vergi hesab-fakturaları göndərilmişdir. “Cavabdeh” MMC hər üç vergi hesab fakturasını, o cümlədən, mübahisəli ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli üçüncü qaimə fakturaya əsasən tərtib edilmiş elektron vergi hesab fakturasını qəbul etmiş (elektron vergi hesab fakturanın “tipi, vəziyyəti” qrafasında “N”-yəni, normal qeydi aparılmış), ona dair hər hansı etirazını bildirməmişdir. Cavabdehin qanuni nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatda ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə faktura ü zrə mal almadıqlarını, o vaxtı hesablaşmalar zamanı malların təhvil verilməsinin elektron vergi hesab fakturasından asılı olmadığını bildirsə də cavabdeh elektron vergi hesab fakturasının göndərildiyini inkar etmir, işdən də görünür ki, 12.02.2013-cü il tarixdə həmin hesab-faktuaralar elektron qaydada oxunmuş, iddiaçıya qaytarılmamış, dolayısı ilə elektron vergi hesab fakturaları bəyənməklə həmin dəyərdə malların alınmasını qəbul etmişdir. Göründüyü kimi 32.397,9 manat məbləğində pulun tutulması qənaətinə gələrkən apellyasiya məhkəməsi ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-faktura ilə 32397,20 manat dəyərində olan 832,50 manat uzunluğunda D250x14,8 mm olan plastik boruların iddiaçı tərəfindən cavabdehə verildiyinə əsaslanmışdır. Cavabdehin bununla bağlı əsas dəlili isə on dan ibarətdir ki, həmin qaimə-faktura onların əməkdaşları tərəfindən imzalanmamışdır və müvafiq olaraq qaimə-fakturada göstərilən mallar onlara verilməmişdir. Apellyasiya məhkəməsi mübahisəli ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə fakturaya əsasən tərtib edilmiş elektron vergi hesab fakturasının cavabdeh tərəfindən qəbul edildiyinə və ona dair hər hansı etirazını bildirilmədiyinə istinadla malların verildiyinin sübut olunduğu nəticəsinə gəlmişdir. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin sözügedən yanaşması sübutetmə vəzifəsi və sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsində isə təsbit edilmişdir ki, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Qeyd edilən normaların tələbləri baxımından məhz iddiaçı tərəf ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-fakturada göstərilən malların cavabdehə verildiyini sübut etmək vəzifəsi daşıyır. İddiaçı özünün bu vəzifəsini birbaşa və dolayı sübutlarla h əyata keçirə bilər. Məhkəmələr isə işə baxarkən mübahisə predmeti üzrə mübahisəli halın iddiaçı tərəfindən birbaşa, yoxsa dolayı sübutlar vasitəsilə sübuta yetirilməyə çalışıldığını diqqətə almalıdırlar. Hər iki sübutetmə vasitələrinin olduğu hallarda isə üstünlük birbaşa sübutun hüquqi qüvvəsinə verilməlidir. Bu mənada, hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı 32397,20 manat dəyərində olan 832,50 manat uzunluğunda D250x14,8 mm olan plastik boruların cavabdehə verildiyinin sübutu kimi ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-faktura təqdim etmişdir. Bu sübut iş üzrə malın verildiyini təsdiq edən birbaşa sübut kimi çıxış edir. Tərəflər mübahisələndirmədikləri digər iki halda da malları məhz bu qaydada təhvil verib qəbul etmişlər. Elektron vergi hesab fakturası isə bu halda dolayı sübut dəyərinə malikdir. Dolayı sübutun mövcudluğu özü-özlüyündə iddianı təmin etmək üçün yetərli əsas deyildir. Məhkəmə bu zaman nəyə görə birbaşa sübutu qəbul etmədiyini ağlabatan və inandırıcı formadan əsaslandırmalıdır. Hazırkı halda, apellyasiya məhkəməsi bu qaydada davranmamışdır. Ona görə də, birbaşa sübutun mövcudluğunda dolayı sübuta üstünlük verilməsinə dair məhkəmənin yanaşması düzgün olmamışdır. Bundan başqa, işin hallarından görünür ki, məhkəmə iş üzrə əhəmiyyətli ola biləcək cavabdeh tərəfindən irəli sürülmüş dəlilləri də müvafiq qaydada araşdırmamış və qiymətləndirməmişdir. Cavabdehin həmin dəlilləri isə ondan ibarət olmuşdur ki, “Cavabdeh” MMC 2012-ci ildən etibarən İddiaçı MMC-dən “Azəriqaz” İB-nin göstərişi ilə Sabirabad rayonunun müxtəlif kəndlərində qaz xə tlərinin çəkilişi ilə əlaqədar müxtəlif diametrli politelin borular almışdır. Bu borular “Azəriqaz” İB-nin göstərişi ilə İddiaçı MMC-yə “Azəriqaz” İB-nin təhkim olunmuş nümayəndənin bölgüsü əsasında “Cavabdeh” MMC-yə nisyə buraxılmışdır. Onlar həmin nisyə buraxılmış malları alaraq tikinti-quraşdırma işləri aparmışlar. Həmin borular üzrə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra işlərin yerinə yetirilməsini təsdiq edən 2 və 3 saylı formalar tərtib olunurdu. Sonra bu sənədlər əsasında “Azəriqaz” İB özünün maliyyə vəziyyətinin normal olduğu vaxtlarda “Cavabdeh” MMC-yə olan borcunu vaxtaşırı hesaba köçürürdü. Bu zaman İddiaçı MMC-yə olan borcu isə hissə-hissə özünün müəyyən etdiyi qaydada bölgü əsasında müəyyənləşdirirdi və həmin məbləği “Cavabdeh” MMC İddiaçı MMCyə köçürürdü. Beləliklə, vəsaitlərin ödənişi “Azəriqaz” İB-nin iştirakı və bölgüsü ilə həyata keçirilirdi. Kollegiya hesab edir ki, sözügedən dəlillərin yoxlanılması “Azəriqaz” İB-nin iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsini tələb edir. Bu zaman məhkəmə ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-fakturada göstərilən malların cavabdehə verilib-verilmədiyini “Azəriqaz” İB ilə dəqiqləşdirməklə aydınlaşdıra bilərdi. Başqa sözlə, məhkəmə ümumən “Azəriqaz” İB tərəfindən cavabdehə sifariş olunmuş işin həcmini və cavabdeh tərəfindən hansı həcmdə işlərin görüldüyünü də müəyyən edə bilər. Buradan hərəkətlə isə görülən işlərin yerinə yetirilməsi üçün nə qədər mal tələb olunduğu və müvafiq olaraq ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-fakturada göstərilən malların həmin işlərin yerinə y etirilməsi üçün istifadə olunub-olunmadığı müəyyənləşdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-73/2019 saylı iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-371/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-371/2019
08.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver