Məhkəmə qərarları › İş №2-2(102)-371/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-371/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-371/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: malların göndərilməsi müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cəfərli Aminə Ələsgər qızının katibliyi, İddiaçı Şirkətinin vəkili Cavabdeh MMC-nin qanuni təmsilçisi və vəkilinin iştirakı ilə İddiaçı Şirkətinin Cavabdeh MMC-yə qarşı “göndərilmiş malların dəyərinin ödənilməsi” iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 aprel tarixli 2-2(103)-89/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İş materiallarından görünür ki, İtaliya Respublikasında qeydiyyata alınmış “İddiaçı” Şirkəti (bundan sonra – “Şirkət”) ilə Azərbaycan Respublikasında qeydiyyata alınmış Cavabdeh2 MMC (bundan sonra – “MMC”) arasında malların göndərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Şirkət tərəfindən MMC-yə göndərilmiş mallara görə MMC-nin 160.001,41 avro məbləğində borcunun yarandığı bildirilir.

2. Həmin müqavilənin şərtlərinə görə: 2.1. Bu sənəd birbaşa müştərilər üçün nəzərdə tutulub (1.1-ci bənd). 2.2. Sənədin məqsədi Şirkət ilə hər bir Müştəri arasında bağlanmış bütün alqı-satqı müqavilələrini (Şirkət tərəfindən yeri nə yetirilən montaj işləri istisna olmaqla) tənzimləyəcək müddəaları (bundan sonra “Ümumi satış şərtləri”) müəyyən etməkdən ibarətdir (1.2-ci bənd). 2.3. Ümumi satış şərtləri ilə tənzimlənən satış müqavilələri “CAME”, “BPT” və “Domino Led” markalı mallara aid olacaq (1.3-cü bənd). 2.4. Satış müqaviləsi aşağıdakı hallardan sonra bağlanmış hesab edilir: a) Şirkətin alış sifarişini təsdiq etməsi; b) Şirkətin alış sifarişini yerinə yetirməsi (3.2-ci bənd). 2.5. Müqavilənin hazırkı ümumi şərtlərinin müddəalarına yaxud da alış sifarişinin ayrıca müddəalarına dair hər hansı dəyişikliklər və ya əlavələr onların Şirkət tərəfindən yalnız yazılı şəkildə bəyənildikdən sonra hüquqi qüvvəyə malik olacaq. Alış sifarişinə dəyişikliklər olunduqda, Şirkət həm dəyişiklikləri, eləcə də məhsulun alışına dair i lkin sifarişi ləğv etmək hüququnu qoruyub saxlayacaq (3.3-cü bənd). 2.6. Alış sifarişlərində qeyd edilmiş malların çatdırılması tarixi həmişə müstəsna olaraq yönəldici xüsusiyyət daşıyır və mümkün ola biləcək ləngimələr təzminatın alınması və ya müqavilənin pozulması üçün əsas ola bilməz. Xüsusilə də, Şirkət, onun iradəsindən, Müştərinin hüquqi vəziyyətinin dəyişməsindən, xammalın və ya ehtiyat hissələrinin alınması ilə əlaqədar çətinliklərdən asılı olmayan fors-major hallarının və ya hadisələrinin baş verməsi halında təchiz etmə müddətlərinin uzadılması və ya sifarişin ləğv edilməsi hüququnu qoruyub saxlayır (3.4-cü bənd). 2.7. Malların çatdırılması onların istehsal yerində, yəni Şirkətin hüquqi ünvanında həyata keçirilir (4.1-ci bənd). 2.8. Mallar Dosso Di Kazyer də franko-zavod şərtlə rində (İnkoterms 2010) təchiz edildikdə mallara görə məsuliyyətin ötürülməsi malların Şirkət ilə həmçinin, onların daşınmasına görə xərcləri öz üzərinə götürən müştəriyə çatdırılması anında baş verir (4.2-ci bənd). 2.9. Şirkət, müştərinin tapşırığı ilə və onun adından daşınma yolunu və həmçinin daşıyıcını müəyyən edir (4.3-cü bənd).

3. İş materiallarında olan 2015-ci il 1 yanvar tarixli sənəddə qeyd edilmişdir ki, Şirkətin avadanlıqlarının gələcəkdə qüvvədə olan prays-listə (qiymətlər cədvəlinə) müvafiq olaraq alışı üçün təmin edə biləcəyi kommersiya alqı-satqı şərtlərini MMC təsdiq edir.

4. İş materiallarında olan 2016-cı il 10 may tarixli ödəniləcək hesab-faktura -təkrar ödəmə sənəddə qeyd edilmişdir ki, bu arayış verilir ondan ötrü ki, həqiqətən MMC-nin Şirkətə borclu olduğu məbləğ 201. 638,68 avro təşkil edir ki, bu da Şirkətin MMC-yə aşağıda göstərilmiş hesab-faktura müvafiq olaraq təchiz etdiyi mallardan yaranmışdır: (Sifarişçinin adı MMC, qaimə **********, sənəd 23/12/2015, qaimədəki qiymət 2.480,27 avro, ödəmə tarixi 23.12.2015; Sifarişçinin adı: MMC, qaimə **********, sənəd 10.11.2015, qaimədəki qiymət 4.249,53 avro, ödəmə tarixi 31.01.2016; Sifarişçinin adı: MMC, qaimə **********, sənəd 22.12.2015, qaimədəki qiymət 199.869,42 avro, ödəmə tarixi 21.03.2016;).

5. İş materiallarında olan 2016-cı il 11 noyabr tarixli ödəniləcək hesab-faktura-təkrar ödəmə sənəddə qeyd olunmuşdur ki, bu arayış verilir ondan ötrü ki, həqiqətən MMC-in Şirkətə borclu olduğu məbləğ 201.638,68 avro təşkil edir ki, bu da Şirkətin MMC-ə aşağıda göstərilmiş hesab fakturaya müvafiq olaraq təchiz etdiyi mallardan yaranmışdır: (sifarişçi kodu 102166, Sifarişçinin adı: MMC, qaimə **********, sənəd 23.12.2015, qaimədəki qiymət – 2.480,27 avro, ödəmə tarixi 23.12.2015; sifarişçi kodu 102166, Sifarişçinin adı: MMC, qaimə **********, sənəd 10.11.2015, qaimədəki qiymət 4.249,53 avro, ödəmə tarixi 31.01.2016; sifarişçi kodu 102166, Sifarişçinin adı: MMC, qaimə **********, sənəd 22.12.2015, qaimədəki qiymət 199.869,42 avro, ödəmə tarixi 21.03.2016; sifarişçi kodu 102166, Sifarışçinin adı: MMC, qaimədəki qiymət 201.638,68 avro).

6. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2021-ci il 17 mart tarixli 1-3-12/1918-21 saylı məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan məlumatlar üzrə eyniləşdirilmənin aparılması və həqiqiliyinin müəyyən edilməsi texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını tələb edir. Bu işlər “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının 1-ci hissəsinin üçüncü abzasında göstərilən əməliyyat-axtarış subyektləri tərəfindən həyata keçirilir.

7. İş materiallarından görünür ki, MMC-nin vəsatəti və Şirkətin razılığı ilə 2014-2015-ci illərdə Şirkət tərəfindən 2021-ci il 26 fevral tarixində məhkəməyə təqdim edilmiş siyahıda olan mal və avadanlıqlara dair gömrük bəyannamələrinin (həmçinin digər gömrük rəsmiləşdirmə sənədləri və s.) olub-olmaması barədə məlumatları, həmin sənədlər olduğu təqdirdə, həmin gömr ük bəyannamələrdə olan mal və avadanlıqların dəyərinin ödənilib-ödənilməməsi barədə məlumatları, o cümlədən gömrük bəyannamələrinin təsdiq olunmuş surətlərini, həmçinin iş materiallarında olan gömrük bəyannaməsində göstərilən mal və avadanlıqların dəyərinin ödənilib-ödənilməməsi barədə məlumatları, həmin gömrük bəyannaməsində göstərilən malların eksport edilməsinin hansı müqavilə əsasında hazırlanması barədə məlumatları, habelə həmin gömrük bəyannaməsində olan malların MMC adına Azərbaycan Respublikasına 2015-2016-cı illərdə giriş qeydiyyatının olub-olmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq 2021-ci il 18 mart tarixli 1000-170/170-22/004552 saylı məktubla bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında 2014-2015-ci illər ərzində MMC (VÖEN: **********) tərəfindən Şirkətdən hər hansı malın idxalı haqqında məlumat yoxdur. Həmçinin MMC tərəfindən 2015-2020-ci illər və cari ilin ilk 2 ayı ərzində Şirkətdən XİF MM kodu 83026000 olan, brutto çəkisi 14109.473 kq olan malın (məktuba əlavə olunmuş bəyannamənin rekvizitlərinə uyğun olaraq) idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Şirkət 2018-ci il 25 iyun tarixində MMC-yə qarşı iddia ərizəsi ilə, daha sonra isə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, MMC-dən 185.001,41 avro məbləğində borcun və 30 manat dövlət rüsumunun Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış malların göndərilməsinə dair müqaviləyə uyğun olaraq Şirkət tərəfindən MMC-yə göndərilmiş mallara görə sonuncunun 185.001,41 avro məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar Şirkət tərəfindən MMC-yə dəfələrlə xəbərdarlıq olunmasına və danışıqlar aparılmasına baxmayaraq, MMC müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə Şirkətin nümayəndəsi tərəfindən MMC-yə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, borc tam şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacaqdır. Buna baxmayaraq, MMC borcun ödənişini nəinki tam şəkildə, heç qismən də həyata keçirməmiş və bununla öhdəliklərini kobud surətdə pozmuşdur.

10. İdd ia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2, 14.2.1, 385.1, 386.1, 425.1, 442, 448.1, 627.1, 637.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) maddələrinə istinad edilmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 sentyabr tarixli 2-2(82)564/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – R.Kərimli).

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Şirkət tərəfindən MMC-yə tərəflər arasındakı razılaşmaya müvafiq malların göndərilməsi təsdiqini tapsa da, MMC-nin bunun müqabilində ödəniş etməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Bu hal isə MMC tərəfindən müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilməlidir və Şirkət 185.001,41 avro məbləğində pul v əsaitini MMC-dən tələb etməkdə haqlıdır.

13. Məhkəmə bu qənaətini MM-in 14.1.2, 385.1, 386.1, 389.1, 389.3, 390.1, 421.2, 425.1, 430.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 568.1, 568.2, 597.1, 598, 627.1, 630.1, 632.1, 637.1-ci, MPM-in 14.2, 77.1, 78.1, 80, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. MMC 2018-ci il 26 noyabr tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 aprel tarixli 2-2(103)-137/2019 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş ü zrə yeni qətnamə qəbul olunaraq iddia rədd edilmişdir (sədrlik edən – M.Tağızadə, hakimlər – Ü.Mayılov və K.Abiyeva).

16. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 16.1. J ******* saylı CMR sənədi MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında iddiaçının nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında "X" şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında isə MMC-nin imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Belə olan halda Şirkətin iddia etdiyi malların MMC tərəfindən qəbul olunması halı öz təsdiqini tapmamışdır. 16.2. Şirkət 2016-cı il 10 may tarixli tərəflər arasında imzalanmış təkrar ödəmə planına istinad edərək MMC-nin göndərilmiş mallara görə borcunun olmasını bilavasitə etiraf etd iyini bildirmişdir. İş materiallarının 57-58-ci səhifələrində kserosurət olmaqla əlavə olunmuş həmin sənədə əsasən MMC-nin Şirkətə 201.638,68 avro borcunun olması qeyd olunmuş, eyni zamanda, həmin borcun ödənilməsi ilə bağlı yeni ödəniş cədvəli tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. Lakin Şirkət həmin sənədin əslini nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. 16.3. İşin 58-61-ci səhifələrində isə həmin sənədin əslinin deyil, kserosurətinin tərcümə olunmuş surətinin notarial qaydada təsdiq olunmuş surəti borcun etirafı (qarşılıqlı üzləşmə aktı) olaraq mötəbər sənəd kimi qəbul olunmur. 16.4. Təkrar ödəmə planında MMC-nin Şirkətə, göndərilmiş mallara görə 201.638,68 avro borcunun olduğu göstərilsə də, hazırkı tələbində Şirkət 185.001,41 avro məbləğin də borcun ödənilməsini tələb etmiş, Şirkətin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda qeyd olunan fərqin, Şirkətin borcu arzuladığı məbləğdə tələb etmək hüququnun olması ilə əlaqələndirmişdir. 16.5. Şirkətin nümayəndəsi ilə MMC-nin qanuni təmsilçisi arasında aparılmış e-mail yazışmaları hazırkı mübahisənin həlli üçün mötəbər sübut kimi qəbul edilməmişdir. 16.6. MMC-nin hazırkı apellyasiya şikayətində qeyd etdiyi müqaviləyə əsasən tərəflər arasında bütün mübahisə və fikir ayrılıqlarına İtaliyanın Trevizo şəhəri Məhkəməsinin baxmalı olduğu, Azərbaycan Respublikası məhkəmələrinin işə baxmağa səlahiyyətinin olmaması barədə dəlili MPM-in 40.2-ci maddəsinə istinad edilərək əsassız hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini 1975-ci il 14 noyabr tarixli “BYD Kitabç ası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının 1, 3, 4, 5, 9, 11.1, 11.2-ci, MPM-in 76.1, 76.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 saylı qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 7.6, 7.7, 7.9, 7.10, 35.1, 38.1, 38.2, 38.3, 38.5, 40.1, 48.2ci bəndlərinə, Beynəlxalq Ticarət Palatasının 2000-ci il 1 yanvar tarixli “İnkoterms 2000” şərtlərinə istinad etməklə əsaslandırmışdır.

18. Şirkət 2019-cu il 8 avqust tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 oktyabr tarixli 2-2(103)-422/2019 saylı qərarı ilə Şirkətin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – Z.Quliyev, hakimlər –N.Rəsulbəyova və İ.Hüseynov).

20. Kassasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 20.1. Apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməmişdir. Həmin məhkəmə “iddiaçı … iddia edir, iş materiallarında … hər hansı rəsmi sənəd müəyyən olunmamışdır, iddiaçının mövqeyinə görə, iş materialları ilə öz təsdiqini tapmamışdır, dolayısı ilə həmin yazışmalarda da … iddiaçıya tapşırıq verməsi görünür”, kimi natamam, mülahizə və fərz iyyə xarakterli söz ifadələrindən istifadə edir ki, belə hüquqi mövqe MPM-in 88ci maddəsinin tələblərinə zidddir. 20.2. Həmçinin Şirkətə məxsus 185.001,41 avro məbləğində malların faktiki olaraq yerinin müəyyən edilməsinin bəlli olmaması yolverilməzdir. Belə ki, qətnamənin “əsaslandırıcı hissə”sində Şirkətə məxsus malların Azərbaycanda daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən ASE (A) şirkətinin göstərişi ilə ”M” şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklənməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin MMC-nin A şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə MMC-nin A şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır”. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin özü tərəfind ən birmənalı şəkildə müəyyən edilmişdir ki, Şirkətə məxsus malların Azərbaycanda məhz daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən A şirkətinin göstərişi ilə "M" şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklənməsi müəyyən edilmişdir. Burada ən azı "M" şirkətinin hazırkı mübahisə ilə bağlı mövqeyi öyrənilməli idi və ya onu 3-cü şəxs qismində cəlb edib işə baxılmalı idi. Apellyasiya məhkəməsi A şirkətini işə cəlb edilərək göstərişi kimin verdiyini və malların kimə çatdırıldığını müəyyən edib qanuni və əsaslı qətnamə qəbul etmək əvəzinə, məhkəmə tədqiqatını faktiki olaraq yarımçıq qoymaqla natamam şəkildə bitirmişdir. 20.3. 2015-ci il 1 yanvar tarixli kommersiya alqı-satqı şərtləri və Ümumi alqı-satqı şərtlərinin 14.1-ci maddəsinə əsasən, satışın ümumi şərtlərinə m üvafiq olaraq bağlanmış satış müqavilələri İtalyan qanunvericiliyinin normalarına müvafiq olaraq tənzimlənir və şərh edilməlidir. Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir. Müqavilənin “Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir” şərti ümumiyyətlə nəzərə alınmamış, bu barədə hər hansı bir şərh verilməmişdir. Halbuki müqavilənin sözügedən müddəası qeyd-şərtsizdir və dəyişdirilə bilməz. Bununla belə, müqavilənin 14.2-ci maddəsinə əsasən, Şirkətin müştərinin hüquqi ünvanının olduğu ölkənin məhkəməsində iddia qaldırmaq hüququnu öz üzərində saxlamaq səlahiyyəti olsa da, işə baxılan zaman mütləq İtaliya qanunvericiliyi tətbiq edilməlidir.

21. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini MPM-in 88-ci maddəsinə istinad etməklə əsaslandı rmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 mart tarixli 22(103)-62/2020 saylı qətnaməsi ilə MMC-in apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamışdır (sədrlik edən – İ.Əhmədov, hakimlər – C.Yusifov və V.Baxışova).

23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 23.1. Apellyasiya instansiyası məhkəməsi iki istiqamətdə araşdırma aparmışdır: 1) hazırkı işə tətbiq edilməli olan qanunvericilik və məhkəmə aidiyyəti ilə bağlı məsələlərə dair; 2) mübahisənin maddi hüquq normaları baxımından həllinə dair. 23.2. Birinci halla bağlı qətnamədə qeyd olunmuşdur ki, İtal iya mülki qanunvericiliyinin əldə olunması ilə bağlı hərəkətlər edilmiş, həmçinin İtaliyanın Azərbaycan Respublikasındakı səfirliyinə “Rus və Azərbaycan dillərində İtaliya Mülki Məcəlləsinin (4 kitab: öhdəliklər barədə) səfirliyin kitabxanasında mövcud olduğu halda məhkəməyə təqdim edilməsi” məzmununda məhkəmə sorğusu göndərilmişdir. 2020-ci il 6 mart tarixində səfirlik tərəfindən məhkəməyə daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, “Sözügedən məcəllənin 2020-ci ildə yenilənmiş nüsxəsi bu səfirlikdə hələ mövcud deyil, lakin həmin nüsxə səfirliyə göndərilənə kimi, İtaliya Mülki Məcəlləsi ilə qeyd olunan link vasitəsilə ingilis dilində dərhal tanış olmaq mümkündür. İstənilən halda, Məcəllənin kitab nüsxəsi səfirliyə çatan kimi o həmin məhkəməyə yönləndirəcək”. 23.3. Bundan əlavə, tərəf lər yazılı şəkildə bağladıqları müqavilə ilə mübahisə aidiyyətini müəyyən etmişlər və mübahisənin istər İtaliya Respublikasının, istərsə də müştərinin hüquqi ünvanın olduğu Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətlərinə aid olmasında iddiaçı tərəfin seçim hüququ saxlanmışdır. Belə olan halda hazırkı mübahisəyə Azərbaycan Respublikası məhkəməsində baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə və tərəflərin razılaşmasına uyğundur. 23.4. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş “A” şirkətinin nümayəndəsi S.A bildirmişdir ki, hazırkı mübahisə ilə bağlı olan yüklərin daşınması və ya o yüklərin "M" şirkətindən alınması ilə bağlı hər hansı sənədlər mövcud deyildir, lakin indiyədək MMC tərəfindən bu y üklərlə bağlı hər hansı şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil verilmişdir. 23.5. "M" adlı şirkət isə Azərbaycan Respublikasında fəaliyyət göstərmədiyi və Xorvatiyada qeydiyyata alınan hüquqi şəxs olduğu üçün həmin şirkət üçüncü şəxs kimi icraata cəlb olunmamışdır. 23.6. İkinci halla bağlı isə qətnamədə qeyd olunmuşdur ki, Ümumi satış şərtlərinin 3-cü bəndinin tələblərinə əsasən, MMC almaq istədiyi mallara dair yazılı sifariş tərtib etməli və satıcıya göndərməli idi. Həmin oferta satıcıya çatdırıldığı andan 30 gün ərzində qüvvədə sayılırdı. Şirkətin həmin sifarişi təsdiqləməsi və ya sifarişin icrasına başlaması, onun ofertanı qəbul etməsi, tərəflər arasında müqavilənin bağlanması nəticəsini doğura bilərdi, lakin iş materiallarında iddia olunan malların MMC tərəfindən sifariş edi lməsinə dair sübut mövcud deyildir. MMC-nin həmin malların alışı barədə təkliflə Şirkətə müraciəti müəyyən olunmur. 23.7. Tərəflər arasında iddia olunan malların alqı-satqısına dair müqavilənin bağlanması nəticəsinə gəlmək üçün hər hansı əsas yoxdur. Bağlanmamış müqavilə, hər hansı hüquqi nəticə, o cümlədən MMC-nin Şirkətə pul ödəmək öhdəliyini doğura bilməz. İşdəki yük sənədinə (CMR J 2396908) əsasən Şirkətin "M" şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə malları yükləməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin MMCnin "M" şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə MMC ilə "M" şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır. 23.8. J ******* saylı CMR sənədi MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında "M" şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında MMC-nin imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, sözügedən qaimə (CMR) iddia olunan malların MMC tərəfindən qəbul edilməsini təsdiqləyən sübut qismində qəbul oluna bilməz.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün 1975-ci il 14 noyabr tarixli “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının 1,3, 4, 5, 9, 11.1, 11.2-ci, MM-in 405.1, 405.2, 407.1, 409.1, 409.4-cü, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.2, MPM-in 28, 89.1, 89.3-cü maddələrinə istinad etmişdir.

25. Şirkət kassas iya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 2-2(102)-270/20 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən – B.Qəribov, hakimlər – Ə.Əhmədov və İ.Dadaşov).

27. Kassasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 27.1. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2ci maddələrinin tələblərinə uyğun olaraq hazırkı iş üzrə tərəflərin ifadə etdikləri razılığa əsasə n apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının qanununu tətbiq etməkdə haqlı olmuşdur. Çünki İtaliya mülki qanunvericiliyinin əldə olunması ilə bağlı hərəkətlər edilmişdir. Bundan başqa, məhkəmə iclasının 2020-ci il 25 fevral tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının vəkili (Vəkil2) həmin Qanunun 2-ci maddəsinə istinad edərək İtaliya qanunvericiliyinin tətbiqinin əlavə xərc tələb etdiyindən Qanunun bu maddəsinə əsasən Azərbaycan Respublikası MM-nə istinad edilməsi bildirilmişdir (2-ci cild i.v 176). Həmin məhkəmənin 2020-ci il 10 mart tarixli məhkəmə iclas protokolunda isə o da görünür ki, həm Şirkətin vəkili, həm MMC-nin nümayəndəsi hazırkı işə ölkə qanunvericiliyi ilə baxılmasını xahiş etmişlər (2-ci cild i.v 184). 27.2. Şirkətin kassasiya şikayətinə əlav ə etdiyi İtaliya qanunvericiliyinə dair İtaliya Vəkillər Kollegiyasının vəkilinin verdiyi hüquqi rəy apellyasiya instansiya məhkəməsində işə baxılarkən təqdim edilməli idi. 27.3. Bundan əlavə, müqavilə münasibətləri zamanı elektron vasitələrdən istifadə etməklə müqavilədən irəli gələn öhdəliklərin icrası məqsədilə yazışmaların tərəflər üçün hüquqi nəticələr yaratması inkar olunmur. Müqavilədə belə şərt nəzərdə tutulmasa belə, onun kontragentləri müqavilədən irəli gələn öhdəliklərin icrası üçün elektron yazışma mübadilə edirlərsə bu konklüdent hərəkət olmaqla onların aralarındakı belə ünsiyyət formasını qəbul etmələri kimi qiymətləndirilməlidir. İşin materiallarından da görünür ki, tərəflər arasında elektron yazışmalar dəfələrlə aparılmışdır. Aparılmış yazışmalardakı MMC-nin və onun qanun i nümayəndəsinin elektron ünvanlarının MMC-yə və onun qanuni təmsilçisi məxsus olması, sonuncunun belə səlahiyyətlərə malik olması, MMC tərəfindən Şirkətə göndərilmiş yazışmaların autentikliyinin müəyyənləşdirilməsi, həmin yazışmaların kimə ünvanlanması, MMC tərəfindən göndərilmiş yazışmaların məhz Şirkətə (və yaxud onun səlahiyyətli nümayəndəsinə) məxsus olmasının müəyyənləşdirilməsi üçün informasiya texnologiyaları sahəsində tənzimləməni həyata keçirən müvafiq dövlət orqanının rəyi alınmalıdır. 27.4. Hazırkı iş üzrə kassasiya instansiya məhkəməsinin 2019-cu il 3 oktyabr tarixli qərarında göstərmişdir ki, Şirkətə məxsus malların Azərbaycanda məhz daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən A Şirkətinin göstərişi ilə "M" şirkətinə məxsus "M" qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklən məsi müəyyən edilmişdir. Burada ən azı Mucalov Şirkətinin hazırkı mübahisə ilə bağlı mövqeyi öyrənilməli və ya onu üçüncü şəxs qismində cəlb edib işə baxılmalı idi. Bununla belə, apellyasiya instansiyası məhkəməsi adı çəkilən Şirkətin Azərbaycan Respublikasında fəaliyyət göstərmədiyini və Xorvatiyada qeydiyyata alınan hüquqi şəxs olduğunu əsas götürərək onu üçüncü şəxs kimi icraata qəbul etməmişdir. 27.5. Halbuki işin materiallarında olan J2396908 saylı CMR sənədi MMC-nin adına tərtib edilmiş, bu sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında "M" şirkətinin nümayəndəsinin imza və möhürünün olması görünür, yükü qəbul edən qrafasında isə MMC-nin imza və möhürü göstərilməmiş və qrafa boş saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi iclasının 2 020-ci il 4 fevral tarixli protokolundan da görünür ki, hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilən A Şirkətinin nümayəndəsi bildirmişdir ki, “"xxxx" qeydiyyat nömrəli nəqliyyat vasitəsi A Şirkətinə məxsus deyil, "M" şirkətinə aiddir, biz isə şərait yaratmışıq ki yük gətirilsin və çatdırılsın, mail yazışmalarına görə sifariş verən təşkilat Cavabdeh2 dur” (2-ci cild i.v 173). 27.6. 2020-ci il 10 mart tarixli məhkəmə iclas protokolunda da qeyd olunmuşdur ki, MMC tərəfindən malların göndərilməsi ilə bağlı onlara müraciət edilmiş, lakin nəqliyyat vasitələri olmadığına görə "xxxx" şirkəti tərəfindən qeyd olunmuş nəqliyyat vasitəsi həmin ünvana göndərilmişdir (2-ci cild i.v 176). 27.7. Apellyasiya instansiya məhkəmə si isə A Şirkətinin nümayəndəsinin verdiyi izahatı onun şəxsi mühakiməsinə əsaslanması kimi qiymətləndirərək malların MMC-yə təqdim edilməsini təsdiqləyən sübut kimi qəbul etməmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə ilə bağlı mallar "M" şirkətinin nəqliyyat vasitəsinə yükləndiyindən MPM-in 83-cü maddəsinə əsasən məhkəmə tapşırığı verilməklə "M" şirkətinin mövqeyi mütləq öyrənilməlidir.

28. Kassasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırmaq üçün “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının 7.7, 7.9, 7.10cu, MM-in 10.1, 12.2. 331, 404, 405.1, 406, 409.1, 409.2, 409.3, 409.4, 409.8-ci maddələrinə istinad etmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

29. Bakı Apelyasiya Məhkəməsinin K ommersiya Kollegiyasının 2021-ci il 16 aprel tarixli 22(103)-89/2021 saylı qətnaməsi ilə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – E.Mehdiyev və X.Sarıyev).

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 30.1. İddianın əsaslı hesab edilməsi üçün Şirkət aşağıdakı halları sübut etməlidir:

1. MMC tərəfindən həmin müqavilə üzrə malların göndərilməsi barədə sifariş verilmiş;

2. Şirkət sifarişi təsdiq etmiş və yerinə yetirmişdir. Lakin Şirkət qeyd olunan halların təsdiqi barədə sübutları təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. 30.2. Birinci halın, yəni MMC-nin h əmin müqavilə üzrə malların göndərilməsi barədə sifariş verilməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Digər halların təsdiqi barədə Şirkət tərəfindən təqdim edilən sübutlar isə qeyri-mötəbər sübutlardır. Belə ki, Şirkətin birinci instansiya məhkəməsinə təqdim etdiyi bütün yazılı sənədlər (pretenziya məktubu istisna olunmaqla) kserosurətlərdən ibarətdir. 30.3. Bundan əlavə, Şirkət sübut etməlidir ki, "M" və “A" şirkətləri məhz MMC-nin tapşırığı ilə onun adından malları daşıyan şirkətlərdir və Şirkət də məhz bu əsasla malları "M" şirkətinə təhvil vermişdir. Qeyd olunanlarla bağlı Şirkət J2396908 saylı CMR yük sənədinin kserosurətinə istinad etmişdir. Həmin sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilmədiyinə görə mötəbər sübut kimi qəbul edilə bilməz. 30.4. Bundan başqa, həmin yük sənədinə əsasən Şirkətin, "M" şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə malları yükləməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin MMC-nin "A" şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə MMC-nin "A" şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır. 30.5. İddiaçının təqdim etdiyi J2396908 saylı CMR sənədi MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında "M" şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında MMC-nin imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, həmin CMR sənədi iddia edilən malların MMC üçün daşınması və sonuncu tərəfi ndən qəbul edilməsini təsdiqləyən sübut kimi qəbul oluna bilməz. 30.6. Apellyasiya məhkəməsi “A" şirkətinin nümayəndəsinin verdiyi izahatını iddia edilən malların MMC-yə təqdim edilməsini təsdiqləyən sübut qismində qəbul etməmişdir. Ona görə ki, malların təhvil verilməsi müvafiq daşıma sənədləri ilə təsdiqlənmir. Nümayəndənin izahatı da hər hansı sənədə deyil, onun şəxsi mühakiməsinə əsaslanmışdır; əks halda, nümayəndə öz izahatında “... lakin indiyədək cavabdeh tərəfindən bu yüklərlə bağlı hər hansı şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil verilmişdir” fikrini ifadə etməzdi. 30.7. Eyni zamanda, işin materiallarında MMC ilə "M" şirkəti və “A” şirkəti arasında daşıma müqaviləsi bağlaması və onlar arasında daşıma münasibətlərinin olmasına dair hər hansı sübut da mövcud deyildir. Şir kətin tərəflər arasında imzalanmış 2016-cı il 10 may tarixli təkrar ödəmə planına istinad etməsi də əsassızdır. Belə ki, həmin sənədin də əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməmişdir. 30.8. Şirkətin apellyasiya baxışında təqdim etdiyi e-mail yazışmaları MPM-in 371-ci maddəsi əsas gətirilməklə sübut kimi qəbul edilməmişdir. Bununla yanaşı, həmin e-mail yazışmaları ilə bağlı hazırki iş üzrə Ali Məhkəmənin sonuncu qərarında göstərişlər qeyd olunmuşdur. Həmin göstərişlər məhkəmə iclasında müzakirə olunaraq, Şirkətin vəsatəti və MMC-nin razılığı ilə elektron yazışmaların (e-mail) eyniləşdirilməsinin aparılması və həqiqiliyinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərilmişdir (bax yu xarıda § 6). 30.9. Bundan başqa, 2014-2015-ci illərdə Şirkət tərəfindən 2021-ci il 26 fevral tarixdə məhkəməyə təqdim edilmiş siyahıda olan mal və avadanlıqlara dair gömrük bəyannamələrinin olub-olmaması və s. barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün Dövlət Gömrük Komitəsinə verilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, Komitənin məlumat bazasında hər hansı məlumat yoxdur (bax yuxarıda § 7). Göründüyü kimi, Şirkətin qeyd etdiyi mallar, ümumiyyətlə Azərbaycan Respublikasına gətirilməmişdir. Bu baxımdan, Şirkətin təqdim etdiyi elektron yazışmalarının (e-mail) həqiqiliyinin müəyyən edilməsi üçün əlavə araşdırmaya lüzum yoxdur. Bundan başqa, həmin elektron yazışmalarda borcun mövcud olması qeyd edilsə də, həmin borcun hansı malların, ən əsası isə Şirkətin 2021-ci il 26 fevral tarixində məhkəməyə təqdim edilmiş siyahıda olan mal və avadanlıqların alınmasına görə yaranması qeyd olunmamışdır. 30.10. Həmçinin Şirkətin 2015-ci il 1 may tarixli müqavilənin 4.2-ci bəndinə (Dosso Di Kazyerdə franko-zavod şərtləri, İnkoterms 2010) istinad edilməsi də əsaslı hesab edilməmişdir. Çünki yuxarıda qeyd edildiyi kimi, MMC tərəfindən malların sifariş verilməsi, onun tapşırığı ilə və onun adından daşınma yolunu və daşıyıcının seçilməsi, MMC ilə "M" şirkəti və “A” şirkəti arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərinin olması öz təsdiqini tapmamışdır. 30.11. Hazırkı iş üzrə Ali Məhkəmənin sonuncu qərarında "M" şirkəti ilə bağlı əks olunan göstərişlərə dair apellyasiya məhkəməsi qeyd etmişdir ki, Şirkət özünün və ya MMC-nin "M" şirkəti arasında daşıma müqaviləsindən ir əli gələn münasibətlərin olmasına və "M" şirkətinin hazırkı mübahisəyə aidiyyəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Təqdim edilmiş J2396908 saylı CMR yük sənədi isə kserosurət olduğuna görə sübut hesab edilmir. Belə olan halda, "M" şirkətinin üçüncü şəxs qismində işə cəlb edilməsi və mübahisəyə münasibətinin öyrənilməsi ilə bağlı məhkəmə tapşırığının göndərilməsi bir növ məhkəmə tərəfindən sübut toplanması, obyektiv həqiqətin müəyyənləşdirilməsi və mülki prosesə aid olan çəkişmə, tərəflərin bərabərliyi və formal həqiqət prinsiplərinin pozulması anlamına gəlir. Azərbaycan Respublikası ilə Xorvatiya arasında mülki işlər üzrə hüquqi yardım haqqında ikitərəfli müqavilə bağlanmamış, həmçinin Azərbaycan Respublikası 1954-cü il 1 mart tarixdə Haaqada qəbul edilmiş "konvensiyaya qoşulmamış dır. Bu baxımdan, Xorvatiyada qeydiyyata alınan və Azərbaycan Respublikasında fəaliyyət göstərməyən "xxxx" şirkətinin hazırkı mübahisə ilə bağlı mövqeyinin öyrənilməsi və onu üçüncü şəxs qismində cəlb edilməsi üçün məhkəmə tapşırığının göndərilməsinə həm zərurət yoxdur, həm də həyata keçirilməsi qeyri-mümkündür.

31. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün MM-in 627.1, 630.1, 630.2, 631.1-ci, MPM-in 9.3, 14.2, 77.1, 89.3, 371, 420-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır. 3

2. Şirkət 2021-ci il 11 iyun tarixində kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri f) kassasiya şikayətinin dəlilləri:

33. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin məcburi göstərişlərinə əməl etməmiş, formal araşdırma aparmış, bunun üçün bütün prosessual imkanlardan səmərəli istifadə etməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında müqavilə münasibətləri düzgün şərh edilməmiş, təkrar ödəmə planı, e-mail yazışmaları sübut kimi düzgün qiymətləndirilməmiş, maddi-prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, müqavilə münasibətləri zamanı elektron vasitələrdən (skan və s.) istifadə edilməsi: dəflərlə təkrarlanan və uzun müddət ərzində davam edərək təşəkkül tapmış işgüzar təcrübəyə əsasən tərəflər aralarında müqavilə ilə bağlı məlumat mübadiləsini e-mail yazışmalar vasitəsilə həyata keçirmiş, hətta sənəd dövriyyəsi belə e-mail vasitəsilə aparılmışdır. Bir qayda olaraq, sənədləri imzalayıb möhürləyən tərəf sənədin skan edilmiş surətini digər tərəfə göndərmiş və qarşı tərəf də eyni qaydada sənədi imzalayıb möhürlədikdən sonra əks tərəfə həmin sənədin skan surətini göndərmişdir. Ali Məhkəmənin qərarında da müqavilə münasibətləri zamanı elektron vasitələrdən istifadə etməklə müqavilədən irəli gələn öhdəliklərin icrası məqsədilə yazışmaların tərəflər üçün hüquqi nəticələr yaratması imkanı inkar edilməmişdir. Qətnamədə müqaviləyə istinad olunmasına və müqavilənin mötəbər sübut kimi qəbul edil məsinə baxmayaraq, təkrar ödəmə planı, borcun etirafi (qarşılıqlı üzləşmə aktı) mötəbər sübut kimi qəbul edilməmişdir. Halbuki həmin sənədlərin hər ikisi eyni formada rəsmiləşdirilməklə məhkəməyə təqdim edilmişdir. Apellyasiya məhkəməsinin “...iddiaçı tərəfindən təqdim edilən sübutlar isə qeyri-mötəbər sübutlardır. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi bütün yazılı sənədlər kserosurətlərdən ibarətdir” qənaəti qeyri-mütərəqqi olmaqla yanaşı, mülki qanunvericiliyə ziddir. Digər tərəfdən, borcun cavabdehin direktoru Cavabdeh3 tərəfindən etirafı yalnız təkrar ödəmə planı ilə deyil, həm də çoxsaylı e-mail yazışmaları ilə təsdiq olunur. Ali Məhkəmənin qərarında da qeyd olunmuşdur ki, müqavilədə belə bir şərt nəzərdə tutulmasa belə, on un kontingentləri elektron yazışmalar vasitəsilə müqavilədən irəli gələn öhdəliklərin icrası üçün elektron yazışma mübadilə edirlərsə, bu konklüdent hərəkət olmaqla onların belə ünsiyyət olmasını qəbul etmələri kimi qiymətləndirilməlidir.

34. E-mail yazışmalarının doğruluğunun müəyyən edilməsi: Ali Məhkəmənin qərarında tərəflər arasında aparılmış e-mail yazışmalarının doğruluğunun müəyyən edilməsi, aparılmış yazışmalardakı elektron ünvanların cavabdehə və onun qanuni təmsilçisi Cavabdeh3 məxsus olub-olmaması, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş yazışmaların autentikliyinin müəyyənləşdirilməsinə dair göstəriş verilmişdir. Bununla bağlı, iş apellyasiya instansiyasında baxılan zaman elektron yazışmaların eyniləşdirilməsinin aparılması və həqiqiliyinin müəyyən edilməsi ilə bağlı mütəxəss is rəyinin verilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərilmişdir. Nazirliyin cavab məktubunda qeyd olunmuşdur ki, bu işlər əməliyyat-axtarış subyektləri tərəfindən həyata keçirilir. Apellyasiya məhkəməsi məktubla kifayətlənmiş, elektron yazışmaların həqiqiliyinin müəyyən edilməsində aparılan araşdırmanı davam etdirməmişdir. Halbuki, elektron yazışmalar məsələnin tam həllində mühüm rol oynayır. Həmin elektron yazışmalar öz təsdiqini tapdığı halda, cavabdeh tərəfindən sözügedən malların sifariş verildiyi və həmin sifariş əsasında malların elektron yazışmalarda qeyd olunan HROTR628 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin yüklənməsi öz təsdiqini tapacaqdır.

35. Daşınma üzrə öhdəliklər və çatdırılma: MMC-yə daşım a xidmətləri əsasən Azərbaycanda fəaliyyət göstərən A şirkəti tərəfindən həyata keçirilmişdir. İddiaçıya məxsus mallar "M" şirkətinə məxsus “HROTR628” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə məhz ASE şirkətinin göstərişi əsasında yüklənmişdır. Tərəflər arasında olan e-mail yazışmalarında (2015-ci il 22 dekabr tarixli) A şirkətinin İradə Lətif adlı əməkdaşı Şirkətin əməkdaşı Eduard adlı şəxsə malların yüklənməli olduğu nəqliyyat vasitəsinin nömrəsini (“HROTR628”) göndərmişdir. Bundan əlavə, həmin yazışmaların davamı kimi HROTR628 nömrəli nəqliyyat vasitəsinə Şirkətə məxsus malların yüklənməsini əks etdirən fotoşəkil çəkilərək e-mail vasitəsilə tərəflərə göndərilmişdir. Apellyasiya icraatı zamanı A şirkəti üçüncü şəxs qismində məhkəməyə cəlb olunmuşdur. A şirkətinin səlahiyyətli nümayəndəsi A.Sadıxov məhkəmə iclası zamanı verdiyi şifahi ifadəsində e-mail yazışmalarını təsdiqləmiş, ASE şirkətinin sözügedən malların çatdırılması üçün cavabdehin göstərişi əsasında hərəkət edərək iddiaçı tərəfindən müəyyən edilmiş yerdən malların təhvil alındığını qeyd etmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən malların daşınma fəaliyyətini həyata keçirən ASE şirkətinin nümayəndəsinin məhkəmədə verdiyi ifadəyə sübut kimi düzgün hüquqi qiymət verilməmişdir. Şirkətin direktoru verdiyi ifadədə sözügedən malların onlara çatdırılmadığını qeyd etsə də, bu vaxtadək A şirkətinə heç bir narazılıq bildirməmiş və ya hər harası bir iddia irəli sürməmişdir. Bu isə öz növbəsində sözügedən malların cavabdehə çatdırıldığını göstərir. Əks halda, malların çatdırılmamasına görə MMC maddi ziyana uğraması səbəbində n daşınma fəaliyyətini həyata keçirən ASE şirkətinə qarşı iddia irəli sürmək və dəymiş maddi ziyanı kompensasiya etmək hüququna malik idi. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Xorvatiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” 2014-cü il 8 iyul tarixdə təsdiqlənmiş Memorandum ilə hüquq sahəsinin əhatəliyini və dinamik inkişafinı, eləcə də bununla bağlı məlumat və təcrübə mübadiləsində qarşılıqlı maraqları nəzərə alaraq, tərəflər, məlumat mübadiləsi, məhkəmə sisteminin müasirləşdirilməsi, məhkəmə qərarlararının icrası, məhkəmə ekspertizası və s. sahələr üzrə əməkdaşlıq barəsində razılığa gəlmişlər. Mübahisə edilən malların "M" şirkətinin nəqliyyat vasitəsinə yükləndiyini nəzərə alaraq, apellyasiya məhkəməsi "M" şirkətinin mövqeyini məhkəmə tapşırığı vermə klə öyrənməli idi. Tərəflər arasındakı müqavilə EXW şərtlərinə əsasən hazırlanmışdır. EXW şərtlərinə əsasən, satıcıya minimum öhdəlik düşür və satıcı malları öz müəyyən etdikləri ərazilərində və ya başqa razılaşdırılmış yerdə təqdim edir. Bununla da, satıcı öz öhdəliklərini yerinə yetirmiş hesab edilir və malların çatdırılmasına dair heç bir öhdəlik daşımır. İtaliya qanunvericiliyinə və EXW şərtlərinə əsasən, hazırki məsələdə iddiaçı müqavilənin sərtlərinə və EXW-nin tələblərinə riayət etmişdir. O cümlədən, təqdim edilmiş sübutlar da bir-biri ilə məntiqi cəhətdən əlaqəlidir və biri digərini tamamlayır. İşin materiallarında olan müqavilədən, ixrac gömrük bəyannamələrindən, nəqliyyat sənədlərindən, hesabfakturadan, e-mail yazışmalarından və təkrar ödəmə planından görünür ki, mal həqiqətən də cavabdehə təhvil verilmiş və sonuncu isə həmin malların müqabilində ödənişi həyata keçirməmişdir.

36. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 71, MM-in 10.1, 12.2, 331.3, 404, 406.3-cü, MPM-in 88, 420-ci, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 12 avqust tarixli Qərarına istinad etmişdir. g) Kassasiya şikayətinə qarşı etiraz

37. MMC nümayəndəsi və vəkili 2021-ci il 21 sentyabr tarixində Şirkətin kassasiya şikayətinə etiraz etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 aprel tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə icl asında iştirak edən Şirkətin vəkili kassasiya şikayətini müdafiə etdiklərini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş etdi.

39. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

40. MMC-nin qanuni təmsilçisi vəkilinin dedikləri ilə razı olduğunu bildirdi. İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassas iya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. Şirkət apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

44. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;... 6.1.5. müqavilələr azadlığı;...” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 3 86.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təf sir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandır ılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə

407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. edilməməsi; öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot d ərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.... 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür....” “Maddə

637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 637.3. Göndərmə müqaviləsində malların komplektə daxil olan ayrı-ayrı hissələrlə göndərilməsi nəzərdə tutulduqda, alıcı malları, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, komplektə daxil olan sonuncu hissə yollandıqdan (seçildikdən) sonra ödəyir.”

45. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

62. Şahid 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hal larla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

104. Şahid ifadələri 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir....” “Maddə

416. Kassasiya instansiy asında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.”

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra – “KMP”) “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarında qeyd olunmuşdur ki: “Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillər indən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsini n ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququn dan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Təsadüfi deyildir ki, MPM-də ardıcıl olaraq müəyyən edilir ki, tərəflər ilkin olaraq məhz birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının yalnız hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4). Qanunverici apellyasiya instansiyası məhkəməsində yeni tələblərin qəbul edilməməsi barədə ümumi qaydanın istisnalarını qarşılıqlı tələbin ödənilməsi, əks tərəfin tələbinin rədd edilməsi, üçüncü şəxslərin işə cəlb edilməsi, faktın aşkar olunması və ya fakt haqqında məlumatın verilməsi ilə bağl ı olan konkret məsələlərin həllinə yönəldilməsi ilə əlaqələndirir (MPM-in 372.5-ci maddəsi). Lakin bu istisnalar mahiyyətcə yeni iddia tələbləri və ya yalnız birinci instansiya məhkəməsində yol verilən hərəkətlərin edilməsinin əvəzi kimi qəbul oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə icraatı qaydalarını dəyişdirmək, tərəfləri ədalətli məhkəmə araşdırılması hüququndan və ya məhkəmə müdafiə təminatlarından məhrum etmək, məhkəmələrin ədalət mühakiməsini həyata keçirmək təyinatını məhz qanun əsasında həyata keçirməsini şübhə altına qoymaq hüququ yoxdur. Məhkəmələr hər kəsin işinin qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə icraatının qaydaları üzrə lazımınca həll olunması hüququna hörmətlə yanaşmalıdırlar. Bu qaydalar mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində bir-biri ilə bağlı və asılıdır. Həmin qaydaların bir məhkəmədə pozulması digər məhkəmələrdə tərəflərin hüquqlarının pozulması ilə nəticələnə bilər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni formada rəsmiləşdirilmiş müqavilənin mötəbər, ödəmə planının, borcun etirafının (qarşılıqlı üzləşmə aktının) isə qeyri-mötəbər sübut kimi qəbul etməsinə dair kassatorun dəlilinə (bax yuxarıda § 33) dair aşağıdakıları bildirməyi zəruri hesab edir.

49. Əvvəla, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində heç bir yerdə i ş materiallarında olan 2015-ci il 1 yanvar tarixli müqaviləni bilavasitə mötəbər sübut kimi qiymətləndirməmişdir.

50. Əksinə, qətnamədə qeyd olunmuşdur ki: “...iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi bütün yazılı sənədlər (pretenziya məktubu istisna olmaqla) kserosurətlərdən ibarətdir”.

51. Aydındır ki, “bütün yazılı sənədlər”ə sözügedən müqavilə də aiddir.

52. Həmçinin qətnamədə bir neçə yerdə “iddiaçının təqdim etdiyi 2015-ci il 1 yanvar tarixli müqavilə” ifadəsinin işlədilməsi də, eyni yanaşmanın davamı kimi qiymətləndirilə bilər.

53. Bundan başqa, kassatorun hazırkı dəlilinin əsaslı olduğu hətta ehtimal edilsə belə, bu, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəyə təsir edə bilməz və etməmişdir.

54. Belə ki, qətnamədə öz əsaslandırmasına yekun vuran məhkəmə qeyd etmişdir ki, “...iddiaçının təqdim etdiyi 2015-ci il 1 yanvar tarixli müqavilə üzrə mal və avadanlıqların cavabdehin sifarişi əsasında sonuncuya göndərilməsi və çatdırılması halları sübut olunmadığına görə iddiaçının MM-nin 637.2-ci maddəsinə əsasən ödəniş tələb etməsi əsassızdır.”

55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini düzgün hesab edir. Belə ki, sadəcə müqavilənin imzalanması həmin müqavilə üzrə bir tərəfin digər tərəfdən ödəniş tələb etməsi üçün yetərli deyildir. Əgər müqavilə üzrə satıcı və ya mal göndərən müvafiq malları alıcıya təqdim etməmişdirsə, ondan hər hansı ödəniş tələb etməkdə haqlı sayıla bilməz.

56. Bu baxımdan, Şirkətin məhkəməyə təqdim etdiyi müqavilə hətta həqiqətən də bağlanmışdırsa belə, bu müqavilə üzrə mal və avadanlıqların MMC-nin sifarişi əsasında sonuncuya göndərilməsi və çatdırılması halları sübut olunmalı idi. Apellyasiya instansiyası məhkəməsi isə müvafiq sənədlər təqdim edilmədiyindən həmin halların sübut olunmadığı qənaətinə gəlmişdir.

57. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, kassatorun hazırkı dəlili həmin məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

58. Məhkəmə kollegiyası e-mail yazışmalarının doğruluğunun müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi tədbirlərin görülməməsinə dair kassatorun dəlili (bax yuxarıda § 34) ilə razılaşmır.

59. Əvvəla, apellyasiya instansiya məhkəməsi öz qətnaməsində konkret hüquq normalarına, KMP-nin hüquqi mövqeyinə istinad etməklə ətraflı şəkildə əsaslandırmışdır ki, Şirkətin üzrlü səbəbləri olmadan birinci instansiya məhkəməsində deyil, apellyasiya baxışında təqdim etdiyi e-mail yazışmalarının sübut kimi qəbul edilməsi prosessual normaların tələblərinə ziddir.

60. Hazırkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin həmin nəticəsinin qanunvericiliyin tələblərinə zidd olmasına dair hər hansı dəlil gətirilməmişdir. Bu o anlama gəlir ki, kassator məhəkmənin bu əsaslandırması ilə razılaşmışdır.

61. Belə olan halda məhkəmə kollegiyası da apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, bu qənaətin qanunsuz və əsassız olduğunu təkzib edə bilməyən kassatorun öz şikayətində e-mail yazışmalarının doğruluğunun müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi tədbirlərin görülməməsinə dair dəlil gətirməsi yersizdir.

62. Bununla belə, e- mail yazışmalarının eyniləşdirilməsinin və həqiqiliyinin müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən, Ali Məhkəmənin iş üzrə qəbul edilmiş son qərarında verdiyi göstərişə uyğun olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərilmiş və həmin orqandan müvafiq cavab alınmışdır.

63. Bundan başqa, Şirkətin məhkəməyə təqdim etdiyi siyahıdakı mal və avadanlıqların idxalı ilə bağlı məsələlərin aydınlaşdırılması məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu edilmiş, həmin orqanın da cavabı alınmışdır.

64. Komitənin cavab məktubundan görünmüşdür ki, Şirkətin qeyd etdiyi mallar ümumiyyətlə Azərbaycan Respublikasına gətirilməmişdir.

65. Eyni zamanda, elektron y azışmalarda borcun mövcud olması qeyd edilsə də, həmin borcun hansı malların, ən əsası isə Şirkətin 2021-ci il 26 fevral tarixində məhkəməyə təqdim edilmiş siyahıda olan mal və avadanlıqların alınmasına görə yaranması qeyd olunmamışdır.

66. Ona görə də apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Şirkətin təqdim etdiyi elektron yazışmaların həqiqiliyinin müəyyən edilməsi üçün əlavə araşdırmaya lüzum yoxdur.

67. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşmamaq üçün hər hansı səbəb görmür.

68. Digər tərəfdən, MPM-in 78.2-ci maddəsinin (bax yuxarıda § 45) tələblərindən aydın olur ki, tərəf müvafiq şəxslərdən və orqanlardan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, həmin sübutları əldə etmək üçün vəsatətlə məhkəməyə müraciət edə bilər. Lakin Şirkətin istinad etdiyi e-mail yazışmaları ilə bağlı hər hansı quruma müraciət etməsi işin materiallarından görünmür.

69. Məhkəmə kollegiyası malın daşınması üzrə öhdəliklərə və çatdırılmasına, Şirkət tərəfindən EXW şərtlərinə əməl olunmasına dair kassatorun dəlilləri (bax yuxarıda § 35) ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir.

70. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, MMC tərəfindən malların sifariş verilməsi, onun tapşırığı ilə və onun adından daşınma yolunu və daşıyıcının seçilməsi, MMC ilə "M" şirkəti və A arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərinin olması öz təsdiqini tapmamışdır. Şirkət özünün və ya MMC-nin "M" şirkəti arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərin olmasına və "M" şirkətinin hazırkı mübahisə yə aidiyyəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Təqdim etdiyi J2396908 saylı CMR yük sənədi isə kserosurət olduğuna görə sübut hesab edilmir. Belə olan halda məhkəmə tərəfindən "M" şirkətinin üçüncü şəxs qismində işə cəlb edilməsi və mübahisəyə münasibətinin öyrənilməsi ilə bağlı məhkəmə tapşırığının göndərilməsi bir növ məhkəmə tərəfindən sübut toplanması, obyektiv həqiqətin müəyyənləşdirilməsi və mülki prosesə aid olan çəkişmə, tərəflərin bərabərliyi və formal həqiqət prinsiplərinin pozulması anlamına gəlir.

71. Həmçinin qətnamədə digər yerdə göstərilmişdir ki, Şirkətin təqdim etdiyi J2396908 saylı CMR sənədi MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında "M" şirkətinin nümayəndəsinin imza və möhü rü olsa da, yükü qəbul edən qrafasında MMC-nin imza və möhürü göstərilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, həmin CMR sənədi iddia edilən malların MMC üçün daşınması və sonuncu tərəfindən qəbul edilməsini təsdiqləyən sübut kimi qəbul oluna bilməz.

72. Qətnamədə o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ilə Xorvatiya arasında mülki işlər üzrə hüquqi yardım haqqında ikitərəfli müqavilə bağlanılmamış, həmçinin Azərbaycan Respublikası 1 mart 1954-cü il tarixdə Haaqada qəbul edilmiş "konvensiyaya qoşulmamışdır.

73. Həmçinin nəzərə alınmalıdır ki, Şirkətin məhkəməyə təqdim etdiyi siyahıda əks olunmuş malların Azərbaycan Respublikasına idxal olunmadığı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən Dövlət Gömrük Komitəsinin məktubuna istinadən müəyyən edilmiş halıdır.

74. Bu baxımd an, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o nəticəsi ilə razılaşır ki, Xorvatiya şirkəti olan və Azərbaycan Respublikasında fəaliyyət göstərməyən "M" şirkətinin hazırkı mübahisə ilə bağlı mövqeyinin öyrənilməsi və onun üçüncü şəxs qismində cəlb edilməsi üçün məhkəmə tapşırığının göndərilməsinə zərurət yoxdur.

75. A ilə bağlı dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakı səbəblərdən həmin dəlillərin qətnamənin ləğvi üçün əsas olmadığı qənaətindədir.

76. A-nin nümayəndəsinin verdiyi izahatı iddia edilən malların MMC-yə təqdim edilməsini təsdiqləyən sübut qismində qəbul etməyən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, malların təhvil verilməsi müvafiq daşıma sənədləri ilə təsdiqlənmir. Nümayəndənin izahatı da hər hansı sənədə deyil, onun şəxsi mühakiməsinə əsaslanmışdır; əks halda, nümayəndə öz izahatında “... lakin indiyədək cavabdeh tərəfindən bu yüklərlə bağlı hər hansı şikayət olmadığı üçün yüklər çox güman ki, təhvil verilmişdir” fikrini ifadə etməzdi. Eyni zamanda, iş materiallarında MMC ilə "M" şirkəti və A arasında daşıma müqaviləsi bağlaması və onlar arasında daşıma münasibətlərinin olmasına dair hər hansı sübut da mövcud deyildir.

77. MPM-in 62.1 və 104.1-ci maddələrindən (bax yuxarıda § 45) aydın olur ki, şahid işin halları barədə məlumatı olan şəxsdir, ona məlum olan halları məhkəməyə bildirir.

78. Hazırkı işdə isə A-nin nümayəndəsi məhkəməyə işin halları barədə ona məlum olan məlumatı deyil, özünün ehtimal formasında ifadə olunan sübyektiv mülahizəsini bildirmişdir.

79. Belə olan halda, məhkəmə kollegiyası hes ab edir ki, A-nin nümayəndəsi A.Sadıxovun verdiyi şahid ifadəsinin mötəbər sübut olmaması nəticəsinə gələrkən apellyasiya instansiyası məhkəməsi hər hansı hüquq pozuntusuna yol verməmişdir.

80. Digər tərəfdən, həmin şahidin subyektiv mülahizəsi hətta mötəbər sübut kimi qəbul olunsa belə, yenə də malın MMC-yə təhvil verilməsini təsdiqləmir.

81. İlk baxışdan, nümayəndənin mülahizəsindən belə görünə bilər ki, mal MMC-yə təhvil verilməsəydi, MMC bu yüklərlə bağlı A-ya qarşı pretenziya irəli sürərdi. Elə kassator da öz şikayətində həmin ifadədən məhz bu nəticənin hasil olduğunu vurğulamışdır.

82. Halbuki MMC-nin bu yüklərlə bağlı hazıradək A-ya qarşı pretenziya irəli sürməməsi həmin malların göndərilməsinin MMC tərəfindən ümumiyyətlə sifariş edilməməsi ilə də bağlı ola bilərdi. Təbii ki, MMC-ni n sifariş etmədiyi malların ona təhvil verilməsi mümkünsüzdür. Bu isə artıq kassatorun deyil, əksinə, MMC-nin mövqeyinin əsaslılığını güman etməyə əsas verir.

83. Bu mənada, yüklərin daşınması ilə bağlı MMC ilə A-nin arasında hər hansı müqavilənin bağlanmasının, yaxud MMC-nin A-ya yazılı sifariş verməsinin işə baxan məhkəmələr tərəfindən müəyyən edilməməsi məhz MMC-nin mövqeyini gücləndirmiş olur.

84. Lakin istənilən halda, yuxarıda qeyd edildiyi kimi, məhkəməyə subyektiv mülahizə formasında verilmiş nümayəndənin şahid ifadəsi qeyri-mötəbər sübut olmaqla yanaşı, iş üzrə birmənalı nəticəyə gəlməyə də imkan vermir.

85. Eyni zamanda, məhkəmə kollegiyası Şirkət tərəfindən EXW şərtlərinə əməl olunmasına dair kassatorun dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razıl aşaraq həmin nəticəni bir daha xatırlatmağı faydalı hesab edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, MMC tərəfindən malların sifariş verilməsi, onun tapşırığı ilə və onun adından daşınma yolunu və daşıyıcının seçilməsi, MMC ilə "xxxx" şirkəti və ASE arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərinin olması öz təsdiqini tapmamışdır.

86. Belə olan halda, Şirkət tərəfindən EXW şərtlərinə əməl olunmasına istinad edilməsi əsaslı hesab oluna bilməz.

87. ASE şirkətinin İradə Lətif adlı əməkdaşı ilə Şirkətin əməkdaşı Eduard adlı şəxsin elektron yazışmalarına gəldikdə isə, e-mail yazışmaları barədə məhkəmə kollegiyasının mövqeyi artıq yuxarıda ifadə olunmuşdur.

88. Bundan başqa, kassator öz dəlillərində Ali Məhkəmənin iş üzrə qəbul edilmiş son qərarında verd iyi bəzi göstərişlərin (e-mail yazışmalarının sübut kimi düzgün qiymətləndirilməsinə, e-mail yazışmalarındakı elektron ünvanların cavabdehə və onun qanuni təmsilçisinə məxsus olub-olmamasına, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş yazışmaların autentikliyinin müəyyənləşdirilməsinə, "M" şirkətinin mövqeyinin məhkəmə tapşırığı verməklə öyrənilməsinə dair göstərişlər) apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilmədiyi bildirir.

89. Məhkəmə kollegiyası bununla bağlı bir daha aşağıdakıları bildirməyi zəruri hesab edir.

90. Yuxarıda göstərildiyi kimi, e-mail yazışmaları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi qətnamədə ətraflı əks olunmuşdur. Həmin mövqe ondan ibarət olmuşdur ki: 90.1. Şirkətin üzrlü səbəbləri olmadan birinci instansiya məhkəməsində deyil, ap ellyasiya baxışında təqdim etdiyi e-mail yazışmalarının sübut kimi qəbul edilməsi prosessual normaların tələblərinə ziddir (MPM-in 371-ci maddəsi, KMP-nin müvafiq hüquqi mövqeyi – bax yuxarıda §§ 45-46). 90.2. İddiaçının vəsatəti və cavabdehin razılığı ilə elektron yazışmaların (e-mail) eyniləşdirilməsinin aparılması və həqiqiliyinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərilmiş və həmin qurumdan müvafiq cavab alınmışdır. 90.3. Şirkətin məhkəməyə təqdim etdiyi siyahıdakı mal və avadanlıqların idxalı ilə bağlı məsələlərin aydınlaşdırılması məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu edilmiş, həmin orqanın da cavabı alınmışdır. Komitənin ca vab məktubundan görünmüşdür ki, Şirkətin qeyd etdiyi mallar ümumiyyətlə Azərbaycan Respublikasına gətirilməmişdir. 90.4. Elektron yazışmalarda borcun mövcud olması qeyd edilsə də, həmin borcun hansı malların, ən əsası isə iddiaçının 2021-ci il 26 fevral tarixində məhkəməyə təqdim edilmiş siyahıda olan mal və avadanlıqların alınmasına görə yaranması qeyd olunmamışdır.

91. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Şirkətin təqdim etdiyi elektron yazışmaların həqiqiliyinin müəyyən edilməsi üçün əlavə araşdırmaya lüzum yoxdur.

92. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin e-maillə bağlı göstərişləri ilə əlaqədar lazımi sorğular verərək uyğun cavablar almış, habelə müvafiq sübutları təhlil edərək düzgün hüquqi qiymətləndirmə aparmışdır. 93. "xxxx" şirkətinin mövqeyinin məhkəmə tapşırığı verməklə öyrənilməsinə dair göstərişə gəldikdə isə, bununla bağlı apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir: 93.1. Şirkət özünün və ya MMC-nin "M" şirkəti arasında daşıma müqaviləsindən irəli gələn münasibətlərin olmasına və "M" şirkətinin hazırki mübahisəyə aidiyyəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Təqdim etdiyi J2396908 saylı CMR yük sənədi isə kserosurət olduğuna görə sübut hesab edilmir. Belə olan halda məhkəmə tərəfindən "M" şirkətinin üçüncü şəxs qismində işə cəlb edilməsi və mübahisəyə münasibətinin öyrənilməsi ilə bağlı məhkəmə tapşırığının göndərilməsi bir növ məhkəmə tərəfindən sübut toplanması, obyektiv həqiqətin müəyyənləşdirilməsi və mülki prosesə aid olan çəki şmə, tərəflərin bərabərliyi və formal həqiqət prinsiplərinin pozulması anlamına gəlir. 93.2. Azərbaycan Respublikası ilə Xorvatiya arasında mülki işlər üzrə hüquqi yardım haqqında ikitərəfli müqavilə bağlanılmamış, həmçinin Azərbaycan Respublikası 1 mart 1954-cü il tarixdə Haaqada qəbul edilmiş "konvensiyaya qoşulmamışdır.

94. Əlavə olaraq, məhkəmə kollegiyası həmin məsələ ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilmiş işin daha iki halına istinad etməkdə fayda görür: 94.1. Şirkətin təqdim etdiyi J2396908 saylı CMR sənədi MMC-nin adına tərtib edilsə də, həmin sənəddə yükü göndərən qrafasında Şirkətin nümayəndəsinin imza və möhürü, daşıyıcı qrafasında "M" şirkətinin nümayəndəsinin imza və möhürü olsa da, yükü qəbul edən qrafasında MMC-nin imza və möhürü göstər ilməmiş, qrafa boş saxlanılmışdır. Odur ki, həmin CMR sənədi iddia edilən malların MMC üçün daşınması və sonuncu tərəfindən qəbul edilməsini təsdiqləyən sübut kimi qəbul oluna bilməz. 94.2. Dövlət Gömrük Komitəsinin məlumatından görünür ki, Şirkətin məhkəməyə təqdim etdiyi siyahıda əks olunmuş mallar ümumiyyətlə Azərbaycan Respublikasına gətirilməmişdir.

95. Beləliklə, məhkəmə kollegiyası Ali Məhkəmənin "M" şirkətinin mövqeyinin məhkəmə tapşırığı verməklə öyrənilməsinə dair göstərişi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır.

96. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassatorun gətirdiyi dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən hüquq pozuntularına yol verilməsini təsdiq etmir, o na görə də qətnamənin ləğvi üçün əsas ola bilməz.

97. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçı” Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 aprel tarixli 22(103)-89/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar