Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-372/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 10 may tarixli e-2-2(119)-863/2024 nömrəli qərardadına əsasən, Xaçmaz Rayon Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi a rasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Xaçmaz Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.895 manat məbləğində borcun, iddiaçı tərəfindən ödənilmiş 78,95 manat dövlət rüsumunun, ümumilikdə 5.973,95 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il 25 mart tarixli borc müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 5.895 manat məbləğində pul almışdır. Müqavilənin şərtlərinə görə borc məbləği cavabdeh tərəfindən 10 aydan gec olmayaraq, ayda 589,50 manat olmaqla tam həcmdə geri qaytarılmalı idi. Lakin cavabdehə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, müqavilə üzrə heç bir ödəniş olunmamışdır.
3. Xaçmaz Rayon Məhkəməsinin 2024-cü il 16 aprel tarixli e-2(067)-1325/2024 nömrəli qərardadına əsasən, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – A.Əliyeva).
4. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək telefon alqı-atqısı ilə məşğul olduğunu, iddiaçı ilə olan münasibətinin də telefon alqı-satqısı ilə bağlı olduğunu və VÖEN-ə malik olduğunu göstərmişdir.
5. İşə əlavə edilmiş sənədlərdən də müəyyən olunmuşdur ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliy yəti ilə əlaqədardır. Odur ki, mübahisənin xarakteri, iddiaçı və cavabdehin sahibkarlıq subyektləri olması və onların arasında mütəmadi olaraq sahibkarlıq fəaliyətindən irəli gələn münasibətin həyata keçirildiyi nəzərə alınaraq işə kommersiya sahəsi üzrə ixtisaslaşmış məhkəmədə baxılması məqsədəmüvafiq hesab edilmişdir. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat
6. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 10 may tarixli e-2-2(119)-863/2024 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – F.Həmidli).
7. Kommersiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış və hazırkı iddianın faktiki əsasını təşkil edən 2023-cü il 25 mart tarixli borc müqaviləsində iddiaçı tərəfindən cavabdeh ə verilmiş borcun təyinatının məhz sahibkarlıq xarakterli (biznes kreditləşməsi, təsərrüfat fəaliyyətinin genişləndirilməsi və ya borcun sahibkarlıq fəaliyyətinin maliyyələşməsinə yönəldiyinə dəlalət edən digər hallar) olması, eləcə də müqavilənin məzmununda həmin borc məbləğinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilməsini təsdiq edən hər hansı hal (borcalanın VÖEN-i və s.) nəzərdə tutulmamışdır. Digər tərəfdən, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 2024-cü il 16 aprel tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında telefon alqı-satqısı ilə məşğul olduğunu, iddiaçı ilə münasibətlərinin də məhz telefon alqı-satqısı ilə əlaqədar yarandığını, 2020-ci ilin mart ayından iddiaçı şirkətdən telefon aksessuarları aldığını, lakin imkanı olmadığından ödəniş edə bilmədiyini göstərmişdir. Göründüyü kimi, cavabdehin izahatında göstərdikləri mahiyyət baxımından hazırkı mübahisə ilə əlaqəli deyil – hazırkı iddianın predmeti borc müqaviləsindən yaranan maddi hüquqi tələbdir və həmin müqavilənin predmetini telefon aksessuarları deyil, pul məbləği təşkil edir.
8. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2023-cü il 28 fevral tarixində vergi uçotuna alınmış və ona vergi orqanı tərəfindən vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsi (VÖEN) verilmişdir. Hazırkı iddianın faktiki əsasını təşkil edən borc müqaviləsi isə 2022-ci il 3 mart tarixində bağlanılmışdır. Yəni tərə flər arasında borc müqaviləsi bağlanan zaman cavabdeh fərdi sahibkar statusuna malik olmamışdır, bu hal, eyni zamanda müqavilənin məzmununda da borc məbləğinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verildiyi barədə hər hansı müddəa nəzərdə tutulmaması onu söyləməyə kifayət qədər əsas verir ki, sözügedən borc məbləği cavabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar verilməmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Mə cəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 1 0 saylı Qərarında (bundan sonra – “Plenum Qərarı”) müəyyən edilmişdir ki: “...
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....” Ali Məhkəmənin mövqeyi
11. Qarışıq məhkə mə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş araşdırılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir.
12. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 9) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
13. İş materiallarından məlum olur ki, hazırkı mübahisə kommersiya hüquqi şəxsi ilə sahibkar statusu olan fiziki şəxs arasında bağlanmış borc müqaviləsindən irəli gəlmişdir. Müqavilənin predmetini 5.895 manat məbləğində pul vəsaiti təşkil edi r.
14. Xaçmaz Rayon Məhkəməsi işi kommersiya məhkəməsinə göndərərkən hesab etmişdir ki, tərəflərin hər ikisi sahibkarlıq subyekti olmaqla, cavabdehin iddiaçı ilə münasibəti telefon alqı-satqısı ilə bağlı olmuş, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır.
15. Sumqayıt Kommersiya Məhkəməsinin mövqeyi isə mahiyyət etibarilə ondan ibarət olmuşdur ki, 2023-cü il 25 mart tarixli borc müqaviləsində iddiaçı tərəfindən cavabdehə verilmiş borcun təyinatının məhz sahibkarlıq xarakterli olması nəzərdə tutulmamış, hazırkı iddianın predmeti borc müqaviləsindən yaranan maddi hüquqi tələb olmaqla, müqavilənin predmetini telefon aksessuarları deyil, pul məbləği təşkil etmiş, həmçinin tərəflər arasında borc müqaviləsi bağlanan zaman cavabdeh fərdi sahibkar statusuna malik olm amışdır. Həmçinin borc müqaviləsi bağlanan zaman cavabdeh fərdi sahibkar statusuna malik olmamışdır.
16. Əvvəla, qarışıq məhkəmə tərkibi kommersiya məhkəməsinin tərəflər arasında borc müqaviləsi bağlanan zaman cavabdehin fərdi sahibkar statusuna malik olmaması barədə mövqeyi ilə bağlı xüsusi olaraq vurğulayır ki, sahibkarlıq fəaliyyətinin keçirilməsi üzrə müqavilə bağlandığı zaman tərəflərdən hər hansı birinin sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq, iddia ərizəsinin məhkəməyə verildiyi anda hər iki tərəfin sahibkarlıq fəaliyyətini həyata keçirən subyektlər olması mübahisənin subyektiv tərkibi ilə bağlı meyarın ödənilməsi üçün kifayətdir və bu hal mübahisənin kommersiya mübahisəsi kimi baxılmasını istisna etmir. Məhkəmə təcrübəsi də məhz bu istiqamətdə formalaşmışdır.
17. B ununla belə, qarışıq məhkəmə tərkibi kommersiya məhkəməsinin o mövqeyi ilə razılaşır ki, mübahisə predmeti olan borc müqaviləsindən və işdə olan digər sənədlərdən iddiaçı tərəfindən cavabdehə pul vəsaitinin məhz sahibkarlıq məqsədilə, yəni cavabdehin bildirdiyi kimi, tərəflər arasında mövcud olan telefon alqı-satqısı ilə bağlı münasibətlər zəminində verilməsi görünmür.
18. Digər tərəfdən, cavabdeh ümumi məhkəməyə verdiyi izahatda iddiaçı ilə aralarında telefon alqı-satqısı ilə bağlı münasibətlər olduğunu bildirsə də, iddiaçının bununla bağlı mövqeyi iş materiallarından məlum olmur.
19. Xaçmaz Rayon Məhkəməsi isə hazırkı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən həmin halların aydınlaşdırılması istiqamətində heç bir araşdırma aparmamış, məsələyə formal yanaşmış, zəruri əsaslandırma həyata keçirmədən işi kommersiya məhkəməsinə göndərmişdir.
20. Bunun nəticəsidir ki, hazırkı vəziyyətdə tərəflər arasında hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.
21. X1 (bax § 10) formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.
22. Bununla əlaqədar qarışıq məhkəmə tərkibi hesab edir ki, qeyd olunan nöqsanların aradan qaldırılması, mübahisənin tərəfləri arasında hüquq münasibətlərinin xarakterinin dəqiq aydınlaşdırılması və nəticəsinə uyğun olaraq müvafiq prosessual hərəkətləri n həyata keçirilməsi üçün hazırkı iş iddianın ilkin olaraq verildiyi Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır.
23. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı "borc müqaviləsi üzrə pul" tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın.