Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-374/2019 15.07.2019 ALİ MƏHKƏMƏ 2-2(102)-374/2019 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.A.Dadaşov cavabdeh “xxxx” MMC və vəkili Vəkil2 kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli, 2- 2(81)-353/2019 saylı qərardadı ilə iddiaçı “xxxx” Şirkətinin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 qarşı pul tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 22(103)-313/2019 saylı qərardadı ilə cavabdeh “xxxx” MMC-nin şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qərardadındanAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına cavabdeh “xxxx” MMC və vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün onun qəbulundan imtina edilməlidir. Cavabdeh “xxxx” MMC və vəkili Vəkil2 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud d üzgün tətbiq edilməməsinin nədən ibarət olduğu qeyd edilməsə də, kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayət verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Məcəllənin 408.1.5-ci maddəsinə müvafiq olaraq kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh “xxxx” MMC və vəkili Vəkil2 kassasiya şikayətinin icraata qəbulu ndan imtina edilsin. İş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-374/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-374/2019
15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver