Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-375/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-375/19 Bakı şəhəri 04 sentyabr 2019-cu il 04.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil, Cavabdeh-nin qanuni nümayəndəsi M8 və vəkili Vəkil iştirakları ilə, Cavabdeh-nin direktoru M8 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli, 2-2(103)-71/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq m əhkəmə iclasında baxılmışdır. İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı qarşısında 05 may 2011-ci il tarixli “Avtonəqliyyat vasitəsinin alqısatqısına dair” ilkin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, 2009-cu il buraxılış ili olan “Daewoo” markalı, **-******-*** dövlət qeydiyyat nişanlı və **-******-*** dövlət qeydiyyat nişanlı avtobusların iddiaçının balansına keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2-2(81)322/2017 saylı qiyabi qətnaməsi ilə (hakim Aida Hüseyn) iddia təmin olunmuşdur. Həmin qətnamədən S6 şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli qərardadı ilə (hakim Aida Hüseyn) S6 tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Həmin qərardaddan Sərdar Hətəmov şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli, 2-2(81)322/2017 saylı qərardadı ilə (hakim Aida Hüseyn) şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2017-ci il tarixli, 2-2(103)-506/2017 saylı qərardadı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Sərvət Hüseynov və Vidadi Məmmədov) şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla iş sonrakı prosessual hərəkətlərin edilməsi üçü n həmin məhkəməyə qaytarılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin olunması barədə qətnamənin ləğv edilməsinə dair Sərdar Hətəmovun şikayətinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2-2(102)428/2017 saylı qərarı ilə (sədrlik edən Xəqani Məmmədov, hakimlər Rahib Nəbizadə və Azər Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2-2(103)-844/2017 saylı qərardadı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriye va və Cahangir Yusifov) S6 şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla S6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatında cəlb edilmiş, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsindən verilmiş şikayət mümkün hesab olunmuş və apellyasiya icraatına qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2018-ci il tarixli, 2-2(103)-164/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və məhkəmə texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 07 may 2018-ci il tarixli, 10244 saylı və 10 may 2018-ci il tarixli, ***** saylı rəylər tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 iyun 2018-ci il tarixli, 2-2(103)-164/2018 saylı qətnaməsi ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi ləğv olunmaqla iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2-2(102)-421/2018 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanv ar 2019-cu il tarixli, 2-2(103)-71/2019 saylı qərardadı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Etibar Nəbiyev və Kəmalə Abiyeva) iddiaçının vəsatəti təmin edilərək iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 18 mart 2019-cu il tarixli, ***** saylı rəy tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli, 2-2(103)-71/2019 saylı qətnaməsi ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2-2(81)-322/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin ha lları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. “xxxx” ASC (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında imzalanmış 06 oktyabr 2010-cu il tarixli, ****** saylı təminatlı kredit müqaviləsindən görünür ki, Borc verən Borc alana 130 728 manat məbləğində 36 ay müddətinə illik 22 faizlə kredit verməyi, Borc alan isə Kredit məbləğini qəbul etməyi, Kredit məbləğini və ona hesablanmış faizləri bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Borc alan kredit məbləğini yeni alınacaq 2 (iki) ədəd “Daewoo” markalı (model BS090) sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün istifadə edəcəkdir. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” təsdiq olunmuş surətindən görünür ki, “Daewoo BS090 avtobus” markalı ** ****** *** dövlət qeyd iyyat nişanlı və “Daewoo BS090 avtobus” markalı ** ****** *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Cavabdeh-nin adına qeydiyyata alınmışdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 05 may 2011-ci il tarixli “Avtonəqliyyat vasitəsinin alqı-satqısına dair ilkin müqavilə”dən görünür ki, bu müqavilə Cavabdeh-nin ona məxsus olan iki ədəd “Daewoo” markalı ** ****** ***, şassi: KL******************; mühərrik DE**********************; buraxılış ili 2009 və ** ****** *** şassi: K*************************; mühərrik DE******************; buraxılış ili 2009 olan avtobusları İddiaçınə aşağıdakı şərtlərlə satır: İddiaçı Cavabdeh-yə iki ədəd avtobus üçün ilkin olaraq 37000 (otuz yeddi min) manat məbləğində avans ödəyir. İddiaçı 07 may 2011-ci il tarixdən 07 oktyabr 2013-cü il tarixə qədər həmi n iki avtobus üçün hər ay 4993 (dörd min doqquz yüz doxsan üç) manat məbləğində vəsaiti Banka həmin avtobusların krediti üçün ödəyir. Cavabdeh iki ədəd avtobusun kredit borcları tamamilə Banka ödədikdən sonra həmin avtobusları İddiaçı balansına keçirir. “xxxx” ASC (Girov saxlayan) ilə Cavabdeh arasında imzlanmış girov müqaviləsindən görünür ki, 06 oktyabr 2010-cu il tarixli, 50K/10 saylı “Kredit müqaviləsinə” əsasən “Girov saxlayan”, “Girov qoyana” 2 ədəd “Daewoo BS090” markalı, şassi № KL**********************, istehsal tarixi 2009-cu il və şassi № KL********************, istehsal tarixi 2009-cu il avtobusların alınması üçün 130728 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat “Girov qoyan” şassi № KL*********************, istehsal tarixi 2009-cu il və şassi № KL5UK42HEAU003123, istehsal tarixi 2009-cu il avtobusların “Girov saxlayan”a girov kimi təqdim edilir. 1.2-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddət ərzində “Girov predmeti” “Girov qoyanın” sahibliyində və istifadəsində qalır. 2.1-ci bəndinə əsasən, tərəflərin razılığı ilə “Girov predmeti” hər biri 78000 AZN olmaqla, cəmi 156000 manat dəyərində qiymətləndirilmişdir. “xxxx” ASC (Borc verən) ilə X5 (zamin) arasında imzalanmış 07 mart 2014-cü il tarixli, 63/14 saylı “Zaminlik müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən “Zamin”, Cavabdeh (Borc alan) “Borc verən” arasında bağlanmış 06 oktyabr 2010-cu il tarixli, ****** saylı Kredit müqaviləsinə əsasən verilmiş 130728 manat kredit üzrə öhdəliklərinin icrasına görə bu müqavilə və kredit müqavilələri ilə nəzərdə tutulmuş qaydada “Borc verən” qarşısında məsuliyyət daşıyır. 1.2-ci bəndinə əsasən, “Borc alan” tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə “Zamin” və “Borc alan” “Borc verən” qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Ekspertizası Mərkəzinin 9953 nömrəli, 10 may 2018-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, mülki işin 11-ci vərəqəsində Cavabdeh və İddiaçı adlarından olan 5 may 2011-ci il tarixli “Avtonəqliyyat vasitəsinin alqı-satqısına dair” ilkin müqavilədə “H6” yazılarının qarşısında imza X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imzanın X2 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İlkin apellyasiya icraatı zamanı keçirilmiş sənədlərin texniki ekspertizasının nəticəsinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 10244 nömrəli, 07 may 2018-ci il tarixli ekspert rəyinin nəticə hissəsində isə qeyd edilmişdir ki, 5 may 2011-ci il tarixli “Avtonəqliyyat vasitəsinin alqı-satqısına dair” ilkin müqavilənin aşağı sol küncündəki möhür əksi müqayisəli tədqiqat aparmaq üçün ekspertizaya təqdim edilmiş Cavabdeh-yə məxsus möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Məhkəmə Ekspertiza Mərkəzinin 5641 saylı, 18 mart 2019-cu il tarixli ekspert rəyində aşağıdakı nəticəyə gəlinmişdir: Təqdim edilmiş Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış avtonəqliyyat vasitəsinin alqı-satqısına dair 05 may 2011-ci il tarixli ilkin müqavilədə (cild İ, iş v.11) olan Cavabdeh-yazının altında olan möhür əksi relyef klişe vasitəsilə vurulmu şdur. Tədqiq olunan möhür əksi işin İİ cildinin 14-24, 26, 29-30, 32-33, 35-36, 38-39, 41-42, 44-45, 4748, 50-51, 53-54, 56-27, 59-60, 62-ci səhifələrində olan Cavabdeh-nin 2011-2012-ci illərə dair olan müqavilədə və bank ödəniş sənədlərində olan “Azərbaycan Respublikası Bakı ş. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. “Bank hesabından çıxarış”lardan iddiaçının direktoru tərəfindən Cavabdeh-nin “xxxx” da olan kredit müqaviləsi üzrə hesabına ödənişlər edilməsi görünür. “xxxx” ASC-nin 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı məktubunda bildirilmişdir ki, Cavabdeh-nin LPO “xxxx” ASC-də olan hesabına “xxxx” MMC tərəfindən heç bir ödəniş daxil olmamışdır. Lakin “xxxx” MMC-nin direktoru X4 və digər şəxslər tərəfindən Cava bdeh-nin sözügedən bankda olan hesabına ödənişlər həyata keçirilmişdir. Həmin məktuba əlavə edilmiş ödənişlərlə bağlı cədvəldə 16.03.2011-ci ildə İ6, 17.03.2011-22.06.2011-ci il tarixədək ödənişləri S6, 11.07.2011-23.09.2011-ci ilədək ödənişləri S6, 10.10.2011, 21.06.2012-25.06.2014-cü il tarixədək ödənişləri Q6 tərəfindən ödənilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış avtonəqliyyat vasitəsinin alqı-satqısına dair 05 may 2011-ci il tarixli ilkin müqavilənin cavabdehin möhürü ilə təsdiq edildiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası möhürün əsas təyinatının səlahiyyətli şəxsin imzasını təsdiq etməkdən ibarət olmasını, bu əsasdan hüquqi şəxsə məxsus möhürün məhz onun səlahiyyətli nümayəndəsində qalmalı olduğunu nəzərə alaraq müqavilənin hüquqi şəxsə məxsus möhürlə təsdiq edilməsini hüquqi şəxsin adından çıxış edən səlahiyyətli şəxsin razlığının birbaşa göstəricisinin olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq 37.000 manat məbləğində avansı cavabdehə ödəmiş, daha sonra isə müqavilə predmeti olan hər iki avtobus üçün cavabdehin “xxxx” ASC-də olan kredit müqaviləsi üzrə hesabına ödənişlər etmişdir. Bununla da, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin icra olunduğu halda, cavabdeh öz öhdəliklərini icra etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404, 324.5, 385.1, 442, 443.1, 448.1, 386.1, 389.1, 390.1, 568, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1-cimaddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahişetmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsinin iddianın təmin olunmasına dair nəticəyə gəlməsinin əsasını iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 05 may 2011-ci il tarixli “Avtonəqliyyat vasitələrinin alqı-satqısına dair” və eyni tarixli “Öhdəçilik müqaviləsi” təşkil etmişdir ki, həmin müqavilələrdə cavabdeh müəssisəsinin qarşısında onun qanuni təmsilçisi R6 adından edilmiş imzalar tamamilə fərqli olmaqla onun imzası ilə eynilik təşkil et məmişdir. Cavabdeh qeyd etmişdir ki, göstərilən hal R6 kimliyinin xarici pasportu, bankla aralarında olan girov müqaviləsi, kredit ödəniş qrafikinə 1 saylı əlavə və onun adından imzalanmış yüzlərlə digər sənəd və müqavilələrlə öz təsdiqini tapmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən ilkin olaraq 37.000 manatın cavabdehə ödənildiyini qeyd etmiş, lakin həmin vəsaitin ödənilməsini təsdiq edən sənənd iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, “xxxx” ASC tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş məktubda, cavabdehin bankda olan hesabına iddiaçı tərəfindən heç bir ödənişin edilmədiyi qeyd olunmuşdur. Başqa bir dəlillə bildirilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, avtonəqliyyat vasitəsinin alqı-satqısı barədə əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə məlumatlar reyestrə daxil edilir. Lakin iddiaçı ilə cavabdeh arasında 05 may 2011-ci il tarixdə imzalanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilməmiş, habelə məlumatlar reyestrə daxil edilməmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyinə əsasən, cavabdehin mövcud möhürünün mübahisə predmeti olan müqavilədəki möhürdən fərqlənməsi həmin müqavilədəki möhürün saxta olduğunun sübutudur. Cavabdeh hesab edir ki, məhkəmə tərəfindən müqavilədəki möhürün rəsmi olmasını təsdiq edən heç bir mötəbər sübut müəyyən edil məmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın 1.1, 1.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-cimaddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdirlər). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmi ş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 10 saylı Cəzaşəkmə müəssisəsindən daxil olmuş ərizə ilə həmin müəssisədə cəza çəkən üçüncü şəxs Sərdar Hətəmov prosesdə iştirakının təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdişdir ki, iddia tələbinin təmin edilməsinin əsasını 05 may 2011-ci il tarixli ilkin müqavilənin cavabdehin möhürü ilə təsdiq edilməsi təşıkil edir ki, həmin müqavilə şərtinə əsasən avans məbləğinin ödənilməsi və cavabdehin “xxxx” ASC-də olan kredit müqaviləsi üzrə hesabına iddiaçı tərəfindən ödənişlərin aparılması müqavilə üzrə öhdəliklərinin icra olunduğunu, cavabdehin öz öhdəliklərini icra etmədiyini sübuta yetirir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, istinad edilən müqavilənin cavabdeh müəssisəsinin qarşısında onun qanuni təmsilçisi R6 adından edilmiş imza ona məxsus olmamış, habelə məhkəmə iddiaçı tərəfindən ilkin olaraq 37.000 manatın cavabdehə ödənildiyini qeyd etmiş, lakin həmin vəsaitin ödənilməsini təsdiq edən sənənd iş materiallarına əlavə olunmamış, habelə “xxxx” ASC tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş məktubda, cavabdehin bankda olan hesabına iddiaçı tərəfindən heç bir ödənişin edilmədiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallaına görə, tərəflər arasında 05 may 2011-ci il tarixli “Avtonəqliyyat vasitəsinin alqı-satqısına dair ilkin müqavilə” imzalanmışdır. Həmin müqa vilənin hüquqi mahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) aşağıdakı kimi açıqlanmışdır: - 402.1-ci maddəsinə əsasən, İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər; - 402.2-ci maddəsinə əsasən, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur; - 402.3-cü maddəsinə əsasən, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir; - 402.4-ci maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqavilən i hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır; - 402.5-ci maddəsinə əsasən, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddələrin tələblərinə görə, müqavilələr əsas və ilkin növlərinə bölünür. Əgər əsas müqavilə üzrə əmlakın verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələri yaranırsa, ilkin müqavilə üzrə əmlakın verilməsi ilə əlaqədar tərəflərin hüquq və vəzifələri yaranmır, yalnız bu məzmunlu hüquq və vəzifələrin gələcəkdə yaranmasını nəzərdə tutu r. Yazılı ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanlanmalıdır. Yəni, əgər gələcəkdə bağlanılacaq əsas müqavilə notarial qaydada təsdiq olunmalı və yaxud dövlət qeydiyyatına qeydə alınmalıdırsa, ilkin müqaviləyə münasibətdə də bu şərtlərə riayət olunmalıdır. Bu qaydaya əməl edilməməsi ilkin müqavilənin əhəmiyyətsiz hesab olunması üçün əsasdır. İlkin müqavilə həmişə müvəqqəti xarakter daşıdığından, əsas müqavilənin hansı müddətdə bağlanmalı olduğu göstərilməlidir. Müddət göstərilmədiyi halda, ilkin müqavilənin bağlandığı vaxtdan bir il ərzində əsas müqavilə bağlanmalıdır. Bu müddət ərzində əsas müqavilə bağlanmadığı halda, ilkin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərə xitam verilməlidir. Göstərilmiş maddələrin tələblərinə riayət edilməsinin yoxlanılması mümkün olmam ışdır. Belə ki, apellyasiya məhkəməsi iddianın qanuni əsası kimi alqı-satqı müqaviləsinə dair qaydalara istinad etməklə tərəflər arasında öhdəliklərin yaranmasına əsaslanmış və müvafiq qiymətləndirməni aparmışdır. Halbuki, ilkin olaraq iddia tələbinin ifadə tərzi təhlil olunmalı, daha sonra düzgün qoyulmuş iddia tələbinin düzgün qanuni əsasları müəyyən edilməklə, maddi hüquq normalarının tətbiqi üçün işin müvafiq halları mülki prosessual qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. Aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olmayan maddi-hüquq normalarını tətbiq etmiş, müvafiq maddi-hüquq normalarının tətbiqi üçün isə işin halları tam müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 418.1-ci maddəsinə əsasən, mad di və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; - 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; - 386-cı maddəsinə əsaəsn, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; - 419.2.11-ci maddəsinə əsaəsn, iş yeni məhkəmə baxışına verilərsə, yerinə yetirilməli olan hərəkətlər kassasiya instansiyası məhkəməsinin qərarında göstərilməlidir. Sadalanmış maddələ rə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, işin yenidən baxışı zamanı cavabdehin apellyasiya şikayətində bildirilmiş əsaslar yoxlanılmaqla işin halları müəyyən edilməli və onlara müvafiq qiymət verilərək, qərar qəbul edilməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh-nin direktoru M8 tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 may 2019-cu il tarixli, 2-2(103)-71/2019 saylı qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-375/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-375/2019
04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver