Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-375/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(103)37/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış neft məhsullarının Likard yanacaq kartları ilə satılması barədə 2021-ci il 28 sentyabr tarixli müqaviləyə əsasən, Cavabdeh QSC Likard yanacaq kartları ilə təmin edilməsi, neft məhsullarının satıcının yanacaqdoldurma məntəqələrində yanacaq kartları ilə satılmasını, İddiaçı MMC isə bu müqavilənin şərtləri əsasında malın yanacaq kartları ilə alınması və alınan malların dəyərinin tam olaraq ödənilməsi öhdəliyini götürmüşdür. Həmin müqavilənin: - 5.1-ci bəndinə əsasən, bu müqavilə əsasında təchiz edilən malın keyfiyyəti DÜİSTə, TŞ-ə və istehsalçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olmalıdır. - 5.6-cı bəndinə əsasən, neft məhsullarının təsadüfi məhvi, zədələnməsi və ya keyfiy yətinin pisləşməsi riski, habelə neft məhsullarına mülkiyyət hüququ onun alıcıya faktiki təhvil verilməsi zamanı tam həcmdə satıcıdan alıcıya ötürülür. - 5.7-ci bəndinə əsasən, neft məhsullarının satıcıdan alıcıya ötürülməsi anı neft məhsullarının obyektdə buraxılması tarixi və vaxtı hesab edilir. 2. 2021 və 2022-ci illərdə Cavabdeh QSC İddiaçı MMC-yə dizel yanacağı satmışdır.
3. İddiaçı MMC Cavabdeh QSC-yə yanacağın satışı üçün 195.254,2 manat pul köçürmüşdür.
4. Məhsul TŞ AZ 3536601.243-2015 tələblərinə uyğun olmuşdur (2022-ci il 1 iyul tarixli dizel yanacağının keyfiyyətinin müəyyən edilməsi ilə bağlı tərtib olunmuş pasport).
5. İddiaçı MMC tərəfindən təqdim edilən dizel yanacağında suyun miqdarı 450 ppm (m/m) təşkil edir (SGS şirkəti tərəfindən tərtib olunmuş 2022-ci il 22 sentyabr tar ixli analitik hesabatının sürəti). 6. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktlarında müvafiq olaraq qeydiyyat nömrələri qeyd olunan avtomobillərin ehtiyat hissələri və təmir xərcləri aşağıdakı kimi qiymətləndirilmişdir: • **-JR-*** - ehtiyat hissəsi 1.740 manat, təmir xərci 400 manat; • **-JM-*** - ehtiyat hissəsi 1.870 manat, təmir xərci 540 manat; • **-JM-*** - ehtiyat hissəsi 1.620 manat, təmir xərci 450 manat; • **-JK-*** - ehtiyat hissəsi 1.870 manat, təmir xərci 550 manat; • **-JK-*** - ehtiyat hissəsi 1.870 manat, təmir xərci 480 manat. 7. 2022-ci il 13 oktyabr tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə rəyindən görünür ki, 001155 nömrəli İddiaçı MMC-yə məxsus MAN TGX YÜK markalı **JM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 25.740 manat və 001156 nömrəli rəyə əsasən MAN TGX YÜK markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 26.020 manat zərər dəymişdir. 8. 2022-ci il 8 iyul tarixli Cavabdeh QSC-nin İddiaçı MMC-yə göndərdiyi məktubdan görünür ki, Cavabdeh QSC-yə məxsus neft bazasından 2022-ci il 2 iyul tarixində İddiaçı MMC-nin aldığı yanacağın tərkibində suyun olub-olmaması barədə müraciət öz təsdiqini tapmamışdır. Həmin gün neft bazasından bir sıra yanacaqdoldurma məntəqələrinə göndərilmiş və müxtəlif şirkətlərin aldığı dizel markalı yanacağın yararsızlığı, keyfiyyətinin aşağı olması barədə şikayət daxil olmamış və tərkibində su olduğu aşkarlanmamışdır. 9. 2022-ci il 23 dekabr tarixli “Star Mining” şirkətinin Cavabdeh QSC-yə ünvanladığı məktubdan görünür ki, 2022-ci il 17 iyun və 2022-ci il 2 iyul tarixlərdə Cavabdeh QSC tərəfindən bir maşını 37 ton olmaqla iki maşın 74 ton dizel yanacağı alınaraq sahəyə göndərilmiş, yanacaq istifadə olunmuş, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından heç bir uyğunsuzluq aşkar edilməmişdir. 10. 2023-cü il 14 mart tarixli 30 nömrəli "xxxx" QSC-nin Cavabdeh QSC-yə ünvanladığı məktubdan görünür ki, 2022-ci ilin may-iyul aylarında Cavabdeh QSC-nin neft bazasından 1.516 ton həcmdə dizel yanacağı alınmış və şirkətin ehtiyaclarının qarşılanmasına yönəldilmiş, dizel yanacağının yüksək keyfiyyətinə görə Cavabdeh QSCyə minnətdarlıq bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 9 yanvar tarixində Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə n 63.150 manat pul və ödənilmiş 420 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh Aİ-92 və dizel yanacağının lazımi keyfiyyətdə iddiaçıya verilməsi, iddiaçı isə alınmış həmin yanacaqların dəyərinin cavabdehə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı müqavilə əsasında aldığı yanacağın dəyərini tam olaraq cavabdehə ödəmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərin icrası şərtlərini pozaraq dizel yanacağını lazımi keyfiyyətdə verməmiş, bu səbəbdən iddiaçıya məxsus avtomobillərin yanacaq sistemləri yararsız vəziyyətə düşmüş və MMC-yə ümumilikdə 63.150 manat məbləğində ziyan dəymişdir. Yük avtomobillərində yanacağın tərkibində s u olması və keyfiyyətsiz olması səbəbindən "xxxx" MMC tərəfindən dəymiş zərərin hesablanması məqsədi ilə qiymətləndirmə aparılmış və 2022-ci il 13 oktyabr tarixində rəy tərtib olunmuşdur. Tərtib olunmuş rəyə əsasən, iddiaçıya məxsus **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 25.740 manat və **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 26.020 manat zərər dəymişdir (yuxarıda §7). İddiaçının müraciəti əsasında şirkətə məxsus yük avtomobillərinə "xxxx" MMC tərəfindən texniki baxış keçirilmiş yük avtomobillərinin yanacaq sistemlərində su aşkar olunması və yanacağın keyfiyyətinin aşağı olması səbəbindən təmir olunmuşdur. Ehtiyat hissələri AVTO 999 mağazasından 060300, 060296, 060304, 060298 və 060303 nömrəli qaimələr əsasında alınmışdır. Həmin avtomobillərin ehtiyat hissələri və təmir xərclə ri qiymətləndirilmişdir (yuxarıda §6). Cavabdeh bağlanmış müqaviləyə əsasən dizel yanacağını iddiaçıya lazımi keyfiyyətdə verməmiş və bu səbəbdən iddiaçıya ümumilikdə 63.150 manat ziyan dəymişdir. İddiaçı ilə cavabdeh arasında bağlanan müqavilənin beşinci bəndinin şərtlərini cavabdeh pozmuşdur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə əsasında təchiz edilən malın keyfiyyəti DÜİST-ə, TŞ-ə və istehsalçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olmalıdır. Tərəflər bu müqavilədə nəzərdə tutulan vəzifələrini lazımı qaydada yerinə yetirmədikdə, bunun nəticəsində digər tərəfə dəymiş bütün zərərlərin ödənilməsinə görə məsuliyyət daşıyırlar. Mübahisənin yaranma tarixindən etibarən iki həftə ərzində tərəflər qarşılıqlı razılığa gəlmədikdə, bütün mübahisələr Azərbaycan Respublikasın ın səlahiyyətli məhkəmələrində baxılmalıdır (müqavilənin 8.1 və 10.2-ci bəndləri). Bu barədə cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavab verilməmişdir.
13. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, cavabdeh və iddiaçı arasında neft məhsullarının alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə 2021-2022-ci illər ərzində “likard” yanacaq kartları ilə neft bazasından dizel yanacağı buraxılmışdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, təchiz edilən neft məhsullarının keyfiyyəti DÜİST-ə, TŞ-ə və istehsalatçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olmalıdır. Neft məhsullarının təsadüfi məhvi, zədələnməsi və ya keyfiyyətinin pisləşməsi riski, habelə neft məhsullarına mülkiyyət hüququ onun alıcıya faktiki təhvil verilməsi zamanı tam h əcmdə satıcıdan alıcıya ötürülür. Satıcı neft məhsullarının yanacaq kartları ilə obyektdə buraxılmasından sonra neft məhsullarına dəymiş ziyana görə məsuliyyət daşımır. Neft məhsullarının satıcıdan alıcıya ötürülməsi anı neft məhsullarının obyektdə buraxılması tarixi və vaxtı hesab edilir (həmin müqavilənin 5.6 və 5.7-ci bəndləri). Neft məhsullarının (Aİ-92 və dizel yanacağının) 2021-ci il 14 dekabr tarixli 01/001 nömrəli alqı- satqı müqaviləsi üzrə təchizatçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan cavabdehin neft bazasına boru kəməri vasitəsilə çatdırılması həyata keçirilir. Boru kəməri vasitəsilə Aİ-92 və dizel yanacağının çatdırılması tərəflərlə imzalanmış neft məhsullarının qəbulu haqqında aktla və neft məhsullarının pasp ortu ilə təsdiq edilir. 2022-ci il 1 iyul tarixində neft məhsullarının boru kəməri vasitəsilə qəbulu haqqında 117 nömrəli akt tərtib olunmuş və dizel yanacağının TŞ AZ 35 36601.243-2015 tələblərinə uyğun olması barədə pasport təqdim edilmişdir. Cavabdehin neft bazasından müştərilərə neft məhsulları buraxılaraq müvafiq əmtəənəqliyyat qaimələri tərtib edilir və müştərilərə neft məhsulları qəbul olunarkən təqdim edilir. 2022-ci il 2 iyul tarixində iddiaçının **-JM-*** (**-ZJ-***) yük avtomobilinin mayeləri saxlamaq və daşımaq üçün böyük çəninə 40 ton dizel yanacağı doldurulmuş, yanacağın buraxılması zamanı əmtəə-nəqliyyat qaiməsi tərtib edilmişdir.
14. İddiaçının nümayəndələri izahatlarında cavabdehdən aldıqları yanacağın lazımi keyfiyyətdə olmadığını, tərkibində su olduğunu, nəticədə 2 ədəd yük maşınının mühərrikinin sıradan çıxdığını bildirmişlər. Bundan başqa, iddiaçı izahatlarda məhkəməyə təqdim etdiyi SGS şirkətinin analitik hesabatının məhz cavabdehin satdığı dizel yanacağına aid olması ilə bağlı qeyd etmişdir ki, 2022-ci il 2 iyul tarixində iddiaçının yanacaq daşıyan yük avtomobilinin çəninə topdan alınmış dizel vurulandan sonra həmin çənin üzərinə yanacağa üçüncü şəxslərin müdaxiləsinin qarşısını alan plomb cavabdeh tərəfindən vurulmamış və sonuncunun iştirakı ilə həmin plomb qırılmaqla götürülən dizelin nümunəsi SGS şirkətinə təqdim edilməmişdir və bu səbəbdən analitik hesabat mübahisə doğura bilməz.
15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 may tarixli e-2-2(113)-760/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – E.Əliyev).
16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2021-ci il 28 sentyabr tarixli alqısatqı müqaviləsi bağlandığı vaxtdan etibarən, ayda təxminən iki dəfə iddiaçının yanacaq daşıyan yük avtomobili cavabdehin yanacaq bazasından müxtəlif həcmdə topdan dizel almış, daha sonra həmin yanacaq daşıyan yük maşını şirkətin qarajına qayıdandan sonra həmin avtomobilin üzərində olan xüsusi avadanlıq vasitəsi ilə alınan dizel iddiaçının istifadəsində olan sement daşıyan avtomobillərə fərdi şəkildə vurulmuşdur.
17. Mülki qanunvericiliyin tələblərinə görə, alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. İddiaçı isə məhkəməyə cavabdehdən alınan dizel yanacağının məhz bazada iddiaçının yanacaq daşıyan yük avtomobil inə vurularkən keyfiyyətsiz olmasını sübuta yetirə bilməmişdir.
18. İddiaçının nümayəndələri izahatlarında məhkəməyə təqdim etdiyi SGS şirkətinin analitik hesabatına əsasən cavabdehin satdığı dizel yanacağının tərkibində suyun olduğuna istinad etsələr də, yanacağın məhz cavabdehin bazasında olarkən keyfiyyətsiz olması barədə sübut təqdim etməli olduğu halda, bunu etməmişdir.
19. Yanacaq daşıyan yük maşını cavabdehin bazasını tərk edəndən sonra sonuncunun nəzarətində olmadığını, həmçinin satılmış dizel yanacağa üçüncü şəxslərin müdaxiləsi ehtimallarını nəzərə alan məhkəmə hazırkı tələb üzrə maraqlı olan iddiaçının təqdim etdiyi SGS şirkətinin analitik hesabatının məhz cavabdehin satdığı dizel yanacağına aid olması hissəsində mötəbər sübut olmaması nəticəsinə gəlmişdir.
20. Cavabdehin məhkəm əyə təqdim etdiyi bir neçə şirkətin məktublarında 2022-ci ilin iyul ayında həmin şirkətlərin cavabdehin bazasından aldıqları yanacağın istifadə edilmiş olduğu, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından heç bir uyğunsuzluq aşkar olunmadığı qeyd edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 567, 571.1, 571.2 və 588.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Apellyasiya baxışı zamanı iddiaçının cavabdehdən aldığı dizel yanacağında aşkar olunan qüsurların istehsalat qüsuru, yaxud sonradan yaranmasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə fiziki-kimyəvi eksper tizası təyin olunmuş və müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024cü il 26 yanvar tarixli 3-16-16/2-6/6152 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: - Tədqiqata təqdim edilmiş dəmir qabdakı sarımtıl rəngli şəffaf maye neft məhsulu olan-dizel yanacağıdır. Dizel yanacağında aparılmış fiziki-kimyəvi göstəricilərindən sıxlıq, setan ədədi və donma temperaturuna görə Azərbaycan Respublikasında qüvvədə olan “dizel yanacağı “AZS 376-2009” nömrəli standartın tələbindən irəli gələn göstəricilərinə və iş materiallarında olan istehsalçı tərəfindən verilmiş 2022-ci il 1 iyul tarixli “dizel yanacağı D-01 TŞ AZ 35 366601.243-2015” pasportunda qeyd edilmiş faktiki göstəricilərinə uyğun gəlir. - Standartda qeyd olunan digər göstəriciləri (kinem atik özlülük, turşuluq, alışma temperaturu, fraksiya tərkibi, suyun miqdarı və s.) müəyyən etmək üçün Mərkəzdə müvafiq avadanlıqlar olmadığından həmin tədqiqatlar aparılmadı.
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 2-2(103)-37/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).
25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı 2024-cü il 26 yanvar tarixli 3-16-16/26/6152 nömrəli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən olunmadığından, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Ekspert rəyindən göründüyü kimi, dizel yanacağı fiziki-kimyəvi göstəricilərindən sıxlıq, setan ədədi və donma temperaturuna görə Azərbaycan Respublikasında qüvvədə olan “dizel yanacağı “AZS 376-2009” nömrəli standartın tələbindən irəli gələn göstəricilərinə və iş materiallarında olan istehsalçı tərəfindən verilmiş 2022-ci il 1 iyul tarixli “dizel yanacağı D-01 TŞ AZ 35 366601.243-2015” pasportunda qeyd edilmiş faktiki göstəricilərinə uyğun olmuşdur.
26. Dizel yanacağı nümunəsi iddiaçı tərəfindən təqdim edilmişdir. İddiaçı cavabdehdən aldığı dizel yanacağının məhz bazada iddiaçının yana caq daşıyan yük avtomobilinə vurularkən keyfiyyətsiz olmasını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən 2022-ci il 1 iyul tarixində neft məhsullarının boru kəməri vasitəsilə qəbulu haqqında 117 nömrəli akt tərtib olunmuş və dizel yanacağının TŞ AZ 35 36601.243-2015 tələblərinə uyğun olması barədə pasport təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında cavabdehin iddiaçıya satdığı yanacaqdakı qüsurun istehsalat qüsuru olması nəticəsinə gəlmək üçün kifayət olmamışdır. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 44 8.2, 567, 568, 572.1, 572.2, 588.1 və 588.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 101.3 və 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. MM-in 385.1, 386.1, 442, 448, 567 və 568-ci maddələri üzrə - tərəflər arasında bağlanmış 2021-ci il 28 sentyabr tarixli AZ201002734 nömrəli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə əsasında təchiz edilən malın keyfiyyəti DÜİST, TŞ və ist ehsalçı tərəfindən verilmiş keyfiyyət pasportuna uyğun olması, müqavilənin 8.1-ci bəndində isə bu müqavilədə nəzərdə tutulan vəzifələr lazımı qaydada yerinə yetirilmədikdə, bunun nəticəsində digər tərəfə dəymiş bütün zərərlərin ödənilməsinə görə məsuliyyət daşıması qeyd edilsə də, cavabdeh müqavilə şərtlərini pozaraq iddiaçıya satdığı dizel yanacağını lazımı keyfiyyətdə verməmişdir. Yəni dizel yanacağının tərkibində su aşkar olunmuş, dizel yanacağı cavabdehə məxsus bazadan buraxılarkən yanacağın müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə olması barədə cavabdeh tərəfindən heç bir sənəd verilməmişdir.
30. Cavabdehin iddiaçıya satdığı yanacaqda su aşkar olunması müəyyən edildikdən sonra bütün mümkün vasitələrlə (mobil telefonla, e-mail ünvanına rəsmi məktub göndərməklə, videodisk göndərməklə, “w hatsapp” yazışması ilə) cavabdehə məlumat verilmişdir. İddiaçının anbarında qalan dizel yanacağı ilə cavabdehin satdığı dizel yanacağını eyniləşdirmək və müqayisə etmək üçün mütəxəssislərini göndərmək cavabdehə təklif olunmuş, lakin cavabdeh tərəfindən nümayəndə göndərilməmişdir. Bütün sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuş, lakin apellyasiya məhkəməsi bu sübutları düzgün qiymətləndirməmişdir.
31. İddiaçı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, zərərin mövcud olması və bunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması və təqsirli olmasına baxmayaraq, məhkəmə 2024-cü il 26 yanvar tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək dizel yanacağında aparılmış fiziki-kimyəvi göstəricilərinin standartın tələbindən irəli gələn göstəricilərin ə və iş materiallarında olan istehsalçı tərəfindən verilmiş pasportunda qeyd edilmiş faktiki göstəricilərinə uyğun olduğuna istinad etmişdir. Ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş ikinci əsas sualı cavablandırmamış, mübahisənin dizel yanacağının tərkibində su aşkar edilməsi ilə bağlı olmasına baxmayaraq, məhkəmə mübahisəni dəqiqləşdirmək üçün təkrar ekspertiza təyin etməmişdir.
32. Məhkəmə iddiaçının cavabdehdən aldığı dizel yanacağının məhz bazadan iddiaçının yanacaq daşıyan yük avtomobilinə vurularkən keyfiyyətsiz olmasını təsdiq edən sübutları təqdim edə bilməməsini qeyd etmiş, lakin dizel yanacağının cavabdehə məxsus bazadan buraxılarkən müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə olmasını təsdiq edən sənədin də cavabdeh tərəfindən iddiaçıya təqdim edilmədiyini nəzərə almamışdır.
33. İş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən yanacağın tərkibində su aşkar olunması ilə bağlı kifayət qədər sübutlar (videodisk; "xxxx" MMC tərəfindən keçirilmiş texniki baxışın nəticələrinə dair 2022-ci il 3 iyul, 2022-ci il 7 iyul, 2022-ci il 14 iyul və 2022-ci il 19 iyul tarixli təkliflər; "xxxx" MMC 2022-ci il 13 oktyabr tarixli 001155 nömrəli və 001156 nömrəli rəylər; dizel yanacağının nümunəsində aşkar olunmuş suyun miqdarı barədə “SGS Azerbaijan LLC”-nin təqdim etdiyi 2022-ci il 22 sentyabr tarixli analizin cavabı) məhkəməyə təqdim edilmiş, lakin məhkəmə bu sübutlara düzgün hüquqi qiymət verməmişdir.
34. MM-in 581.1, 581.4, 582.1, 586.1, 586.2, 586.3, 587.1.3, 586.2, 586.3 və 588-ci maddələri üzrə - Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini pozm uşdur.
35. MPM-in 14.2, 76.1, 77.1, 78.1, 88 və 217-ci maddələri üzrə - Apellyasiya məhkəməsi sübutları araşdırarkən prosessual baxımdan sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməl i, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Ə gər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.” “Maddə
571. Əşyanın təsadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 571.2. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayr ı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir....” “Maddə
572. Satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir....” “Maddə
588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.”
40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Mad də
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, iddiaçının hazırkı kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniməzmunlu olmaqla, həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası MPM-in 77-ci maddəsinin tələbləri baxımından sübutetmə yükünün ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən belə sübutların aşağı instansiya məhkəmələrinə təqdim edilmədiyini nəzərə alaraq, apellyasiya məhkəməsi tərəfindən hazırkı qərarın 25-26-cı bəndlərində veril miş hüquqi qiymətləndirmə ilə razılaşır və kassasiya şikayətinin analoji dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. 43. “Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir” (Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı).
44. Cavabdehin kassasiya şikayətinin məhkəmə tərəfindən təkrar ekspertizanın keçirilməməsinə dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 26 yanvar tarixli 3-16-16/2-6/6152 nömrəli ekspert rəyi alınmışdır. Ekspertiza rəyi apellyasiya instansiyasının məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə edilmiş, apellyasiya instansiyası məhkəməsində iddiaçı tərə findən təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət təqdim edilməmişdir. İddiaçı tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş 2024-cü il 14 mart tarixli ərizədə isə sözügedən ekspertiza rəyinə münasibət bildirilsə də, təkrar ekspertizanın təyin edilməsi xahiş edilməmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək, ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə dair nəticə əsaslandırılmış, kassator isə hazırkı şikayətində məhkəmənin həmin mövqeyini təkzib edən dəlillərə istinad etməmişdir.
46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələbləri nə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
47. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 mart tarixli 22(103)-37/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.