Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-378/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlkin iddia üzrə iddiaçı “İddiaçı”in ilkin iddia üzrə Cavabdeh MMC-yə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı”ə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi, pul tələbi, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı “X5 Co.Limited” Şirkətinin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh “ X5 Co.Limited” Şirkətinə qarşı "pul" tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya işi üzrə ilkin iddia üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-2(103)60/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İlk iddiaçı “X5 Co.Limited” Şirkəti ilə ilk iddia üzrə Cavabdeh MMC (bundan sonra “MMC”) arasında 2018-ci il 1 mart tarixdə bağlanmış 21/18/SA nömrəli alqı-satğı müqaviləsinin (bundan sonra-“21/18/SA nömrəli müqavilə”) 1.1-ci bəndinə əsasən satıcı Şirkət malları təchiz edir, alıcı MMC isə həmin malları alır. Təchiz ediləcək malların miqdarı, təchiz edilmə müddəti və şərtləri, qiymətləri və ödəniş şərtləri Satınalma Şifarişində(bundan sonra-“SS”) göstəriləc əkdir və SS vahid nömrəyə malik olmaqla bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək.
2. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin ümumi qiyməti SS-də müəyyən olunur və ona uyğun olaraq ödənilir. Ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir. Başqa qayda tərəflərlə SS-də razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 30 gün ərzində satıcının bank hesabına ödənilir.
3. Müqavilənin 3-cü bəndinə əsasən əgər müəyyən edilmiş tarixdə alıcı çatdırılması nəzərdə tutulmuş malları qəbul edə bilməyəcəksə və ya malların qəbulu alıcı tərəfindən gecikdiriləcəksə, bu halda alıcı gecikmənin səbəbi və qəbul olunmanın mümkün olan vaxtı haqqında satıcını dərhal yazılı şəkildə xəbərdar edir. Əgər alıcı malları 8-ci maddədə göstərilən səbəbdən baş qa səbəbə görə qəbul edə bilmirsə, bu halda Satıcı yazılı şəkildə Alıcıdan malların hər hansı məqsədəuyğun vaxtda qəbul olunmasını tələb edə bilər.
4. Müqavilənin 4-cü bəndinə əsasən Satıcı Alıcıya texniki sənədlər və malların yüklənməsi haqqında yüklənmədən 72 saatdan gec olmayan vaxt ərzində elektron poçt vasitəsilə məlumat verməlidir. 5. 21/18/SA nömrəli alğı-satqı müqaviləsinə 02 saylı əlavə razılaşmaya əsasən tərəflər müqaviləni aşağıdakı kimi dəyişmək barədə razılığa gəlirlər: “11.3. Bu Müqavilə 2018-ci il 1 mart tarixindən qüvvəyə minir və 2020-ci il 31 dekabr tarixinə qədər qüvvədə qalır. Əgər tərəflərdən biri digərinə müqavilənin müddətinin bitməsinə 30 gün qalanadək xitam bildirişi göndərməzsə, müqavilənin müddəti növbəti illər üçün uzadılmış hesab edilir.
6. Müqavilə və ona əlav əyə tərəflərin möhürləri vurulmaqla Şirkətin adından Xu hao, MMC-nin adından isə Ramin İsayev tərəfindən imzalarla təsdiq edilmiş, müqavilədə “X5 Co., LTD” Şirkətinin ünvanı Çin Xalq Respublikası, Shanghai şəhəri olaraq göstərilmişdir.
7. İş materiallarında olan Şirkətlər reyestrindən təsis edilmə haqqında ******* saylı Şəhadətnamədən görünür ki, “Shangai SK petroleum equipment Co., Limited” şirkəti 2012ci il 14 fevral tarixdə X2 32-ci fəslinə əsasən Honq Konqda təsis edilmişdir.
8. Adın dəyişdirilməsi haqqında ******* saylı Şəhadətnamədən görünür ki, “Shanghai SK petroleum equipment Co., Limited” şirkəti xüsusi qərarla öz adını dəyişdirərək 2012-ci il 19 iyul tarixdə X2 32-ci fəslinə əsasən “X6 Co., Limited” adı ilə qeydiyyata alınmışdır.
9. Adın dəyişdirilməsi haqqında ******* saylı şəha dətnamədən görünür ki, “X6 Co., Limited” şirkəti xüsusi qərarla öz adını dəyişdirərək, X2 32-ci fəslinə əsasən 2014-cü il 15 oktyabr tarixdə “X5 Co., Limited” adı ilə qeydiyyata alınmışdır.
10. Şirkətin qeydiyyatına dair Qaydalar Forma 2-də “X5 Co., Limited” Şirkətinin (bundan sonra – “Şirkət”) ünvanı Honq Konq, Vanchai, Hennesy Road 253-261, Easey Commercial Building, otaq 803 8/F olaraq qeyd olunmuşdur.
11. Honq Konq Xüsusi İnzibati Regionu rəsmi X13 Ying Janice imzası və möhürü ilə təsdiq edilməklə apostil olunmuş sənədlə Şirkətin onu təmsil etməyə və onun adından etibarnamə verməyə səlahiyyətli olduğuna dair kifayət qədər sübutun verildiyi və Şirkətin təkbaşına direktoru Li Jiaqi tərəfindən Vəkil1, X3, X4 və X1 verilmiş 2021-ci il 18 mart və 2021-ci il 14 aprel tarixli etibarnamələr mö vcuddur.
12. Şirkət tərəfindən MMC-yə 2018-ci il 9 mart tarixli satınalınma sifarişinə əsasən 67.518 ABŞ dolları, 2018-ci il 12 mart tarixli satınalınma sifarişinə əsasən 181.582 ABŞ dolları, 2018-ci il 12 mart tarixli satınalınma sifarişinə əsasən 121.960 ABŞ dolları, 2018-ci il 12 mart tarixli satınalınma sifarişinə əsasən 276.085 ABŞ dolları, 2018-ci il 12 mart tarixli satınalınma sifarişinə əsasən 172.285 ABŞ dolları, 2018-ci il 16 mart tarixli satınalınma sifarişinə əsasən 398.850 ABŞ dolları, 2018-ci il 16 mart tarixli satınalınma sifarişinə əsasən 198.165 ABŞ dolları, 2018-ci il 16 mart tarixli satınalınma sifarişinə əsasən 201.351 ABŞ dolları, 2018-ci il 19 mart tarixli satınalınma sifarişinə əsasən 555.836 ABŞ dolları, 2018-ci il 19 mart tarixli satınalınma sifarişinə əsasən 30. 283 ABŞ dolları, 2018-ci il 21 mart tarixli satınalınma sifarişinə əsasən 981.439 ABŞ dolları, 2018-ci il 29 mart tarixli satınalınma sifarişinə əsasən 69.500 ABŞ dolları, 2018-ci il 06 aprel tarixli satınalınma sifarişinə əsasən 131.912 ABŞ dolları, 2018-ci il 11 iyun tarixli satınalınma sifarişinə əsasən 54.632 ABŞ dolları, 2018-ci il 16 avqust tarixli satınalınma sifarişinə əsasən 550.928 ABŞ dolları, 2018ci il 8 sentyabr tarixli satınalınma sifarişinə əsasən 361.828 ABŞ dolları, 2018-ci il 8 sentyabr tarixli satınalınma sifarişinə əsasən 208.158 ABŞ dolları, 2018-ci il 8 sentyabr tarixli satınalınma sifarişinə əsasən 238.546 ABŞ dolları, 2018-ci il 12 sentyabr tarixli satınalınma sifarişinə əsasən 153.850 ABŞ dolları, 2018-ci il 12 sentyabr tarixli satınalınma sifarişinə əsasən 9500 AB Ş dolları, 2018-ci il 12 sentyabr tarixli satınalınma sifarişinə əsasən 2.938 ABŞ dolları, 2018-ci il 14 sentyabr tarixli satınalınma sifarişinə əsasən 241.610 ABŞ dolları, 2018-ci il 23 sentyabr tarixli satınalınma sifarişinə əsasən 8.820 ABŞ dolları, 2018-ci il 16 oktyabr tarixli satınalınma sifarişinə əsasən 4.516 ABŞ dolları, 2018-ci il 22 aprel tarixli satınalınma sifarişinə əsasən 965.916 ABŞ dolları, 2018-ci il 22 aprel tarixli satınalınma sifarişinə əsasən 239.208 ABŞ dolları, 2019-cu il 23 aprel tarixli satınalınma sifarişinə əsasən 19.680 ABŞ dolları, 2019-cu il 23 aprel tarixli satınalınma sifarişinə əsasən 28.878 ABŞ dolları, 2019-cu il 23 aprel tarixli satınalınma sifarişinə əsasən 29.380 ABŞ dolları, 2019-cu il 23 aprel tarixli satınalınma sifarişinə əsasən 315.956 ABŞ dollar ı, 2019-cu il 23 aprel tarixli satınalınma sifarişinə əsasən 339.366 ABŞ dolları, 2019-cu il 24 aprel tarixli satınalınma sifarişinə əsasən 1.461.556 ABŞ dolları, 2019-cu il 30 aprel tarixli satınalınma sifarişinə əsasən 956.882 ABŞ dolları, 2019-cu il 23 may tarixli satınalınma sifarişinə əsasən 32.420 ABŞ dolları, 2019-cu il 29 may tarixli satınalınma sifarişinə əsasən 445.500 ABŞ dolları, 2019-cu il 30 may tarixli satınalınma sifarişinə əsasən 89.358 ABŞ dolları, 2019-cu il 30 may tarixli satınalınma sifarişinə əsasən 19.890 ABŞ dolları, 2019-cu il 19 iyun tarixli satınalınma sifarişinə əsasən 4.786 ABŞ dolları, 2019-cu il 3 iyul tarixli satınalınma sifarişinə əsasən 9.928 ABŞ dolları, 2019-cu il 27 oktyabr tarixli satınalınma sifarişinə əsasən 171.320 ABŞ dolları, 2019-cu il 25 oktyabr tarixli satınalınma sifarişinə əsasən 1.593.048 ABŞ dolları, 2019-cu il 25 oktyabr tarixli satınalınma sifarişinə əsasən 143.872 ABŞ dolları, 2019-cu il 20 noyabr tarixli satınalınma sifarişinə əsasən 3.493.396 ABŞ dolları, 2019-cu il 29 noyabr tarixli satınalınma sifarişinə əsasən 4.322 ABŞ dolları, 2019-cu il 6 dekabr tarixli satınalınma sifarişinə əsasən 28.992 ABŞ dolları, 2019-cu il 6 dekabr tarixli satınalınma sifarişinə əsasən 6.088 ABŞ dolları, 2020-ci il 17 fevral tarixli satınalınma sifarişinə əsasən 2.103.188 ABŞ dolları, 2020-ci il 27 aprel tarixli satınalınma sifarişinə əsasən 79.460 ABŞ dolları, 2020-ci il 4 may tarixli satınalınma sifarişinə əsasən 13.152 ABŞ dolları, 2020-ci il 12 iyun tarixli satınalınma sifarişinə əsasən 100.500 ABŞ dolları, 2020-ci il 12 iyun tarixli sa tınalınma sifarişinə əsasən 100.500 ABŞ dolları, 2019-cu il 24 avqust tarixli satınalınma sifarişinə əsasən 824.308 ABŞ dolları, 2019-cu il 6 dekabr tarixli satınalınma sifarişinə əsasən 3.280 ABŞ dolları məbləğində malların çatdırılması razılaşdırılmışdır. 13. “Göndərən” Şirkət, "xxxx" isə MMC olmaqla **********3232 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 1.708.469,00 ABŞ dolları, **********5196 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 263.812,00 ABŞ dolları, **********6136 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 363.546.00 ABŞ dolları, **********7326 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 990.259,00 ABŞ dolları, **********3487 saylı gömrük bəyənnaməsində valyuta və malların ümu mi invoys dəyəri 306.228,00 ABŞ dolları, **********7401 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 153.456,00 ABŞ dolları, **********7506 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 54.632,00 ABŞ dolları, **********9200 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 947.587,00 ABŞ dolları, **********6863 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 52.983,00 ABŞ dolları, **********5474 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 9500,00 ABŞ dolları, **********3464 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 193.288.00 ABŞ dolları, **********9966 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 4.516 ABŞ dolları, **********6753 say lı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 3.509.240,00 ABŞ dolları, **********1657 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 365.772,00 ABŞ dolları, **********1747 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 19.680,00 ABŞ dolları, **********1522 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 344.834,00 ABŞ dolları, **********6982 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 209.808,00 ABŞ dolları, **********7107 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 129.558,00 ABŞ dolları, **********1005 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 268.436,00 ABŞ dolları, **********0552 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 708.336,00 ABŞ dolları, **********4681 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 61.479,00 ABŞ dolları, **********4683 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 61.479,00 ABŞ dolları, **********8497 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 81.972,00 ABŞ dolları, **********6955 saylı gömrük bəyənnaməsində göndərən Şirkət, qəbul edən MMC, valyuta və malların ümumi invoys dəyəri 20.493,00 ABŞ dolları, **********2483 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 20.493,00 ABŞ dolları, **********4979 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 20.493,00 ABŞ dolları, **********4790 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 20.493,00 ABŞ dolları, **********5858 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 1336976,00 ABŞ dolları, **********5531 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 427.392,00 ABŞ dolları, **********4697 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 42.830,00 ABŞ dolları, **********5943 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 2.330.747,00 ABŞ dolları, **********8923 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 1.148.811,00 ABŞ dolları, **********3373 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 696.434,00 ABŞ dolları, **********9165 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 215.404,00 ABŞ dolları, **********9815 saylı gömrük bəyənn aməsində valyuta və malların ümumi invoys dəyəri 13.152,00 ABŞ dolları, **********4748 saylı gömrük bəyənnaməsində valyuta və malların ümumi invoys dəyəri 100.500,00 ABŞ dolları əks olunmuşdur.
14. Şirkət tərəfindən MMC-yə 2021-ci il 18 yanvar tarixdə pretenziya göndərilərək MMC-nin Şirkətə 2.971.801,40 ABŞ dolları borcunun mövcud olduğu bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. Şirkət 2021-ci il 18 may tarixində MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi, daha sonra 2021-ci il 14 iyul tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, cavabdehdən 2.978.526,40 ABŞ dolları məbləğində əsas borcun, pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğində h esablanmış 79.155,36 ABŞ dolları məbləğində faizin, 2021-ci il 13 iyul tarixindən hesablanmaqla 2.978.526,40 ABŞ dolları məbləğində pulun tam ödənilməsinə qədər hər təqvim günü üçün 408,20 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət ilə MMC arasında 21/18/SA nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Alğı-Satqı Müqaviləsinə əsasən MMC Şirkətdən mallar sifariş etmiş, Şirkət MMC-nin sifarişləri əsasında MMC-yə ümumilikdə 17.207.588 ABŞ Dolları məbləğində mal təqdim etmiş, MMC həmin malları qəbul etmişdir. 17.207.588 ABŞ dolları məbləğində malın MMC tərəfindən Şirkətdən qəbul olunması faktı 36 sayda gömrük bəyannamələri ilə sübut edilir. Bəyannamələrin “valyuta və mal ların ümumi invoys dəyəri” adlanan 22-ci qrafasında cavabdehin iddiaçıdan qəbul etdiyi malların ABŞ Dollarında invoys dəyəri göstərilmişdir. Beləliklə, 36 sayda gömrük bəyannamələri ilə sübut olunur ki, MMC 21/18/SA saylı alqı-satqı müqaviləsi əsasında iddiaçıdan invoys dəyəri ümumilikdə 17.207.588 ABŞ Dollar olan mal qəbul etmişdir. Bundan əlavə, bəyannamələr ilə sübut olunur ki, Şirkət MMC-yə mallara dair bütün tələb edilən sənədləri, o cümlədən mallar üzrə hesab-faktura (invoys) təqdim etmişdir, çünki bəyannamələrdə həmin hesab-fakturaya (invoys) istinad edilir və Şirkət tərəfindən hər hansı bir sənəd təqdim edilməmiş olsaydı, malların gömrük rəsmiləşdirilməsi baş tutmuş olmazdı. MMC müqavilə üzrə malları Şirkətdən qəbul etməsinə və hesab faktura almasına baxmayaraq bugünədək onların də yərini tam şəkildə Şirkətə ödəməmişdir. MMC Şirkətdən faktiki aldığı 17.207.588 ABŞ Dolları məbləğində malın yalnız 14.229.061,60 ABŞ Dolları hissəsini ödəmiş, yerdə qalan 2.978.526,40 ABŞ Dollan məbləğini ödəməmişdir. Şirkət malların dəyərinin tam ödənilməsi barədə MMC-yə pretenziya məktubu göndərməsinə baxmayaraq, MMC malların dəyərini hələ də ödəməmişdir.
17. İlk iddia tələbinin maddi hüquqi əsası kimi “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası qanununun 1.1, 24.1-ci, Vyana Konvensiyasının 1, 25, 53, 59,61,62-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 445.7, 567, 568.1, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad edilmişdir.
18. MMC 2021-ci il 30 iyun tarixində Şirkətə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi və Şirkətdən 8.048.061,3 ABŞ məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış, həmin müqavilə üzrə onlara təhvil verilmiş malların dəyəri 17.207.588 ABŞ dolları deyil, 6.181.000 ABŞ dolları təşkil etmişdir. Həmin mallara görə MMC tərəfindən Şirkətə 14.229.061,6 ABŞ dolları məbləğində pul ödənilmişdir. Göründüyü kimi, alınan mallara görə onların dəyərindən 2 dəfə artıq pul ödənilməsinə baxmayaraq, onlardan əlavə olaraq pul ödənilməsi tələb edilir. Şirkət əsassız varlanma ilə əlavə pul tələb edir, Şirkət onların keçmiş rəhbərliyi ilə əlbir olaraq onların vəsaitlərini mənimsəyir. Bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir. Bundan əlavə, müqavilə imzalanarkən Şirkətin baş direktorunun belə bir müqaviləni imzalamağa səlahiyyəti olmamışdır. Həmin müqavilənin imzalanması səlahiyyəti onların Nizamnaməsinin 10.11.5-ci maddəsinin tələbinə əsasən Direktorlar Şurasının səlahiyyətlərinə daxildir. Həmin müqavilənin imzalanmasına isə Direktorlar Şurası tərəfindən razılıq verilməmişdir. Razılıq olmadığından hər iki hüquqi şəxsin rəhbəri öz şəxsi mənafelərinə uyğun olaraq əlbir şəkildə belə bir addım atmışlar.
20. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 49-1.1.3, 49.1.1.5, 49-1.3, 349, 350, 358.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 155.1-ci maddələrinə istinad edilmişdir.
21. İlk iddiaçı 2021-ci il 14 iyul tarixdə qarşılıqlı iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Çin Xalq Respublikasında yerləşən bir şirkət olmaqla iddiaçının büdcəsinin hazırlanmasında, təsdiq edilməsində iştirak etmir, MMC özünün büdcəsinə daxil olan əqdlərin siyahısını heç vaxt onlara bildirməmiş, belə olan halda onlar MMC-nin direktorunun həmin müqaviləni bağlamağa səlahiyyətinin olmadığını bilə bilməzdilər.
22. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 avqust tarixli, e-2-2(113)-2657/2021 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, MMC-dən 2.978.526,40 ABŞ dolları məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 79.155,36 ABŞ dolları məbləğində faiz, ümumilikdə 3.057.681,76 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq Şirkətə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin Şirkətə aid edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, MMC-nin Şirkətə qarşı "pul" tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
23. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduqda, müqavilə bağlanarkən MMC-nin baş direktorunun belə bir səlahiyyətə malik olmamasının qarşı tərəfin bildiyini və ya bilməli olduğunu sübut etmək vəzifəsi MMC-nin üzərinə düşmüş, lakin MMC bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
24. Haz ırkı alqı-satqı müqaviləsi MMC-nin səlahiyyətsiz şəxsi tərəfindən imzalansa da, MMC həmin müqavilə üzrə alınan malların gömrük rəsmiləşdirilmələrini həyata keçirməklə, bundan əlavə onların dəyərinin əksər hissəsini ödəməklə həmin əqdi (müqaviləni) qapalı bir şəkildə bəyənmişdir. Nəticədə alqı-satqı müqaviləsi MMC-nin hüquqi sferasında hüquqi nəticələr doğurmaqla bağlandığı andan etibarlı olmuşdur. Bu baxımdan bəyənilmiş müqavilənin sonradan MMC tərəfindən mübahisələndirilməsi Mülki Məcəllənin tələblərinə uyğun sayıla bilməz. Hüquqi şəxsin istənilən işçisi xidməti vəzifəsini icra edən zaman hüquq pozuntusuna yol verdiyi halda, bu, hüquqi şəxs tərəfindən hüquq pozuntusuna yol verilmiş kimi hesab edilir.
25. Bundan əlavə, məhkəmə MMC-nin müqavilə üzrə onlara təhvil verilmiş malların dəyərinin əslində 17.207.588 ABŞ dolları deyil, 6.181.000 ABŞ dolları təşkil etməsi, həmin mallara görə tərəflərindən cavabdehə onların dəyərindən 2 dəfə artıq pul ödənilməsi (14.229.061,6 ABŞ dolları) barədə dəlili ilə razılaşmamışdır. Belə ki, satınalınma sifarişlərinə əsasən Şirkət tərəfindən MMC-yə təhvil veriləcək malların qiyməti əvvəlcədən razılaşdırılmış, bununla da MMC həmin mallara görə razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Alınan malların dəyərinin əksər hissəsi ödənilmiş, lakin həmin mallarının dəyərinin yüksək olması barədə satıcıya hər hansı pretenziya bildirilməmiş, bu hal yalnız məhkəmə araşdırması gedişində mübahisələndirilmişdir.
26. İlk iddia ərizəsində əsas borcla yanaşı, borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğində hesablanmış 79.155,36 ABŞ dolları məbləğində faizin tutularaq Şirkətə ödənilməli olması göstərilmişdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və MMC-nin özü tərəfindən də təkzib edilmədiyindən Şirkətin həmin tələbi borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləğində hesablanmış 79.155,36 ABŞ dolları məbləğində faizin tutulması hissəsində də əsaslı olmuşdur.
27. Bununla yanaşı, ilk iddia ərizəsində 2021-ci il 13 iyul tarixindən hesablanmaqla 2.978.526,40 ABŞ dolları məbləğində pulun tam ödənilməsinə qədər hər təqvim günü üçün 408,20 ABŞ dolları məbləğində faizin tutularaq Şirkətə ödənilməli olması göstərilsə də, bu hissədə iddia tələbi qeyri-dəqiq olduğundan və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsaslı olmamışdır.
28. İlk iddianın əsaslı olduğu, yəni MMC-nin alğı-satqı müqaviləsi üzrə yaranmış borcunun və həmin borcun gecikdirilməsinə görə illik 5 faiz məbləğində pulun Şirkətə ödənilməli olması müəyyən edildiyindən, məhkəmə qarşılıqlı iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmaması nəticəsinə gəlmişdir.
29. Məhkəmə öz qətnaməsini MM-in 350, 357, 358.2, 360.1, 360.2, 385.1, 386.1, 398.1, 399.1, 442, 445.1, 445.2, 445.7, 567, 598.1, 598.2, 600.1, 600.2, 600.4, MPM-in 14.2, 77.1, 119.1, 217.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına, Avropa İnsan hüquqları məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
30. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1167/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 21 dekabr tarixli, 9/8214 saylı ekspert rəyinə əsasən MMC tərəfindən Şirkətə sifariş verilən malların ümumi dəyərinin 18.745.722,0 ABŞ dolları, Şirkət tərəfindən MMC-yə göndərilən (gömrük bəyannamələri mövcud olan) malların invoys dəyərinin (bəyannamələrin 22-ci qrafasında nəzərd ə tutulmuş) cəminin 17.207.588,0 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur.
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-2(103)-60/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər– V.Məmmədov və R.Qurbanov).
33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda §§ 13-25 ) ilə razılaşmış və əlavə olaraq Şirkət tərəfindən MMC-yə təhvil verilmiş malların 14.229.061,60 ABŞ dolları dəyərində olan hissəsinin ödənildiyini qeyd etməklə, 2018-ci il 1 sentyabr tarixində bağlanmış müqavilənin MMC tərəfindən mübahisələndirilməsi üçün bir illik kəsici müddətin ötürülməsi nəticəsinə gəlmişdir.
34. MMC-nin müqavilə üzrə təhvil verilmiş malların dəyərinin əslində 17.207.588 ABŞ dolları deyil, 6.181.000 ABŞ dolları təşkil etməsi, həmin mallara görə tərəflərindən Şirkətə onların dəyərindən 2 dəfə artıq pul ödənilməsi barədə dəlili məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamış, ekspert rəyi ilə MMC-nin sifarişi əsasında Şirkət tərəfindən Azərbaycan Respublikasına gətirilmiş və alıcıya təhvil verilmiş malların qarşılıqlı iddia ərizəsində qeyd edildiyi kimi 6.181.000 ABŞ dolları deyil, 17.207.588 ABŞ dolları dəyərində olduğu öz təsdiqini tapmışdır. Məhz buna görə də MMC tərəfindən Şirkətə 14.229.061,60 ABŞ dolları ödəniş edilmiş, təhvil alınmış malın dəyərindən 2.978.526,40 ABŞ dolları məbləğində borc ödənilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC-nin apellyasiya şikay ətinə əlavədə irəli sürdüyü mülahizələr onun qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti ilə ziddiyyət təşkil etmişdir. Belə ki, MMC həm hazırda ona qarşı iddia irəli sürmüş şirkətin onunla alğı-satqı müqaviləsi bağlamış Şirkət olmadığını iddia etmiş, həm də həmin şirkətə qarşı müqavilə üzrə sonuncuya ödənilmiş vəsaitin bir hissəsinin geri qaytarılmasını tələb etmişdir. Apellyasiya məhkəməsi MMC-nin mülahizələrinə münasibətdə vurğulamışdır ki, hüquqi şəxsin hüquqi və fakitiki fəaliyyət göstərdiyi ünvanların, o cümlədən direktorunun sonradan dəyişilməsi, hətta bir neçə direktorunun olması mümkün olduğundan Şirkət tərəfindən nümayəndəyə və digərlərinə verilmiş etibarnamədə şirkətin ünvanının və direktorun adının müqavilədə qeyd edilənlərdən fərqli olması həmin şirkətin başqa bir hüquqi şəxs olması və hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun omadığına dair nəticəyə gəlmək üçün əsas ola bilməz. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində və nümayəndəyə verilmiş etibarnamədəki möhür əksinin eyni olması, müqavilənin və digər sənədlərin surətlərinin iddiaçıda olması, həmin sənədlərin apostil edilməsi səbəbindən məhkəmə MMC-nin iddianın əsl iddiaçı tərəfindən irəli sürülmədiyinə dair ehtimallara əsaslanan və hər hansı mötəbər sübutla təsdiq edilməyən mülahizələrinin əsassız olması qənaətinə gəlmişdir.
36. Məhkəmə öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
37. Qətnamə 2022-ci il 18 fevral tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
38. MMC 2022-ci il 14 a prel tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Şirkətin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
39. Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 30 iyul tarixli qərarına uyğun olaraq iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdıran zaman məlum olmuşdur ki, işdə olan tərəflər arasında bağlanmış 21/18/SA nömrəli alqı-satqı müqaviləsində Şirkətin təsis olduğu yer Çin Xalq Respublikası, ünvan Otaq 1048, Bina nömrə 339, Qilianshan yolu, Shanghai, baş direktoru isə Xu hao olaraq göstərilmiş, lakin, hazırkı iş üzrə nümayəndəyə verilmiş etibarnamədə və digər sənədlərdə isə Şirkətin təsis olduğu yer Honq Konq, ünvanı isə Vanchai, Hennesy Roa d 253-261, X9, Otaq 80 8/F, direktoru isə Li Jiaqi olaraq göstərilmişdir.
40. Göründüyü kimi hazırkı iddia tələbi 21/18/SA nömrəli Müqavilə tərəfi olaraq Çin Xalq Respublikası, ünvan Otaq 1048, Bina nömrə 339, Qilianshan yolu, Shanghai ünvanda yerləşən Şirkət deyil, iddia, tələb hüququ olmayan, başqa yurisdiksiyada təsis olunan, başqa şəhər və başqa ünvanda fəaliyyət göstərən Şirkət tərəfindən qaldırılmışdır. Həmçinin, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Gömrük Bəyannamələrində də mal göndərənin ünvanı kimi müqavilə tərəfi olan Şirkətin yerləşdiyi Room:1048, 1Building, No339, Line 1035, X11, Şanxay ünvanı qeyd edilib. Bu hal bir daha təsdiq edir ki, hazırkı iş üzrə Şirkət MMC müqavilə tərəfi olmuş Şirkəti deyil, başqa yurisdiksiyada yerləşən şirkətdir.
41. Çin Xalq Respublikasında və Honq Konq ərazisində aparılan rəsmiləşmə işlərində birmənalı şəkildə Honq Konq qanunvericiliyi sözü qeyd edilir. Hazırkı iş üzrə iddiaçının etibarnaməsində də eyni olaraq Honq Konq qanunvericiliyi sözü qeyd edilib və əvvəlki məhkəmə prosesində bu hal tərəflərindən məhkəmənin diqqətinə çatdırılmışdır.Belə olan halda eyni adlı şirkətin həm Honq Konq, həmdə Şanxayda təsis edilməsi üçün heç bir məhdudiyyət yoxdur və eyni adlı şirkətin adından istifadə etməklə bir- birinə aid sənədlərin əldə edilməsi halı da istisna edilmir.
42. Mülki iş materiallarından da göründüyü kimi, müqavilədə qeyd olunan rekvizitlərlə iddiaçı şirkətin təsis və digər sənədlərində olan məlumatları müqayisə edərkən məlum olur ki, şirkətlərin yalnız adları eynilik təşkil edir. İddiaçı Şirkətin nümayəndəsi tərəfindən isə yu xarıda qeyd edilən halları təkzib edən hər hansı bir sübut təqdim olunmamışdır. Beləliklə, hazırkı iddia tələbi, tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən yəni, 21/18/SA nömrəli müqaviləyə tərəf olmayan hüquqi şəxs tərəfindən verildiyindən Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 avqust tarixli, e-2-2(113)- 2657/2021 saylı qətnaməsi iddia tələbi təmin olunan hissədə ləğv edilməli və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
43. Həmçinin hazırkı iş üzrə ilk iddiaçı Şirkətin eyni nümayəndəsi Vəkil1 iştirakı ilə “X7 Co. Limited” şirkəti tərəfindən də MMC-yə qarşı “pul tələbinə dair” eyni xarakterli iddia qaldırmışdır. Həmin məhkəmə mübahisəsi də Bakı Kommersiya Məhkəməsində baxılaraq araşdırılmış və vəsatətdə qeyd edilən əsaslarla yəni, iddiaçı şirkətlə müqavilə tərəfi olan şirkətin ayrı-ayrı şirkətlər olması faktı müəyyən edilərək iddia tələbi 2021-ci il 5 noyabr tarixli 2- 2(113)-2601/2021 saylı qətnamə ilə rədd edilmiş və hətta iddiaçı tərəf məhkəmənin mövqeyi ilə razılaşaraq həmin qətnamədən apellyasiya şikayəti verməmişdir.
44. Şirkətin subyektiv hüququnun olmaması müəyyən edildiyi təqdirdə MMC-yə qaldırdığı iddia tələbi birbaşa rədd edilməlidir. Bu baxımdan apelyasiya şikayətinin dəlillərindən olan iddiaçının müqavilə tərəfi olan şirkət olmaması və müqavilə tərəfi olan Şirkətin hal-hazırda iddia qaldıran Şirkət olmadığı və Honq Konq qanunvericiliyi və Çin Xalq Respublikasının qanunvericiliyinin eyni adda şirkətin qeydiyyata alınmasına icazə verdiyini və onların hər birinin iqtisadi sahədə müstəqil qanunvericiliyinin mövcudluğu və bu halın hamı tərəfindən, o cümlədən bütün dünya ölkələri tərəfindən qəbul edildiyini təsdiq edən sübutların məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmənin öz vəzifəsini icra edərək həmin dəlillərlə bağlı araşdırma aparmadığı işin təkzib edilməz halıdır. Məhkəmə qətnaməsini əsaslandırarkən MMC-nin apelyasiya şikayətinin dəlillərinə və Şirkətin MMC ilə müqavilə tərəfi olmayan şirkət olması ilə bağlı MMC tərəfindən təqdim etdiyi təkzib edilməz sübutlara yalnış olaraq mülahizə kimi qiymət vermişdir. Halbuki, həmin hallar hamı tərəfindən qəbul edilmiş sübutlardır. Eyni zamanda MMC-nin nümayəndəsinin məhkəmədəki izahatını təhrif edilmiş formada qətnaməsində əsaslandıraraq qeyd edib ki, MMC həm hazırda ona qarşı iddia irəli sürmüş şirkətin onunla alğı-satqı müqaviləsi bağlamış Şirkət olmadığı nı iddia edir, həm də həmin Şirkətə qarşı qaldırdığı qarşılıqlı iddianı müdafiə edərək müqavilə üzrə həmin şirkətə ödənilmiş pul vəsaitinin bir hissəsinin geri qaytarılmasını tələb edir”. Halbuki, apelyasiya instansiyasında məhkəmə iclasları zamanı dəfələrlə bildirilmişdir ki, iddia tələbini mahiyyəti üzrə araşdırmadan öncə iddiaçının iddia qaldırmaq hüququnun olub-olmaması tam, hərtərəfli araşdırılmalıdır. İş üzrə Şirkətin MMC ilə müqavilə tərəfi olmayan şirkət olması halı birinci instansiya məhkəməsində qətnamə çıxarıldıqdan sonra məlum olmuş və ona görə də MMC-nin qarşılıqlı iddiasına birinci dəlilə yəni iddiaçı ilə müqavilə tərəfi olan şirkətin eyni şirkət olub-olmaması müəyyənləşdirildikdən sonra hüquqi qiymət verilməlidir. Lakin, məhkəmə qətnamədə MMC-nin nümayəndəsinin izahatını təh rif etmişdir.
45. Məhkəmənin ikinci istinad etdiyi hal isə ondan ibarət olmuşdur ki, “şirkətin hüquqi ünvanının dəyişdirilməsi, direktorunun dəyişdirilməsi, hətta bir neçə direktorunun olması mümkün olduğundan həmin şirkətin başqa bir hüquqi şəxs olması və hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olmadığına dair nəticəyə gəlmək üçün əsas deyil”. Lakin, məhkəmə, Şirkətin nə hüquqi ünvanının dəyişdirilib-dəyişdirilməməsi, nə əvvəllər Xu Hao adlı baş direktorunun olub-olmamasını, direktorun dəyişməsini təsdiq edən sübutların olubolmamasını, müqavilədə qeyd edilən ünvanda fəaliyyət göstərib göstərməməsini təsdiq edən sübutların mövcudluğunu araşdırmamışdır. Halbuki, hər iclasda yuxarıda qeyd edilən halları təsdiq edən sübutların Şirkət tərəfindən təqdim edilməsi MMC tərəfindən tələb e dilmişdir. Məhkəmə isə öz mülahizəsi ilə istinad etdiyi halları olmasını hər hansı bir sübutla təsdiq edilmir və həmçinin belə bir sübutun olub-olmamasını araşdırmaqda maraqlı olmadığı aydın görünür. Halbuki, müqavilə tərəfi olan şirkətlə iddia qaldıran şirkətlərin hüquqi ünvanlarının olduğu inzibati ərazi başqa-başqa qanunvericiliklə - Çin Xalq Respublikasının və Honq Konq qanunvericiliyi ilə idarə edilməsi və ona görə də hər iki inzibati ərazidə eyni adlı və eyni möhürə malik başqa-başqa hüquqi şəxslərin təsis etdilməsi mümkündür. Beləliklə məhkəmə hər iki şirkətin təsis edildiyi və hüquqi ünvanının olduğu inzibati ərazinin eyni qanunvericiliklə idarə olunmadığını bilməli idi. Məhz ilk iddiaçının MMC-nin apellyasiya şikayətində göstərilən müvafiq dəlillərə münasibətdə inkaredici mövqe gö stərməyərək yalnız MMC tərəfindən müvafiq dəlillərin birinci instansiya məhkəməsinə təqdim olunmamasını qeyd etməsi, göstərilən halın ilk iddiaçının nümayəndəsi tərəfindən də təkzib olunmadığının göstəricisidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Şirkət kassasiya şikayətinə qarşı etiraz təqdim edərək MMC-nin hazırki iş üzrə iddianın tələb hüququ olmayan şəxs tərəfindən verilməsinə dair "xxxx" tamamilə əsassız hesab etdiyini bildirmişdir. Belə ki, MMC bu hala istinad edərək iddiaya qarşı etiraz edirsə bunu sübut etmək də, sonuncunun üzərinə düşür. MMC isə bu halı təsdiqləyəcək heç bir sübut təqdim edə bilməmişdir. Hüquqi şəxsin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanların, o cümlədən direktorunun sonradan dəyişməsi, hətta bir neçə direktorunun olması mümkün olduğundan Şirkət tərəfindən nümayəndəyə və digərlərinə verilmiş etibarnamədə şirkətin ünvanın və direktorunun adının fərqli olması həmin şirkətin başqa hüquqi şəxs olması və hazırki iddianı irəli sürməyə subyektiv hüququnun olmadığına dair nəticəyə gəlmək üçün əsas hesab edilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, bağlanmış alqı-satqı müqaviləsində və verilmiş etibarnamədə möhürlər eynidir. Üstəlik bütün sənədlərin bizdə olması və həmin sənədlərin rəsmi qaydada təsdiqlənməsi (apostil edilməsi) MMC-nin hazırki mövqeyinin hər-hansı mötəbər sübutla təsdiq edilməyən şifahi mülahizədən ibarət olduğunu təsdiq edir.
47. İlk iddiaçı Şirkət MMC-nin kassasiya şikayətinə qarşı təqdim etdiyi etiraza əlavə verərək bildirmişdir ki, "X5 Co., Limited" şirkəti Çin Xalq Respublikasının Hong-Kong əyalətində tə sis olunmuşdur və həmin şirkətin baş ofisi (icra orqanı) Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşir.
48. Məhz bu səbəbdən də həmin şirkətin hazırkı iş üzrə nümayəndəsinə verdiyi etibarnamədə şirkətin Çin Xalq Respublikasının Hong-Kong əyalətində olan hüquqi (qeydiyyat) ünvanı göstərilir, müqavilədə (yük gömrük bayannamələrində) isə həmin şirkətin baş ofisinin (icra orqanının) olduğu (təkcə "xxxx" MMC-ilə bağlanılan müqavilələrdə deyil, bütün bağlanan müqavilələr üzrə sifarişlərin icra olunduğu) faktiki ünvan öz əksini tapmışdır. Belə ki, 21/18/SA nömrəli 2018-ci il 1 mart tarixli alqı-satqı müqaviləsinin 12.2-ci maddəsində də birmənalı şəkildə göstərilir ki, Çinin Şanxay şəhərində olan ünvan "X5 Co., Limited" şirkətinin "xxxx". Şirkətin bir ünvanda qeydiyyatda olması və digər bir ünvanda faktiki yerləşməsi normal haldır. Şirkətin hüquqi ünvanı ilə faktiki ünvanın eyni olmaması şirkətin fərqli şirkət olduğuna dəlalət etmir.
49. Bundan əlava, "X5 Co., Limited" şirkətinin baş ofisi (icra orqanı) Çin Xalq Respublikasının Şanxay şəhərində faktiki yerləşdiyindən, şirkətin bank hesabı da həmin şirkətin baş ofisinin (icra orqanın) faktiki olduğu yer üzrə yerləşən bankda, yəni Şanxayda açılmışdır. "SOCAR-AQS MMC də "X5 Co., Limited" şirkətinə müqavilə üzrə ödənişləri həmin şirkətin baş ofisinin (icra orqanın) faktiki olduğu yer üzrə yerləşən bankdakı hesabına ödəmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət m ümkün hesab edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
53. Azərbaycan Respublikası Mülki Məcəlləsi nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtın da icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “M addə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılması nı tələb edə bilər.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına d air” 2008-ci il 30 iyul tarixli qərarında göstərilmişdir ki Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Be lə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-2(103)-60/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
57. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, işdə olan tərəflər arasında bağlanmış 21/18/SA nömrəli alqı-satqı müqaviləsində Şirkətin təsis olduğu yer Çin Xalq Respublikası, ünvan Otaq 1048, Bina nömrə 339, Qilianshan yolu, Shanghai, baş direktoru isə Xu Hao olaraq göstərilmiş, lakin iş üzrə nümayəndəyə verilmiş etibarnamədə və digər sənədlərdə Şirkətin təsis olduğu yer Honq Konq, ünvanı isə Vanchai, Hennesy Road 253-261, X9, Otaq 80 8/F, direktoru isə Li Jiaqi olaraq göstərilmişdir. Göründüyü kimi hazırkı iddia tələbi 21/18/SA nömrəli Müqavilə tərəfi olaraq Çin Xalq Respublikası, ünvan Otaq 1048, Bina nömrə 339, Qilia nshan yolu, Shanghai ünvanında yerləşən Şirkət tərəfindən deyil, iddia tələbi hüququ olmayan Şanxay, X11 Room:1048, Line 1035, 1Building, No339 ünvanında yerləşən Şirkət tərəfindən qaldırılmışdır. Həmçinin, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Gömrük Bəyannamələrində də mal göndərənin ünvanı kimi müqavilə tərəfi olan Şirkətin yerləşdiyi ünvanı qeyd edilib.
58. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin analoji dəliləri ilə bağlı qeyd etmişdir ki, hüquqi şəxsin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanların, o cümlədən direktorunun sonradan dəyişilməsi, hətta bir neçə direktorunun olması mümkün olduğundan, Şirkət tərəfindən nümayəndəyə və digərlərinə verilmiş etibarnamədə şirkətin ünvanının və direktorun adının müqavilədə qeyd edilənlərdən fərqli olması həmin şirkətin başqa bir hüquqi şəxs olması və hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olmadığına dair nəticəyə gəlmək üçün əsas ola bilməz.
59. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
60. İlk olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növ bədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
61. İş materiallarından da göründüyü kimi Apellyasiya Məhkəməsi gəldiyi nəticəni heç bir konkret və mötəbər sübutla əsaslandırmamış, faktiki olaraq apellyasiya şikayətinin həmin dəlili üzrə hər hansı əlavə araşdırma aparılmasına zərurət görməmiş, MMC-nin apellyasiya şikayətinə əlavədə irəli sürdüyü mülahizələrin onun qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti ilə ziddiyyət təşkil etdiyini göstərməklə kifayətlənmiş, şikayətin həmin dəlilinə müfəssəl hüquqi qiymət verilməsini təmin etməmişdir. İş materiallarında isə sözügedən hüquqi şəxslərin eyni hüquqi şəxslər olması barədə mötəbər sənədlər olmadığından kollegiya tərəfindən bu barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir.
62. Hazırkı halda isə hər iki şirkətin əslində eyni hüquqi şəxs olmasını sübutetmə yükü mülki prosessual qanunvericiliyə əsasən iddiaçının üzərinə düşür və istər işə apellyasiya qaydasında baxılarkən, istərsə də işin kassasiya icraatında olduğu müddət ərzində iddiaçı bu hallara dair məhkəmə tərkibinə mötəbərliyi şübhə doğurmayan konkret sübutlar təqdim etməmiş, yalnız özünün subyektiv xarakterli mülahizələrini bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər iki hüquqi şəxsin əslində eyni hüquqi şəxs olması subyektiv mülahizələrlə deyil, Çin Xalq Respublikasınının hüquqi şəxslərin qeydiyyatını aparan dövlət orqanının verdiyi rəsmi sənədlərlə müəyyən edilə bilər. Hazırkı iş materiallarında isə buna dair ÇXRnın rəsmi dövlət orqanlarının verdiyi belə bir sənəd yoxdur.
63. İşə yenidən baxılarkən qeyd edilən n öqsanlar aradan qaldırılmalı, tərəflər arasında bağlanmış 21/18/SA nömrəli alqı-satqı müqaviləsində Çin Xalq Respublikası, Shanghai şəhərində, ünvan Otaq 1048, Bina nömrə 339, Qilianshan yolunda yerləşən şirkətlə, Honq Konq şəhərində yerəşən (ünvanı Vanchai, Hennesy Road 253-261, X9, Otaq 80 8/F) şirkətin eyni hüquqi şəxslər olub-olmaması rəsmi sənədlər əsasında dəqiq müəyyən edilməli, müqavilə Çin Xalq Respublikasının Shanghai şəhərində yerləşən hüquqi şəxslə bağlandığı, müqavilə üzrə ödənişlər həmin şəhərdə yerləşən hüquqi şəxsə ödənildiyi halda, hazırkı iddianın qaldırılması üçün nümayəndəyə etibarnamənin Honq Konq şəhərində yerəşən eyni adlı şirkət tərəfindən verilməsinin səbəblərinə aydınlıq gətirilməli və nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.
64. Beləl iklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-2(103)60/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: 66. "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-2(103)-60/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.