Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-379/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 9 fevral tarixli 2-2(103)-187/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci və apellyasi ya instansiyası məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC (bundan sonra-iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra-cavabdeh) qarşı “müqavilə üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 161.065,56 ABŞ dolları əsas borc, 7543,23 ABŞ dolları faiz borcu və 212.211,1 ABŞ dolları cərimə borcu olmaqla cəmi 380.819,89 ABŞ dolları və 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 noyabr tarixli 2-2(113)-3232/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 161.065,56 (yüz altmış bir min altmış beş dollar, əlli altı sent) ABŞ dolları əsas borc, 7543,23 (yeddi min beş yüz qırx üç dollar iyirmi üç sent) ABŞ doll arı faiz borcu və 2122 (iki min yüz iyirmi iki) ABŞ dolları cərimə borcu olmaqla cəmi 170.730,79 (yüz yetmiş min yeddi yüz otuz dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim S.Nuriyeva).
3. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddia tələbinin cərimə borcuna dair təmin edilməyən hissəsində ləğv edilməsi, cavabdehdən 212.211.1 ABŞ dolları cərimə borcunun tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Həmçinin cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2022-ci il 9 fevral tarixli 22(103)-187/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 noyabr tarixli e-2-2(113)-3232/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən- məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov, V.Məmmədov).
6. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. İİ. Kassasiya instansiyası məhkəməsində icraat a) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
7. İddiaçı tərəfindən verilmiş kassas iya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin qismən- iddia tələbinin cərimə borcuna dair təmin edilməyən hissəsində ləğv edilməsi, cavabdehdən 212.211.1 ABŞ dolları cərimə borcunun tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
10. Kassasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 2022-ci il 05 may tarixli ərizədə cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə tutulmuş 161.065,56 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə) məbləğində pulun tam ödənilməsi səbəbindən iddiaçının iddiadan və kassasiya şikayətindən imtina etdiyi göstərilmiş, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İİİ. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. …… 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabde hin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdi q edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;...” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri....... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxı lmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər”. İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə 2022-ci il 05 may tarixli ərizəni yuxarıda qeyd olunan (mətni üçün bax «Tətbiq edilən hüquq» §11) prosessual hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiadan imtinanın qəbul edilməməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından qəbul edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir (mətni üçün bax §11).
13. Yuxarıda göstərilənlərə əsasə n və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 9 fevral tarixli 2-2(103)-187/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilə öhdəliyi üzrə borc” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov