Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-379/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı "pul tələbinə" dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-131/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlan mış 2020-ci il 28 fevral tarixli, 0428022020 nömrəli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC müqavilə qüvvədə olduğu müddətdə, müqavilənin ayrılmaz tərkib hissələri olan X2 qiymətləri və digər göstəriciləri göstərilmiş damazlıq yumurtaları müqavilə ilə nəzərdə tutulmuş müddətdə İddiaçı MMC-nin ünvanından Cavabdeh MMC-nin ünvanına və onun tərəfindən göndərilmiş nəqliyyat vasitəsi ilə göndərir. Cavabdeh MMC isə həmin malları İddiaçı MMC tərəfindən təqdim olunan qaiməfakturaya əsasən, qəbul edərək almağı və bu müqavilənin tərkib hissəsi sayılan X2, elektron qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öhdəsinə götürür. 2. 2020-ci il 17 noyabr tarixli, EBAS seriyalı 679675 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC Cavabdeh MMC-yə ümumi dəyəri 18.000 manat məbləğində olan dama zlıq yumurta satmışdır. 3. 2020-ci ildə tərtib edilmiş elektron qaimələrə əsasən, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ümumilikdə 356.827,91 manat məbləğində damazlıq yumurtanın alqı-satqısı baş vermişdir. 4. 2020-ci il 17 noyabr tarixli, 005 nömrəli qiymət razılaşma protokoluna əsasən, 2020ci il 28 fevral tarixli, 04-28022020 nömrəli müqavilə üzrə 1 ədəd damazlıq yumurtanın qiyməti 0,45 manat məbləğində müəyyən olunmuşdur. 5. 2022-ci il 21 iyun tarixli ödəniş tapşırığına əsasən, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 29 iyun tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 18.000 manat məbləğində pulun, habelə “ilkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 200 manat xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 28 fevral tarixli, 04-28022020 saylı alqı-satqı müqaviləsinin 1-ci bəndinə və 005 saylı 2020-ci il 17 noyabr tarixli qiymət razılaşma protokoluna əsasən, cavabdeh həmin bəndlərdə qeyd edilən malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin 4-cü bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2, həmçinin qaimə fakturalarda göstərilən məbləğdə dəyər ini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə iddiaçı arasında 2020-ci il 17 noyabr tarixli, 04-28022020 saylı alqı-satqı müqaviləsi və X3 imzalanmışdır. Həmin X3 əsasında sifarişlər qəbul edilmiş və qaimə-faktura əsasında damazlıq yumurtalar alıcıya təhvil verilmişdir. Həmin qaimə-fakturalar üzrə cavabdehin iddiaçıya 18.000 manat borcu yaranmışdır. Beləliklə, cavabdeh iddiaçıdan müqavilədə nəzərdə tutulan damazlıq yumurtaları almış, lakin bunun müqabilində yaranan 18.000 manat borc ödənilməmişdir. Cavabdehlə dəfələrlə görüşlər keçirərək və telefonla edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh qeyd edilən borcun icrasını yerinə yetirməmişdir və öhdəliyinin icrasını pozan halları aradan qaldırmaq üçün indiyə qədər heç bir addım atmamışdır. Odur ki, cavabdehin müqavilə üzrə öz öhdəl iyini yerinə yetirməməsi ucbatından iddiaçıya maddi zərər dəymişdir.
8. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konustitusiyasının 60-cı maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 430, 442-ci; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 14.2, 24.2, 26.2-ci maddələrinə istinad edilmişdir.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 sentyabr tarixli, e-2-2(113)3768/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 18.000 manat əsas borc və 200 manat mediasiya xərci olaraq cəmi 18.200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdi r (hakim – E.Əliyev).
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan damazlıq yumurtanın dəyəri olan 18.000 manat məbləğində borcunu iddiaçıya ödəməmişdir.
12. Tərəflərin arasında 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda damazlıq yumurtaların alqısatqısı ilə bağlı davamlı münasibətləri olmuş və cavabdeh təxminən 12 elektron qaimə üzrə təxminən 356.827,91 manat məbləğində vəsaiti ödəsə də, yalnız sonuncu 2020-ci il 17 noyabr tarixli elektron qaimə üzrə 18.000 manat məbləğində borcu ödəməmişdir.
13. Eyni zamanda 2020-ci il 28 fevral tarixli, 04-28022020 saylı alqı-satqı müqaviləsi və 2020-ci il 17 noyabr tarixli 04-28022020 saylı qiymət razılaşma protokolu itirildiyindən, cari ilin əvvəllərində iddiaçı cavabdehə müraciət edərək təkrarən sözügedən sənədlərin imzalanması və möhürlənməsini xahiş etmiş, cavabdeh isə heç bir etiraz bildirmədən müqaviləni və protokolu imzalayıb möhürlə təsdiq etmişdir.
14. İddiaçı tərəfindən cavabdehə 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda 356.827,91 manat məbləğində damazlıq yumurtalar satılmış, cavabdeh tərəfindən elektron qaimələrə əsasən həmin vəsait ödənilmiş, yalnız sonuncu elektron qaimə üzrə 18.000 manat məbləğində borc ödənilməmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 2020-ci il 17 noyabr tarixində damazlıq yumurtaların satışı olmasaydı, cavabdeh cari ilin əvvəllərində 2020-ci il 17 noyabr tarixli 04-28022020 saylı qiymət razılaşma protokolunu imzalamazdı və möhürlə təsdiq etməzdi.
15. Məhkəmə öz mövqeyini MM-in 567-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh 2022-ci il 5 noyabr tarixində apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 sentyabr tarixli, e-2-2(113)-3768/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-131/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 20 sentyabr tarixli, e-2-2(113)-3768/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
18. Apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil etmişdir. Eyni zamanda iş materiallarına əsasən, iddiaçı tərəfindən cavabdehə 18.000 manat məbləğində malın satılmasına dair 2020-ci il 17 noyabr tarixli, EBAS seriyalı 679675 nömrəli elektron qaimə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiqlənmiş, cavabdeh tərəfindən həmin qaiməyə hər hansı düzəliş edilməmiş və etiraz edilməmişdir. Lakin cavabdeh tərəfindən həmin elektron qaimə üzrə ödəniş həyata keçirilməmişdir.
19. Cavabdeh ödənişin həyata keçirilməməsinin əsası kimi həmin qaimə üzrə malların təhvil verilməməsinə istinad etmişdir. Eyni zamanda, həmin elektron qaiməyə etiraz edilməməsini mühasibin səhv etməsi ilə əsaslandırmışdır.
20. Kollegiya hes ab etmişdir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 2020-ci il 28 fevral tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə görə satıcı malı alıcıya təhvil verərkən elektron qaimə-faktura və ya hesab ödəniş vərəqəsi ilə alıcıya təqdim etməlidir.
21. İş materiallarında olan 2020-ci ildə tərtib edilmiş elektron qaimələrə əsasən, iddiaçı tərəfindən cavabdehə alqı-satqı müqaviləsi üzrə təkcə hazırda mübahisələndirilən elektron qaimə üzrə deyil, o cümlədən ümumilikdə 356.827,91 manat məbləğində damazlıq yumurtanın satılmasına dair 12 ədəd elektron qaimə göndərilmişdir.
22. Tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, həmin qaimələr üzrə ödənişlər tərəflər arasında tərtib edilmiş və iş materiallarında olan X3 əsasında aparılmış və onlar arasında işgüzar adətlər bu formada formalaşmışdır. 23. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işg üzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
24. Bu baxımdan kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə işgüzar adətlər, yəni malların verilməsi və ödənişlərin həyata keçirilməsi məhz X3 və elektron qaimələr əsasında aparılmışdır.
25. Bundan başqa, cavabdehin etirazında göstərilmiş hallarla bağlı iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 28 fevral tarixli alqı-satqı müqaviləsi və 2020-ci il 17 noyabr tarixli qiymət razılaşma protokolunun nüsxələri itirildiyindən, 2022-ci ilin əvvəllərində cavabdehə müraciət edilərək həmin sənədlərin başqa nüsxələrinin verilməsini və ya təkrarən sözügedən sənədləri n imzalanması və möhürlənməsi xahiş edilmiş, cavabdeh isə heç bir etiraz bildirmədən müqaviləni və protokolu təkrarən imzalayıb möhürlə təsdiq etmişdir. 26. 2020-ci il 17 noyabr tarixli 005 nömrəli qiymət razılaşma protokoluna əsasən, 2020ci il 28 fevral tarixli, 04-28022020 nömrəli müqavilə üzrə 1 ədəd damazlıq yumurtanın qiyməti 0,45 manat məbləğində müəyyən olunmuşdur.
27. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi elektron qaimə, o cümlədən onun tərəfindən sonradan bir daha təsdiq edilmiş qiymət razılaşma protokolu ilə təsdiq olunmuşdur.
28. Kollegiya qeyd etmişdir ki, əgər 2020-ci il 17 noyabr tarixli tarixli, EBAS seriyalı 679675 nömrəli elektron qaimə üzrə dama zlıq yumurtaların satışı olmasaydı, cavabdeh həmin qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirər, o cümlədən 2022-ci ilin əvvəllində 2020ci il 17 noyabr tarixli qiymət razılaşma protokolunu imzalamaz və möhürlə təsdiq etməzdi. Sonuncu fakt isə bir daha təsdiq etmişdir ki, 2020-ci il 17 noyabr tarixli, EBAS seriyalı 679675 nömrəli elektron qaimə üzrə damazlıq yumurtaların satışı olub və elektron qaiməyə mühasibin səhvi nəticəsində etiraz edilməməsi barədə dəlillər əsassızdır.
29. Bu baxımdan kollegiya hesab etmişdir ki, tərəflər arasında MM-in 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəm ək vəzifəsini yerinə yetirməmişdir.
30. Ona görə də kollegiya hesab etmişdir ki, iddiaçı MM-in 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən 18.000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 567, 598.3-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
32. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 30 mart tarixində tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir.
33. Cavabdeh 2023-cü il 24 may tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolleg iyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-131/2023 saylı qətnaməsini ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri
34. MM-in 567-ci maddəsinin tələbi pozulmuşdur – iddia ərizəsində 18.000 manat borcun əmələ gəlməsinə dair nəticələr ümumi sözlərlə göstərilmişdir. İddiaçının istinad etdiyi qiymət razılaşma protokolu qeyd edilən tarixdən 1 il 4 ay sonra, yəni cari ilin fevral ayında imzalanmışdır. Elektron-qaimə isə cavabdeh tərəfindən 5 gün içində təsdiq olunmadığı üçün sistem tərəfindən birbaşa təsdiq edilmişdir. Alqı-satqı müqaviləsində alıcının əşyanın qiymətini ödəmək vəzifəsi satıcının həmin əşyanı alıcıya vermək vəzifəsilə şərtlənir. Bu onu ifadə etmi şdir ki, satıcı əşyanı alıcıya verməkdən ibarət olan öz vəzifəsini icra etməsə, alıcı həmin əşyanın qiymətini ödəməkdən ibarət olan öz vəzifəsini yerinə yetirməyə borclu deyildir. Cavabdeh tərəfindən iddiaçıya heç bir mal təhvil verilməməsini və cavabdehin bunu əsaslandıracaq heç bir sübut təqdim etməməsini nəzərə almayan məhkəmə göstərilən qanunvericiliyinin normalarının tələblərini pozaraq qətnamə qəbul etmişdir.
35. MPM-in 217.1-ci maddəsinin tələbi pozulmuşdur – Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2023-cü il 17 mart tarixli, 2-2(103)-131/2023 saylı qətnaməsində sübutlar və hallar düzgün təhlil edilməmişdir. Bununla da, qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümləd ən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-131/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
43. Cavabdeh kassasiya şikayətində 2020-ci il 17 noyabr tarixli qiymət razılaşma protokolunun 1 il 4 ay sonra imzalanması, elektron qaimənin isə cavabdeh tərəfindən 5 gün içində təsdiq olunmadığı üçün sistem tərəfindən təsdiq edilməsi hallarına istinad edərək, iddiaçı tərəfindən cavabdehə mal təhvil verilməsinə dair sübutlar olmadığı halda, iddia tələbini təmin edən məhkəmələr tərəfindən MM-in 567-ci maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir.
44. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi kassasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmır.
45. Belə ki, işə baxmış məhkəmələr tərəfindən isə müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh arasında bağlanmış 2020-ci il 28 fevral tarixli alqı-satqı müqaviləsi və 2020-ci il 17 noyabr tarixli qiymət razılaşma protokolunun nüsxələri itirildiyindən, 2022-ci ilin əvvəllərində cavabdehə müraciət edilərək həmin sənədlərin başqa nüsxələrinin verilməsini və ya təkrarən sözügedən sənədlərin imzalan ması və möhürlənməsi xahiş edilmiş, cavabdeh isə heç bir etiraz bildirmədən müqaviləni və protokolu təkrarən imzalayıb möhürlə təsdiq etmişdir.
46. Odur ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əgər 2020-ci il 17 noyabr tarixli tarixli, EBAS seriyalı 679675 nömrəli elektron qaimə üzrə damazlıq yumurtaların satışı olmasaydı, cavabdeh həmin qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirər, o cümlədən 2022-ci ilin əvvəllində 2020-ci il 17 noyabr tarixli qiymət razılaşma protokolunu imzalamaz və möhürlə təsdiq etməzdi.
47. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
48. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəli lləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-131/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
50. Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 17 mart tarixli, 2-2(103)-131/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.