Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-380/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli, 2-2(103)-147/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞ İN HALLARİ
1. Satıcı İddiaçı MMC ilə (bundan sonra – “iddiaçı”) alıcı Cavabdeh MMC arasında (bundan sonra – “cavabdeh”) 2019-cu il 24 oktyabr tarixli, 13/19 saylı alğı-satqı müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmış, müqaviləyə əsasən iddiaçı siyahısı ona əlavədə nəzərdə tutulmuş malı cavabdehə satmağı, cavabdeh isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı müqaviləyə əlavədə əks olunmuş malın təhvil-təslimini həmin mərhələdə tərtib edilən formalar və hüquqi-maliyyə sənədləri əsasında aparır və alıcıya imzalanması üçün təqdim edir.
3. Müqaviləyə 2019-cu il 30 dekabr tarixli 2 nömrəli, 2020-ci il 8 aprel tarixli 3 nömrəli, 2020-ci il 21 aprel tarixli 4 nömrəli, 2 020-ci il 18 iyun tarixli 5 nömrəli, 2020-ci il 23 sentyabr tarixli 6 nömrəli, 2020-ci il 15 oktyabr tarixli 7 nömrəli, 2020-ci il 11 dekabr tarixli 8 nömrəli, 2021-ci il 22 fevral tarixli 9 nömrəli, 2021-ci il 9 mart tarixli 9 nömrəli X2 protokolları imzalanmış və həmin protokollara əsasən tərəflər müqavilə üzrə satılacaq malların miqdarı, qiyməti və s. razılaşdırmışlar.
4. EBAE 642132 nömrəli, 2019-cu il 30 dekabr tarixli elektron qaiməyə əsasən 64.790,26 manat, EBAİ 560595 nömrəli, 2020-ci il 8 aprel tarixli elektron qaiməyə əsasən 25.122,20 manat, EBAJ 012741 nömrəli, 2020-ci il 21 aprel tarixli elektron qaiməyə əsasən 8.499,54 manat, EBAL 268003 nömrəli, 2020-ci il 18 iyun tarixli elektron qaiməyə əsasən 4.242,10 manat, EBAQ ******* nömrəli, 2020-ci il 23 sentyabr tarixli elektron qai məyə əsasən 27.429,10 manat, EBAR 309248 nömrəli, 2020-ci il 15 oktyabr tarixli elektron qaiməyə əsasən 9.887,22 manat, EBAT 750771 nömrəli 2020-ci il 11 dekabr tarixli elektron qaiməyə əsasən 908,60 manat, EBAX 772350 nömrəli, 2021-ci il 22 fevral tarixli elektron qaiməyə əsasən 38.081,19 manat, EBAY 260779 nömrəli, 2021-ci il 27 may tarixli elektron qaiməyə əsasən 1.963,52 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
5. Tərəflər arasında ümumilikdə ƏDV daxil 180.923,73 manat dəyərində malların təhvil-qəbul aktı imzalanmışdır (iş.v112-120).
6. İddiaçı tərəfindən cavabdehə 2021-ci il 24 iyun tarixli pretenziya məktubu göndərilərək müqavilə üzrə 65.991,78 manat borc qalığının 15 bank günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə hüquqlarının müdafiəsi üçün m əhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
7. Borcların qarşılıqlı üzləşdirilməsinə dair 2021-ci il 12 iyul tarixli akta əsasən həmin tarixə cavabdeh tərəfindən iddiaçıya ödənilməli borcun məbləğinin 55.925,2 manat olması tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. 8. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə iddiaçının bank hesabına 000İPXO203397733 nömrəli 2020-ci il 4 dekabr tarixli hesab-faktura ilə 11.000 manat, 000İPXO19338A0XN nömrəli 2019-cu il 4 dekabr tarixli hesab-faktura ilə 10.000 manat, 000İPXO193527893 nömrəli 2019-cu il 18 dekabr tarixli hesab-faktura ilə 23.594 manat, 000İPXO200354958 nömrəli 2020-ci il 4 fevral tarixli hesab-faktura ilə 20.000 manat, 000İPXO20160A010 nö mrəli 2020-ci il 8 iyun tarixli hesab-faktura ilə 3.000 manat, 000İPXO200981558 nömrəli 2020-ci il 7 aprel tarixli hesabfaktura ilə 9.000 manat, 000İPXO201081215 nömrəli 2020-ci il 17 aprel tarixli hesabfaktura ilə 7.203 manat pul köçürülmüşdür. 9. 2019-cu il 5 dekabr tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə 1800 manat, 2019-cu il 19 dekabr tarixli ödəniş tapşırığına əsasən isə 4.246,92 manat, 2020-ci il 16 aprel tarixli ödəniş tapşırığına əsasən 6.048,5 manat, 2020-ci il 8 iyun tarixli ödəniş tapşırığına əsasən 3.456,54 manat, 2020-ci il 4 dekabr tarixli ödəniş tapşırığı ilə 1.980 manat pul ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı 2021-ci il 22 iyul tarixdə cavabdehə qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 65.991,78 manat (18% ƏDV daxil olmaqla) borcun, 6.599 manat dəbbə pulunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 72.620,79 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 24 oktyabr tarixində 13/19 saylı müqavilə bağlanmış, müqavilələrin 2.3-cü maddəsinə görə alıcı müqavilə qüvvəyə mindikdən sonra 15 gün ərzində köçürmə yolu ilə ödəniş aparmalıdır və ödəniş vaxtı pul vəsaitinin satıcının hesablaşma hesabına daxil olma günü hesab olunur. Müqavilə əsasında cavabedehə müxtəlif vaxtlarda mallar göndərilmiş, yekunda cavabdehin 65.991,78 manat əsas və 6599 manat dəbbə pulu borcu yaranmışdır.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442-ci maddələrinə istinad olunmuşdur.
13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında iddiaçının istinad etdiyi 2019-cu il 24 oktyabr tarixli alğı-satqı müqaviləsi mövcud olmadığından cavabdehin iddiaçıya müqavilə əsasında hər-hansı borcu yarana bilməzdi. İddiaçının təqdim etdiyi təhvil-təslim aktlarının isə kimin tərəfindən imzalanması məlum olmamışdır. Belə ki, “təhvil aldım” qrafasında təhvil alanın vəzifəsi və adı qeyd olunmamış, həmçinin bu sənəndlər cavabdehdə mövcud olmamışdır. Bundan başqa, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi isə dəbbə pu lu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Belə olduqda, iddiaçının dəbbə pulu tələbi də əsassız olmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 oktyabr tarixli, e-2-2(113)-3824/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – cavabdehdən 65.991,78 manat əsas borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim- Ü.Həsənova).
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyindən onun iddiaçıya ümumilikdə 65.991,78 manat borcu, iddiaçının isə bu borcun ödənilməsini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Lakin, tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilmə məsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddia tələbi dəbbə pulunun tutulması hissəsində əsaslı olmamışdır.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 462.1, 567, 598.1, 598.2, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 10 yanvar tarixli, 2-2(103)-147/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının cavabdehə malları təqdim etməsi, sonuncunun malları qəbul etməsi, aldığı mallara görə qismən ödəniş etməsi, elektron qaimələrə 5 gün ərzində etiraz etmədiyi üçün qaimələrin qüvvəyə minməsi və borcunu qəbul etməsi iş materiallarında olan alğı-satqı müqaviləsi, həmin müqaviləyə əlavələr qismində qiymət razılaşma protokolları, borcların qarşılıqlı üzləşdirilməsinə dair akt, bank çıxarışları, ödəniş tapşırıqları, malların təhvilqəbul aktları və elektron qaimələrlə tam təsdiq olunmuşdur.
20. Cavabdeh 2019-cu il 24 oktyabr tarixli müqavilənin mövcud olmadığını bildirsə də, tərəflər arasında bağlanan həmin alğı-satqı müqaviləsi işdə mövcuddur, iddiaçı üzləşmə aktını təqdim etmiş, elektron qaimələrin elektron sistem tərəfindən avtomatik olaraq təsdiqlənməsinin məsuliyyəti cavabdehə aiddir. Apellyasiya şikayətinin malların Rafail adlı şəxs tərəfindən təhvil alınmasına, onun isə cavabdehin işçisi olmamasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin Rafail adlı şəxs elektron qaimələri də imzalamış, qəbul etdiyi malların dəyəri isə ümumi borcun əksər hissəsini təşkil etməklə cavabdeh tərəfindən bir hissəsi ödənilmişdir. Bununla da, şikayətin dəlilləri formal xarakterli, borcun ödənilməməsinə haqq qazandırmağa və onu ödəməkdən yayınmağa yönəlmiş mülahizələrdən ibarət olmuşdur.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respubl ikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1, 176-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 31 yanvar tarixdə iş üzrə tərəflərə göndərilmiş və 2022-ci il 1 fevral tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
23. Cavabdeh 2022-ci il 28 mart tarixdə k assasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. MPM-in 81, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi işə baxarkən prosessual normalara riayət etməmiş, məhkəmə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə qəbul etmişdir.
25. MPM-in 97.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə işə baxarkən hər bir sübutu şərh etməli, ekspertiza təyin olunmalı, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblə ri aydın göstərilməlidir.
26. MPM-in 9.1, 9.2, 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul olunmuşdur.
27. MPM-in 218.1-ci maddəsinin tələbləri pozulmuşdur. Sənədlər tam təqdim olunmadığından iddianın təmin edilməsi əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, ş ikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilsə də hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikasının aşağıd akılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qan unda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Vergi Məcəlləsinin müvafiq müddəaları nda 71-1. Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
176. Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə- fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” 3.1. Vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir; 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsd iqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər; 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.
39. Cavabdehin kassasiya şikayətinin dəlilinə görə apellyasiya instansiyası məhkəməsi mühüm əhəmiyyətə malik olan sübutları obyektiv araşdırmamışdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlliləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan alğı-satqı müqaviləsi, üzləşmə aktı və elektron qaimələrə lazımi hüquqi qiymət vermiş və gəldiyi nəticəni əsaslandırmışdır. Belə ki, iddiaçının cavabdehə malları təqdim etməsi, cavabdeh tərəfindən malların qəbul olunması, alınmış mallara görə onun tərəfindən qismən ödəniş aparılması, elektron qaimələrə 5 gün ərzində etiraz edilməyərək təsdiqlənməsi və cavabdehin borcunu qəbul etməsi iş materiallarında olan razılaşma pro tokolları, borcların qarşılıqlı üzləşdirilməsinə dair aktla öz təsdiqini tapmış, cavabdeh isə onun tərəfindən iddiaçıya olan borcunun ödənildiyi təsdiq edən hərhansı sənədlər aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır. Bu səbəbdən, cavabdehin iddiaçıya borcunun olub-olmamasını və ya borcunun miqdarını şübhə altına alan sübutlar mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sənədlər əsasında qiymətləndirməsini düzgün aparmış və borcun hesablanması üçün xüsusi bilik tələb edən ekspert rəyinin alnmasına zərurət yaranmamışdır.
41. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etməyərək çəkişmə prinsipini pozmuşdur.
42. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübah isələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
43. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
44. İstinad olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı sənədlər mübadiləsinin elektron məhkəmə informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmu ş və bu qaydada göndərilmiş sənədlərin digər formada çatdırılmasının tələb olunması istisna edilmişdir.
45. Hazırki iş üzrə elekton məhkəmə informasiya sistemindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmanın mümkün sayılmaqla məhkəmə iclasının təyin olunduğu tarix və saat barədə məlumatların əks olunduğu 2021-ci il 17 dekabr tarixli, 2-2(103)-1461/2021 saylı qərardadı və eyni tarixli, eyni nömrəli məhkəmə bildirişi 2021-ci il 17 dekabr tarixdə cavabdehə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, həmçinin cavabdehə sms bildiriş vasitəsilə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir.
46. MPM-in 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazım i qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
47. Göründüyü kimi prosessual qanunvericilik işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxsin məhkəmə iclasına gəlməməsinin işə baxılmasına mane olmadığını nəzərdə tutmuşdur. Hazırki halda da, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatların öz əksini tapdığı, prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyərək bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir ki, bu halda apellyasiya məhkəməsi tərəfindən işə cavabde hin iştirakı olmadan baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
48. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli, 22(103)-147/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
39. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022 -ci il 10 yanvar tarixli, 2-2(103)-147/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.