Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-381/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin (və ya onun bir hissəsinin) məcburi hüquq qaydalarına zidd olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 3-cü il 7 noyabr tarixli 2-2(103)724/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka verən) arasında bağlanmış 2012-ci il 21 dekabr tarixli ** nömrəli ipoteka müqaviləsinə əsasən 2010-cu il 23 sentyabr tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 2. 2012-ci il 21 dekabr tarixli 00776018 nömrəli Çıxarışa əsasən Cavabdeh2 məxsus olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi üzərində İddiaçı QSC-nin “Gəncə” filialının ipoteka ilə yüklülüyü qeydə alınmışdır.
3. Goranboy rayon Məhkəməsinin 2(045)-01/2020 nömrəli 2020-ci il 18 iyun tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, X2, X3, X4 və X1 birgə qaydada İddiaçı QSC-nin xeyrinə 2014-cü il 22 avqust tarixli 06R000018703 saylı razılaşma üzrə 41.340,89 ABŞ dolları əsas borc, 9.487,49 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə borcu (icra vaxtı dolların manata olan məzənnəsi ilə), 2015-ci il 4 noyabr tarixli 006Rİ530814701 saylı razılaşma üzrə 92.329,2 manat əsas borc, 29.134,03 manat faiz borcu, 1500 manat cərimə və 2015-ci il 18 dekabr tarixli 006KK**********01 saylı razılaşma üzrə 4.993,21 ABŞ dolları əsas borc, 912,34 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcunun (icra vaxtı dolların manata olan məzənnəsi ilə), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yön əldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqının tutulması, hər üç kredit razılaşması üzrə tələbin ipoteka predmetlərinə, o cümlədən Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması, İddiaçı QSC-yə təhvil verilməsi qət edilmişdir.
4. Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 2014-cü il 6 sentyabr tarixli *** saylı baş kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə Cavabdeh1 ASCnin “Gəncə” filialı ilə Cavabdeh2 arasında *** nömrəli 2014-cü il 6 sentyabr tarixli ipoteka müqaviləsi bağlanaraq, Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəs ində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir.
5. Goranboy rayonu, Goran qəsəbəsi ünvanında yerləşən 0.35 ha sahədən ibarət torpaq sahəsi (MA seriyalı ******* nömrəli Çıxarışa əsasən) və Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında yerləşən qeyri-yaşayış binası (2014-cü il 26 avqust tarixli ******* nömrəli Çıxarışa əsasən) Cavabdeh2 məxsusdur.
6. RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən qeyri-yaşayış binası 0,35 ha torpaq sahəsilə birlikdə Cavabdeh1 ASC-nin Gəncə Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdeh lər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“cavabdeh ASC”) və Cavabdeh2 (bundan sonra - “Cavabdeh2”) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi işin yuxarıda göstərilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, Cavabdeh2 cavabdeh ASC-yə və üçüncü şəxs kimi iddiaçıya qarşı iddia qaldıraraq, Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsinə dair bağlanmış 2014-cü il 6 sentyabr tarixli *** saylı ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclaslarında iştirak etdikdən sonra aydın olmuşdur ki, iddiaçının xeyrinə yüklü edilmiş Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə dair iddiaçının razılığı olmadan cavabdeh ASC ilə Cavabdeh2 arasında 2014-cü il 6 sentyabr tarixli *** saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsində yerləşən 3420 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
9. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 iyul tarixli 2-2(113)-493/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (sədrlik edən hakim A.Əliyeva).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mübahisələndirilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdı r. Belə ki, Cavabdeh2 ona məxsus olan Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsini iddiaçı ilə bağladığı 2012-ci il 21 dekabr tarixli ** saylı müqavilə ilə yüklü etmiş, daha sonra isə cavabdeh ASC ilə imzaladığı *** nömrəli 2014-cü il 6 sentyabr tarixli müqavilə ilə həmin ərazidə yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd etdiyi girov predmeti olan əmlak barəsində yalnız girov saxlayanın razılığı ilə sərəncam verilə bilməsi halı müqavilənin etibarsızlığına əsas ola bilməzdi.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 269.1, 269.2, 269.3, 269.4, 269.5, 310, 337.1 və 339.3-cü maddələrinə, “İpoteka haqqında” Azərba ycan Respublikası Qanununun 1.0.6, 10.1, 51.1 və 51.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. İddiaçı və Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 dekabr tarixli 2-2(105)-1033/2022 nömrəli qətnaməsi ilə iddiaçı və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in mövqeyi və gəldiyi hüquqi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Cavabdeh2 iddiaçı ilə bağladığı ipoteka müqaviləsində yalnız Goranboy rayonu, Goran qəsəbəsində yerləşən torpaq sahəsini ipoteka ilə yüklü etdiyindən, ondan sonra həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binası ilə bağlı cavabdeh ASC ilə ipoteka müqaviləsinin bağlamasında hər hansı qanun pozuntusu olmamışdır.
17. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 ona məxsus ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasını başqa bir şəxsin xeyrinə ipoteka ilə yüklü etməsi mübahisəli ipoteka müqaviləsinin etibarsızlığına səbəb olmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 284.2, 337.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.8, 51.1, 51.2-ci maddələri nə istinadla əsaslandırmışdır.
19. İddiaçı və Cavabdeh2 tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətlərində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 may tarixli 2-2(102)-220/2023 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmış və şikayətin icraata qəbul edilməsi barədə 2023-cü il 16 mart tarixli qərardad qismən-həmin şikayətə aid hissədə ləğv edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 may tarixli 2-2(102)-220/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, ape llyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edənməruzəçi hakim B.Qəribov, hakimlər B.Məmmədli, A.Abbasov).
22. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, MM-nin 284 və “İpoteka haqqında” Qanunun 30.1-ci maddələri ipoteka predmeti barəsində ipoteka qoyanın özgəninkiləşdirmə və ya digər sərəncamlar verməsilə bağlı hüququnun reallaşdırılmasını ipoteka saxlayanın buna yazılı razılıq verməsi faktının mövcudluğu ilə şərtləndirir (ipoteka müqaviləsində bununla bağlı ayrı qaydanın nəzərdə tutulduğu hal istisna edilməklə). Hazırkı işin materiallarında olan və bu qərarın 1-ci bəndində göstərilən müqavilədə də birbaşa nəzərdə tutulmuşdur ki, ipoteka predmeti başqa öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilə bilməz. Müqavilənin qüvvədə olduğu müddət ərzində ipoteka predmeti özgəninkiləşdirilə bilməz (həmin müqavilənin 3.1.5-3.1.6cı bəndləri).
23. Lakin 2014-cü il 6 sentyabr tarixli GNC-2097ip nömrəli ipoteka müqaviləsində yalnız Goranboy rayon, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka predmeti kimi göstərilsə də, “Hüquqların dövlət qeydiyyatı haqqında” 2014cü il 29 oktyabr tarixli ******* saylı Çıxarışa əsasən, göstərilən qeyri-yaşayış sahəsi ilə yanaşı onun yerləşdiyi torpaq sahəsinin də yenidən ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. Belə olan vəziyyətdə həmin torpaq sahəsinin artıq ipoteka ilə yüklü olmasına baxmayaraq, “İpoteka haqqında” Azərba ycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbinə riayət edilməməklə ilk ipoteka kimi yüklü edilməklə qeydiyyata alınmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı ümumiyyətlə qiymətləndirməmişdir.
24. Digər tərəfdən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənməsi imperativ qayda kimi nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasında daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr də göstərilir (həmin Qanunun 8.0.3-cü maddəsi). Bundan başqa, həmin Qanunun hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi qaydasını tənzimləyən 10-cu maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin əlavə olunmasının zəruriliyi göstərilmişdir (həmin Qanunun 10.2.1-ci maddəsi).
25. Həmçinin qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.8-ci maddəsinə əsasən, ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əs as öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Cavabdeh2 tərəfindən qanunun bu tələbinə uyğun olaraq müvafiq məlumatlandırma vəzifəsinin də yerinə yetirilib-yetirilməməsi araşdırılıb qiymətləndirilməlidir.
26. Həmçinin hazırkı işin materiallarından görünür ki, bu qərarın 1-ci bəndində göstərilən və notarial qaydada təsdiq olunmuş müqavilədən fərqli olaraq 2014-cü il 6 sentyabr tarixli GNC-2097ip nömrəli ipoteka müqaviləsi notariat qaydasında təsdiq olunmamışdır.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilmədən bağlandığından, apellyasiya instansiyası məhkəməsinin cavabdeh ASC ilə ipoteka müqaviləsinin bağlamasında hər hansı qanun pozuntusu olmamışdır” nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 noyabr tarixli 2-2(103)-724/2023 nömrəli qətnaməsi ilə iddiaçı və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – F.Abdıyev, hakimlər – F.Qasımov, X.Sarıyev).
29. İşə yenidən apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 23 sentyabr 2010-cu il tarixli kredit xətti müqaviləsinin və bu müqavilənin ayrılmaq tərkib hissəsi olan razılaşmaların icrasının təminatı olaraq, sonuncu 21 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olmaqla Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsini iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş və iddiaçının bu əmlak üzərindəki hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra Cavabdeh2 ipoteka predmetini təşkil edən həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və digər Cavabdeh1 ASC ilə aralarında bağlanmış 06 sentyabr 2014-cü il tarixli kredit müqa viləsinin icrasının təminatı olaraq, 06 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən həmin qeyri-yaşayış binasını Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü etmişdir.
30. Hazırda iddiaçı 21 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən onun qarşısında ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə dair 06 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinin onun razılığı olmadan bağlandığını və bununla da bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinin pozulduğunu iddia edərək, həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh2 da öz apellyasiya şikayətində məhz bu mövqeydən çıxış edir.
31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərinə qiymət verərək göstərmişdir ki, cavabdehlər arasında bağlanmış 06 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi Gəncə Asan Xidmətdə notarial kontoru tərəfindən təsdiq edilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinin predmeti sonuncunun mülkiyyətində olan torpaq sahəsi olduğu halda, onunla Cavabdeh1 ASC arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinin predmeti həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası olmuşdur. Belə ki, bu müqavilədə ipoteka predmeti qismində Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəsi deyil, bu sahədə yerləşən 3.420 kv.m ölçüdə 1 mərtəbəli qeyri yaşayış binası göstərilmişdir.
32. Nəzərə alınmalıdır ki, 21 dekabr 2012-ci il tarixində ipoteka müqaviləsi bağlanan zaman həmin qeyri-yaşayış binası hələ mülkiyyət kimi daşınmaz əmlakın d övlət reyestrində qeydə alınmamışdır. Digər tərəfdən tərəflər arasında ipoteka müqavilələrindən irəli gələn münasibətlər yaranan zaman qüvvədə olan qanunvericilikdə bu əmlakların Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda İddiaçı QSC və Cavabdeh1 ASC qarşısında yaranmış kredit öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü edilməsini qadağan edən hər hansı norma da mövcud olmamışdır. Belə ki, bu əmlakların vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti olmasını hüquqi baxımdan şərtləndirən müddəa Mülki Məcəllənin 135.4cü maddəsinə (3-cü cümlə - torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir) yalnız 28 dekabr 2018-ci il tarixində əlavə edilmişdir.
33. Torpaq sahəsi üzərində tikilinin olmasından asılı olmayaraq, yalnız torpaq sahəsinin ipotekaya qoyulması, habelə torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin ayrıayrılıqda, hətta müxtəlif şəxslər qarşısında ipoteka ilə yüklü edilməsinin hüquqi baxımdan mümkünlüyü “İpoteka Haqqında” Qanunun 51-ci maddəsində də təsbit edilmişdir. Bu maddənin 3-cü hissəsində “İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən tikilisi eyni ipoteka saxlayana ipoteka qoyulursa,” ifadəsi birmənalı şəkildə mövcud olan tikilinin başqa ipoteka saxlayana ipoteka qoyulmasının mümkünlüyünü özündə ehtiva edir. Eyni zamanda, belə tikililərin digər ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilməsi zamanı ipoteka qoyanın üzərinə onun yerləşdiyi torpaq sahəsinin ipoteka saxlayanına bu barədə hər hansı formada məlumat verməsi vəzifəsi qoyulmamışdır.
34. Bu baxımdan mülk iyyətində olan 3.420 kv.m ölçüdə 1 mərtəbəli qeyri yaşayış binasını Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü edərkən Cavabdeh2 bu barədə İddiaçı QSC-yə məlumat verilməsi vəzifəsi daşımamış, sonuncunun isə bu məsələyə münasibət bildirilməsi (razılıq verməsi və ya verməsi) hüququ olmamışdır.
35. Bu sahəni tənzimləyən qanunvericilikdə yalnız sonrakı ipotekanın (ipoteka ilə yüklü edilmiş əmlaka sərəncam verilməsinin) mümkünlüyü əvvəlki ipoteka saxlayanın yazılı razılığından asılı edilmiş və bu qaydaya riayət edilməməsi halında əvvəlki ipoteka saxlayana sonrakı ipoteka ilə bağlı bağlanmış əqdin etibarslzlığını mübahiləndirmək hüququ verilmişdir.
36. Eyni zamanda, ipoteka qoyanın üzərinə ipoteka predmeti barəsində, o cümlədən üçüncü şəxslərin hüquqları, əvvəlki ipoteka ilə təmin olunmuş öhdəli klərin xarakteri, məbləği və sair barədə ipoteka saxlayanı yazılı formada xəbərdar edilməsi vəzifəsi qoyulmuşdur. Lakin Cavabdeh2 torpaq sahəsinin İddiaçı QSC qarşısında ipoteka ilə yüklülüyü barədə Cavabdeh1 ASCyə məlumat verməsi öz təsdiqini tapmır. Cavabdeh1 ASC-nin də bu barədə məlumatlı olmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Bu hal torpaq sahəsinin "xxxx" ASC qarşısında ilk ipoteka kimi yüklü edilməklə qeydiyyata alınması ilə də təsdiq olunur. Halbuki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən torpaq sahəsini də Cavabdeh1 ASC qarşısında yüklü etdiyi təqdirdə “İpoteka Haqqında” Qanunun 10.8-ci maddəsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirərək, bununla bağlı aidiyyəti məsələlər barədə yazılı formada xəbərdarlıq etməli, habelə razılıq alınması üçü n İddiaçı QSC-yə müraciət etməli idi. Cavabdeh1 ASC-nin də yüklülük barədə məlumatı olsa idi bu qaydada rəsmiləşdirmə aparılmasının tərəfdarı olmazdı. Nəzərə alınmalıdır ki, həm Cavabdeh2, həm də Cavabdeh1 ASC kredit öhdəliklərinin təminatı olaraq, torpaq sahəsinin deyil, yalnız torpaq sahəsi üzərində olan qeyri-yaşayış binasının ipoteka ilə yüklü edildiyini bildirir.
37. Bununla belə, 21 dekabr 2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin predmeti olan torpaq sahəsi 06 sentyabr 2014-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinin predmeti olmamış, 06 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsində torpaq sahəsinə istinad isə məlumat xarakterli olmaqla, qeyriyaşayış binasının ünvanının, habelə binanın yerləşdiyi sahənin ümumi ölçüsünün dəqiqləşdiril məsi xarakteri daşımışdır. Lakin 06 sentyabr 2014-cü il tarixli müqavilədə istinad olunmuş RX serialı, ******* nömrəli çıxarışda həm torpaq sahəsi, həm də qeyriyaşayış binası mülkiyyət kimi göstərildiyindən, "xxxx" ASC-nin xeyrinə aparılmış yüklülük hər iki əmlakı əhatə etmiş, bu da öz əksini aparılmış qeyddə və onun əsasında verilmiş RX serialı, ******* nömrəli çıxarışda tapmışdır ki, belə bir halın mövcudluğu da iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hər bir halda, məsələ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində düzəlişin edilməsi imkanı da itirilməmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən digər bəndlər üzrə məhkəmə kollegiyasının mövqeyi də həmin müqavilənin etibarsızlığını istisna edir.
38. Göstərilənlərə əsasən apellyasiya instansyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
39. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 135.4, 284.2, 337.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 10.2, 10.8, 12.1, 12.3.1, 30.1, 31.1, 31.2, 51.1, 51.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3, 10.1, 10.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
40. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 4
1. MM-nin 284.2-ci maddəsi üzrə - Cavabdeh2 məxsus Goranboy rayonunun Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi 2012-ci il 21 dekabr tarixli ipoteka müqaviləsinə əsasən iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən 3420 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 2014cü il 6 sentyabr tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ASC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanarkən torpaq sahəsi üzrə ipoteka saxlayan iddiaçının razılığı alınmamışdır. Qanunvericiliyin tələblərinə görə ipoteka predmeti barəsində sərəncamlar yalnız ipoteka saxlayanın yazılı razılığı ilə verilə bilər. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının vahid bir çıxarışı mövcuddur. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsində yerləşən 3420 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh2 mülkiyyətindədir. Həm torpaq sahəsi, həm də onun üzərində yerləşən qeyri-yaşayış binası vahid daşınmaz əmlak kimi bir çıxarışda qeydiyyata alınmışdır. 0.35 ha torpaq sahəsi və onun üzərində yerləşən 3420 m2 sahədən ibarət qeyri-yaşayış binası vahid bir əmlak kimi qeydiyyata alındığından, torpaq sahəsini və onun üzərində yerləşən qeyri-yaşayış binasını hüquqi olaraq bir birindən ayırmaq mümkün deyil. 42. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsi üzrə torpaq sahəsi iddiaçının xeyrinə i poteka ilə yüklü edildiyindən və onun digər bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılıq verilmədiyindən, həmin əmlakın cavabdeh ASC-nin kredit öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilməsi iddiaçının ipoteka saxlayan kimi hüquqlarını pozur. 43. “İpoteka haqqında” Qanunun 31.1.1-ci maddəsi üzrə - şddiaçının razılığı olmadığından torpaq sahəsi barəsində hər hansı bir sərəncam verilə bilməzdi. Qanunvericiliyin tələblərinə görə əgər belə bir sərəncam verilmişdirsə həmin əqd (yəni 2014-cü il 6 sentyabr tarixli *** saylı ipoteka müqaviləsi) etibarsız hesab edilməlidir. İşə baxan məhkəmələr Cavabdeh2 ilə cavabdeh ASC arasında bağlanmış 2014-cü il 6 sentyabr tarixli *** saylı ipoteka müqaviləsinin etibarlı əqd olub-olmadığını müəyyən etməmişdir. 44. “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 6.3 və 30.1-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsinin MM-nin 135.4-cü maddəsinin 3-cü cümləsinin həmin Məcəlləyə 2018-ci il 28 dekabr tarixində əlavə edilməsi, ona görə də hazırkı mübahisə üzrə 2012 və 2014-cü illərdə ipoteka müqavilələri bağlanarkən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının vahid əmlak kimi qəbul edilməməsi barədə mövqeyi tamamilə əsassızdır. Qeyri-yaşayış binası cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərkən torpaq sahəsinin ipoteka saxlayanı iddiaçının razılığı alınmamış, bununla bağlı heç bir sənəd təqdim olunmamışdır. İddiaçı həmin qeyri-yaşayış binasının cavabdeh ASC qarşısında ipoteka ilə yüklü edilməsindən yalnız ipoteka qoyan Cavabdeh2 cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Nəsimi rayon Məhkəməsində iddia qaldırmasından sonra məlumatlı olmuşdur. 45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsi üzrə - Məhkəmə Cavabdeh2 məxsus Goranboy rayonunun Goran qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmədiyini, yalnız həmin torpaq sahəsinin üzərində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ipoteka qoyulduğunu qeyd etməklə iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir.
46. Kassasiya şikayətində həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə ş ərh edilməsinə dair” 2022-ci il 1 iyul tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə riayət edilməməsinə istinad olunmuşdur.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 88, 217, 420-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, qətnamədə baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticələri onda şərh edilməmişdir. Həmçin in apellyasiya məhkəməsi Ali Məhkəmənin qərarında qeyd etdiyi məcburi xarakter daşıyan göstərişlərini düzgün yerinə yetirməmiş, ətraflı araşdırma aparmamış və yekunda əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
49. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
135. Əşya hüququnun obyektləri … 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. …” “Maddə
284. Girov predmetindən istifadə və ona dair sərəncam verilməsi … 284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. …” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. …” 52.“İpotek a haqqında” Azərbaycan Respublikası müddəalarında aşağıdakılar nəzərdə tutulur: Qanununun müvafiq “M a d d ə
9. Sonrakı ipoteka 9.1.Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). …” “M a d d ə
10. İpoteka müqaviləsi … 10.2.İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. … 10.8.İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər y üklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.” “M a d d ə
12. İpotekanın dövlət qeydiyyatı qaydaları 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. … 12.3. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur: 12.3.1. ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti; …” “M a d d ə
30. İpoteka predmetinə sərəncam verilməsi 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. …” “M a d d ə
31. İpoteka predmetinə sərəncam vermə qaydalarının pozulması nəticələri 31.1. İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sər əncam verildikdə, ipoteka saxlayan aşağıdakılar-dan birini tələb edə bilər: 31.1.1. ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; 31.1.2. ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini. 31.2. İpoteka predmetini əldə edən şəxs həmin əşyaya bu Qanunun 30-cu maddəsinin qaydalarını pozmaqla sərəncam verildiyini bildiyi və ya bilməli olduğu sübut edilərsə, əldə edən şəxs ipoteka ilə təmin olunmuş öhdəliyin icra olunmamasına, yaxud lazımınca icra olunmamasına görə ipoteka predmetinin dəyəri həcmində əlavə məsuliyyət daşıyır.” “Maddə
51. İpoteka qoyanın bina, tikili və qurğularının yerləşdiyi torpaq sahəsinin ipotekası 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur. …” 53.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: … 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; …” “Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin tə qdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. … 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; …”
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarınd a aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 55.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 56. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin ha llarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
57. Məhkəmə kollegiyası iddia çının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
58. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. MPM-in 417 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 noyabr tarixli 2-2(103)-724/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.