Məhkəmə qərarları › İş №2-2(102)-383/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-383/2019

04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-383/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikası adından AzərbaycaRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-383/19 Bakı şəhəri 04 sentyabr 2019-cu il 04.09.2019 Açar sözlər: sığorta üzrə subroqasiya hüququ; delikt; hüquqi şəxsin öz işçiləri tərəfindən törədilmiş delikt üçün məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil iştirakları ilə, iddiaçı“xxxx” ASC-nin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2-2(103)-176/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx”ASC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.235,97 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 31.265,97 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 mart 2018-ci il tarixli, 2-2(82)259/2018 saylı qətnaməsi ilə (hakim Hökümə Babayeva) iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2-2(103)-351/2018 saylı qətnaməsi ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2-2(102)-501/18 saylı qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Zakir Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2-2(103)-176/2019 saylı qətnaməsi ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 17 dekabr 2015-ci il tarixdə verilmiş **********657400 saylı kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, cavabdeh 22 may 2012-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Okty abr (zabrat 1 qəs) ev 65-dir. Təsisçilər X4, X11 və X5. İşə götürən qismində cavabdeh ilə işçi qismində X6 arasında bağlanmış 12 mart 2015-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi yük avtomobili sürücüsü qismində işə götürülmüşdür. Əmək müqaviləsinin müddəti 12 mart 2016-cı il tarixədək nəzərdə tutulmuşdur. 12 mart 2015-ci il tarixli, ƏN-İİİ seriyalı etibarnamənin surətindən görünür ki, “Mercedes Vito111 CDİ Mİ” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 Elman Cəbrayıl oğluna 7 il 28 gün müddətinə, 10 may 2022-ci il tarixədək nəqliyyat vasitəsini idarə etməyi etibar etmişdir. Bakı şəhər Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Ceyhun Firdovsi oğlu tərəfindən qəbul edilmiş 22 iyun 2015-ci il tarixli qərarla X7 yol nəqliyyat hadisəsi nət icəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, sürücü X2 Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Səbail rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. 28 iyul 2015-ci il tarixli, K 23/340/2015 saylı sığorta ödənişi aktından müəyyən olunur ki, Bakı şəhəri, Z.Əliyeva küçəsi ilə R.Zorge küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı X10 məxsus “Porsche Cayenne” markalı **-KO-*** dövlət qeydiyayyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 36.603 manat miqdarında müəyyən edilmiş, 500 manat franşiza (azadolma) məbləği çıxılmaqla “xxxx” ASC tərəfindən ödəniləcək sığorta ödənişinin miqdarı 36.103 manat məbləğində müəyy ən edilmiş və 31 iyul 2015-ci il tarixli, 1039 saylı ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X8 hesabına 36.103 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh müəssisədə sürücü vəzifəsində çalışan Elman Yadigarov “X20 111 CDİ” markalı **-FL-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “xxxx” ASC-də MİB1400100 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış S.Tağıyevaya məxsus “Porsche Cayenne” markalı **-KO-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuş, zərərin aradan qaldırılması məqsədilə iddiaçı tərəfindən 500 manat azadolma məbləği çıxılmaqla 36.103 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Zərər vuranın mülki məsuliyyəti “xxxx” ASC-də sığortalandığından 4.867,03 manat pul “xxxx” ASC tərəfindən ödənilmiş, lakin 31.265,97 manat ödənilməmiş qalmışdır. Hazırda iddiaçı, 31.265,97 manat məbləğində sığorta ödənişinin yol nəqliyyat hadisəsi törətmiş Elman Yadigarov ilə əmək müqaviləsi bağlamış işəgötürən cavabdeh müəssisə tərəfindən ödənilməsini tələb etmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı X2 yol nəqliyyat hadisəsini məhz cavabdeh müəssisədəki əmək vəzifələrinin icrası zamanı törətdiyini qeyd etsə də, işçinin hərəkətinin onun əmək funksiyaları ilə bağlı olması və cavabdehin fəaliyyətini əks etdirməsi hallarını sübuta yetirə bilməmişdir. M əhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi törətmiş “X21 111 CDİ” markalı, **-FL-*** qeydiyyat nişanlı avtomobil cavabdehin mülkiyyətində olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.6, 1096.1, 1099, 1108.1—ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iddia tələbinin rədd edilməsi zamanı “X20” markarlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin mülkiyyətində deyil, Dilarə Qafarovanın mülkiyyəti ndə olmasına, habelə yol nəqliyyat hadisəsinin Elman Yadigarovun əmək vəzifələrinin icrası zamanı baş verməməsinə istinad etmiş və mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tətbiq olunması qənaətinə gəlmişdir. İddiaçı hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsi tətbiq edilməlidir. Belə ki, məhkəmənin istinad etdiyi 1108.1-ci maddə zərərin əvəzinin ödənilməsinə dair daha ümumi xarakterli müddəadır, lakin 1099.1-ci maddə məhz işçi ilə işəgötürən arasındakı münasibətləri, daha dəqiq desək işəgötürənin işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyətini tənzimləyir. Başqa bir dəlillə bildirilmişdir ki, “X20” markarlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh müəssisənin təsisçisinə aid o lmuş, yol nəqliyyat hadisəsini törətmiş Elman Yadigarov izahatında hadisənin məhz onun vəzifəsinin icrası zamanı baş verdiyini qeyd etmişdir. Lakin apellyasiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, habelə iş materiallarında olan izahatlara hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 125.7, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfindən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayı r. Prosessual hüquq normalar yoxlanılakən məhkəmə kollegiyası onların pozulmasını müəyyən etməmiş, habelə cavabdeh tərəfindən hər hansı prosessual pozuntu barədə bildirilməmişdir. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yol nəqliyyat hadisəsinin törədilməsi zamanı cavabdehin istifadəsində olmuş avtomobil cavabdeh şirkətin mülkiyyət və ya balansında olmamış, habelə həmin şəxsin məhz cavabdeh müəssisədəki əmək vəzifələrinin icrası zamanı həmin hadisənin törətdiyihalları iddiaçı sübuta yetirə bilməmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsi tətbiq edilməl idir. Məhkəmənin istinad etdiyi 1108.1ci maddə zərərin əvəzinin ödənilməsinə dair daha ümumi xarakterli müddəadır, lakin 1099.1-ci maddə məhz işçi ilə işəgötürən arasındakı münasibətləri, işəgötürənin işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyətini tənzimləyir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İlk olaraq qeyd edilməlidir ki, məhkəmə kollegiyası iddiaçının bildirdiyi o əsasla razılaşmır ki, apellyasiya məhkəməsi xüsusi norma kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1099.1-ci maddəsini tətbiq edilməli olduğu halda, düzgün olmayaraq ümumi xarakter daşıyan Məcəllənin 1108.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən bu qaydada müddəaların təsnif atlaşıdırlması düzgün deyildir. Belə ki, Mülki Məcəllənin 59-cu fəsli “Mülki hüquq pozuntuları (deliktlər)” adlandırılmaqla, həmin fəsilə daxil olan Məcəllənin 1096 (Mülki hüquq pozuntuları (deliktlər) anlayışı), 1097 (Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) və 1098-ci (Zərər vurulmasının qarşısının alınması) maddələri deliktdən irəli gələn münasibətlərə dair ümumi qaydaları, yəni ümumi normaları nəzərdə tutmuşdur. Sonrakı maddələr isə, o cümlədən Məcəllənin 1099 (Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti) və 1108-cu maddələri (Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) konkter hallara münasibətdə mülki hüquq pozuntusunun törədilməsi üçün məsuliyyəti müəyyən etmişdirlər. Bu müddəalar artıq xüsusi normalar kimi qiyətləndirilməlidir. Qeyd edilənlər isə o nəticə gəlmək üçün əsas yaradır ki, Mülki Məcəllənin həm 1099, həm də 1108-cu maddələri xüsusi normalara aiddir, həmin normalarda nəzərdə tutulmuş hallara münasibətdə tətbiq edilməli və onlar arasında kolliziya, yəni ziddəyyətlər mövcud deyildir. Mübahisəyə münasibətdə istinad edilən maddələrin tətbiqi ilə bağlı Mülki Məcəllənin: - 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; - 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habe lə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddələrin tələblərinə görə, iddiaçının tələbinə uyğun olaraq cavabdehliyi müəyyən edilmiş şəxsə münasibətdə onun öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasının dispozitiv şərtlər aşağıdakılardır: - işçi ilə işəgötürən arasında əmək müqaviləsi olmalıdır, həmin müqavilədə işçinin əmək funksiyaları, yəni onun peşə üzrə yerinə yetirilməli olan işin və ya göstərməli olan xidmətin dairəsi dəqiq müəyyən edilməlidir; - işçinin hüquq pozuntusunun törədilməsi bilavasitə əmək funksiyalarının yerinə yetirilməsi zamanı baş ve rməlidir; - işçi işlərin təhlükəsiz aparılmasını hüquqi şəxsin nəzarəti altında həyata keçirməlidir. Qeyd edilmiş əsaslar Məcəllənin əks olunmuş müddəasından və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43,44, 54 və 57-ci maddələrindən irəli gəlmişdir. Bu qaydada verilmiş şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”Az İmport MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2018-ci il tarixli qərarında da əks olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 43-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: işçinin iş yeri, vəzifəsi (peşəsi);işçinin əmək funksiyası;işçinin əmək şəraitinin şərtləri —...əməyin mühafizəsi,....;tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; - 54-cü maddəsinin 1-ci bəndinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması. Maddələrin tələblərindən göründüyü kimi, əmək müqaviləsində işçinin peşəsi, onun yerinə yetirilməli olduğu əmək funksiyası, əmək şəraiti və tərəflərin qarşılıqlı öhdəlikləri əks olunmalıdır. Müqavilədə əks olunmalı əmək şəraitinə həmçinin işçinin əmək funksiyaların yerinə yetirilməsi üçün işəgötürən tərəfindən lazımi keyfiyyətdə olan avadanlıq, alətlərlə təchiz edilməsi və işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarının gözlənilməsi aiddir. Cavabdeh olan işəgötürənin yol nəqliyyat hadisəsi törətmiş şəxs arasında bağlanmış 12 mart 2015-ci il tarixli əmək müqaviləsinə əsasən, sonuncu sürücü peşəsi üzrə işə qəbul edilmiş və onun əmək funksiyası avtomobilin idarə edilməsindən ibarət olmuşdur. Lakin həmin müqavilənin “Əmək şəraitinin şərtləri” adlandıran 4-cü bölməsinin 4.10-cu hissəsində işçinin yalnız xüsusi mühafizə vasitələri ilə təchiz edilməsi göstərilmişdir. İstinad edilmiş müqavilənin məzmunundan göründüyü kimi, işgötürənlə işçi arasında əmək funksiyalarının mahiyyəti avtomobilin idarə edilməsi olsa da, lakin bu əmək funksiyalarının yerinə yetirilməsinin şəraiti olaraq işgötürənin işçini avtomobillə təchiz edilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Bu halda isə bilavasitə işgötürənin avtomobilin idarə edilməsinin təhlükəsiz aparılmasının öz nəzarəti altında həyata keçirilməsi üzrə məsuliyyəti yaranmamış hesab olunmalıdır. Əks halda isə, əgər əmək müqaviləsində işəgötürən işçini müvafiq avtomobillə təchiz etmək öhdəliyini üzərinə götürmüş olsaydı, həmin avtomobilin zəruri keyfiyyətə malik olması və həmin avtomobillə aparılan işlərin təhlükəsizliyinə onun nəzarət etmə vəzifəsi müqavilədə müəyyən edilmiş olardı. İstinad edilən müqavilə üzrə isə əmək münasibətlərin mahiyyəti sürücüyə nəqliyyət vasitəsi təqdim edilmədən yüklərin daşınmasından ibarətdir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşaraq hesab edir ki, yol nəqliyyat hadisəsi törətmiş şəxsin idarə etdiyi avtomobil cavabdehə hər hansı hüquqla məxsus olmadığından, iddiaçının istinad etdiyi Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələblərinin cavabdehin məsuliyyətinin müəyyən edilməsi üçün tətbiq edilməsi mümkün deyildir, çünki həmin maddədə nəzərdə tutulmuş dispozitiv şərtlər ödənilməmişdir. Kassasiya şikayətinin digər dəlilində iddiaçı göstərilən maddənin tətbiqinin faktiki əsası kimi avtomobilin cavabdeh müəssisənin təsisçisinə məxsus olduğuna istinad etmişdir. Bu dəlillə məhkəmə kollegiyası aşağıdakı hüququ əsaslara görə razılaşmır. İşin hallarına görə, cavabdehin təşkilatı-hüquqi forması məhdud məsuliyyətli cəmiy yətdir və yol nəqliyyat hadisəsi törədilən avtomobil cəmiyyətin təsisçilərindən və nizamnamə kapitalının iştiraçılarından biri olan şəxsə məxsusdur. Bu hala münasibtədə Mülki Məcəllənin 87.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Müddəanın hər hansı bir geniş təfsirə malik olmayan tələbindən göründüyü kimi, cəmiy yət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İşəgötürənlə işçi arasında bağlanmış 12 mart 2015-ci müqavilənin 7-ci bəndi mülkiyyət münasibətlərin tənzimlənməsinə həsr edilmiş və 7.2-ci bənddə işçinin müəssisənin mülkiyyətində payın olmadığı göstərilmişdir. Yəni istinad edilən avtomobilin təsisçinin həmin cəmiyyətdə mülkiyyət payı kimi olması da hər hansı bir sənəddə əks olunmamışdır. Bundan başqa, işin hallarından göründüyü kimi, işəgötürənlə işçi arasında əmək müqaviləsi 12 mart 2016-cı il tarixə qədər bağlansa da, lakin etibarnamənin müddəti 10 may 2022-ci il tarixinə qədər müəyyən edilmişdir. Bu faktiki əsas, habelə istər əmək müqaviləsində, istərsə də etibarnamədə cəmiyyətlə avtomobilin mülkiyyətçisi və ya istifadəçi arasında bu əmlakla bağlı qarşılıqlı hüquq və vəzifələrin nəzərdə tutulmaması əmək müqaviləsi ilə etibarnamə arasında hər hansı bir bağlılığının olmadığını sübuta yetirir. Qeyd edilən hallara və göstərilmiş müddəaya əsaslanmaqla məhkəmə kollegiyası bildirir ki, cəmiyyətin təsisçisi tərəfindən etibarnamə əsasında avtomobilin idarə edilməsi üçün yol nəqliyyat hadisəsi törətmiş şəxsə verilməsi həmin avtomobilin cəmiyyətə hər hansı bir hüquqla məxsus olması anlamını yaratmır və cəmiyyətin məsuliyyətinin yaranması üçün əsas kimi qəbul edilə bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2-2(103)-176/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar