Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-385/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, Cavabdeh x2nun iştirakı ilə, İddiaçı x1-nin cavabdehlər x2 (İ cavabdeh) və x3 (İİ cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-2(103)-301/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hiss ə: İşin halları: İddiaçı 2014-cü il 7 may tarixdə İ cavabdehə pretenziya qaydasında müraciət edərək 54.924,74 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı İ cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən onun xeyrinə 51.708,59 manat əsas borc, 3.625,30 manat cərimə və 30 manat dövlət rüsumunun, cəmi, 55.363,89 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC ilə x2 arasında 2013-cü il 12 noyabr tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən həmin müqavilənin spesifikasiyasına müvafiq miqdarda, keyfiyyətdə, assortimentdə və şərtlərlə satıcı x1, alıcı x2ndan sifarişin qəbul edilməsi anından sonra, malları alıc ıya təhvil verməyi, alıcı isə qəbul edib ödəniş etməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfindən 2014-cü il 18 fevral tarixli 625452 nömrəli, 2014-cü il 27 fevral tarixli 625475 nömrəli qaimə fakturalar əsasında müxtəlif növ mallar alıcıya təhvil verilsə də həmin malların əvəzi tam ödənilməmiş, nəticədə onun iddiaçıya 51.708,59 manat məbləğində ödənilməmiş borc qalığı qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 1 oktyabr tarixli 2(82)3347/2014 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 1 oktyabr tarixli qiyabi qətnamənin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 iyun ta rixli 2(82)-3347/2014 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014cü il 1 oktyabr tarixli qiyabi qətnaməsi ləğv olunmuş, iş üzrə icraat təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 yanvar tarixli 2-2(82)-2/2019 nömrəli qərardadı ilə x3 cavabdeh qismində mülki məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 yanvar tarixli 2-2(82)-2/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh x2ndan 51.708,59 manat məbləğində əsas borc, 365 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 52.103,59 manat məbləğində pulun tutularaq, iddiaçının hesabına ödənilməsi qət olunmuş, iddia qalan hissəd ə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh F.B.Əliyev müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Məhkəmə, iddia tələbini cavabdeh G.İ.Əliyevaya münasibətdə rədd edərək ona istinad etmişdir ki, işdə olan qaiməfakturadan görünür ki, mallar Ə.F.Əliyevin nümayəndələrinə təhvil verilmiş, iddiaçı ilə cavabdeh G.İ.Əliyeva arasında hər hansı müqavilə imzalanmamış, Əliyeva tərəfindən iddiaçı qarşısında mübahisə predmeti olan müqavilə üzrə heç bir öhdəlik götürməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsini və borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Ap ellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-2(103)-301/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, işin mübahisələndirilməyən halı İ cavabdehin iddiaçı qarşısında öhdəliyinin olması faktıdır. Bu fakt iddiaçı tərəfindən mübahisələndirilmir. Lakin borc öhdəliyi təkcə onun tərəfindən deyil, həm də onun adından faktiki olaraq fəal iyyət göstərən onun həyat yoldaşı – İİ cavabdeh G.İ.Əliyeva tərəfindən də müştərək qaydada tutulmaqla icra edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, İİ cavabdeh ilə iddiaçı arasında hər hansı müqavilə imzalanmamış və İ cavabdeh tərəfindən müqaviləyə öz möhürünü vurması müqaviləni qəbul etdiyini və bəyəndiyini ifadə etmişdir. Məhkəmənin bu dəlili ilə razılaşmayaraq iddiaçı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 21 sentyabr tarixli, 23426 nömrəli rəyinə əsasən 2013-cü il 12 noyabr tarixli alğı-satqı müqaviləsində olan imza məhz cavabdeh G.Əliyeva tərəfindən icra edilmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş 2013-cü il 11 oktyabr tarixli etibarnaməyə əsasən F.Əliyev tərəfindən x3 səlahiyyət verilmişdir. Bəhs edilən etibarnaməyə nəzər yetirilsə, səlahiyyətlərin dövlət orqanlarında təmsil edilməklə bağlı olduğunu və sahibkarlıq fəaliyyəti sahəsində hər hansı səlahiyyətin verilmədiyini aydın görmək mümkündür. İ cavabdehin məhkəmədə verdiyi izahatda sahibkarlıq fəaliyyəti ilə onun həyat yoldaşının məşğul olduğu və möhürünün ümumiyyətlə mövcud olub-olmadığı barədə məlumatının olmaması, möhür mövcud olduğu halda isə onun həyat yoldaşında saxlandığı müəyyən edilmişdir. Göründüyü kimi İİ cavabdeh həyat yoldaşı tərəfindən ona verilmiş 2013-cü il 11 oktyabr tarixli etibarnamə əsasında möhür hazırladaraq bu barədə İ cavabdehə məlumat verməmiş və onun adından müqavilələrə imza atmışdır. Ədliyyə NazirliyininMəhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 26 noyabr tarixli, 23616 nömrəli rəyinə əsasən müqaviləyə vurulmuş möhürün birbaşa icra edildiyi müəyyən edilmişdir. Məhkəmə bu ekspert rəyinə istinad edərək müqaviləyə vurulmuş möhürün məhz cavabdeh F.Əliyev tərəfindən icra edildiyi barədə əsassız qənaətə gəlmişdi. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş və İİ cavabdehin yuxarıda qeyd edilən faktları özündə əks etdirən 2019-cu il 2 mart tarixli ərizəsinə məhkəmə tərəfindən ümumiyyətlə hüquqi münasibət bildirilməmişdir. İİ cavabdehin 2019-cu il 2 mart tarixli ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 79 və 89-cu maddələrinin tələbi baxımından yazılı sübut hesab edilir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 2019-cu il 2 mart tarixli ərizə də MPM-in 106.3-cü maddəsinin tələbləri baxımından faktın etirafı barədə ərizə hesab edilməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd edilən normaların tələblərinə əməl etməmiş, iş üzrə sübutları araşdırmamışdır. İşdə iştirak edən şəxslərin izah atları: İddiaçı və İİ cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. İ cavabdeh məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırıcı hissə: İddiaçının və İİ cavabdehin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdak ı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). MM-in 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfində n imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. MM-in 360-cı maddəsinin (Səlahiyyət verilməyən şəxsin əqd bağlaması) müddəalarına əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin (360.1). Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir (360.2). Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin dəlillərinə bu dəlillərin aid olduğu münasibətləri tənzimləyən normaların tələbləri nəzərə alınmaqla qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...birincisi, iddiaçının bir fərdi sahibkar kimi, cavabdeh Fuad Əliyevlə bağladığı həmin müqavilə ləğv edilməmiş, etibarsız hesab olunmamış, həmin müqavilə üzrə alıcı Fuad Əliyevin satıcı qarşısında aldığı malların pulunu ödəmək öhdəliyi ilə bağlı şərtləri dəyişdirilməmişdir. İkincisi, Fuad Əliyev həmin müqaviləyə öz möhürünü vurması, qeyd olunan imzanı qəbul etdiyini və bəyəndiyini bildirən iradə ifadəsidir.”. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi müqavilənin başqa şəxs – İİ cavabdeh tərəfindən imzalanması faktını rədd etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin ikinci cavabdehin imz asının möhürlə təsdiqinə istinadı da vəziyyəti özü-özlüyündə dəyişmir. Belə ki, həmin müqaviləni bəyəndiyini, İİ cavabdehin imzasını möhürlə təsdiq etdiyini (möhürün onun tərəfindən vurulduğunu) birinci cavabdeh inkar edir. Belə olan halda, məhkəmə MM-in 360.1-ci maddəsində nəzərdə tutulmuş təmsilçini, o, hətta etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlərin icrasını təmin etmək (məsələn, maliyyə sənədlərinin və s. təsdiqi) üçün birinci cavabdehin möhüründən istifadə etmək imkanına malik olduqda belə, müqavilənin tərəfi kimi tanıya bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, İ cavabdeh onun üzərinə öhdəlik qoyan birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Hərçənd, o, apellyasiya instansiyası məhkəməsinə vəsatətlə müraciət edərək birinci instansiya məhkəməsinin qətnamə sinin ləğvini xahiş etmişdir. Bununla yanaşı, məhkəmə müqaviləni imzalamış şəxsi – G.İ.Əliyevanı iddiaçı qarşısında (hazırkı məzmunda iddiaya münasibətdə) cavabdeh kimi tanıyaraq onu icraata cəlb etmişdir. G.İ.Əliyevanın cavabdeh qismində icraatda iştirakına apellyasiya instansiyası məhkəməsi tərəfindən də xitam verilməmiş, o, İİ cavabdeh kimi icraatın iştirakçısı olmuşdur. İddiaçı apellyasiya şikayətinə İİ cavabdehin adından yazılmış (borcun etirafı barədə) ərizəni əlavə etmiş, şikayətində həmin cavabdehin əvvəllər də, qanuni təmsilçisi olduğu x4 vasitəsi ilə müqavilə münasibətlərində olduğu, həmin münasibətlərin kəsilməsinin səbəbləri barədə dəlillər irəli sürmüşdür. Lakin şikayətin həmin dəlilləri məhkəmə araşdırmasının predmeti olmamış, şikayətin həmin dəlillərinə münasibət bildirilməm işdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli olduğundan, şikayət iddianın tam təmin olunması tələbinə aid hissədə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-2(103)-301/2019 nömrəli qətnaməsi iddiaçının şikayətinə münasibətdə ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-385/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-385/2019
11.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver