Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-385/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və zərərin tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-221/2024 nömrəli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin edilmişdir. mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən İş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavbadeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2019-cu il 6 avqust tarixli MAS-1146 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2021-ci il 13 noyabr tarixə 1.395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 278,56 manat dəbbə pulu, 9.575 manat dəymiş zərər, ümumilikdə 11.827,39 manat borc və ödənilmiş 125,89 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiyа Məhk əməsinin 2023-cü il 26 oktyabr tarixli e-2-2(113)-503/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdehdən 2019-cu il 6 avqust tarixli MAS-1146 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2021-ci il 13 noyabr tarixə 1.395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 38,17 manat dəbbə pulu və 8.988 manat dəymiş zərər, ümumilikdə 11.000 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, əsl cavabdeh müəyyən olunmaqla iş üzrə yeni qanuni və əsaslı qətnamənin çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-221/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin – iddianın təmin edildiyi hissədə ləğv olunması, iddia cavabdehdən 1.395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 38,17 manat dəbbə pulu və 8.988 manat dəymiş zərər, ümumilikdə 11.000 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində də iddianın təmin edilməməsi qət olunmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).
5. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” "Maddə
69. Nümayəndə vasitəsi ilə işin aparılması... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.... 69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli nümayəndəsi (təsv iyəçi, ləğvedici) çıxış edir.” “Maddə
73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir....” uyğun olaraq verilmiş və “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.” "Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
8. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, bununla da kassasiya şikayəti MPM-in 407.3-cü maddəsinin (bax § 6) tələbləri pozulmaqla verilmişdir.
9. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, 2024-cü il 21 may tarixində iş üzrə elektron sistemə əlavə edilmiş iddiaçı tərəfin kassasiya şikayətini vəkil kimi Vəkil2 elektron qaydada imzalamışdır. Lakin Vəkil2 kassasiya şikayətini imzalaması üçün səlahiyyətini təsdiq edən sənəd iş materiallarında öz əksini tapmamışdır. Belə ki, iş materiallarında olan etibarnamədən (1-ci cild i/v 168) görünür ki, iddiaçı tərəfindən etibarnamə Nümayəndə verilmişdir. Sözügedən şikayət verilərkən elektron qaydada etibarnamı verilən şəxs tərəfindən dey il, etibarnaməsi olmayan Vəkil2 Oktya oğlu tərəfindən imzalanmşdır. Belə olduğu halda isə vəkil tərəfindən həmin kassasiya şikayəti MPM-in 408.1.1-ci maddəsinə əsasən imzalamaq hüququ olmamışdır.
10. Beləliklə, kassasiya şikayəti iddiaçının adından hüququ olmayan şəxs tərəfindən elektron qaydada imzalanmışdır. Həmin şəxsin etibarnaməsi olmadığından qeyd olunan kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir.
11. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1 və 408.1.1-ci maddələrinə tələblərinə uyğun olaraq (bax § 6), kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
12. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2-2(103)-221/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.