Məhkəmə qərarları › İş №2-2(102)-386/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-386/2019

01.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-386/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X3 və qeyriləri “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: dividend ödənilməsi GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 01.10.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X4, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçılar X3, X6 və X1 cavabdeh ”xxxx” ASC-yə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-238/2018 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar X7, X8 və X2 cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakı tələblərin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər: - Elman Əsədovun xeyrinə 3,6781% səhmlərə görə dividend kimi 216.710,70 manat, əldən çıxmış faydaya görə 15.000 manat, mənəvi zərərə görə 10.000 manat, dövlət rüsumu 30 manat, cəmi 241.740,7 manat; - Azik Əsədovun xeyrinə 0,9335% səhmlərə görə dividend kimi 54.999,60 manat, əldən çıxmış faydaya görə 5.000 manat, mənəvi zərərə görə 5.000 manat, dövlət rüsumu 30 manat, cəmi 65.029,6 manat; - Səbirə Məmmədovanın xeyrinə 2,61% səhmlərə dividend kim i 102.668 manat, əldən çıxmış faydaya görə 10.000 manat, mənəvi zərərə görə 10.000 manat, dövlət rüsumu 30 manat, cəmi 122.698 manatın cavabdehdən tutulması. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 2014, 2015, 2016-cı illər (3 il) üzrə cavabdeh əldə etdiyi gəlirlərini gizlədərək, iddiaçılara dividend verməkdən yayınmışdır. Belə ki, cavabdeh bazarda çalışan şəxslərlə (müqavilə bağlamadan və cəmiyyətin kassasına mədaxil etmədən icarə haqlarını mənimsəmişdir. Həmin şəxslərin bir qismi məhkəmələrə və vergi orqanlarına müraciət etmişlər. Bundan əlavə, Suraxanı rayon Məhkəməsinin qüvvədə olan 21 noyabr 2012-ci il tarixli qətnaməsinə əsasən hazırkı iddiaçılardan «xxxxı» ASC-nin xeyrinə 1109 kv.m və 180 kv.m icarə sahəsi üçün 114.520 manat məbləğində icarə haqqı tutulmuş, lakin həmin mə bləğdən də onlara dividend ödənilməmişdir. Həmin illərdə cavabdehin vergilərdən yayınma və dividendləri mənimsə faktı auditor yoxlama rəyləri ilə də öz təsdiqini tapmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-617/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi (hakim - Z.M.Tağıyev) ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-238/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – V.M.Ağayev və A.B.Ə.Nuriyeva) ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin20 dekabr 2018-ci tarixli, 2-2(82)617/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar kassasiya şikayəti verərək apellyasiy a məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçıların tərəfindən istinad olunan şahid ifadələri, yəni bazarda icarə haqqı olaraq ödədikləri vəsait barəsində məlumatı verməkdə məqsəd bazarın gəlirlərinin real hesablanması ilə bağlıdır. Bu faktı məhkəmə araşdırmaq əvəzinə bu barədə başqa qurumlara müraciət edilməsini tövsiyyə edir. Həmin şəxslərin verdiyi ifadələrin sübut kimi möbərliyini məhkəmədə araşdırmadan qiymət verilməsi doğru deyil. Digər tərəfdən, cəmiyyət bilərəkdən gəlirlərini gizlədirsə və icarə haqqlarını süni şəkildə azaldılmış məbləğlərdə və rəsmi olaraq gəlirləri azaldılmış şəkildə göstərirsə necə ola bilər ki, qərarla divedent ödənilsin. Ümumiyyətlə, cəmiyyətin hansısa ümumi yığıncağının keçirilməsi və ya bununla bağlı qərarın qəbul olunması barədə iddiaçılara məlumat verilmədiyi halda bu məsədə necə mübahisələndirilə bilərdi. Əgər cəmiyətin ümumi yığıncağının qərarları vaxtında və doğru düzgün verilsəydi yəqin ki, mübahisə predmeti də olmazdı. Lakin cəmiyyət öz gəlirlərini gizlətdiyindən dividentləridə ödəmir, bu da hüquqların məhkəmə qaydasında müdafiəsinini tələb edir. Qüvvəyə minmiş qətnaməyə əsasən iddiaçılardan 290 kv.m sahənin, hər kv.m 28 manatdan hesablamaqla icarə haqqı olara 1 il üçün ümumilikdə 129 640 manat hesablanmışdır. Nəzərə alsaq ki, bazarın ümumi sahəsi 5845 kv.m təşkil edirsə və həmin sahəni də 28 manat a vurduqda 1 963 920 manat təşkil edir. Necə ola bilər ki, məhkəmə qətnaməsi ilə iddiaçılar icarə haqqını hər kv.m 28 manatdan ödəyirlər və digər icarəçilər isə ya tamamilə icarə haqqı ödəmir ya da ki, çox aşağı məbləğdə ödəyirlər. Təbii ki, bu mümkünsüzdür, belə ki, cəmiyyət əldə etdiyi gəlirləri gizlətmək üçün aldıqları icarə haqlarını rəsmləşdirmir və ya çox cuzi qiymətlərlə rəsmləşdirir. Burada məqsəd iddiaçılardan tutulan vəsaitdən yenidən onlara dividentin qaytarılması yox, həmin vəsaitin cəmiyətin real gəlirlərinin nümunəsi kimi dəyərləndirilməsidir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri h aqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçıların vəkili məhkəməyə ünanladığı teleqramda üzürlü səbəblərdən iclasda iştirak edə bilməyəcəyini bildirərək prosesin təxirə salınmasını xahiş etsə də, üzürlü səbəblərin nədən ibarət olduğunu bildirməmiş, eləcə də həmin hallara dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçılar cavabdehin gəlirlərini gizlətdiyini bildirməklə 2014-2016-cı illərin (3 il üzrə) mənfəətindən onlara dividend ödənilməsini mübahisələndirirlər. Bu zaman, iddiaçılar ilk öncə cavabdehin bazarda çalışan bir sıra şəxslərlə icarə müqaviləsi bağlamadan və cəmiyyətin kassasına mədaxil etmədən icarə haqlarını mənimsədiyini irəli sürürlər. Bununla əlaqədar kollegiya apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, əgər cavabdeh ASC-nin hər hansı konkret işçisi t ərəfindən yol verilən həmin hərəkətlər mövcuddursa, belə halların araşdırılması vergidən yayınma ilə əlaqədar vergi cinayətlərinin araşdırma predmetini təşkil edə bilər və belə faktlarla bağlı cinayət təqibini həyata keçirən müvafiq orqanlar qarşısında məsələ qaldırmaq iddiaçıların subyektiv hüquqlarıdır. Hazırkı mülki işdə üçüncü şəxslərin dilindən gətirilən belə dəlillərin mötəbər sübutetmə vasitəsi kimi qiymətləndirilməsi istisna edilir. Digər tərəfdən isə həmin şəxslərdən icarə haqqı kimi alınan pullar cəmiyyətin hesabına mədaxil edilməlidir ki, ASC tərəfindən onların hesabatının aparılması və ilin yekunlarına dair hesabat (ümumi) yığıncağı tərəfindən müzakirə obyektini təşkil edə bilsin və bu zaman müəyyənləşdirilən xalis mənfəətdən səhmdarlara dividendlərin ödənilməsi mümkün olsun. Mülki Məcəllənin 106-1 – 106-3-cü maddələrinin tələbləri baxımından, səhmdar cəmiyyətin dividendləri müəssisənin mənfəətindən formalaşır və bu zaman dividendlərin səhmdarlara ödənilməsi, müəssisənin inkişaf etməsinə və ya digər bu kimi istiqamətlərə yönəldilməsi barədə qərarı müəssisənin ali orqanı, (konkret halda «xxxxı» ASC-nin səhmdarlarının ümumi yığıncağı) qəbul edir ki, bu da sonradan müəssisənin vergi orqanlarına verdikləri hesabatlarında öz əksini tapır. Belə ki, həmin hesabatlarda müəssisənin dividendləri üzrə də ödəmə mənbəyindən (gəlirindən) ödənilmiş vergi növü vardır. Cavabdeh ASC-nin iş materialarında olan, mübahisələndirilən 2014, 2015, 2016-ci illər üzrə mənfəət vergisi bənanamələrindən görünür ki, cəmiyyətin 2014-cü ildə vergiyə cəlb olunan 5009,95 manat mənfəətindən 1001,99 manat vergi tutulmuş, 2015-ci ildə cəmiyyətin mənfəəti mövcud olmamış (20.150,87 manat zərər), 2016-cı ildə isə cəmiyyətin vergiyə cəlb olunan 6.649,16 manat mənfəətindən 1329, 83 manat vergi tutulmuşdur. Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən isə dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Belə olan halda, Vergi Məcəlləsinin qeyd olunan təl əbi baxımından cəmiyyətin 2014-cü ildə 4007,96 (5009,95-1001,99) manat, 2016-cı ildə isə 5319,33 manat (6.649,16-1329,83) manat xalis mənfəəti mövcud olmuşdur. Mülki Məcəllənin 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin Məcəllənin 107-5.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 1073.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. İddiaçılar tərəfindən isə mülki qanunvericiliyin qeyd olunan tələbləri qaydasında 20142016-cı illər üzrə cavabdeh ASC-nin ümumi yığıncağının qərarının mübahisələndirildiyi müəyyən olunmur. İddiaçıların Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qətnaməsinə əsasən hazırkı iddiaçılardan (həmin iş üzrə cavabdehlərdən) hazırkı cavabdehin (həmin iş üzrə iddiaçıdan) 114.520 manat məbləğində pul birincilərdən ASC-nin xeyrinə tulması qət olunan məbləğdən dividend tutulması tələbinə gəldikdə isə, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birincisi, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-560/2013 saylı qətnaməsi ilə iddianın təmin olun ması hissəsində ləğv edilərək, iddia həmin hissədə tam təmin edilmiş və hazırkı iddiaçılardan müştərək qaydada «xxxx» ASC-nin xeyrinə 129.640 manat məbləğində pul vəsaitinin tutulması qət olunmuş, həmin qətnamədən kassasiya şikayəti verilməmiş, icraya yönldilmiş və bu vaxtacan icra edilməmişdir (İş Bakı Apellyasiya Məhkəməsinin arxivində saxlanılır). İşin hallarından da göründüyü kimi, həmin qətnamənin icra olunmadığı tərəflər işin mübahisələndirilməyən hallarını təşkil edir. Apellyasiya məhkəməsi bununla bağlı əsaslı olaraq qeyd etmişdir ki, həmin qətnamə hətta icra olunsa belə, cavabdeh ASC-nin xeyrinə tutulacaq həmin məbləğdən mənfəət vergisi tutulduqdan sonra, yerdə qalan xalis mənfəətin bölüşdürülərək səhmdarlara dividendlər ödənilməsi də məhz mülki qanunvericilyin qeyd olunan qaydala rına müvafiq aparılmalıdır. Beləliklə də, iddiaçıların iddia cavabdehə qarşı dividend tələblərində haqlı olduğu sübuta yetirilmir. Belə olan halda, onları mənəvi ziyan tələbində də haqlı olduqları istisna edilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(1 03)-238/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar