Məhkəmə qərarları › İş №2-2(102)-387/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-387/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-387/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə yaranmış borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli 2-2(107)-34/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkə mə iclasında baxılmışdır. İşin halları:

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 2018-ci il 15 may tarixli ***-**** nömrəli malların alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 1 nömrəli Əlavədə göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndinə əsasən, alıcı müqavilənin 50 faizi miqdarında avans etdikdən sonra satıcı 120 iş günü ərzində malları Azərbaycan Respublikası ərazisinə gətirir, mallar gömrük ərazisinə daxil olduqda alıcı ödənişin qalan hissəsini iki gün ərzində tam şəkildə həyata keçirir. Tərəflər malın təhvil verilməsi barədə akt tərtib edirlər və səlahiyyətli nümayəndələr akta imza edirlə r. 2. 2018-ci il 15 may tarixli ***-**** nömrəli müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23.886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6.683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1.430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 6 ədəd double miniatur magnetic lock (ümumi dəyəri 1.603,55 avro), 4 ədəd single miniatur magnetic lock (481,82 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2.890,91 avro), 1 ədəd Software license for single user SU-SEC-P-USB (dəyəri 804,60 avro), 1 ədəd Sof tware license SU-SEC-1000PT, 5000P, PRG, BG, USB (dəyəri 1.844,03 avro), 1 ədəd Software license lan c.sec-1000.İO-PR.-BADG-USB (dəyəri 2.109,66 avro) olmaqla, cəmi 42.694,93 avro məbləğində malların satılması nəzərdə tutulmuşdur. 3. 2018-ci il 27 noyabr tarixli təhvil-təslim sənədindən görünür ki, 10 ədəd Poximity (125kHz) card reader non-contact (HİD), 50 ədəd Proximity (125kHz) card (HİD), 10 ədəd Exit button double contakt stainless steel (HİD), 10 ədəd Emergency exit button (HİD), 10 ədəd Single miniatur magnetic lock (Yale) BMS” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 4. 2018-ci il 6 iyul tarixli təhvil-təslim sənədindən görünür ki, 20 ədəd Access control panel 4 reader input /8 input/ 4 output (ACX-2-********), 46 ədəd Digital input module XPDİ8 (XPD18), 200 ədəd Magnetic door monitoring contact (MK4200) BMS MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 5. 2018-ci il 10 iyul tarixli təhvil-təslim sənədindən görünür ki, 8 ədəd Access control panel 4 reader input/8 input/4 output (ACX-2-********), 10 ədəd Digital input module XPDİ8 (XPD18) BMS MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra mətndə - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.694,93 avro məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 15 may tarixli ***-*** * nömrəli malların alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 1 nömrəli Əlavədə göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 42.694,93 avro ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borc ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 449, 598.3-cu maddələrinə istinad etmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbinin faktiki əsaslarına dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tələbin faktiki əsasları kimi yazılı sübutlar qismində tərəflər arasında bağlandığı iddia olunan 2018-ci il 15 may tarixli ***-**** saylı alqı-satqı müqaviləsinə və 2018-ci il 6 iyul, 2018-ci il 10 iyul və 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktlarına istinad etsə də, məhkəməyə həmin sübutların əslini və ya notariat qaydasında təsdiqlənmiş surətlərini təqdim etməmişdir (iddiaçının elektron məhkəmə sisteminə yüklədiyi müvafiq müqavilə və təhvil-təslim aktları da həmin sənədlərin əslindən deyil, surətlərindən skan edilmiş versiyasıdır).

10. Bundan əlavə, işdə malların təhvil-tə slimini təsdiq edən sənəd kimi müvafiq aktları imzalamış şəxslərin müqavilənin 4.4-cü bəndinə əsasən, cavabdehin səlahiyyətli nümayəndələri olmalarına dair heç bir sübut yoxdur. Həmçinin, 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktında cəmi 2.872,1 Avro məbləğində malları (müqavilənin 1 saylı Əlavəsindəki mallardan 3, 4, 5, 6 və 8-ci sıralarda göstərilən) cavabdehin adından “təhvil alan” şəxsin vəzifəsi ümumiyyətlə bəlli deyil və həmin akt cavabdehin möhürü ilə təsdiqlənməmişdir.

11. Eyni zamanda, təhvil-təslim aktlarında göstərilən malların həqiqətən də ölkə ərazisinə idxalını təsdiq edən hər hansı sübut (müvafiq gömrük bəyannamələri, beynəlxalq yük-nəqliyyat qaimələri və s.) mövcud deyildir.

12. Müqavilənin 1 saylı Əlavəsindəki mallardan 7, 10, 11 və 12-ci sıralarda göstərilən və ümum i dəyəri 6.361,84 avro olan malların təhvil-təsliminə dair ümumiyyətlə heç bir sübut təqdim olunmamışdır (belə olan halda, müqavilənin 3.3.1-ci bəndinə əsasən “alıcı”nın (yəni cavabdehin) müqavilənin icrasından imtina etmək hüququ vardır).

13. Göstərilənlərə əsasən, 42.694,93 avro məbləğində pul tələbinə dair iddia əsassız olduğundan təmin edilməməlidir.

14. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli, e-2-2(117)-10/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 37.055,79 avro (otuz yeddi min əlli beş avro yetmiş doqquz sent) məbləğində borcun Azərbaycan manatına olan məzənnə ilə və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mübariz Hüseynov).

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2018-ci il 6 iyul, 2018-ci il 10 iyul və 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktları ilə müqaviləyə əlavədə qeyd edilən mallardan bir hissəsinin - 28 ədəd control panel 4 reader input/8 input/ 4 output (ümumi dəyəri 23.886,93 avro), 56 ədəd digital intput module XPDİ8 (ümumi dəyəri 6.683,17 avro), 10 ədəd Proximity (125kHz) card reader, non-contact (ümumi dəyəri 1.430,40 avro), 50 ədəd Proximity (125 kHz) card (ümumi dəyəri 188,21 avro), 10 ədəd Exit button double contact, stainless steel (ümumi dəyəri 489,35 avro), 10 ədəd Emergency exit button (ümumi dəyəri 282,32 avro), 200 ədəd Magnetic door monitoring contact (ümumi dəyəri 2.890,91 avro) və 4 ədəd single miniatur magnetic lock (ümumi dəyəri 481,82 avro) və əlavə olaraq 6 ədəd single miniatur magnetic lock (ü mumi dəyəri 722,7 avro) kimi malların alıcıya (cavabdehə) verilməsi təsdiq olunur, digər malların təhvil verilməsi faktı isə öz təsdiqini tapmır. Bu səbəbdən, cavabdehə təhvil verilən malların ümumi dəyəri 37.055,79 avro təşkil etdiyindən, iddia tələbi həmin həcmdə təmin edilməli, qalan hissədə təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 329.2, 385.1, 386.1, 406.1, 427, 442, 445.2, 448.1, 448.2, 449.1, 567, 600-cü maddələrinə istinad etmişdir.

17. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək, iddianın həmin hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat

18. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli 2-2(107)-34/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə dəyişdirilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 33.461,01 avro məbləğində debitor borcu Azərbaycan manatına olan məzənnə ilə tutulub iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən Mirbahəddin Hüseynov, hakimlər Akif Eyvazov və Rəfail Əliyev ).

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, təhvil-təslim aktlarında göstərilən malların həqiqətən də ölkə ərazisinə idxalını təsdiq e dən sübutların (müvafiq gömrük bəyannamələri, beynəlxalq yük-nəqliyyat qaimələri və s.) iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi onlar arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır. Ümumiyyətlə, iddiaçı satdığı malları nə vaxt, haradan və hansı qaydada alması barədə cavabdehə hesabat verməyə borclu olmamışdır. Müqaviləyə görə iddiaçı müvafiq malları cavabdehə verməli, cavabdeh həmin malları qəbul etməli və bununla əlaqədar tərəflərin səlahiyyətli nümayəndələri malların təhvil-təslimi barədə akt tərtib etməli idilər. Belə aktların mövcudluğu və onların mötəbərliyi iddiaçının öz öhdəliklərini yerinə yetirməsinin sübutu üçün yetərli sayılır. 20. 2018-ci il 6 iyul və 2018-ci il 10 iyul tarixli təhvil-təslim aktlarının mötəbərliyini şübhə altına almağa əsas mövcud deyildir. Belə ki, h əmin aktlarda cavabdehin nümayəndəsi (texniki direktoru) Mehman Quliyevin imzası ilə yanaşı, həmin MMC-nin möhürü də vardır. Bu aktları mübahisələndirdiyi halda, cavabdeh sözügedən sənədlərə onun möhürünün necə vurulduğunu izah etməlidir. Apellyasiya şikayətində cavabdeh həmin sənədlərdəki möhürün saxtalığını mübahisələndirməmişdir. Təhvil-təslim zamanı MMC-nin möhürü ilə iştirak edən şəxsin onun səlahiyyətli nümayəndəsi deyil, bu MMC-yə aidiyyəti olmayan kənar bir şəxs olmasının iddia edilməsi və həmin şəxsin cavabdehin nümayəndəsi olmasını sübut etməyin iddiaçıdan tələb olunması əsassızdır.

21. Bununla belə, 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktında cavabdehin möhürü yoxdur və malları təhvil almış nümayəndə də əvvəlki şəxs (Mehman Quliyev) deyil, başqası (Vüqar Bayramov) olduğun dan, bu malların cavabdehə təhvil verilməsi qənaətinə gəlmək mümkün deyildir. Ona görə də iddiaçının istinad etdiyi 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktı mötəbər sübut standartlarına cavab vermir. Bu baxımdan, cavabdehin 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktında göstərilən 3.594,78 avro dəyərində malları almaması barədə dəlili təkzib olunmur. Beləliklə, işdə olan mötəbər sübutlarla iddiaçı tərəfindən cavabdehə 37.055,79 avro məbləğində deyil, 33.461,01 (37.055,79 - 3.594,78) avro məbləğində malların verilməsi təsdiqini tapır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmuş həcmi 3.594,78 avro məbləğində azaldılmalı və iddia tələbi 33.461,01 avro məbləğində təmin edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikas ı MM-in 427, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 217-ci maddələrinə istinad etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıya və cavabdehə 2021-ci il 7 may tarixində təqdim olunmuşdur.

24. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş edilmişdir.

25. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin edilərək cavabdehdən 33.461,01 avro məbləğində debitor borcun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissədə də təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:

26. Qanunvericilikdə təhvil-təslim aktlarında mütləq şəkildə möhürün olması və ya təhvil-təslim aktlarının eyni şəxs tərəfindən imzalanmalı olması kimi tələblər mövcud deyil. Hətta, cavabdehin özü belə nə məhkəmə iclaslarında, nə də şikayətlərində malları almadığına istinad etməmişdir. Məhkəmə yalnız cavabdeh tərəfindən “Bayramov Vüqar cavabdehin nümayəndəsi deyil, cavabdehlə heç bir əlaqəsi yoxdur və onun imzaladığı aktda göstərilmiş məhsullar cavabdeh tərəfindən alınmayıb” deyildiyi halda, V.Bayramovun kimliyi məsələsini araşdırmalı və əgər doğrudan da, onun cavabdehin nümayəndəsi olmadığı aşkar olunsaydı, dələduzluqla əlaqədar onun barəsində cinayət işi başlanılmalı idi. Hazırki halda isə, məhkəmə tərəfindən, V.Bayramovun cavabdehin nümayəndəsi olubolmaması, məhsulların həqiqətən də, cavabdehə çatdırılmış olub-olmaması məsələləri ümumiyyətlə, heç bir şəkildə araşdırılmamış, təhvil-təslim aktının heç bir qanuni əsası olmayan bir tələbə uyğun gəlmədiyi əsas götürülərək, iddiaçının iddiasının təmin olunan hissəsi 3.594,78 avro məbləğində azaldılmışdır.

27. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 6.2, 6.3, 6.5-ci bəndlərinə istinad etmişdir. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:

28. İddiaçının iddia tələbini n faktiki əsası kimi istinad etdiyi 2018-ci il 15 may tarixli 0082018 saylı alqı-satqı müqaviləsinin 4.4-cü bəndində malların təhvil-təslim qaydası təsbit edilmişdir. Həmin bəndə əsasən, tərəflər malın təhvil verilməsi barədə işin sonunda akt tərtib edir və səlahiyyətli nümayəndələr akta imza atırlar. Lakin iş materiallarından görünür ki, iddiaçının 33.461,01 avro məbləğində malın cavabdehə verilməsinin sübutu kimi istinad etdiyi 2018-ci il 6 iyul və 2018-ci il 10 iyul tarixli təhvil-təslim aktlarını cavabdeh tərəfdən texniki direktor Mehman Quliyev ad-soyadlı şəxsin imzaladığı və möhürlədiyi görünsə də, həmin şəxsin müvafiq əmr, sərəncam və ya etibarnamə əsasında cavabdehin səlahiyyətli nümayəndəsi olmasına dair işdə heç bir sübut yoxdur. Belə olan halda, həmin aktlar müqavilə şərtlərinə uyğun tərtib olunmadığı üçün, qeyd edilən məbləğdə malların həqiqətən də iddiaçı tərəfindən cavabdehə verilməsinin sübutu kimi qiymətləndirilə bilməz.

29. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası MPM-in 88, 217.1, 217.3-cü maddələrinə istinad etmişdir. c) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən verilmiş etirazın dəlilləri:

30. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktını imzalayan V.Bayramovun cavabdehin nümayəndəsi olub-olmaması, aktda göstərilən malların həqiqətən də cavabdehə çatdırılıbçatdırılmaması məsələsini araşdırmadan, həmin aktı qeyri-mötəbər sübut kimi qiymətləndirərək, iddia tələbini 3.594,78 avro məbləğində təmin etməməsi əsassızdır, baxmay araq ki, cavabdeh özü nə məhkəmə iclaslarında, nə də şikayətlərində malları almış olmamasına istinad etmiş və V.Bayramov cavabdehin işçisi olmuşdur ki, bu da malların cavabdehə təhvil verilməsini bir daha sübuta yetirir. İddiaçının bu dəlili tamamilə əsassızdır. Ona görə ki; - Birincisi, cavabdeh istər iş üzrə keçirilən məhkəmə iclaslarında, istər iddiaya qarşı yazılı etirazında, istərsə də birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində iddiaçının öz tələbinin faktiki əsasları kimi yazılı sübutlar qismində istinad etdiyi 2018-ci il 6 iyul, 2018-ci il 10 iyul və 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktlarının mötəbərliyini etirazında və şikayətində qeyd edilən səbəb və əsaslardan çıxış edərək mübahisələndirmiş və həmin aktlarda göstərilən malların cava bdehə təhvil verilmiş olmasını təsdiq etməmişdir. - İkincisi, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi 2018-ci il 15 may tarixli ***-**** saylı alqı-satqı müqaviləsinin malların təhvil-təslim qaydasını təsbit edən 4.4cü bəndində malın təhvil verilməsi barədə tərtib olunan aktın tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalı olması razılaşdırılmışdır. Ona görə də, nəzərə alaraq ki, V.Bayramovun müvafiq əmr, sərəncam və ya etibarnamə əsasında cavabdehin səlahiyyətli nümayəndəsi olmasına dair işdə heç bir sübut yoxdur, yalnız cavabdehin işçisi olması faktı, onun həm də cavabdehin səlahiyyətli nümayəndəsi olması anlamına gələ bilməz. Belə olan halda, V.Bayramov adlı şəxsin imzaladığı akt müqavilə şərtlərinə uyğun tərtib olunmadığı üçün haqlı olaraq həmin aktda qeyd edilən məbləğdə malların həqiqətən də iddiaçı tərəfindən cavabdehə verilməsinin sübutu kimi qiymətləndirilməmişdir.

31. İddiaçı tərəfindən cavabdeh tərəfin kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. İddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə isə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

33. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbu l edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

34. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yo xlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an i cra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödəni lməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilmə sini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.”

38. Azərbaycan nəzərdə tutulur: Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “M addə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. İddiaçının kassasiya şikayətininin dəlili apellyasiya instansiyası məhkəməsinin iddia olunan borcla bağlı 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktını imzalamış «V.Bayramov» adlı şəxsin cavabdehin nümayəndəsi olub-olmamasının araşdırılmaması ilə bağlıdır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsassız hesab edərək mülki mühakimə icraatında sübutetmə və kassasiya şikayətində dair mülki prosessual qanunvericiliiyin tələblərinin qeyd olunmasını zəruri hesab edir. Belə ki, prosesual qanunun tələbinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına istinad etməyə yol verilmir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2, 407.2-ci maddələri).

42. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. Lakin iddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən 2018-ci il 27 noyabr tarixli təhvil-təslim aktı qiymətləndirilərkən hansı maddi və ya prosessual hüquq normasının pozulduğu, pozuntunun nədən ibarət olduğu göstərilməmişdir.

43. Cavabdehin kassasiya şikayəti, onun apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, işə baxan məhkəmələrin iddiaçı tərəfindən 33.461,01 avro məbləğində malın cavabdehə verilməsinin sübutu kimi i stinad etdikləri 2018-ci il 06 iyul və 2018-ci il 10 iyul tarixli aktların mötəbər sübut olmaması və bunula da MPM-nin 88.217.1 və 217.3-cü maddələrinin pozulmasından ibarətdir.

44. Kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Baxılan iş üzrə, cavabdehin texniki direktoru tərəfindən imzalanmış 2018-ci il 06 iyul və 2018-ci il 10 iyul tarixli aktlar, Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir (i.v 165-166). Bu baxımdan Kollegiya hesab edir ki, kassasiya şikayət inin həmin dəlili iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz.

45. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır (bax yuxarıda § 12) Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı və cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 aprel tarixli 22(107)-34/2021 nömrəli saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar