Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-388/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh “X7 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X12 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh “X7 "xxxx"” Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X27, Həmidov Xeyrul Yusif oğlu, X44, X28 və X38 cəlb olunmaqla) maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 20 fevral tarixli, 2-2( 103)-61/2025 nömrəli qətnaməsindən Həmidov Xeyrul Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1.Şabran Rayon Məhkəməsinin 2012-ci il 31 iyul tarixli, 2(031)-276/2012 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC ilə Şabran rayonu Əmirxanlı kənd sakinləri İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsindən 2,23 ha (22287,00 kvadrat metr), X39 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,00 ha (10000,00 kvadrat metr), X13 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 0,59 ha (5868,04 kvadrat metr), X16 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 2,23 ha (22286,97 kvadrat metr), X17 məxsus torpaq sahəsindən 0,32 ha (3183,00 kvadrat metr), X3 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,59 ha (15919,00 kvadrat metr), X29 və ailə üzvlərinə məxsu s torpaq sahəsindən 2,65 ha (26512,00 kvadrat metr), X1 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 0,31 ha (3183,00 kvadrat metr), X14 məxsus torpaq sahəsindən 1,27 ha (12735,00 kvadrat metr), X8 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,27 ha (12735,00 kvadrat metr), X4 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,47 ha (14669,90 kvadrat metr), X2 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1.91 ha (19103,00 kvadrat metr), X9 məxsus torpaq sahəsindən 0,32 ha (3183,00 kvadrat metr), X30 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,91 ha (19103,00 kvadrat metr) və X18 və ailə üzvlərinə məxsus torpaq sahəsindən 1,26 ha (12664,19 kvadrat metr) torpaq sahələrinin alğı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələrin etibarlı hesab edilməklə qeydə alınması, cavabdehlər İddiaçı və ailə üzv lərinə məxsus JN 0015 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 2,23 ha (22287,00 kvadrat metr) hissədə, X39 və ailə üzvlərinə məxsus məxsus JN 0040 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,00 ha (10000,00 kvadrat metr) hissədə, X13 və ailə üzvlərinə məxsus məxsus JN 0016 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,59 ha (5868,04 kvadrat metr) hissədə, X16 və ailə üzvlərinə məxsus məxsus JN 0025 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 2,23 ha (22286,97 kvadrat metr) hissədə, X15 məxsus JN 0014 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,32 ha (3183,00 kvadrat metr) hissədə, X3 və ailə üzvlərinə məxsus JN 0022 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,59 ha (15919,00 kvadrat metr) hi ssədə, X29 və ailə üzvlərinə məxsus JN 0047 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 2,65 ha (26512,00 kvadrat metr) hissədə, X1 və ailə üzvlərinə məxsus məxsus JN 0036 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,31 ha (3183,00 kvadrat metr) hissədə, X14 məxsus JN 0039 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,27 ha (12735,00 kvadrat metr) hissədə, X8 və ailə üzvlərinə məxsus JN 0092 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,27 ha (12735,00 kvadrat metr) hissədə, X4 və ailə üzvlərinə məxsus JN 0091 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,47 ha (14669,90 kvadrat metr) hissədə, X2 və ailə üzvlərinə məxsus JN 0013 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,91 ha (19103,00 kvadrat me tr) hissədə, X9 məxsus JN 0090 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 0,32 ha (3183,00 kvadrat metr) hissədə, X30 və ailə üzvlərinə məxsus JN 0035 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,91 ha (19103,00 kvadrat metr) hissədə və X18 və ailə üzvlərinə məxsus JN 0038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı satılmış 1,26 ha (12664,19 kvadrat metr) hissədə ləğv edilməsi, İddiaçı, X45, X22, X31, X32, X10, X40, X5, X23, X19, X11, X6, X20, X41 və X33 tərəfindən satılmış, Şabran rayonu Əmirxanlı kəndi ərazisində yerləşən cəmi 203432,00 kvadrat metr torpaq sahəsinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun tanınması və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına həmin torpaq sahələrinə Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarış verilm əsi, mülkiyyət hüququna dair sənədlərdə satılmış hissədən başqa qalan torpaq sahələri ölmüş mülkiyyətçilərin payları da ailə üzvlərinə bərabər bölünməklə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi qət edilmişdir. 2.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 7 iyun tarixli, 2(105)-2215/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X6, X24 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 31 iyul 2012-ci il tarixli qətnaməsi cavabdehlər X6, X24 və İddiaçı münasibətdə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdehlər X6, X24 və İddiaçı münasibətdə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 3.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 13 noyabr tarixli, 2(102)6922/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019cu il 7 iyun tarixli, 2(105)-2215/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4.Şabran rayonu Əmirxanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,2287 ha torpaq sahəsi X27, Həmidov Xeyrul Yusif oğlu, X44, X28 və X38, X34 və İddiaçı ümumi birgə mülkiyyətində olması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 2022-ci il 18 yanvar tarixli, **********8 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 5.İddiaçı cavabdeh “X7 "xxxx"” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı (mü bahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X27, Həmidov Xeyrul Yusif oğlu, X44, X28 və X38 cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********571 reyestr nömrəli 2022-ci il 18 yanvar tarixli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin bərpa xərci kimi 228.000 manat, torpaq sahəsindən 2010-2020-ci illərdə əldən çıxmış gəlir 21.161,50 manat, 526 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 210 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddia onunla əsaslandırılmışdır ki, 2,23 ha torpaq sahəsi cavabdeh tərəfindən hasarlanmış, torpaq qatının müxtəlif d ərinliklərdə qazılaraq 120.000 m³ torpaq aparılmış, sahə istifadəyə yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən torpaqdan 10 ildən artıq müddət ərzində istifadə etmək və gəlir əldə etmək mümkün olmamış. Bərpa xərcləri və əldən çıxmış faydanın müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş, nəticədə 228.000 manat bərpa xərci, 21.161,50 manat itirilmiş gəlir müəyyən olunmuşdur. Bu əsasla cavabdehdən ümumilikdə 249.161,50 manat məbləğində pulun tutulması tələb olunur. 7.Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vərərək bildirmişdir ki, iddia ərizəsinə əsasən, mülkiyyətində olan torpaq sahəsindən ərazi yararsız vəziyyətə düşdüyü üçün 10 ildən artıq müddət ərzində istifadə edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan da bəllidir ki, şəxslər həmin vaxtdan başlayaraq iddia e tdikləri kimi torpağın yararsız vəziyyətə düşməsi barədə məlumatlı olduqlarını bildirirlər və bunu elə iddia ərizələrində qeyd edirlər. Bundan fərqli olaraq iddiaçı 2018-ci il 15 noyabr tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verən zaman qeyd edir ki, onlara torpaq sahəsinin satınalma dəyəri deyil, torpağın bərpa qiyməti ödənilmişdir, bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman iş üzrə sədrlik edənin “torpağın üst qatını hara daşıdılar?” sualına “kənara daşıdılar. Gili götürəndən sonra yerinə qaytardılar, Düzləşdirəndə sevindik, elə bildik torpağımızı qaytaracaqlar, sonra gördük ki, hasara alıb oranı əkib becərirlər.” cavabını vermişdir. İddiaçının nümayəndəsinin cavablarından da aydın olur ki, şəxslər artıq müvafiq olaraq 2011-ci ildən hüquql arının pozulduğunu bilmişlər. İddiaçı özü də iddia ərizəsində 10 ildən artıq müddətdə torpaq sahəsindən istifadə edə bilmədiyini etiraf etmiş, bu da onun hüququnun pozulduğunu uzun müddət əvvəl bildiyini göstərir. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış işdə onun verdiyi ifadələrdən və nümayəndəsinin açıqlamalarından da görünür ki, cavabdehlər artıq 2011-ci ildən pozuntu barədə məlumatlı olmuşlar. 8.Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 may tarixli, 2-2(113)-1327/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Axundova). 9.Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 22 noyabr tarixli, 3-16-16/2-10/7399-9/7475-7/1377 saylı ekspert rəyinə əsasən, Şabran rayon Aqrar İslahatı Komissiyasının 1998- ci il 28 aprel tarixli 004 nömrəli qərarı ilə İddiaçı Maşallah oğluna və onun ailə üzvlərinə Əmirxanlı kənd ərazisində JN-0015 saylı (kod ********) Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 5,90 ha torpaq sahəsinin 1,3089 ha, 2,2287 ha, 0,2983 ha, 0,2897 ha və 1,7752 ha olmaqla, beş hissədən ibarət olmasını, DƏDRX tərəfindən reyestr nömrəsi **********71 olan Çıxarış verilmiş 2,2287 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-15 nömrəli Dövlət Aktına əsasən tərtib olunmasını nəzərə alaraq, DƏDRX tərəfindən reyestr nömrəsi **********71 olan Çıxarış verilmiş 2,23 ha torpaq sahəsinin JN-15 nömrəli Dövlət Aktında qeyd olunan 5,90 ha torpaq sahəsinin 2,2287 ha hissəsi olduğu müəyyən edilmişdir. “Google Earth” internet proqramında mövcud olan peyk görüntülərində ərazinin relyefində baş vermiş dəyişikliklərə əsasən, **********71 reyestr nömrəsi ilə qeydiyyata alınmış 2,2287 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 0,87 ha hissəsində 2012-ci il 25 iyul tarixli görüntüdə qazma izlərinə xarakterik izlər olmasının müşahidə edilməsini nəzərə alaraq, **********71 reyestr nömrəli Çıxarışla mülkiyyətdə olan 2,2287 ha torpaq sahəsinin koordinatlar daxilində, 0.87 ha ərazidə "Taxta Körpü" su anbarının tikintisi üçün gil qatının çıxarıldığı müəyyən edilir. Faktiki vəziyyətdə sözügedən torpaq sahəsinin dağlıq ərazidə yerləşməsini, relyefinin mailli formada olmasını, ərazinin 2012-ci ildən qabaq mövcud olmuş dərinlik və ya yüksəklik səviyyəsi ilə bağlı məlumat olmamasını, eləcə də “Google Earth” internet proqramında mövcud olan peyk görüntülərinə əsasən ərazidə baş vermiş dəyişikliklərin texniki göstəricilərini, yəni qazma dərinliyini müəyyən etməyin mümkün olmadığını nəzərə alaraq, **********71 reyestr nömrəli Çıxarışla mülkiyyətdə olan 2,2287 ha torpaq sahəsinin ərazisində “Taxra Körpü” su anbarının tikintisi üçün torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmamışdır. Şabran rayonu, Əmirxanlı kəndində yerləşən və İddiaçı Maşallahxan oğlunun ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin ilkin vəziyyəti barədə məlumat olmadığından (“Taxra Körpü” su anbarının tikintisi üçün torpaq qatının daşınmışdan əvvəlki vəziyyəti barədə), eləcə də tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının nəticəsinə əsasən sözügedən ərazisində torpaq qatının daşınması zamanı həmin sahənin əvvəlki vəziyyətindən neçə metr dərinlikdə aşağı salınmasını müəyyən etmək mümkün olmadığından torpağın məhsuldarlığının nə qədər azalmasını və torpaq sahəsinin əvvəlki məhsuldarlığı ilə müqayisədə yaranan fərqi müəyyən etmək mümkün olmamışdır. Rəyin tikinti-texniki və biloji hissəsində göstərilənlərə əsasən tədqiqat obyekti lan torpaq sahəsində torpaq qatının daşınması ilə əlaqədar məhsuldarlığın nə qədər aşağı düşməsi və həmin torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması ilə əlaqədar görüləcək işlərin həcmi (həmçinin ilkin vəziyyəti ilə əlaqədar) barədə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadı.
10. Məhkəmə həm in ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, iddiaçıya dəymiş zərərin 228000 manat həcmində olması, həmin zərərin məhz cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmır. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
11. Məhkəmə iddia tələbinin 21161,50 manat əldən çıxmış fayda hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həm zərərin cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmamış, həm də iddiaçı əldən çıxmış fayda və həmin məbləğin 21161,50 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.
12. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia sübuta yetirilmədiyindən təmin olunmamalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 1097.1-ci maddələrinə, Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 20 fevral tarixli 2-2(103)-61/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva, Z.Şirinov).
16. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı torpağın məhsuldarlığının azaldığını və torpaqdan istifadə etmədiyini qeyd etsə də məhkəmənin araşdırması zamanı bu hal müəyyən edilməmişdir. Belə ki, apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə Şabran Rayon Məhkəməsindən iddiaçı "xxxx" ASC-nin (hazırkı cavabdeh) Şabran rayonu Əmirxanlı kənd sakinləri İddiaçı (hazırkı iddiaçı) qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş tələb edilmiş, həmin mülki iş materialları tədqiq edilmişdir. Tərəflərin izahatlarından, mülki iş materiallarından da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi illər ərzində əkib-becərilmiş, torpaqdan təyinatı üzrə istifadə edilmiş, hətta torpaqdan istifadəyə görə dövlət subsidiyaları da alınmışdır. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın yaranma əsaslarını və maddi ziyanın məbləğini sübut edə b ilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Birinci və apellyasiya instansiya məhkəmələrində üçüncü şəxs qismində iştirak edən Həmidov Xeyrul Yusif oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinə əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra iddiaçı və üçüncü şəxslərdən X44, X38 öz paylarını Həmidov Xeyrul Yusif oğluna bağışlamışlar. Buna dair Hüquqların Dövlət q eydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 2025-ci il 14 aprel qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 1.5388642 ha torpaq sahəsi Həmidov Xeyrul Yusif oğlu, X28 və X21 hər biri 0.3449178 ha olmaqla mülkiyyətinə verilmişdir.
20. Qeyd olunanlar və MPM-in 58-ci maddəsinin tələbləri nəzərə alınaraq, İddiaçı prosessual hüquq varisliyi qaydasında Həmidov Xeyrul Yusif oğlu ilə əvəz olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
21. MM-in 21.2-ci maddəsi üzrə - iş üzrə təyin edilmiş məhkəmə ekspertizası torpağın daşınılması faktını etiraf etdiyi, iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi hesablamalar apararaq ziyanın miqdarını müəyyən etdiyi bir halda məhkəmələrin iddiaçın ın iddiasını sübut edəcək mötəbər sübut təqdim etmədi yanaşması əsassız olmuşdur. Torpaq sahəsinin daşınması faktı öz təsdiqini tapdıqdan sonra digər məsələ həmin daşınmanın kim tərəfindən edilməsi faktıdır ki, bu mübahisə olunmur və cavabdeh tərəfindən bu işlərin su anbarının tikintisi zamanı edilməsi işin mübahisəsiz halıdır. Yəni əməl, nəticə və səbəbli əlaqə mövcud olduğu halda məhkəmə zərərin miqdarının müəyyən edilməməsi əsası ilə iddiaçının iddiasını rədd etməsi tam qanunsuz olmuşdur. Halbuki iddiaçı əlində olan bütün imkanlardan istifadə etmiş, iş üzrə müstəqil mütəxəssis rəyi almışdır. Torpağın üst münbit qatının daşınmasının torpağın məhsuldarlığına ziyan vurması hər kəsə bəlli olan faktdır. Burada həmin zərəri iddiaçı mütəxəssis rəyi ilə ortaya qoymuşdur. Məhkəmə həmin rəydəki miqdar ilə razı deyildirsə, özü həmin miqdarı aşağıyuxarı qiymtələndirmə imkanına malik idi. Məhkəmə ekspertlərinin əlində torpağın keçmiş vəziyyətinin olmaması və buna görə də neçə metr qazıldığının müəyyən edilməməsi əsası ilə rəy verməməsi və məhkəmənin də bu əsasla iddianın rədd etməsi qanunsuz olmuşdur.
22. MPM-in 102.1, 102.2-ci maddələri üzrə - ekspert əsassız olaraq tədqiqat aparmaqdan imtina etdiyi üçün məhkəmə tərəfindən təkrar ekspertiza təyin olunmalı idi. İddiaçı məhkəməyə müraciət etməzdən öncə bu sahədə ixtisaslaşmış müstəqil ekspertiza mərkəzindən rəy almış və orada zərərin miqdarını göstərmişdir. Bundan sonra zərərin miqdarının əslində o qədər olmadığını sübut etmək öhdəliyi və zərər vurulmadığını sübut etmə öhdəliyi cavabdehin üzərinə keçmişdir. Zərərin isə cavabdeh tərə findən vurulduğu işin mübahiəsiz halıdır. Belə olduğu təqdirdə məhkəmə ekspertiza təyin edərək ekspert qarşısında iş üçün əhəmiyyət kəsb edən suallar qoymuşdur. Ekspertlər isə çox sadə şəkildə müəyyən edilə biləcək və tədqiqat aparıla biləcək obyekti tədqiq etməkdən əsassız olaraq yayınmışlar. Belə olduğu təqdirdə məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməli olduğu halda bunun edilməməsi prosessual hüquq normalarının kobud pozuntusuna gətirib çxıarmışdır. Ümumiyyətlə ekspertlər ekspertiza qarşısında qoyulmuş bir çox suallara qonşu torpaq sahələrini tədqiq etməklə asanlıqla cavab verə bilərdilər. Lakin əsassız olaraq suallara cavab verməkdən imtina etmiş və məhkəmə də həmin rəyi qəbul etmişdir.
23. MPM-in 88-ci maddəsi üzrə - məhkəmələr Kənd Təsərrüfatı Nazirliyindən təqdim edilmiş m əktubdakı məlumatlara əsaslanmışlar və guya torpaq sahəsinin bütün illər ərzində becərildiyini təsdiq etməyə çalışmışlar. Lakin məktubdan da görünür ki, bu sübut yalnız 2022-2023-cü illər əkin aparıldığını təsdiq edir. İddiaçının tələbi isə uzun illərdir əldən çıxmış fayda və vurulmuş zərər ilə bağlıdır. Həmçinin həmin torpaq sahəsinin fasiləsiz olaraq bütün bu illər ərzində becərildiyini fərz edilsə belə, torpağın üst münbit qatının daşınması, yəni cavabdehin təqsirli hərəkətlərinin məhsuldarlığa təsirsiz ötüşməyəcəyi hər kəsə bəlli olan faktdır. Mübahisəli məsələ vurulmuş zərərin miqdarı ilə bağlıdır ki, bununla bağlı da iddiaçı məhkəməyə sübut təqdim etmiş, lakin məhkəmə ona heç bir qiymət verməmişdir.
24. MPM-in 103.1, 103.2-ci maddələri üzrə - məhkəmələr iddiaçı tərəfindən təqdim edil miş hər suala dolğun cavab verilmiş müstəqil mütəxəssis rəyini sübut kimi qiymətləndirməmişlər. Bunun əksi olaraq heç bir suala cavab verə bilməyən Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsaslanmaqla iddiaçının öz iddiasını sübut etmədiyi qənaətinə gəlmişlər. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSPASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hü quqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
31. MM-in 21.2-ci maddəsinin tələblərinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, MM-in 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
32. Zərərin ödənilməsi ilə bağlı mübahisəni həll edən məhkəmə qeyd olunan hüquqi əsasların mövcu d olub-olmadığını müəyyən etməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də müəyyən edilmişdir ki, iddiaçıya maddi zərərin dəyməsi sübut olunmur. Belə olan halda isə digər əsasların yoxlanılmasına zərurət qalmamışdır.
34. MM-in 21.2-ci maddəsinin tələblərinin pozulmasının sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi, habelə kassasiya şikayətində qeyd edilən prosessual normaların pozulması barədə dəlillər isə əsassızdır.
35. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
36. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin hallarının və sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
37. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apel lyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələl ərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 20 fevral tarixli, 2-2(103)-61/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a