Məhkəmə qərarları › İş №2-2(102)-389/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-389/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-389/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(106)-13/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X5 və Konyak Zavodu” MMC (İddiaçı MMC) ilə Cavabdeh arasında 2018-ci il 12 aprel tarixli, 2-2018 saylı müqavi lə bağlanılmışdır. Həmin müqavilədə nəzərdə tutulmuşdur: satıcı ən azı 5 il saxlanılmış çaxır distillyatını satmağı, onu nəqliyyat vasitəsinə yükləməyi və çatdırmağı, alıcı isə çaxır distillyatını almağı, ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür (1.1).

2. Ödəniş tapşırığından görünür ki, 2018-ci il 16 aprel tarixli hesab-fakturaya əsasən, Cavabdeh tərəfindən 2018-ci il 18 aprel tarixdə “X5 və Konyak Zavodu” MMC-yə (hazırda İddiaçı MMC) 200.000 avro ödənilmişdir. 3. 2018-ci il 21 may tarixli, 01, 02, 03, 04, 05 və 06 saylı spesifikasiyalardan görünür ki, “X5 və Konyak Zavodu” MMC ("xxxx" MMC) tərəfindən Cavabdeh-yə göndərilən 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlarda 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı vardır.

4. Məhsulun QOST 31493 - 2012 standartlarına uyğunluğunun sınaq göstəricilərinə dair 2018-ci il 21 may tarixli, 01, 02, 03, 04, 05, 06 saylı sertifikatlardan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh-yə göndərilən 6 sistern çaxır distillyatı standartlara uyğundur. 5. 2018-ci il 23 may tarixli, 74/A saylı sınaq protokolundan görünür ki, 36.236 dekalitr tərkibindəki spirt səviyyəsi 63% olan və 5 illik üzüm çaxırının emal olunmamış distilləsinin QOST 31493 - 2012 standartlarına uyğunluğu yoxlanılmış, malın standartlara uyğun olduğu müəyyən olunmuşdur.

6. Azərbaycan Respublikasının Sanitariya-Karantin Müfəttişliyinin radiasiya nəzarətinin nəticələrinə dair 2018-ci il 21 may tarixli, 001777 saylı rəyindən görünür ki, 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlarda mövcud olan 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı radiasiya təhlükəsizliyi normalarına uyğundur. 7. 2018-ci il 23 may tarixli, 001349 saylı uyğunluq sertifikatından görünür ki, “X5 və Konyak Zavodu” MMC ("xxxx" MMC) tərəfindən istehsal edilmiş 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı QOST 31493 - 2012 standartlarına uyğundur.

8. Mənşə sertifikatından görünür ki, “X5 və Konyak Zavodu” MMC ("xxxx" MMC) tərəfindən Cavabdeh-yə göndərilən 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatına dair 2018-ci il 22 may tarixli, A836600 saylı mənşə sertifikatı verilmişdir. 9. 239805, 239806, 239807, 239808, 239809 saylı qaimələrin dublikatlarından görünür ki, 2018-ci il 25 may tarixdə Azərbaycanın Gömrük Sərhəddindən "xxxx" Konservləşdirilmiş Şirələr və Ko nyak zavodu MMC ("xxxx" MMC) tərəfindən göndərilmiş 6 vaqon olmaqla, cəmi 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən sənədləşdirilmişdir. 10. 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatına dair gömrük bəyannamələri tərtib edilmişdir.

11. Moskva şəhəri, ekspert-kriminalistik xidmətinin 2018-ci il 18 iyul tarixli, 12411002/0020788 saylı və 12411002/0020785 saylı, 2018-ci il 19 iyul tarixli, 12411002/0020790 saylı və 12411002/0020791 saylı, 2018-ci il 20 iyul tarixli, 12411002/0020793 saylı və 12411002/0020794 saylı gömrük ekspertlərinin rəylərində qeyd olunmuşdur ki, araşdırılan mal nümunəsi palıd ağacı ilə təmasda olan, tərkibində 63,0±0,2% həcmdə etil spirti olan qida xammalının damıltması nətic əsində əldə edilən bir spirt tərkibli məhsuldur. Mal nümunəsində qeyri-üzüm mənşəli spirtlərin olması aşkar edilmişdir. Mal nümunəsi qida xammalından istifadə edərək hazırlanmışdır. 12. 2018-ci il 3 avqust tarixli və 2018-ci il 10 avqust tarixli etibarnamələrdən görünür ki, Cavabdeh və "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC (İddiaçı MMC) onların bütün dövlət orqan və idarələrində, o cümlədən Federal Gömrük Xidmətində təmsil olunma və s. səlahiyyətlər daxil olmaqla X2 etibarnamələr verilmişdir. 13. 2018-ci il 3 avqust tarixli, **********3000057 saylı qərardan görünür ki, Pskov gömrük idarəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə cinayət işinin qaldırılması qərara alınmı şdır. 14. 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərardan görünür ki, Rusiya Federasiyasının CPM-in 24.1.1-ci maddəsində nəzərdə tutulan əsas üzrə **********3000057 saylı cinayət işinə xitam verilməsi qərara alınmışdır. 15. 2019-cu il 6 may tarixli cinayət işinə xitam verilməsi haqqında qərardan görünür ki, 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərar ləğv edilmiş, daha sonra yenidən Rusiya Federasiyasının CPM-in 24-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulan əsas üzrə **********3000057 saylı cinayət işinə xitam verilməsi qərara alınmışdır. 16. "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC (İddiaçı MMC) tərəfindən “Oktyabrsk dəmir yolunun “Sebej” dəmir yolu stansiyasına ünvanlanmış 2019-cu il 11 mart tarixli məktubda Beynəlxalq dəmir yolu nəqliyyatı haqqında müqavilənin 15-ci qrafasına növbəti dəyişikliklərin daxil edilməsi xahiş edilmişdir: göndərilmələr №239804, 239805, 239806, 239807, 239808, 239809, yükün adı: “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul, 63%”, MVTSN kodu - 593071, UYN kodu ********. 17. 2019-cu il 10 aprel tarixli yoxlama aktından görünür ki, yoxlama zamanı müəyyən edildi ki, gömrük anbarının və müvəqqəti saxlanma yeri ərazisində 6 ədəd dəmiryol vaqonları (No. 77326585, 77331361, 77331379, 77302644, 77311082, 7732908) yerləşdirilib, müşayiətedici sənədlərə əsasən onların içərisində tərkibi 63% spirt olan çaxır var. Mal tranzit gömrük proseduru keçməsi üçün gömrük bəyannamələrində s ifariş edilib: 19LV**********6195, 19LV**********6300, 19LV**********6070, 19LV**********6096, 19LV**********6088, 19LV**********7553, tranzit 2019-cu il 9 aprel gömrük müəssisənin vaxtında bağlanmamış və gömrük anbarında uçota götürülməmişdir. "xxxx" MMC-nin direktoru Malakov V. tərəfindən izahat alınıb: verilən məlumata əsasən, malın müvəqqəti saxlanma yerində və gömrük anbarında uçota götürülməsi mümkün deyil, çünki müəssisənin tapşırığı kifayət eləmir, onun artırılması isə yubanır, o cümlədən texniki yükün yerini dəyişmək mümkün deyil və müvafiq olaraq, növbəti gömrük prosedurunu tətbiq etmək mümkün deyil (yəni, layihə və fakturalar hazırlanmalıdır). Yoxlama zamanı No. 77326585 saylı sistern, K6657354 və FTS No. 15 ******* saylı dəmiryolu plombu zədələnmədən açılmışdır, malın, müşayiət edici sənədlərlə uyğunlaşmasını yoxlamaq üçün d/y sisterndən malın nümunələri götürülmüşdür, həmin nümunələr 01 saylı, 2018-ci il 21 may tarixli hesab-fakturada qeyd edilən malın nümunələridir. Məhsul 5 ildir ki, oduncaqla reaksiyadadır, 63% nümunələri "xxxx" MMC-nin işçisi Şahmar Hüseynov vəzifəli şəxslərin iştirakı ilə götürmüşdür, nümunələrə gömrük təminatı qoyulub No. MA-55311, MA-55312, MA-55313. Yekun nümunə No. 55313 saxlanması üçün "xxxx" MMC-nin saxlanmasına verilib. Nümunələr laboratoriyada, testdən keçəndən sonra nəticələr elan olunacaqdır, baxış zamanı pozulmayan təminatlar aşkar edildi, d/y yoxlama zamanı 77326585 saylı sisternə AD652123 plombu, 77331361 saylı sisternə AD652127 plombu, 77331379 saylı sisternə AD652144 plombu, 77302644 saylı sisternə AD652125 plombu, 77311082 s aylı sisternə AD652126 plombu, ******* saylı sisternə AD652124 plombu vurulub, yoxlama zamanı ərazi və dəmir yol sisternlərinin şəkilləri çəkilmişdir. 18. "xxxx" SC tərəfindən "xxxx" SİA-ya ünvanlanan 2020-ci il 28 fevral tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, 2015-ci il 1 noyabr tarixdə "xxxx" SİA ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında 092-AT/OB saylı nəqliyyat-ekspedisiya müqaviləsi bağlanmış, ona əsasən icraçının tapşırığı ilə beynəlxalq nəqliyyatda dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı ödəniş müqabilində nəqliyyat-ekspedisiya xidmətləri göstərməyi öhdəsinə götürür. Məktubda bağlanmış müqavilənin müddəaları əsas gətirilərək, 11.112.471,09 rubl məbləğini 7 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, göstərilən vaxta qədər tələb təmin olunma zsa qeyd olunan məbləğin tutulması üçün zaminin olduğu yer üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 19. "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 2020-ci il 25 mart tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, 2018-ci il 16 may tarixində işlənilməmiş şərab distillatının 2018-ci ilin may ayında Azərbaycan dəmir yolu İmişli-Latviya dəmir yolu marşurutu ilə daşınmasına dair 1 saylı sifariş razılaşdırılmışdır. Rusiya Federasiyasının ərazisində yüklü vaqonun d/y tarifinin ödəyicisi "xxxx" MMC-nin olması razılaşdırılmışdır. "xxxx" MMC sifarişçi qarşısında tarifin tam ödənilməsinə dair öz öhdəliklərini yerinə yetirmişdir. 777331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlar 2018-ci il 26 may tarixində Azərbaycan dəmir yolu İmişli yükləmə stansiyasından Riqa-Preçu təyinat yerinə göndərilmişdir. 2018-ci il 10 iyun, 2018-ci il 12 iyun və 2018-ci il 13 iyun yollanması icraçı tərəfindən həyata keçirilən vaqonlar Oktyabrsk dəmir yolunun Sebej keçid stansiyası sərhəd postunda olarkən Pskov gömrüyünün göstərişi ilə yoxlanış üçün açılmışdır. 2018-ci il 10 iyun tarixdən 2018-ci il 9 avqust tarixədək dövrdə daşınan yükün gömrük yoxlanışı aparılmışdır. 2018-ci il 10 avqust tarixdən 2019-cu il 25 fevral tarixədək dövrdə yüklü vaqonlar **********3000057 saylı cinayət işi çərçivəsində müsadirə edilmişdir. 2019-cu il 19 mart tarixində cinayət işinin bağlanması ilə əlaqədar yüklü vaqonlar buraxılmış və daşıyıcı tərəfindən sərhəd stansiyasından təyinat stansiyasına istiqamətləndirilmişdir. Bütün bu göstərilən müddət ərzində vaqonlar ümumi istifadə olunan yollarda ol muşdur. Vaqonların ümumi istifadə olunan yollarda qaldığı vaxt ərzində "xxxx" MMC "xxxx" MMC-yə vaqonların boşdayanmasına görə 160.000 avro məbləğində pretenziya təqdim etmişdir.

20. Gömrük anbarı və ekspeditor xidmətlərinin göstərilməsinə dair 2005-ci il 2 may tarixli, TL01 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, malların sahibi xidmətlərin haqqını ödəməyi, anbar sahibi isə yüklərin qəbulu və saxlanılması, yüklərə aid müşayətedici sənədlərin, habelə yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün bütün zəruri sənədlərin tərtib edilməsi, yükləmə-boşaltma işlərinin həyata keçirilməsi, beynəlxalq nəqliyyatda malların daşınması və ekspedisiya xidmətləri və nəqliyyat xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür.

21. Gömrük anb arı və ekspeditor xidmətlərinin göstərilməsinə dair 2012-ci il 1 noyabr tarixli, A0112-043 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, yük sahibi yüklərin anbara qəbulu və orada saxlanılması, müşayətedici və yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün digər zəruri sənədlərin tərtib edilməsi, yükləmə və yükboşaltma işlərinin görülməsi, beynəlxalq daşımalarda yükdaşıma xidmətləri və ekspeditor xidməti və nəqliyyat xidmətlərini həvalə edir və haqqını ödəməyi öhdəsinə götürür, anbar sahibi isə onları həmin xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, yük sahibi yükləri anbara göndərməzdən əvvəl, yük sahibinə anbar sahibindən müəyyən yükü gömrük anbarına qəbul etmək imkanı barədə təsdiq almalıdır. Əks halda, anbar sahibi mümkün boşdayanma və yükü anbara vaxtında qəbul edə bilməməsi səbəbindən yük sahibinin əlavə xərcləri üçün məsuliyyət daşımır. Müqavilənin 3.1-ci bəndinə görə, anbar sahibi yük sahibinin təqdim etməli olduğu bütün lazımi məlumatı və sənədləri aldıqdan sonra, gömrük nəzarəti altında daxil olmaqla yükü saxlama üçün anbara qəbul edir. 22. 2015-ci il 5 yanvar tarixli niyyət razılaşmasından görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında şərab/konyak spirtinin tədarükü və satışı haqqında razılaşma əldə edilmişdir. Razılaşmaya görə Cavabdeh şərab/konyak spirtini tədarük etməyi və satmağı, "xxxx" Səhmdar Cəmiyyəti isə malları qəbul etməyi və almağı öhdələrinə götürmüşlər. 23. 2015-ci il 1 noyabr tarixli, 092-AT/OB nəqliyyat-ekspedisiya müqaviləsindən görünür k i, "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçı sifarişçinin tapşırığı ilə beynəlxalq nəqliyyatda dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı ödəniş müqabilində nəqliyyat-ekspedisiya xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, icraçı sifarişçinin tapşırığı ilə daşıyıcılarla müəyyən olunmuş qaydada sifarişçi ilə sifarişçinin yüklərinin daşınması, boşaldılıb yüklənməsini razılaşdırır. Müqavilənin 2.2.2-ci bəndinə görə, sifarişçi icraçının hazırkı müqaviləyə əlavə olunan əlavələrdə qeyd olunan razılaşdırılmış tariflərlə və razılaşdırılmış müddətdə yüklərin daşınmasının təşkilini və nəqliyyat-ekspedisiyası üzrə xidmətlərini və xərclərini ödəyir. 24. 2016-cı il 6 dekabr tarixli, İ 04-03/16- 05 saylı gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, "xxxx" MMC ilə “Yük sahibi” olaraq təmsil edilən SİA “Rolands” arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, yük sahibi yüklərin anbara qəbulu və orada saxlanılması, müşayiət edici və yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün digər zəruri sənədlərin tərtib edilməsi, yükləmə və yükboşaltma işlərinin görülməsi, beynəlxalq daşımalarda yükdaşıma xidmətləri və ekspeditor xidməti, hazırkı müqavilə üzrə bütün xidmətlər Latviya Respublikasının normativ aktlarına, beynəlxalq daşıma halında isə müvafiq xidmətlərin göstərilməsini tənzimləyən beynəlxalq normativ aktlara uyğun olaraq göstərilir, yük sahibinin tapşırığı ilə və tərəflərcə razılaşdırılmış haqq müqabilində öz adından və y a yük sahibi adından anbar sahibi üçüncü şəxslərdə əlavə xidmətlərin göstərilməsinə dair müqavilələr bağlamaq hüququna sahibdir: sığorta, yükün vəziyyəti və keyfiyyətinin yoxlanılması, yükləmə və yükboşaltma, saxlanılma, gömrük rəsmiləşdirilməsi və s. xidmətləri həvalə edir və haqqını ödəməyi öhdəsinə götürür və anbar sahibi isə onları göstərməyi öhdəsinə götürmüşdür. 25. 2018-ci il 7 iyun tarixli, 013-18 saylı tədarük müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcının sifarişi ilə əvvəlcədən razılaşdırılmış həcmdə və hazırkı müqavilənin müddəalarına müvafiq olaraq Azərbaycan mənşəli şərab spirtini alıcıya satır, alıcı isə hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada aldığı malların haqqını ödəməyi öhdəsinə gö türmüşdür. Həmin müqaviləyə 2018-ci il 7 iyun tarixli əlavədən görünür ki, tərəflər 1 litri 31,5 avro olmaqla, 22.828,7 dekalitr miqdarında Azərbaycan mənşəli şərab spirtinin təhvil verilməsinə dair razılığa gəlmişlər. 26. 2018-ci il 10 avqust tarixli, 08/02/18-LV saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, icraçı sifarişçiyə hüquq-konsaltinq xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. 27. 2018-ci il 30 avqust tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" SİA (zamin), "xxxx" SİA (borclu) və "xxxx" ASC (kreditor) ilə arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən 092-AT-OB saylı 201 5-ci il 1 noyabr tarixli, 064AT/OPT saylı 2018-ci il 15 may tarixli nəqliyyat ekspedisiyası haqqında müqavilələr üzrə həm hazırkı zaminlik müqaviləsi imzalananadək yaranan və hazırkı zaminlik müqaviləsi bağlandıqdan sonra yaranacaq bütün öhdəliklərini yerinə yetirməsinə görə kreditorun qarşısında cavab verməyi öhdəsinə götürmüşdür. Zamin 092-AT-OB saylı, 2015-ci il 1 noyabr tarixli və 064-AT/OPT saylı, 2018-ci il 15 may tarixli nəqliyyat ekspedisiyası müqavilələri üzrə sənədləşdirilmiş zərərlərin kompensasiyası daxil olmaqla borclu ilə eyni miqdarda kreditor qarşısında məsuliyyət daşıyır. Zamin borclunun öhdəliklərinin icrası üçün öz öhdəlikləri kimi məsuliyyət daşıyır. 28. 2019-cu il 3 may tarixli, aksiz vergisinin ümumi təmin edilməsi üçün 1531838GİM19001 saylı kredit təşkilatının zaminl iyinə dair sənədin surətindən görünür ki, aksiz vergisinin ümumi təmin edilməsi üçün “Citadele Bank” SC tərəfindən "xxxx" MMC-yə 380.000 avro sığorta zəmanəti təminatı verilmişdir. 29. 2019-cu il 22 avqust tarixli, LB-2019/08/008 saylı tədarük müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcının sifarişinə əsasən əvvəlcədən razılaşdırılmış miqdarda və hazırki müqavilənin müddəaları ilə müvafiq olaraq Azərbaycan mənşəli şərab distilləsini alıcıya satır, alıcı isə aldığı malların haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, tərəflər Azərbaycan mənşəli şərab distilləsinin 1 litri 24,70 avro olmaqla, 4.014 dekalitrinin 2019- cu ilin sentyabr ayında, 1 litri 23,40 avro olmaqla, 1 1.415 dekalitrini 2019-cu ilin oktyabr-noyabr aylarında təhvil verilməsinə dair razılığa gəlmişlər. 30. 2020-ci il 4 avqust tarixli, RS000000027 saylı və 2020-ci il 5 avqust tarixli RS000000028 saylı qarşılıqlı hesablaşmalar aktlarından görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında 2020-ci il 4 avqust tarixli, RS000000027 saylı akt üzrə borc məbləği 44.266,75 avro və 2020-ci il 5 avqust tarixli RS000000028 saylı akt üzrə isə 60.184,96 avro təşkil etmişdir.

31. İddiaçı MMC-nin 2019-cu il 14 avqust tarixli, 34/19 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İmişli rayonu, Telestudiya küçəsi, ev 38 saylı ünvanında yerləşən köhnə adı "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC, yeni adı İddiaçı MMC olan zavoddan 2-2018 saylı, 2018-ci il 12 aprel tarixli müqaviləyə ə sasən, 2018-ci il 25 may tarixdə Azərbaycan Respublikasının İmişli rayonundan Latviya Respublikasının Cavabdeh şirkətinə 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 nömrəli 6 sistern, müddəti 5 (beş) il olan distillə şərabı göndərilmişdir. Vaqonların ümumi çəkisi 36.236 dekalitr olmaqla dəyəri 561.658 avro təşkil edir. Müqavilənin 3.2-ci bəndində qeyd edildiyi kimi, 2018-ci il 18 aprel tarixdə zavodun "xxxx" ASC-də olan avro hesabına 200.000 avro avans ödənilmişdir. Lakin müqavilənin eyni bəndində qeyd edilən qalıq məbləğin, yəni 361.658 avro gedən malın anbara daxil olduğu tarixdən 3 ay sonra ödənilməli olsa da, 2019-cu il 14 avqust tarixə kimi ödənilməmişdir.

32. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məhkəməyə qədər pretenziya məktubunda (məktub 2019-cu il 8 may t arixdə e-mail vasitəsilə göndərilmişdir) qeyd olunur ki, satıcının tədarük şərtlərinə əməl etməməsi nəticəsində alıcıya 617.731 avro məbləğində zərər dəymişdir. Həmin məbləğin, həmçinin 200.000 avro avans ödənişinin pretenziyanın alındığı andan 7 gün ərzində tam həcmdə qaytarılması, eləcə də malın alıcının ərazisindən götürülməsi və malın satıcıya qaytarılması ilə əlaqədar bütün xərclərin ödənilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikasının və Latviyanın hüquqmühafizə orqanlarına müraciət ediləcəyi, məhkəmə icraçıları vasitəsilə malın saxlanılması ilə əlaqədar xərclərin və zərərlərin azaldılması hesabına malı satmaq məcburiyyətində qalacaqları barədə İddiaçı MMC məlumatlandırılmışdır.

33. Pretenziya məktubuna İddiaçı MMC tərəfindən 2019-cu il 9 may tarixdə email vasitəsilə verilm iş cavab məktubunda, məktubda göstərilən məbləğin ödənilməyəcəyi, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam şəkildə yerinə yetirildiyi, malın vaxtında göndərildiyi, Samura qədər çatdıırlma şərtlərinin yerinə yetirildiyi, malın onlar tərəfindən gecikdirilmədiyi bildirilmiş, bu səbəbdən göndərilmiş mala görə pul vəsaitlərinin tam məbləğdə qaytarılması Cavabdeh-dən tələb edilmişdir.

34. İddiaçı MMC tərəfindən Cavabdeh-yə ünvanlanan 2019-cu il 2 avqust tarixli pretenziya məktubunda qeyd olunur ki, "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC ilə Cavabdeh arasında 2018-ci il 12 aprel tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı 5 illik üzüm çaxırının emal olunmamış distilləsini alıcıya satmağı, nəqliyyat vasitələrinə yükləməyı və alıcıy a çatdırmağı öhdəsinə götürür. Alıcı isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən, malın hər 1 litri üçün nəzərdə tutulmuş qiymət 1,55 avro təşkil edir. Müqavilədə nəzərdə tutulmuş malların ümumi dəyəri 564.200 avro təşkil edir. Alıcı malların ümumi dəyərindən 200.000 avro məbləğində hissəsini dərhal ödəməyi öhdəsinə götürür. Qalan məbləğ isə malların alıcı tərəfindən qəbul edilməsindən sonra 3 ay müddətində ödəniləcəkdir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəflərindən tam icra olunmuş, mallar təhvil verilmişdir. Lakin müqavilə üzrə şərtlər icra edilməmiş, malların dəyəri tam olaraq ödənilməmişdir. 2018-ci il 12 aprel tarixli müqavilə üzrə yaranmış 364.200 avro məbləğində pulun ödənilməsinin təmin edilməsi, əks halda əsas borcun tutulması, ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar olunmuşdur.

35. Cavabdeh tərəfindən "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC-yə (İddiaçı MMC-yə) ünvanlanmış 2019-cu il 22 iyul tarixli pretenziya məktubunda qeyd edilir ki, satıcı malın keyfiyyəti üzrə müqavilə şərtlərini pozmuşdur. 2-2018 saylı müqavilənin 4.1-ci bəndini rəhbər tutaraq, Satıcı Alıcıya QOST (dövlət standartları) 31493-2012 “Şərab distillatı. Texniki şərtlər” keyfiyyətinə uyğun mal tədarük etməli idi. Tədarük edilən Mal daha əvvəl təqdim olunmuş nümunələrə və sertifikatlara uyğun olmalıdır. Müqavilənin 4.2ci bəndinə əsasən, faktiki olaraq, malın keyfiyyətinin elan edilmiş sənədlərə uyğunsuzluğu qeyd edilmişdir. X9 keyfiyyətini təsdiq edən sənədlər təqdim et məli idi. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən aparılan ekspertiza zamanı satıcı tərəfindən təqdim olunmuş sənədlərin (sertifikatların) Alıcıya tədarük edilən mallara uyğunsuzluğu barədə qeyd edilmişdir. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən alınan Satıcının mal sənədlərinin nəticələrinə görə, eləcə də malın müstəqil ekspertizasına əsasən Alıcı nəticəyə gəlir ki, malın keyfiyyətini təsdiq edən sənədlər saxtalaşdırma xarakteri daşıyır. Malın keyfiyyətini təsdiq edən sənədlərin saxtalaşdırılmasının təsdiqi olaraq, Satıcı Alıcıya əvvəlcə reallığa uyğun olmayan sertifikatlar təqdim etmişdir. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən aparılan malın ekspertiza faktı ilə X9 keyfiyyətinə dair 2-2018 saylı, 2018-ci il 12 aprel tarixli müqavilənin elan edilmiş şərtlərinə uyğun o lmayan başqa sertifikat təqdim etmişdir. Satıcı tərəfindən 2-2018 saylı, 2018-ci il 12 aprel tarixli müqavilənin əsas şərtlərinin pozulması faktına görə alıcı aşağıdakı itkilərə malikdir: alıcının əsas müştərisinin malı almaqdan imtina etməsi nəticəsində 215.731 avro məbləğində itkilər, Rusiya Federasiyasının ərazisində tranzitə görə 40.000 avro S/N:077 məbləğində itkilər, satıcı tərəfindən alıcının 2018-ci il 17 aprel tarixdə ödədiyi ilkin ödənişdən istifadəsinə görə 12.000 avro (Latviya Respublikasının qanunvericiliyinə əsasən ilkin ödəniş məbləğindən illik 6%) məbləğində itkilər, 160.000 avro məbləğində itkilər - Rusiya Federasiyasının Oktyabrsk dəmir yolu adi (mal) sistemə görə Posin sərhəd stansiyasında (Sebej gömrük postu) hesab təqdim etmişdir, malın 3 il müddətində anbarda saxlanıl masına görə sığorta təminatı (həmin malın Əsas müştəri tərəfindən alınması şərti ilə) olaraq 60.000 avro məbləğində itkilər, vəkil xidmətlərinə görə 130.000 avro məbləğində itkilər, malın Latviya dəmir yollarında dayanması və saxlanılmasına görə 2019-cu il 26 mart tarixdən etibarən günlük 293 avro məbləğində itkilər və itirilmiş mənfəət olmaqla, birbaşa itkilərin yekun məbləği 618.024 avro təşkil edir. Alıcı Satıcıdan ondan malı götürməyi və birbaşa itkilərin yekun məbləğini ödəməyi tələb edir. Satıcı - pretenziyanı aldığı andan 5 gün ərzində alıcının tələblərini yerinə yetirməzsə, alıcı zərərin ödənilməsi üçün malı Latviya Respublikasında auksiona qoymağa məcbur olacaq, o cümlədən alıcı Azərbaycan Respublikasının Prokurorluğuna (Mal keyfiyyətinin müqavilə üzrə sənədlərə uyğunsuzluğu üzrə) və Arbitraj Məhkəməsinə və ya Azərbaycan Respublikasının İqtisadi Məhkəməsinə müraciət etməyə məcbur olacaqdır.

36. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1110219/1 saylı pretenziyaya cavab məktubunda qeyd olunmuşdur ki, tərəflər arasında 2018-ci il 12 aprel tarixdə, 22018 saylı müqavilə bağlanılmışdır. “Posin” dəmiryol stansiyasında gömrük nəzarəti zamanı daşınan mallardan Rusiya Federasiyası gömrük orqanları tərəfindən nümunələr götürülmüşdür. X8 Xidmətinin Mərkəzi Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin nəticələrinə uyğun olaraq, məhsulun palıd ağacı ilə təmas olunan qida xammalı distilləsindən alınana spirt tərkibli məhsul olduğu aşkarlanmışdır. Hal-hazırda Cavabdeh-nin ünvanına daxil olmuş mallar gömrük nəzarəti altındadır. Lazımi gömrük rüsumları və aksizlər ödənildikdən sonra, Latviya gömrükçülərinin nəzarəti altında malların nümunələri toplanaraq, onların uyğunluğunun yoxlanılması üçün əlavə araşdırılmaya göndəriləcəkdir. 37. 2019-cu il 29 oktyabr tarixli irada cavab olaraq Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2019-cu il 19 dekabr tarixli, 26 saylı məktubdan görünür ki, göndərilmiş məhsulun keyfiyyəti ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədi ilə birgə prob və nümunələrin seçilməsi və müstəqil Avropa laboratoriyasında malın keyfiyyət ekspertizasının keçirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsinin Riqaya göndərilməsi təklif edilmişdir. 38. 2019-cu il 16 mart, 2019-cu il 2 iyul, 2019-cu il 10 sentyabr, 2019-cu il 2 oktyabr, 2019-cu il 30 oktyabr və 2019-cu il 27 noyabr tarixli qaimələrdən görünür ki, müxtəlif həcmlərdə olan Cavabdeh tərəf indən "xxxx" Səhmdar Cəmiyyətinə satılmış Azərbaycan mənşəli, ± 63 %-lik şərab distilləsinin dəyəri ödənilmişdir.

39. Hüquq xidmətlərinə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə cəmi 57.000 (15.500 + 22.500 + 19.000) avro ödənilmişdir. 40. 2020-ci il 19 avqust tarixli aktlardan (cəmi 6 ədəd) və ödəniş tapşırığından görünür ki, 2020-ci il 7 avqust tarixdə götürülmüş və Cavabdeh tərəfindən İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinə göndərilmiş şərab nümunələri yoxlanılmış və uyğunsuzluq müəyyən edilmişdir. Həmin yoxlamanın həyata keçirilməsi üçün Cavabdeh tərəfindən “Lüksium Vayns SL” şirkətinə 3.184,51 avro ödənilmişdir. 41. "xxxx" MMC tərəfindən Cavabdeh-yə ünvanlanmış 2021-ci il 7 yanvar tarixli məktubda qeyd edilmişdir ki, 14 təqvim günü ərzində 160.000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. 42. 2021-ci il 2 fevral tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 160.000 avro ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

43. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə, daha sonra iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2018-ci il 12 aprel tarixli müqavilə üzrə yaranmış 364.200 avro məbləğində əsas borcun, öhdəli yin gecikdirilməsi nəticəsində hesablanmış 36.420 avro məbləğində əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

44. Həmçinin, cavabdeh iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddianın dəyişdirilməsi (tələbin həcminin artırılması) barədə iki dəfə müxtəlif tarixlərdə ərizə təqdim edərək, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddiasının təmin olunaraq, iddiaçının təqsirli hərəkəti nəticəsində cavabdehə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə dəymiş 160.000 avro zərərin, iddiaçının keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində dəymiş 179.694,27 avro zərərin, 2018-ci il 12 apre l tarixli, 2-2018 saylı müqavilə üzrə iddiaçıya avans formasında ödədiyi 200.000 avronun, ona məxsus 200.000 avronu 2 illik dövr üçün qanunsuz saxladığından illk 5% nəzərə alınmaqla, 20.000 avro əldən çıxmış faydanın, İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3.184,51 avronun, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin 2019-cu il 15 avqust tarixdən - 2020-ci il 13 avqust tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75.351,93 avronun, iddiaçının təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə cavabdehin "xxxx" SC-yə ödədiyi 44.266,75 avronun, ca vabdehin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) ödədiyi 75.511,63 avronun, cavabdehin hüquqi yardımla bağlı "xxxx" MMC-yə ödədiyi 62.778,92 avronun, iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödədiyi 5.390,37 avronun və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödədiyi 359,28 avronun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

45. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 12 aprel tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə öhdəliklər onlar tərəfindən tam icra olunmuş, mallar cava bdehə təhvil verilmişdir. Lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmiş, malların dəyəri tam olaraq onlara ödənilməmişdir. Cavabdehə dəfələrlə müraciət edərək, alınmış malın dəyərinin ödənilməsi xahiş olunmuşdur. Lakin cavabdeh onlara ünvanladığı pretenziya ərizəsində bir sıra halları qeyd edərək, malların dəyərinin ödənilməyəcəyini bildirmişdir. Cavabdeh pretenziya məktubunda aralarında imzalanmış 2018-ci il 12 aprel tarixli müqaviləyə istinad edərək qeyd edir ki, müqavilənin şərtləri iddiaçı tərəfindən pozulmuşdur, satılan mala dair keyfiyyət sertifikatı müqavilənin şərtlərinə uyğun deyildir və mallar lazımı keyfiyyətdə olmamışdır. Halbuki, alqı-satqı predmeti olan tərkibindəki spirt səviyyəsi 63% olan və 5 illik üzüm çaxırının emal olunmamış distilləsi keyfiyyət st andartlarına uyğun şəkildə cavabdehə təhvil verilmişdir. Belə ki, həmin malların keyfiyyətli olmasına dair 2018-ci il 21 may tarixli sertifikat, 2018-ci il 23 may tarixli sınaq protokolu və forma A keyfiyyət sertifikatı mallarla birlikdə cavabdehə təqdim edilmişdir. Müqavilənin heç bir şərti və bəndi tərəflərindən pozulmamış, öhdəliklər tam yerinə yetirilmişdir.

46. Bundan əlavə, cavabdeh öz pretenziya müraciətində ona 618.024 avro məbləğində zərər vurulduğunu və həmin zərərə görə onların müəssisənin məsuliyyət daşıdığını qeyd etmişdir. Lakin cavabdeh öz tələblərini əsaslandıra bilməmişdir. Əgər həmin zərərin olması təsdiq olunsa belə, bu zərərin məhz onların təqsirli hərəkətlərinin və müqavilə şərtlərinin pozulması nəticəsində əmələ gəlməsini sübut etməlidirlər. Lakin belə sübutlar onlara təqdim edilməmiş və bu barədə məlumat verilməmişdir. Onlar tərəfindən müqavilənin şərtləri pozulmamış, müqavilə üzrə öhdəlikləri yerinə yetirmişlər. Müqaviləyə əsasən malları vaxtında və keyfiyyət standartlarına uyğun olaraq cavabdehə təqdim etmişlər. Əksinə müqavilənin şərtləri cavabdeh tərəfindən tam icra edilməmiş, malların dəyəri tam ödənilməmişdir. Cavabdehə son olaraq 2019-cu il 2 avqust tarixli pretenziya məktubu ilə müraciət olunmuş və müqavilə üzrə öhdəliklərin tam icra olunması, 364.200 avro məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. Lakin pretenziya məktubları cavabsız qalmışdır.

47. İddia ərizəsinə əlavə olunmuş sübutlardan müəyyən olunur ki, pretenziya məktubu 2019-cu il 12 sentyabr tarixində cavabdeh tərəfindən qəbul edilmişdir. Odur ki, cavabdehdən 364.200 avro məbləğind ə əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 36.420 avro məbləğində əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur.

48. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1, 21.2, 21.3, 385.1, 386.1, 425.1, 425.2, 430.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 567-ci maddələrinə istinad etmişdir.

49. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 12 aprel tarixdə alqısatqı müqaviləsinə görə “Alıcı" ilkin ödənişi 200.000 avronu 2018-ci il 16 aprel tarixdə “Satıcı”ya ödəmiş və 2018-ci il 25 may tarixdə “Satıcı” tərəfindən 6 sistern üzüm distilliyyatı adı altında mal dəmir yolu vasitəsi ilə müqavilə üzrə yüka lanın malın çatdırılma ünvanı kimi göstərilmiş Riqa şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus gömrük anbarına göndərilmişdir. Rusiya Federasiyası sərhəddinədək həmin 6 sisternin daşınması Satıcı tərəfindən icra olunmuş, Rusiya sərhədindən Riqa şəhərində yerləşən yükalanın yerləşdiyi ünvanına həmin 6 sisternin daşınmasını "xxxx" MMC həyata keçirmişdir (əslində həmin yükün daşınması “Alıcı” tərəfindən daşıyıcı şirkəti olan "xxxx" MMC-yə tapşırılmış ("xxxx" MMC ilə Cavabdeh arasında 2012-ci il 1 noyabr tarixli, A0112-43 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinə” dair müqaviləyə əsasən) və "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 2015-ci il 1 noyabr tarixli, 092- AT/OB saylı “Nəqliyyatekspedisiya” müqaviləsinə əsasən, qeyd olunan yüklərin daşınması "xxxx" MMC tərəfind ən icra olunmuş, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 2018-ci il 30 avqust tarixli “Zaminlik” müqaviləsinə əsasən, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 2015-ci il 1 noyabr tarixli, 092-AT/OB saylı “Nəqliyyat-ekspedisiya” müqaviləsinə görə yaranacaq bütün məsuliyyəti "xxxx" MMC özü zamin olaraq öz üzərinə götürmüşdür və alıcı tərəfindən qeyd olunan yüklə bağlı daşıma haqqı 2018-ci il 12 iyul tarixli, *********5 nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən 35.539,90 avro "xxxx" MMC-yə ödənilmişdir). 50. 2018-ci il 10 iyun tarixdə Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə yuxarıda qeyd edilən çaxır distilliyyatı yüklənmiş sisternlər Rusiya Federasiyası gömrük əməkdaşları tərəfindən saxlanmış, malın eyniləşdirilməsi məqsədi ilə 77311082, 77329308, 773265 85, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan mala gömrük baxışı keçirilmişdir (gömrük nəzarəti keçirilməsinin səbəbi onunla izah olunur ki, “2018-ci il 10 iyun tarixdən 2018-ci il 13 iyun tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBM-nin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi” olmuşdur). Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsi ekspertlərinin dəmir yolu sisternlərindən götürülmüş nümunələr üzərində aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunu r ki, həmin sisternlərdəki mal, həmin malları müşayət edən sənədlərdə göstərilənlərə uyğun deyil, “Mal nümunəsində qeyri-üzüm mənşəli spirt olması və qida xammalından hazırlanması aşkar edilmişdir”, yəni həmin malın qeyri-üzüm mənşəli spirt olması təsdiq olunmuşdur. Bu səbəbdən də fakt üzrə Pskov gömrük xidmətində 2018-ci il 3 sentyabr tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə cinayət işi başlanmış, 2019-cu il 25 fevral tarixdə həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmuşdur (2019-cu il 18 mart tarixdə cinayət işinə xitam verilməsi barədə qərar ləğv olunmuş, sonra yenidən istintaq aparılmış və həmin cinayət işinə 2019ci il 6 may tarixdə yenidən xitam verilmişdir). 51. 2019-cu il 11 mart tarixdə iddiaçı “Sebej” DYS-ə məktubla müraciət edərək, göndərdiyi malın üzüm spirtindən deyil, qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul olmasını təsdiq etmiş və həmin malın əvvəlki kodunu 22089077 (08) dəyişmiş və həmin malın kodu dəyişdirildikdən sonra, dəmir yolu sisternləri Latviya Respublikasına göndərilmiş, 2019-cu il 22 mart tarixdə həmin sisternlər yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul olunmuş və gömrük nəzarətinə götürülmüş, Latviya Respublikası Dövlət gəlirləri xidmətinin gömrük əməkdaşlarının 2019-cu il 10 aprel tarixli 27.21.3-4/91 nömrəli yoxlama aktına əsasən, 6 ədəd (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli) dəmir yolu sisternlərinin plombları yoxlanıldıqdan sonra, həmin sisternlərin müşayətedici sənədləri ilə sisternlərdə olan malın eyni olmasını müəyyən etmək üçün sisternlərdən nümunələr götürülmüş, gömrük təşkilatının icazəsi olmadan mallara giriş və ya malların eyniləşdirilmə vasitələrinin çıxarılması "xxxx" MMC-nin rəhbərliyinə qadağan olunmuşdur. Latviya Respublikası Dövlət gəlirləri xidmətinin gömrük əməkdaşlarının qeyd olunan 6 sisterndə olan mallar malın müşayətedici sənədlərinə uyğun olmadığından, həmin maldan "xxxx" SC (Cavabdeh həmin malı "xxxx" SC-yə tədarük etmək (satmaq) üçün almışdır) imtina etdiyindən, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri dolu halda 2019-cu il 29 aprel tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 2019-cu il 30 aprel tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisternlərdə olan ma llar "xxxx" MMC-yə təhvil verilənədək (2020-ci il 27 iyul tarixədək) həmin limanda saxlanmışdır.

52. İddiaçının rəhbərliyi cavabdehə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin mal barəsində Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsinin ekspertlərinin rəyi, fakt üzrə cinayət işinin başlanmasından və sairdən məlumatlı olmuş, hətta cinayət işi üzrə iddiaçının nümayəndələri ifadələr vermiş, cinayət işinin araşdırılması zamanı iddiaçının direktoru T.Quliyev rəhbərlik etdiyi müəssisənin hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 etibarnamə vermişdir. İddiaçının xahişi (tapşırığı) əsasında cavabdeh "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və 3 (üç) dəfəyə "xxxx" MMC-nin bank hesabına 57.000 avro ödəmişdir. Cinayət işinin araşdırılması zamanı, yəni ekspertiza rəyləri ilə iddiaçının cavabdehə göndərdiyi malın üzüm spirti deyil, digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair ərzaq məhsullarından) çəkilmiş spirt olması cavabdehə bəlli olduqdan sonra, cavabdehin rəhbərliyi tərəfindən telefonla həmin maldan imtina edildiyi iddiaçının rəhbərliyinə bildirilmiş, lakin sonuncu şifahi surətdə 6 sistern malla bağlı dəymiş və dəyə biləcək bütün zərərlərin əvəzini ödəyəcəyinə söz verərək, həmin 6 sisternin geri qaytarılmamasını xahiş etmiş, həmin sisternlər geri qaytarılacağı halda, Azərbaycan Respublikasında da iddiaçının rəhbərliyinin bərəsində cinayət işi başlanılacağını bildirmişdir. Aralarında olan uzunmüddətli işgüzar müna sibətlər nəzərə alınaraq, cinayət işinin istintaqı aparılarkən həmin maldan imtina edilməmişdir.

53. Həmin sisternlər (mal) Riqa ərazisinə çatdırıldıqdan bir müddət sonra, yəni 2019-cu ilin may ayının əvvəllərində cavabdeh iddiaçıya şifahi müraciət edərək, ona dəymiş zərəri qarşılamağı tələb etmiş, iddiaçı zərəri ödəməkdən imtina etdikdən sonra, yəni 2019-cu il 8 may tarixdə iddiaçının elektron poçt ünvanına pretenziya göndərərək, ondan 617.731 avro ziyanı, 200.000 avro avans şəklində ödədiyi pulu, 42.000 avro malın satıcıya qaytarılması xərcini tələb etmişdir. İddiaçı isə göndərdiyi məktubda cavabdehin tələblərini qəbul etmədiyini və malın pulunu tələb etdiyini bildirmişdir. Bundan sonra, cavabdeh iddiaçıya 2019-cu il 22 iyul tarixli pretenziya göndərərək, həmin pretenziyada ona dəymiş zi yana görə satıcıdan 618.024 avro tələb etmiş və ona göndərdiyi keyfiyyətsiz malı götürməyi təklif etmiş, malın götürülmədiyi halda, həmin malı hərracdan satacağını bildirmişdir. Həmin pretenziyaya iddiaçının cavabı cavabdeh qarşısında hər hansı borcunun olmaması və əksinə “Alıcı”dan 364.000 avro pulun tələb edilməsi olmuşdur. Cavabdeh iddiaçının 2019-cu il 29 oktyabr tarixli, 29 nömrəli pretenziya məktubuna 2019-cu il 19 dekabr tarixli cavabında onlara göndərilmiş malların keyfiyyətinin aralarında bağlanmış müqavilənin tələblərinə uyğun olmamasını əsaslandırmaqla yanaşı, cavabdehə tədarük etdikləri məhsulların keyfiyyəti ilə bağlı mübahisələri həll etmək məqsədilə birgə nümunələr götürmək və müstəqil Avropa laboratoriyasında malların keyfiyyətini yoxlamaq üçün iddiaçının nümayəndəsini Riqa ya göndərməyi təklif etmişdir. Lakin iddiaçı bu təklifi də qəbul etməmişdir. Bu səbəbdən, cavabdeh tədqiqat aparılması üçün 6 sisterndən ayrıayrılıqda götürülmüş nümunələri öz təşəbbüsü ilə 2020-ci il 6 avqust tarixdə İspaniyaya göndərmiş, 2020-ci il 19 avqust tarixli rəylərə əsasən tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması müəyyən olunmuşdur.

54. İddiaçı ilə aralarında olan danışıqların və yazışmaların heç bir nəticə vermədiyindən, cavabdeh Dövlət gömrük nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanılan 6 sistern malın "xxxx" SC-yə satılması ilə bağlı yenidən danışıqlar aparmağa başlamış ("xxxx" SC və Cavabdeh arasında olan 2018-ci il 7 iyun tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, üzüm distilliyatının 1 deka litri 31,5 avroya razılaşdırılmış, lakin həmin mal Riqaya gətirildikdən sonra "xxxx" SC-yə məlum olmuşdur ki, həmin mal keyfiyyət baxımından onların sifariş etdiyi mal deyildir, ona görə də "xxxx" SC cavabdehdən həmin malı almaqdan imtina etmişdir) və nəticədə həmin sisternlərdə olan malın 2019-cu il 22 avqust tarixli, LV 2019/08/008 nömrəli yeni “Tədarük” müqaviləsinə əsasən, "xxxx" SC-yə satılması barədə razılığa gəlmişlər. "xxxx" SC və cavabdeh arasında bağlanmış “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə görə həmin malın 4.014 deka litrini 24,70 avroya, qalan hissəsini isə 23,40 avroya satılması razılaşdırılmış və həmin sisternlərdə olan mal 6 dəfəyə (hər dəfə 1 sistern), birinci sistern 2019-cu il 10 sentyabr tarixdə, sonuncu sistern isə 2020-ci il 2 iyul tarixdə Gömrük nəzarəti a ltında "xxxx" SC-yə təhvil verilmişdir. "xxxx" SC və cavabdeh arasında olan 013-18 nömrəli “Tədarük” müqaviləsinin icrasının gecikməsinə görə "xxxx" SC Cavabdeh-yə 44.266,75 cərimə sanksiyası tətbiq etmiş və həmin məbləğ RS000000027 nömrəli, 2020-ci il 4 avqust tarixli qarşılıqlı hesablaşmalar aktına əsasən, cavabdeh tərəfindən "xxxx" SC-nin hesabına ödənilmişdir.

55. Tərəflər arasında bağlanılmış 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqavilə şərtlərindən göründüyü kimi, “satıcı” satdığı malı “alıcı”ya "xxxx" MMC-nin anbarına 2018ci il 20 iyun tarixədək təhvil verməsinə zəmanət versə də, həmin mal 2019-cu il 22 mart tarixdə Riqa şəhərinə çatmış və Riqada gömrük nəzarətinə götürülmüşdür. Yəni, “Satıcı” müqavilə öhdəlikləri üzrə “Alıcı” qarşısında öhdəliyi yerinə yetirməmiş və nəticəd ə həmin mal “Alıcı”ya müqavilə üzrə müəyyən olunmuş tarixdən təxminən 9 ay sonra çatdırılmışdır.

56. İddia ərizəsinə əlavə olunmuş Pskov gömrük xidmətində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə cinayət işi başlanması, 2019-cu il 25 fevral tarixdə həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərarları ilə müəyyən olunur ki, 2018-ci il 10 iyun tarixdən 2018-ci il 13 iyun tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBM-nin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi olmuşdur. Malın “Alıcı”ya m üqavilə üzrə müəyyən olunmuş tarixdən 9 ay sonra çatdırılması “Satıcı”nın təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspertkriminalistik gömrük idarəsi ekspertlərinin ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, 77302644, 77311082, 77326585, 77329308, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərindən götürülmüş nümunələr üzərində aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunur ki, həmin sisternlərdəki mal, həmin malları müşayiət edən sənədlərdə göstərilənlərə uyğun deyil, “Mal nümunəsində qeyri-üzüm mənşəli spirt olması və qida xammalından hazırlanması aşkar edilmişdir”, yəni həmin malın qeyri-üzüm mənşəli spirt olması təsdiq olunmuşdur.

57. Göründüyü kimi, “satıcı” “alıcıya” QOST 31493-2012 keyf iyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” (üzüm spirti) verməli olduğu halda, malların sənədlərini saxtalaşdırmış və nəticə etibarilə məlum olmuşdur ki, alıcıya satılmış mal (spirt məhlulu) üzümdən deyil, digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair bitkilərdən) çəkilmiş spirtdir. Bu hal öz təsdiqini qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş, Rusiya Federasiyasının Pskov gömrük xidmətində 2018-ci il 3 sentyabr tarixdə cinayət işi başlanması barədə qərarla, ekspertiza rəyləri ilə, 2019-cu il 25 fevral tarixdə cinayət işinə xitam verilməsi barədə qanuni qüvvəsini almış qərarla və 2019-cu il 11 mart tarixli iddiaçının “Sebej” DYS rəisinə göndərdiyi müraciət ilə tapmışdır. Bu öz təsdiqini dəmir yolu sisternlərindən ayrı-ayrılıqda götürülmüş nümunələr üzrə İspaniyanın "xxxx" Şikətində keçirilmiş laborotoriya tədqiqatlarının 2020-ci il 19 avqust tarixli rəyləri (analitik hesabatlar) ilə də tam sübuta yetirilir. Həmin rəylərdə göstərilmişdir ki, aparılan tədqiqatın nəticələrinə əsasən, təqdim olunmuş mal nümunələri şərabın mənşəyinə uyğun gəlmir. “

58. Satıcı tərəfindən 2018-ci il 12 aprel tarixli, 2-2018 №-li müqavilə üzrə şərtləşdirilmiş mal deyil, keyfiyyəti müqavilə tələblərinə uyğun olmayan başqa mal verilmişdir. "xxxx" MMC-nin cavabdehə ünvanladığı 2020-ci il 25 mart tarixli pretenziyanın (zərərə görə 160.000 avro) surətindən göründüyü kimi "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160.00 0 avro məhkəmə qaydasında tələb etmiş, bu səbəbdən də "xxxx" MMC həmin 160.000 avro məbləğində pulu cavabdehdən tələb etmişdir.

59. Eyni zamanda, "xxxx" MMC-nin cavabdehə ünvanladığı məktubda göstərilmişdir ki, 14 təqvim günü ərzində 160.000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğinin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. Ona görə də 6 sisternin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə "xxxx" MMC-nin bank hesabına 160.000 avronu ödəmişdir.

60. İddiaçının cavabdehə göndərdiyi 6 sistern malın Azərbaycan Respublikası sərhədindən Riqa şəhərinə daşınmasını "xxxx" MMC ilə cavabdeh arasında 2012-ci il 1 noyabr tarixli, A0112-43 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinə” dair müqavilə yə əsasən, "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 2015-ci il 1 noyabr tarixli, 092-AT/OB saylı “Nəqliyyat-ekspedisiya” müqaviləsinə əsasən, qeyd olunan yüklərin daşınması "xxxx" MMC tərəfindən icra olunmuş, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 2018-ci il 30 avqust tarixli “Zaminlik” müqaviləsinə əsasən, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan 2015-ci il 1 noyabr tarixli, 092-AT/OB saylı “Nəqliyyat-ekspedisiya” müqaviləsinə görə yaranacaq bütün məsuliyyəti "xxxx" MMC öz üzərinə götürmüş və cavabdeh tərəfindən qeyd olunan yüklə bağlı daşıma haqqı 2018-ci il 12 iyul tarixli, *********5 nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən 35.539,90 avro "xxxx" MMC-yə ödənilmişdir ("xxxx" MMC-yə daşımaya görə ödənilmiş 35.539,90 avro ilə bağlı hər -hansı mübahisə yoxdur).

61. Eyni zamanda, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri (mal) 2019-cu il 29 aprel tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni (mal) 2019-cu il 30 aprel tarixdə Dövlət Gömrük Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" ASC-yə təhvil verilənədək (2020-ci il 27 iyul tarixədək) həmin limanda saxlanmışdır. 12 ədəd hesab-fakturalarla və qarşılıqlı hesablamalar aktları ilə müəyyən olunur ki, həmin 6 sisternin daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə 2019-cu il 15 avqust tarixdən - 2020-ci il 13 avqust tarixədək cavabdeh tərəfindən "xxxx" MMC-yə 75.351,93 avro ödənilmişdir. 62. "xxxx" SC və cavabdeh arasında bağlanmış 2015-ci il 5 yanvar ta rixli “Niyyət razılaşmasına” əsasən, cavabdeh "xxxx" SC-yə şərab (konyak) spirti tədarük etməyi, "xxxx" SC isə cavabdehdən həmin malı qəbul etməyi və almağı öhdəsinə götürür.

63. İddiaçı tərəfindən 6 sistern mal cavabdehə göndərildikdən sonra, "xxxx" SC və cavabdeh arasında 2018-ci il 7 iyun tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən, həmin malın (həmin malın həcmi 36.236 deka litr olmuş, mütləq spirt təmizləndikdən sonra 22.828,7 deka litr qalır) 1 deka litrini (1 deka litr = 10 litr) alıcıya ("xxxx" SC-yə) 31,5 avroya satmalı idi. İddiaçı tərəfindən cavabehə göndərilən mal, vaxtında və razılaşdırılmış keyfiyyətdə çatdırıldığı halda, həmin malı cavabdeh "xxxx" SC ilə razılaşdırılmış qiymətə sata bilərdi. Lakin həmin mal Riqa şəhəri nə 9 ay gec çatdırıldığından və Riqa şəhərinə gətirilmiş malın keyfiyyəti müqavilə üzrə şərtlərə uyğun olmadığından, "xxxx" SC həmin maldan imtina etmişdir. Tərəflər arasında aparılmış uzunmüddətli danışıqlardan sonra "xxxx" SC və cavabdeh arasında LV2019/08/008 nömrəli, 2019-cu il 22 avqust tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə görə, malın 4.014 deka litrinin 24,70 avroya, qalan hissəsinin isə 23,40 avroya tədarük olunması razılaşdırılmışdır. “Tədarük” müqaviləsindəki malların qiymətləri arasındakı ciddi fərq yaranmasının səbəbi onunla izah olunur ki, iddiaçı cavabdehə “Çaxır Distilliyatı” əvəzinə, digər ərzaq mallarından hazırlanmış spirt göndərmişdir. Nəticə etibarilə, cavabdeh 22.828,7 deka litr malı 31,5 avroya "xxxx" SC-yə sataraq, "xxxx" SC-dən cəmi 719.104,05 avro almalı olduğu halda, iddiaçının keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi səbəbindən, 22.828,7 deka litr malın 4.014 deka litrini 24,70 avroya (4.014 X 24,70 = 99.145,80), 18.814,7 deka litrini 23,40 avroya (18.714,7 x 23,40 = 440.263,98), cəmi 539.409,78 avroya satmışdır. Cavabdehə qeyd olunan alqı-satqı müqaviləsi nəticəsində (719.104,05 - 539.409,78 = 179.694,27) 179.694,27 avro zərər dəymişdir.

64. Cavabdehin "xxxx" SC-yə ümumi həcmi 36.236 deka litr, təmizləndikdən sonra 22.828,7 deka litr malın 4.014 deka litrini 24,70 avroya, qalan hissəsini isə 23,40 avroya təhvil verməsi xüsusatı, iddia ərizəsinə əlavə olunmuş cavabdeh və "xxxx" SC-nin təsdiq etdikləri 2019-cu il 10 sentyabr tarixli, ROL 2858 saylı qaimə (77331379 nömrəli sistern: 62.883,71 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.942,18 deka litr; qiyməti 24,70 avro; ümumi məbləğ sisternə görə 97.371,85 avro), 2019-cu il 2 oktyabr tarixli, ROL 2859 saylı qaimə (77329308 nömrəli sistern: 62.779,31 litr; təmizləndikdən sonra mütləq spirtin miqdar 3.959,49 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 92.652,07 avro), 2019-cu il 30 oktyabr tarixli, ROL 2860 saylı qaimə (77326585 nömrəli sistern: 62.900,8 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.930,04 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 91.962,94 avro), 2019-cu il 27 noyabr tarixli, ROL 2861 saylı qaimə (77311082 nömrəli sistern: 52.886,1 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.347,48 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 78.331,03 avro), 2020-ci il 16 mart tarixli, ROL 2862 saylı qaimə (77331361 nömrəli sistern: 62.678,6 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.953,14 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 92.503,48 avro), 2020-ci il 2 iyul tarixli, ROL 2863 saylı qaimə (77302644 nömrəli sistern: 53.760 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3.387 deka litr; qiyməti 23,40 avro; ümumi məbləğ sisternə görə 79.255,80 avro) təsdiq olunur. 65. "xxxx" SC və cavabdeh arasında olan “Tədarük” müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X6 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, alıcıya vaxtında çatdırılmamış keyfiyyətli malların dəyərinin 0,5 %-i miqdarında cərimə olunur”. Həmin müqaviləyə əlavə olunmuş 2018-ci il 15 iyun tarixli razı laşmanın 2ci bəndində göstərilir ki, “Tərəflər razılığa gəlirlər ki, "xxxx" SC-nin istehsal planı və texnoloji proses nəzərə alınmaqla Satıcı bu razılaşmanı imzaladığı tarixdən etibarən 45 təqvim günü ərzində, yəni 2018-ci il 31 iyul tarixədək malları (Azərbaycan mənşəli şərab distilliyatı) alıcıya 22.828,7 deka litr mütləq spirt miqdarında çatdırmağı öhdəsinə götürür”.

66. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdeh həmin malları müqavilə ilə şərtləşdirilmiş zamanda "xxxx" SC-yə tədarük edə bilməmiş, bu səbəbdən də "xxxx" SC Cavabdeh-yə tədarük olunacaq malın gecikməsinə görə, aralarında olan işgüzar münasibətləri və sair nəzərə almaqla minimum həddə 44.266,75 cərimə sanksiyası tətbiq etmiş, həmin cərimə cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmişdir, bu hal iddia ərizəsinə əlavə olunmuş 2020-ci il 3 avqust tarixli faktura sənədləri, 2020-ci il 4 avqust tarixli, RS000000027 nömrəli qarşılıqlı hesablaşmalar aktı və "xxxx" SC-nin vəkil sorğusuna cavabı ilə təsdiq olunur.

67. Göründüyü kimi, iddiaçının qanunsuz hərəkətləri nəticəsində (müqavilə öhdəlikləri üzrə malı vaxtında alıcıya çatdırmadığından), cavabdehə 44.266,75 avro zərər dəymişdir. 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən, iddiaçı cavabdehə satdığı malları 2018-ci il 20 iyun tarixədək "xxxx" MMC-nin Latviya Respublikası, Riqa şəhəri, Rensenu küçəsi, 10 A ünvanındakı gömrük anbarına təhvil verməli idi.

68. Cavabdeh və "xxxx" MMC arasında olan 2005-ci il 2 may tarixli, TL 01 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsa sən, anbar sahibi yüklərin qəbulu, saxlanması, yükləmə-boşaltma, malların daşınması, ekspedisiya xidmətləri, nəqliyyat xidmətləri, gömrük rəsmiləşdirilməsi, anbara qəbul olunmuş malın sığortalanması və sair xidmətləri göstərir ki, həmin xidmətlərə görə ödənişlər sifarişçi tərəfindən həyata keçirilir. İddiaçının göndərdiyi mal 2019-cu il 22 mart tarixdə yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul olunmuş və gömrük nəzarətinə götürülmüş, 6 sisterndə olan mal müşayiətedici sənədlərə uyğun olmadığından, həmin malın alıcısı olan "xxxx" SC həmin maldan imtina etdiyindən, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri (mal) 2019-cu il 29 aprel tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni (mal) 2019-cu il 30 aprel tarixdə Dövlət Gömrük Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisternlərdə olan mallar "xxxx" SC-yə təhvil verilənədək Riqa azad ticarət limanında saxlanmışdır. Göndərilmiş mal 2-2018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həmin mal yük alan "xxxx" MMC-nin gömrük anbarına qəbul etdiyi gündən 15 gün ərzində malın alıcısı "xxxx" SC-yə təhvil verilməli idi. Lakin həmin mal müqavilə tələblərinə uyğun olmadığından, uzun müddət "xxxx" MMC-nin gömrük anbarında (2019-cu il 22 mart tarixdən - 2019-cu il 30 aprel tarixədək) və "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (2019-cu il 29 aprel tarixdən - 2020-ci il 27 iyul tarixədək) ki, buna görə də "xxxx" MMC həmin malın sığortası üçün nəzərdə tutulduğundan əlavə xərclər çəkmişdir ki, həmin xərclər cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Belə ki, "xxxx" MMC-nin cavabdehə göndərdiyi 2020-ci il 28 iyul tarixli, T 166 saylı hesab-fakturanın surətindən göründüyü kimi, yuxarıda qeyd olunan 6 sisternin sığortasına görə 88.000 avro məbləğində çəkdiyi xərcin 5 gün ərzində ödənilməsini tələb etmişdir. "xxxx" MMC ilə cavabdeh arasında olan 2020-ci il 5 avqust tarixli, RS ********* saylı qarşılıqlı hesablaşmalar aktına əsasən, həmin məbləğdən 60.184,96 avro "xxxx" MMC-nin hesabına ödənilmişdir. 2020-ci il 28 iyul tarixli, T 166 saylı hesab-fakturaya əlavənin surətində 2018-ci il 27 may tarixdən 2020-ci il 27 iyul tarixədək olan dövr üçün 6 sisternin aksiz vergisinin ümumi təmin edilməsi üçün sığorta xərcləri dəqiq göstərilmişdir. Həmin hesab-f akturaya əlavə ilə müəyyən olunur ki, "xxxx" MMC 6 dəmir yolu sisternin (77331379 nömrəli dəmir yolu sisternin 471 günə sığorta xərci 10.833 avro, 77329308 nömrəli dəmir yolu sisternin 503 günə sığorta xərci 11.569 avro, 77326585 nömrəli dəmir yolu sisternin 532 günə sığorta xərci 12.236 avro, 77311082 dəmir yolu sisternin 559 günə sığorta xərci 11.180 avro, 77331361 dəmir yolu sisternin 669 günə sığorta xərci 15.387 avro, 77302644 nömrəli dəmir yolu sisternin 777 günə sığorta xərci 14.306 avro) sığorta xərci kimi cəmi 75.511,63 avro ödənmişdir (Latviya Respublikası qanunvericiliyinə (“Latviya Respublikası Dövlət Gəlir Xidməti haqqında” və “Gömrük haqqında” Qanun) əsasən, alkoqollu içkilər üçün sığorta zəmanəti almadan, həmin mallar gömrük anbarına qəbul oluna bilməz, aksiz vergisinin təmi n edilməsi üçün sığorta zəmanəti, idxal olunan mal ölkə ərazisinə daxil olanadək ödənməlidir).

69. Qeyd olunan 6 sistern “Çaxır Distilliyatı” 2018-ci il 20 iyun tarixədək "xxxx" MMC-nin anbarına təhvil verilməli olduğundan, "xxxx" MMC 2018-ci il 27 may tarixdən sonuncu sistern 77302644 nömrəli dəmir yolu sisterni "xxxx" SC-yə təhvil verilən tarixədək sığorta zəmanəti ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş 2019-cu il 3 may tarixli, 1531838GİM19001 saylı kredit təşkilatının zaminliyinə dair sənədin surətindən göründüyü kimi, aksiz vergisinin ümumi təmin edilməsi üçün “Citadele Bank” SC "xxxx" MMC-yə 380.000 avro sığorta zəmanəti təminatı vermişdir. Latviya Respublikası Dövlət Gəlir Xidməti "xxxx" MMC-yə LV **********7 nömrəli “Aksiz vergisinin ümumi təminatının vəsiqəsi”ni vermişdir. Qarşı lıqlı hesablaşmalar aktının surətindən göründüyü kimi, 15.565,12 avro cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənmişdir (2020-ci il 5 avqust tarixli, RS ********* saylı qarşılıqlı hesablaşmalar aktına əsasən 60.184,96 avro, hazırda isə 15.565,12 avro, cəmi 75.511,63 avro ödənmişdir).

70. İddiaçı cavabdehə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin mal barəsində Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsi ekspertlərinin rəyi, fakt üzrə cinayət işinin başlanmasından və sairdən məlumatlı olmuş, hətta cinayət işi üzrə iddiaçının nümayəndələri ifadələr vermiş, cinayət işinin araşdırılması zamanı hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 2018-ci il 10 avqust tarixli, 1/35 saylı, 21 nömrəli etibarnamə vermişdir. İddiaçının xahişi və tapşırığı əsasında cavabdeh 2018-ci il 10 avqust tarixdə Rusiya Federasiyasının Pskov şəhərində "xxxx" MMC ilə “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçının göndərdiyi və Rusiya Federasiyasının Pskov şəhərində saxlanılmış 6 sistern üzüm distilliyatı ilə bağlı Rusiya Federasiyası Gömrük İstintaq Komitəsində və digər orqanlarda "xxxx" MMC hüquqi yardım göstərməli idi. "xxxx" MMC tərəfindən edilmiş hüquqi yardımla bağlı cavabdehə 57.000 avronun (15 saylı, 2019-cu il 28 mart tarixli akta əsasən 15.500 avro, 18 saylı, 2019-cu il 1 aprel tarixli akta əsasən 22.500 avro, 29 saylı, 2019-cu il 4 iyul tarixli akta əsasən 19.000 avro) ödənilməsi ilə bağl ı sənədlər göndərilmişdir. “Citadele Bank” SC-nin beynəlxalq ödəniş sənədlərinin surətindən göründüyü kimi, cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 2019-cu il 26 aprel tarixdə 38.000 avro, 2019-cu il 11 iyul tarixdə 19.000 avro cəmi, 57.000 avro ödənilmişdir. Hüquq şirkəti olan "xxxx" MMC ilə cavabdeh arasında hüquqi yardımla bağlı müqavilə iddiaçının rəhbərliyinin xahişi və tapşırığı əsasında olmuşdur. Cavabdehin hüquqi yardıma görə "xxxx" MMC-yə ödəyəcəyi məbləğ, malın pulundan çıxılmalı idi. Göründüyü kimi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin sisternlərdə olan malın müşayiətedici sənədlərə uyğun olub-olmaması ilə hüquq mühafizə orqanlarında aparılan araşdırmalarla bağlı iddiaçının şifahi tapşırığı əsasında cavabde h "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və nəticə etibarilə göstərilmiş hüquqi yardıma görə, "xxxx" MMC-yə 57.000 avro ödəmişdir. Həmin məbləğ iddiaçı tərəfindən qaytarılmalıdır.

71. Eyni zamanda, "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160.000 avro məhkəmə qaydasında tələb etmiş, həmin iş Riqa şəhəri Lataqaliya rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin məhkəmə mübahisəsinə görə "xxxx" MMC-nin qarşısında cavabdeh məsuliyyət daşıdığından, bu işlə bağlı "xxxx" MMC-yə göstərilən hüquqi yardıma görə 5.778,92 avro ödəniş cavabdeh tərəfindən həyata keçirilmişdir. Göndərilmiş mal tərəflər arasında olan müqavilə tələblərinə uyğun olduğu halda, "xxxx" SC və "xxxx" MMC arasında həmin sisternlərin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə 160.000 avroluq məhkəmə mübahisəsi yaranmazdı və cavabdeh də həmin mübahisəyə görə "xxxx" MMCyə hüquqi yardımın əvəzini, 5.778,92 avronu ödəməzdi. Ona görə də "xxxx" MMC-yə Riqa şəhəri Lataqaliya rayon Məhkəməsində (iddiaçı "xxxx"ın iddiası üzrə) göstərilən hüquqi yardıma görə cavabdehin ödədiyi 5.778,92 avro iddiaçıdan tutulmalıdır.

72. İşin mübahisə yaratmayan halı ondan ibarətdir ki, (2018-ci il 12 aprel tarixli, 2-2018 №-li müqavilə, həm ilkin iddia, həm də qarşılıqlı iddia ərizəsi ilə müəyyən olunur) cavabdeh bu müqavilə üzrə ilkin ödənişi, 200.000 avronu iddiaçıya 2018-ci il 16 aprel tarixdə ödəmişdir. İddiaçının təqsirli hərəkəti nəticəsində həmin müqavilən in tələbləri kobud surətdə pozulmuşdur. Belə olduğu halda cavabdehin müqavilə üzrə avans kimi iddiaçıya ödədiyi 200.000 avro geri qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh mala görə avans kimi 200.000 avronu müqavilə bağlanan zaman iddiaçıya ödəmişdir və o, həmin 200.000 avronu 3 ildir ki, qanunsuz olaraq özündə saxlamasına baxmayaraq, mal Rusiya Federasiyası ərazisində saxlanılan zaman bəlli olmuşdur ki, mal keyfiyyət baxımından tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun deyildir. Bu səbəbdən, iddiaçının cavabdehə məxsus 200.000 avronu qanunsuz olaraq saxlamağı ilə bağlı illik beş faiz nəzərə alınmaqla hesablanması, satıcının alıcının məhkəməyədək pretenziya qaydasında müraciətinə cavab verdiyi tarixdən – 2019-cu il 9 may tarixdən hesablanmalıdır. Yəni cavabdehə məxsus 200. 000 avronu qanunsuz olaraq iki il özündə saxladığından illik beş faiz olmaqla 20.000 avro iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir. 73. 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərindən (həmin mallar “Baltijas Balzams” SC-yə təhvil verilən zaman) ayrıayrılıqda götürülmüş nümunələr üzrə cavabdehin təşəbbüsü ilə (bu barədə öncədən iddiaçının pretenziyasına cavabdehin 2019-cu il 19 dekabr tarixli cavabında iddiaçıya məlumat verilmişdir) İspaniyanın "xxxx" Şikətində keçirilmiş laborotoriya tədqiqatlarının 2020-ci il 19 avqust tarixli rəyləri ilə müəyyən olunmuşdur ki, təqdim olunmuş mal nümunələri şərabın mənşəyinə uyğun gəlmir. Cavabdeh keçirilmiş bu tədqiqata görə "xxxx" şirkətinə cəmi 3.184,51 avro ödəmişdir ki, həmin məbləğ iddiaçıdan tutulara q, cavabdehə ödənilməlidir.

74. İddia ərizəsinə əlavə olunmuş sənədlərin surətindən göründüyü kimi, həmin sənədlər rus, latış və ispan dillərindən Azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş 2020-ci il 20 iyun tarixdən 2020-ci il 15 sentyabr tarixədək sənədlərin rus, latış və ispan dillərindən Azərbaycan dilinə tərcümə olunmasına və notariat qaydasında təsdiq olunmasına görə, 3.259 avro, 2020-ci il 22 sentyabr tarixdən - 2021-ci il 15 fevral tarixədək (qeyd: cavabdehə təqdim olunmuş “Hesab dövriyyəsi haqqında çıxarış”dan göründüyü kimi bu çıxarış 2020-ci il 14 sentyabr tarixdən 2021-ci il 15 fevral tarixədək olan dövrü deyil, 2020-ci il 22 sentyabr tarixdən 2021-ci il 15 fevral tarixədək olan dövrü əhatə edir) 2.131,37 avro, cəm i 5.390,37 avro cavabdeh tərəfindən Sjadristijs Sergejsin (qeydiyyat nömrəsi **********1 olan) bank hesabına ödənilmişdir.

75. Eyni zamanda, qeyd olunan sənədlərin Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə 2020-ci il 1 dekabr tarixdən 2020-ci il 31 dekabr tarixədək 86,65 avro, 2021-ci il 1 yanvar tarixdən 2021-ci il 31 yanvar tarixədək (qeyd: tərcümədə 2021-ci il 31 yanvar tarixi yanlış olaraq, 2021-ci il 31 dekabr göstərilmişdir) 272,63 avro, cəmi 359,28 avro "xxxx" MMC-nin (UPS-in Latviyadakı səlahiyyətli təmsilçisi) bank hesabına ödənilmişdir. Cavabdehin bu işlə bağlı sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariatda təsdiq olunmasına çəkdiyi 5.390,37 avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərmə xərci 359,28 avro iddiaçıdan tutularaq cavabdehə ödənilmə lidir.

76. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-in 21.1, 21.2, 329.2, 385.1, 424.5, 445.1, 445.2, 445.7, 449.1, 581, 582, 587, 1096.1, 1097.1-ci maddələrinə, “Azərnaycan Respublikası MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il 9 iyul tarixli qərarına, Azərbaycan Respublikası MPM-in 155, 156cı maddələrinə istinad edilmişdir.

77. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 24 may tarixli, e-2-2(121)-37/2021 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 361.658 avro əsas borc və ödənişin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 23.086,66 avro faiz borcu, cəmi 384.744,66 avro və ödənilmiş dövlət rüsumuna görə 28,81 manat tutularaq iddiaçıya ödənilməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qaşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim R.İsmayılov).

78. Birinci instansiya məhkəməsi işin hallarına (bax yuxarıda 1-42-ci bəndlər) istinad edərək ilkin iddia ərizəsinə münasibətdə belə qənaətə gəlmişdir ki, “X5 və Konyak Zavodu” MMC (iddiaçı) ilə cavabdeh arasında bağlanılmış 2018-ci il 12 aprel tarixli, 22018 saylı müqavilənin şərtləri iddiaçı tərəfindən qismən (təqdim olunmuş malın həcminə münasibətdə) yerinə yetirilmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra etməmişdir (malın qalıq dəyərinin ödənilməsinə münasibətdə). Belə ki, iddiaçı tərəfindən 2018-ci il 25 may tarixdə tərikibində azı 63% alkoqol olan, 36.236 dekalitr (müqavilə üzrə 36.400 dekalitr olmalı idi) həcmdə 5 il saxlanılmış çaxır distillyatı 2018-ci il 25 may tarixdə iddiaçı tərəfindən Samur gömrük-sərhəd buraxılış məntəqəsində müvafiq müqavilələrə əsasən, cavabdeh üçün daşıma xidmətini həyata keçirən "xxxx" SC-yə təhvil verilmişdir. Mal tərəflər arasında bağlanılmış müqavilənin 4.2-ci bəndində qeyd olunan bütün sənədlərlə müşayiət olunmuşdur.

79. Mübahisə təqdim olunmuş malın QOST 31493 – 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmaması ilə bağlı cavabdehin mövqeyindən yaranmışdır. Halbuki, malın QOST 31493 – 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmasına dair hansı sənədlərin təqdim edilməli olması tərəflər arasında bağlanılmış müqavilədə öz əksini tapmış və həmin sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.

80. Digər tərəfdən, m üqavilənin 4.5-ci bəndinə əsasən, malın alınması zamanı alıcı malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin QOST 31493 – 2012 “Çaxır distillyatı. Texniki şərtlər” uyğun olmadığı müəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. İşin materiallarında olan sənədlərdən görünür ki, malın 2019-cu il 10 aprel tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilədə razılaşdırılmış qaydada, yəni 5 iş günü ərzində malın analizi aparılmamış və 2 iş günü ərzində müvafiq akt tərtib edilərək, iddiaçıya məlumat verilməmişdir. Cavabdeh tərəfindən malın QOST 31493 – 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmamasını öncə Moskva şəhəri, ekspert-kriminalisti k xidmətinin 18-20 iyul 2018-ci il tarixli gömrük ekspertlərinin rəyləri, daha sonra isə İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinin aktları ilə əsaslandırır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq, 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatının QOST 31493 – 2012 standartlarına uyğun olmasına dair 2018-ci il 23 may tarixli, 001349 saylı uyğunluq sertifikatı verilmişdir ki, iddiaçı tərəfindən də həmin sertifikat cavabdehə təqdim edilmişdir. Müqavilədə bundan başqa, yalnız malın alınmasından 5 iş günü ərzində müvafiq analizin aparılması və aktın tərtib edilməsi nəzərdə tutulmuşdur ki, malın 2019-cu il 10 aprel tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, həmin analiz ya lnız bundan təqribən 1 il 4 ay sonra “Lüksium Vayns SL” şirkəti tərəfindən 2020-ci il 19 avqust tarixdə aparılmışdır. Başqa sözlə, müqavilənin qeyd olunan şərti cavabdehin özü tərəfindən pozulmuşdur.

81. Həmçinin, “Lüksium Vayns SL” şirkəti tərəfindən 2020-ci il 19 avqust tarixdə aparılmış analizin nəticələrinə dair tərtib olunmuş aktları da mötəbər sübut kimi qəbul edilmir. Belə ki, əvvəla bununla bağlı “Lüksium Vayns SL” şirkətinin aktlarında müvafiq qeydlər olsa da, həmin qeydlər mübahisə artıq məhkəmənin icraatında olduğu zaman maraqlı şəxs olan cavabdehin məlumatları əsasında yazılmışdır. “Lüksium Vayns SL” şirkətinə təqdim edilmiş nümunələrin məhz iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş mallardan götürülməsini təsdiq edən sənədlər təqdim edilməmişdir.

82. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş malın 2019-cu il 10 sentyabr, 2019-cu il 2 oktyabr, 2019-cu il 30 oktyabr, 2019-cu il 27 noyabr, 2020-ci il 16 mart və 2020-ci il 2 iyul tarixlərdə "xxxx" SC-yə satılmışdır. Belə olan halda isə həmin nümunələrin sonradan, yəni 2020-ci il 6 avqust cavabdehin sərəncamında olmamışdır.

83. Eyni zamanda, iddia ərizəsindən və işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərkibində qeyriüzüm mənşəli spirtlərin olmasından (cavabdehin mövqeyinə əsasən) 2018-ci ilin iyul ayında cavabdehin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməm əsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı iddiaçıya hər-hansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə satmışdır.

84. Həmçinin tərəflər arasında bağlanılmış müqavilənin 6.1-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi fors-major vəziyyətlərin, satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdudiyyətlərin nəticəsidirsə, tərəflər hazırkı müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilirlər. Müqavilənin 6.3-cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökumət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birilərinə 14 təqvim günü əvvəl bildirməklə hazırkı müqaviləyə xitam vermək hüququna malikdir. İşin materiallarından göründüyü kimi, mal cavabdeh tərəfindən ("xxxx" SC vasitəsilə) Samur gömrük-sərhəd buraxılış məntəqəsində 2018-ci il 25 may tarixdə qəbul edilməsinə baxmayaraq, Latviya Respublikasına 2019-cu il 10 aprel tarixdə, yəni təqribən 10 aydan artıq müddət keçdikdən sonra çatmışdır. Belə olan halda, müqavilənin 6.3-cü bəndinə əsasən, cavabdehin 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, bununla da, faktiki olaraq malı qəbul etdiyini nümayiş etdirmişdir.

85. Digər tərəfdən, malın Latviya Respublikasına 2019-cu il 10 aprel tarixdə çatmasının səbəbi malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə 2018-ci il 3 avqust tarixli qərara əsasən, cinayət işi qaldırılması, 2019-cu il 25 fevral tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi, daha sonra 2019-cu il 6 may tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Yəni həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında cavabdehə çatdırılmamışdır ki, belə hallarda müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar iddiaçının müqavilə üzrə öhdəliklərin qismən və y a tamamilə pozulmasına görə məsuliyyətdən azad edilməsinə əsasdır.

86. Bununla belə, tərəflər arasında bağlanılmış 2018-ci il 12 aprel tarixli, 2-2018 saylı müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə verilməli olan malın həcmi 36.400 dekalitr olmalı olduğuna baxmayaraq, işin materiallarında olan sənədlərdən görünür ki, təqdim olunmuş mal 36.236 dekalitr (362.360 litr) təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya avans olaraq 200.000 avro ödənildiyi işin mübahisəsiz halıdır. Belə olan halda tərəflər arasında bağlanılmış müqavilə üzrə cavabdehin iddiaçıya 361.658 (362.360 X 1,55 = 561.658 – 200.000 = 361.658) avro əsas borcu qalmışdır ki, həmin borc cavabdehdən tutulmalıdır.

87. Mal Latviya Respublikasına 2019-cu il 10 aprel tarixdə çatmış və tərəflər arasında bağlanıl mış müqavilənin 3.2-ci bəndinə əsasən, qalan məbləğ qeyd olunan tarixdən hesablanmaqla 3 ay ərzində ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də, qalıq borc olan 361.658 avro pulun ödənilməsini gecikdirdiyinə görə, 2019-cu il 10 iyul tarixdən (xx.xx.2019 + 3 ay) 2020-ci il 21 oktyabr tarixədək (iddianın dəyişdirilməsinə dair ərizə məhkəməyə təqdim edilənək) olan dövr üçün (cəmi 1 il, 03 ay, 11 gün) illik 5% hesablanmaqla, 23.086,66 avro faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

88. Qarşılıqlı iddia ərizəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi. Məhkəmə hesab etmişdir ki, ilkin iddianın qismən təmin olunmasına dair əsaslar qaşılıqlı iddia ərizəsinin təmin edilməməsi əsasları ilə eynilik təşkil edir. Əlavə olaraq, iddiaçının təqsirli hərəkəti nəticəsin də cavabdehə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə cavabdehə dəymiş 160.000 avro zərərin və iddiaçının təqsiri nəticəsində "xxxx" SC-nin malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə cavabdehin "xxxx" SC-yə ödədiyi 44.266,75 avronun tutulması tələbləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, boşdayanmaya səbəb malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə 2018-ci il 3 avqust tarixli qərara əsasən, cinayət işi qaldırılması, 2019-cu il 25 fevral tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi, daha sonra 2019-cu il 6 may tarixdə yenidən cinayət işinə xitam verilməs i olmuşdur. Yəni həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında cavabdehə çatdırılmamışdır ki, müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar iddiaçının müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilməsinə əsas olduğundan, qeyd olunan tələblər əsassızdır.

89. Bundan əlavə, qarşılıqlı iddia 179.694,27 avro zərərin iddiaçıdan tutulmasına dair hissədə də əsassızdır. Birincisi, müqavilələrin predmetinin məhz 2018-ci il12 aprel tarixli, 2-2018 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə təqdim oluncaq malın təşkil etdiyi müəyyən olunmur. Həmin müqavilələrdə "xxxx" Səhmdar Cəmiyyətinə təqdim olunacaq malın yalnız Azərbaycan mənşə li şərab spirti (distillyatı) olması qeyd olunmuşdur. Həmin şərab spirtinin (distillyatının) məhz iddiaçı tərəfindən təqdim olunacaq mal olması müqavilələrdə qeyd edilməmişdir. Halbuki, Azərbaycan mənşəli məhsulları satan yeganə şəxs iddiaçı deyildir. Həmin məhsulu digər şəxslər də satmış ola bilər. Digər tərəfdən cavabdeh təqdim olunmuş malın keyfiyyətinin müqaviləyə uyğun olmadığını iddia edirdisə və bu hal ona malın artıq Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən sonra (2018-ci ilin iyul ayında) məlum olmasına baxmayaraq, ağlabatan müddətdə iddiaçıya bildiriş verməmiş, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı hər-hansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmişdir. 90. “Cavabdehin iddiaçıya avans formasında ödədiyi 200.000 avronun və həmin pul məbləğinin 2 illik dövr üçün saxladığından illik 5% nəzərə alınmaqla, 20.000 avro əldən çıxmış faydanın tutulmasın tələblərini də məhkəmə əsaslı hesab etməmişdir. Belə ki, müqavilənin 3.2-ci bəndinə əsasən, alıcının malın təchizatına görə satıcı tərəfindən təqdim edilmiş invoys əsasında 200.000 avro məbləğində ilkin ödəniş ödəmək öhdəliyi olmuş və həmin məbləğ 2018-ci il 16 aprel tarixli hesab-fakturaya əsasən, cavabdeh tərəfindən 2018-ci il 18 aprel tarixdə “X5 və Konyak Zavodu” MMC-yə (iddiaçıya) ödənilmişdir. Qeyd olunanlara və ilk iddianın qismən təmin edilməsi əsaslarına görə 200.000 avronun və həmin məbləğin iddiaçı tərəfindən qanunsuz saxlanması müəyyən olu nmadığı üçün hesablanmış 20.000 avro əldən çıxmış faydanın (faizlərin) da tutulması tələbi əsassızdır.

91. Cavabdehin İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3.184,51 avronun iddiaçıdan tutulması tələbi ilə bağlı qətnamədə göstərilmişdir ki, 2018-ci il 12 aprel tarixli, 2-2018 saylı müqavilənin 4.5-ci bəndində malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analizin aparılması məhz alıcının, yəni cavabdehin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda isə qeyd olunan məbləğ iddiaçıdan tələb edilə bilməz.

92. İçərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin 2019-cu il 15 avqust tarixdən 2020-ci il 13 avqust tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmət lərə görə cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75.351,93 avronun tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən mal qəbul edildikdən sonra, həmin malın sonrakı müqəddəratı, yəni onun daşınması, saxlanılması, mühafizəsi və s. ilə bağlı iddiaçı hər-hansı məsuliyyət daşıya bilməz. Həmin mal cavabdehin sərəncamında olmuşdur və qeyd olunan hallarla bağlı yalnız cavabdehin özü məsuliyyət daşıya bilər. Ona görə də iddia bu hissədə də təmin edilməməlidir.

93. Bundan başqa, işin materiallarında olan cavabdeh ilə "xxxx" MMC arasında hüquqkonsaltinq xidmətlərinin göstərilməsinə dair bağlanılmış 2018-ci il 10 avqust tarixli, 08/02/18-LV saylı müqavilədə "xxxx" MMC tərəfindən hansı məsələ ilə bağlı hüquqkonsaltinq xidmətlərinin göstərilməsi, yəni xidmətin (tapşırığı n) mahiyyəti qeyd olunmamışdır. Həmin müqavilənin məhz hazırkı mübahisə əlaqədar, yoxsa cavabdehin digər işləri ilə bağlı bağlanıldığı müəyyən olunmur. Belə olan halda isə qeyd olunan məbləğin iddiaçıdan tutulması tələbi də əsassızdır.

94. Cavabdehin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) ödədiyi 75.511,63 avronun tutulması tələbi isə qeyri-müəyyən olub qarşılıqlı iddiada (iddianın dəyişdirilməsi barədə ərizədə) əsaslandırılmamış, o cümlədən cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə izah edilməmişdir. Onun nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə iddiaçıdan tələb edildiyi məlum deyildir. Qeyd olunan məbləğ aksiz vergisidirsə, həmin ver ginin ödənilməsi yalnız cavabdehin vəzifəsi ola bilər.

95. Cavabdehin iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödədiyi 5.390,37 avronun və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödədiyi 359,28 avronun tutulması tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qeyd olunan xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla, məhkəmə xərclərinin tərkibinə daxildir.

96. Məhkəmə mövqeyini əsaslandırmaq üçün MM-in 385.1, 442, 443.1, 445.7, 586.1, 586.2, 586.3, 595.1, 596.1, 623.3, 627.1, 630.1, 631.1, 631.2, 634.1, 634.2, 634.3, 635.1, 635.2, 635.3, 637.2, 639.1, 639.2-ci maddələrinə istinad etmişdir.

97. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərə k, onun ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın tam təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

98. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 noyabr tarixli, 2-2(106)-228/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, ilkin iddianın qismən təmin edilməsi, cavabdehdən 361.658 (üç yüz altmış bir min altı yüz əlli səkkiz) Avro ödəniləcək günə milli manatın Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə və ödənilmiş dövlət rüsumuna görə 10 (on) manatın iddiaçının xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, cava bdehə 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə dəymiş 160.000 (bir yüz altmış min) Avro zərər, iddiaçının keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində cavabdehə dəymiş 179.694,27 (bir yüz yetmiş doqquz min altı yüz doxsan dörd Avro, iyirmi yeddi Avrosent) Avro zərər, cavabdeh tərəfindən İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3.184,51 (üç min bir yüz səksən dörd Avro, əlli bir Avrosent) Avro, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin 2019-cu il 15 avqust tarixdən 2020-ci il 13 avqust tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75.351,93 (yetmiş beş min üç yüz əlli bir Avro, doxsan üç Avrosent) Avro, iddiaçının təqsiri nəticəsində "xxxx" SC-nin cavabdehə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə “cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmiş 44.266,75 (qırx dörd min iki yüz altmış altı Avro, yetmiş beş Avrosent) Avro, cavabdeh tərəfindən (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) "xxxx" MMC-yə ödədiyi 75.511,63 (yetmiş beş min beş yüz on bir Avro, altmış üç Avrosent) Avro, cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini pozması nəticəsində hüquqi yardımla bağlı ödənilmiş 5.000 (beş min) Avro, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dili nə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödənilmiş 5.390,37 (beş min üç yüz doxsan Avro, otuz yeddi Avrosent) Avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş 359,28 (üç yüz əlli doqquz Avro, iyirmi səkkiz Avrosent) Avro, ümumilikdə 548.758,74 (beş yüz qırx səkkiz min yeddi yüz əlli səkkiz Avro, yetmiş dörd Avrosent) Avro ödəniləcək günə milli manatın Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manatın iddiaçıdan cavabdehin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən Z.Allahyarov, hakimlər N.Mirzəyov və S.Mayılov).

99. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə verilməli olan malın həcmi 36.400 dekalitr olmalı olduğuna baxmayaraq, işin materialında olan sənədlərdən görünür ki, təqdim olunmuş mal 36.236 dekalitr (362.360 litr) təşkil etmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya avans olaraq 200.000 Avro ödənildiyi işin mübahisəsiz halı olduğundan məhkəmə hesab etmişdir ki, sözügedən müqavilə üzrə cavabdehin iddiaçıya 361.658 (362.360 x 1,55 = 561.658 - 200.000 = 361.658) Avro əsas borcu qalmışdır ki, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

100. İlkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ona cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi nə ticəsində zərər dəydiyini qeyd etsə də, cavabdeh müqavilə öhdəliklərini pozmamış və iddiaçı cavabdeh tərəfindən hüququnun pozulması, ona maddi zərər dəyməsini təsdiqləyən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

101. Həmçinin, cavabdehə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanması iddiaçının təqsirli hərəkəti nəticəsində baş verdiyindən, o boşdayanmaya görə cavabdehə dəymiş 160.000 Avro zərəri ödəməlidir.

102. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin 179.694.27 Avro zərərin iddiaçıdan tutulması hissəsini ona görə əsassız hesab etmişdir ki, "xxxx" SC ilə cavabdeh arasında olan “Tədarük” müqaviləsində “cavabdeh tərəfindən "xxxx" SC-yə təqdim olunacaq malın iddiaçının cavabdehə göndərdiyi mal olması qeyd olunmamışdır. Cavabdeh ilə “Latv iya Balzams” SC arasında olan müqavilədə Azərbaycan mənşəli məhsul yazılmışdır ki, həmin məhsulu başqa şəxslər də satmış ola bilərdi”.

103. Tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçının cavabdehə göndərməli olduğu malın həcmi, 36.400 dekalitr olmalı olmasına baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 34/19 nömrəli, 2019cu il 14 avqust tarixli maliyyə arayışından görünür ki, iddiaçıya 36.236 dekalitr mal göndərmişdir. İddiaçının təqdim etdiyi spesfikasiya sənədlərindən görünür ki, onun cavabdehə göndərdiyi 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərində olan distilliyatdan, mütləq spirtin həcmi 22830 dekalitr edir. 104. “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" SC -yə cavabdeh tərəfindən tədarük olunacaq malda mütləq spirtin həcmi 22.828.7 dekalitr olması göstərilir. Göründüyü kimi, qeyd edilən sənədlərdə mübahisəli malda mütləq spirtin həcmində cəmi 1.3 dekalitr fərq vardır ki, bu da sisternlərdə olan spirtin dərəcəsindən və sairdən aslı olaraq ola bilər.

105. Eyni zamanda, "xxxx" SC vəkil sorğusuna verdiyi 2020-ci il 4 yanvar tarixli cavabında göstərir ki, “... “SİA Rolands S” ilə aramızdakı razılaşmaya əsasən Azərbaycan Respublikası "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodundan şərab distilliyyatı ilə altı ədəd sistern göndərilmiş və həmin sisternlər 2018-ci ilin iyun ayının sonlarına “SİA Talbergs” gömrük-aksiz anbarına çatmalı idi. Həmin 6 sistern “SİA Talbergs” çatdıqda və bütün zəruri sənədlərin tədqiqindən sonra "xxxx" AC şirkətin ə təhvil verilməli idi, lakin həmin sisternlər naməlum səbəblərdən yalnız 2019-cu ilin aprelində “SİA Talbergs” anbarına çatdırılmışdır və bu zaman məlum olmuşdur ki, həmin sisternlərdə olan spirt, SİA Cavabdeh ilə aralarında olan xx.xx.2018-ci il tarixli “Tədarük” müqaviləsinin tələblərinə uyğun deyil, yəni spirt üzüm mənşəli deyil. Bu səbəbdən biz bu malı almaqdan imtina etdik və bundan sonra Cavabdeh SİA uzun müddət bu məhsulun bizə satılması barədə danışıqlar aparmış və "xxxx" SC və Cavabdeh SİA arasında olan LV-2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır”.

106. Göründüyü kimi, qeyd edilən 6 sistern üzüm distilliyatının məhz cavabdehə iddiaçı tərəfindən göndərilməli olması, "xxxx" SC-yə də öncədən bəlli idi. Ona görə ki, 2011-ci ildən 2018-ci il ədək dövr ərzində "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodunun üzüm distilliyyatı məhsulları cavabdeh tərəfindən "xxxx" SC-yə dəfələrlə tədarük olunmuşdu.

107. Bundan əlavə, “Tədarük” müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan alacağı malın 1 deka litrini "xxxx" SC-yə 31.5 Avroya satmalı idi, lakin həmin mal bəlli səbəblərdən Riqa şəhərinə 9 aydan sonra çatdırılmış və Riqa şəhərinə gətirilmiş malın keyfiyyəti müqavilə üzrə tələblərə uyğun olmadığından, "xxxx" SC həmin malı almaqdan imtina etmiş, iddiaçı isə cavabdeh tərəfindən ona olunmuş xəbərdarlıqlara baxmayaraq, qeyd olunan keyfiyyətsiz malı geri götürməkdən imtina edərək, malın pulunu tələb etmiş, bu səbəbdən cavabdeh "xxxx" SC ilə həmin mal ilə bağlı təkrar danışıqlar aparmış və "xxxx" SC ilə LV2019/08/008 nömrəli, 2019-cu il 22 avqust tarixli yeni “Tədarük” müqaviləsinin bağlanmasına nail olmuşdur. Həmin müqaviləyə olunmuş 1 nömrəli əlavəyə əsasən, tərəflər həmin malın 4014 deka litrinin 24,70 Avroya, qalan hissəsini isə 23,40 Avroya tədarük olunması barədə razılığa gəlmişlər. İddiaçı MMC Cavabdeh-yə “Çaxır Distilliyatı” əvəzinə digər ərzaq məhsullarından hazırlanmış spirt göndərdiyindən "xxxx" SC və Cavabdeh arasında olan 2018-ci il 7 iyun tarixli 013-18 nömrəli “Tədarük” müqaviləsi və 2019-cu il 22 avqust tarixli 2019/08/008 nömrəli “Tədarük” müqaviləsində malların qiymətləri arasında ciddi fərq olmuşdur. Nəticə etibarı ilə cavabdeh 22.828,7 deka litr malı 31,5 Avroya "xxxx" SC-yə sataraq, "xxxx" SC-dən cəmi 719.104,05 Avro almalı olduğu halda, iddiaçının keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olm ayan malı göndərməsi səbəbindən, 22.828,7 deka litr malın 4.014 deka litrini 24,70 Avroya, 18.814,7 deka litrini 23,40 Avroya, cəmi 539.409,78 Avroya satmışdır.

108. Göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli 22018 nömrəli müqavilənin yuxarıda sadalanan 1.1, 1.2, 4.1 və 7.2-ci bəndlərinin tələblərini pozduğundan cavabdehə qeyd olunan alqı-satqı müqaviləsi nəticəsində (719104,05 539409,78 = 179694,27) 179.694,27 Avro zərər dəymişdir. O cümlədən, iddiaçı müqavilənin 7.2-ci bəndinə əsasən keyfiyyətsiz malın təchiz edilməsinə görə maddi məsuliyyət daşıdığından kollegiya hesab etmişdir ki, cavabdehə dəymiş 179.694,27 Avro zərəri ödəməlidir.

109. Birinci instansiya məhkəməsi, qarşılıqlı iddia tələbinin İspaniyanın "xxxx" Şikətində aparılmış laboratoriya tədqi qatının dəyəri ilə bağlı bildirmişdir ki, “Lüksium Vayns SL” şirkətinə təqdim olunmuş nümunələrin məhz iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş mallardan götürülməsini təsdiq edən sənədlərin iş materialında mövcud olmaması və iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş mal 2019-cu il 10 sentyabr, 2019-cu il 2 sentyabr, 2019-cu il 30 oktyabr, 2019-cu il 27 noyabr, 2020-ci il 16 mart və 2020-ci il 2 iyul tarixlərdə “Latviya Balzams” SC-yə satıldığı halda həmin nümunələrin 2020-ci il 6 avqust tarixdə götürülməsi ağlabatan və inandırıcı deyil, qeyd olunan tarixdə həmin mallar cavabdehin sərəncamında olmamışdır.

110. Cavabdeh iddiaçının 2019-cu il 29 oktyabr tarixli, 29 nömrəli pretenziya məktubuna 2019-cu il 19 dekabr tarixli cavabında onlara göndərilmiş malların keyfiyyətinin aralarında bağlanmış müqavilənin tələblərinə uyğun olmamasını əsaslandırmaqla yanaşı, cavabdehə tədarük etdikləri məhsulların keyfiyyəti ilə bağlı mübahisələri birdəfəlik həll etmək məqsədilə birgə nümunələr götürmək və müstəqil Avropa laboratoriyasında malların keyfiyyətini yoxlamaq üçün iddiaçının nümayəndəsini Riqaya göndərməyi təklif etmiş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Bu səbəbdən həmin sisternlər "xxxx" SC-yə Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında təhvil verilərkən hər bir sisterndən ayrı-ayrılıqda "xxxx" SC və Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin iştirakı ilə müvafiq qaydada sənədləşdirilməklə (protokollaşdırılmaqla) nümunələr götürülmüş (bu barədə Latviya Respublikası Dövlət Gəlir Xidmətinin Gömrük yoxlama aktlarında qeydlər aparılmışdır), y əni həmin nümunələr 2020-ci il 6 avqust tarixdə deyil, "xxxx" SC-yə hər bir sistern təhvil verilən gün götürülmüşdür. Sonuncu 77302644 nömrəli dəmir yolu sisterni məhkəmə qətnaməsində göstərildiyi kimi 2020-ci il 2 iyul tarixdə deyil (həmin tarixdə cavabdeh “Latvija Balzams” SC-yə sonuncu sisternlə bağlı elektron qaimə göndərib), 2020-ci il 21 iyul tarixli, 02-20 nömrəli aktdan və ona əlavə olunmuş digər gömrük sənədlərindən göründüyü kimi 2020-ci il 21 iyul tarixdə təhvil verilmişdir. Sonuncu nümunə götürüldükdən sonra 6 sisterndən götürülmüş nümunələr birlikdə qablaşdırılaraq müvafiq analizlər aparılması üçün İspaniyanın “Lüksium Vayns SL” şirkətinə göndərilmiş, həmin nümunələr 2020-ci il 6 avqust tarixdə həmin şirkətə çatdırılmış, həmin şirkətdə 2020-ci il 7 avqust tarixdən həmin mal nü munələrinin tədqiqatına başlanmış və tədqiqat qurtardıqdan sonra 2020-ci il 19 avqust tarixdə müvafiq rəylər verilmiş, həmin rəylərə əsasən, tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması təkrarən təsdiq olunmuşdur.

111. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi cavabdeh tərəfindən İspaniyanın "xxxx" Şikətində aparılmış laboratoriya tədqiqatına görə ödənilmiş 3.184,51 Avronun iddiaçıdan cavabdehin xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin olunmalıdır.

112. Bundan əlavə, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri 2019-cu il 29 aprel tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 2019-cu il 30 aprel tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" SC-yə təhvil verilənədək həmin limanda saxlanmışdır. 12 ədəd hesab-faktura və qarşılıqlı hesablamalar aktları ilə müəyyən olunur ki, həmin 6 sisternin daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə 2019-cu il 15 avqust tarixdən 2020-ci il 13 avqust tarixədək cavabdeh tərəfindən "xxxx" MMC-yə 75.351,93 Avro ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisterni 2019-cu il 15 avqust tarixdən 2020-ci il 13 avqust tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınaraq orada saxlanmışdır. Ona görə də iddiaçıdan 75.351,93 Avro cavabdehin xeyrinə tutulmalıdır.

113. Eyni zamanda, 6 sisternin RF dəmir yollarında 9 aydan çox müddətdə boşdayanmasının və mü qavilədə nəzərdə tutulan malın deyil, keyfiyyətsiz malın cavabdeh tərəfindən "xxxx" SC-yə təhvil verilməsi iddiaçının birbaşa təqsirli hərəkətləri nəticəsində baş vermişdir. İddiaçının təqsiri nəticəsində malın gecikməsinə görə "xxxx" SC tərəfindən cavabdehə tətbiq edilən və sonuncu tərəfindən "xxxx" SC-yə ödənilən 44.266,75 Avro iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.

114. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı cavabdehin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin sığorta zəmanəti xərcinə görə) ödədiyi 75.511,63 Avronun iddiaçıdan tutulması hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, qeyd olunan məbləğin nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə iddiaçıdan tələb edildiyi iddia ərizəsindən və nümayəndənin izahatından məlum o lmamışdır.

115. İddiaçının göndərdiyi mal müşayiətedici sənədlərinə uyğun olmadığından, həmin malın alıcısı olan "xxxx" SC həmin maldan imtina etdiyindən 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri 2019-cu il 29 aprel tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni (Mal) 2019-cu il 30 aprel tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisternlərdə olan Mallar "xxxx" SC-yə təhvil verilənədək Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında Riqa azad ticarət limanında saxlanmışdır. İddiaçının alıcıya göndərdiyi mal tərəflər arasında 2018-ci il 12 aprel tarixli 22018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həm in mal yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul edildiyi gündən 15 (on beş) gün ərzində malın alıcısı "xxxx" SC-yə təhvil verilməli idi, lakin həmin mal müqavilə tələblərinə uyğun olmadığından təxminən 20 günə yaxın müddət "xxxx" MMC-nin gömrük anbarında, sonra isə "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (2019-cu il 29 aprel tarixdən - 2020-ci il 27 iyul tarixədək) ki, buna görə də "xxxx" MMC həmin malın sığortası üçün nəzərdə tutulduğundan əlavə xərclər çəkmişdir ki, həmin xərclər cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, "xxxx" MMC-nin cavabdehə göndərdiyi 2020-ci il 28 iyul tarixli, T 166 saylı hesab-fakturanın surətindən görünür ki, qeyd olunan 6 sisternin sığorta haqqına görə 88.000 Avro çəkdiyi xərcin 5 gün ərzində ödənilməsi tələb edilmişdir. "xxxx" MMC ilə cavabdeh arasında olan 2020-ci il 5 avqust tarixli, RS ********* saylı Qarşılıqlı Hesablaşmalar AKTİ-na əsasən, həmin məbləğdən 60.184,96 (altmış min yüz səksən dörd Avro 96 sent) "xxxx" MMC-nin hesabına ödənilmişdir. 2020-ci il 28 iyul tarixli, T 166 saylı Hesab-fakturaya Əlavənin surətində 2018-ci il 27 may tarixdən 2020-ci il 27 iyul tarixədək olan dövr üçün 6 sisternin aksiz vergisinin ümumi təmin edilməsi üçün sığorta xərcləri dəqiq göstərilmişdir. Həmin Hesab-fakturaya Əlavə ilə müəyyən olunur ki, "xxxx" MMC 6 dəmir yolu sisterninin (77331379 nömrəli dəmir yolu sisternin 471 günə sığorta xərci 10.833 Avro; 77329308 nömrəli dəmir yolu sisternin 503 günə sığorta xərci 11.569 Avro; 77326585 nömrəli dəmir yolu sisternin 532 günə sı ğorta xərci 12.236 Avro; 77311082 dəmir yolu sisternin 559 günə sığorta xərci 11.180 Avro; 77331361 dəmir yolu sisternin 669 günə sığorta xərci 15.387 Avro; 77302644 nömrəli dəmir yolu sisternin 777 günə sığorta xərci 14.306 Avro) ümumi sığorta xərci 75.511,63 Avro ödənmişdir. Sadalananlara əsasən, kollegiya hesab etmişdir ki, qarşılıqlı iddia tələbi cavabdehin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin sığorta zəmanəti xərcinə görə ödədiyi) 75.511,63 Avronun iddiaçıdan tutulması hissəsində əsaslı olduğundan təmin olunmalıdır.

116. Bundan əlavə, iddiaçı cavabdehə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanılmasından və fakt üzrə cinayət işinin başlanmasından məlumat aldıqdan sonra hüquqlarının müdafiə si ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 2018-ci il 10 avqust tarixli, 1/35 saylı, 21 nömrəli etibarnamə vermişdir. MPM-in 121.1-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi yardımla bağlı iddiaçıdan cavabdehin xeyrinə 5.000 Avro tutulmasını ağlabatan hesab etmişdir.

117. Həmçinin, qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlər rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. Bu səbəbdən, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərin rus, latış və ispan dillərindən Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına görə ödənilmiş 5.390,37 Avro və həmin sənədlərin poçtla Riqa şəhərindən Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş 359,28 Avro iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

118. Qarşıl ıqlı iddia tələbi cavabdehin iddiaçıya avans formasında ödədiyi 200.000 Avro və sonuncunun həmin məbləği 2 il qanunsuz saxladığı dövr üzrə illk 5% olmaqla 20.000 Avro əldən çıxmış fayda tələbi hissəsində isə qanuni əsası olmadığından təmin edilməmişdir.

119. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.2, 21.1, 21.2, 385.1, 390.1, 399.1, 424.5, 425.1, 442, 443.2, 448, 581.1, 581.2, 581.3, 581.4, 582.1, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 587.3, 595.1, 595.2, 595.3, 627.1, 634.1, 635.1, 635.2, 635.3, 641.3, 777.2, 784, 1096.1, 1097.1-ci, MPM-in 14.2, 77.1, 88, 119.1, 121.1, 385, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

120. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 30 noyabr tarixində iddiaçıya təqdim edilmişdir.

121. Həmin qətnamə dən iddiaçı tərəfindən 2022-ci il 21 yanvar tarixdə kassasiya şikayəti verilmiş, onun qismən, yəni ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

122. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli, 2-2(102)-186/2022 saylı qərarı ilə ilk iddia tələbi üzrə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 noyabr tarixli, 2-2(106)-228/2020 saylı qətnaməsinin qismən-qarşılıqlı iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi, işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır ( məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Qəribov və B.Məmmədli).

123. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarət olmuşdur ki, "xxxx" MMC ("Satıcı" hazırda "xxxx" MMC) ilə Cavabdeh ("Alıcı") arasında 2018-ci il 12 aprel tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” ən azı 5 il saxlanılmış çaxır distilyatını “Alıcı”ya satmağı, nəqliyyat vasitəsinə yükləməyi və çatdırmağı, “Alıcı” isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Malın hər 1 litrinin qiyməti 1.55 Avro təşkil etmiş, “Alıcı” malın ümumi dəyərindən 200 000 Avro məbləğində ilkin ödəniş ödəməyi öhdəsinə götürmüş, qalan məbləğ isə malın Latviya Respublikası "xxxx" MMC-Riqa şəhəri Rensenu küçəsi, 10 A ünvanında yerləşən anbarında almasından sonra 3 ay müddətində köçürülməlidir. Rusiya Federasiyası sərhəddinədək həmin 6 sisternin daşınması Satıcı tərəfinden icra olunmuş, 2018-ci il 10 iyun tarixdə Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə yuxarıda qeyd edilən çaxır distilliyyatı yüklənmiş sisternlər Rusiya Federasiyası gömrük əməkdaşları tərəfindən saxlanmış, daşınan mala gömrük baxışı keçirilmiş, gömrük ekspertlərinin 2018-ci il 18 iyul tarixli, 2018-ci il 19 iyul tarixli və 2018-ci il 20 iyul tarixli ekspert rəyləri ilə malın, həmin malları müşayət edən sənədlərdə göstərilənlərə uyğun olmadığı müəyyən olunmuş, "Mal nümunəsində qeyri-üzüm mənşəli spirt olması və qi da xammalından hazırlanması aşkar edilmiş, həmin malın qeyri-üzüm mənşəli spirt olması təsdiq olunmuş, bu səbəbdən də fakt üzrə Pskov gömrük xidmətində 2018-ci il 3 sentyabr tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə cinayət işi başlanmış, 2019-cu il 25 fevral tarixdə həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmuş, həmin qərar 2019-cu il 18 mart tarixdə ləğv olunmuş, yenidən istintaq aparılaraq, cinayət işinə 2019-ci il 6 may tarixdə yenidən xitam verilmişdir.

124. İş materiallarına əsasən iddiaçı tərəfindən müqavilə predmeti olan mal 2018ci il 25 avqust tarixdə cavabdehə çatdırılması üçün təhvil verilmiş, cavabdeh malı təhvil alan zaman müqavilədə nəzərdə tutulmuş müddət ərzində onun keyfiyyəti ilə bağlı irad bildirməmiş, cavabdeh tərə findən 2020-ci il 7 avqust tarixdə şərab nümunələri yenidən yoxlanılması üçün İspaniyanın "xxxx" Şirkətinə göndərilmiş, cavabdeh müqavilənin tələblərinə uyğun olaraq 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olsa da, bu hüququndan istifadə etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.5-ci bəndinə əsasən, malın alınması zamanı alıcı malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin QOST 31493 – 2012 “Çaxır distilliyatı. Texniki şərtlər” uyğun olmadığı müəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. Mülki qanunvericiliyin tələblərinə görə alıcı əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehlik dayışır.

125. Məhkəmə kollegiyası malın saxlanılması, daşınması, mühafizəsi və aksiz vergisinə görə ödənilmiş vəsaitlərin də iddiaçıdan tutulmalı olmasına münasibətdə vurğulamışdır ki, həmin xərclərin müqavilə tərəfi olaraq məhz iddiaçı tərəfindən ödənilməli olması müqavilə ilə nəzərdə tutulmamışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, təchizat şərtləri STP Samur kimi nəzərdə tutulmuş və iş materiallarına əsasən mal Samur gömrük sərhəd buraxılış məntəqəsində müqavilənin müddəti çərçivəsində cavabdehin yükdaşıyıcısına təhvil verilmişdir. Cavabdehə təhvil verilmiş malın sonradan daşınması məqsədi ilə cavabdeh tərəfindən icarəyə götürülmüş sisternlərə görə icarə haqqı və onların sığortalanmasına görə sığorta haqqının iddi açıdan tutulması, habelə, gömrük, aksiz vergisi və s. ödənişlər qanunvericiliklə müəyyən olunmuş ödənişlər olduğundan, malın keyfiyyəti barədə irad bildirməyərək onu qəbul etmiş cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən ödənilməli olması hissəsində apellyasiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları ilə əsaslandırılmamışdır.

126. Apellyasiya instansiyası məhkəməsinin malın Rusiya Federasiyasında boş dayanmasına görə iddiaçıdan pulun tutulmasına dair mövqeyinə münasibətdə qeyd olunmuşdur ki, boşdayanmaya səbəb, malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə 2018-ci il 3 avqust tarixli qərara əsasən, cinayət işinin qaldırılması, 2019-cu il 25 fevral tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan 2019- cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi, daha sonra 2019-cu il 6 may tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Başqa sözlə, həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətləri və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında cavabdehə çatdırılmamışdır. Mal cavabdeh tərəfindən ("xxxx", SC vasitəsilə) Samur gömrük - sərhəd buraxılış məntəqəsində 2018-ci il 25 may tarixdə qəbul edilməsinə baxmayaraq, Latviya Respublikasına 2019-cu il 10 aprel tarixdə, yəni təqribən 10 aydan artıq müddət keçdikdən sonra çatmışdır. Belə olan halda, müqavilə şərtlərinə tam uyğun olmayan tədarük edilmiş malı öz iradəsi ilə, kənar təsir olmadan qəbul etməklə, müqavilənin 6.3-cü bə ndinə əsasən, 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olmasına baxmayaraq, cavabdeh bu hüququndan istifadə etməmiş, bununla da faktiki olaraq malı qəbul etdiyini nümayiş etdirmişdir. Apellyasiya məhkəməsi bu zaman həmçinin tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinin tələblərini də tam nəzərə almamışdır. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi fors-major vəziyyətlərin, satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdudiyyətlərin nəticəsidirsə, tərəflər hazırkı müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətd ən azad edilirlər.

127. Cavabdehin ona dəymiş 179.694,27 Avro zərərin ödənilməsinə dair tələbi onun tərəfindən 2018-ci il 7 iyun tarixli müqavilə üzrə “Latvijas Balzams" SC-yə satmalı olduğu, lakin nəticədə 2019-cu il 22 avqust tarixli müqavilə ilə satdığı malların dəyəri arasındakı fərqlə əsaslandırılmışdır. İş materiallarına əsasən həmin müqavilələrin predmetinin məhz 2018-ci il 12 aprel tarixli, 2-2018 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə təqdim olunacaq malın təşkil etdiyi müəyyən olunmur. Həmin müqavilələrdə "xxxx" SC-yə təqdim olunacaq malın yalnız Azərbaycan mənşəli şərab spirti (distillyatı) olması qeyd olunmuşdur. Yəni həmin şərab spirtinin (distillyatının) məhz iddiaçı tərəfindən təqdim olunacaq mal olması müqavilələrdə qeyd edilməmişdir. Halbuki, Azərbaycan mənşəli m əhsulları satan yeganə şəxs İddiaçı MMC deyildir. Həmin məhsulu digər şəxslər də satmış ola bilər. Digər tərəfdən cavabdeh təqdim olunmuş malın keyfiyyətinin müqaviləyə uyğun olmadığını iddia edirdisə və bu hal ona malın artıq Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən sonra (2018-ci ilin iyul ayında) məlum olmasına baxmayaraq, ağlabatan müddətdə iddiaçıya bildiriş verməmiş, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı iddiaçıya hər hansı irad bildirməmiş, başqa sözlə malı qəbul etmişdir. 128. 2018-ci il 12 aprel tarixli, 2-2018 saylı müqavilənin 4.5-ci bəndində malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analizin aparılma sı məhz alıcının, yəni cavabdehin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda isə cavabdeh tərəfindən İspaniyanın "xxxx" Şirkətində aparılmış laboratoriya tədqiqatına görə ödənilmiş 3.184,51 Avronun iddiaçıdan cavabdehin xeyrinə tutulması da əsaslı hesab oluna bilməz. Digər tərəfdən İspaniyanın "xxxx" Şirkətinə laboratoriyaya göndərilmiş məhsulun məhz iddiaçı tərəfindən cavabdehə göndərilmiş məhsulun olması da sübuta yetirilməmiş, artıq Pskov gömrük postunda aparılan araşdırma zamanı məhsulun üzüm mənşəli olmadığı müəyyən edildiyi halda, bu faktın iki il sonra yenidən müəyyən edilməsinin hansı zərurətdən irəli gəlməsi də əsaslandırılmamışdır.

129. Apelyasiya məhkəməsi iddiaçıdan cavabdehin xeyrinə 75.351,93 Avro məbləğində vəsaitin tutulmasını onunla əsaslandırmışdır ki, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri 2019-cu il 29 aprel tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni isə 2019-cu il 30 aprel tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" SC-yə təhvil verilənədək həmin limanda saxlanmış, 12 ədəd hesabfaktura və qarşılıqlı hesablamalar aktları ilə müəyyən olunur ki, həmin 6 sisternin daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə 2019-cu il 15 avqust tarixdən 2020-ci il 13 avqust tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75.351,93 Avro ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisterni 2019-cu il 15 avqust tarixdən 20 20-ci il 13 avqust tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınaraq orada saxlandığına görə də iddiaçıdan 75.351,93 Avro cavabdehin xeyrinə tutulmalıdır.

130. Bununla əlaqədar qeyd edilmişdir ki, iş materiallarına əsasən ona keyfiyyətsiz mal göndərilməsini bildirən cavabdeh son vaxtlara qədər də MM-in 587-ci maddəsinin ona verdiyi hüquqların heç birindən istifadə etməmiş, tədarük edilmiş malın keyfiyyət göstəricilərinin müqavilədə razılaşdırılmış standartlara uyğun olmadığını bildiyi halda, baş verə biləcək mümkün zərərlərin qarşısını almaq məqsədi ilə vaxtında maldan imtina etməmiş, bu barədə malı satmalı olduğu "xxxx" SC-ni malın keyfiyyət göstəriciləri barədə vaxtında xəbərdar etməmiş, sonuncunun buna münasibətini öyrənmədən razılaşdırılmış standarta uyğun olmayan malı Latviya Respublikasına gətirmiş, sonda isə onu "xxxx" SCyə satmağa müvəffəq olmuşdur. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, vurulduğu iddia edilən zərərlərin yaranması bir tərəfdən müqavilədə razılaşdırılmamış malı tədarük edən iddiaçının hərəkətləri ilə bağlıdırsa, digər tərəfdən bunu bildiyi halda, müqavilədə razılaşdırılmamış malı qəbul edən və müqavilədə nəzərdə tutulan müddətdə maldan imtina etməyən cavabdehin hərəkətləri ilə bağlıdır. İşin həmin halları isə apelyasiya məhkəməsi tərəfindən adekvat qiymətləndirilməmişdir.

131. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddianı qismən təmin etməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqavilənin 1. 2-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə verilməli olan malın həcmi 36.400 dekalitr olmalı olduğuna baxmayaraq, işin materialında olan sənədlərə əsasən, təqdim olunmuş mal 36.236 dekalitr (362.360 litr) təşkil etmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya avans olaraq 200.000 Avro ödənildiyi işin mübahisəsiz halı olduğundan məhkəmə hesab etmişdir ki, sözügedən müqavilə üzrə cavabdehin iddiaçıya 361.658 (362.360 x 1,55 = 561.658 - 200.000 = 361.658) avro əsas borcu qalmışdır ki, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddianın təmin edilməsi isə əsasən iddiaçı tərəfindən cavabdehə keyfiyyətsiz mal verilməsi nəticəsində sonuncunun üzləşdiyi ziyanın aradan qaldırılması ilə əlaqədar olmuşdur. Cavabdeh tərəfindən, müqavilə üzrə razılaşdırılmış pul məbləği nin 561.658 Avro məbləğinin ondan tutulması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya şikayəti verilməklə mübahisələndirilmədiyi, başqa sözlə birinci instansiya məhkəməsinin mövqeyi ilə faktiki razılaşdığı, buna görə də qətnamənin həmin hissəsinin hazırkı halda araşdırma predmeti olmadığı nəzərə alınarsa, apelyasiya məhkəməsinin mövqeyinin ziddiyyətli olduğu aydın olur. Belə ki, 561.658 Avro məbləğində pul vəsaiti cavabdehdən məhz müqavilədə razılaşdırılmış keyfiyyətdə (məhsulun həcminə görə deyil) və müvafiq standartlara uyğun olan çaxır distilliyyatının tədarük edilməsi üçün iddiaçının xeyrinə tutulmalı idi.

132. Bundan əlavə cavabdehlə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair bağlanılmış 2018-ci il 10 avqust tarixli, 08/02/18-L V saylı müqavilədə sonuncu tərəfindən hansı məsələ ilə bağlı hüquq-konsaltinq xidmətlərinin göstərilməsi, yəni xidmətin (tapşırığın) mahiyyəti qeyd olunmamışdır. Başqa sözlə, həmin müqavilənin məhz hazırkı mübahisə ilə əlaqədar, yoxsa cavabdehin digər işləri ilə bağlı bağlanıldığı müəyyən olunmadığından, qeyd olunan məbləğin də iddiaçıdan tutulması əsaslı hesab oluna bilməz. Həmçinin qeyd edilməlidir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri faktiki olaraq təmin edildiyindən cavabdehin məhkəmə xərcləri ilə bağlı ödədiyi məbləğlərin ilkin iddiaçıdan tutulması apelyasiya məhkəməsi tərəfindən tam əsaslandırılmamışdır.

133. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən süb ut edilməsini ehtiva edir. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

134. Bundan başqa, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün müvafiq sənədlərin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi ilə bağlı xərclər məhkəmə xərclərinə daxil olduğundan, mülki prosessual qanunvericiliyin tələbləri baxımından həmin xərclər yalnız qarşılıqlı iddia tələbinin təmin olunduğu hissəsinə nisbətdə iddiaçıdan tutula bilərdi. Hazırkı halda isə ilkin iddia tələbini də təmin edən apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini qismən təmin etsə də, məhkəmə xərclərinə münasibətdə olan hissəni tam təmin etmişdir. Belə nəticə isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz. 135. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-c ı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

136. Kassasiya instansiyası məhkəməsi qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir.

137. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 385, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 581, 582.1, 587, 595, 627, 634.1, 635.1-635.3, 641.3, 777.2, 784, MPM-in 14.2, 76.1-76.2, 77, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

138. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli, 2-2(106)-13/2023 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli 2-2(121)-37/2021 saylı qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməs i, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı "yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehə 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə dəymiş 160000 (bir yüz altmış min) avro zərər, iddiaçının keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində cavabdehə dəymiş 179694.27 (bir yüz yetmiş doqquz min altı yüz doxsan dörd avro, iyirmi yeddi avrosent) avro zərər, cavabdeh tərəfindən İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3184.51 (üç min yüz səksən dörd avro, əlli bir avrosent) avro, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin xx.xx.2019-cu il tarixdən - xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüy ü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75351.93 (yetmiş beş min üç yüz əlli bir avro, doxsan üç avrosent) avro, iddiaçının təqsiri nəticəsində "xxxx" SC-nin cavabdehə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmiş 44266.75 (qırx dörd min iki yüz altmış altı avro, yetmiş beş avrosent) avro, cavabdeh tərəfindən (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) "xxxx" MMC-yə ödədiyi 70363.63 (yetmiş min üç yüz altmış üç avro, altmış üç avrosent) avro, cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini pozması nəticəsində hüquqi y ardımla bağlı ödəmiş olduğu vəsaitə görə 5000 (beş min) avro, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödənilmiş vəsaitə görə 3557.64 (üç min beş yüz əlli yeddi avro, altmış dörd avrosent) avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş vəsaitə görə 237.12 (iki yüz otuz yeddi avro, on iki avrosent) avro olmaqla, ümumilikdə 546.655.78 (beş yüz qırx altı min altı yüz əlli beş avro, yetmiş səkkiz avrosent) avro ödəniləcək gün üçün Azərbaycan Mərkəzi Bankının avroya münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumuna görə 20.46 (iyirmi manat qırx altı qəpik) manat iddiaçıdan tutularaq cavabdehə, qarşılıqlı iddianın qalan hissələrdə rədd edilməsi qə t edilmişdir ( Sədrlik edən hakim T.Kərimov, hakimlər P.Əhmədov və C.İmanov).

139. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsasını cavabdeh "xxxx" MMC-nin təqsirli hərəkəti nəticəsində məruz qalmış olduğu zərərin qarşılanması təşkil edir. Bu baxımdan həmin hissədə mübahisəyə hüquqi qiymət verilməsindən ötrü hökmən müəyyən edilməlidir; zərər mövcuddurmu, zərər cavabdehin təqsirli hərəkəti nəticəsində yetirilmişdirmi, cavabdehin təqsirli hərəkəti ilə qarşılıqlı iddia üzrə iddiaçıya yetirilmiş zərər arasında səbəbli əlaqə varmı?

140. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin cavabdeh "xxxx" MMC-nin müqavilə ilə şətləşdirilmiş malı (QOST 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” üzüm spirti) deyil, sənədlər i saxtalaşdıraraq digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair bitkilərdən) çəkilmiş spirt göndərməsi ilə bağlı arqumentləri təkcə ekspert rəyləri ilə deyil, cavabdehin özünün “Sebej” dəmir yolu stansiyasına ünvanlanmış 2019-cu il 11 mart tarixli etiraf məktubu ilə tam təsdiqini tapır. Qarşılıqlı iddia üzrə cavabdeh (satıcı) "xxxx" MMC qabaqcadan iddiaçı (alıcı) Cavabdeh-nə müqavilə ilə şətləşdirilmiş (QOST 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” üzüm spirti, kod- XİFMN C-********) malı deyil, “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsulu" (63%, MVTSN kodu - 593071, UYN kodu ********) göndərdiyini bilmişdir. Qeyd olunan hal isə cavabdeh (satıcı ) "xxxx" MMCnin bilərəkdən müqavilə ilə şətləşdirilmiş keyfiyyət göstəricisinə malik olmayan malın tədarük edilməsində yol verdiyi təqsirli hərəkətidir. Cavabdeh (satıcı) "xxxx" MMC-nin yol vermiş olduğu həmin təqsirli hərəkəti nəticəsində iddiaçı (alıcı) Cavabdeh-nin məruz qaldığı zərər arasında səbəbli əlaqənin mövcudluğuna isə aşağıda sadalanan tələblər üzrə ayrı-ayrılıqda qiymət veriləcəkdir.

141. İş materialında olan "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2020-ci il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, xx.xx.2018- ci il tarixdə işlənilməmiş şərab distillatının 2018-ci ilin may ayında Azərbaycan dəmir yolu İmişli-Latviya dəmir yolu marşurutu ilə daşınmasına dair 1 nömrəli sifariş razılaşdırılmışdır. Rusiya Federasiyasının ərazisində yüklü vaqonun d/y tarifinin ödəy icisi "xxxx" MMCnin olması razılaşdırılmışdır. "xxxx" MMC sifarişçi qarşısında tarifin tam ödənilməsinə dair öz öhdəliklərini yerinə yetirmişdir. 777331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 nömrəli vaqonlar xx.xx.2018-ci il tarixdə Azərbaycan Dəmir Yolu İmişli yükləmə stansiyasından Riqa-Preçu təyinat yerinə göndərilmişdir. xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018 yollanması icraçı tərəfindən həyata keçirilən vaqonlar Oktyabrsk dəmir yolunun Sebej keçid stansiyası sərhəd postunda olarkən Pskov gömrüyünün göstərişi ilə yoxlanış üçün açılmışdır. xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək dövrdə daşınan yükün gömrük yoxlanışı aparılmışdır. xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək dövrdə yüklü vaqonlar **********3000057 nömrəli cinayət işi çərçivəsində müsadirə edilmişdir. xx.xx.2019 -cu il tarixində cinayət işinin bağlanması ilə əlaqədar, yüklü vaqonlar buraxılmış və daşıyıcı tərəfindən sərhəd stansiyasından təyinat stansiyasına istiqamətləndirilmişdir. Bütün bu göstərilən müddət ərzində vaqonlar ümumi istifadə olunan yollarda olmuşdur. Vaqonların ümumi istifadə olunan yollarda qaldığı vaxt ərzində "xxxx" MMC "xxxx" MMC-yə vaqonların boşdayanmasına görə 160.000 Avro məbləğində pretenziya təqdim etmişdir. İş materialında olan "xxxx" MMC tərəfindən Cavabdehyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 14 təqvim günü ərzində 160.000 Avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. İş materialında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşı rığından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 160.000 Avro ödənilmişdir. /İV cild, i.v.271/ Kollegiya hesab edir ki, Cavabdeh-yə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanması İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində baş verdiyindən, yəni satıcı "xxxx" MMC alıcı Cavabdeh-nə müqavilə ilə şətləşdirilmiş (QOST 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” üzüm spirti, kod- XİFMN C-********) malı deyil, “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsulu" (63%, MVTSN kodu - 593071, UYN kodu ********) gömrükdə bəyan etməklə göndərdiyindən, bunun da nəticəsi olaraq aparılan araşdırmalarla bağlı boşdayanmaya görə Cavabdeh-yə dəym iş 160000 avro zərəri ödəməlidir.

142. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin 179694.27 avro zərərin iddiaçıdan tutulması hissəsini ona görə əsassız hesab etmişdir ki, “Latvijas Balzams SC ilə cavabdeh arasında olan 2018-ci il 7 iyun tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsində cavabdeh tərəfindən "xxxx" SC-nə təqdim olunacaq malın iddiaçının cavabdehə göndərdiyi mal olması qeyd olunmamışdır. Cavabdeh ilə “Latviya Balzams” SC arasında olan müqavilədə Azərbaycan mənşəli məhsul yazılmışdır ki, həmin məhsulu başqa şəxslər də satmış ola bilərdi”. Qeyd edilən 6 sistern üzüm distilliyatının məhz cavabdehə iddiaçı (keçmiş adı "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu) tərəfindən göndərilməli olması, "xxxx" SC-yə də öncədən bəlli idi. Ona görə ki, 2011-ci ildən 2018-c i ilədək dövr ərzində "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodunun üzüm distilliyyatı məhsulları Cavabdeh tərəfindən "xxxx" SC-nə dəfələrlə tədarük olunmuşdu. Göründüyü kimi, İddiaçı MMC tərəflər arasında bağlanmış xx.xx.2018-ci l tarixli 2- 2018 nömrəli müqavilənin yuxarıda sadalanan 1.1, 1.2, 4.1 və 7.2-ci bəndlərinin tələblərini pozduğundan Cavabdeh-yə qeyd olunan alqı-satqı müqaviləsi nəticəsində (719104.05 - 539409.78 = 179694.27) 179694.27 avro zərər dəymiş, bununla müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan əhəmiyyətli dərəcədə məhrum oluşdur. Cavabdeh İddiaçı MMC müqavilənin 7.2-ci bəndinə əsasən keyfiyyətsiz malın təchiz edilməsinə görə maddi məsuliyyət daşıdığından, Cavabdeh-yə dəymiş 179694.27 avro zərəri ödəməlidir.

143. İş materialında olan xx.xx.2020-ci il tarixli aktlardan (cəmi 6 ədəd) və ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixdə götürülmüş və Cavabdeh tərəfindən İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinə göndərilmiş şərab nümunələri yoxlanılmış və uyğunsuzluq müəyyən edilmişdir. Həmin yoxlamanın həyata keçirilməsi üçün Cavabdeh tərəfindən “Lüksium Vayns SL” şirkətinə 3184.51 avro ödənilmişdir /cild 2, i.v.174, 293/.Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatının dəyəri ilə bağlı bildirmişdir ki, “Lüksium Vayns SL” şirkətinə təqdim olunmuş nümunələrin məhz İddiaçı MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mallardan götürülməsini təsdiq edən sənədlərin iş materialında mövcud olmamsı və "Azər Alko” MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mal xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “Latviya Balzams” SC-yə satıldığı halda həmin nümunələrin xx.xx.2020-ci il tarixdə götürülmsi ağlabatan və inandırıcı deyil, qeyd olunan tarixdə həmin mallar Cavabdeh-nin sərəncamında olmamışdır. İş materialında olan İddiaçı MMC-nin Cavabdehyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 29 nömrəli pretenziyaya Cavabdeh-nin xx.xx.2019cu il tarixli cavabında onlara göndərilmiş malların keyfiyyətinin aralarında bağlanmış müqavilənin tələblərinə uyğun olmamasını əsaslandırmaqla yanaşı, cavabdehə tədarük etdikləri məhsulların keyfiyyəti ilə bağlı mübahisələri birdəfəlik həll etmək məqsədilə birgə nümunələr götürmək və müstəqil Avropa laboratoriyasında malların keyfiyyətini yoxlamaq üç ün İddiaçı MMC-nin nümayəndəsini Riqaya göndərməyi təklif etmiş, lakin İddiaçı MMC bu təklifi qəbul etməmişdir. Bu səbəbdən həmin sisternlər "xxxx" SC-nə Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında təhvil verilərkən hər bir sisterndən ayrı-ayrılıqda "xxxx" SC və Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin iştirakı ilə müvafiq qaydada sənədləşdirilməklə (protokollaşdırılmaqla) nümunələr götürülmüş (bu barədə Latviya Respublikası Dövlət Gəlir Xidmətinin Gömrük yoxlama aktlarında qeydlər aparılmışdır), yəni həmin nümunələr xx.xx.2020-ci il tarixdə deyil, "xxxx" SC-nə hər bir sistern təhvil verilən gün götürülmüşdür. Sonuncu 77302644 nömrəli dəmir yolu sisterni məhkəmə qətnaməsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə deyil (həmin tarixdə Cavabdeh “Latvija Balz ams” SC-nə sonucu sisternlə bağlı elektron qayimə göndərib), xx.xx.2020-ci il tarixli, 02-20 nömrəli aktdan və ona əlavə olunmuş digər gömrük sənədlərindən göründüyü kimi xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Sonuncu nümunə götürüldükdən sonra 6 sisterndən götürülmüş nümunələr birlikdə qablaşdırılaraq müvafiq analizlər aparılması üçün İspaniyanın “Lüksium Vayns SL” şirkətinə göndərilmiş, həmin nümunələr xx.xx.2020-ci il tarixdə həmin şirkətə çatdırılmış, həmin şirkətdə xx.xx.2020-ci il tarixdən həmin mal nümunələrinin tədqiqatına başlanmış və tədqiqat qurtardıqdan sonra xx.xx.2020-ci il tarixdə müvafiq rəylər verilmiş, həmin rəylərə əsasən, tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması təkrarən təsdiq olunmuşdur. Odur ki, qarşılıqlı iddia tələbi Cavabdeh tərəfindən İspa niyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3184.51 avro qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin olunmalıdır.

144. Birinci instansiya məhkəməsi qətnaməsində qarşılıqlı iddia ərizəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən 6 dəmir yolu sisternlərinin "xxxx" MMC-yə daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə ödədiyi 75351.93 avronu İddiaçı MMC-dən tutulması tələbinə münasibətdə göstərmişdir ki, mal Cavabdeh-nin sərəncamında olmuş, ona görə də iddiaçı qeyd olunan hallarla bağlı məsuliyyət daşıya bilməz. İşin faktiki hallarından göründüyü kimi, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinləri 29 aprel 2019-cu il tarixdə, 7731 1082 nömrəli dəmir yolu sisterni 30 aprel 2019-cu il tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" SC-nə təhvil verilənədək həmin limanda saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 12 ədəd hesab-fakturalarla və qarşılıqlı hesablamalar aktları ilə müəyyən olunur ki, həmin 6 sisternanın daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75351.93 avro ödənilmişdir /cild İV, i.v.239- 250/. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisternləri xx.xx.2019-cu il tarixdən - xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınaraq orada saxlanmışdır. Ona görə də İddiaçı MMC-dən 75351.93 avro Cavabdeh-nin xeyrinə tutulmalıdır.

145. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin İddiaçı MMC-nin göndərdiyi 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə 160000 Avro zərərin və İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi 44.266,75 Avro cərimə sanksiyasının təmin olunmamasını tərəflər arasında olan müqavilənin 6.1-ci bəndi ilə əsaslandırmışdır. 6 sisternin RF dəmir yollarında 9 aydan çox müddətdə boşdayanmasının və müqavilədə nəzərdə tutulan malın deyil, keyfiyyətsiz malın Cavabdeh tərəfindən "xxxx" SC-nə təhvil verilməsi İddiaçı MMC rəhbərliyinin birba şa təqsirli hərəkətləri nəticəsində baş vermişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 25 mart 2020-ci il tarixli Pretenziyadan (160000 avro zərərə aid) göründüyü kimi, "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160000 avro məhkəmə qaydasında tələb edib, bu səbəbdən də "xxxx" MMC də həmin 160000 avronu Cavabdeh-dən tələb etmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 14 təqvim günü ərzində 160000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləği n illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. Bu səbəbdən Cavabdeh xx.xx.2021-ci il tarixdə 6 sisternanın 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə "xxxx" MMC-nin bank hesabına 160000 Avronu ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X6 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, Alıcıya vaxtında çatdırılmamış keyfiyyətli Malların dəyərinin 0.5 %-i miqdarında cərimə olunur”. Mülki işin materiallarına əlavə olunmuş tərəflər arasında xx.xx.2018-ci il tarixli razılaşmanın 2-ci bəndində göstərilir ki, “Tərəflər razılığa gəlirlər ki, "xxxx" SC-nin istehsal planı və texnolji prosesə nəzərə alınmaqla Satıcı bu razılaşmanı im zaladığı tarixdən etibarən 45 təqvim günü ərzində, yəni 31 iyul 2018-ci il tarixədək malları (Azərbaycan mənşəli şərab distilliatı) Alıcıya 22828.7 dekalitr mütləq spirt miqdarında çatdırmağı öhdəsinə götürür”. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh həmin malları müqavilə ilə şərtləşdirilmiş zamanda "xxxx" SC-nə tədarük edə bilməmiş, bu səbəbdən də "xxxx" SC Cavabdeh-yə tədarük olunacaq malın gecikməsinə görə, aralarında olan işgüzar münasibətləri və sairi nəzərə almaqla minimum həddə - 44266.75 cərimə sanksiyası tətbiq etmiş, həmin cərimə Cavabdeh tərəfindən "xxxx" SC-nə ödənilmişdir, bu hal iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli faktura sənədləri, xx.xx.2020-ci il tarixli, RS000000027 nömrəli qarşılıqlı hesablaşmal ar aktı və "xxxx" SC-nin vəkil sorğusuna cavabı ilə təkrarən təsdiq olunur ki, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində, Cavabdeh-yə 44266.75 zərər vurulmuşdur. Kollegiya hesab edir ki, İddiaçı MMC-nin təqsiri nəticəsində malın gecikməsinə görə "xxxx" SC tərəfindən Cavabdeh-yə tətbiq edilən və sonuncu tərəfindən "xxxx" SC-yə ödənilən 44266.75 avro İddiaçı MMC-dən Cavabdeh-nin xeyrinə tutulmalıdır.

146. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı cavabdehin "xxxx" MMCyə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin sığorta zəmanəti xərcinə görə) ödədiyi 75511,63 avronun iddiaçıdan tutulması hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, qeyd olunan məbləğin nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə iddiaçıdan tələb edildiyi iddia ərizəsindən v ə nümayəndənin izahatından məlum olmamışdır. İş materialında olan "xxxx" MMC-nin T-166 saylı xx.xx.2020-ci il tarixli hesabfakturaya əlavəsindən görünür ki, xx.xx.2018 - xx.xx.2020 dövr üçün 6 sisterna vaqonunun aksiz vergisinin ümumi təmin edilməsi üçün sığorta zəmanətinin xərci 75511.63 avro təşkil edir. /cild İV, i.v.277/ İş materialında olan “SİA Talbergs” tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi Vəkil2 ünvanlanmış xx.xx.2021-ci il tarixli 21 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası İddiaçı MMC ilə Latviya Respublikasının “SİA Rolands S” arasında bağlanmış malın – 20 dərəcə temperaturda 63%-lıq spirt tərkibli 36400 dekalitr miqdarında (6 d.y.sisterni) şərab distilatının tədarükü haqqında 2-2018 saylı müqaviləyə əsasə n, yükalan “SİA Talbergs”-dir. Yuxarıda qeyd olunan müqaviləyə əsasən, mal “SİA Talbergs”in gömrük anbarına xx.xx.2018-ci ilədək çatdırılmalı idi. Latviya Respublikasının qanunvericiliyinə görə, “SİA Talbergs” yük gömrük anbarına çatana qədər mallar üzrə aksiz vergisinin ümumi istifadəsi üçün sığorta zəmanəti almalı idi. Sığorta zəmanəti almadan malın gömrük anbarına tədarükü mümkünsüzdür. Sığorta zəmanəti xx.xx.2018-ci ildən etibarən qüvvəyə minmişdir və xx.xx.2020-ci ildə bağlanmışdır(malların "xxxx" SC tərəfindən qəbul edilməsinin son tarixi). Zəmanət alıcının malların son partiyasını götürdüyü anadək etibarlıdır. Mallar “SİA Talbergs”in gömrük anbarına yalnız xx.xx.2019cu ildə gəlmişdir. Malın kodu satıcının müşayiətedici sənədlərdə qeyd etdiyi mal koduna uyğun olmaması ilə əlaqədar 29 və 30 aprel 2019-cu il tarixdə yük Dövlət gömrüyü tərəfindən nəzarətə alınmış Riqa limanı ərazisinə göndərilmişdir. Sığorta zəmanəti ilə əlaqədar ümumi xərclər 75511.63 avro təşkil edir. T-166 saylı xx.xx.2020-ci il tarixli hesabfakturaya əlavəyə baxın. /cild İV, i.v.279/ X7 Məcəlləsinin təsdiq edilməsi barədə 952/2013 nömrəli (9 oktyabr 2013) Regulyasiyanın (qaydaların) tələbinə görə, xarici ölkələrdən Avropa İttifaqı ərazisinə daxil olan malların gömrük anbarlarına qəbul olunması üçün mal Avropa İttifaqı sərhədinə keçməmişdən öncə həmin mala görə sığorta qarantiyası (sığorta ödənişi) həyata keçirilmədir. Sığorta qarantiyasının miqdarı idxal olunacaq malın növündən, malın hansı müddətə gömrük anbarında saxlanmasından, malın istlehlakçıya təhvil verildiyi son tarixədək həyata keçirilməldi r. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2- 2018 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçı MMC Cavabdeh-yə satdığı malları xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin Latviya Respublikası, Riqa şəhəri, Rensenu küçəsi, 10 A ünvanındakı gömrük anbarına təhvil verməli idi. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh və "xxxx" MMC arasında olan xx.xx.2005-ci il tarixli, TL 01 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, anbar sahibi yüklərin qəbulu, saxlanması, yükləmə-boşaltma, malların daşınması, ekspedisiya xidmətləri, nəqliyyat xidmətləri, gömrük rəsmiləşdirilməsi, anbara qəbul olunmuş malın sığortalanması və sair xidmətləri göstərir ki, həmin xidmətlərə görə ödənişlər sifarişçi tərəfindən həyta keç irilir. İddiaçı MMC-nin Alıcıya göndərdiyi mal İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2-2018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həmin mal yükalan "xxxx" MMC-nin gömrük anbarına çatdırldığı gündən 1 həftə ərzində, müstasna halda yəni, bu çatdırılma bayram günlərinə düşdüyü halda isə ən çoxu 15 gün müddətində malın alıcısı olan "xxxx" SC-nə təhvil verilməli idi. Lakin, həmin mal müqavilə tələblərinə uyğun olmadığından, uzun müddət "xxxx" MMC-nin gömrük anbarında və "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (29 aprel 2019-cu il tarixdən-xx.xx.2020-ci il tarixdək) ki, ona görə də "xxxx" MMC həmin malın sığorta təminatı üçün nəzərdə tutulduğundan bir neçə dəfə artıq xərc çəkmişdir ki, həmin xərclər Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materialına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, T 166 saylı Hesabfakturaya Əlavənin surətindən göründüyü kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 6 sisternanın ümumi təmin edilməsi üçün sığorta xərci 75511.63 (yetmiş beş min beş yüz on bir avro 63 sent) avro təşkil edir. Həmin əlavə ilə müəyyən olunur ki, "xxxx" MMC 6 dəmir yolu sisterinin (77331379 nömrəli dəmir yolu sisterinin 471 günə sığorta xərci 10833 avro; 77329308 nömrəli dəmir yolu sisterinin 503 günə sığorta xərci 11569 avro; 77326585 nömrəli dəmir yolu sisterinin 532 günə sığorta xərci 12236 avro; 77311082 dəmir yolu sisterinin 559 günə sığorta xərci 11180 avro; 77331361 dəmir yolu sisterinin 669 günə sığorta xərci 15387 avro; 77302644 nömrəli dəmir yolu sisterinin 777 günə sığorta xərci 14306 avro) cəmi sığorta xərci 75511.63 avrodur (Qeyd: “Latviya Respublikası Dövlət Gəlir Xidməti haqqında” Qanuna əsasən, alkoqollu içkilər üçün sığorta zəmanəti almadan, həmin mallar gömrük anbarına qəbul oluna bilməz, sığorta zəmanəti ödənişi Mal ölkə ərazisinə daxil olanadək ödənməlidir. İş materiallarından göründüyü kimi qeyd olunan 6 sistern “Çaxır Distilliyatı” xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin anbarına təhvil verilməli olduğundan "xxxx" MMC xx.xx.2018-ci il tarixdən sonuncu sistern 77302644 nömrəli dəmir yolu sisterni "xxxx" SC-nə təhvil verilən tarixədək (xx.xx.2020-ci il tarixədək) sığorta ödəmişdir. Cavabdehin iddiaçıya göndərdiyi mal tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun göndərildiyi hald a, iddiaçı içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterinlərinin sığorta təminatına görə xx.xx.2018-ci tarixindən xx.xx.2018-ci il tarixədək ödəniş etməli idi. Yəni, iddiaçının 77331379 nömrəli dəmir yolu sisterinin 471 günə sığorta xərci 10833 avro deyil, 897 avro (10833:471=23X39=897) olmalı idi. 77329308, 77326585, 77302644 nömrəli dəmir yolu sisterinlərində eyni həcmdə spirt məhlulu olduğundan həmin sisternlərin hər birinin sığorta xərci də 897 avro edəcəkdi, yəni yuxarıda göstərilən 4 sisternə görə sığota xərci 3588 avro (4x897=3588), 77311982 və 77302644 nömrəli dəmir yolu sisterinlərində eyni həcmdə spirt məhlulu olduğundan həmin sisternlərin hər birinin sığorta xərci 780 avro, qeyd edilən sonuncu 2 sisternə görə cəmi 1560 avro ödəniləcəkdi. Kollegiya qeyd etmişdir ki, idd iaçı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisternləri üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün ödənilmiş 75511.63 avrodan, malın keyfiyyət göstəricilərinə cavab verəcəyi təqdirdə ödənilməli olan (3588+1560=5148) 5148 avro çıxılmaqla, 70363.63 avro məbləğində Cavabdehnin əlavə çəkmiş olduğu xərc İddiaçı MMC-dən tutularaq Cavabdeh-nə ödənilməlidir.

147. Birinci instansiya məhkəməsi iddianın cavabdehin "xxxx" MMC-yə ödədiyi 62.778,92 Avronun iddiaçıdan tutulması hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış “Hüquqkonsaltinq xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2018-ci il tarixli 08/02/18-LV nömrəli müqavilədən "xxxx" MMC-n in məhz hazırkı mübahisə ilə əlaqədar, yoxsa cavabdehin digər işləri ilə bağlı bağlandığı müəyyən olunmur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********3000057 saylı qərardan görünür ki, Pskov gömrük idarəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə cinayət işinin qaldırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 08/02/18-LV saylı müqavilədən görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, icraçı sifarişçiyə hüquqkonsaltinq xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. İş materialında olan icraçı "xx xx" MMC ilə sifarişçi Cavabdeh arasında bağlanmış “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya əsasən, icraçı sifarişçiyə qiymətləri ayrı-ayrılıqda dəyəri 15.500, 22.500, 19.000 Avro, ümumi dəyəri 57.000 Avro olan 3 hüquqi xidmət göstərmişdir. /cild İİİ, i.v. 253-255/ İş materialında olan xx.xx.2020-ci il tarixli hesab-fakturaya əsasən, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı C29277220 saylı iş üzrə birgə hüquq xidmətlərin göstərilməsi üçün Cavabdeh tərəfindən hüquqi xidmət üçün 5778,92 Avro ödəniş olunmuşdur. /cild İV, i.v.139-140/ Apellyasiya şikayətində o cümlədən, məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 göstərmişdir ki, hüquq şirkəti olan "xxxx" MMC ilə Cavabdeh arasında hüquqi yardımla bağlı müqavilə İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında bağlanmışdır. Razılaşmaya görə Cavabdeh-nin hüquqi yardıma görə "xxxx" MMC-yə ödəyəcəyi məbləğ, Malın pulundan, yəni cavabdehin iddiaçıya qalan borcundan çıxılmalı idi. Bundan əlavə, iş materialında olan “cinayət işi üzrə icraata xitam verilməsi”nə dair xx.xx.2019-cu il tarixli qərarın nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, “...77329308, 77326585, 77302644, 77331361 və 77331379 nömrəli dəmir yolu sisterinlərindən maddi sübut kimi tanıan spirt tərkibli maye RV CPM-nin 81-ci maddəsinin 4-cü hissəsinin tələbləri qaydasında yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova qaytarılsın./cild 1, i.v.193/ İş materialında olan xx.xx.2019-cu il tarixli qərarın “m üəyyən etdim” hissəsinin sonunda həmin sisternlərdəki malın yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova artıq qaytarılması qeyd olunmuşdur. Yuxarıda göstərilənlən qərarlarda “yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzov” "xxxx" MMC X4 və Konyak zavodunun (sonrakı adı İddiaçı MMC) etibarnamə verdiyi, cavabdeh ilə bağlanmış "xxxx" MMC “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqaviləni icra edən "xxxx" MMC-nin hüquqşünası X1. /cild 1, i.v.262/.

148. Göründüyü kimi, iddiaçının rəhbərliyi cavabdehə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanılmasından və fakt üzrə cinayət işinin başlanmasından məlumat aldıqdan sonra hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 xx.xx.2018-ci il tarixli, 1/35 saylı, 21 nömrəli etibarnamə vermişdir/cild İV, i.v.141-143/. Kollegiya sadalananları nəzərə alaraq MPM-in 121.1-ci maddəsinə müvafiq olaraq hüquqi yardımla bağlı iddiaçıdan cavabdehin xeyrinə 5000 avro tutulmasını ağlabatan hesab etmişdir.

149. Qarşılıqlı iddia üzrə iddiaçının ümumilikdə tələbi üzrə iddianın qiyməti (160000+179694.27+200000+20000+3184.51+75351.93+44266.75+75511.63+62778.92 = 820788.01) 820788.92 avro, iddianın təmin olunan hissədə isə qiyməti (160000+179694.27+3184.51+75351.93+44266.75+70363.63+5000=542861.02) 542861.02 avro təşkil edir. MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri iddianın təmin olunan hissəsinə mütənasib olaraq tərəflərə aid edildiyindən və hazırki mübahisə üzrə aparılan araşdırmanın nəticəsi olaraq qarşılıqlı iddia (542861.02X100:820788.92=66.13) 66% hissədə öz təsdiqini tapdığından, məhkəmə xərcləri hesab edilən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunması və notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 5390.37 avro, həmin sənədlərin poçtla Riqa şəhərindən Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş 359.28 avronun iddianın təmin olunan 66% hissəsinə mütənasib hissəsi müvafiq olaraq 3557.64 avro və 237.12 avro məbləğlərində iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin qarşılıqlı iddia üzrə ödənilmiş 31 manat dövlət rüsumunun iddianın təmin olunan 66% hissəsinə mütənasib olan 20.46 manat hissəsi iddiaçıdan tutularaq cavabdeə ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qarşılıqlı iddia üzrə cavabdehin iddiaçıya avans formasında ödədiyi 200000 avro və sonuncunun həmin məbləği 2 il qanunsuz saxladığı dövr üzrə illk 5% olmaqla 20000 avro əldən çıxmış fayda tələbi hissəsdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə həmin məbləğə dair tələbə artıq hüquqi qiymət verildiyindən və həmin hissədə qətnamə qanuni vüvvəyə mindiyindən, həmin tələbin araşdırılmasına olan zərurət aradan qalxmışdır, iddia təmin oluna bilməz.

150. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə həmin hissədə ləğv olunmalı və iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

151. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin qismən-qarşılıqlı iddianın qismən təmin olunması hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

152. MM-in 443.1, 445.7-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi əsassız olaraq hesab etmişdir ki, “Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədq iqatının dəyəri ilə bağlı bildirmişdir ki, “Lüksium Vayns SL” şirkətinə təqdim olunmuş nümunələrin məhz iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş mallardan götürülməsini təsdiq edən sənədlərin iş materialında mövcud olmaması və iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş mal xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “Latviya Balzams” SC-yə satıldığı halda həmin nümunələrin xx.xx.2020-ci il tarixdə götürülməsi ağlabatan və inandırıcı deyil, qeyd olunan tarixdə həmin mallar cavabdehin sərəncamında olmamışdır. Odur ki, qarşılıqlı iddia tələbi cavabdeh tərəfindən İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3184.51 avro qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin olunmalıdır.” Halbuki, bu dəlil tamamilə əsassızdır. Belə ki, 12 aprel 2018-ci il tarixli, 2-2018 saylı müqavilənin 4.5-ci bəndində malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analizin aparılması məhz alıcının, yəni Cavabdehnin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda isə qeyd olunan məbləğ iddiaçıdan tələb edilə bilməzdi. Bundan əlavə, cavabdeh İspaniyanın "xxxx" Şikətinə laboratoriyaya götürdüyü məhsulun məhz iddiaçının məhsulu olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən məhsulun İspaniyaya göndərilməsi barədə cavabdehə heç bir tapşırıq və ya razılıq verilməmişdir. Belə olan halda İspaniyada laboratoriyada mənşəyi bəlli olmayan məhsulun müəyyən edilməsi üçün xərci iddiaçıdan tutula bilməz. “iddi açı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisternləri üçün 2018-ci il 27 may tarixdən 2020-ci il 27 iyul tarixədək olan dövr üçün ödənilmiş 75511.63 avrodan, malın keyfiyyət göstəricilərinə cavab verəcəyi təqdirdə ödənilməli olan (3588+1560=5148) 5148 avro çıxılmaqla, 70363.63 avro məbləğində cavabdehin əlavə çəkmiş olduğu xərc iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir”. Halbuki, bu dəlil də tamamilə əsassızdır. Belə ki, həmin pulun tutulması qarşılıqlı iddiada (iddianın dəyişdirilməsi barədə ərizədə) əsaslandırılmamış, o cümlədən cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə izah edilməmişdir. Onun nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə iddiaçıdan tələb edildiyi məlum deyildir. Qeyd o lunan məbləğ aksiz vergisidirsə, həmin verginin ödənilməsi yalnız cavabdehin vəzifəsi ola bilər. Qeyd olunan tələb qeyri-müəyyən olduğundan, həmin tələb təmin edilməməlidir. Malın sığortalanması xərci alıcıya məxsusdur., həmin pulun iddiaçıdan tutulması mülki qanunvericiliyə ziddir.

153. Həmçinin, məhkəmə əsassız olaraq hesab etmişdir ki, “iddiaçı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisternləri 2019-cu il 15 avqust tarixdən - 2020-ci il 13 avqust tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınaraq orada saxlanmışdır. Ona görə də iddiaçıdan 75351.93 avro cavabdehin xeyrinə tutulmalıdır”. Halbuki, bu dəlil də tamamilə əsassızdır. Belə ki, cavabdeh tərəfindən mal qəbul edildikdən so nra, həmin malın sonrakı müqəddəratı- yəni onun daşınması, saxlanılması, mühafizəsi və s. ilə bağlı iddiaçı hər-hansı məsuliyyət daşıya bilməz. Həmin mal cavadehin sərəncamında olmuşdur və qeyd olunan hallarla bağlı yalnız cavabdehin özü məsuliyyət daşıya bilər. Ona görə də iddia bu hissədə də təmin edilməməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən, təchizat şərtləri STP Samur kimi nəzərdə tutulmuşdur. Yəni mal Samur gömrük sərhəd buraxılış məntəqəsində təhvil verilmişdir. Müqavilənin müddəti çərçivəsində həmin sərhəd buraxılış məntəqəsi cavabdehin yükdaşıyıcısına təhvil verilmişdir.

154. MM-in 385.1, 385.2-ci maddələrinin tələbləri pozulmuşdur- tərəflər arasında imzalanmış 12 aprel 2018-ci tarixli müqaviləyə uyğun olaraq, alğı-satqı predmeti olan tərkibindəki spirt səviyyəsi 63% olan və 5 illik üzüm çaxırının emal olunmamış distilləsi keyfiyyət standartlarına uyğun şəkildə cavabdehə təhvil verilmişdir. Belə ki, həmin malların keyfiyyətli olmasına dair 2018-ci il 21 may tarixli sertifikat, 2018-ci il 23 may tarixli sınaq protokolu və forma A keyfiyyət sertifikatı mallarla birlikdə cavabdehə təqdim edilmişdir. Müqavilənin heç bir şərti və bəndi tərəfimizdən pozulmamış, müqavilə üzrə öhdəliklər tərəfimizdən tam və vaxtında yerinə yetirilmişdir. Müqaviləyə əsasən malları vaxtında və keyfiyyət standartlarına uyğun olaraq cavabdehə təqdim etmişik. Əksinə müqavilənin şərtləri cavabdeh tərəfindən tam icra edilməmiş, malların dəyəri tam ödənilməmişdir. Cavabdehə son olaraq 2019-cu il 2 avqust tarixli pretenziya məktubu ilə müraciət olunmuş və müqavilə üzrə öhdəliklərin tam icra ol unması, 364.200 avro məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. Lakin pretenziya məktubları cavabsız qalmışdır. İş materiallarında olan sübutlardan da müəyyən olunur ki, pretenziya məktubu 2019-cu il 2 sentyabr tarixində cavabdeh tərəfindən qəbul edilmişdir. Məhkəmənin Malın “Texniki şərtlər” keyfiyyətinə malik olmasına dair hissədə münasibətən isə bildirirk ki, malın “Texniki şərtlər” keyfiyyətinə malik olmasına dair hansı sənədlərin təqdim edilməli olması tərəflər arasında bağlanılmış müqavilədə öz əksini tapmış və həmin sənədlər iddiaçı tərəfindən Cavabdeh-yə təqdim edilmişdir. Digər tərəfdən, müqavilənin 4.5-ci bəndinə əsasən, malın alınması zamanı alıcımalın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin QOST 31493 – 2012 “Çaxır distillyatı. Te xniki şərtlər” uyğun olmadığımüəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. İş materiallarında olan sənədlərdən görünür ki, malın 2019cu il 10 aprel tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilədə razılaşdırılmış qaydada, yəni 5 iş günü ərzində malın analizi aparılmamış və 2 iş günü ərzində müvafiq akt tərtib edərək, iddiaçıya məlumat verməmişdir. Cavabdeh tərəfindən malın QOST 31493 – 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmamasını öncə Moskva şəhəri, ekspert-kriminalistik xidmətinin 18-20 iyul 2018-ci il tarixli gömrük ekspertlərinin rəyləri, daha sonra isə İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinin aktları ilə əsaslandırır tərəflər arasında bağlanılmış müqav ilənin şərtlərinə uyğun olaraq, 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatının QOST 31493 – 2012 standartlarına uyğun olmasına dair 2018-ci il 23 may tarixli, 001349 saylı uyğunluq sertifikatı verilmişdir ki, iddiaçı tərəfindən də həmin sertifikat cavabdehə təqdim edilmişdir. Sözügedən müqavilədə bundan başqa, yalnız malın alınmasından 5 iş günü ərzində müvafiq analizin aparılması və aktın tərtib edilməsi nəzərdə tutulmuşdur ki, malın 2019-cu il 10 aprel tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, həmin analiz yalnız bundan təqribən 1 il 4 ay sonra “Lüksium Vayns SL” şirkəti tərəfindən birtərəfli qaydada 2020-ci il 19 avqust tarixində aparılmışdır. Başqa sözlə, müqavilənin qeyd olunan şərti cavabdeh tərəfindən pozulmuşdur. Göründüyü kimi, məhkəmə tərəflər arasında bağlanmış Müqavilənin 4.5-ci bəndinin şərtləri üzrə cavabdeh tərəfindən müqavilədə razılaşdırılmış qaydada, yəni 5 iş günü ərzində malın analizi aparmamasına və 2 iş günü ərzində müvafiq akt tərtib edərək, iddiaçıya məlumat verməməsinə düzgün qiymət verməmişdir.

155. MM-in 586.1-ci maddəsinin tələbləri pozulmuşdur-iddiaçı tərəfindən cavabdehə göndərilmiş 6 sisterna malın keyfiyyət baxımından tərəflərin aralarında olan müqavilənin tələblərinə uyğun olmamas”ı ilə tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq, 36.236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatının QOST 31493 – 2012 standartlarına uyğun olmasına dair 2018-ci il 23 may tarixli, 001349 saylı uyğunluq sertifikatı verilmişdir ki, iddiaçı da həmin sertifikat cavabdehə təqdim edilmişdir. Sözügedən müqavilədə bundan başqa, yalnız malın alınmasından 5 iş günü ərzində müvafiq analizin aparılması və aktın tərtib edilməsi nəzərdə tutulmuşdur ki, malın 2019-cu il 10 aprel tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, həmin analiz yalnız bundan təqribən 1 il 4 ay sonra “Lüksium Vayns SL” şirkəti tərəfindən 2020-ci il 19 avqust tarixdə aparılmışdır. Göründüyü kimi müqavilənin qeyd olunan şərti cavabdehin özü tərəfindən pozulmuşdur. Əslində isə malın cavabdehə çatdırılma anı 2018-ci il 25 may tarixidir. Həmin tarixdə mal cavabdehin daşıyıcı Şirkətinə verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanmasından, müvafiq ekspertizalrın nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərk ibində qeyri-üzüm mənşəli spirtlərin olmasından 2018-ci ilin iyul ayında cavabdehin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla iddiaçıya hərhansı irad bildirməmiş, 2018-ci ildə cavabdeh tərəfindən yazılı şəkildə iddiaçıya pretenziya bildirilməmiş, qüsur aktı tərtib dilməmişdir, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə malı satmışdır. Məhkəmənin Fors-major halı mövqeyi ilə bağlı qeyd edilir ki, cavabdeh ilə iddiaçı arasında olan müqavilənin 6.3-cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökumət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birlərinə 14 təqvim günü əvvəl bildirməklə sözügedən müqaviləyə xitam vermək hüququna malikd ir. Lakin cavabdeh müqavilənin bu bəndində nəzərdə tutulmuş şərtinə də əməl etməmişdir. Göründüyü kimi şərtlər yalnız və yalnız cavabdeh tərəfindən pozulmuş və icra edilməmişdir. Digər tərərəfdən cavabdeh tərəfindən cavabdeh təqdim edilmiş mal xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il xx.xx.2020-ci il və xx.xx.2020- ci il tarixlərdə "xxxx" SC-yə satılmışdır. Qeyd olunan tarixdə həmin mallar cavabdehin sərəncamında olmamışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərkibində qeyri üzüm mənşəli spirtlərin olmasından 2018-ci ilin iyul ayında Cavabdeh-nin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı iddiaçıya hərhansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə satmışdır. Həmçinin tərəflər arasında bağlanılmış müqavilənin 6.1-ci bəndinə əsasən, hazırki müqavilə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi fors-major vəziyyətlərin, satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdudiyyətlərin nəticəsidirsə, tərəflər hazırki müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilirlər. Müqavilənin 6.3- cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqan larının və ya hökümət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birilərinə 14 təqvim günü əvvəl bildirməklə hazırki müqaviləyə xitam vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi, mal cavabdeh tərəfindən ("xxxx" SC vasitəsilə) Samur gömrük-sərhəd buraxılış məntəqəsində 2018-ci il 25 may tarixdə qəbul edilməsinə baxmayaraq, Latviya Respublikasına 2019-cu il 10 aprel tarixdə, yəni təqribən 10 aydan artıq müddət keçdikdən sonra çatmışdır. Belə olan halda, müqavilənin 6.3-cü bəndinə əsasən, cavabdehin 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, bununla da, faktiki olaraq malı qəbul etdiyini nümayiş etdirmişdir. İş materiallarından göründüyü kimi, malın Latviya Respublikasına 2019-cu il 10 aprel tarixdə çatmasının səbəbi malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə xx.xx.2018-ci il tarixli qərara əsasən, cinayət işi qaldırılması, 2019-cu il 25 fevral tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi, daha sonra 2019-cu il 6 may tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Yəni həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında cavabdehə çatdırılmamışdır ki, belə hallarda müqavilə üzrə öhdəliklərini qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilməsinə əsasdır.

156. MM-in 627.1, 630.1, 631.1, 631.2, 623.3, 634.1-634.3, 635.1-635.3; 637.2,639.1, 639.2-ci maddələrinin tələbləri pozulmuşdur-boşdayanmaya səbəb malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə 2018-ci il 3 avqust tarixli qərara əsasən, cinayət işi qaldırılması, 2019-cu il 25 fevral tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi, daha sonra 2019-cu il 6 may tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Yəni həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlə r nəticəsində vaxtında cavabdehə çatdırılmamışdır ki, belə hallarda müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar iddiaçının müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyətdən azad edilməsinə əsas olduğundan, qeyd olunan tələblər əsassızdır. Müqavilənin 6.3-cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökümət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birilərinə 14 təqvim günü əvvəl bildirməklə hazırki müqaviləyə xitam vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi, mal cavabdeh tərəfindən (daşıyıcı şirkət "xxxx" SC vasitəsilə) Samur gömrük-sərhəd buraxılış məntəqəsində 2018-ci il 25 may tarixdə qəbul edilməsinə baxmayaraq, Latviya Respublikasına 2019-cu il 10 aprel tarixdə, yəni təqrib ən 10 aydan artıq müddət keçdikdən sonra çatmışdır. Belə olan halda, müqavilənin 6.3-cü bəndinə əsasən, cavabdehin 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, bununla da, faktiki olaraq malı qəbul etdiyini nümayiş etdirmişdir. Bundan əlavə, Müqavilənin 2.1-ci bəndinə əsasən, təchizat şərtləri STP Samur kimi nəzərdə tutulmuşdur və iş materiallarına əsasən, mal Samur gömrük sərhəd buraxılış məntəqəsində müqavilənin müddəti çərçivəsində cavabdehin yükdaşıyıcısına təhvil verilmişdir.

157. MPM-in 14.1, 76, 77.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdurməhkəmə tərəfindən iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmiş, düzgün araşdırma aparılmamış, nəticədə səhv hüquqi nəticəyə gəlinmiş, cav abdeh öz qarşılıqlı iddiasını əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçıdan cavabdehin xeyrinə əsassız olaraq 546.655,78 AVRO məbləğində pul tutulmuşdur.

158. MPM-in 107.1, 119.1-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi əsassız olaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının ümumilikdə tələbi üzrə iddianın qiyməti 820.788.92 avro, iddianın təmin olunan hissədə isə qiyməti 542861.02 avro təşkil edir. Məhkəmə xərcləri iddianın təmin olunan hissəsinə mütənasib olaraq tərəflərə aid edildiyindən və hazırki mübahisə üzrə aparılan araşdırmanın nəticəsi olaraq qarşılıqlı iddia (542861.02X100:820788.92=66.13) 66% hissədə öz təsdiqini tapdığından, məhkəmə xərcləri hesab edilən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin rus, latın və ispan dillərindən azərbaycan dilinə tərcümə olunması və notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 5390.37 avro, həmin sənədlərin poçtla Riqa şəhərindən Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş 359.28 avronun iddianın təmin olunan 66% hissəsinə mütənasib hissəsi müvafiq olaraq 3557.64 avro və 237.12 avro məbləğlərində iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin qarşılıqlı iddia üzrə ödənilmiş 31 manat dövlət rüsumunun iddianın təmin olunan 66% hissəsinə mütənasib olan 20.46 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir”. Halbuki, bu dəlil də tamamilə əsassızdır. Belə ki, qeyd olunan xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla, məhkəmə xərcləri nin tərkibinə daxildir. Cavabdeh öz mülahizəsinə əsasən əsassız qarşılıqlı iddia üzrə sənədləri tərcümə etməsinə görə iddiaçı tərəfindən hər hansı pul məbləği ödənilməli deyildir.

159. MPM-in 121.1-ci maddəsinin tələbləri pozulmuşdur-iş materiallarında olan cavabdeh ilə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair bağlanılmış 2018-ci il 10 avqust tarixli, 08/02/18-LV saylı müqavilədə "xxxx" MMC tərəfindən hansı məsələ ilə bağlı hüquq-konsaltinq xidmətlərinin göstərilməsi, yəni xidmətin (tapşırığın) mahiyyəti qeyd olunmamışdır. Başqa sözlə həmin müqavilənin məhz hazırki mübahisə əlaqədar, yoxsa cavabdehin digər işləri ilə bağlı bağlanıldığı müəyyən olunmur. Belə olan halda isə qeyd olunan məbləğin iddiaçıdan tutulması tələbi əsassız və qanunsuzdur. Cavabdeh ilə idd iaçı arasında bağlanmış müqavilədə iddiaçının hüquqi xidmət haqqı ödəmək kimi öhdəliyi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

160. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda işin faktiki hallarına istinad edilərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

161. Kassasiya şikayəti vaxtında verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

162. MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı kassator tərəfindən mübahisələndirilən hissədə yoxlanılacaqdır.

163. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

164. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqu qunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzə rinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.” “Maddə

582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır....” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın ver ildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödə diyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər....” “Maddə

595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar ed ilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğısatqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz.” “Maddə

627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.” “Maddə

634. Alıcı tərəfindən malların qəbul edilməsi 634.1. Alıcı (mal alan) gö ndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur....” “Maddə

635. Alıcı tərəfindən qəbul edilməmiş malın məsuliyyətlə saxlanması 635.1. Göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur. 635.2. Mal göndərən alıcının (mal alanın) məsuliyyətlə saxlamağa qəbul etdiyi malı ağlabatan müddətdə aparmağa və ya ona dair sərəncam verməyə borcludur. Əgər mal göndərən mala dair bu müddətdə sərəncam verməzsə, alıcı malı sata bilər və ya mal göndərənə qaytara bilər. 635.3. Malın məsuliyyətlə saxlanmağa qəbul edilməsi, satılması və ya satıcıya qaytarılması ilə əlaqədar alıcının çəkdiyi zəruri xərclərin əvəzini mal göndərən ödəməlidir. Bu zaman malın satışından götürülən vəsait alıcıya çatan məbləğ çıxılmaqla mal göndərənə verilir....” “Maddə

641. Mallar tam göndərilmədikdə, malların qüsurlarının aradan qaldırılmasına və ya komplektinin tamamlanmasına dair tələblər yerinə yetirilmədikdə alıcının hüquqları... 641.3. Malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər.” “Maddə

777. Tapşırıq müqaviləsi... 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüv vəyə minir....” “Maddə

784. Vəkalət verənin məsuliyyəti Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.”

165. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 7 6.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

166. Məhkəmə kollegiyası iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 167. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

168. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmır və ilk növbədə qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 15 noyabr tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, əvvəlki kassasiya baxışı zamanı hər biri üzrə hüquqi dəyərləndirmə aparılaraq qismən təmin edi lmiş, yol verilmiş maddi və prosessual hüquq pozuntularının aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.

169. Bununla belə, baxılan iş üzrə kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qəbul edilmiş qərarda göstərilən, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan göstərişlər üzrə (bax yuxarıda bu qərarın 123-136-cı bəndləri) hər hansı hüquqi dəyərləndirmə aparılmamış, nəticədə Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələbləri pozulmuşdır. 170. “…qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydası nda yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir” (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı).

171. Məhkəmə kollegiyası əvvəlki kassasiya baxışı zamanı qəbul edilmiş qərarda qeyd olunan həmin göstərişləri təkrarlamadan qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddianın təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, ilkin iddianın qismən təmin olunmasına dair həmin məhkəmənin qəbul etdiyi, 2021-ci il 15 noyabr tarixli qətnamənin artıq hüquqi qüvvəyə minən hissəsi ilə (qətnamənin həmin hissəsində cavabdeh kassasiya şikayəti verməmişdir) uyğunluq təşkil etmir.

172. Belə ki, ilkin iddia tələbinə aid hissədə məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya avans olaraq 200.000 avro ödənildiyi işin mübahisəsiz halıdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən təqdim ilkin iddiaçı tərəfindən təqdim olunmuş 36.236 dekalitr məhsula görə, cavabdehin 361.658 (362.360 x 1,55 = 561.658 = 361.658) avro əsas borcu qalmışdır, həmin borc iddiaçının xeyrinə tutulmalıdır.

173. Tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli, 2-2018 nö mrəli müqavilənin 1.2-ci bəndinə əsasən, malın kodu - XİFMN C-22082040, mal haqqında məlumat: - istehsalçı ölkə Azərbaycan, komplektləşdirmə və keyfiyyət - dəmir yolu sisterni doldurma (6 sistern), QOST3143-2012 "Çaxır distilyatı. Texniki şərtlər", ölçü vahidi dkl(dekalitr), tərkibindəki alkoqolun faizi - ən azı 63%, miqdarı və təchizat dövrü (364 ton) və ya 36400 dkl(20 dərəcə C temp.) 01 iyun tarixindən 20 iyun 2018-ci il tarixinə qədər müəyyən edilmişdir.

174. Cavabdehin qarşılıqlı tələbi də iddiaçı tərəfindən tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqavilənin şərtlərinə uyğun olan malın cavabdehə verilməməsi səbəbindən sonuncunun üzləşdiyi ziyanın aradan qaldırılması ilə bağlıdır.

175. Göründüyü kimi, məhkəmə aktına əsasən bir tərəfdən müqaviləyə əsasən qarşılıqlı iddiaçıdan aldığı malın dəyəri tam olaraq satıcının (qarşılıqlı iddia üzrə cavabdehin) xeyrinə tutulmuş (avansla birgə 561.658, avro) bu halı alıcı mübahisələndirməmiş, digər tərəfdən isə həmin malın müqavilə şərtlərinə uyğun göndərilməməsinə görə alıcının xeyrinə malın dəyərinə yaxın miqdarda (546.655,78 avro) ziyan tutulmuşdur.

176. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ona əsaslanmışdır ki, ilkin iddiaçının (satıcının) müqaviləyə uyğun malı təqdim etməməsində ifadə olunan təqsirli hərəkəti nəticəsində qarşılıqlı iddiaçıya (alıcıya) ziyan dəymişdir.

177. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən üzüm deyil, qeyri-üzüm mənşəli spirt göndərməsindən, Rusiya Federasiyası gömrük xidməti tərəfindən müqaviləyə əsasən göndərilən ma l saxlanılarkən qarşılıqlı iddiaçının məlumatının olması, işin məhkəmələr tərəfindən müəyyən edilən, mübahisə doğurmayan halıdır. Buna baxmayaraq, həmin vaxt qarşılıqlı iddiaçı tərəfindən sözügedən malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı iddiaçıya hər hansı irad bildirilməmiş, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndində nəzərdə tutulmuş “14 təqvim günü əvvəldən məlumat verməklə müqaviləyə xitam vermək” hüququndan istifadə edilməmiş, bununla da faktiki olaraq malın qəbul edildiyi nümayiş etdirilmişdir.

178. Bu baxımdan əvvəlki kassasiya baxışı zamanı qəbul edilmiş qərarda da vurğulanmışdır ki, “vurulduğu iddia edilən zərərin yaranması bir tərəfdən müqavilədə razılaşdırılmamış malı tədarük edən iddiaçının hərəkətləri ilə bağlıdırsa, digər tərəfdən bunu bildiyi halda, müqavilədə razılaşdırılmamış malı qəbul edən və müqavilədə nəzərdə tutulan müddətdə maldan imtina etməyən cavabdehin hərəkətləri ilə bağlıdır və bu hal apellyasiya məhkəməsi tərəfindən adekvat qiymətləndirilməmişdir”.

179. Lakin yeni apellyasiya baxışı zamanı, qarşılıqlı iddiaçının sözügedən müqavilədən vaxtında imtina etməməklə, malın Rusiya Federasiyası ərazisində boş dayanmasına görə ziyanın yaranmasındakı roluna MM-in 21.3 və 458.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir.

180. Nəzərə alınmalıdır ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (MM-in 21.3-cü maddəsi). Bundan başqa, kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər (MM-in 458.1-ci maddəsi).

181. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddiaçının müqaviləyə əsasən göndərilən qeyri-üzüm mənşəli spirti heç bir irad bildirmədən qəbul etməklə, müqavilədə nəzərdə tutulan malın göndərilməməsinin başqa kontragentlər qarşısında doğurduğu nəticələrg görə sonuncunun risk daşımasına da müqavilə şərtləri və MM-nin müvaviq normalarına əsasən düzgün hüquqi qiymət verilməmişdir.

182. «.....tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli qərarı)

183. Həmçinin “….məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyət li məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).

184. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə qismən-qarşılıqlı iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

185. MPM-in 416 -419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli, 2-2(106)-13/2023 saylı qətnaməsi qismən – qarşılıqlı iddia tələbinin təmin edildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: A.Q.Hüseynov Z.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar